Ria.az Forum

Ria.az Forum (http://forum.ria.az/index.php)
-   Ümumi mövzu | Общая тема (http://forum.ria.az/forumdisplay.php?f=8)
-   -   Hər şey haqqında (http://forum.ria.az/showthread.php?t=492)

Fani 25.08.2011 10:28

Скандальная правда о проекте "McDonald's"
 

Fani 25.08.2011 10:31

сколько информации существует в мире?
 

Fani 25.08.2011 10:36

Kino filmi haqqında.
 
Kino sənəti
19-cu əsrin sonlarında hərəkət edən əşyaları, insanları, heyvanları, ümumiyyətlə, hərəkəti lentə çəkə bilən xüsusi aparat icad edildi. Bu aparatı “kinematoqraf” (yunanca “kinema” hərəkət, “qrafo” isə yazıram, qeyd edirəm deməkdir) sonralar kino kamerası adlandırmışlar. Elə o vaxtdan da kino sənəti, yəni kinofilm çəkmək sənəti meydana gəlmişdir.

Ekranda görünən filmin hazırlanması üçün müxtəlif peşə sahibləri olan adamların birgə əməyi tələb olunur. Film üzərində iş ssenaridən başlanır. Ssenaridə gələcək filmin məzmunu, tamaşaçıların görəcəkləri hadisələrin yeri və vaxtı bütün incəliklərinədək işlənib hazırlanır, aktyorların deyəcəkləri sözlər əvvəlcədən yazılır. Ssenarinin məzmununa müvafiq olaraq filmin qəhrəmanlarının rollarını oynamaq üçün aktyorlar seçilir, rəssamlar geyim və dekorasiyalar hazırlayır, bəstəkar filmə musiqi bəstələyir.

Filmin yaradıcı kollektivinə kinorejissor rəhbərlik edir. O, aktyorlarla işləyir, operatorlara, rəssamlara, o cümlədən qrim və geyim rəssamlarına rəhbərlik edir. Filmi lentə kinooperator çəkir. Hər bir səhnənin daha canlı və təsirli çıxmasında onun rolu böyükdür. Filmin müvəffəqiyyəti aktyor ifasından da çox asılıdır.
Müasirimiz olan aktyor bəzən orta əsrlərin həyatı ilə yaşamalı, bəzən də gələcəyin insanı olmalıdır. O, gah qılıncla hücuma keçməli, gah da qar üzərində sürünməlidir. Kino aktyoru qısa müddətdə çox şeyi öyrənməli, dərk etməlidir.

Film əvvəldən axıradək, ekranda görünən ardıcıllıqla deyil, ayrı-ayrı parçalarla çəkilir. Bunlar 400 – 500 parçadan ibarət olur. Pərakəndə halında olan bu parçaların tam halda birləşdirilməsi montaj adlanır. Montaj – film üzərində işin çox mühüm hissəsidir.

İnsanın hiss və düşüncələrinə əyani təsirdən qüvvətli heç nə ola bilməz. Bu əyani təsiri kino sənəti yaradır.

Dünya kinematoqrafiyasında ən yüksək və nüfuzlu mükafat, Oskar mükafatı (Amerika kinoakademiyası mükafatı) hesab olunur. 1929-cu il mayın 16-da təsis edilmiş, hər il Amerika kinoakademiyası tərəfindən Kodak teatrında (2002 ildən) verilir.

100 Best Movie Lines in 200 Seconds

Müasir dövrdə 3-D film (üçölçülü film) geniş yayılmış, illüziyanın dərinliyini nümayiş etdirən kinofilm metodudur. Stereoskop fotolardan fərqli olaraq, xüsusi olaraq hazırlanmış kamerayla, görünüşlər iki fərqli perspektiv ilə çəkilir və yenə xüsusi bir proyeksiya cihaz ilə, yaxud eynəklə fərqli çəkilmiş iki görünüş meydana gətirilir.

Azərbaycanda isə kino sənətinin tarixi 1916-cı ildə İbrahim bəy Musabəyovun eyniadlı əsəri üzrə çəkilmiş “Neft və milyonlar səltənətində” filmi ilə başlayır. “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Nəsimi” filmləri Azərbaycan kino sənətinin ən yaxşı nümunələrindəndir.

Fani 26.08.2011 11:26

Çempionlar Liqasında qruplar müəyyən oldu! 2011
 

Fani 26.08.2011 19:15

Diş məcunu alarkən diqqətli olun!
 
Sağlamlığımızın qeydinə qalarkən dişlərimizin də sağlamlığına xüsusi fikir verməliyik.
Dişlərin sağlamlığı isə bilavasitə onlara qulluqdan birbaşa asılıdır. Bu məsələdə diş məcunlarının rolu danılmazdır. Diş məcunlarının tərkibində alüminium laktatı, ftoridlər, mikrob əleyhinə aktiv olan birləşmələr, yarımmineral komplekslər, dərman otlarının ekstraktları, fermentlər, bərəmum və s. maddələr var. İstehsalında ətirverici kimi efir yağlarının komponentləri olan mentol, timol, korvakrol, limonen, skvalen və s. istifadə edilir. Diş məcunları krem, gel və ya maye məcun formasında buraxılır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara diş məcunu alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətubat xidmətindən Ansapress-ə verilən məlumata görə, diş məcunu alarkən xarici görünüşü ilə yanaşı, onun tərkibinə diqqət etməyin vacib olduğu bildirilir.

Bu haqda məlumat isə onun markalanmasında əks olunur. Eyni zamanda bu məmulatları alarkən düzgün seçim etmək üçün onların hansı xüsusiyyətlərə malik olduğunu bilmək vacibdir. Bu məcunların haradan alınması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, onları əsasən bu növ məhsulları saxlamaq üçün müvafiq şəraiti olan yerlərdən, xüsusilə apteklərdən almaq məsləhətdir. Bir çox hallarda məcunun adının yanındakı işarəyə diqqət etmək kifayətdir. Bu işarələrlə diş məcununun hansı tərkibə malik olması, həssas dişlər, müxtəlif xəstəliklər və gündəlik istifadə üçün dərman otları əsasında hazırlandığı göstərilir. Gündəlik istifadə olunan məcunlar güclü antibakterial tərkibə malik olmamalıdır.

Diş məcunları dişləri və diş ətini qoruyur, tərkibində olan təmizləyici maddələr ağız boşluğunu effektiv şəkildə təmizləyir və təravətləndirir, diş minasının həssaslığını azaldır, diş ərpinin qarşısını alır. Bundan əlavə, diş ətini möhkəmləndirir və antibakterial təsir göstərərək diş əti iltihablaşmasının, qanamalarının və diş çürümələrinin qarşısını alır.

Diş məcunu təsirli xassəyə malik olmalı, qida qalıqlarını və yüngül diş ləkələrini yaxşı təmizləməli, tamı xoş olmalıdır. Keyfiyyətli diş məcununun kreməbənzər xüsusiyyətləri olmalı, dişi təmizləyərkən yaxşı köpüklənməli, uzun müddət saxlanarkən qurumamalıdır.

Müasir diş məcunları nəinki təsirli və təmizləyici effektə, eyni zamanda xüsusi tərkibli əlavələrin köməkliyi ilə müalicəvi-profilaktik təsirə də malikdir. Ona görə də diş məcununun seçilməsi vacib məsələlərdən biridir. İstehlakçı olaraq hər kəs bilməlidir ki, diş məcunları əsasən gigiyenik və müalicəvi-profilaktik qruplara bölünür. Gigiyenik diş məcunları yalnız təmizləyici və yeniləyici təsirə malik olur, xüsusi və müalicəvi əlavə tərkibləri yoxdur. Bu qrup diş məcunlarının tərkibi əsasən kimyəvi qarışıqlı təbaşir, qliserin, parfümeriya yağı, su və konservantdan ibarət olur.

Müalicəvi-profilaktik məcunlara isə ftor tərkibli məcunlar aiddir. Öz növbəsində bu diş məcunlarını sodalı, kariyesə qarşı, uşaqlar üçün, ağardıcı, soyuqdəyməyə qarşı, həssas dişlərə qarşı, universal və ya çox funksiyalı növlərə bölmək olar. Diş məcunu 100 qramlıq tublarda buraxılır. Həmin tublar da əsasən balaca qutulara yerləşdirilərək ticarət şəbəkələrinə göndərilir. Onları üstü bağlı bütün nəqliyyat vasitələrində daşımaq mümkündür.

Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanarkən diş məcununun üzərində məhsulun adı və təyinatı, istehsalçının və istehlakçıdan şikayət qəbul edəcək təşkilatın adı və ünvanı, əmtəə nişanı, xalis çəkisi, həcmi, tərkibi, ftoridin kütlə həcmi, saxlama şəraiti və müddəti, istehsal tarixi, sertifikatlaşma haqqında məlumat, effektiv istifadə və ehtiyat tədbirləri və s. haqda məlumat olmalıdır.

Ticarət şəbəkəsində və evdə diş məcunlarını 0ºC-dən aşağı və 25ºC-dən yuxarı olmayan temperaturda, qapalı yerlərdə saxlamaq məsləhətdir. Günəş şüaları altında və qızdırıcı avadanlıqların yaxınlığında saxlanması yolverilməzdir. İstifadə müddətləri istehsal tarixindən etibarən orta hesabla 3 ildir.

Fani 26.08.2011 19:27

Azərbaycanda sürücülərin cərimə ballarının hesablanması qaydalarına dəyişikliklər edi
 
Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" qərarına dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin icrasını təmin etmək məqsədilə "Yol hərəkəti haqqında" Qanunda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na əlavələr edilib.

Əlavələrə görə, İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

Digər bir əlavədə qeyd olunur ki, şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər sürücülərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Əliyev bildirib ki, birinci əlavədə eyni vaxtda balla qiymətləndirilən bir neçə inzibati xəta törədən sürücüyə ciddi xətaya görə bal təyin edilməsi göstərilir.

"Məsələn, sürücü işıqforun qırmızı işığını keçməklə həm də qəza şəraiti yaradır. Bu halda sürücü balla qiymətləndirilən iki inzibati xəta törətmiş olur. Lakin ona daha ciddi xətaya - qəza şəraiti yaratmağa görə nəzərdə tutulan bal təyin edilir. İkinci əlavə isə müxtəlif vaxtlarda balla qiymətləndirilən inzibati xətalara eyni vaxtda baxılması zamanı cəzanın təyin edilməsini nəzərdə tutur. Bu halda sürücüyə daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir. Məsələn, sürücü bir gündə həm 3, həm 4, həm də 5 balla qiymətləndirilən inzibati xətalar törədibsə və bu xətalara eyni vaxtda baxılırsa, onda həmin sürücüyə 5 bal və hər xətaya görə 1 bal təyin edilməklə 7 bal verilir", - İdarə sözçüsü deyib.

O bildirib ki, bu dəyişikliklərə qədər sürücünün törətdiyi hər bir xətaya görə nəzərdə tutulan ballar toplanılırdı.

Əliyevin sözlərinə görə, bu əlavələr inzibati xəta ilə bağlı yerində qərar qəbul edilməyən hallarda tətbiq olunur: məsələn, sürücü yol polisi müfəttişinin qərarı ilə razılaşmadıqda və yaxud sürücü törətdiyi inzibati xəta ilə bağlı qeydə alınan görüntülərlə əlaqədar polisə çağırılarsa.

Fani 27.08.2011 09:54

İnsanın 5 yox, 9 hiss etmə duyğusu var imiş
 
İnsanın axı neçə hiss etmə duyğusu var??
Biz hamımız insanın 5 duyğu orqanı (görmə, eşitmə, dad bilmə, iy bilmə, toxunma) olduğuna aid mifə inanmağa alışmışıq.
Lakin belə məlum olunur ki, bu, belə deyil. Onlar daha çoxdu.

Hamımıza məlum olan bu 5 hiss etmə duyğunu ilk dəfə olaraq hələ Aristotel sadalamışdı. Lakin buna baxmayaraq, o, yanıldığını, səhv nəticə çıxartdığı haqda tez tez düşünürdü. (Misal üçün, Aristotelə görə, biz beynimizlə deyil, ürəyimizlə düşünürük.)

Lakin insanın 4 əlavə hissi var.

"Термоцепция" — dərimizdə olan hərarətin (və ya onun yoxluğunun) hiss etmə duyğusu.

"Эквибриоцепция"
— tarazlıq duyğusu bizim "daxili qulağımızda" mayeni özündə saxlayan boşluqlarla təyin edilir.

"Ноцицепция" — dəri, oynaq və orqanlarda olan ağrını hiss etmə duyğusu. Qəribədi, beyn bura aid edilmir, çünki onda ağrını hiss etmə reseptorları ümumiyyətlə yoxdu.

"Проприоцепция" — və ya "bədənin dərk edilməsi". Bu anlayış hiss etmədən və görmədən bədənimizin hər hansı hissəsinin harda olduğunu hiss etməkdi. Gözlərinizi yumun və ayağınızı havada yellədin. Gözləriniz bağlı olsa belə siz yenə də pəncənizin digər bədən hissələrinizə nisbətən harda olduğunu biləcəksiz.

Fani 29.08.2011 18:35

P.S bax sonra deməyin ki görməmişəm xəbərim yoxdu (=
 

İPhone 5 hələ satışa çıxmadan "iPhone 5 Concept" indidən ictimai paylaşma saytlarının ən çox paylaşılan videolarından biri oldu.
Sentyabr ayında satışa çıxması gözlənilən iPhone 5in satışlarının baharda partlama edərək il sonunda 1.2 milyon ədədə çatması gözlənilir. Ultra incəlikdəki cihaz, lazer klaviaturası və hologram görünüş xüsusiyyətiylə indidən könülləri fəth etmiş kimi görünür.

AppleInsiderdə nəşr olunan xəbərə görə, yeni iPhonelərdə istifadə edilən mini-proyektor texnologiyasıyla iPhone holografik ekran və klaviatura istifadə edilə biləcək. Virtual klaviatura və ekranın başqa bir səthə əks etdirilərək istifadə edilə bilməsini təmin edən bu texnologiyayla istifadəçi istəsə proyeksiya klaviaturanın ölçüsünü özünə görə nizamlaya biləcək. Proyektor xüsusiyyətiylə istifadəçilər, videolarını, fotoşəkil və digər məzmunları divara əks etdirə biləcəklər.

P.S Ürəyi zəif olanların video baxmasını məsləət görmürəm :)


P.S indi mən daha yaxşı başa düşürəm ki XXİ sr inkişafı nədən ibarətdi :handshake

Fani 06.09.2011 10:41

Müsəlmanların icadları dünyanı necə dəyişdi??
 
http://s39.radikal.ru/i086/1109/8d/2708324c6026.jpg
Qərb mədəniyyətini, Qərb təhsilini müasir dünyada ideal bir inkişaf modeli kimi qəbul edən əksər qərb ölkələrinin sahib olduqları uğurlara görə məhz İslam dünyasına borclu olduqlarını bilirdinizmi? Hərçənd bu gün müsəlman cahil, İslam dini gerilik idealogiyası kimi qələmə verilsə də, dünya məhz müsəlman mədəniyyəti, elmi sayəsində dəyişmiş, inkişaf etmişdir.

İngiltərənin məşhur mətbuat orqanlarından Milli.Az xəbər portalı "Zaman azərbaycan"a istinadən bildirir ki, “İndependent” (“The Independent”) qəzeti müsəlman ixtiraçıların Avropanı və dünyanı necə dəyişdirdiyini sübut edən bir məqalə nəşr edib. Məqalədə müsəlmanların qəhvənin kəşfi, ilk uçma təcrübəsi, cərrahi alətlərin dizaynı, mürəkkəb qələmin icadı kimi insanlığın həyatını dəyişdirən 20 icadına yer verilib.

GÖZ
Qədim Yunanıstanda alimlər gözümüzdən şüaların çıxdığını və bunun sayəsində görə bildiyimizi düşünürdü. Ancaq onuncu əsrdə yaşamış müsəlman alimi İbn Haytam ilk dəfə işığın göz içinə girərək qırılması nəticəsində dünyanı gördüyümüzü kəşf edib. Qaranlıq otaq və işıq oyunları ilə görünüş əldə etməyi ilk olaraq, İbn Haytam kəşf etmişdir.

QƏHVƏ

Rəvayətə görə, Cənub Efiopiyanın Kaffa bölgəsində ərəb bir çoban olan Xalid qoyunlarının bir bitkini yedikdən sonra canlandığını müşahidə edib. Xalid bu bitkidən yığıb və qaynadaraq içib. İlk olaraq gecələri oyaq qalaraq işləmək və dua etmək istəyən Sufi alimlər tərəfindən istifadə edilən qəhvə 1645-ci ildə Venesiyaya çatmışdı. İngiltərənin paytaxtı Londondakı ilk qəhvəxananı isə bir türk açıb.

UÇMAQ
Rayt qardaşlarının ilk uçma sınağından 1000 il əvvəl 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb Kordovadakı məscidin minarəsindən taxta qanadlarla atlayaraq uçmağa çalışmışdı. Təbii ki, uça bilməyən Abbas taxta qanadların yaratdığı paraşüt effekti sayəsində yüngül bir şəkildə yerə düşmüşdü. Ancaq 875-ci ildə 70 yaşına çatmış çılğın ərəb bu dəfə ipək və qartal tüklərindən hazırladığı qanadlarla bir uçurumdan atlayaraq 10 dəqiqə havada qalmağı bacarmışdı.

TİBB
Dünyada bu gün istifadə edilən cərrahi alətlərin son dizaynları Əndüləs Əməvilərindən Əl Zəhraviyə məxsusdur. Əl Zəhravinin hazırladığı neştər, sümük mişarları, göz əməliyyatı üçün istifadə olunan qayçılar və daha 200 cərrahi alət müasir tibbdə hələ də istifadə edilir. Heyvan bağırsaqlarından hazırlanmış cərrahi saplarla aparılmış tikişlərin öz-özünə itdiyini də ilk olaraq Zəhravi kəşf etmişdir. Müsəlman dünyasının dahi alimlərindən İbn Sinanın tibb elmi haqqındakı kitabı dörd əsr avropalı təbiblərin stolüstü kitabı olmuşdur. İlk peyvənd də İslam dünyasında inkişaf etdirilmişdi. Avropadan 50 il əvvəl Osmanlıdakı uşaqlar çiçək xəstəliyinə qarşı peyvənd edilirdi.

MAYELƏR
Mayelərin müxtəlif qaynama temperaturlarına görə bir-birindən ayrılması da müsəlman elm insanı Cabir ibn Hayyana məxsusdur. O, bir çox təcrübələri ilə müasir kimyanın da qurucusu sayılır.

MİL SİSTEMİ
Düzxətli hərəkəti dairəvi hərəkətə çevirən mil sistemi də ilk dəfə bir İslam alimi Əl Ciziri inkişaf etdirmiş və daxiliyanma mühərrikinin icadına qədər bütün dünyadakı mexaniki cihazların təməl prinsipini hazırlamışdır.

SABUN
Səlib yürüşlərindəki xristian əsgərləri görən müsəlmanları dəhşətə salan şey onların təcavüzkarlığı deyil, avropalıların çox nadir hallarda təmizlənib çimmələri və bədənlərindən çox pis qoxunun gəlməsi idi. Qədim Misirdə də sabundan istifadə olunurdu, ancaq ərəblər bitki yağlarını qarışdıraraq müasir sabunu meydana gətirmişlər. Şampun da bir ərəb icadıdır. Ərəblər arasında məşhur olan şampun İngiltərədə yalnız 1759-cu ildə istifadə edilməyə başlanılmışdır. Səkkizinci əsrdə Əndəlüsdə küçələr işıqlandırılır, evlərə su çəkilirdi və evlərdə hamamlar var idi. O dövrdə avropalılar taxta çəlləklər içərisində yuyunurdular.

DÜNYA VƏ GÜNƏŞ

Doqquzuncu əsrdə Qalileydən düz 500 il əvvəl bir çox İslam alimi Yerin günəş ətrafında dövr etdiyini öz elmi əsərlərində göstərmişdi. Məhz İslam alimləri hesablamalar apararaq Yerin diametrinin 40 min 253 kilometr olduğunu deyərək həqiqi ölçüyə (40 min 453 km) yaxın bir rəqəm söyləmişlər.

ÇEK
Müasir bank çekinin mənşəyi də ərəblərdə istifadə edilən və “sak” adlandırılan kağız idi. Ərəblər karvan soyğunlarının çox olduğu uzaq yerlərdə mallarını kiçik yazılı kağızlarla satırdı. Doqquzuncu əsrdə müsəlman bir tacir Çində əlindəki “sak”ları pula çevirə bilirdi.

ÜÇ NÖV YEMƏK
Əli İbn Nafi İraqdan İspaniyanın Kordova şəhərinə gələrkən Avropa ilk dəfə bir payda üç növ yemək mədəniyyəti ilə tanış oldu. İbn Nafinin menyusu şorba, balıq, ət, meyvə və çərəzdən ibarət idi. Avropaya ilk şüşə stəkanlar da məhz müsəlmanlar tərəfindən bu dövrdə gətirilmişdi.

BARIT
Barıt çinlilər tərəfindən icad edilsə də, hərbi məqsədlər üçün ilk dəfə ərəblər tərəfindən istifadə edilmişdir. Xüsusilə Səlib yürüşlərində istifadə edilən raketəbənzər partlayıcılar xristian əsgərlər arasında böyük dəhşət oyandırmışdı.

QÜBBƏ VƏ KƏMƏR
Qübbə və kəmər şəklindəki memari strukturlar İslam arxitekturasının məhsuludur. Xüsusilə qübbə arxitekturası mövzusundakı texnikalar Avropaya İslam alimləri vasitəsilə daşınmışdır. İngiltərə Kralı V Henrinin sarayının memarı da bir müsəlman olub.

XALÇA
Xalçanı da Avropaya müsəlmanlar gətirib. Xalça toxunmasındakı texnikaların, demək olar ki, hər formasını avropalılar müsəlmanlardan alıblar. Paltarların parçası və astarının arasında plombun istifadə edilməsi də Yaxın Şərqdə ortaya çıxan bir icaddır..

KÜLƏK DƏYİRMANI
Külək dəyirmanı ilk dəfə İranda kəşf edilmiş və ərəb ölkələrində inkişaf etdirilmişdir. Avropada ilk külək dəyirmanı bundan tam 500 il sonra istifadə edilməyə başlamışdır.

MÜRƏKKƏBLİ QƏLƏM
İlk mürəkkəbli qələm də 953-cü ildə əllərini mürəkkəblə çirklətməkdən bezən Misir Sultanının tələbi əsasında icad edilib.

Bundan başqa, şahmat, Alqoritm və Triqonometriya, bağça mədəniyyəti də Avropaya İslam dünyasından keçmişdir.

Fani 06.09.2011 10:58

Dünyada ilk onlayn-fotostudiya
 
Touch Z-Distance onlayn-fotostudiyası internetin olduğu planetimizin istənilən nöqtəsində, hər kəsə peşəkar modellərlə işləmək imkanı verəcək.
Первая в мире онлайн-фотостудия

P.S qulaq gündə bir şey eşitməsə və göz görüdüyünü görməsə onda yaşadığımız əsra XXI sər demək olarmı?!

Fani 08.09.2011 11:17

"Moskva 4D show"
 
Moskva şəhərinin 864-cü il dönümündə özünün 20 illiyini qeyd edən "Alfa Bank"-in maliyyə dəstəyi il ilə MГУ-u binasının fasdaında əsrarəngiz 4D şousu.
http://i065.radikal.ru/1109/8f/a14834ad2758.jpg
şəkilin üzərinə klik edin

Fani 13.09.2011 11:25

Təkcə vaxtı göstərməyən "Saatlar"
 

Fani 13.09.2011 12:12

“Gedək bizə, kofe içək, sonra...”
 
Ədəbsiz təkliflərlə hər qadın rastlaşa bilər. Kimisinə küçədə söz atılar, kimisinə məktub şəkilində gələr, kimisinə isə tanıdığı biri açıq-aşkar söyləyər...

Bəzən deyirlər ki, qadınlara ancaq açıq-saçıq geyinəndə ədəbsiz təkliflərlə rastlaşırlar. Ancaq gəlin nəzərə alaq ki, qapalı geyinən vaxt da tanımadığı qadınlara söz atan kişilər olur. Demək ki, geyim faktorlardan yalnızca biridir...

Bəs, sizcə, qadınlar sevgili olduqları insandan niyə “əxlaqsız təkliflər” alırlar?

Özünəinam yaratma hissi

Qadınla birlikdə vaxt keçirmək bəzi kişilər üçün inanılmaz fürsətdir. Onların bəzən qadının necə reaksiya verəcəyi maraqlı olmur. Sadəcə, risk edir və “təklif”in “tutub-tutmamasını” gözləyir. Rədd cavabı alsa da, onun üçün itirməli heç nə yoxdur. O, sadəcə, istəyini bildirir.

Təsadüfən...
Elə olur ki, kişidə təsadüfən seks istəyi yaranır və yanındakı qadına bunu bildirir... Birdən etiraz etməz?

“Alınmaz qala”-qadınlar
Bəzi qadınlar “alınmaz qala” görüntüsünü yaratmağı sevirlər. Kişiləri “ədəbsiz təkliflər”ə sürükləyən obrazlardan da biri budur. Onlar bu qadının başını gicəlləndirmək, onun bədəninə toxunmaq, öpmək kimi şeyləri heç cür ağıllarından çıxara bilmirlər.

Utancaqlıq
Əgər kişi özünə çox da güvənən biri deyilsə, o “utancaq”larla maraqlanmağa başlaya bilər. Həddən artıq tərbiyəli və utancaq qızlar bəzən bu təkliflərə “yox” deməyə utanır və razılaşır. Kişilər əmindir ki, bu cür qadınlar onların ədəbsiz təkliflər etdiyini heç bir yerdə söyləməz. Ona görə də çox rahat davranırlar...

“Pul xərclə, qazanc götür”
Əgər kişi qadına bahalı hədiyyələr verir, çoxlu pullar xərcləyirsə, demək ki, əvəzində də bir “minnətdarlıq” həmişə gözləyir. Bu onlar üçün müqavilədir: pul yatırdım – qazanc götürdüm. Ona görə də, əziz qadınlar, ayıq-sayıqlığı itirməyin.

“Tənbəl” kişilərin hiyləsi
Bəzi oğlanlar teatr, kino və ya kafeyə getməyə həvəslərinin olmadığını və ya əlavə pul xərci olduğunu bəhanə gətirərək qızları evə “çay və ya kofe içməyə”, “uşaqlıq şəkillərinə baxmağa”, “film izləməyə” dəvət edirlər. Sizi evinə dəvət edən oğlan əgər bunu başına qoyubsa, hər nə yolla olur-olsun sizi razı salmağa çalışacaq.

Ona görə də çalışın “ədəbsiz təkliflərin” gəlməsinə rəvac verməyəsiniz.


P.S bunu bir mövzu kimi açıb müzakirəyə çıxarmaq əvəzinə sadəcə sizlərlə paylaşmaq istədim ən azından bu cür yanaşmalar birmənalı olaraq cəmiyyətdə qəbul olunmur...

Fani 14.09.2011 09:00

Güzgülərin sirri
 
Avropa və Rusiyada fal zamanı güzgüdən dəhliz düzəldilir. Biri orta böyüklükdə,digəri birincidən bir qədər kiçik olmaqla 2 güzgü götürülür. Gecəyarısı masanın üstündə bir-birindən bir addım aralı olmaqla üzbəüz qoyulur. Beləcə,güzgülər bir birində əks olunaraq,getdikcə kiçilir və... 12 güzgü əmələ gəlir. Qız məhz bu 12ci güzgüye diqqətlə baxarsa,öz yarını görə biləceək.Bu bəxt oyununun bədbəxt tərəfləri çoxdur. Bütün fallarda ən ciddi tələb-kürəyin arxasına,yəni o biri güzgü tərəfə baxmamaqdır.Bu zaman nələrin baş verəcəyi açıqlanmır; Olmazsa,,, deməli,olmaz...

Güzgülər haqqında maraqlı faktlardan biridə belə söylənilir...
Sovet dövründə əyri güzgülər otağı-gülüş otağı dəbdəydi. Elə ind idə Hollivudda Disneylənddə belə otaqlar var.1998ci ildə Kelt şəhər yarmarkasında əyri güzgulər otağından 2 uşaq birdən birə yoxa çıxır. Uşaqlar tapılmır. 1 il sonra daha 3 uşaq yoxa çıxır.Bütün itmiş uşaqlar eyni məhəllədə yaşadıqlarından polis onların manyak tərəfindən oğurlandığından şübhələnir."Yəqin ki manyak otağa gizli yol açıb".Polis məcbur olur obyekti bağlayır və o vaxtdan daha oğurlanma faktı olmur.Bu hadisə ilə bağlı Britaniyanın meşhur mediumu Forsayın açıqlaması bütün İngiltərəni şoka salır."Uşaqlar oğurlanmayıb onlar güzgüdədirlər.Yəqin ki güzgülərin birində o biri aləmə giriş olub.Uşaqlardan biri tesadüfən toxunaraq bu qapını açıb,ya da o biri tərəfdən kimsə uşaqları çağırıb. Ora birinci düşən uşaqlar sonradan yoldaşlarınıda da çəkib
aparıb"deyə söyləyir

Hətta Güzgü filmində belə söylənilir: "GÜNAHKAR GÜZGÜLƏRDİR! GÜZGÜLƏR BİZİ ÖLMƏYƏ MƏCBUR EDƏ BİLƏR. SƏN ELƏ BİLİRSƏNKİ GÜZGÜYƏ TƏKCƏ SƏN BAXIRSAN.DİQQƏTLƏ BAXSAN GÖRƏRSƏNKİ, GÜZGÜDƏKİ DƏ SƏNƏ BAXIR"

Fani 14.09.2011 09:37

Sabun haqqında nə bilirik?
 
Sabunun tarixi bəşəriyyətin tarixi qədər qədimdir.
Ancaq ilk vaxtlar insanlar sabun əvəzinə qum,gil,müxtəlif yağlar və daşlardan istifadə edirdilər...
Arxeoloju qazıntılar zamanı ilk sabunabənzər maddə Babildə tapıımışdır.

Qədim Misirdə də müxtəlif yağlardan düzəldilən bu cür maddələrdən istifadə olunmuşdur.
Bizim istifadə sabunların tarıxı isə Qədim Roma dövrünə gedib çıxır.
Sabunun adı da Qədim Romada yerləşən Sapo dağının adı ilə bağlıdır.
Roma İmperiyası dövründə hamamlar geniş yayıldığı üçün sabundan çox istifadə olunurdu.
Ancaq 467-ci ildə Roma İmperiyası dağıldıqdan sonra sabun da unudulmağa başladı.
8-ci əsrdə yenidən meydana çıxan sabun 16-17-ci əsrlərdə epidemiyalara qarşı mübarizədə mühüm yer tutur.
O dövrə qədər kül və müxtəlif yağlardan hazırlanan sabun 1823-cü ildə fransız kimmyaçısı Mişel Ejen Sevrel tərəfindən kimyəvi maddələrin köməyilə hazırlanmağa başlayır və 19-cu yüzillikdə sabun sənayəsi inkişaf edərək müasir səviyyəyə çatır.
Sabun bitki və heyvan yağlarından hazırlanır. Yağların tərkibindəki yağ turşuları sabun istehsalında istifadə olunan kül kimi maddələrlə birləşərək sabun əmələ gətirir. Müasir dövrdə sabun kalium və natrium hidroksid duzlarından alınır. Ticarət məqsədi ilə hazırlanan sabunların tərkibində isə bunlarla yanaşı bir çox kimyəvi qarışıqlar da yer alır. Ancaq istəsəniz, siz də evinizdə təbii sabunlar hazırlaya bilərsiniz.
Ticarət məqsədi isə hazırlanan sabunlarda heyvan yağlarından istifadə olunur. Çünki bu daha yaxşı köpüklənir.Praktiki olaraq isə sabun natrium-hidroksiddən alınır. Ancaq bu maddə hım qeyri-təbii həm də təhlükəlidir.

Hazırlanması:
Daha keyfiyyətli sabun əldə etmək üçün qayın və ya alma ağacının külündən istifadə edilir.Sabun üçün alma ağacının külündən istifadə edilir. Sabun üçün ən keyfiyyətli yağ isə zeytun və ya dəfnə yağlarıdır.
Sabun hazırlamaq üçün bir qədər suya təmiz kü qataraq qızdırırlar. Külün miqdarını isə qarışığa atılmış orta böyüklükdəki kartofla təyin edirlər. Belə ki, əgər kartof batırsa, qarışığa kül, üzdə qalırsa, su əlavə edirlər. Küllü su qarışığını hazırladıqdan sonra başqa qabda üç bu qədər yağı 40-50 dərəcəyə qədər qızdırırlar. Sonra üzərinə küllü su əlavə edərək, taxta qaşıqla qarışdırırlar. Qarışığı köpük qalmayana qədər qarışdırdıqdan sonra ( Təqribən yarım saat ) sabun artıq hazırdır. Ancaq bu qarışığı qəliblərə tökərək ən azı iki gün saxlamaq lazımdır.Qəliblərdən çıxarılmış sabunları isə 1-2 ay kölgədə qurutduqdan sonra istifadə etmək olar.
Qeyd: Yeri gəlmişkən deyək ki, sabun hazırlayarkən üzərinə bir çimdik duz da əlavə etmək lazımdır. Belə olduqda sabununuz həm bərk, həm də davamlı olar.

Fani 14.09.2011 09:42

Windows 8
 

Dünən edilən bir yığıncaqla Microsoft Windows 8-i dünya səviyyəsindəki jurnalistlərə tanıtdı. Texnologiya sevərlərin maraqla gözlədiyi və əlaqəli hər cür xəbəri yaxından təqib etdiyi Windows 8 məzmunu haqqında müxtəlif iddialar var idi.
Yığıncağa qatılanlar tam olaraq gördüklərini etdikləri razılığa görə yazamasalar da hamısı bənzər şərhlərdə var. Daha əvvəllər MacOS ilə yarışan Microsoft Windows 8 ilə birlikdə baxış tərzini tamamilə dəyişdirdi.
Windows 8 medianın şərhlərinə görə özünə rəqib olaraq iPad və iOS'u seçmiş. Touch xüsusiyyətləri ön planda olan yeni Windowsda iki fərqli ara üz olacağı bilinir. Bunlardan biri Windows Phone'a bənzəyən toxunma ara üz, digəri isə Window 7-nin inkişaf etmiş bir versiyasından ibarətdir.

Microsoftun 'Building Windows 8 blogunda verilən məlumatlara görə, Windows 8'deki kopiyala-yapışdır əməliyyatı daha inkişaf etmiş xüsusiyyətlərlə qarşımıza çıxacaq. Altdakı şəkildə görülə bildiyi üzrə, Windows 8-də birdən çox yapışdırma əməliyyatı reallaşdığında bir rəhbərlik pəncərəsi açılacaq və bütün yapışdırma əməliyyatları alt alta sıralanaraq yönəldilə biləcək.

Bundan başqa bu əməliyyatların qrafiklərlə gücləndirilmiş ətraflı göstərilmə imkanı da olacaq. Aşağıdakı qrafiklərdəki görünüşlərə söykənərək, yeni Windowsda kopyala yapışdır əməliyyatları haqqında çox detallı bir rəhbərlik imkanı olacaq deyə bilərik.

Bu iki detalın xaricində bir də 'fayl dəyişdirmə' əməliyyatı mövzusunda əhəmiyyətli inkişaflar olduğu köçürülən məlumatlar arasında. Çoxlu fayl dəyişdirmələri əsnasında, hansı faylların hansı fayllarla değiştirileceğini qərar vermənizi təmin edəcək olan dialoq masası olduqca rahat görünür.

P.S Windows 7 ilə böyük bir müvəffəqiyyətə imza atmış olan Microsoft, Windows 8 ilə bir az daha yüksələcək.

Fani 18.09.2011 19:25

Professional əlamətlər (oxumağa dəyər)
 
9'cu yer. Həkimlər çalışırlar heç vaxt növbətçilik günlərinin yerini dəyişməsinlər. Onlar deyirlər ki, əgər həmkarlarımızla öz aranızda danışıb günlərin yerini dəyişsək, onda həmin gün elə çətin növbətçilik olacaq ki, gözünü belə qırpmağa imkan olmayacaq.

8'ci yer. Təyyarəçilər heç vaxt uçuş öncəsi şəkil çəkdirmirlər.

7'ci yer. Musiqiçilər konsert qabağı yuxudan mütləq sağ ayağı üstə durmalıdılar. Həmçinin hesab olunur ki, konsert öncəsi yatağını yığışdırmaq olmaz.
Bu, dirijor və opera müğənniləri arasında ən çox yayılmış əlamət hesab olunur.

6'cı yer. Teatrda əgər pyes (və ya rol) yerə düşərsə, aktyor mütləq onun üstünə oturmalı və onunla bir yerdə ayağa qalxmalıdı. Əgər bunu etməsələr, rolu onlara oynamaq müvəffəq olmayacaq.

5'ci yer. Hamı bilir ki, barmağıyla nəyisə görsətmək - yaxşı hal sayılmır.
Dənizçilər sizə deyərdilər xüsusən səmanı barmağıyla göstərmək - yaxşı əlamət sayılmır. Hər limanda bilirlər ki, gəmini barmağıyla göstərmək onu ölümə məhkum etmək deməkdi.

4'cü yer. Mina təmizləyənlər çağırışa gedəndə heç vaxt sağollaşmırlar. Onlar həmçinin, istənilə kontekstdə "sonuncu" sözünü işlətmərilər.

3'cü yer. Yanğın söndürənlər deyirlər, əgər növbətçilik zamanı ayaqqabılarını təmizləsən, onda mütləq yanğınla bağlı briqadaya çağırış daxil olacaq. Həmçinin sıralarına yeni yanğın söndürən qoşulanda həmin gün mütləq yanğın çağırışı qeydə alınır.

2'ci yer. Yanğın söndürənlər məzuniyyətdən qayıdanda onların üstünə su tökürlər. Yoxsa onu və yoldaşlarını elə həmin gün yanğın çağırışına göndərməli olacaqlar.

1'ci yer. Bəlkə də həyatda ən xurafat insanlar - kosmonavtlardı. "Плесецк" kosmodromunda startdan öncə uçuş raket daşıcısıyının üzərində mütləq “Таня" adını yazırlar. Deyirlər, bu adı ilk dəfə raketin üzərində hansısa Tanya adlı bir xanıma vurulmuş zabit yazıbmış. Deyirlər hətta, bir dəfə bu uğur gətirən adı raketin üzərinə yazmağı unudanda raket uçuş qabağı partlamışdı.

Fani 19.09.2011 20:31

Su printeri: fantastika? Yox, gerçək
 
Su printeri: fantastika? Yox, gerçək
Yaponların elmi-texniki kəşflər və tərəqqi baxımından dünyanın az qala bütün millətlərini qabaqladıqları deyilir.

Təbii, bu, sadəcə sözlərdir.Yaponiyanın Osaka şəhərindəki su printeri deyilənlərə inanmağa bir səbəb də sayıla bilrə.
Çünki metro stansiyasındakı bu fəvvarə kompüterlə daxil edilən şəkil və yazıları damlalarla aşağı axıdır.

Fani 20.09.2011 11:34

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd olunur
 
Bu gün Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. bu günün sentyabrın 20-də bayram edilməsi 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft və qaz yataqları blokunun kəşfiyyatı və istismarı üzrə bağlanmış "Əsrin müqaviləsi"nin imzalanması vaxtına uyğunlaşdırılıb.

Bu müqavilənin imzalanması Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır. Nəticədə, neft-qaz sahəsinin aktiv inkişafı respublika həyatının bütün sahələrinin artımına gətirib çıxardı.

Bu müqaviləni haqlı olaraq ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab etmək olar.

Bu il daha bir əlamətdar gün - neft ölkəsi mövqeyi ilə yanaşı, böyük qaz ehtiyatlarına malik bir ölkə kimi Azərbaycanın statusunu möhkəmləndirən "Şahdəniz" iri qaz-kondensat yatağının kəşfinin 15 illiyi də qeyd olunur. Bu status ötən il Xəzər dənizində "Ümid" qaz-kondensat yatağının, həmçinin bu yaxınlarda "Abşeron" yatağında iri qaz ehtiyatlarının kəşf edilməsi ilə təsdiq edilib.

Azərbaycan bundan sonra da qaz ölkəsi kimi öz mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Almaniyanın RWE şirkəti ilə birgə "Babək", "Şəfəq-Asiman", "Naxçıvan" perspektiv strukturlarının kəşfiyyatı və istismarı planları mövcuddur.

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünya enerji bazarının aktiv iştirakçısına çevrilir. ARDNŞ-nin bölmələri neft ticarəti, həmçinin neft məhsullarının distribusiyası sahəsində öz yerini tutmaq üçün fəal işlər görür. Xüsusilə də hazırda ARDNŞ-nin Azərbaycan, Gürcüstan, Ukraynada yanacaqdoldurma məntəqələri var, eyni zamanda, Rumıniya və İsveçrədə YDM-lərin açılması üçün iş aparılır.

İri regional layihələrdə iştirak üçün fəal işlər görülür. Xüsusilə, ARDNŞ "Pektim" iri neft-kimya kompleksində iştirak payına malikdir, bu kompleksin xammala olan ehtiyacını ödəmək məqsədilə Türkiyədə neft emalı zavodunun tikintisi ilə bağlı planları var. Həmçinin, ARDNŞ Odessa-Brodı-Plosk-Qdansk neft kəmərinin tikintisi layihəsinin iştirakçısıdır.

Neftçilər ölkə daxilində də fəal işlər görürlər. Xüsusən, neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması layihəsi həyata keçirilir, respublikanın kimya sektorunun modernləşdirilməsi istiqamətində aktiv addımlar atılır, respublikanın bütün rayonlarının qazlaşdırılmasının yaxşılaşdırılması üçün müxtəlif infrastruktur layihələr həyata keçirilir.

P.S yeri gəlmişkən bu yaxınlarda pensiyaya çıxmış əmimi və eyni zamanda hələ də neft sahəsində iş görən və günü-güzaranı dənizdə keçən digər əmimi də təbrik edirəm

Fani 20.09.2011 18:55

Azərbaycanda dövlət nömrə nişanlarına dəyişikliklər ediləcək
 
Yaxın gələcəkdə dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdiriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev elektron daşıyıcılar vasitəsilə həmin avtomobil və nömrə ilə bağlı bütün məlumatları oxumaq mümkün olacaq.

Əliyev qeyd edib ki, elektron daşıyıcılar nömrənin saxta olub-olmamasını, həmin avtomobilə məxsusluğunu, avtomobil və nömrəyə aid bütün məlumatları öyrənməyə imkan verəcək.

Şöbə rəisi yaxın gələcəkdə elektron daşıyıcıları olan nömrə nişanlarının tətbiqinə başlanacağını deyib.

İdarə sözçüsü bundan əvvəl avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunan son yeniliklərə toxunaraq qeyd etmişdi ki, yeni dövlət nömrə nişanlarında ilk baxışdan fərq hiss olunmasa da, nömrələrin keyfiyyəti yüksəldilib.

Avtomobillərin dövlət nömrə nişanlarının üzərində olan Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin nömrənin üz qabığı işığı əks etdirir.

Şöbə rəisi bildirib ki, bu nömrələr yeni qeydiyyatdan keçən avtomobillərə və dövlət nömrə nişanı hansısa səbəbdən korlanan nömrələr yenisi ilə əvəzlənərkən veriləcək.

İkinci halda, avtomobil sahibləri ərazi üzrə imtahan-qeydiyyat şöbələrinə müraciət edərək yeni nömrələr ala bilərlər.

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında dəyişiklik edilib
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında dəyişiklik edilib. dövlət nömrə nişanının üzərində olan Azərbaycanın dövlət bayrağı əvvəlkindən bir qədər fərqli formada vurulur. Əvvəllər nömrələr üzərində olan dövlət bayrağı dalğalı formada idisə, yeni şablonda bayraq düzbucaq formasında vurulur.

Baş Dövlət Yol Polis İdarəsinin imtahan-qeydiyyat şöbəsindən Milli.Az xəbər portalına bildirildi ki, dövlət nömrə nişanlarında edilən dəyişiklik tək bayraqla bitmir. Yeni standartlarda nömrələrin keyfiyyətində də irəliləyiş var. Belə ki, yeni nömrələr alman texnologiyası ilə hazırlanıb. Daha nömrələrin üzərində olan yazılar qopmayacaq. Eyni zamanda şablonda yazı üçün seçilmiş şrift də dəyişilib.

Şöbədən həmçinin bildirildi ki, artıq maşınlara yeni dövlət nömrə nişanları verilir.


Часовой пояс GMT +4, время: 10:15.

Powered by vBulletin® Version 3.8.1
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd. Перевод: zCarot