Ria.az Forum  

Вернуться   Ria.az Forum > RIA > Din və Fəlsəfə | Религия и Философия

Ответ
 
Опции темы Опции просмотра
Старый 06.08.2010, 11:31   #1
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию Orucluq haqqında Suallara cavablar.

Salamu aleykum.

Orucun hökmü

Sual: Oruc nə deməkdir?
Cavab: Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq demək¬dir.

Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməl¬lərdən) çəkinəsiniz.”(“əl-Bəqərə” surəsi, 183.)
“(Oruc günləri) Ramazan ayı¬dır ki, onda (həmin ayda) insanlara doğru yol gös¬təricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edil¬mişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.”(“əl-Bəqərə” surəsi, 185.)

Sual: Oruc tutmaq kimlərə vacibdir?
Cavab: Oruc tutmağa qadir olan hər bir həddi bulu¬ğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq is¬təyir, sizin üçün çətinlik istəmir.”(“əl-Bəqərə” surəsi, 185.)

Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
- vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
- qadağan olunmuş oruclar: Ramazan və qurban bayramların¬da, heyz və nifas halında tutulan oruc¬lar. Həm¬çinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i ol¬duğunu yəqin bilmə¬mək və həmin gün oruc tutmaq.
) həcc ziyarətin¬də Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəs¬tənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tut¬maq da bura daxildir;
- müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
- məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
- mübah oruclar: Müsafirin orucu;

Niyyətin hökmü

Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay gir¬məmişdən niyyət etmək kifayətdir. O ki qaldı niy¬yət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Əməllər niy¬yətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündür¬sə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail olur.)”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.

Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Cavab: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt et¬məzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay gir¬məmişdən niyyət etmək kifayətdir.

Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Cavab: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib - iki niyyətlə bir oruc tutmaq olarmı?
Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.


Səhur və iftar

Sual: Səhur etmək şərtdirmi?
Cavab: Xeyr! Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demiş¬dir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Səhuru nə vaxt etmək yaxşıdır?
Cavab: Zeyd ibn Sabit (r.a) demişdir: “Biz Pey¬ğəm¬bərlə səllallahu aleyhi və səlləm birgə səhur edib sonra namaz qıldıq. Ənəs (r.a) Zeyddən: “Namazla səhər yemə¬yi¬ni¬zin arasında olan vaxt nə qədər idi?” – deyə soruş¬duqda, o dedi: “Əlli ayə miqdarı qə¬dər.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Hədisdən görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.

Sual: Əgər sübh namazının azanı verilirsə bu zaman yeməyə son qoyulmalıdırmı?
Cavab: Bəli, son qoyulmalıdır. Lakin qeyd etmək lazımdır ki, azan başladıqda əlində olan loxmanı yeyib qurtarmaq olar. Həmçinin də qalan suyu iç¬mək olar.

Sual: Əgər hər hansı bir şəxs Ramazan ayında dan yeri ağarana yaxın oyanıbsa və onun boynunda cənabət qüslü varsa bu şəxs öncə qüsl etməlidir, yoxsa səhur etməlidir? Onu da qeyd edək ki, əgər bu şəxs öncə qüsl etsə səhura vaxt qalmayacaqdır. Eləcə də əgər öncə səhur etsə qüslü dan yeri ağardıqdan sonra etməli olacaqdır.
Cavab: Bu şəxsin səhuru önə çəkməsi daha əf¬zəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qüslün vaxtı geniş ol¬du¬ğun¬dan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl etməsi oruca heç bir xələl gətir¬mir. Aişə (r.a) və Ummu Sələmə (r.a) rəvayət edir ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Sual: İftarı nə vaxt etmək lazımdır?
Cavab: İftarı gün batdıqdan sonra edilir. Uca Allah buyurur: “Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.” (“əl-Bəqərə” surəsi, 187)

Sual: İftarı nə vaxt etmək yaxşıdır?
Cavab: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: “İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olar¬lar.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: İftar vaxtı hansı dualar edilir?
Cavab: İftar vaxtı bu dualar edilir:
“Zəhəbəz-zəmə’u vabtəllətil-uruq va səbətəl-əcr inşaallah”(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta ye¬tər).
“Allahümmə inni əs'əlukə birəhmətikəl-ləti vasiat küllə şeyin ən təğfira li” (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Sual: Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir?
Cavab: Əgər hər hansı bir şəxs gün batdıqdan son¬ra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə qalx¬dıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş batdıqdan sonra edir.

Sual: Hər kim Ramazan ayının baş¬ladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir?
Cavab: Bu şəxs günün qalan hissəsini oruc tutma¬lıdır. Bu günün qəzasını sonradan tutmağa gəldikdə isə, alimlər bu barədə ixtilaf etmişlər. Əksər alim¬lərin fikrincə bu günün qəzası sonradan tutulmalı¬dır. Çünki bu şəxs günün müəyyən bir hissəsini niy¬yətsiz keçirmişdir. Əməllər isə niyyətlərə görədir.

Sual: Hər kim Ramazan əsnasında İslam dinini qə¬bul etmişsə ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Çünki əvvəl o, qafil idi və oruc tutmaq da ona vacib deyildi. Odur ki, İsla¬mı qəbul edən şəxs, əvvəl etmədiyi saleh əməllərin qəzalarını yerinə yetirmir. Uca Allah buyurur: “Ka¬fir olanlara de: “Əgər onlar (öz küfrlərindən) əl çək¬sələr, keçmişdəki günahları bağışlanır.” (“əl-Ənfal” surəsi, 38)
O ki qaldı İslamı günorta qəbul etmiş kimsəyə, o, günün qalan hissəsini oruc tutur və onun orucu kamil oruc sayılır. Bu şəxs, həmin günün qəzasını tutmur. Çün¬ki ona İslamı qəbul edənə qədər heç bir əməl vacib deyildi.

Sual: Əgər bir şəxs üzrlü səbəbdən orucunu açarsa və həmin gün də üzür aradan qalxarsa, o nə etməli¬dir?
Cavab: Bu şəxs yemək-içməyinə davam etməlidir. Oruca yenidən davam etmək isə ona vacib deyildir. Çünki həmin gün bu şəxsə yeyib-içmək üzrlü səbəbdən halal olmuşdur. Yeyib-içməyin ona yeni¬dən haram olması barədə isə heç bir dəlil yoxdur. Lakin bu şəxs həmin günün qəzasını sonradan tut¬malıdır.

Sual: Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir?
Cavab: Bu şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayı¬lır və ona sonradan qəza tutmağa ehtiyac yox¬dur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içir¬dən də Allahdır.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Adam вне форума   Ответить с цитированием
Старый 06.08.2010, 11:32   #2
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию Mövzunun ardı

Oruc tutanlar.

Birinci: Uşaq, ruhi xəstə, yaşlılar və zəiflər.

Sual: Uşağa nə vaxtdan oruc tutmaq vacibdir?
Cavab: Uşaq həddi buluğa çatdıqdan sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demiş¬dir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...”(Bu hədisi Əbu Davud rəvayət etmişdir)

Sual: Uşaq oruc tutarsa onun bu orucu səhihdirmi? Bu orucun savabı kimə yazılır?
Cavab: Onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.

Sual: Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir?
Cavab: Yaşlı insan, oruc tutmağı bacarmadığı gün¬dən etibarən orucunu tərk edir və oruc tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyu¬rur: “Oruc tutmağa taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.”(“əl-Bəqərə” surəsi, 184)

Sual: Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzi¬nə fidyə verməlidirmi?
Cavab: Xeyr, bu halda ona nə namaz, nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə ver¬mək ona vacib deyildir. Amma bu cür şəxslərə öz mallarından zəkat vermək vacibdir. Çünki zəkat malın özü ilə bağlıdır. Ona görə də bu cür insanları himayə edən hər bir şəxs onların mallarından zəkat verməlidir. Uca Allah buyurur: “Onların malların-dan sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.”(“ət-Tövbə” surəsi, 103)

İkinci: Xəstələr.

Sual: Xəstəyə oruc tutmaq vacibdirmi?
Cavab: Əgər bu şəxsin xəstəliyi xroniki (sağalma¬yan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o, orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirməlidir. Əgər onun xəstəliyi xro¬niki deyilsə, onda o, xəstə olduğu müddətdə oruc¬larını tərk etməli və sağaldıqdan sonra həmin gün¬lərin qəzasını tutmalıdır. Uca Allah buyurur: “Müəy-yən sayda olan günləri [oruc tutmalısınız]. Sizlər¬dən xəstə və ya səfərdə ola¬nı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirt¬məklə fidyə verməlidir¬lər.” (“əl-Bəqərə” surəsi, 184)

Sual: Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə bu şəxs nə etməlidir?
Cavab: Əgər bu həkim öz ixtisasında mahirdirsə və eyni zamanda e'tibarlı həkimdirsə onun dediklərinə tabe olmaq lazımdır. Tuta bilmədiyi günlərin qəza¬sına gəlincə, əgər bu şəxsin xəstəliyi sağalan xəstə¬likdirsə o, həmin günlərin qəzasını sağaldıqdan son¬ra dərhal tutmalıdır. Hətta bu günlərin sayı bir neçə ay olsa da belə. Əgər bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tut¬mayıbsa qəzalarla bərabər həmin günlərin sayı qə¬dər kasıb da yedizdirməlidir.
Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, onda o, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.

Sual: Hansı xəstəliklərə görə orucu tərk etmək olar?
Cavab: Əgər oruc tutmaq insanın hər hansı bir xəs¬təliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir.

Üçüncü qisim: Müsafir.

Sual: Müsafir üçün oruc tutmaq əfzəldir, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə.
Cavab: Ümumiyyətlə, səfər ağır da olsa, yüngül də olsa müsafir üçün oruc tutmamaq daha əfzəldir. Həmzə bin Amr əl-Əsləmi Peyğəmbərə səllallahu aleyhi və səlləm belə dedi: “Ey Allahın elçisi! Mən səfərdə olar¬kən özümdə oruc tutmağa qüvvə hiss edirəm. Əgər oruc tutsam mənə günah olarmı?” Peyğəmbər səllallahu aleyhi və səlləm ona belə cavab verdi: “Bu Allahdan (müsəlmanlara olan) rüsxətdir. Kim onu götürərsə yaxşı iş görmüş olar. Kim də oruc tutmaq istəyərsə ona heç bir günah olmaz.”(“əl-Bəqərə” surəsi, 184) La¬kin kim səfərdə olar¬kən oruc tutarsa, heç bir ziyanı yoxdur. Çünki Pey-ğəmbərdən səllallahu aleyhi və səlləm səfər¬də olarkən həm oruc tutmağı, həm də tut¬mamağı varid olmuşdur. Səhabələr də belə etmişlər. Ənəs ibn Malik demiş¬dir: “Biz Ramazan ayında Peyğəm¬bərlə səllallahu aleyhi və səlləm birgə səfərdə idik və bizlərdən bəziləri oruc tutmuş, digərləri isə tutma¬mışdı. Nə oruc tutan tutmayanı, nə də tutmayan tutanı qına-yardı.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Lakin səfər ağır və məşəqqətli olarsa müsafirin oruc tutması məkruh sayılır. Çünki Peyğəmbər səllal¬lahu aleyhi və səlləm bir dəfə səfərdə ikən oruc tutan və is¬tinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi: “Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Ramazan ayında səfərdə olarkən günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olarmı?
Cavab: Ramazan ayında səfərdə olan şəxs orucunu, orucu pozan amillərdən hər hansı biri ilə poza bilər. Çünki oruc tutmaq onun üçün heç də vacib deyildir. Uca Allah buyurur: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tut¬malıdırlar.”(“əl-Bəqərə” surəsi, 184) Lakin bu şəxs sonradan həmin gü¬nün qəzasını tutmalıdır.

Sual: Oruc tutan şəxs həmin gün ərzində səfərə çıxarsa, orucunu poza bilərmi?
Cavab: Bəli, poza bilər.

Sual: Səfər üçün müəyyən bir müddət varmı? Bu müddət bitdikdən sonra oruc tutmaq vacibdirmi?
Cavab: Səfər üçün müəyyən bir müddət yoxdur. Odur ki, müsafir səfərdən qayıdana qədər Allahın ona verdiyi rüsxətdən istifadə edə bilər. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan ayının iyirmisi Məkkəyə daxil olmuş və (müsafir olduğu üçün) bu ayın axı¬rına qədər oruc tutmamışdır.(Bu hədisi Buxarı rəvayət etmişdir)

Sual: Oruc tutmayan müsafir gün batmamışdan əv¬vəl səfərdən qayıtsa, günün qalan hissəsini oruc tut¬malıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Orucu pozmaq niyyəti ilə səfərə çıxmağın hökmü nədir?
Cavab: Bu, hiylə olduğu üçün haram sayılır.

Dördüncü qisim: Heyz və ya nifas halında olan qadın.

Sual: Heyz və nifasa görə orucunu tərk edən qadın onun qəzasını tutmalıdırmı?
Cavab: Bəli tutmalıdır. Aişə (r.a) rəvayət edir ki, “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Heyz və nifas halında olan qadın gündüz vax¬tı bundan təmizlənsə, günün qalan hissəsini oruc tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Qadın gün batmamışdan əvvəl heyz və ya nifas olarsa, həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Bəli, tutmalıdır.

Sual: Qadın dan yeri ağarmamışdan əvvəl heyz və ya nifasdan təmizlənib oruc tutsa və gün ərzində paltarında sarı ləkə görsə həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Xeyr! Ummu Atiyyə (r.a) rəvayət edir ki, “Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Beşinci qisim: Hamilə və ya süd verən qadın.

Sual: Hamilə və ya süd verən qadın məşəqqətə görə tutmadığı orucların qəzasını tutmalıdır, yoxsa buna görə kəffarə ödəməlidir?
Cavab: Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah müsa¬firə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.”(Bu hədisi Əhməd və “Sünən” əsərlərinin müəllifləri rəva¬yət etmişlər) Bu rəyi dəstəkləyən alimlər:
Mücahid,(Beyhəqinin “Sunən” əsəri, 4/230-231)
İkrimə,(Abdurrəzzaqın “Musannəf” əsəri, 7564)
Həsənul-Basri və İbrahim ən-Nəxəi,(“Fəthul-Bari” 8/225 – “əl-Bəqərə” surəsi, 184-cü ayənin təfsiri; Beyhəqinin “Sunən” əsəri, 4/230-231.)
əl-Əvzai,(“Fəthul-Bari” 8/226 – “əl-Bəqərə” surəsi, 184-cü ayənin təfsiri
Malik, Şafii və Əhməd,(Şövkaninin “Neylul-Əvtar” əsəri, 4/273; Tirmizinin “Sunən” əsəri, 3/94)
ibnul-Qeyyim,(“Zadul-Məad” 2/30-31)
Xəttabi,(“Avnul-Məbud” 6/309)
əl-Mubarakfuri,(“Töhvətul-Əhvvəzi” 3/329-331)
ibn Baz,(Useyminin fətvaları, 1/540-541)
Useymin və başqaları.(Ləcnənin fətvaları, 1/540-541)

Sual: Doğuşdan əvvəl hamilə qadından gələn su orucu pozurmu?
Cavab: Xeyr, pozmur.
Adam вне форума   Ответить с цитированием
Старый 06.08.2010, 11:32   #3
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию Mövzunun ardı

Orucu pozan və pozmayan amillər

Sual: Orucu nələr pozur?
Cavab: Orucu aşağıdakılar pozur:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırı¬lan dərmanlar və başqa bu kimi yemək-içməyə bən¬zər şeylər;
Uca Allah buyurur: “İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəy¬yən et¬diyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaran¬lığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamam¬layın.”(“əl-Bəqərə” surəsi, 187)
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: “Oruc tutan kəs yemək-içməyini və şəhvətini Mənə görə tərk edir.”(Bu hədisi Buxari rəvayət etmişdir)
- özünü qusdurmaq;
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Hər kim qəsdən özünü qusdursa, bunun qəzasını tutsun.”(Bu hədisi Əhməd və “Sünən” əsərlərinin müəllifləri rəva¬yət etmişlər)
- heyz və nifas qanı.
Aişə (r.a) rəvayət edir: “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız oru¬cun qəzasını tutmaq əmr olunardı.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlu¬matlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu po¬zan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəm¬bər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim üm¬mətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiy¬yət qarşısın¬da etdiklərini bağışlamış¬dır.”(Bu hədisi ibn Macə rəvayət etmişdir)
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müs¬təs¬na olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəza¬sı fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm töv¬bə et¬məli, həm bir gün onun qəzasını tutmalı, həm də kəf¬farə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirt¬məlidir. Pey¬ğəmbər səllallahu aleyhi və səlləm Ramazan oru¬cunda cinsi əla¬qəyə girən şəxsə bunları əmr etmiş¬dir.(Buna aid hədisi Buxari və Muslim rəvayət etmişdir) Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.

Sual: Başqa aylarda qəza və ya nafilə orucunu tutar¬kən cinsi əlaqədə olan şəxs nə etməlidir?
Cavab: Vacib orucun qəzasını tutan şəxs sadəcə onun qəzasını yenidən tutmalı və heç bir kəffarə ödə¬mə¬məlidir. Belə ki, kəffarə yalnız Ramazan ayı¬nın hör¬mətinə görə ödənilir. O ki qaldı nafilə oru¬cuna, onun qəzasını tutmaq vacib deyil.

Sual: Oruc tutan müsafir səfərdə ikən cinsi əlaqəyə girsə, kəffarə ödəməlidirmi?
Cavab: Xeyr, o, başqa aylarda yalnız bunun əvəzi¬nə bircə gün oruc tutmalıdır.

Sual: Oruc tutan kəs gündüz yuxudan oyanıb pol¬lyusiya (Yuxuda olarkən sperma ifraz etmək.
) halında olduğunu görsə nə etməlidir?
Cavab: O, oruc tutmağına davam etməlidir. Belə ki, bunun oruca heç bir aidiyyəti yoxdur.

Sual: Onanizmlə məşğul olmaq və məni ifraz et¬mək orucu batil edirmi?
Cavab: Əlbəttə, belə bir iş tutanın orucu batildir və o, bu¬nun qəzasını tutmalıdır. Bundan əlavə o, iki şeyə görə tövbə et-məlidir. Birincisi orucunu poz¬duğuna gö¬rə, ikincisi isə onanizmlə məşğul olduğu üçün. Belə ki, bunu – zəruri hallar (Analiz vermək və s.) müstəsna ol¬maq¬la digər hallarda – etmək haramdır. Bu haqda Pey¬ğəmbər səllal¬lahu aleyhi və səlləm demişdir: “Ey cavanlar! Siz¬lərdən kimin evlənməyə imkanı varsa, qoy ev¬lənsin. Həqi¬qətən, o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir. İmkanı olmayan isə oruc tutsun. Doğ¬rudan da, onun (haramdan) qorumaq təsiri vardır.” (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Qusmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Bu xüsusda mötəbər hədis¬də deyi¬lir: “Hər kim (iradəsindən asılı olmadan) qussa, onun qəzasını tutmamalı, kim də qəsdən özünü qus¬dursa, bunun əvəzini tutmalıdır.” (Bu hədisi Əhməd və “Sünən” əsərlərinin müəllifləri Əbu Davud rəvayət etmişlər)

Sual: Şəhvətsiz məni ifraz edən kəsin orucu pozu¬lurmu?
Cavab: Xeyr, pozulmur.

Sual: Öpüşmək və mazaqlaşmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Aişə rəvayət edir ki, Pey¬ğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)

Sual: Öpüşmək və mazaqlaşmaq nəticəsində məni və ya məzi ifraz edən şəxs nə etməlidir?
Cavab: Məni ifraz edən şəxs bunun qəzasını tutmalı və heç bir kəffarə ödəməməlidir. Məzi ifraz edənə gəlincə, qeyd etmək lazımdır ki, bu, ixtilaflı məsə¬lə¬dir. Hənəfi və Şafii məzhəblərinə görə oruc pozul¬mur. İbn Teymiyyə bu haqda demişdir: “Öpüş¬mək, mazaqlaşmaq və ya dönə-dönə baxmaq nəti¬cəsində məzi ifraz etmək orucu pozmur. Bu isə Əbu Həni¬fənin, Şafiinin və bəzi Hənbəlilərin rəyi¬dir.” (İbn Teymiyyənin “İxtiyarat” əsəri, səh. 108) Həm¬çinin İbn Baz, İbn Useymin və bir çox müasir alimlər bu fikirdədirlər.

Sual: Dişlərin dibindən, burundan, boğazdan və sair bə¬dən üzvlərindən çıxan qanı udmaq orucu pozur¬mu?
Cavab: Xeyr pozmur.

Sual: Analiz üçün qan vermək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: İstihazə və babasil xəstəliyi nəticəsində, habe¬lə diş¬lərin dibindən, burundan, boğazdan və sair bədən üzvlərindən çıxan qan orucu pozurmu?
Cavab: Xeyr, pozmur. O ki qaldı heyz və nifasa, qeyd etmək lazımdır ki, bunun orucu poz¬masına dair mötəbər hədislər varid olmuşdur. Yuxa¬rıda qeyd olu¬nanların orucu pozması barədə isə heç bir dəlil gəl¬məmişdir.

Sual: Yaralılara və xəstələrə vurmaq üçün qan ver¬mək orucu pozurmu?
Cavab: Xeyr, pozmur. İmkan varsa bunu iftardan son¬raya saxlamaq yaxşıdır. Bunu təxirə salmaq müm¬kün deyilsə yaralılara və xəstələrə vaxtında yardım etmək gərəkdir.

Sual: Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Tüpürcəyi, bəlğəmi və ya burundan axan seli¬yi ud¬maq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vur¬maq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Və bunun damara, yaxud əzələyə vurulması heç bir əhəmiyyət kəsb etmir. Əv¬vəldə qeyd etdiyimiz kimi yalnız bədəni qüvvət¬lən¬dirən iy¬nələr orucu pozur.

Sual: Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Amir ibn Rabiyə (r.a) deyir: “Pey¬ğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola mis¬vakla diş-lərini təmizlədiyini dəfələrlə görmü¬şəm.” (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Diş mə′cunundan istifadə etmək olarmı?
Cavab: Onu udmamaq şərti ilə istifadə etmək olar.

Sual: Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, tüstü verən ətirləri iyləməkdən çəkinmək gərəkdir.

Sual: Qulağa və gözə dərman tökmək oru¬cu pozur¬mu?
Cavab: Burundan fərqli olaraq qulağa və gözə dər¬man tök¬mək oru¬cu poz¬mur. Belə ki, Peyğəmbər səllal¬lahu aleyhi və səlləm bu haqda heç nə deməmişdir. Lakin oruc tutanın burnuna su almağı barədə bu sözləri söy¬ləmiş¬dir: “(Dəstəmaz aldıqda) oruclu hal istisna ol¬maqla (di¬gər hallarda) burnuna suyu çox al.”(Bu hədisi Əhməd rəvayət etmişdir)

Sual: Oruclu ikən sürmə, xına, lak, müxtəlif krem¬lər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olarmı?
Cavab: Bəli, olar. Lakin qeyd etmək lazımdır ki, dodaq boyasından istifadə etməkdən çəkinmək la¬zımdır. Belə ki, onun mədəyə düşmək ehtimalı çox¬dur.

Sual: Qadına şəhvətlə baxmaq orucu pozurmu?
Cavab: Əvvəla qeyd etmək lazımdır ki, kişi şəh¬vətlə yalnız öz qadınına baxa bilər. Qaldı ki, onun digər qadınlara baxmasına, bu haramdır. Doğrudur bu əməl orucu pozmur, lakin onun savabını azaldır. Peyğəmbər səllal¬lahu aleyhi və səlləm demişdir: “Hər kim günah sözlərdən, cahillikdən və ona əməl etməkdən əl çək¬məsə, yemək-içməyini tərk etməsinə Allahın ehtiyacı yox¬dur.” (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Söyüş söymək, qeybət etmək, söz gəzdirmək və sair bu kimi pis əməllər orucu batil edirmi?
Cavab: Xeyr, batil etmir. Yalnız savabını azaldır. “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edil¬diyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə [pis əməllərdən] çəkinəsiniz.” (“əl-Bəqərə” surəsi, 183) “Sizlərdə biri oruc tut¬duğu gün söyüş söyməsin...”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Yatmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Lakin hər bir müsəlmana Ramazan ayından maksimum istifadə etmək və vax¬tını yat¬maqla keçirməmək daha xeyirlidir.

Sual: Oruclu ola-ola çimmək olarmı?
Cavab: Bəli, olar. Belə ki, Peyğəmbər səllal¬lahu aleyhi və səlləm oruclu ola-ola çimərdi. Əlbəttə, bu cür məsələ¬lərdə ifra¬ta var¬maq olmaz. Əksinə, hər bir müsəl¬man Allahın ver¬diyi rüsxətdən istifadə etməlidir. Peyğəmbər səllal¬lahu aleyhi və səlləm demişdir: “Şübhəsiz ki, bu din asanlıq¬dır. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o həmin şəxsi (aciz edərək) məğ¬lub etməsin. Orta mövqe tutun (ifrata və təfritə var¬mayın)! (İbadətləri tam yerinə yetirə bilməsəniz də bacardığınız qədər ona) yaxınlaşın! (Az da olsa davamlı əməllərinizə görə) sevinin! Səhər-axşam və gecənin bir hissəsində (davamlı ibadət etməklə Allahdan) kömək diləyin!”(Bu hədisi Buxari rəvayət etmişdir)
Adam вне форума   Ответить с цитированием
Старый 06.08.2010, 11:36   #4
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию mövzunun ardı

Sual: Siqaret çəkmək orucu pozurmu?
Cavab: Əlbəttə ki, pozur və o, bu¬nun qəzasını tut¬malıdır. Bundan əlavə o, iki şeyə görə tövbə etməli¬dir. Birin¬cisi orucunu pozduğuna görə, ikincisi isə siqaret çək¬diyinə görə. Belə ki, siqaret çəkmək haramdır.

Sual: Astma (təngnəfəslik) xəstəliyi olan şəxsin aerozol şəklində olan dərmanlardan istifadə etməsi orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruclu ola-ola şam, imalə və başqa bu kimi müa¬licə vasitələrindən istifadə etmək orucu pozur¬mu?
Cavab: Xeyr, pozmur.

Sual: Oruc vaxtı dəstəmaz və ya qüsl aldıqda boğa¬za su getsə oruc pozulurmu?
Cavab: Qəsdən bunu etmək orucu pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərək¬dir. Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç savabına belə xələl gətir¬mir.

Sual: Havada olan tozları udmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sual: Bədəndə olan sızanağı sıxmaq orucu pozur¬mu?
Cavab: Xeyr, pozmur.

Sual: Heç bir səbəb olmadan orucu pozmaq olar¬mı?
Cavab: Səbəbsiz yalnız nafilə orucunu pozmaq olar.

Sual: Saqqız çeynəmək orucu pozurmu?
Cavab: Dadsız saqqızı çeynəmək orucu pozmur. Dadı olan saqqıza gəlincə, qeyd etmək lazımdır ki, yalnız onun tərkibində olan maddəni udmaq orucu pozur.

Sual: Qan almaq və ya aldırmaq orucu pozurmu?
Cavab: Xeyr, pozmur. Belə ki, Pey¬ğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola qan aldırmışdır.(Bu hədisi Buxari rəvayət etmişdir)

Qəza və kəffarənin hökmləri

Sual: Qəzaya qalan orucu nə zaman tutmaq lazım¬dır?
Cavab: Qəza orucunu Ramazan ayından sonra dər¬hal tut¬maq əfzəl, növbəti Ramazana qədər təxirə sal¬maq isə caizdir. Aişə (r.a) rəvayət edir ki: “Mənim Ramazan ayından orucum qəzaya qalardı və mən onun qəza¬sını Şaban ayında tutardım.”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Uzun müddət qəsdən, hökmü inkar edərək oruc tutmayan şəxs nə et¬məlidir?
Cavab: O, bu günaha görə yalnız tövbə etməli və heç bir qəza orucu tutmamalıdır. Belə ki, hər bir iba¬dətin öz vaxtı olduğu kimi orucun da öz vaxtı vardır. Odur ki, onu üzrsüz olaraq vaxtından gec yerinə yetirmə¬yin də heç bir faydası yoxdur. Pey¬ğəmbər səllal¬lahu aleyhi və səlləm demişdir: “Bizim işimizə [dinimizə] müvafiq ol¬mayan bir əməl edən kimsə¬nin etdiyi əməl rədd edilir.”(Bu hədisi Muslim rəvayət etmişdir)

Sual: Qəzaya qalan orucları növ¬bəti Ramazana qədər tut¬mayan şəxs nə etməlidir?
Cavab: Əgər o, bunu səhlənkarlığı üzündən edibsə, onda tövbə etməklə yanaşı orucların qəzasını tut¬malı və kəffarə olaraq buraxdığı hər günün əvəzinə 510 qr. miqdarında yeməklə bir kasıbı yedirt¬məli¬dir.

Sual: Üzrlü səbəbə görə orucu tərk etmiş və qəza¬sını tutmaq ona müyəssər olmazdan əvvəl vəfat et¬miş kimsənin hökmü nə¬dir?
Cavab: Onun əvəzinə oruc tutmaq və ya kəffarə ödə¬mək vacib deyil.

Sual: Xəstəliyin davamlı olması ehtimalı ilə həki¬min qoyduğu qadağaya əsasən orucu tərk edib kəf¬fa¬rə ödəmiş kimsə bir müddət sonra sağalsa, burax¬dığı orucların qəzasını tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır.

Sual: Bilmədən geri qalmış saata etimad edib səhu¬ru gec yeyən kəsin orucu qəbuldurmu?
Cavab: Bəli, qəbuldur.

Sual: Kəffarə yalnız bir nəfərə verilə bilərmi?
Cavab: Bunda heç bir məhdudiyyət yoxdur və o, istənilən sayda adama verilə bilər.

Sual: Ölən şəxsin yerinə kəffarə və ya qəzaya qal¬mış orucu tutmaq olarmı?
Cavab: Bəli, olar? Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm belə buyurmuşdur: “Hər kim boynunda oruc olduğu halda vəfat etsə, varisi onun əvəzinə oruc tutsun!”(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Oruc tutmağa qüdrəti çatmayan xronik xəs¬tələr kəffarəni necə verməlidirlər?
Cavab: Onlar hər günün əvəzinə 510 qr. miqda¬rında yeməklə bir kasıbı yedirtməlidirlər. Uca Allah buyurur: “Müəyyən sayda olan günləri [oruc tut¬malısınız]. Sizlər¬dən xəstə və ya səfərdə ola¬nı var¬sa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidir-lər.”(“əl-Bəqərə” surəsi, 184)

Sual: Qəzaya qalmış orucu dalbadal tutmaq vacib¬dirmi?
Cavab: Xeyr, vacib deyil. Bu orucları istənilən şəkildə tutmaq olar.

Sual: Qəzaya qalmış orucu cümə və ya şənbə günü tutmaq olarmı?
Cavab: Bəli, olar. Bu günlərdə xüsusilə oruc tut¬mağa qoyulmuş qadağa yalnız nafilə oruclarına aid¬dir.

Sual: Kəffarə olaraq iki ay dalbadal oruc tutan şəxs bu arada hər hansı səbəbdən orucu pozsa nə etməli¬dir?
Cavab: Heyz, nifas və s. üzrlü səbəbə görə pozsa, sonradan orucuna davam etməli, üzrsüz olaraq onu pozsa yenidən başlamalıdır.

Nafilə orucları

Sual: Şəvval ayında olan altı gün orucu ardıcıl tutmaq vacibdirmi?
Cavab: Xeyr, bunu ay ərzində istənilən şəkildə et¬mək olar.

Sual: Ərafa günü oruc tutmaq olarmı?
Cavab: Bəli, olar. Yalnız həcc ziyarətində olan şəx¬sə həmin gün oruc tutmaq qadağandır.

Sual: Aşura orucunu hansı günlərdə tutmaq lazım¬dır?
Cavab: Bunu aşağıdakı günlərdə tutmaq olar:
- Məhərrəm ayının 10-u;
- Məhərrəm ayının 9-u və 10-u, yaxud 10-u və 11-i;
- Məhərrəm ayının 9-u, 10-u və 11-i.

Sual: İl boyu oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz.

Sual: Oruc tutulan “biyd”(Bu günlərdə gecələr ay ətrafı daha çox işıqlandırdığı üçün, bu üç gün “biyd” günləri adlanmışdır) günləri hansı günlərdir?
Cavab: Hicri aylarının 13-ü, 14-ü və 15-i “biyd” günləri adlanır.

Sual: Heyz və nifas halında olan qadın oruc tuta bilərmi?
Cavab: Bu hallarda onun oruc tutması haramdır.

Sual: Qadın ərinin izni olmadan nafilə orucu tuta bilərmi?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir.(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qeyd etmək lazımdır ki, bu hökm ər səfərə çıxana qədər qüvvədə qalır. Yəni, səfərdə olan ərdən oruc tutmaq üçün izn almaq lazım deyil.

Sual: Davudun aleyhissəlam orucu deyildikdə nə qəsd edi¬lir?
Cavab: Bunun üçün Peyğəmbərin səllallahu aleyhi və səlləm söylədiyinə nəzər salmaq kifayətdir: “Allahın ən çox sevdiyi oruc Davudun aleyhissəlam orucudur. O, günaşırı oruc tutardı.”(Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Cümə və şənbə gününü xüsusiləşdirib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Cümə günü oruc tutmaq üçün ondan əvvəlki və ya sonrakı günü də oruc tutmaq lazımdır.(Buna aid hədisləri Buxari və Muslim rəvayət etmişdir) Şənbə gününə gəlincə, qeyd etmək la¬zımdır ki, bu gündə nafilə oruc tutmaq ümumiyyət¬lə qadağandır.(Buna aid hədisi Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər) Yalnız cümə ilə şənbə günlərini bir¬gə tutmağa rüsxət verilmişdir.

Sual: Qəza oruclarını tutmadan Şəvval ayının altı gününü tutmaq olarmı?
Cavab: Bəli, olar.

Sual: Rəcəb və ya Şaban aylarında xüsusi oruclar varmı?
Cavab: Buna dair heç bir mötəbər hədis varid ol¬mamışdır.

Sual: Şaban ayının 30-u Ramazan ayının 1-i ol¬duğunu güman edən və şəkk içində olan kəs həmin gün oruc tuta bilərmi?
Cavab: Xeyr! O gün oruc tutmaq haramdır. Pey¬ğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Hər kim şəkk etdiyi gün oruc tutsa, Əbul-Qasimə (Əbul-Qasim Pey¬ğəmbərin səllallahu aleyhi və səlləm kunyasıdır) asi olar!” (Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Bayram günü oruc tutmağın hökmü nədir?
Cavab: Bayram günlərində oruc tutmaq haramdır. Ömər (r.a) demişdir: “Peyğəmbər səllallahu aleyhi və səlləm bu iki gündə oruc tutmağı qadağan etmişdir; orucu¬nuzu açdığınız gün, qurbandan yediyiniz gün (ramazan və qurban bayramlarında)!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: “Təşriq” (Təşriq – qurutmaq deməkdir. Həcilər bu günlərdə qurban ətini quru¬dub saxladıqlarına görə həmin günlər təşriq adlanmışdır) günlərində (zil-Hiccənin 11-i, 12-i və 13-ü) oruc tutmaq olarmı?
Cavab: Xeyr, bu günlərdə oruc tutmaq olmaz. Pey¬ğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Təşriq günləri yemək-içmək və Allahı yad etmək günləridr!” (Bu hədisi Muslim rəvayət etmişdir)

Sual: Təşriq günlərində oruc tutmamaq hamıya şamil edilirmi?
Cavab: Xeyr! Təməttu (Təməttu – zövq almaq, rahatlanmaq deməkdir. Həccin bu növü ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxır, zil-Hiccənin 8-i yenidən ehrama girib ziyarətinə davam edir) və qiran (Qiran – birləşdirmə deməkdir. Bu, ona görə belə adlanır ki, həcc edən şəxs ümrə ziyarətini yerinə yetirdikdən sonra ehramdan şıxmır və ziyarətinə davam edir) həcci edən, qur¬ban kəsməyib əvəzinə oruc tutan şəxsə aid deyil. Uca Allah buyurur: “Hər kim [qurbanlıq] tapmasa, həcc əsnasında üç, [vətənə] qayıtdıqda isə yeddi gün oruc tutsun.” (“əl-Bəqərə” surəsi, 196)

Sual: Şaban ayının 15-i ayrıca oruc tutmaq, gecə¬sini də ibadətlə keçirmək nə dərəcədə doğrudur?
Cavab: Bu haqda heç bir mötəbər dəlil varid olmamışdır. Lakin qeyd etmək lazımdır ki, 15-i də daxil ol¬maqla Şaban ayının hamısını, yaxud çox hissəsini, yaxud da biyd günlərində (13-ü, 14-ü və 15-i) oruc tutmaq olar. Peyğəmbər səllallahu aleyhi və səlləm də belə edərdi. (Bu haqda hədisləri Suyuti rəvayət etmiş və Albani onlari səhih hesab etmişdir)

Sual: Şaban ayının ortasına qədər oruc tutmayan şəxs, bu ayın qalan hissəsində oruc tuta bilərmi?
Cavab: Xeyr! Belə ki, Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: “Şaban ayının ortası gəlib çatdığı zaman Ramazan ayına qədər oruc tutma¬yın!”( Bu hədisi Suyuti rəvayət etmiş, Albani də onu səhih hesab etmişdir)
Adam вне форума   Ответить с цитированием
Старый 06.08.2010, 11:38   #5
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию mövzunun ardı

Sual: İki və daha artıq günlərdə iftar etmədən dalba¬dal oruc tutmaq olarmı?
Cavab: Olmaz. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm bunu qadağan etmişdir: “Hər kim (orucunu) davam etdirmək istəyirsə, qoy səhura qədər davam etdir¬sin!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Rəcəb ayında hər hansı bir günü xüsusiləşdi¬rib oruc tutmaq olarmı?
Cavab: Xeyr, olmaz. Ümumiyyətlə dəlil-sübutsuz olaraq hər hansı bir günü xüsusiləşdirib oruc tut¬maq İslam dini tamam olduqdan sonra ona əlavə edilmiş yenilikdir.

Sual: Səfərdə oruc tutmaq olarmı?
Cavab: Həmzə ibn Amr (r.a) bu haqda Peyğəmbər¬dən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “İstə¬yirsən tut, istəyirsən tutma!”( Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Ramazanla bağlı digər məsələlər

Sual: Orucu tərk edən kafir sayılırmı?
Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Orucun gərəksiz olduğunu etiqad edən şəxs ka¬firdir;
- Səhlənkarlıq ucbatından orucu tərk edən şəxs isə kafir deyil sadəcə günahkar sayılır.

Sual: Namaz qılmayan şəxsin orucu qəbuldurmu?
Cavab: Bu məsələni də iki hissəyə bölmək gərək¬dir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs ka¬firdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbər¬dən səllallahu aleyhi və səlləm demiş¬dir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”( Bu hədisi Əhməd, Tirmizi, Nəsai və başqaları rəvayət etmişdir)
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.

Sual: Ramazan ayının üç gününü və ya axır on gününü oruc tutmaqla kifayətlənmək olarmı?
Cavab: Xeyr, olmaz. Ramazan ayını tam şəkildə oruc tutmaq hər bir müsəlmanın borcudur.


Gecə namazları (təravih)

Sual: Bu namazlar nə üçün təravih adlanır?
Cavab: Təravih dincəlmək mənasını ifadə edir. Pey¬ğəm¬bər səllallahu aleyhi və səlləm və səhabələr bu namaz¬ları qılarkən dörd rəkətdən sonra dincələrdilər. Elə buna görə də o, təravih adlanmışdır.

Sual: Təravih namazının hökmü nədir?
Cavab: Bu namazı qılmaq sünnədir (Peyğəmbərin səllallahu aleyhi və səlləm etdiyi müstəhəb əməllərdəndir).

Sual: Bu namazı fərdi şəkildə qılmaq olarmı?
Cavab: Bəli, olar. Lakin camaatla qılmaq daha əf¬zəldir.

Sual: Bu namaz mütləq məsciddə qılınmalıdırmı?
Cavab: Xeyr, bunu evdə də qılmaq olar.

Sual: Oruc gecələrində daha hansı ibadətləri etmək yaxşıdır?
Cavab: Bu gecələrdə Quran oxumaq, Allahı xatır¬lamaq, dua etmək, elm tələb etmək sünnəyə müva¬fiqdir.

Sual: Bu gecələrdə səhərə qədər oyaq qalmaq va¬cibdirmi?
Cavab: Xeyr, vacib deyil.

Sual: Təravih namazı neçə rəkət qılınmalıdır?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm gecə namaz¬larını on bir və ya on üç rəkətdən çox qılmazdı.

Sual: Gecə namazlarını xüsusiləşdirməmək şərti ilə istənilən sayda qılmaq olarmı?
Cavab: Bəli, olar. Belə ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm gecə namazı barəsində soruşduqda o, demişdir: “Gecə namazları iki (rəkət)-iki (rəkət) qılınır....” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Gecə namazlarını dalbadal qılmaq, salamı isə yalnız sonuncu rəkətdə vermək olarmı?
Cavab: İslam alimləri bu məsələdə ixtilaf etmişlər, lakin bütün bu ixtilaflara son qoymaq üçün əksər alimlərin rəyini götürüb yuxarıdakı hədisə istinad etməklə hər iki rəkətdən sonra salam vermək daha münasibdir.

Sual: Təravih namazı nə vaxt qılınmalıdır?
Cavab: Onu işa namazından sonra sübh namazına qədər olan vaxt ərzində qılmaq olar.

Sual: Təravih namazları arasındakı istirahət vaxtı moizə vermək və Ramazan gecələrində bir yerə yığışmaq olarmı?
Cavab: Peyğəmbər səllallahu aleyhi və səlləm, səhabələr və onların ardıcılları belə şey etməmişlər.

Sual: Təravih namazları arasında su və s. içmək olarmı?
Cavab: Bəli, olar.

Sual: Təravih namazlarında Qurandan nə qədər oxumaq olar?
Cavab: Buna heç bir məhdudiyyət yoxdur. Lakin camaata namaz qıldıran imam onların arasındakı qocaları, qadınları və uşaqları nəzərə almalıdır.

Sual: Gecə namazları səslə qılınır, ya səssiz?
Cavab: Gecə namazlarını həm səslə, həm də səssiz qılmaq olar.

Sual: Namaz qıldıranın səsinin gözəlliyinə görə yaxınlıqdakı məscidi qoyub uzaqda olan bir məs¬cidə getmək olarmı?
Cavab: Bəli, olar. Bir şərtlə ki, namazı qıldıran şəxs bid'ət (Dində əsli olmayan, kamil olduqdan sonra ona əlavə edilən hər bir şey bid'ət adlanır) əhlindən olmasın.

Sual: Təravih namazını qılan kəs Quranı üzündən oxuya bilərmi?
Cavab: Namazda artıq-əskik hərəkət etmək qada¬ğandır. Lakin xətalara yol verməmək üçün və başqa bu kimi səbəblərə görə bunu etmək olar.

Sual: Namazda ayələri və surələri tərtiblə oxumaq vacibdirmi?
Cavab: Ayələri tərtiblə oxumaq vacibdir. Surələri tərtiblə oxumaq barəsində ixtilaf olsa da belə onları tərtiblə oxumaq sələfin yoluna daha uyğundur.

Sual: Namazda bərkdən-bərkdən ağlayaraq ətraf¬dakılara mane olmağın hökmü nədir?
Cavab: Əgər bu, namaz qılanın iradəsindən asılı deyilsə, onda bunun heç bir qorxusu yoxdur. Yox əgər qəsdən edərsə, onda bu, onu riyakarlığa sürük¬ləyər.

Sual: Vitr namazında hansı surələri oxumaq lazım¬dır?
Cavab: Vitr namazında istənilən surələri oxumaq olar. Lakin çox vaxt “əl-Alə” – “əl-Kafirun” – “əl-İxlas” surələrini oxumaq müstəhəbdir.

Sual: Təravih namazını camaatla qılan kəs vitri qıl¬mayıb gecənin axırına saxlaya bilərmi?
Cavab: Bəli, saxlaya bilər. Lakin imamla axıra qədər qılmaq daha əfzəldir.

Sual: Qunutda hansı duaları etmək yaxşı olar?
Cavab: Qunutda Quran və sünnədə varid olan dua¬ları etmək daha yaxşıdır.

Sual: Hər gecə qunut tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Əksinə, hərdən onu tərk etmək yaxşıdır ki, camaat onun vacib olduğunu güman etməsin.

Sual: Ramazan boyu hər gecə təravih namazlarını qılmaq vacibdirmi?
Cavab: Ümumiyyətlə bu namaz sünnədir. Odur ki, hərdən onu tərk etmək də olar. Lakin mömin bacar¬dığı qədər artıq savab qazanmağa can atmalıdır.

Sual: İşa namazını camaatla qılmağa çatmayan şəxs işa niyyəti ilə təravih namazına qoşula bilərmi?
Cavab: Bəli, qoşula bilər. Bir şərtlə ki, imam salam verdikdə o, salam verməməli, qalxıb axırıncı iki rəkəti tamamladıqdan sonra salamları verib namazı bitirməlidir.
Adam вне форума   Ответить с цитированием
Старый 06.08.2010, 11:39   #6
Adam
Baş Gizir
 
Регистрация: 27.04.2010
Сообщений: 176
Adam is on a distinguished road
По умолчанию Mövzunun ardı

E'tikaf (Ramazanın axır on gününü ibadət məqsədilə məsciddə qalmaq)

Sual: Ramazanın axır on günü digər günlərdən nə ilə fərqlənir?
Cavab: Ramazanın axır on günündə elə bir gecə vardır ki, o, min aydan xeyirlidir. Uca Allah buyu¬rur: “Həqiqətən, Biz onu [Quranı] Qədr gecəsində [dünya sə¬masına] nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan xeyirli¬dir. [Bu əzəmətli gecə Ra¬mazan ayının axır on günündəki tək gecələrdən (21, 23, 25, 27 və 29-cu gecələrdən) birinə təsa¬düf edir və həmin gecədə gələn Ra¬mazan ayına qədər olacaq hər bir şeyin müqəddəratı yazı¬lır]. Onda [o gecədə] mələklər və Ruh [Cəbrail] öz Rəbbinin izni ilə hər bir işdən ötrü [yerə] enirlər. O [gecə], dan yeri sökülənə qədər əmin-amanlıqdır!”( “əl-Qədr” surəsi) Ayələrdən bu gecədə nələr baş verdiyi açıq-aydın görünür.
Həmçinin bu mübarək gecədə növbəti il ərzində nələr baş verəcəyi müəy¬yən edilir. Uca Allah buyu¬rur: “Ha. Mim. And olsun açıq-aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş onda [bu gecədə] ayırd edilir.”( “əd-Duxan” surəsi, 1-4)
Habelə bu on gündə məscid¬lərdə e'tikaf edilir. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan ayının axır on gününü məsciddə e'tikaf edər¬di.( Bu hədisi Buxari rəvayət etmişdir)

Sual: Qədr gecəsinin əlamətləri varmı?
Cavab: Bəli! Gədr gecəsində sakitlik olur. Bu gecə¬də möminin ürəyi açılır, könlü xoş olur, qəlbi rahat¬lıq tapır və xeyirxah işlər görməyə can atır. Səhəri gün doğan günəş isə üfüqdə açıq-aydın görünür.

Sual: Üzrlü səbəbə görə oruc tutmayan kəs e'tikaf edə bilərmi?
Cavab: Bəli, edə bilər.

Sual: E'tikaf etmək vacibdirmi?
Cavab: Xeyr! E'tikaf etmək müstəhəbdir.

Sual: İstənilən yerdə e'tikaf etmək olarmı?
Cavab: Xeyr! E'tikaf camaat namazı qılınan məs¬cidlərdə edilir. Xüsusən də üç möhtəşəm məs¬ciddə - Beytulharamda, Pey¬ğəmbərin səllallahu aleyhi və səlləm məscidində və əl-Aqsa məscidində. Uca Allah buyurur: “Məscidlərdə e'tikafda olduğu¬nuz zaman on¬larla [qadınlarınızla] yaxın¬lıq etmə¬yin.”(“əl-Bəqərə” surəsi, 187)

Sual: E'tikaf nə zaman başlayır?
Cavab: E'tikaf gün batdıqdan sonra başlayır.

Sual: E'tikafın müddəti nə zaman bitir?
Cavab: Onun müddəti gün batana qədərdir. Yəni, on gün e'tikaf etmək niyyətində olan kəs – zəruri hallar müstəsna olmaqla – yalnız onuncu gün, gün batandan sonra məsciddən çıxa bilər.

Sual: Valideynin izni olmadan e'tikaf etmək olar¬mı?
Cavab: Xeyr! Çünki e'tikaf etmək sünnədir, vali¬deynə itaət isə vacibdir.

Sual: E'tikaf etmək məqsədilə səfərə çıxmaq olar¬mı?
Cavab: Yalnız üç məsciddə - Beytulharamda, Pey¬ğəmbərin səllallahu aleyhi və səlləm məscidində və əl-Aqsa məscidində e'tikaf etmək niyyəti ilə səfərə çıxmaq olar¬.( Bu haqda hədisi Buxari və Muslim rəvayət etmişdir)

Fitrə zəkatı

Sual: Fitrə zəkatı nə üçün çıxarılır?
Cavab: Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlən¬mək üçün¬dür.

Sual: Fitrə zəkatının hökmü nədir?
Cavab: Fitrə zəkatını vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, “Pey¬ğəmbər səllallahu aleyhi və səlləm camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miq¬darında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyur¬du.”(Bu haqda hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Ana bətnindəki uşaq üçün fitrə zəkatı vermək vacibdirmi?
Cavab: Xeyr, müstəhəbdir.

Sual: Fitrə zəkatı nədən verilir?
Cavab: Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.

Sual: Fitrə zəkatını pul, paltar və başqa bu kimi şeylərlə əvəz etmək olarmı?
Cavab: Xeyr, olmaz. Pey¬ğəmbər səllal¬lahu aleyhi və səlləm demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.”(Bu hədisi Muslim rəvayət etmişdir) Məgər Pey¬ğəmbər səllal¬lahu aleyhi və səlləm dövründə pul yox idi, yoxsa xəlifələrin zamanında səhabələr fitrə zəkatını pul şəklində verirdilər? Əksinə, hər kəs zəkatını Pey¬ğəmbərin səllal¬lahu aleyhi və səlləm buyurduğu kimi – qida məhsullarından çıxarıb onu kasıblara verərdi.

Sual: Bir neçə nəfərin fitrə zəkatını bir kasıba ver¬mək olarmı?
Cavab: Bəli, olar.

Sual: Fitrə zəkatı kimlərə verilir?
Cavab: Fitrə zəkatı kasıblara verilir.

Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?
Cavab: Fitrə zəkatının miqdarı təqribən 2,5 kiloq¬ramdır

Sual: 2,5 kiloq¬ram unun dəyərini hesablayıb bunu əvəzinə həmin məbləğdə (məs: bir kiloq¬ram) xurma alıb zəkat vermək olarmı?
Cavab: Xeyr, olmaz. Çünki veriləcək zəkatın miq¬darı adambaşı dörd ovucdur (təqribən 2,5 kiloq¬ram).

Sual: Fitrə zəkatının dörd ovucdan artıq vermək olarmı?
Cavab: Olar.

Sual: Fitrə zəkatı nə zaman verilməlidir?
Cavab: Fitrə zəkatı Ramazanın son iki günü, bay¬ram namazına qədər kasıblara verilməlidir.

Sual: Fitrə zəkatını bayram namazına qədər çıxar¬mayan şəxs nə etməlidir?
Cavab: Qəsdən onu təxirə salan şəxs buna görə tövbə etməli və fitrə zəkatını verməlidir. Üzrlü səbəbə görə bunu edən isə sadəcə fitrə zəkatını ver¬məlidir.

Sual: Fitrə zəkatını paylamağı kiməsə həvalə etmək olarmı?
Cavab: Bunu, yalnız Allahdan qorxan şəxsə həvalə etmək olar.

Sual: Fitrə zəkatını qeyri müsəlmana vermək olar¬mı?
Cavab: Xeyr, olmaz. Çünki fitrə zəkatı Ramazan bayramını qeyd etmək üçün verilir.

Sual: Səfərdə olan şəxs fitrə zəkatını vermək üçün onu öz ölkəsinə göndərə bilərmi?
Cavab: Bəli, göndərə bilər.

Bayram günü

Sual: Bayram günü hansı zikrləri etmək gərəkdir?
Cavab: Bayram günü aşağıdakı zikrləri etmək sün¬nədir:
“Allahu Əkbər Allahu Əkbər lə ilahə illəllah, Allahu Əkbər Allahu Əkbər və lilləhil həmd.”
Tərcüməsi: Allah Uludur, Allah Uludur, Allahdah başqa (ibadətə la¬yiq) ilahi yoxdur. Allah Uludur, Allah Uludur və həmd Allaha məx¬susdur!
və ya “Allahu Əkbər Allahu Əkbər Allahu Əkbər lə ilahə illəllah, Allahu Əkbər Allahu Əkbər Allahu Əkbər və lilləhil həmd.”
Tərcüməsi: Allah Uludur, Allah Uludur, Allah Uludur, Allahdah baş¬qa (ibadətə layiq) ilahi yoxdur. Allah Uludur, Allah Uludur, Allah Uludur və həmd Allaha məx¬susdur!

Sual: Bayram namazı necə qılınır?
Cavab: Bayram namazı aşağıdakı qaydada qılınır.
Birinci rəkətdə ehram təkbirini edib, “istiftah” duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmin rəkəti tamam¬lamaq lazımdır. İkinci rəkətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rəkəti təşəhhüd və salamlarla tamam¬lamaq lazımdır.

Sual: Bayram namazı neçə rəkət qılınır?
Cavab: Bayram namazı, iki rəkət səslə qılınan namaz və iki xütbədən ibarətdir. Qeyd etmək lazım¬dır ki, bayram xütbəsi namazdan sonra verilir.

Sual: Bayram namazından əvvəl və ya sonra sünnə namazı qılınırmı?
Cavab: Xeyr, qılınmır.

Sual: Bayram namazı üçün azan və iqamə verilır¬mi?
Cavab: Xeyr, verilmir.
Adam вне форума   Ответить с цитированием
Ответ


Здесь присутствуют: 1 (пользователей: 0 , гостей: 1)
 
Опции темы
Опции просмотра

Ваши права в разделе
Вы не можете создавать новые темы
Вы не можете отвечать в темах
Вы не можете прикреплять вложения
Вы не можете редактировать свои сообщения

BB коды Вкл.
Смайлы Вкл.
[IMG] код Вкл.
HTML код Выкл.

Быстрый переход


Часовой пояс GMT +4, время: 09:44.


Powered by vBulletin® Version 3.8.1
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd. Перевод: zCarot