PDA

Просмотр полной версии : qara magiya..

palciq
07.01.2010, 08:31
qara magiya nədir?
bəziləri bunu xurafat hesab edir, bəziləri reallıq?
maraqlıdır ki, bir çox insanlar özgə pllanetlərdən gələnlərin varlıgına inanır..
amma ətrafında gözəgörünməz qüvvə kimi həyat sürən cin tayfasının varlıgına şübhə ilə yanaşır..

bu barədə sizlərində fikirləriniz maraqlı olar...

İlğım
07.01.2010, 09:17
insanin aurasi var. qaramaqiyayla mesqul olananlar bu auraya teziq gosterir onun balansin pozur

palciq
07.01.2010, 09:28
insanin aurasi var. qaramaqiyayla mesqul olananlar bu auraya teziq gosterir onun balansin pozur

eshitdiyime gore ...bir chox intihar hadiselerinin arxasinda.. bir chox ailelerin dagilmasinda...mehz bu kimi qara quvvleri rolu odugu qeyd olunur.

İlğım
07.01.2010, 09:31
eshitdiyime gore ...bir chox intihar hadiselerinin arxasinda..şşailelerin dagilmasinda...mehz bu kimi qara quvvleri rolu odugu qeyd olunur.

dediyim kimi bu aura pozulur insan ne mentiqin ishlede bilir ne aglin.. fikirler alt ust edilir guclu xarakteri olanlar ohtesinden gelir amma eshitdiyime gore saglamliqlari da tehluke altina dushur

Sofiya
07.01.2010, 09:51
bir dəfə kitab mağazasında kitablara baxırdım, təsadüfən əlimə "Черная Магия" adlı kitab keçdi, kitabın arxa səhifələrində maqiyanın təsirindən zərər çəkmiş insanların hadisələri yazılmışdı, onları oxudum və dəhşətə gəldim, insanlar şeytana uyub Allahını unudurlar, kiminsə həyatıyla oynayanda düşünmürlər ki bunun cavabını tez ya da gec verəcəklər. Allah belə insanlardan qorusun, mən biləni Şeytan insanın çağırışına tez cavab verir, çünki insanı yolundan azdırmaq onun peşəsidir, onu çağırıb ona uyan insan da onunla cəhənnəm odunda yanacaq

İlğım
07.01.2010, 12:27
Magiyanin tarixi haqqinda fikirler birmenali deyil.Bu ishle meshgul olanlarin dili ile desek,birinci hisse qara magiya,ikinci hisse ag magiya adlanir.Qaydaya gore,qara magiya ile meshgul olmaq qara quvvelerle temasda olmaq,ag magiya ise xeyir quvvelerin tesirinde olmaq kimi izah olunur.Umumilikde magiya ile meshgul olanlari sheytanin himayesinde hereket edenler adlandirirlar.Qara magiyachilar sheytanin emellerine uyub olmush insanlarin ruhunu chagiraraq ozlerinin meqsedleri uchun chalishirlar.Bu zaman muxtelif suallar yazelmish taxta parchalari,iyne sancilmish alma,mis tas,ichine kagizda sual yazilib qoyulmush qoz,qaychi,kitab ve diger eshyalardan istifade edirler.Bununla mueyyen metlebleri izah etmeye,ona aydinliq getirmeye chalishirlar.Onlarin qenaetine gore,olmush insanlarin ruhunu chagirib bash vere bilecek istenilen hadise haqqinda etrafli melumat almaq mumkundur.Ele bu sebebden de magiya insanlarin maraq dairesindedir.Onlar hansi dini mensebden olmalarinin ferqine bele varmir ve ele hesab edirler ki,guya ozlerinin tamam bashqa alemleri var.Eslinde,bu,narkotik aludechiliyinden hech ne ile ferqlenmir.Bele chirkaba dushenleri sonradan temiz heyata qaytarmaq probleme chevrilir.Insanlarda magiyaya maraq oyanan zaman onlari hansisa tesir dairesinden chekindirmek mumkundur.Bir neche ay bu ishle meshgul olanlar ozlerini tamam ayri dunyada hiss edirler.Onlar uchun ruhlarin gosterdiyi yol,sheytanin emrinden savayi hech bir soz hakim kesile bilmez.Hetta bu emr ele esas olur ki,onlar dogma valideynlerine de qiymaga heyfslenmirler. Gorunduyu kimi,magiya chox qorxulu ve dehshetli bir tesirdir.Bezen magiya ile meshgul olub taleyi yozanlar da olur.Magiyachilarin psixologiyasinda bezi deyishiklik prosesi gedir.Onlar uchun veten mefhumu,dovletchilik anlayishi,olkesinin hansi dine itaet etmesi onemli deyil.Magiya aludechilerinin xasiyyetlerinde nezerecharpan cehet onlarin ruhi xestelere benzer formada olmalaridir.Onlarda hemchinin fiziki zeifleme de mushahide olunur.Chox vaxt ise magiyaperestler ozlerini cemiyyet arasinda narahat aparirlar.Chalishirlar ki,hemkarlarindan savayi kimse ile elaqe qurmasinlar.Oz hemkarlarina yuksek seviyyeli varliq kimi baxirlar.Onlar rahat yatmaqdan da mehrumdurlar.Geceler yuxudan diksinib ayilanda sham ishiginda oz-ozleri ile asta sesle danishmagi xoshlayirlar.Bezen magiyachilar etraflarinda olan shexslerin fikir ve hereketlerinde de onlara xususi zovq veren chashqinliq yarada bilirler..

Muhacir
07.01.2010, 17:55
Qara magiya,yəni sehr var.Onun təsiri də.Bütün tarixdə,xalqlarda bu cür işlərlə məşğul olanlar olub.İslama görə bununla məşğul olmaq əlbəttə ki,küfrdür.Quranda sehrin mövcudluğuna və təsir etməsinə dair çoxsayda ayə var.Ən məşhuru Bəqərə,102-ci ayədir:

(Yəhudilər) Süleymanın mülkünə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!

Bu ayədən görsəndiyi kimi tarixən yəhudilər sehrlə məşğul olmada necə öndə olublar.Yəni,Süleyman peyğəmbərin dönəmindən sonra.Bu gün Kabbala ilə məşğul olan masonlara da bundan qalıb.Əslində bunun daha qədim kökü gedib Misirə,Firaunların vaxtına çıxır.Masonlardakı simvollar da onlardan götürülüb.Firaun sehrbazlarının sehr tarixdə ən güclü sehrlərdən olub.Təsiri uzun əsrlərdir davam edə bilir.Ötən əsrdə Firaunların və ailəsinin mumiyalarını,piramıdaları araşdıran bir çox insanın başına qəribə işlər gəlib.Bunları heç kim izah edə bilmir.Ancaq məlumdur ki,bu o dönəmdən davam edən sehrin təsiridir və "Fironların lənəti" adı ilə məşhurdur.
Magiya ilə məşğul olmada şər qüvvələrin rolu danılmazdır.Bunlar cinlərdən olan şeytanlardır.Maqlar,falçılar bunlarla girdikləri əlaqə sayəsində bunu edə bilirlər.
Sehrin ailəyə,insanların arasındakı münasibətlərə,işlərdəki uğura vəya uğursuzluğa,hətta daha geniş qismə-cəmiyyətə güclü təsiri var.
Yuxarıdakı ayədə ər və arvad arasında nifaq yaradan sehrdən bəhs edilib.Hansıki, bu, sehrin şeytan və insanlardan olan tayfası üçün ən sevimli növüdür.Həmçinin ata ilə övladın,ana ilə övladın, arasını vuran,insanı xəstələndirən,psixi pozğunluqlara,epilepsiyaya səbəb olan cadular da var.
Bu haqda çoxlu kitablar var.Fərqli əqidədən və dinlərdən olan insanların yazdığı.Ancaq çoxu bunu yazmaqda yaxşı məqsəd güdsə də,içində Allaha şərik qoşmağa götürən fikirlər doludur.Ən sahihi və saf əqidəyə uyğun olan Quran və Rasulullahın hədisləri əsasında yazılan kitablardır.Bunları netdən və dükanlardan də tapmaq olar.Bu barədə çox faydalıdır.

SAPAND
07.01.2010, 18:46
Mən bunu nə isə sehir , cadu kimi qəbul etmirəm .
İnsan pisixoloqiyasını öyrənməklə onu fikrini diğər nöqtəyə cəlb etməklə buna bənzər əməllər etmək olar , amma bu əməllər hamı üçün keçərli deyil .
Belə stüasiya ilə üzləşdikdə pisixoloju görüntüdən ayılmaq üçün Allahın adını çəkmək və necə deyərlər "kəndinə gəlmək " olar .

Əvvəllər zarafat üçün həmsöhbətimin qolundan saatı açırdım onunla söhbət edə-edə .Yanımızdakılar bunu görürdülər , amma o bir azdan saatını hardasa itirdiyini bildirrirdi :)
Sorəm belə zarafatlardan əl çəkdim .:p

Muhacir
07.01.2010, 19:19
Sapand,sənin dediyin saat hadisəsi gipnoz,gözbağlayıcılqdı.
Ancaq cadu başqa şeydi.Bu heç də kimə qarşı edilirsə onun yanında olanda edilmir.Tamam başqa cür yollarla edirlər.

İlğım
08.01.2010, 00:07
cox acinacaqli ve cox tehlukeli veziyyet yaranib indi Azerbaaycanda. her 5 neferden biri ishini cadularla ashirir

SAPAND
08.01.2010, 00:16
Sapand,sənin dediyin saat hadisəsi gipnoz,gözbağlayıcılqdı.
Ancaq cadu başqa şeydi.Bu heç də kimə qarşı edilirsə onun yanında olanda edilmir.Tamam başqa cür yollarla edirlər.
Boş şeydi caduda, o birisidə .
İnsana ancaq birbaşa kontaktda (ən azı üz-üzə )təsir etmək olar .Yerdə qalanları isə insan özü uydurur özü-özünə və ya onun üçün bunu "təşkil" edirlər :p
Özünü dərk edən insan üçün cadu fılanın heç bir qorxusu yoxdur vəssalam :)
İstər dini baxımdan , istərsədə elmi baxımdan bu təsdiqini tapmamışdır ....

İlğım
08.01.2010, 00:17

dini baximdan oxuyun feleq ve nas surelerin

Muhacir
08.01.2010, 00:22
İstər dini baxımdan , istərsədə elmi baxımdan bu təsdiqini tapmamışdır ....

Dini baxımdan bunun mövcud olması qəbul edilir.Hər halda müqəddəs kitablarda bu haqda var.
Həyatda da cadunun təsirinə məruz qalan adamlar var.Hansıki,onlarda cadu vasitəsiylə yaranan xəstəliklərə,anlaşılmazlıqlara tibb çarə edə bilmir.Haqqı bilənlər düzgün əqidəyə uyğun yolla,başqaları isə pir kimi yerlərə,ekstrasenslərin və cadugərlərə müraciət etməklə bunu həll edirlər.

İlğım
08.01.2010, 00:24

men ekstrasens ve cadugerlerden komek istemeyi ele o batagliga saplanmaq kimi gorurem. allaha siginmaq lazimdir ki sheytan ziyan vere bilmesin.. ayelerin birinde mene inanan ibadet eden emeli saleh bendelere sheytan hec ne ede bilmez yazir

Muhacir
08.01.2010, 00:29
men ekstrasens ve cadugerlerden komek istemeyi ele o batagliga saplanmaq kimi gorurem.

Əlbəttə ki,elədir.Bu Allaha şərik qoşmaqdır.Mən də zaten elə dedim ki,haqqı bilənlər,düzgün əqidədə olan möminlər bu cür problemlərə qarşı Quran və hədislərə uyğun hərəkət edirlər.

SAPAND
08.01.2010, 00:30
dini baximdan oxuyun feleq ve nas surelerin
Dini baxımdan Allahın adını çağır nəsə buna bənzətdiyin bir ışə ilişdikdə .Vəssalam .....Ürəkdən əmin olsanki bundan sonra sənə heç bir cadu fılan toxuna bilməz , toxunmayacaqda ..

http://forum.ria.az/showthread.php?t=303&highlight=Zir%C9%99ddin

:D:D:D

İlğım
08.01.2010, 00:36
gulmeli deyil men de inaniram ki caduya inanmayan daha dogrusu Allahin onun yaninda oldugunu bilen adama cadu batmaz.. uzun sozun qisasi men oz evimde de ish otagimda da anormal sheyler tapmisham amma bash qoshmamisham sadece o adamlara aciyiram ki pulun bele ishlere xercleyir men ziyan ceksem o hec ne qazanmir amma pul xercleyir.. neticede men hele de ziyan cekmemishem. amma adamlar taniyiramki panikayla yashayir bashi da agriyanda deyir nese eliyibler ve heqiqeten de nese tapir

palciq
08.01.2010, 14:08
mövzuyla baglı bir sual
Bakıda fəaliyyət göstərən məhşur falçı və cadugarlardan kimlərin adını eşitmisiniz ?

İlğım
08.01.2010, 14:15
mövzuyla baglı bir sual
Bakıda fəaliyyət göstərən məhşur falçı və cadugarlardan kimlərin adını eşitmisiniz ?
Coxun esitmisem ama adlarin xatirlamiram

palciq
08.01.2010, 14:22
Coxun esitmisem ama adlarin xatirlamiram

qoy birini mən deyim)
sovetlərdən dövründən çoxlarınin yaxşı tanidigi falci Məlahət
əvvələr onun evi 8-ci mikrayonda yerləşirdi....
eşitdiyimə görə o dövrün vəzifəlişçəxslərindən bir çoxu onun müştərisi olub)

SAPAND
08.01.2010, 20:32
qoy birini mən deyim)
sovetlərdən dövründən çoxlarınin yaxşı tanidigi falci Məlahət
əvvələr onun evi 8-ci mikrayonda yerləşirdi....
eşitdiyimə görə o dövrün vəzifəlişçəxslərindən bir çoxu onun müştərisi olub)
Amma Məlahət nədənsə ATİ məlimi Rəşid məlimdən yaman qorxur :p

БОЗГУРД
08.01.2010, 20:44
Əvvəllər belə şeylərə gülürdüm, sonra Quranı bir az varaqladım anladım ki belə şey sən demə var.
1. Ağ magiya - qara magiya eyni şeydir. Yəni, Allahın buyurduğuna müdaxilə etməkdir. Günah əməl olduğuna şübhə yoxdur gördüyünüz kimi.
2. Magiyaya (ağ-qara, boz, qırmızı, göy - bunlar eyni əməldir) inanmaq, fala baxmaq, cadu etmək və etdirmək Allaha şərik qoşmaqdır, Allaha şərik qoşmaq isə ən böyük günah sayılır.

Muhacir
01.03.2010, 22:21
Что Такое Колдовство

часть-1 (http://www.youtube.com/watch?v=g1ZrmAMOFTY)
часть-2 (http://www.youtube.com/watch?v=WZz6sV9M7vg)
часть-3 (http://www.youtube.com/watch?v=bD4j-JQhML0)
часть-4 (http://www.youtube.com/watch?v=zZsABTQyrnc)
часть-5 (http://www.youtube.com/watch?v=NPeSyIhkwWI)
часть-6 (http://www.youtube.com/watch?v=8QQcyYtNndo)
часть-7 (http://www.youtube.com/watch?v=l9_HZN98sQo)
часть-8 (http://www.youtube.com/watch?v=A8KnuxtxsUk)
часть-9 (http://www.youtube.com/watch?v=hcWC40e7qMI)
часть-10 (http://www.youtube.com/watch?v=EjyWSLnJ2Ew)
часть-11 (http://www.youtube.com/watch?v=XgU9UQIhvk8)
часть-12 (http://www.youtube.com/watch?v=r_hrNQQT9qY)
часть-13 (http://www.youtube.com/watch?v=Q1qcaMMvDXc)
часть-14 (http://www.youtube.com/watch?v=9ZAI1RHKa0I)
часть-15 (http://www.youtube.com/watch?v=Baz9cmSAkms)
часть-16 (http://www.youtube.com/watch?v=v1NwjU-rfa4)
часть-17 (http://www.youtube.com/watch?v=bXxmQL0RAxI)
часть-18 (http://www.youtube.com/watch?v=RJt8iTIJc-8)
часть-19 (http://www.youtube.com/watch?v=bYWVF4eii5E)

Muhacir
01.03.2010, 22:23
Колдовство (http://www.4shared.com/file/232337784/751bf60f/_online.html)

Параллельный мир или многое, но не все о джиннах (http://www.4shared.com/file/232333984/f0e74c52/__________M.html)

İlğım
01.03.2010, 22:25
ruhlar geceler gelir. saat da 12ye yaxinlashir. etrafinizdaki ruhlarla salamlashin :eek: evde tek olanlar kef elesin :D

Emilio
01.03.2010, 22:31
qara magiya nədir?
bəziləri bunu xurafat hesab edir, bəziləri reallıq?
maraqlıdır ki, bir çox insanlar özgə pllanetlərdən gələnlərin varlıgına inanır..
amma ətrafında gözəgörünməz qüvvə kimi həyat sürən cin tayfasının varlıgına şübhə ilə yanaşır..

bu barədə sizlərində fikirləriniz maraqlı olar...

QARA MAGIYA,CIN,WEYTAN,lenetlenmek,ozge planet varlixina inaniram

palciq
01.03.2010, 23:07
saat 12ye yaxinlashir.
aydındır..

PAPARAZI
01.03.2010, 23:31
Bunlara qarşı olan bir dua var bildiyim qədər...OXuyursan , bu kimi işlərə təsiri olur...

Muhacir
01.03.2010, 23:36
Bunlara qarşı olan bir dua var bildiyim qədər...OXuyursan , bu kimi işlərə təsiri olur...

Bunlar əsasən Ayətul-Kursi,yəni "Bəqərə" surəsinin 255-ci ayəsi və Quranın son 3 surəsidir.(İxlas,Fələq,Nas)

PAPARAZI
01.03.2010, 23:47
Bunlar əsasən Ayətul-Kursi,yəni "Bəqərə" surəsinin 255-ci ayəsi və Quranın son 3 surəsidir.(İxlas,Fələq,Nas)

Bunlari sadəcə bir dəfə oxumaq lazimdir yoxsa?

Muhacir
01.03.2010, 23:52
Bunlari sadəcə bir dəfə oxumaq lazimdir yoxsa?

Həmişə oxumaq lazımdı.
Nə qədər çox olsa o qədər yaxşıdı.

Attila
02.03.2010, 13:09
Ayetul Kursi ve Gedr surelerini hergun oxuyuram

NAOMI
08.04.2010, 19:50
Allah lənət etsin onunla məşğul olanlara və onun gücününə inananlara!

İlğım
08.01.2011, 19:58
Cadunu açan tanıyırsızʔ

Muhacir
08.01.2011, 21:36
Bu işlərlə məşğul olan adamları tanıyıram.
Cadunun təsirinin azaldılması və tamamən ortadan qaldırılması insan(lar)ın özündən çox asılıdır.

İlğım
08.01.2011, 21:39
Bu işlərlə məşğul olan adamları tanıyıram.
Cadunun təsirinin azaldılması və tamamən ortadan qaldırılması insan(lar)ın özündən çox asılıdır.

Necə yəniʔ Biraz ətraflı yazın zəhmət olmazsa. Mənim bir tanışım çox əziyyət çəkir

Narchicheyi
08.01.2011, 21:41
Necə yəniʔ Biraz ətraflı yazın zəhmət olmazsa. Mənim bir tanışım çox əziyyət çəkir

ele men de

İlğım
08.01.2011, 21:42
ele men de

Sənə bəs kim deyib ki cadun varʔ

Muhacir
08.01.2011, 21:43
Bu cür əməllərə qarşı Qurandan seçilmiş ayələrin oxunuşu bu linkdən yükləmək olar:
http://www.4shared.com/audio/9q1Rdznm/Ruqya_Sehr-Muhammed_Abbas.html

Narchicheyi
08.01.2011, 21:45
Sənə bəs kim deyib ki cadun varʔ

ozum evden -ewikden tapiram

Nece illerdir Qurandaki lazimi sureleri oxuyuram

İlğım
08.01.2011, 21:45
Bu cür əməllərə qarşı Qurandan seçilmiş ayələrin oxunuşu bu linkdən yükləmək olar:
http://www.4shared.com/audio/9q1Rdznm/Ruqya_Sehr-Muhammed_Abbas.html

fələq-nass surələridirʔ

Muhacir
08.01.2011, 21:51
Necə yəniʔ Biraz ətraflı yazın zəhmət olmazsa. Mənim bir tanışım çox əziyyət çəkir

Birincisi bilmək lazımdı həmin adam doğrudan cadudan əziyyət çəkir yoxsa tibbi cəhətdən əlacı olan bir xəstəlikdi.
Bunların qabağını almaq üçün həmişə qüsllu,dəstəmazlı gəzmək lazımdı.Namazı vaxtında qılmaq,Ayətul kursi son 3 surə və digər ayələri bədənin ağrıyan hissəsinə qoyub oxumaq lazımdı.

Muhacir
08.01.2011, 21:52
fələq-nass surələridirʔ

Onlarla biryerdə başqa ayələr də var.

İlğım
08.01.2011, 21:56
Birincisi bilmək lazımdı həmin adam doğrudan cadudan əziyyət çəkir yoxsa tibbi cəhətdən əlacı olan bir xəstəlikdi.
Bunların qabağını almaq üçün həmişə qüsllu,dəstəmazlı gəzmək lazımdı.Namazı vaxtında qılmaq,Ayətul kursi son 3 surə və digər ayələri bədənin ağrıyan hissəsinə qoyub oxumaq lazımdı.

Bəs o adam araq içir və namaz qılmırsa ondaʔ

Muhacir
08.01.2011, 21:58
Bəs o adam araq içir və namaz qılmırsa ondaʔ

Onda bu problemdi.

İlğım
08.01.2011, 21:59
Onda bu problemdi.

Yəni açılan deyilʔ Bu sılkada verilənə qulaq asmaq lazımdır qorunmaq üçünʔ

Muhacir
08.01.2011, 22:04
Yəni açılan deyilʔ Bu sılkada verilənə qulaq asmaq lazımdır qorunmaq üçünʔ

Cadunun batil olub olmayacağını Allah bilir.İnşallah yaxşı olar.O adam verdiyim linkə qulaq assa yaxşıdı əlbəttə ki.Bu cür müalicə mərhələ ilə edilir.Ən birinci dəqiq cadu olduğu müəyyənləşməlidir.1 cidən demirik ki namaz,dəstəmaz o saat olsun.Ancaq bunun cadu olduğu bilinir və Quran oxumaqla düzəlirsə onda həmin adamın içkiyə davam etməsi müalicəni zay edə bilər.

Narchicheyi
08.01.2011, 22:05
Bildiyim qederile her bir insan qusullu gezmelidir,cunki qusulsuz olduqda onu qoruyan melekler ona yaxinlasha bilmir.Bu dogrudur?

İlğım
08.01.2011, 22:08

Aydındı. Bu adam həkim müalicəsi alır amma effekt olmur. Anası gedib kofe ilə fal baxdırıb o da deyib ki cadusu çoxdu həmdə çoox köhnədi. guya 20 yaşından ta bu günə qədər edirlər və bunu xəstə ediblər. Anormal hərəkətlər edir, istədiyi kimi yaşaya bilmir butun gunu sanki havada gəzir. Deyiblər açdırmaq lazımdı amma nə forma açıllar kim açır bilmillər

Muhacir
08.01.2011, 22:09
Bildiyim qederile her bir insan qusullu gezmelidir,cunki qusulsuz olduqda onu qoruyan melekler ona yaxinlasha bilmir.Bu dogrudur?

Doğrudur.

Muhacir
08.01.2011, 22:11
Aydındı. Bu adam həkim müalicəsi alır amma effekt olmur. Anası gedib kofe ilə fal baxdırıb o da deyib ki cadusu çoxdu həmdə çoox köhnədi. guya 20 yaşından ta bu günə qədər edirlər və bunu xəstə ediblər. Anormal hərəkətlər edir, istədiyi kimi yaşaya bilmir butun gunu sanki havada gəzir. Deyiblər açdırmaq lazımdı amma nə forma açıllar kim açır bilmillər

Belə əlamətlər cadu zamanı ola bilər.Mən bu müalicəni edənləri tanıyıram.Falçıya filana ehtiyac yoxdur.Lazımdısa kömək edərəm.

İlğım
08.01.2011, 22:54
Belə əlamətlər cadu zamanı ola bilər.Mən bu müalicəni edənləri tanıyıram.Falçıya filana ehtiyac yoxdur.Lazımdısa kömək edərəm.

Mümkündürsə. İstəsəz LS ilə mənə yazın

Kisss-angel
08.01.2011, 23:54
Qurani Kərimlə də müalicə olar.?!Bəlkə din altında axmaq sekdalardı..Gedib ilişib betər olar..Bir problemi həll etməmiş ikincisinə düşər

Muhacir
09.01.2011, 00:02
Qurani Kərimlə də müalicə olar.?!Bəlkə din altında axmaq sekdalardı..Gedib ilişib betər olar..Bir problemi həll etməmiş ikincisinə düşər

Quran Allahın kəlamıdır.Dinləyənlər üçün də şəfadır.Bu yüzillərdir sübuta yetən bir hadisədir.Sektayla başqa şeylə bir əlaqəsi yoxdur.Hədislərdə peyğəmbər-s.a.v.-ın bu yolla müalicə etməsi barəsində gəlib.Yenə də ilk növbədə həkim, rahatsızlığı olan bu cür insanlara baxmalıdır.Amma belə kimi rahatsızlığı olan bəziləri müalicə edilir.Bir qismi isə edilə bilmir.Alternativ tibb dünyanın həryerində tətbiq edilir.İslamda bu ruqyadır.Yəni Quran ayələrinin oxunması.

Kisss-angel
09.01.2011, 00:05

Bakıda o cür nə kimi həkimlər var?!yani bu üzrə

Muhacir
09.01.2011, 00:12
Bakıda o cür nə kimi həkimlər var?!yani bu üzrə

Mənim bildiklərim islami cəhətdən bu işi dərindən bilən və uzun müddət məşğul olan adamlardı.
Belə kimi rahatsızlığı olanları təəssüf ki,həkimlər müalicə edə bilməyiblər.Bunun problemi bizdə deyil.Quranla müalicə olmaz deyib insanları falçı kimilərinin yanına yönəltməyə ehtiyac yoxdur.Ya da ki dəlidir deyib aparıb dəlixanaya atmağa.Allah taəla ölümdən başqa hər şeyə əlac varib.

Kisss-angel
09.01.2011, 00:14

O zaman adlarını yazın.Bura yazmaq problemdirsə LS yollayın.Məndə həmin adama koordinatları verim

Muhacir
09.01.2011, 00:58
Bütün problemlər bir biriylə bağlıdır.Bizdə düzgün islamın olmamağı və savadsızlıq belə şeylərin çoxluğuna səbəb olur.Yoxsa bu xüsusi bir sahə deyil ki kimin nə rahatsızlığı oldu tez buna üz tutsun.Ruqya müalicə üsulu effekti olan bir üsuldur.Ancaq burda oxuyan hamıya onu məsləhət vermək olar ki,ən güclü qorunma vasitəsi Allahın dinidir.Allaha şərik qoşmadan ibaədt etmək və namazlara düzgün riayət etmək.Müsəlman kimi inanılmalıdır ki necə ki Quranda gəlib bizim görmədiyimiz neqativ metafizik qüvvələr mövcuddur.Falçı,cadugar kimi adamlar bunlarla müəyyən vasitlərlə əlaqə yaradır.Bunu İslam qadağan edir.Materializm isə tamamən kökündən rədd edir.Lakin belə kimi anomal hadisələr materialist elm tərəfindən ciddi qəbul olunmur və ya açıqlana bilmir.Hərə öz yolunu seçir.Bizim məsləhətimiz isə budur ki,istər maddiyatçılıq,istər müxtəlif gizli inanclar və bir də İslam arasında müqayisə aparın.Haqq onsuzda üzdədir.

mirotvores70
09.01.2011, 18:27
Cadunu neytrallaşdırmaq ücün ayələr var-bəs cadunu necə eləmək barədə məlumat varmı? Mütləq bir cadu eləməliyəm eee-kömək edin dəəə.Plizzzpart.

Muhacir
09.01.2011, 18:42
Cadu dinin yol vermədiyi vasitələrlə edilir.Bu insanı ancaq dindən çıxarar.Allah qorusun.

Kisss-angel
09.01.2011, 18:45
Cadunu neytrallaşdırmaq ücün ayələr var-bəs cadunu necə eləmək barədə məlumat varmı? Mütləq bir cadu eləməliyəm eee-kömək edin dəəə.Plizzzpart.

Kİmə?Qenirala?))

mirotvores70
09.01.2011, 18:53
Kİmə?Qenirala?))
Həəəə)) Hardan bildiniz?

Kisss-angel
09.01.2011, 19:25
Həəəə)) Hardan bildiniz?

Hərbiçi başqa kimə edə bilərki)))

Muhacir
24.01.2011, 20:52
Bu tipli gizli elmlər materializm tərəfindən qəbul olunmasa da son 20 ildə araşdırılmağa və maraq cəlb etməyə başlayıb.Əslində sovetlərin son zamanlarında da bu başlamışdı.

. Уже много позже, в 1991 году, журналист М.Дмитрук, взявший интервью у Ханцеверова, отметил:
«Телепатия и ясновидение, телекинез и полтергейст, биолокация и целительство, левитация и НЛО. Эти и многие другие явления, которые много лет отвергала академическая наука, наконец, признаны в СССР. Теперь их можно исследовать, не боясь обвинений в парламенте, не рискуя научной карьерой. Но на Западе такие перемены произошли более двадцати лет назад. В результате другие государства обогнали СССР в исследованиях, в которых он раньше был лидером. Почему и как загоняли в подполье новую науку? Зная это, можно предотвратить рецидивы академической охоты на ведьм».

Muhacir
31.01.2011, 13:03
Son zamanlar bu cür vəziyyətlərə düşən adamlarda maraqlı bir şey müşahidə edirəm.Heç yerdə çarə tapmadıqları halda yenə haqq dindən uzaqlaşır və falçı kimilərə müraciət edirlər.Əslində bu tipik cahiliyyət toplumunun xüsusiyyətlərindəndir.Getmədiyi həkim və psixoloq qalmamış biri deyir ki,dəstəmaz alıram ancaq heç cür namaz qıla,namaza yaxınlaşa bilmirəm.Bundan sonra isə nəfsinə və şeytanına uyaraq islamdan daha da uzaqlaşır.Ümumiyyətlə iradəsiz insanların şeytan və əhli tərəfindən küfrə yönəlməsi daha asandır.Hansıki çoxları başlarına gəldikləri işlərin nədən olduqlarını bilə-bilə bu yola gedirlər.

M4NY3T!K
15.11.2011, 21:06
1-cisi magiya var bizim dilde menasi cadu demekdir...
Ve Qurani Kerimde de Behs etmiwdir...
Bunun 2 novu var Ag magiya ve qara magiya
Mesel ucun el arasinda Deyilen qurd yagi , donuz yagi ve s. kimi weylerden Hazirlanir qara magiyadan istifade edenler ucun en cox qur yagindan istifade edilir Neyse adice cadu sozunu iwletmeyinde oz menfi tesiri var!
Bunlari bura yazmagimin menasi budurki insanlar bele weytani yollardan xeberdar olsunlar qara magiyadan istifade etdikde weytanla ve ya cinlerle elbir olmuw kimisen

cadudan qorunmag ucun Qurani Kerim kitabini acib El Feleq suresi ve Nas suresini oxuyun Bawiniz bele weylerden dinc qalsin...

cadunu eslinde ibtidai icma Quruluwundan var sadece olarag insanlar bilmirdiler Sonralar Goyden iki dene Melek Babil e enib magiya elmini bawa saldilar ve bir weyide dedilerki bundan pis meqsedlere istifade etseniz o dunyada cehennem odunda yanacaqsiniz ama gunumuzde insanlar cox vaxt birilerine cadu eliyir caduyla mewgul olurlar Neyse Gelek Aura meselesine Bilmiye bilmiye daniwmagin yeri yoxdu Aura Her bir insanin ozunde var Her bir mekanda var gunumuzde ele insanlar var ki ekstrasenslik edirler bunu nece edirler bunu her adam niye ede bilmir? Sebeb? 6-ci Hissleri acigdir (ucuncu gozleri) bildiymiz kimi her bir insanin 5 hissiyat organi var mesel ucun iy bilme dad bilme gorme ewitme toxunmaq bunlar hissiyat organlari sayilir 6-ci His de Beyinde gizlenilmiw bir ucuncu gozdur yeni 6- ci hiss i olan adamlar deyek bir otaga girirler o otagda kecmiwde kimise oldurubler hemin adam ora girse otagin aurasi onun 6-ci hissine tesir edecek ve gozunun qabagina gelecekdir bu otagda kecmiwde ne olub insan Beyni tam kewf edilmiyib nelere qadir oldugu bilinmir 6-ci hissi tam acig olan adamlar oz etrafindaki menfi auranin bir qismini bawqa bir adama yonlendirse o adam ozunu tama pis hiss edecek ve gozu qaralib Bayilacaqdir ve ya yerdeki her hansisa bir dawi 6-ci hiss vasitenle guclede olsa hereket etdire bilersen...

Duwunuremki Bu qeder melumat sizin ucun bes edecekdir!..

İlğım
15.11.2011, 22:44

MAraqlı idi. Məlumat üçün təşəkkür.

Narchicheyi
15.11.2011, 23:36
qoy birini mən deyim)
sovetlərdən dövründən çoxlarınin yaxşı tanidigi falci Məlahət
əvvələr onun evi 8-ci mikrayonda yerləşirdi....
eşitdiyimə görə o dövrün vəzifəlişçəxslərindən bir çoxu onun müştərisi olub)

Melahet psixoloji xestedir

Rasul Nur
16.11.2011, 10:02
salam aleykum/

qara magiyadı,ağ magiyadı yoxsa qırmızı magiyadı fərqi yoxdur.hansısa falçının,cadugərin yanina getmək gunahdır.Allah bunların əleyhinə ayələr endirib.

Fələq surəsi,Nas Surəsi bir də Ayətul-Kursunu her gun oxuyun.ən azi 3dəfə.bu da sizin üçün resept.vəssalam.
yox filan molla filan cadu cixardi,filan extrasens filan qeleti eledi boş-boş şeylerdir.
falçı və cadugerin yanina geden insandan Allah öz rəhmətini kəsər,onun dualarini qəbul etməz tövbə edincə.

Reportyor
16.11.2011, 10:16

Deməli bununla məşğul olanlar təsir imkanlarına məxsudur.... Çox maraqlıdır bu qeyri-adi gücü kim bəxş edib o insanlara?

Rasul Nur
16.11.2011, 10:27
Deməli bununla məşğul olanlar təsir imkanlarına məxsudur.... Çox maraqlıdır bu qeyri-adi gücü kim bəxş edib o insanlara?
əraf surəsi
179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

insanın şərri oldugu kimi cinlərdən bu cur olanları vardır.onlar cəhənnəm əhlidirlər və bir birlərinin dostudurlar.

Reportyor
16.11.2011, 10:41

Bəs nəyə görə onlara belə qeyri-adi istedad verilib? Mənə bu çatmır... Axı Allah hər şeyə qadirdir. Niyə onları doğru yola yönləndirmir?

Rasul Nur
16.11.2011, 10:41
Fələq surəsində belə yazilib:
(Məkkədə nazil olmuşdur, beş ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!
2. Yaratdıqlarının şərindən (şərr sahib olan - şeytanlar, xəbis cinlər və maddi şərlərdən).
3. Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.
4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.
5. Və paxıllıq etdiyi zaman paxılın şərindən».

əslində burda boyuk bir mena vardir.islama gore her bir pisliyin ozu qədər cəzası və cavabı vardır.məsələn kimsə sənin qardaşını öldürübsə sən də onun qardaşını öldürə bilərsən,lakin tövbə edəni əgər bağışlasan bu senin gunahlarinin kəffarəsi olar.
amma elə əməllər vardir ki,onlarin cəzasını verməyi Allah özünə aid edir.ona əvəz verməyi insanlara yasaq edir.çunki cadu edənə ədalətlə cavab vermək üçün gərək sən də ona cadu edəsən,yaxud paxila sen de paxilliq edəsən ki,butun bu əməllər mominə muselmana yaraşan xas olan əməllər deyil.ona gore de Allah buyurdu peygemberine ki,sen o sifetlere duşesi deyilsen.o cumleden de mominler o sifetlere duşesi deyilsiniz,Men sizi bundan xilas edərəm mənə həvalə edin və qəlbinizdə xatircəmlik olsun.burda da bir incə məqam vardır.əgər sən Allaha qəlbən inanıb bunu ona həvalə etsən heç şübhən olmasın ki,bu nəticəsiz qalacaq.

İlğım
16.11.2011, 10:56
salam aleykum/

qara magiyadı,ağ magiyadı yoxsa qırmızı magiyadı fərqi yoxdur.hansısa falçının,cadugərin yanina getmək gunahdır.Allah bunların əleyhinə ayələr endirib.

Fələq surəsi,Nas Surəsi bir də Ayətul-Kursunu her gun oxuyun.ən azi 3dəfə.bu da sizin üçün resept.vəssalam.
yox filan molla filan cadu cixardi,filan extrasens filan qeleti eledi boş-boş şeylerdir.
falçı və cadugerin yanina geden insandan Allah öz rəhmətini kəsər,onun dualarini qəbul etməz tövbə edincə.

Mən getmişəm :gag
Hələ mənə yalıq da verdi ki 40 gün yastığıvın altında saxla. Guya ruh vurgunlugu varmış məndə z\z\

Rasul Nur
16.11.2011, 10:59
Bəs nəyə görə onlara belə qeyri-adi istedad verilib? Mənə bu çatmır... Axı Allah hər şeyə qadirdir. Niyə onları doğru yola yönləndirmir?

Allah bilir kimi dogru yola yonlendirmek lazimdir onu da yonlendirir.Allah kimisə dogru yola yönəldirsə bunu Özünə görə etmir.özünün buna heç bir ehtiyacı yoxdur.onu o azmış şexsler üçün edir ki,bu da onlarin özlərindən də aslıdır.

Allah buyurur:
Kimsə öz nəfsində olanı dəyişməsə Allahda onu dəyişməz

o ki,qaldı niyə Allah bunlara bu istedad verib.əvvəlcə aşagıdakı ayələrə diqqət edək:.

Sad surəsi, 82-83-cü ayələr:
(İblis) dedi: «Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
Yalnız Sənin sadiq bəndələrindən başqa!»

İsra surəsi, 65-ci ayə:
Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmranlığın ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qorumağı) kifayət edər!

Şeytan insanları vəsvəsə ilə aldadır və yoldan çıxarır, lakin sadiq və xalis iman sahibləri şeytana uymaz.

Hicr surəsi, 42-ci ayə:
Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
Bu ayə açıq-aydın bir məsələ barədə xəbərdarlıq edir: insanları düz yoldan çıxaran şeytan deyil, azğın və çaşqın insanlar öz iradə və ixtiyarı ilə şeytanın dəvətini qəbul edir, onun yolu ilə getməyi özlərinə rəva bilirlər.
Başqa sözlə desək, şeytan insanları pis işlərə vadar edə bilməz; şeytan bir növ öz vəsvəsəsi ilə pis işləri iradəsiz insanların nəzərində gözəl kimi cilvələndirir. Onlar belə bir təsir altında yoldan çıxırlar. Yoxsa pak və iradəli adamlar vəsvəsəyə uymazlar və şeytan vəsvəsəsi yaxınlaşsa, onu özlərindən uzaqlaşdırarlar.

bu yuxarida yazilanlar aydindir.indi sual ola bilər ki,niyə Allah bunlara bu bacarigi verib?
Allah əslində iblisin özünü xeyir quvve kimi yaratmişdır.lakin ona iradə azadlıgı vermişdir.eynilə insanlara da cinlərə də.əgər bu cür olmasaydı agılın hec bir əhəmiyyəti olmazdı.
baxın insanlar vardır ki,ağlı kəsir ki,Allah vardır ona ibadət etmək lazimdir,lakin ibadət etmir.niyə?niyəsi elə bu sualin cavabıdır.

Rasul Nur
16.11.2011, 11:04
Mən getmişəm :gag
Hələ mənə yalıq da verdi ki 40 gün yastığıvın altında saxla. Guya ruh vurgunlugu varmış məndə z\z\

tövbə etsən yaxşıdır,yoxsa d\d\
qadınlar belə şeylərə tez inanırlar.şeytan bu yolla ən çox onlara vəsvəsə verir.

İlğım
16.11.2011, 11:06
tövbə etsən yaxşıdır,yoxsa d\d\
qadınlar belə şeylərə tez inanırlar.şeytan bu yolla ən çox onlara vəsvəsə verir.

Tovbəni necə edimʔ Amma nə yalan deyim inanmamaq mümkün deyidi. Nə qədər ölümüz var hamısının adın çəkdi. Hansıların mənim üstümdə ağırlıq etdiyini dedi.

Rasul Nur
16.11.2011, 11:14
bir şeyi anlamaq lazimdir ki,Allah insana iradə azadlıgı vermişdir.insan çalışıb Allaha dogru yol tutmalıdır.ona sadiq qalmalıdır.əgər insan Allahı unudarsa ona şeytan vesvese verer gunaha salar.əgər insan Allahdan qorxmazsa onu şeytan azdırar.kimsəni məcburi momin yaxud kafir etmək olmaz.qəlbən iman gətirməlidir.lakin öyüd nəsihət etmək olar.əgər Allah insana iradə azadlıgı verməsəydi,onların özlərindən bir hərəkət ola biləcəyi dogru olmasaydi onda Allah butun bəşəriyyəti məhv edərdi heç möhlət verməzdi.Allah insana nə verdiyini gözəl bilir.elə ona görə də qiyamətədək möhlət vermişdir.
və butun ummətlərə kitablar peygəmbərlər gondermiş ve onlara öyüd nəsihət etmişdir.Allahin öyüd nəsihəti özü insanlar üçün böyük lütfdür.eyni zamanda əgər göndərməsə idi bu Allahin ədalətinə zidd olardı.insanlar deyə bilərdilər biz xəbərdar edən göndərməmişdin.her şey çox gözəl hesablanıb.kafir olanlar Allahin hüzüründa öz kafirliklərinə şəhadət verəcəklər.

Rasul Nur
16.11.2011, 11:21
Tovbəni necə edimʔ Amma nə yalan deyim inanmamaq mümkün deyidi. Nə qədər ölümüz var hamısının adın çəkdi. Hansıların mənim üstümdə ağırlıq etdiyini dedi.

sən məni düzgün başa düşmədin.sənin gunahin onlarin movcudluguna inanıb inanmamaq deyil.sənin günahın bu magiyanin əvəzinə yeni bir magik əməl etməyindir.anladın?
eyni zamanda bu işdə Allahın verdiyi əlaca güvənməyib(əgər bilirdinsə) hansısa cadukuna guvenmeyindir.bu isə şirkdir.
mən səni 100faiz əmin edirəm sen heç bir fayda götürməmisən o əməldən.bu gun də əgər həmin adamin yox başqasının yanına getsən eyni şeyləri sayacaq sənə.
tövbə günahını dərk edib birdə ona dönməməyi əhd etməkdir.

İlğım
16.11.2011, 11:25
sən məni düzgün başa düşmədin.sənin gunahin onlarin movcudluguna inanıb inanmamaq deyil.sənin günahın bu magiyanin əvəzinə yeni bir magik əməl etməyindir.anladın?
eyni zamanda bu işdə Allahın verdiyi əlaca güvənməyib(əgər bilirdinsə) hansısa cadukuna guvenmeyindir.bu isə şirkdir.
mən səni 100faiz əmin edirəm sen heç bir fayda götürməmisən o əməldən.bu gun də əgər həmin adamin yox başqasının yanına getsən eyni şeyləri sayacaq sənə.:P

Yox falçılığına inandım amma həm də əmin oldum ki bir gun sonra nələr olacağını bilmək, və ya sənin haqqında kimlər nə danışır nə edir bilmək lazım olsa Allah bunu bizə göstərər. Bizim öz yaxşılığımız üçün bilmək lazım deyil. İndi nəinki maqiyaya maraq göstərirəm hətta ətrafımdakı adamlar içdikləri kofedən fala baxdırırlar özləri üçün vaxt keçirsinlər deyə. Mən isə istəmirəm. Çünki fal da maqiya da yalan deyil və ziyandır.

İlğım
16.11.2011, 11:27
Falcilar adama hec neyi tam dolgun deye bilmir. Amma 40%in deyir. Biz ise yerdə qalan 60% öz beynimizdə düzüb qoşuruq və insanlar haqqında böyük xətalara yol veririk.

Rasul Nur
16.11.2011, 11:28

:handshake

Rasul Nur
16.11.2011, 11:31
Falcilar adama hec neyi tam dolgun deye bilmir. Amma 40%in deyir. Biz ise yerdə qalan 60% öz beynimizdə düzüb qoşuruq və insanlar haqqında böyük xətalara yol veririk.
Allah (c.C) buyurur:.
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[1]

Muhacir
16.11.2011, 15:13
Deməli bununla məşğul olanlar təsir imkanlarına məxsudur.... Çox maraqlıdır bu qeyri-adi gücü kim bəxş edib o insanlara?

Bu gücü istədiyi vaxt əldə edə bilmirlər.Məlum qüvvələrə yaxınlaşmaq və onlarla əlaqə saxlamaq üçün əks tərəfə küfr etməlidirlər.Yəni,şeytanlarının qoyduğu şərt budur.Məsələn,Quranı murdar yerlərə atmaq,Kəbəni murdarlamaq,namazı Allah üçün yox şeytana itaət niyyəti ilə qılmaq və s.

Muhacir
16.11.2011, 15:17
Bu ayənin bu hissəsini daima yadda saxlamaq lazımdır:

"Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: "Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz". Onların insanlardan olan dostları isə deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik". (əl-Ənam,128)

Narchicheyi
16.11.2011, 16:55
salam aleykum/

qara magiyadı,ağ magiyadı yoxsa qırmızı magiyadı fərqi yoxdur.hansısa falçının,cadugərin yanina getmək gunahdır.Allah bunların əleyhinə ayələr endirib.

Fələq surəsi,Nas Surəsi bir də Ayətul-Kursunu her gun oxuyun.ən azi 3dəfə.bu da sizin üçün resept.vəssalam.
yox filan molla filan cadu cixardi,filan extrasens filan qeleti eledi boş-boş şeylerdir.
falçı və cadugerin yanina geden insandan Allah öz rəhmətini kəsər,onun dualarini qəbul etməz tövbə edincə.

Bir ilahiyyatchinin dediyine gore cadunu batil etmek uchun imamlardan hedisler gelib.
yani tekce dediyiniz dualari oxumaqla ish bitmir.

Muhacir
16.11.2011, 17:15
Cadu hətta Allahın izniylə Allah Rəsuluna da təsir edib.Hər kəsin buna uğramaq ehtimalı var.Ola bilsin ki,bəzi adamlardan bu uzaqlaşsın.Bəzən ayə və duaların çoxluğunun belə faydası olmur.Bu məsələdə uzun zamandır çox şey müşahidə etmişik.Müsəlman istənilən halda ilk növbədə namazına ciddi yanaşmalıdır.Namaz qılsa,zikr etsə belə cadudan sonda ölənlərin olduğunu bilirəm.Çox ciddi və ağır bir problemdir.Cəmiyyətdə belə halların çox yayılması dindar olsa da azsayda insanlara da təsir edir.Şəriətin falçı və cadugərlərin üçün tətbiq etdiyi cəzalar var.Bunların hökmü ölümdür.Toplumda Allahın dini lazımınca yaşanmadıqca və tətbiq edilmədikcə,haqq əhlinin yerinə şarlatanaların sözü keçdikcə insanların bu duruma düşməsi normaldır və bunu haqq da edirlər.

Rasul Nur
16.11.2011, 18:18
Bir ilahiyyatchinin dediyine gore cadunu batil etmek uchun imamlardan hedisler gelib.
yani tekce dediyiniz dualari oxumaqla ish bitmir.
dogrudur.dualar coxdur.amma ən boyuk numunəsi fələq surəsidir.ən son nəticə yenə də Allaha pənah aparırıq.dua özü nədir?Allahdan diləmək ona siginmaqdir.fələq surəsində də eynilə bu tövsiyyə edilib.
amma hələ başqa bir ayədə bu haqda vardır:.
Qurani-Kərimin “Bəqərə” surəsinin 102-ci ayəsində buyurulub. “Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək, kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!”.

Rasul Nur
16.11.2011, 18:25
Bir ilahiyyatchinin dediyine gore cadunu batil etmek uchun imamlardan hedisler gelib.
yani tekce dediyiniz dualari oxumaqla ish bitmir.

sizdə bu kitablardan yoxdursa alin orda var bu haqda dualar.
“Dualar”, “Müsəlmanın qalası” və “1001 şəfa” kitablarında cadudan qorunmaq və təmizlənmək barədə dualar var.

Narchicheyi
16.11.2011, 21:33
sizdə bu kitablardan yoxdursa alin orda var bu haqda dualar.
“Dualar”, “Müsəlmanın qalası” və “1001 şəfa” kitablarında cadudan qorunmaq və təmizlənmək barədə dualar var.

Bu kitablari hardan istesek ala bilerik?
Deyilene gore Mehemmed peygembere de cadu olunub ve bu cadu allahin isteyi ile melekler terefinden basdirildigi yerden chixardilib.Bu duzdur?

Rasul Nur
17.11.2011, 12:50
Bu kitablari hardan istesek ala bilerik?
Deyilene gore Mehemmed peygembere de cadu olunub ve bu cadu allahin isteyi ile melekler terefinden basdirildigi yerden chixardilib.Bu duzdur?

he istenilen kitab -jurnal satilan yerdən ala bilərsiniz.adətən metrolarin cıxışlarında olur belə kitab satışı köşkləri.

o peygəmbərə cadu edilib çixardılıb söhbəti cindarlarin uydurmasıdır.cadu basdirib sonra çıxardırlar pul alirlar.bunu da əsaslandırmaq üçün o cur deyirler.o uydurmadır.cadu və həsəddən Allaha siginmaq lazimdir dua etməklə.vəssalam.duani kagiza yazib yaxadan asmaqla yox ha,onu oxumaqla.

Muhacir
17.11.2011, 13:20
Peyğəmbərə cadu edilməsi uydurma yox,baş vermiş,səhih rəvayətlərdə gəlmiş hadisədir.Peyğəmbərlərə şeytanın toxunmayacağı və zərər vermə bilməyəcəyi deyə bir dəlil yoxdur.Əksinə Quranda bunun əksinə dəlil var.

"(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Sad,41)

Burda "məss" yəni "toxunmaq" feli işlədilib.Bu peyğəmbərlərə Allahın izniylə və istəyilə şeytanın toxuna biləcəyinə dəlildir.

Rasul Nur
17.11.2011, 17:10

sən düzgün anlamadin.mən uydurma dediyim o cadunun cixardilması məsələsidir.peygəmbərlər belə şeydən Allaha siginmişlar,hansisa cadu cixardanin yanina yox.men misal cekdiyim ayədə də Suleyman (ə) haqda idi.Muhemmed(s) haqda da bir bele ayə olmalidir orda deyilir ki,şübhesiz peygəmbərləri də öz nəfsinə yönəltmək istəyən şeytanlar vardir.sən onlarin havayi nefsine uyma və s. bu kimi öyüd nesihetler vardir peygemberimiz ucun.
lakin bunun çarəsi olaraq yalnız Allaha siginmaq lazimdir.bunu isə muxtelif formada hansi dua olur olsun onun usulu ilə Allaha penah aparmaq lazimdir.elə sadəcə kimsə ureyindən keçirsə və qəlbən Allahin onu qoruyacagina inansa nəticəsiz olmaz.

Muhacir
17.11.2011, 17:15

Peyğəmbər-s.a.s.-də Allaha sığınandan sonra cadu batil oldu.Demirik ki,cadu çıxaranaın yanına getdi.Fələq surəsində Allah "de" deyir.Quranın ilk muxatabı Rəsulullahdır.Buna görə də Allah ilk növbədə onun sığınması üçün son 2 surəni nazil etmişdi.

Rasul Nur
17.11.2011, 18:17

elədir.mənim yalan oldugunu dediyim o cadunu cixartmaq məsələsidir.
necə oldu(əstəgfirullah) Allahin qudrəti çatmadi o cadunu batil etməyə hokmən mələklərin vasitəsilə çixartdi?Allahın izni olmadan cadu insana təsir etmir.yəni Allah istədiyi bəndəsini bundan qoruyur.bununçun gedib hansisa cadunu çixartmaga ehtiyac yoxdur.Allah bir hokm etsə o batil olar.

Muhacir
17.11.2011, 18:56
Hər şey Allahın izni və istəyilə olur.Niyə Allah yox,mələklər cadunu çıxardı sorusu düzgün deyil.Ona qalsa o qədər işlər olub ki,Allahın əmriylə mələklər edib.Mələklər ancaq bəzək üçün yaradılmayıb ki.Onların da vəzifə odur da.Məsələn,Quranda Allahın Bədrdə mələklərlə yardım etdiyi deyilir.Onda deyərdik Allahın özünün gücü çatmırdı mələkləri göndərdi?Allah Kitabında həmçinin deyir istədiyini Ol deyir və olur.O zaman cihadda da mələk göndərmək yerinə bir əmirlə müşrikləri məhv edərdi də.Burdakı hikmət bizim anlayışımız xaricindədir.Bu sualı sənin verməyin qəribədir.Əsasən bu cür sualları ateistlərdən eşidirik.Nə isə...

Narchicheyi
17.11.2011, 20:05

Sizinle raziyam...
deqiq bilmek isteyirem yuxaridaki sherhim dogrudur ya yox..

Rasul Nur
17.11.2011, 20:08
Hər şey Allahın izni və istəyilə olur.Niyə Allah yox,mələklər cadunu çıxardı sorusu düzgün deyil.Ona qalsa o qədər işlər olub ki,Allahın əmriylə mələklər edib.Mələklər ancaq bəzək üçün yaradılmayıb ki.Onların da vəzifə odur da.Məsələn,Quranda Allahın Bədrdə mələklərlə yardım etdiyi deyilir.Onda deyərdik Allahın özünün gücü çatmırdı mələkləri göndərdi?Allah Kitabında həmçinin deyir istədiyini Ol deyir və olur.O zaman cihadda da mələk göndərmək yerinə bir əmirlə müşrikləri məhv edərdi də.Burdakı hikmət bizim anlayışımız xaricindədir.Bu sualı sənin verməyin qəribədir.Əsasən bu cür sualları ateistlərdən eşidirik.Nə isə...
yəni sən də inanırsan ki,kimsə gərək o cadunu çixarsin yoxsa təsiri qalır?:bv
onda elə nəyə lazimdir o duani oxumaq gedək elə 300-500 verək cindara o cadunu çıxartsin vəssalam.axı mələklər də çixariblar.əgər cixarmaq lazim olmasaydi yəqin Allah çıxartdirmazdı,hə?:p
boş-boş mənasız işdir!və o deyilən şey də uydurmadan başqa bir şey deyil.cadudan xilas olmaq üçün Allaha siginmaq lazimdir.çixaracaqsa da o çıxaracaq,zərərsiz edəcəksə də o edəcək vəssalam.daha mələklə edəcək,fələklə edəcək bu Onun öz işidir.boş-boş uydurma nagillarla kimlərsə pul qazanirlar.cadugərlər hamisi birbirini taniyirlar.ve bir-birlərinə kimlərinsə evinə həyətinə axir necə cadu etdiklərini bir-birlərindən soruşurlar və buna gorə birbirlərinə pul ödəyirlər.

Rasul Nur
17.11.2011, 20:17
Mən bunu hələ 5yaşım vardı biləndə.
uşaq vaxti bizə kim yad adam gəlsəydi qorxurdum,utanirdim qacıb gizlənirdim kravatin altinda.həmin gun də bir dənə bizim uzaq qohumlardan biri gəlmişdi,saqqalından qorxmuşdum.qacdim evdə gizləndim.
bu da guya cadu cixardir.girdi otaga namaz qilmaga hami cixartdi çölə.namazını qıldı.sonra cibindən bir balaca bloknot çıxartdı başladı sakitcə oxumaga..yadimda qalan ancaq bunlardır ki,deyirdi bağ qapısından 3addim irəli 5adim saga...

mən kravatin altindan çıxmadım.o bir neçə şey də mizildaya-mizildaya təkrarladı özü üçün çıxdı.arxasiyca pəncərədən baxdim.çıxan kimi düşdü həyətə anamdan soruşdu bağınızın qapısı hardandır?
o vaxt mənə heç nə məlum olmadı.bir neçə ildən sonra aglim kəsəndə bildim ki,məsələ nə cürdür!!!

Muhacir
17.11.2011, 21:47
Cadu hər cür batil ola bilər.Bəli,bunu inkar etmirik.Sən zənn etdin ki,bizim kitablarda bu hədis var deyə və biz bunu qəbul edirik deyə mütləq cadunun yerini tapmağı şərt qoyuruq.Bu səhv anlamadır.Biz də deyirik ki,ilk növbədə ayələri,zikrləri etmək Allaha sığınmaq lazımdır.Allah istədiyi yolla bunu batil edər.Bu məsələni bu cür də anlamaq mümkündür ki,cadunun şeytan cinlərin vasitəsiylə olduğu məlumdur.Onlara qarşı isə mələklərin savaşdığı və insanları qoruduğu məlumdur.Təbii ki,yenə də Allahın İZNİYLƏ.

Rasul Nur
18.11.2011, 10:09

mən o cur zənn etmədim.cadu cixartmaq bir yana hele bir guya cin de çıxaran şarlatanlar vardır.bu işlərə baş qoşan adam istər ag olsun istər qara gunaha bulaşır.
mən o hədisin uydurma olduguna qəti əminəm.bunu çox magiyacılardan eşitmişəm,televizorda da həmçinin.danışan adam da özünə bəraət qazandırır ki,mələklər saf və gunahsiz məxluqlardir onlar bu işi gördükləri halda biz niyə görə bilmərik?sənə çatdı düşündüyüm?onlar bunu yozub deyirler Allah bizə bu "qabiliyyəti" verib ki,kimlərəsə o mələklər kimi "yaxşılıq" edək cibimizi dolduraq.eger ele bir hedis varsa tap yaz burda sənədinə baxaq.amma əbu hureyrədən olmasın,çunki onun hədislərinin coxusu yəhudilərin tövrat adi ilə yazdigi nagillardan cumlələrdir.eynilə cin çixartmaq məsələsi də bu cur yəhudilərdən gəlmə şeylərdir.
d\d\

Muhacir
19.11.2011, 16:17
Cin çıxarmaq real və hər zaman baş verən hadisədir.Bunu ancaq materialist,şübhə içində olan inkar edə bilər.Bəli yəhudilərdə və xristianlarda var.Nə olsun ki?Allahın Kitabı şəfa olaraq nazil olub.Cinli birinə oxuduqda təsir edir.Əvvəlki dinlərdən bəzi oxşar şeylərin olması mümkündür.Nəticədə hamısını eyni Allah yaradıb.Cinləri də.Elə cin surəs Quranın cinlərə təsir eməsinə böyük dəlildir.

Rasul Nur
19.11.2011, 18:09
[QUOTE=Abdullah;125928]Cin çıxarmaq real və hər zaman baş verən hadisədir.
doğrudan???o cini necə çıxardırsınız?axı bunu yehudilər bir də hindular edirlər!bircə demə ki,onlar Allahın sevimliləridir ona görə Allah onlara bu qabiliyyəti verib!:pBunu ancaq materialist,şübhə içində olan inkar edə bilər.mən cinlərin varlıgını inkar etmirəm,onların şərrinin mövcudlugunu da inkar etmirəm.mənim inkar etdiyim mövhumatdır!Bəli yəhudilərdə və xristianlarda var.Nə olsun ki?o olsun ki,onların kitablarından,dinlərindən sənin xəbərin yoxdur.Allahın Kitabı şəfa olaraq nazil olub.Cinli birinə oxuduqda təsir edir.elə olsaydı bunu hamı edərdi.hamı niyə etmirlər cindar axtarırlar?istənilən Quran oxuya bilən bunu edə bilər,elə deyil?:pƏvvəlki dinlərdən bəzi oxşar şeylərin olması mümkündür.
eynilə bu inanc kimi.hə?:)səhv etmirəmsə sizin Buxaridə belə bir hədis mövcuddur.bu hədis yəhudilərin inancıdır.istəsən burda Fatimədən də soruşa bilərsən,tövrata da baxa bilərsən:.
Tövrat,yaradılış kitabı (1:27)
27) Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.

sizin Səhih buxaridə isə:.Allah Adəmi özü kimi, 60fut hundurlukdə yaratdı!
hədisi.
Nəticədə hamısını eyni Allah yaradıb.Cinləri də.Elə cin surəsi Quranın cinlərə təsir eməsinə böyük dəlildir.

bunu necə etmək lazimdir?özün oxumalısan yoxsa kiminsə yanina getməlisən cinin üstünə qışqırsın?:p
mən indiyedek görməmişəm hansısa cindar desin ki,mən Quran oxuyuram Allaha dua edirəm Allah da cinləri çıxarır.elə hamisi deyir ki,mən cin çıxarıram,cinləri qovuram.
sualim:.cinlər Allahın izni olmadan insana şərrin toxundura bilər?
əgər Allahın iznilə baş verirsə o insanın şəxsən özünün nəsə etməsi lazim deyilmi?çunki Allahin izin verməsində bir hikmət vardir o insanla baglı?niyə birinə toxunur digərinə yox?biraz düşünsən nə dediyimi anlayarsan.yəqin hələ mənim fikrim çatmır sənə.

Muhacir
19.11.2011, 18:49
Cin çıxarmağı xristian,hinduların da etdiyini bilirəm.Bunu edənlərin Allahın sevimlisi olduğunu deyən yoxdur.Cinlərin oyunları və fırıldaqları məlum məsələdir.Onların hansı üsullarla onu etdikləri də məlumdur.Sehr deyilən bir şey var.Müxtəlif dualar,tilsimlərlə edilir.Buna görə cinlərə təsir edə bilirlər.Ancaq onlarda bu işə şirk qarışır.İslamda isə bu Allahın Kitabını oxumaqla edilir.Mən buna şahid olmuşam.Cin çıxarmaq da var,insanın içindəki cinlə danışmaq da.Videoları da var.Bilirəm yəqin quramadı deyib inka edəcəksən.Şiə kimi də bunu inkar edə bilmərsən.Şiələrdən bununla məşğul olan yoxdu?Bəs tövsiyə etdiyin dualar nə üçündür?O duanı oxuyub cadudan qurtulmağı iddia edəndə sənə başqaları mövhumatçı deməyəcək?Bəs cadunu necə anlayırsız?Caduda cinlərin iştirakı var.Buna görə də ayələr onlara qarşı oxunur.

Rasul Nur
19.11.2011, 20:07

sən yenə mənim dediyimi başa düşmədin.mənim verdiyim dualar insanın bu yolla Allaha sıgınmasını asanlaşdırır.onların oxuyan bir kəlməyə riayət edir:,Allahım bu cadunun şərrindən məni xilas et!vəssalam.

o videoları mən də görmüşəm.mən yenə deyirəm mən inkar etmirəm onların şərrini.mənim inkar etdiyim kiminsə cinlə danışması yaxud onu kimdənsə qova bilməsidir.bu iş Allaha aid olan işdir.
bütün bu işlərdə Allaha sığınmaq lazimdir.vəssalam.
ay filan kagiza filan şey yaz başının altina qoy,filan yerə filan şeyi basdır.filan yerdən filan şeyi çıxartmasan xeyri yoxdur bele -bele boş-boş şeyləri inkar edirəm.

Muhacir
19.11.2011, 20:07
bunu necə etmək lazimdir?özün oxumalısan yoxsa kiminsə yanina getməlisən cinin üstünə qışqırsın?

Onu deyim ki,cin çıxarmaqı qəbul edirik deyə bu cür əlamətləri olan insanları kütləvi şəkildə bu işlə məşğul olanların yanına dəvət etmirik.Doğrudur ki,insanın Allaha sığınmaq və Quran oxumaqla özünə çarə etməsi daha yaxşıdır.Cənnətə sorğu sualsız daxil olacaq insanlardan bir qismi də məhz özünə ruqyə elətdirməyənlərdir.Ruqyə,yəni xəstəyə Quran oxumaq.Başqa insanın cinliyə müdaxiləsi ancaq ağır situasiyalarda əl atılacaq yoldur.Bu cür insanlara həkim heç nə edə bilmir,get-gedə ağlını itirir,vəziyyəti ağırlaşır.Bu zaman kimsənin Quran oxuması mümkündür.

Rasul Nur
19.11.2011, 20:11
[QUOTE=Abdullah;125934]Cin çıxarmağı xristian,hinduların da etdiyini bilirəm.Bunu edənlərin Allahın sevimlisi olduğunu deyən yoxdur
onların ki,oxudugu Quran deyil bəs necə olur çıxarırlar?:)

Rasul Nur
19.11.2011, 20:14
Onu deyim ki,cin çıxarmaqı qəbul edirik deyə bu cür əlamətləri olan insanları kütləvi şəkildə bu işlə məşğul olanların yanına dəvət etmirik.Doğrudur ki,insanın Allaha sığınmaq və Quran oxumaqla özünə çarə etməsi daha yaxşıdır.Cənnətə sorğu sualsız daxil olacaq insanlardan bir qismi də məhz özünə ruqyə elətdirməyənlərdir.Ruqyə,yəni xəstəyə Quran oxumaq.Başqa insanın cinliyə müdaxiləsi ancaq ağır situasiyalarda əl atılacaq yoldur.Bu cür insanlara həkim heç nə edə bilmir,get-gedə ağlını itirir,vəziyyəti ağırlaşır.Bu zaman kimsənin Quran oxuması mümkündür.

bu başqa məsələ.razıyam.

Muhacir
19.11.2011, 20:22
[QUOTE]
onların ki,oxudugu Quran deyil bəs necə olur çıxarırlar?:)

Bu haqda birinci sözüm odur ki,necə olmasının əsli və həqiqəti Allaha məlumdur.
Ancaq fakt faktdır.Quranda cinlərin adından deyilir:

"Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da."(əl-Cinn,14)

İnsanların hər dinə mənsub olanı olduğu kimi,cinlərdə də belədir.Hindu bir insan öz kitablarında nəyisə öz dindaşına deyəndə ona təsir edə bilər.Həmçinin eyni dindən olan insan və cinlərin əlaqəsi zamanı belə hallar ola bilər.Xristianlar da ancaq öz dinini haqq bilir və Bibliyadakı əzablardan qorxurlar.Bibliyanın xristian cinlərə belə təsirinin olması mümkünsüz bir şey deyil.Ancaq Qurani Kərimin müsəlman olsun və ya olmasın bütün cinlərə təsiri böyükdür inşallah.

Rasul Nur
20.11.2011, 12:38
[QUOTE=Rasul Nur;125940]

sənin yazdıgın ayə dediklərinə dəlil deyil.
amma əvvəl yazdıgın ayə indi mənim yazacagim ayənin izahıdır:.
əraf surəsi.
Şübhəsiz,Allah cinlərdən və insanlardan bir qismini cəhənnəmlik yaratdı...

o şər işlər görən cinlər qeyri müsəlman olanlardırlar.
yəni itaətkar olan cinlərin şər əməllərə uyub kiməsə toxunacagını söyləmək dogru deyil.eyni zamanda cadugərin öldürülməsini vacib oldugunu söyləyib sonra onun müsəlman olmasını da söyləmək dogru deyil.cadugərlik edən insan islamdan çıxır.buna görə də xristianın dilini xristian cinlər başa düşür kəlməsi də düzgün deyil.
ümumiyyətlə şər cinlər hamısı asidir və dinsizdirlər.
Şeytan özü də cin nəslindəndir.

Rasul Nur
20.11.2011, 12:49
Aləmdə Peygəmbərdən üstün olan kimsə varmı?xeyr.peygəmbərin özü bu məsələdə aciz olub,yəni ona da cinlərin,cadugərlərin şərri toxunub,Allah da ona bu məsələdə Ona siginmagı məsləhət görübsə bizə nə düşüb?
kimsə bu məsələdə zərər gorub sonra peygəmbərin yanına gedibmi?ondan bu məsələdə yardım istəyibmi?bu barədə olan butun hədislərdə yalnız Quran ayələri və dualar məsləhət görülüb başqa heç nə.
bəs onda niyə insanlar hansısa cindarlari,cadugərləri bizim peygəmbərimizdən üstün tutub onlardan əlac istənilir?
bir halda ki,bu işdə peygəmbər özü Allaha pənah aparıb bu insanlar peygəmbərdən üstün qabiliyyətə malikdirlərmi ki,özləri əlac bilirlər?bu Allahın hokmlərinə ziddir və demək ki,absurd bir şeydir.bu cür cini cadunu zərərsizləşdirmək istəyənlər əmin olsunlar ki,heç bir nəticə əldə etmirlər özlərini aldadirlar.yalnız bu işdə Allahdan istigfar edib Allaha pənah aparanlar və onların iltimasi duaları istisnadır.

Rasul Nur
01.12.2011, 10:38
aha.dediyim ayəni tapdım!
ənam surəsi
112. Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

113. (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər).

ulker
18.01.2012, 14:14
men hemise caduya inanmagi allaha sekk getirmek kimi qebul elemisem.cunki hec cur basa duse bilmirdim ki nece olur ki eger her seye qadir olan,qusursuz olan tek allahdirsa bes onun yaratdigi adi bir bende nece elediyi caduyla heyatda neyise deyise biler..ama sonra bele melum oldu ki peygembere de cadu edilibmis.bes her sey allahin elindedirse nece bele seylere icaze verir??

tenhaqiz
18.01.2012, 14:31
Allah elə şeylərlə insanları sınağa çəkir ki görsün ki kimlər dua,caduya inanıb Allahı unudacaqlar..

Reportyor
18.01.2012, 14:42
Forumda belə bir mövzu var...

ulker
18.01.2012, 16:36
Allah elə şeylərlə insanları sınağa çəkir ki görsün ki kimlər dua,caduya inanıb Allahı unudacaqlar..

ola biler bu sinaq olsun.ama bezi dehsetli faktlar da var ki bunun tesiri oldugunu subut edir..eslinde menim sualim budur ki nece mumkundu hansisa insanin heyatda neyise deyise bilecek guce malik olmasi??

Muhacir
18.01.2012, 17:54
Cadunun təsirinə inanmaq ayrı şeydir,onu etməyi düzgün saymaq ayrı şey.Cadunun təsiri mövcuddur və bunun edilməsi böyük günahlardandır.

ulker
18.01.2012, 19:24
Cadunun təsirinə inanmaq ayrı şeydir,onu etməyi düzgün saymaq ayrı şey.Cadunun təsiri mövcuddur və bunun edilməsi böyük günahlardandır.

menim cadu elemeyi qeti duzgun bir sey saymiram..deyirsiz onun tesiri var..bu tesiri adi bir bende yaradib da demeli hee?

Rasul Nur
20.01.2012, 19:01
menim cadu elemeyi qeti duzgun bir sey saymiram..deyirsiz onun tesiri var..bu tesiri adi bir bende yaradib da demeli hee?

cadunu cinlər Allahın izni ilə həyata keçirirlər.Allaha pənah aparan şəxsə ziyan toxundurmaz.

ulker
20.01.2012, 20:43
cadunu cinlər Allahın izni ilə həyata keçirirlər.Allaha pənah aparan şəxsə ziyan toxundurmaz.

Amma herden ele seyler bas verir ki men hec cur anlaya bilmirem niye allah yaxsi bendelerine bele seyler gosterir..axi hami deyir ki savab ele,yaxsiliq ele ki qabagina cixsin

Rasul Nur
21.01.2012, 06:37
Amma herden ele seyler bas verir ki men hec cur anlaya bilmirem niye allah yaxsi bendelerine bele seyler gosterir..axi hami deyir ki savab ele,yaxsiliq ele ki qabagina cixsin

nə göstərir?
siz düzgün yanaşmırsınız yaxşı və pis anlayışına.ona görə sizə bu cür görünür.
Allah kimsəyə zülm etmir,insanlar özləri özlərinə zülm edirlər.
mənim başıma elə işlər gəlib ki,çox məyus olmuşam.amma sonradan bunun mənim üçün faydalı oldugunu anlamışam.
məsələn cavan yaşında biri qəfil xəstələnir və vəfat edir.və insanlar onun həmişə yaxşı əməllər etdiyini bilirlər.buna etiraz olaraq deyirlər:.Niyə yaxşı insanların başına bu iş gəlir,Allah niyə qorumur?!
bu əlbəttə dar yanaşmadır.bəlkə o insanın həmin vaxt həyatdan getməsi axirəti üçün faydalıdır?bəlkə o gələcəkdə elə bir günaha düşəcəkdi ki,yolunu azacaqdı?belə olan təqdirdə bu Allahın həmin şəxsə lütfü deyilmi ki,onu elə mömin olan halda canını alır və gələcəkdə onu gözləyən iblisin fitnə fəsadından xilas edir?

Qurani Kərimdə bir ayəvardır:.
Çalışın Musəlman olan halda ölün.-yəni çalışın həmişə müsəlmanlığınızı qoruyun çünki ölüm nə vaxt gələcək bilmirik,siz hazır olun.

Rasul Nur
21.01.2012, 06:54
Amma herden ele seyler bas verir ki men hec cur anlaya bilmirem niye allah yaxsi bendelerine bele seyler gosterir..axi hami deyir ki savab ele,yaxsiliq ele ki qabagina cixsin

həyatda insanın başına gələn bütün pis və yaxşı şeylər onun axirət həyatına hazırlanması tərbiyə olunması üçündür.
baxın Allah insanlara həm kitab göndərib həm də bir sira qövmlərə bəlalar.
Allah insanlara öyüd nəsihət verir ki,yaxşı insan olun,halal haramları gözləyin,məni unutmayın şərik qoşmayın ibadət edin ki,cənnətdə Adəm(ə)-in və Həvvanın (ə) etdiyi səhvi təkrarlamayasınız.əgər kimsə hazırlaşmasa bu dünyada,nəfsini haramdan saxlamagı öyrənməsə Allah onu cənnətə buraxmaz.
Allah insana yaradılış anından bəri bəzi nəfsinə xas maddi və mənəvi nemətləri haram buyurmuşdur.
maddi nemətlər yeyəcək və giyəcək və s.,mənəvi isə təkəbbür,paxıllıq,həsəd və s.

butun bunların haram olunmasının yalnız bir səbəbi vardır ki,o da insanı cənnətə hazırlanmağı öyrətsin.
bəzən görürsən mülahizələr irəli sürülür insanlar tərəfindən ki,filan şeyi edəndə filan pis nəticəsi olur ona görə haramdır.bu yalnış fikirdir.
bütün nemətləri-halal və haram hamısını Allah yaratmışdır.Allahdan başqa heç kim heçnə yarada bilməz.Allah cənnətin özündə belə bir neməti Adəm(ə)a haram buyurmuşdu.bu o demək deyildi ki,o meyvə murdar idi,xeyr.bunun hikməti onda idi ki,insan Allahın böyüklüyünü unutmasın,çünki insan bütün yaradılanlardan üstün yaradılmışdı ona qadaga qoyulmasa idi Allahı unudar özü Allahlıq sevdasına düşərdi.

İlğım
21.01.2012, 09:25
Movzu silməkdə usta olana moder və adminlərin nəzərinə. Bu mövzu mövzcuddur. niyə birləşdirməmisizʔ

ulker
21.01.2012, 15:33
nə göstərir?
siz düzgün yanaşmırsınız yaxşı və pis anlayışına.ona görə sizə bu cür görünür.
Allah kimsəyə zülm etmir,insanlar özləri özlərinə zülm edirlər.
mənim başıma elə işlər gəlib ki,çox məyus olmuşam.amma sonradan bunun mənim üçün faydalı oldugunu anlamışam.
məsələn cavan yaşında biri qəfil xəstələnir və vəfat edir.və insanlar onun həmişə yaxşı əməllər etdiyini bilirlər.buna etiraz olaraq deyirlər:.Niyə yaxşı insanların başına bu iş gəlir,Allah niyə qorumur?!
bu əlbəttə dar yanaşmadır.bəlkə o insanın həmin vaxt həyatdan getməsi axirəti üçün faydalıdır?bəlkə o gələcəkdə elə bir günaha düşəcəkdi ki,yolunu azacaqdı?belə olan təqdirdə bu Allahın həmin şəxsə lütfü deyilmi ki,onu elə mömin olan halda canını alır və gələcəkdə onu gözləyən iblisin fitnə fəsadından xilas edir?

Qurani Kərimdə bir ayəvardır:.
Çalışın Musəlman olan halda ölün.-yəni çalışın həmişə müsəlmanlığınızı qoruyun çünki ölüm nə vaxt gələcək bilmirik,siz hazır olun.

esline qalsa menim dusuncelerim din haqda tamam basqaydi,hemise de gunahdan,haramdan cekinmeye calismisam.menim cemi 19 yasim var,sentyabrda toyum olmusdu..erim de ele bir insan idi ki mene herden ele gelirdi ki bu cur yaxsi insan bu dunyada ancaq odur.ama toyumuzdan 40 gun sonra biz avariyaya dusduk,o oldu..indi de deyirsiz ki allah insanlara zulm etmir..artiq men neye inanacagimi,kimden komek isteyeceyimi de bilmirem..ona gore bele fikirler yaranib ki her sey bos imis

Muhacir
24.01.2012, 19:15
Amma herden ele seyler bas verir ki men hec cur anlaya bilmirem niye allah yaxsi bendelerine bele seyler gosterir..axi hami deyir ki savab ele,yaxsiliq ele ki qabagina cixsin

Sizin sualınıza ən müvafiq cavabı elə Qurani Kərimdə tapmaq olar.

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.(Bəqərə,155)

Rasul Nur
28.01.2012, 20:30
esline qalsa menim dusuncelerim din haqda tamam basqaydi,hemise de gunahdan,haramdan cekinmeye calismisam.menim cemi 19 yasim var,sentyabrda toyum olmusdu..erim de ele bir insan idi ki mene herden ele gelirdi ki bu cur yaxsi insan bu dunyada ancaq odur.ama toyumuzdan 40 gun sonra biz avariyaya dusduk,o oldu..indi de deyirsiz ki allah insanlara zulm etmir..artiq men neye inanacagimi,kimden komek isteyeceyimi de bilmirem..ona gore bele fikirler yaranib ki her sey bos imis

Bacı,Allah sizə səbr versin,yoldaşınıza da rəhmət eləsin.

siz bu dünya üçünmü Allaha ibadət edirdiniz?
bu sualı özünüzə verin.əgər cavabınız hə olsa bilin ki,Allahı bu qəzəbləndirib.

amma siz hələ cox gəncsiniz və bu cür düşünməniz normaldır.

Allah istədiyinə bir neməti verər,istədiyindən də alar.

siz hz Yaqubun hadisəsini bilirsinizmi?
peygəmbər olub,daim Allaha səcdə edib,ümmətindən təqvada ona çatan olmayıb amma çox böyük xəstəliyə tutulur və bədəni çürüməyə başlayır.elə bir iztiraba düçar olur ki,bu əzabı adi insanlar görsələr rəzil olar,yoldan saparlar.lakin o səbr etmiş,daim Allahdan razı halda səcdə etmiş və bir kimsəyə zülm etməmişdir.hətta onun çürüməkdə olan bədəninə daraşan qarışqalara da.

Allah onun bu səbrini qiymətləndirmiş onun dabanları altından şəfalı bulaq qaynamışdır ki,onun suyundan şəfa tapmışdır rahatlıga qovuşmuşdur.bundan əlavə Allah onu cənnətdə məskun edəcəkdir.

o da insan idi bizim kimi.lakin onun bu cür qəzavu-qədərə boyun əyməsi,Allahın zərrə qədər zülm etmədiyini,ədalətli olmasına inamı onu bu əzabdan xilas etmişdir.Allah məhz onun bu keyfiyyətlərinə görə əvvəl peygəmbər secmişdir o da bunun öhdəsindən gəlmişdir.

siz də səbrli olun.avtomobil qəzası qəzavü-qədərdir.çünki insan qeyri-şüurlu sürətdə bunu edir.onda həm qəza həm də qədər vardır.yəni ola bilər ki,Allahın verdiyi ömür o qdər imiş.

mənim dostum,tələbə yoldaşım bu yaxınlarda dənizdə yuksək neft platformasından yixildi 35 metrdən vəfat etdi.o çox təqvalı namaz əhli idi.hamı da xətrin istəyir ona hörmət edirdik.
onun yıxılması qəzavu qədər idi.çünki bilmədən olmuşdu.
bəlkə də Allah onun məhz yaxşı insan olduguna görə bu dunyadakı çirkaba bulaşmaq təhlükəsi altında yaşamaqdan xilas etdi və bərzəx aləmində məskunlaşdırdı.bəlkə elə gələcəkdə şeytan onu azdıracaqdı yolundan?

o cümlədən də sizin yoldaşınız.deyirsiniz o ibadət edən idi.siz onun ruhunu şad etmək üçün biraz da təqvalı olmalısınız ibadətinizə davam etməlisiniz.Allah yardımçınız olsun!

leylaa
03.05.2012, 15:53
salam bizim evden bir defe cadunu ozum gormushem tuk sap ve curumush et, o tesadufen tapildi, ailemizde cox pis idi veziyyet onu tapandan sonra veziyyet tamamen deyishdi, kim bilir cadu cixardan komek edin

Reportyor
04.05.2012, 08:33
salam bizim evden bir defe cadunu ozum gormushem tuk sap ve curumush et, o tesadufen tapildi, ailemizde cox pis idi veziyyet onu tapandan sonra veziyyet tamamen deyishdi, kim bilir cadu cixardan komek edin

Bura cindarların forumudu, hamımız caldu çıxarmaqla məşğuluq. Rəhbəriiz də Ağaye SAPAND qardaşımızdı. Bu sahədə rəqibi yoxdu... Omayan yerdən də cadu çıxarır ki, adam lap dəhşətə gəlir. Həttə buradan evinin formasını təsvir elə sənə cadunun harada olduğunu desin. Əlinlə qoymuş kimi özün çıxaracaqsan... Nə badə şəkk edəsən, zərər çəkərsən. Allaha and olsun ki, o daim yüksəklikdədi, ətrafını ovcunun içi kimi görür....:p

Fidan
04.05.2012, 09:39

Səhər-səhər nə qədər güldüm))) Allah sizi güldürsün. Olmayan yerdən cadunu ancaq bu forumum cadugərləri çıxara bilərlər. Şəkk edənin ağzı əyilər)))