Ria.az Forum  

Вернуться   Ria.az Forum > ASUDƏ > Aşbazlıq | Кулинария

Ответ
 
Опции темы Опции просмотра
Старый 05.12.2010, 00:08   #1
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию Sobada bişirilən yeməklər

Xanımlar, bilirik ki, yemək bişirməyin asan yollarından biri də sobadan istifadə etməkdir
Bildiyimiz reseptləri yazaq menyumuzu zənginləşdirək.
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:22   #2
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

1kg. Sümüksüz ağ toyuq əti
3 Ədəd çarliston (şirin bibər) bibəri
1 Ədəd orta boy baş soğan
2 Ədəd orta boy pamidor
3 Diş sarmısaq
1 Qəhvə fincanı günəbaxan yağı (mən qarğıdalı yağı vururam)
2 Çay qaşığı duz
1 Çay qaşığı qarabibər
1 Çay qaşığı qırmızı bibər
1 Çay qaşığı kəkik
1 Çay qaşığı köri
Türkiyədə daha çox istifadə olunan ədvalardı. Marketlərin ədva olan rəflərindən tapa bilərsiz.

Hazırlanması:

Toyuq quşbaşı şəklində doğranır, böyük quyu bir boşqaba qoyulur. Üzərinə duruyağ, doğranmış baş soğan, incə qıyılmış sarmisaq, qarabibər, qırmızı bibər, kəkik, köri və duz əlavə olnunur. Bütün ləvazəmatlar yaxşıca qarışdırıldıqdan sonra, bir az yekə doğranmış çarliston bibər atılır, qarışdırılır. Qarışıq soyuducunun ən alt rəfinə qoyulur ən az 2 saat dinləndirilir. ( Bir gecə əvvəl hazirlanarsa ləzzəti daha da yerində olar.)
Tərbiyəli toyuğu bişirmə zamanı gələndə,soyuducudan çixardılır, üzərinə qabığı soyulmuş, kub şəklində doğranmış pamidor əlavə olunur. Qarışıq soba qabına tökülür,üzəri hamarlanır. Soba 200 dərəcə quraşdırılır, tərbiyəli toyuq sobaya qoyulub, çəhrayı rəng alana qədər bişirilir. (30-35 dəqiqə )
PS: Pamidorun ən axırda əlavə edilməsinin səbəbi, pamidorun rəngini və şəklini qorumaq üçündür.
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:23   #3
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

2 Ədəd toyuq sinəsi qıyması
1 Ədəd yumurta
2 Dilim bayat çörək içi
1 Çay qaşığı kimyon
1 Çay qaşığı qara bibər
1 Çay qaşığı duz
1 Ədəd baş soğan(rəndə)
Qarnituru için
2 Ədəd soğan
3 Ədəd pamidor
5 Ədəd bibər
3 Ədəd kartof
1 Stəkan duru yağ
2 Stəkan su

Toyuq qıymasi içinə yumurta, rəndələnmiş soğan, kimyon, parçalanmış çörək içi, qara bibər və duz qoyulur,10 dəqiqə yoğrulur. 30 dəqiqə soyuducuda dincəldirilir. Vaxt sonunda küftə məhlulundan qoz boyda parçalar qopadrılır, barmaq şəklində küftələr hazırlanır. Soğanlar yarım dairə şəklində doğranır, orta böyüklükdə ocaq məcməyinə yayılır. Üzərinə şəkilləndirən küftələr düzülür. Küftələrin arasına uzun uzun kəsilmiş kartoflar soyulmuş yarım dairə şəklində doğranmış pamidorlar qoyulur.
Ən üstədə bir neçə parçaya kəsilmiş göy sivri bibərlər səpilir. Ləvazimatın üzərinə su və yağ gəzdirilir. 190 dərəcə sobada 35-40 dəqiqə bişirilir. Isti olaraq xidmət edilir.

Последний раз редактировалось İlğım; 05.12.2010 в 00:29.
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:29   #4
Narchicheyi
General
 
Аватар для Narchicheyi
 
Регистрация: 27.06.2010
Адрес: harali sozunu getirme dile
Сообщений: 2,818
Narchicheyi is on a distinguished road
Post

Ilgim ezizim,sen ozun bu reseptleri sinaqdan kecirmisen?
zeherlenib olmerikki?
__________________
Vicdan bahali xususiyyetdir,
Ucuz insanlarda olmur.
Narchicheyi вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:31   #5
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Narchicheyi Посмотреть сообщение
Ilgim ezizim,sen ozun bu reseptleri sinaqdan kecirmisen?
zeherlenib olmerikki?
Birincini bişirmişəm. Dadı da xoşuma gəlib. Zəhərlənməzsən qorxma))
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:33   #6
Elçin
Mayor
 
Аватар для Elçin
 
Регистрация: 11.12.2009
Адрес: Badi Kubə
Сообщений: 1,944
Elçin is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Narchicheyi Посмотреть сообщение
Ilgim ezizim,sen ozun bu reseptleri sinaqdan kecirmisen?
zeherlenib olmerikki?
Hər ehtimala qarşı üstünə qatıq tök yeyəndə
__________________
Одиночество - это когда хочется ответить на письма спамеров.
Elçin вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:37   #7
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Elçin Посмотреть сообщение
Hər ehtimala qarşı üstünə qatıq tök yeyəndə
Belə receptimdə var)) Amma qatığı üstünə tökəndən sonra bişirib yeməlisən))
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:38   #8
Narchicheyi
General
 
Аватар для Narchicheyi
 
Регистрация: 27.06.2010
Адрес: harali sozunu getirme dile
Сообщений: 2,818
Narchicheyi is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Elçin Посмотреть сообщение
Hər ehtimala qarşı üstünə qatıq tök yeyəndə
Olar ki,yeyenden sonra qatiq icim?
meslehetiniz nedir?
__________________
Vicdan bahali xususiyyetdir,
Ucuz insanlarda olmur.
Narchicheyi вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:45   #9
Elçin
Mayor
 
Аватар для Elçin
 
Регистрация: 11.12.2009
Адрес: Badi Kubə
Сообщений: 1,944
Elçin is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от İlğım Посмотреть сообщение
Belə receptimdə var)) Amma qatığı üstünə tökəndən sonra bişirib yeməlisən))
Bu, zəhərlənməni daha da şiddətləndirir))
Цитата:
Сообщение от Narchicheyi Посмотреть сообщение
Olar ki,yeyenden sonra qatiq icim?
meslehetiniz nedir?
Yeyəndən sonra gec ola bilər))
__________________
Одиночество - это когда хочется ответить на письма спамеров.
Elçin вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:47   #10
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Ok, Elçin. Sən evlənəndə xanıma imkan vermə milli mətbəxdən kənara çıxmağa.
Narçiçəyi sən də nə qədər evdə hazır yemək yeyirsən dilin uzun olacaq. Bir gün özün evdə yemək bişirməyə başlayanda nə bişirim sualı başını xarab edəndə bu reçeptlərə möhtac qalassan
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:56   #11
Narchicheyi
General
 
Аватар для Narchicheyi
 
Регистрация: 27.06.2010
Адрес: harali sozunu getirme dile
Сообщений: 2,818
Narchicheyi is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от İlğım Посмотреть сообщение
Ok, Elçin. Sən evlənəndə xanıma imkan vermə milli mətbəxdən kənara çıxmağa.
Narçiçəyi sən də nə qədər evdə hazır yemək yeyirsən dilin uzun olacaq. Bir gün özün evdə yemək bişirməyə başlayanda nə bişirim sualı başını xarab edəndə bu reçeptlərə möhtac qalassan
Ilgim ezizim menim yeteri qeder metbex tecrubem var ve ona gore de "ne biwirim"sualinin adamin bawini nece xarab etmesini seni qeder men de bilirem. hec sevmirem de bu suali.gunortani yeyib-qurtarmamiw axwam gelir ve bu hallar her gun tekrarlanir.
deyirem adamin yaxwi eri ola seni her gun restorana aparar ve sen de bu sualadan canini qurtarib heyatin kehfini cixarasan (hec olmasa heftede 1 defe)
__________________
Vicdan bahali xususiyyetdir,
Ucuz insanlarda olmur.
Narchicheyi вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 00:58   #12
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от Narchicheyi Посмотреть сообщение
Ilgim ezizim menim yeteri qeder metbex tecrubem var ve ona gore de "ne biwirim"sualinin adamin bawini nece xarab etmesini seni qeder men de bilirem. hec sevmirem de bu suali.gunortani yeyib-qurtarmamiw axwam gelir ve bu hallar her gun tekrarlanir.
deyirem adamin yaxwi eri ola seni her gun restorana aparar ve sen de bu sualadan canini qurtarib heyatin kehfini cixarasan (hec olmasa heftede 1 defe)
O olur amma bəs eləmir. 5 gün evdə yeyirsən
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 01:04   #13
feminist
Baş Leytenant
 
Аватар для feminist
 
Регистрация: 20.06.2009
Сообщений: 605
feminist is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от İlğım Посмотреть сообщение
1kg. Sümüksüz ağ toyuq əti
3 Ədəd çarliston (şirin bibər) bibəri
1 Ədəd orta boy baş soğan
2 Ədəd orta boy pamidor
3 Diş sarmısaq
1 Qəhvə fincanı günəbaxan yağı (mən qarğıdalı yağı vururam)
2 Çay qaşığı duz
1 Çay qaşığı qarabibər
1 Çay qaşığı qırmızı bibər
1 Çay qaşığı kəkik
1 Çay qaşığı köri
Türkiyədə daha çox istifadə olunan ədvalardı. Marketlərin ədva olan rəflərindən tapa bilərsiz.

Hazırlanması:

Toyuq quşbaşı şəklində doğranır, böyük quyu bir boşqaba qoyulur. Üzərinə duruyağ, doğranmış baş soğan, incə qıyılmış sarmisaq, qarabibər, qırmızı bibər, kəkik, köri və duz əlavə olnunur. Bütün ləvazəmatlar yaxşıca qarışdırıldıqdan sonra, bir az yekə doğranmış çarliston bibər atılır, qarışdırılır. Qarışıq soyuducunun ən alt rəfinə qoyulur ən az 2 saat dinləndirilir. ( Bir gecə əvvəl hazirlanarsa ləzzəti daha da yerində olar.)
Tərbiyəli toyuğu bişirmə zamanı gələndə,soyuducudan çixardılır, üzərinə qabığı soyulmuş, kub şəklində doğranmış pamidor əlavə olunur. Qarışıq soba qabına tökülür,üzəri hamarlanır. Soba 200 dərəcə quraşdırılır, tərbiyəli toyuq sobaya qoyulub, çəhrayı rəng alana qədər bişirilir. (30-35 dəqiqə )
PS: Pamidorun ən axırda əlavə edilməsinin səbəbi, pamidorun rəngini və şəklini qorumaq üçündür.
Cox lezzetli yemeye oxshayir mutleq hazirlayacam ...Teshekkurler Ilgim...
feminist вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 01:06   #14
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от feminist Посмотреть сообщение
Cox lezzetli yemeye oxshayir mutleq hazirlayacam ...Teshekkurler Ilgim...
Nuş olsun.
Sən də bildiklərindən yaz. Hərdən birin bişirək
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 01:13   #15
feminist
Baş Leytenant
 
Аватар для feminist
 
Регистрация: 20.06.2009
Сообщений: 605
feminist is on a distinguished road
По умолчанию

SOBADA PIROJKI - KARTOFLU VƏ YA ƏTLİ

Bu pirojkini həm kartof həm də ətli iç ilə hazırlaya bilərsiniz. Aşağıda verdiyim reseptdə hər ikisinin necə hazırlanması haqqında məlumat verirəm. İstədiyiniz içi seçib, bu ləziz pirojkilərdən bişirin. Və ya hər içdən yarım porsiya bişirib, həm kartoflu, həm ətli pirojkidən zövq alın.
22-25 pirojki üçün
Ərzaqlar
Xəmir Üçün
½ stəkan (125ml) ilıq su
1 paket (7g) quru maya
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) - qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml) duru yağ
İçi Üçün
Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot
Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400 g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2 saat ərzində isti yerdə gəlməyini gözlərin.

2. Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartofulu İçin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və pöre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın. Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin - bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.

3. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.
4. Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.
5. Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.
6. Sobanı 180Cdək istidin.
7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin. Nuş Olsun!
feminist вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 01:18   #16
feminist
Baş Leytenant
 
Аватар для feminist
 
Регистрация: 20.06.2009
Сообщений: 605
feminist is on a distinguished road
По умолчанию

Sobada bishirilen pirojkileri ozum elemishem ....cox super alinir...

Bir de en cox sobada gobelek qizartmasi cox xoshlayiram ...onun dadindan doymaq olmur ..duzu yaza yaza agzim sulandi olsaydi indi yeyerdim...
gobelekleri temiz yuyun ...tavaya yag tokub gobeleyi yayin butov olsun dogramayin duz vurun ...bishirin ve yeyin .....Nush olsun!!!
feminist вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 01:24   #17
İlğım
Admiral
 
Регистрация: 27.11.2009
Сообщений: 9,982
İlğım is on a distinguished road
По умолчанию

Цитата:
Сообщение от feminist Посмотреть сообщение
Sobada bishirilen pirojkileri ozum elemishem ....cox super alinir...

Bir de en cox sobada gobelek qizartmasi cox xoshlayiram ...onun dadindan doymaq olmur ..duzu yaza yaza agzim sulandi olsaydi indi yeyerdim...
gobelekleri temiz yuyun ...tavaya yag tokub gobeleyi yayin butov olsun dogramayin duz vurun ...bishirin ve yeyin .....Nush olsun!!!
Mən də çox istiyirəm elə göbələyi. Əla olur.
İlğım вне форума   Ответить с цитированием
Старый 05.12.2010, 12:49   #18
feminist
Baş Leytenant
 
Аватар для feminist
 
Регистрация: 20.06.2009
Сообщений: 605
feminist is on a distinguished road
По умолчанию

Kartoflu Keks

4 ədəd kartof (təxminən 600 qram)
1 ədəd yerkökü
2 ədəd yumurta
yarım stəkan (bir armudu istəkan qədər edir) duru yağ
1 stəkan qatıq
1 stəkan un
1 çay qaşığı qabartma tozu
yarım stəkan doğranmış keşniş-şüyüd qarışığı (istəyə görə keşnişi cəfəri ilə əvəz etmək olar)
1 çay qaşığı duz
zövqə görə istiot
Kartof və yerkökünü suda qaynadıb bişirin. Qabıqlarını soyun və tərəvəzləri kubik şəklində doğrayın. Kənara qoyun.
Sobanı 190Cdək qızdırın. Ölçüləri 23 X 13 X 8 santimetr olan baton formasının dibini və kənarlarını azacıq yağlayın. Kənara qoyun.
İri kasaya yumurtaları qırın. Üstünə duru yağı əlavə edib, çırpma teli ilə qarışdırın. Üstünə qatığı töküb qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib, yenə qarışdırın. Kütlənin üstünə döğradığınız kartof, yerkökü və göyərtini əlavə edib yavaşca qarışdırın.
Alınan kütləni formaya töküb üstünü hamarlayın. Sobada təxminən 1 saat və yaxud keksin üstü qızaranadək bişirin. Soyuduqdan sonra dilimləyib süfrəyə verin. Bu keks soyuducuda 3 günə yaxın qala bilər. Soyuqkən çox yaxşı dilimlənir. Nuş Olsun!

Bu keksi de bishirmishem dadlidi ....ama mence icine bir az etle ya toyuqla qiyme edib vurulsa (ya da xirda dogranib bishirilmish toyuq ya et) daha dadli olar...
feminist вне форума   Ответить с цитированием
Старый 14.01.2011, 14:52   #19
cancan
Çavuş
 
Регистрация: 18.01.2010
Сообщений: 125
cancan is on a distinguished road
По умолчанию

sobada en cox xosladigim yemeklerden biri kozlenmis badimcandi.
sobada badimcani,biberi kozluyuruk,her ikisini xirda xirda dogruyuruq tokuruk tavaya.ustune pomidor,duz istiot,limon sixib bir az bisiririk.yungul ama dadli yemek alinir.
cancan вне форума   Ответить с цитированием
Старый 21.01.2011, 16:24   #20
sera
Leytenant
 
Аватар для sera
 
Регистрация: 15.01.2011
Сообщений: 445
sera is on a distinguished road
По умолчанию

sobada baliq da dadli olur.
baliq temizlenir,yuyulur,dogranir.
soba qizdirilir.
tavaya yag vurulur (zovqe gore).baliq duzlanir ve tavaya duzulur,
uzerine xirda dogranmish sogan tokulur,
turshu (alcha) elave olunur.
defne yarpagi 2-3 eded
bishirilir. axirda goyerti tokulur ve 1-2 deq isti sobada qalir.
sufreye verilende yaninda narsherab da olsa yaxshi olar.
sera вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход


Часовой пояс GMT +4, время: 17:22.


Powered by vBulletin® Version 3.8.1
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd. Перевод: zCarot