Ria.az Forum  

Go Back   Ria.az Forum > RIA > Din və Fəlsəfə | Религия и Философия

Reply
 
Thread Tools Display Modes
Old 09-22-2009, 12:57 PM   #1
sweet
Leytenant
 
sweet's Avatar
 
Join Date: Sep 2009
Posts: 314
sweet is on a distinguished road
Default Nümunə istəsən, Məhəmməd yetər...

sizin ucun en gozel numune Allahin resuludur
sweet is offline   Reply With Quote
Old 09-22-2009, 01:04 PM   #2
Reportyor
Admiral
 
Reportyor's Avatar
 
Join Date: May 2009
Location: Bakı
Posts: 8,172
Reportyor is on a distinguished road
Default

Quote:
Originally Posted by sweet View Post
sizin ucun en gozel numune Allahin resuludur
Bəzi dostlarımız müəyyən fikrlərimə görə, məni hansısa xristian missionerləri tərəfindən maliyyələşdirməkdə ittiham edirlər. Amma onların nəzərinə çatdırmaq istərdim ki, bizim saytımız və forumumuz heç kəs və heç bir təşkilat tərəfindən maliyyələşdirilmir. Mövzuya gəldikdə isə mənim üçün insanlar mükəmməl deyillər. Mhəmməd Peyğməbər də bir insan olub. Çox mükəmməl, ağıllı və savadlı bir insan olub. Onun savadsız olması barədə deyilənləri mən sadəcə olaraq şayiə hesab edirəm. Doğrudur onda qüsur axtarmaq biz sadə insanlara aid olan bir məsələ deyil. Amma onun da səhvləri olub. Xüsusilə də çoxarvadlılıq məsələsində. Bildiyiniz kimi Peyğəmbərin 14 arvadı olub. Onun əksəriyyəti döyüşdə həlak olmuş İslam şəhidlərinin arvadları olub. 9 yaşlı aişəni isə özünə arvad etməsini heç cürə normal qarşılaya bilmirəm.
Reportyor is offline   Reply With Quote
Old 09-22-2009, 06:01 PM   #3
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Quote:
Originally Posted by Reportyor View Post
Doğrudur onda qüsur axtarmaq biz sadə insanlara aid olan bir məsələ deyil. Amma onun da səhvləri olub. Xüsusilə də çoxarvadlılıq məsələsində. Bildiyiniz kimi Peyğəmbərin 14 arvadı olub. Onun əksəriyyəti döyüşdə həlak olmuş İslam şəhidlərinin arvadları olub. 9 yaşlı aişəni isə özünə arvad etməsini heç cürə normal qarşılaya bilmirəm.
Hz Peygemberin (saas) cox evlenmesini onun qusuru kimi gorursunuzse yanilirsiz. Evvela o həzrət günahsız olub. İkincisi, onun cox evlənməyini qüsur hesab edirsinizsə, bu da qüsur deyil. Onun hər evliliyinin bir səbəbi olub. Biz müsəlmanlar peygember saas sünnəsinə ehtiyac duyuruq islamı doğru düzgün başa düşmək üçün və İslamın yayılması üçün. Xüsusilə də qadınlarla bağlı şəriət məsələlərini peyğəmbər hər müsəlman qadınla paylaşa bilməzdi. Bunun üçün qadın ona məhrəm olmalı idi. Peyğəmbərin hər evlənməsinin möhləm zəruri səbəbləri olub. şəhvəti üçün evlənsəydi ona müşrik ərəblər ən gözəl bakirə qızlarını təklif edirdilər bir şərtlə ki o, peygəmbərlik iddiasından əl çəksin.
Aişənin evlənərkən 9 yaşında olmasına gəldikdə isə siz çooox mübahisəli məsələyə toxunmusuz. Digər bir mənbədə onun 13, bir başqasında isə 17 yaşı olduğu yazılır. Və burda ərəblərin qadınların yaş hesablama prinsipinə görə fərqlər meydana çıxır. Belə ki, bəzi ərəblər qızların yaşını həddi büluğ dövrünə çatdıqdan sonra hesablayırlar.
Bu qədər..
Sina is offline   Reply With Quote
Old 09-22-2009, 08:18 PM   #4
Reportyor
Admiral
 
Reportyor's Avatar
 
Join Date: May 2009
Location: Bakı
Posts: 8,172
Reportyor is on a distinguished road
Default

Quote:
Originally Posted by Sina View Post
Hz Peygemberin (saas) cox evlenmesini onun qusuru kimi gorursunuzse yanilirsiz. Evvela o həzrət günahsız olub. İkincisi, onun cox evlənməyini qüsur hesab edirsinizsə, bu da qüsur deyil. Onun hər evliliyinin bir səbəbi olub. Biz müsəlmanlar peygember saas sünnəsinə ehtiyac duyuruq islamı doğru düzgün başa düşmək üçün və İslamın yayılması üçün. Xüsusilə də qadınlarla bağlı şəriət məsələlərini peyğəmbər hər müsəlman qadınla paylaşa bilməzdi. Bunun üçün qadın ona məhrəm olmalı idi. Peyğəmbərin hər evlənməsinin möhləm zəruri səbəbləri olub. şəhvəti üçün evlənsəydi ona müşrik ərəblər ən gözəl bakirə qızlarını təklif edirdilər bir şərtlə ki o, peygəmbərlik iddiasından əl çəksin.
Aişənin evlənərkən 9 yaşında olmasına gəldikdə isə siz çooox mübahisəli məsələyə toxunmusuz. Digər bir mənbədə onun 13, bir başqasında isə 17 yaşı olduğu yazılır. Və burda ərəblərin qadınların yaş hesablama prinsipinə görə fərqlər meydana çıxır. Belə ki, bəzi ərəblər qızların yaşını həddi büluğ dövrünə çatdıqdan sonra hesablayırlar.
Bu qədər..
Əstəğfrullah, Məhəmməd Peyğəmbərdə qüsur axtarmaq qeyd etdiyim kimi bizim kimi günahkar bəndələrə yaraşmaz. Amma hər halda lap olsun Aişənin 17 yaşı. Yenə də 50 yaşlı bir kişinin 17 yaşlı qızla nigaha girməsini doğru qəbul etmirəm. Hətta Məhəmməd Pkeyğəmbərin özü tərəfindən irəli sürülmüş şəriətə görə, kişi qadından maksimum 7 yaş böyük olsa daha yazxşı olar.
Reportyor is offline   Reply With Quote
Old 09-23-2009, 02:44 PM   #5
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Quote:
Originally Posted by Reportyor View Post
Əstəğfrullah, Məhəmməd Peyğəmbərdə qüsur axtarmaq qeyd etdiyim kimi bizim kimi günahkar bəndələrə yaraşmaz. Amma hər halda lap olsun Aişənin 17 yaşı. Yenə də 50 yaşlı bir kişinin 17 yaşlı qızla nigaha girməsini doğru qəbul etmirəm. Hətta Məhəmməd Pkeyğəmbərin özü tərəfindən irəli sürülmüş şəriətə görə, kişi qadından maksimum 7 yaş böyük olsa daha yazxşı olar.
Bilirsiz, islam dinində bizim dünyagörüşümüzə, məntiqimizə uyğun olmayan bəzi məqamlar ola bilər.
Çünki bu din ayrı ayrı fərdlərin nəfsi istəklərinə görə deyil, bütün bəşəriyyətət gəlib. Hər bir hal, hər bir dövr və hər bir məkan nəzərə alınıb.
Yəni əgər tələb olunarsa, ehtiyac varsa sevgi, istək varsa17 yashlı qadınla 50 yashli kishi evlənə bilər.
Bir şeyi də qeyd edim ki,islam peyğəmbəri (saas) heç bir qadını zorla özünə xanım etməyib.
Hətta onun zövcələrindən biri, peyğəmbərin xanımı olmağı istəmədiyi üçün Allaha dua edir və elə həmin gün peyğəmbər ona toxunmadan geri qaytarır.
Bir basqa sheri meseleni de qeyd edim. Əgər qadın razı deyilsə və onun əvəzindən kimsə yalandan vəkalət verirsə ki, nikah qıyılsın, bu nikah Allah qatında qəbul deyil. İslamı insanlar çirkin təqdim edirsə bu müsəlmanların günahıdı, nə peyğəmbərin, nə də islamın günahı deyil.

Quote:
Originally Posted by Reportyor View Post
Hətta Məhəmməd Pkeyğəmbərin özü tərəfindən irəli sürülmüş şəriətə görə, kişi qadından maksimum 7 yaş böyük olsa daha yazxşı olar.
Hansı mənbədən öyrənmisiz bunu? Xahiş edirəm dəlil və sübutla yazın. Belə bir şey ola bilməz. Çünki peyğəmbərin həyatı bunun tam əksini göstərir. Yəni qadın kişidən böyük də ola bilər, kiçikb də. Yaş fərqi az da ola bilər, çox da.
Sina is offline   Reply With Quote
Old 09-23-2009, 05:33 PM   #6
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Quote:
Originally Posted by Sina View Post
Çünki bu din ayrı ayrı fərdlərin nəfsi istəklərinə görə deyil, bütün bəşəriyyətət gəlib. Hər bir hal, hər bir dövr və hər bir məkan nəzərə alınıb.
bu fərziyyənizlə qətiyyən razı deyiləm !
Quote:
Yəni əgər tələb olunarsa, ehtiyac varsa sevgi, istək varsa17 yashlı qadınla 50 yashli kishi evlənə bilər.
əlbəttə ki evlənə bilər, bəs buna cəmiyyətin münasibəti sizi heç maraqlandırmır?!
Quote:
Bir şeyi də qeyd edim ki,islam peyğəmbəri (saas) heç bir qadını zorla özünə xanım etməyib.
niyə ki etməyib? Edib !
Oğulluğa götürdüyü Zeydin arvadı Zeynəbi bəs kim zorla boşatdırmışdı?

Quote:
Hətta onun zövcələrindən biri, peyğəmbərin xanımı olmağı istəmədiyi üçün Allaha dua edir və elə həmin gün peyğəmbər ona toxunmadan geri qaytarır.
Müstəizə ləqəbi ilə məşhur olan Nöman qızı Əsmanın əhvalatına işarə edirsinizsə əhvalat sizin göstərdiyiniz kimi olmayıb !
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-24-2009, 09:47 AM   #7
Agnelli
Qonaq
 
Posts: n/a
Default

Quote:
Originally Posted by nizami63 View Post
bu fərziyyənizlə qətiyyən razı deyiləm !

əlbəttə ki evlənə bilər, bəs buna cəmiyyətin münasibəti sizi heç maraqlandırmır?!

niyə ki etməyib? Edib !
Oğulluğa götürdüyü Zeydin arvadı Zeynəbi bəs kim zorla boşatdırmışdı?


Müstəizə ləqəbi ilə məşhur olan Nöman qızı Əsmanın əhvalatına işarə edirsinizsə əhvalat sizin göstərdiyiniz kimi olmayıb !
Nizami bəy, mən çox təssüf edirəm ki, siz yenidən bu məsələyə qayıtdınız.

Peygəmbər (sas) bu işi öz xoşu ilə etməyib. O, yalnız Allahın əmrinə itaət edib.
İlahi hökmdə budur ki, muminlərə bildirilsin ki,ogul və ogullug arasında yer və göy qədər fərq var.
Siz yazırsiniz ki, Peygəbər (sas) zorla başqasının arvadını boşatdirib. Axi harda bu yazilib ??sizin göstərdiyiniz ayədə zorla ayırıb sözü yoxdur. Bu, islam Peygəmbərinə qarshi açiq-ashkar böhtandir.

Last edited by Agnelli; 09-24-2009 at 09:54 AM.
  Reply With Quote
Old 09-24-2009, 10:20 PM   #8
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Quote:
Originally Posted by nizami63 View Post
bu fərziyyənizlə qətiyyən razı deyiləm !]
Təbiidir, razı olmaya bilərsiz. Amma lütfən səbəbini deyin.
Həm də o dediyim fərziyyə deyil. Qətidir.

Quote:
Originally Posted by nizami63 View Post

əlbəttə ki evlənə bilər, bəs buna cəmiyyətin münasibəti sizi heç maraqlandırmır?!
]
Əlbəttə, cəmiyyətin münasibəti insanları hər zaman maraqlandırıb. Ən ümdəsi Allahın münasibətidir, amma bir şeyi unutmayaq ki, cəmiyyət yanıla bilər. Və cəmiyyətin münasibəti zamana və məkana görə dəyişə bilər.

Quote:
Originally Posted by nizami63 View Post

niyə ki etməyib? Edib !
Oğulluğa götürdüyü Zeydin arvadı Zeynəbi bəs kim zorla boşatdırmışdı?
]
Bu da sizin iddianızdır, həm də heç bir əsası olmayan bir iddia. Lütfən dəlilinizi gətirin. Belə bir şey olmayıb.


Quote:
Originally Posted by nizami63 View Post

Müstəizə ləqəbi ilə məşhur olan Nöman qızı Əsmanın əhvalatına işarə edirsinizsə əhvalat sizin göstərdiyiniz kimi olmayıb !
Hadisənin necə olduğunu 1-2 mənbədən oxudum. Amma yazdıqlarımda zidd bir şey görmədim axı? Sadəcə təfərrüatı ilə bilmirdim. Duadan sonra, peyğəmbərin o xanımı qaytardığını bilirdim. Sayənizdə təfərrüatını da öyrəndim. Allah razı olsun sizdən
Sina is offline   Reply With Quote
Old 09-24-2009, 10:49 PM   #9
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Quote:
Originally Posted by Agnelli View Post
Nizami bəy, mən çox təssüf edirəm ki, siz yenidən bu məsələyə qayıtdınız.
düzünü deyim ki, mən də buna çox təəssüf edirəm !
Ancaq belə sadə həqiqətlərə birtərəfli yanaşmaları görəndə susmaq çox çətin olur, hörmətli Agnelli bəy...

Quote:
Peygəmbər (sas) bu işi öz xoşu ilə etməyib. O, yalnız Allahın əmrinə itaət edib.
Mənim fikrimcə Allahın cəlal və əzəmətindən çox - çox uzaq görünür ki, öz Cəbrailini peygəmbərin yanına göndərərək Zeydin arvadını almasını ona təkid etmiş olsun. Bir halda ki, zavallı peyğəmbər bəzi mülahizələrə əsasən o arvadı almağı məsləhət bilmirdi.
Quote:
İlahi hökmdə budur ki, muminlərə bildirilsin ki,ogul və ogullug arasında yer və göy qədər fərq var.
bu fikrə bizim hörmətli SAPAND qardaşımız mövqe bildirdiyi üçün mən münasibət bildirmək istəmirəm.
Quote:
Siz yazırsiniz ki, Peygəbər (sas) zorla başqasının arvadını boşatdirib. Axi harda bu yazilib ??sizin göstərdiyiniz ayədə zorla ayırıb sözü yoxdur. Bu, islam Peygəmbərinə qarshi açiq-ashkar böhtandir.
ayəni yenidən oxumağınızı məsləhət bilirəm...
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-24-2009, 11:55 PM   #10
Agnelli
Qonaq
 
Posts: n/a
Default

Nizami bey, göstərilən ayədə Allah-teala bu məsələnin səbəbəni açıqlayıb. (yəni ogul və ogullugun fərqi hamiya aydin olsun.)

Aşagdakı ayədə bu məsələnin həqiqətini insnalara tam şəkildə beyan edilir.

"Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir" ( Əhzab, 4)

P.S, Bu ayədə qeyd olunur ki, bir çox cahil ərəblər öz qadınları ilə yaxınlıq etməkdən çəkinirdilər.. Onların gətirdikləri səbəb də ayədə göstərilib. Peygəmbər (sas) bu cür cahil düşüncələrə qarshi da mübarizə aparmaga məcbur idi. həmi sözlə, həm də əməli şəkildə.
amma, hansisa agzigöyçəklər bundan istifadə edib ..bu məsələlərə öz istədikləri donu geyindirirsə, bilsinlər ki, Allah hər şeyi görən və biləndir.


"...Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır.." ( Təhrim, 4)
  Reply With Quote
Old 09-25-2009, 07:54 PM   #11
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Quote:
Originally Posted by Agnelli View Post
Nizami bey, göstərilən ayədə Allah-teala bu məsələnin səbəbəni açıqlayıb. (yəni ogul və ogullugun fərqi hamiya aydin olsun.)
göstərdiklərinizi bu gün səbəb kimi qəbul etmək mümkün deyildir !
Mən İslamın yaranışına kimi ərəblərə məxsus həyat şəraiti barədə sizin məlumatlarınızın kifayət olmadığı qənaətindəyəm. Həmin dövrün insanları üçün sizin göstərdikləriniz səbəb kimi qəbul edilə bilərdi. Buna mənim sözüm yox.
Mən sizdən bir xahiş edirəm ki, bizim xxi əsrdə yaşadığımızı unutmayasınız.


37 - (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər!
38 - Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)


mən bir şeyi bu gün də başa düşə bilmirəm ki, yuxarıdakı ayənin ortaya çıxmasını zəruri edən hal nədən ibarət olub?!
Axı mən biləni o dövrdə arvad qıtlığı mövcud deyildiiiiiiiiiiiiiiiiiiiiiiiiii...
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-25-2009, 11:22 PM   #12
Agnelli
Qonaq
 
Posts: n/a
Default

Quote:
mən bir şeyi bu gün də başa düşə bilmirəm ki, yuxarıdakı ayənin ortaya çıxmasını zəruri edən hal nədən ibarət olub?!
Axı mən biləni o dövrdə arvad qıtlığı mövcud deyildi
məsələ arvad qitligindan getmir. Ogul və ogullugun fərqini izah etmək lazim gəlirdi.
  Reply With Quote
Old 09-26-2009, 03:24 PM   #13
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Quote:
Originally Posted by Agnelli View Post
məsələ arvad qitligindan getmir. Ogul və ogullugun fərqini izah etmək lazim gəlirdi.
peyğəmbərin yaşadığı dövrdə də oğulluğun arvadına göz tikilməsi pis hesab edilib elə indiki kimi !
Belə olmasaydı bu barədə ayələr ortaya çıxmazdı.

Digər tərəfdən peyğəmbərin Zeynəbi özünə arvad etməsi necə mühüm məsələ idi ki, bizi yaradan bəzi insanlar kimi sonradan fikrini dəyişməli olmuşdu?!
Ayədə göstərildiyi kimi əvvəl boşamamaq, sonra isə əksinə buyurulmuşdu?!
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-27-2009, 09:39 AM   #14
Agnelli
Qonaq
 
Posts: n/a
Default

Nizami63
Quote:
peyğəmbərin yaşadığı dövrdə də oğulluğun arvadına göz tikilməsi pis hesab edilib elə indiki kimi !
Harda yazılıb ki, Peygəmbər (sas) aravada göz dikmişdir?

Sizin sözünüzdən belə məlum olur ki, Peygəmbər ((s) (neuzubillah)) ogullugunun arvadına göz dikmiş və Allah da bu işi ona halal buyurmuşdur.

P.S, deyək, heç öz ogullugu olmasın..tamam başqa birisinin arvadı olsun. Sizə görə belə olan halda hansı insan bu Peygəmbəri və bu müqəddəs kitabı qəbul eliyər???
  Reply With Quote
Old 09-27-2009, 10:31 AM   #15
Agnelli
Qonaq
 
Posts: n/a
Default

Reportyor
Quote:
Amma onun da səhvləri olub. Xüsusilə də çoxarvadlılıq məsələsində
.

Reportyor
Quote:
Əstəğfrullah, Məhəmməd Peyğəmbərdə qüsur axtarmaq qeyd etdiyim kimi bizim kimi günahkar bəndələrə yaraşmaz
Fikirlərinizi konkret olaraq ifadə etmirsiniz.
Özünüzün manevr imakanlarını qorumaga çalışırsınız.
Ona görə də sizin fikirləriniz haqqında mühakimə yürütmək çətindir.

(Bu mənim subyektiv fikirmdir.)
  Reply With Quote
Old 09-27-2009, 10:37 AM   #16
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Böyük islam alimləri İmam Əli (ə)-ın şəxsiyyəti haqda bir çox fikirlər bildirib və onun misilsiz şəxsiyyətini insani kəramətin ölçü vahidi adlandırıblar.

Cahiz:

3-cü hicri qəməri əsrində yaşamış tanınmış islam alimi Cahiz, "Əlbəyan və Əl-Tibyan" kitabında yazır:
İmam Əli (ə) buyurub: Hər kəsin dəyəri onun biliyindən asılıdır. Ən yaxşı söz qısa və dəyərli olan sözdür ki, səni ondan artığından ehtiyacsız edir. Məna sözdə gizlənməyib, məna tam aydın və aşkardır. Sanki ulu tanrı bu cümləni deyən şəxsin pak niyyətinə və təqvasına uyğun olaraq bu kiçik cümlədə hikmət nurunu yerləşdirib.

İbn Şəhraşub:

İbn Şəhraşub "Mənaqib Ali Əbutalib" kitabında yazır:
Əli (ə)-ın fəzilətləri haqqında kitab yazmaq istədiyim zaman əlimin altında o həzrət haqqında 1000-dən çox kitab və məqalə var idi.

İbn Əbilhədid:

13-cü əsrdə yaşamış tanınmış alim İbn Əbilhədid yazır:
Bir insanda bu qədər böyük hikmət, bəlağət və fəzilət qərar verən Allah doğrudan da böyükdür. Məkkə ərəbinin övladı bu şəxs o zaman adi insanlar arasında böyüyüb başa çatıb. Alimlər, filosoflar və mütəfəkkirlər ilə heç bir əlaqəsi olmayıb. Amma bütün bunlara baxmayaraq ilahi elm və hikməti bütün dəqiqliyi ilə bilib. Sanki Əflatunu da geridə qoyub. Əxlaq alimləri ilə heç bir əlaqəsi olmasa da, Sokrat onun məktəbi qarşısında diz çökməlidir. O dünyanın ən şücaətli insanı idi. O qədər də təəccüblü deyil. Məhəmməd (s.ə.s) tərəfindən tərbiyə edilmiş bir şəxsin bu qədər yüksək istedada malik olması təbiidir. İlahi lütfə şamil olan şəxs belə olmalıdır.

Xətib Xarəzmi:

Hənəfi məzhəbinin tanınmış alimi Quran hafizi Xətib Xarəzmi deyir:
Görəsən Əli kimi şücaətli insan varmı? Görəsən Yer üzündə onun kimi pak rəhbər varmı? Əli (ə) gecələr mehrabda ağlayan, düşmənlərin gözündən kənar ürəyinin dərdini quyuya deyən, gündüzlər gülər üzlə insanlara təbəssüm edən şəxsdir. O müsəlmanların beytül-malına gözünün ucu ilə belə baxmadı və əlini o sərvətə uzatmadı. O ayağının peyğəmbərin çiyninə qoyaraq bütləri sındıran şəxsdir. Bir sözlə Əli (ə), bizim mövlamız bəşəriyyətin düşünən beyninə oxşayır.

Xacə Nəsrəddin Tusi:

13-cü əsrdə yaşamış tanınmış filosof Xacə Nəsrəddin Tusi Əli (ə) haqda yazır:
O hamıdan ağıllı idi. Güclü zəkaya malik idi. Hamıdan əliaçıq və mehriban idi. Peyğəmbərdən sonra Allahın ən mömin bəndəsi idi. İmanı hamıdan üstün, sözləri aydın idi. Allahın kitabını və dinini qorumaqda hamıdan güclü idi. Bəşəriyyət onun kimisini görməmişdi.

Şeyx Bəhai:

16-cı əsrdə yaşamış tanınmış alim Şeyx Bəhai deyir:
O elə bir şəxs idi ki, onun fəzilətləri haqda nə qədər danışsaq, bir o qədər azdır. O Qədir günündə peyğəmbər tərəfindən canişin təyin edildi. O insanlar arasında ən şərəflisi idi.

Seyyid Şərif Rəzi:

Nəhcül-Bəlağə kitabını şərh edən Seyyid Şərif Rəzi deyib:
Mən Nəhcül-Bəlağəni ona görə toplamışam ki, Əli (ə)-ın bəlağətdəki məqamını bəyan edim. O hikmətamiz sözlər söyləməkdə öncəki şəxsiyyətləri geridə qoyub. Əli (ə)-ın sözləri bəlağət bulağıdır. Bəlağət elminin sirləri və qaydaları Əli (ə)-dan mənşə alır. Heç bir insan bəlağətdə ona çata bilməyib. Onun sözlərində ilahi hikmət nişanələri aşkar olub.

Şeyx Məhəmməd Əbdəh:

Əl-Əzhər Universitetinin keçmiş rektoru Şeyx Məhəmməd Əbdəh deyib:
Ərəb dünyasında Əli (ə)-ın kəlamının Quran-Kərimdən və peyğəmbərin kəlamından sonra ən mənalı və kamil kəlam olmasına şübhə edəcək şəxs yoxdur. Mən hər dəfə Nəhcül-Bəlağəni oxuduğum zaman bir səhifədən başqa səhifəyə keçərkən söz pərdələrinin necə dəyişdiyini hiss edirəm. Hərdən özümü elə bir dünyada hiss edirəm ki, ruhlar o dünyanı gözəl sözlərlə bəzəyiblər və bu dünya sanki ürəklərə aydınlıq gətirir.

Mahmud Əqad:

Tanınmış misirli yazıçı Mahmud Əqad yazır:
Mən həmişə Əli (ə)-ın şəxsiyyətini və fəzilətini insani kəramət üçün ölçü vahidi hesab etmişəm. Beləliklə Məhəmməd peyğəmbərdən sonra onun qədər peyğəmbərin yerini tutmağa daha layiq bir şəxs görməmişəm. Mən bu sözlə şiələrin tərəfini saxlamaq istəmirəm. Mən tarixi bir həqiqəti bəyan edirəm.

Əllamə Təba Təbai:

Tanınmış təfsirçi "Əl-Mizan" əsərinin müəllifi Əllamə Təbatəbai yazır
: Əli (ə) dost və düşmənlərin etirafına və tarixi mənbələrə görə heç bir nöqsana malik olmayan kamil bir insan idi. İslami fəzilət baxımından peyğəmbər tərbiyəsinin kamil nümunəsi idi. Onun haqda yazılmış kitablar və deyilmiş sözlər tarixdə heç bir şəxsiyyət haqda müşahidə olunmayıb. Əli (ə) peyğəmbərin ən yüksək elmə malik olan tərəfdaşı idi. O islamda öz elmi çıxışları ilə azad elmi mübahisələrə yol açan ilk şəxs idi. O ərəb dilinin qaydalarını təyin etdi. O şücaətdə el arasında misala çevrilmişdi. Döyüşlərdə qorxu ona yad olan bir hiss idi. O heç bir zaman düşmənə arxa çevirmədi və islamı ən yüksək səviyyədə müdafiə etdi. O təqva baxımından da birinci idi. O pərvərdigara aşiq idi. Mehribanlıq və əliaçıqlıqda tayı bərabəri yox idi. Yetimlər və çarəsizlərin pənahı və dostu idi. Bütün var-dövlətini Allah yolunda kasıblara paylayardı. Əkinçiliyi çox sevərdi. Su quyuları qazardı. Ağac əkərdi və abadlıq işlər ilə məşğul olardı. Bu yolla əldə etdiyi sərvəti ehtiyaclılara paylayardı.

Əllamə Əmini:

Əl-Qədir kitabının müəllifi olan Əllamə Əmini Əli (ə) haqda yazır:
Əli (ə) Kəbədə dünyaya göz açıb və Allahın evini bütlərdən təmizləyib və Kufə məscidində qanı mehraba axdığı zaman onun ruhu göylərə uçdu və Allah evində bu dünyaya açılmış gözlər bu dünyaya vida etdi. Bu arada o həzrətin həyatı ilahi bir nur kimi dünyaya saçdı.

Mürtəza Mütəhhəri:

"Əli (ə)-ın cazibəsi və dafiəsi" kitabının müəllifi olan M. Mütəhhəri yazır
: Əli (ə)-ın həyatı bəşəriyyət üçün misilsiz bir dərs, təlim və hidayət çırağıdır.

Məhəmməd İbn İdris Şafii:

Şafii məzhəbinin öncülü Əli (ə) haqda deyib
: Əli (ə) ilə dostluq cəhənnəm odu qarşısında bir qalxandır.
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-27-2009, 06:03 PM   #17
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Quote:
Originally Posted by nizami63 View Post
peyğəmbərin yaşadığı dövrdə də oğulluğun arvadına göz tikilməsi pis hesab edilib elə indiki kimi !
Belə olmasaydı bu barədə ayələr ortaya çıxmazdı.

Digər tərəfdən peyğəmbərin Zeynəbi özünə arvad etməsi necə mühüm məsələ idi ki, bizi yaradan bəzi insanlar kimi sonradan fikrini dəyişməli olmuşdu?!
Ayədə göstərildiyi kimi əvvəl boşamamaq, sonra isə əksinə buyurulmuşdu?!
Əvvəla,
Peyğəmbərin (s) Zeynəbdə gözü olsaydı, onu oğulluğu ilə evləndirməmişdən əvvəl özü onunla evlənərdi. Zeynəb onun bibisi qızı idi, əsil nəsəbi və gözəlliyi ilə qürurlanan qadın idi.
Peyğəmbərin xahişini yerə salmamaq xatirinə Zeynəb Zeydlə ailə qurdu. Lakin qürur və iftixarı üzündən yola getmədilər, ailədə şiddətli geçimsizlik oldu. Nəhayət Zeyd Hz Muhammədə boşanmaq üçün müraciət edir və təxminən 1 il sonra boşanırlar.
Peyğəmbərin Zeynəbə xahiş etməsinin səbəbi İslamın gətirdiyi böyük bir üstünlüyün konkret şəxslər üzərində isbat olunmasının labüdlüyü idi. İslama görə, insanlar arasında üstünlük əsil nəsəb, irqi, rütbə, imtiyazlı sinifə görə deyil, təqvaya görə idi.
O dövrdə övladlığa götürülənlər övladlığa götürən atanın adı ilə çağrılırdı. Bu da İslamın bəzi şəri qaydalarına (məhrəm-naməhrəm məsələsi) zidd idi. Bunun üzərinə ƏHZAB, 5 nazil olur.
Bundan sonra aydın olur ki, oğulluqların zövcələri, övlad yerində deyil. Bunun da sübutu, yəni sünnə olaraq yaşanması peyğəmbərin öz üzərində uyğulanacaqdı. Peyğəmbər əstəgfirullah ağılsız deyildi ki, bu izdivacdan sonra ortaya çıxa biləcək dedi-qoduları düşünməsin. Sadəcə olaraq, Allahın əmri üzərinə peyğəmbər evlənir. Bu məsələ ƏHZAB, 37-də öz əksini tapıb.
Gözlənildiyi kimi, münafiqlər arasında dedi-qodu yarandı. Bunun da üzərinə ƏHZAB, 40 nazil oldu.

Bu gün də həmin dedi qodular münafiqlər və islam düşmənləri arasında davam etməkdədir.
Düşünənlər üçün hər şeydə bir ibrət vardır.
Sina is offline   Reply With Quote
Old 09-27-2009, 06:08 PM   #18
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Hörmətli Nizami63

Həzrət Əli əleyhissalam haqqında yazdıqlarınız çox gözəldir, Allah razı olsun.

Bir şeyi də mən əlavə edim ki, hz Əli (əs) üçün də ən gözə nümunə Peyğəmbər (s) özü idi. Əli əs körpəliyindən gözünü açıb, o mübarək insanı görmüşdü.
Sina is offline   Reply With Quote
Old 09-27-2009, 06:57 PM   #19
Nizami63
Admiral
 
Nizami63's Avatar
 
Join Date: May 2009
Posts: 9,864
Nizami63 is on a distinguished road
Default

Quote:
Originally Posted by Sina View Post
Bu gün də həmin dedi qodular münafiqlər və islam düşmənləri arasında davam etməkdədir.
mən özümü İslamın düşmənlərindən deyil dostlarından hesab edirəm...Tövəzakarlıqdan kənar olsa da iştiraj elədiyim bütün forumlarda və real həyatda başqalarına nisbətən bu yolda daha çox uğur qazandığım qənaətindəyəm.
Mən heç vaxt İslamın prinsiplərinə qarşı çıxmamışam.
Hz.Əlini bütün varlığı ilə sevən bir insanı İslamın düşməni hesab etmək ədalətsizlikdir, hörmətli Sina xanım.
Quote:
Düşünənlər üçün hər şeydə bir ibrət vardır.
bu fikrinizlə mən tamamilə razıyam !
Ancaq məsələ ondadır ki, bu ibrəti bəzi qərb ölkələrinin 2 - li standartları kimi ayrı - ayrı kateqoriyalara bölürük.

Mənim sizlərə yuxarıda təqdim elədiyim yazının əsas leytmotivini o təşkil edirdi ki,
insani kəramətin ölçü vahid Hz.Əli ilə ölçülür.
Sonda onun bu mövqeyini sübut edən aşağıdakı fikrini diqqətinizə çatdırmaq istəyirəm :


Mən Allahdan çəkinməsəydim, ərəbin dahisi olardım.
__________________
Harada ədalət vardirsa, Allah dini də oradadır.
Nizami63 is offline   Reply With Quote
Old 09-27-2009, 07:08 PM   #20
Sina
Baş Gizir
 
Sina's Avatar
 
Join Date: Sep 2009
Posts: 211
Sina is on a distinguished road
Default

Quote:
Originally Posted by nizami63 View Post
mən özümü İslamın düşmənlərindən deyil dostlarından hesab edirəm...Tövəzakarlıqdan kənar olsa da iştiraj elədiyim bütün forumlarda və real həyatda başqalarına nisbətən bu yolda daha çox uğur qazandığım qənaətindəyəm.
Mən heç vaxt İslamın prinsiplərinə qarşı çıxmamışam.
Hz.Əlini [color="Navy"]bütün varlığı ilə sevən bir insanı İslamın düşməni hesab etmək ədalətsizlikdir, hörmətli Sina xanım.
İslam düşməni və münasiq sözlərini əsla və əsla sizə aid etməmişdim. Sizin islam barəsindəki mövqeyiniz mənə bəllidir.
Sina is offline   Reply With Quote
Reply


Currently Active Users Viewing This Thread: 1 (0 members and 1 guests)
 
Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump


All times are GMT +4. The time now is 02:10 PM.


Powered by vBulletin® Version 3.8.1
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd.