PDA

Просмотр полной версии : Arıqlamaq

İlğım
09.12.2009, 10:22
gelin burda tecrubeden kecirdiyimiz diyetlerden yazaq... indi ekser insanlarda ister qadin isterse de kishi olsun - kokelme problemleri var. men oz hesabima cox sheylerden istifade etmishem, cunki diyet mende cox da ishe yaramir. ariqladan caylarda ve tabletkalardan istifade edenler varmi burda?

Sofiya
09.12.2009, 12:05
Hər dəfə yemək süfrəsinə oturanda deyirəm Ay Allah mənə diet qismət eləmə:D
Məncə ac qalmaqla arıqlamaq ziyanlıdır, çünki hər bir yediyimiz yeməklərdə müxtəlif orqanizm üçün lazımlı maddələr var. Az az lakin tez tez yemək yaxşıdır və ən yaxşı yolu idmandır, gündə yarım saat idmana ayırmaq orqanizmi sağlam və gümrah edər

İlğım
09.12.2009, 13:44

duzdu. amma idmana da cox vaxt vaxt catishmir. gundelik heyat hereketlerine ise orqanizm uygunlashib yeni motor bele yigilib elaveden herekt lazimdir yag yandirmaq ucun... subayliqda men de ariq olmusham aglima da gelmezdi kokelmek problemi yashayaram, amma ushaqdan sonra deyishir orqanizm. bir nece il qabaq obiraks10 istifade etdim effektin verdi ideal cekime dushdum amma yene kokelmeye bashladim bir muddet sonra bu da tesir etmedi. deyesen qan analizi var hansi qida kokelme verir ferdi olaraq yoxlanilir bu haqda ehsiden var?

SAPAND
09.12.2009, 19:30
Arıqlamağı deyə bilmərəm , amma kökəlməyin qarşısını almaq olar .İnsanın mədəsi bezrazmer corab kimi bir şeydir .Əgər hər dəfə doyunca yesən günü-gündən normanı artırmalı olacaqsan .Ona görədə yemək yeyəndə heç vaxt doyunca (köpənə kimi :p) yeməyin .

İlğım
09.12.2009, 20:43

mede yedikce boyuyur raziyam amma yemek bagirsaga enenden sonra evvelki razmerine qayidir siz deyen o hormonlardir daha cox teleb edir

SAPAND
09.12.2009, 20:54
mede yedikce boyuyur raziyam amma yemek bagirsaga enenden sonra evvelki razmerine qayidir siz deyen o hormonlardir daha cox teleb edir
Bağırsaqda eyni zamanda həmin artıq qıdanı piy qatına çevirir .Normadan artıq hər kalori piy qatına çevrilir .
Gənc qızlarda bu o qədərdə özünü biruzə verməyir .
Qadınlarda artıq çəki əksər hallarda hamıləlikdən sonra , ilk uşaq dünyaya gəldikdə daha çox baş verir .Əsasəndə cəkinin normadan çox artmasındanda belə qadınlar əziyyət çəkirlər .:confused:

İlğım
09.12.2009, 20:57

eledir :(

SAPAND
09.12.2009, 21:10
eledir :(
Əslində bu təbii normal prosesdir , amma çox iradə lazımdır buna sinə gərməyə :)

Sofiya
10.12.2009, 09:05
Arıqlamağı deyə bilmərəm , amma kökəlməyin qarşısını almaq olar .İnsanın mədəsi bezrazmer corab kimi bir şeydir .Əgər hər dəfə doyunca yesən günü-gündən normanı artırmalı olacaqsan .Ona görədə yemək yeyəndə heç vaxt doyunca (köpənə kimi :p) yeməyin .

Peyğəmbərimiz deyib ki, acmamış süfrəyə oturma, doymamış süfrədən qalx, elə buna əməl edilsə kökəlmə problem olmaz

cupbulu
10.12.2009, 10:06
Kökəlməyə əsas səbəblərdən biri də vaxtı vaxtında olmayan , rahatlıqla çeynənməyən yeməklərdi.
Qida ağızda daha çox çeynəndikdə daha rahat həzm olunur.

Duyarlı
10.12.2009, 10:34
Ddemək olar ki, yaxşı qidalanıram vaxtı vaxtında amma gəl gör ki, çəkim minnətnən qalxa ya qalxmaya.

NAOMI
31.03.2010, 20:38
Öz təcrübəmdən.
Axşamdan 1 dolu xörək qaşığı qarabaşağı(qreçka) 1 stəkan qatıqda isladib səhər tezdən başlayaraq gün ərzində acdıqca yemək. Amma bu pəhrizə keçdikdə birdən birə də qrasionuzdan hər qidanı da çıxarmayın(yəni meyvəni, hərdən bir çayla içilən konfeti, az miqdarda ət/toyuq).Yavaş-yavaş alişdırın çünki illərlə rejiminizə orqanizm öyrəşib və onu yuxarda məsləhət gördüyüm pəhrizlə üzməyin. 1-ci həftə qarabaşaq yeməklə yanaşı evdə bişən xörəklərdəndə yararlanın amma çox az miqdarda. 2-ci həftə pəhrizi tam oldugu kimi yəni təkcə qarabaşaq yeməklə aparın. Sınanılmışdı.
Ugurlar sizə!

cancan
02.04.2010, 14:33
duzdu. amma idmana da cox vaxt vaxt catishmir. gundelik heyat hereketlerine ise orqanizm uygunlashib yeni motor bele yigilib elaveden herekt lazimdir yag yandirmaq ucun... subayliqda men de ariq olmusham aglima da gelmezdi kokelmek problemi yashayaram, amma ushaqdan sonra deyishir orqanizm. bir nece il qabaq obiraks10 istifade etdim effektin verdi ideal cekime dushdum amma yene kokelmeye bashladim bir muddet sonra bu da tesir etmedi. deyesen qan analizi var hansi qida kokelme verir ferdi olaraq yoxlanilir bu haqda ehsiden var?

Baku Medical Senter-de qan analizi bir de hormonal analizlerle hansi yemeyin sizde daha tez yaga cevrildiyini,hansilarin sizi kokeltdiyini deyirler. Ama duzu men maraqlanmamisam,hercend ki buna ehtiyacim var :(((((

PAPARAZI
02.04.2010, 16:26
Şükürki kökəlməyə meyilli deyiləm

Эль`зас
02.04.2010, 16:59
Öz təcrübəmdən.
Axşamdan 1 dolu xörək qaşığı qarabaşağı(qreçka) 1 stəkan qatıqda isladib səhər tezdən başlayaraq gün ərzində acdıqca yemək. Amma bu pəhrizə keçdikdə birdən birə də qrasionuzdan hər qidanı da çıxarmayın(yəni meyvəni, hərdən bir çayla içilən konfeti, az miqdarda ət/toyuq).Yavaş-yavaş alişdırın çünki illərlə rejiminizə orqanizm öyrəşib və onu yuxarda məsləhət gördüyüm pəhrizlə üzməyin. 1-ci həftə qarabaşaq yeməklə yanaşı evdə bişən xörəklərdəndə yararlanın amma çox az miqdarda. 2-ci həftə pəhrizi tam oldugu kimi yəni təkcə qarabaşaq yeməklə aparın. Sınanılmışdı.
Ugurlar sizə!
Bu pəhrizi mənim atam edir hərdən.. Şəkər diabeti xəstəsi olduğu üçün pəhriz mütləq olur...
Mənim pəhrizim isə axşam 6dan sonra yeməmək və ya yüngül qidalar yemək.. Meyvə və tərəvəz... Gün ərzində isı çoxlu su içmək lazımdır.. Su iştahanı azaldır... Effekt əladır.. Heç bir ziyanı yodur bu pəhrizin...

SAPAND
02.04.2010, 19:49
Peyğəmbərimiz deyib ki, acmamış süfrəyə oturma, doymamış süfrədən qalx, elə buna əməl edilsə kökəlmə problem olmaz

Bunu bilmirdim , amma mən illər öncə bir rus profesorunun sağlamlıq haqda kitabını oxumuşdum .

Ordada Peğəmbərimizin dedikləri yazılmışdı (indi bildimki fikir kimin olub ):)

Şəxsən mən 1 ayda ümumi götürsək 2-3 dəfə doyunca yemək yeyirəm .Həmişə mədəmdə "zapas" yer qalır .:)

Oturaq iş rejimim mənə bir az çətinlik törədir çəkimə nəzarət etməkdə .

Çox vaxt məcburən "Gündüz qırıl müsəlman , axşam cırıl müsəlman " olmaqdan qaça bilmirəm .Bu isə elədə arzuolunan deyil .....:(

PAPARAZI
02.04.2010, 20:09
Kökəlmək üçün nə etmək lazim bəs? Bilən var ..İş orasidirki , mən səhər yeməyi yemirəm ...

NAOMI
02.04.2010, 20:12
Kökəlmək üçün nə etmək lazim bəs? Bilən var ..İş orasidirki , mən səhər yeməyi yemirəm ...

Məsləhətim var)) Hər yeməkdən sonra su icin, çay yox). doğrudan.

PAPARAZI
02.04.2010, 20:15
Məsləhətim var)) Hər yeməkdən sonra su icin, çay yox). doğrudan.

Çayi tərgiməliyəm ümumiyyəətlə?

NAOMI
02.04.2010, 20:19
Çayi tərgiməliyəm ümumiyyəətlə?

Yox tərgidməməlisiz, sadəcə hər yeməkdən sonra çay içməyi sevirik ele deyilmi? Siz də çay içməyin, su için.

PAPARAZI
02.04.2010, 20:43
Yox tərgidməməlisiz, sadəcə hər yeməkdən sonra çay içməyi sevirik ele deyilmi? Siz də çay içməyin, su için.

təşəkkürlər ...
P.S. Edəcəm bunu

NAOMI
02.04.2010, 20:45
təşəkkürlər ...
P.S. Edəcəm bunu

Ugurlar!

İlğım
12.04.2010, 00:36
1.Qidanı yavaş-yavaş çeynəyin
Vaxtınız olmasa belə qabağınızdakı yeməkləri sürətlə yeməyə çalışmayın. Yemək vaxtı ən azı 20 dəqiqə olmalıdır. Çünki beynin "toxam" siqnalını verməsi üçün bu müddət vacibdir. Əgər yemək sürətlə qəbul edilsə, siz daha çox qida qəbul edə bilərsiniz ki, bu da artıq çəki deməkdir.

2. Hər yeməkdən öncə su için
Hər gün 1,5-2 litr su içməyi vərdiş halına salın. Gün ərzində içilən su həzmi sürətləndirir. Amma bu suyu bir dəfəyə deyil, gün ərzində içməlisiniz. Yeməkdən öncə içilən bir stəkan su aclıq hissini azaldır. Yemək zamanı isə sudan istifadədən çəkinin. Yeməkdən ən azı 1-1,5 saat sonra su için.

3.Tərəvəzə üstünlük verin
Yeməklərinizdən ən azı birində tərəvəzlərin üstünlük təşkil etməsinə diqqət edin. Bununla həm bağırsaqlar daha yaxşı işləyir, həm də az kalori qəbul etmiş olursunuz. Məsələn, ətin həzm edilməsi 3-4, tərəvəzin həzm edilməsi isə 2 saat çəkir. Tərəvəzi bir dilim çörəklə yesəniz, bu sizi daha uzun müddət tox saxlaya bilər.

4.Porsiyalarınızı kiçildin
Bir porsiya deyəndə ağlınıza dolu boşqab gəlməsin. Məsələn bir porsiya meyvəyə yarım banan, bir mandarin, kiçik alma və heyvanın 1/4-i daxildir.

5.Şirniyyata "embarqo" qoyun
Mütəxəssislər şirniyyatdan həftədə 1-2 dəfə istifadə etməyi məsləhət görürlər. Çünki şirniyyat yeyərkən 300-350 kalori qəbul edilir, qan şəkəri sürətlə yüksəlir, sonra sürətlə düşür. Bundan sonra insan daha çox acır. Şirniyyatın yerinə pendirli sendviç və ya meyvə sizi daha uzun müddət tox saxlayacaq. Yox əgər ürəyinizdən şirniyyat keçirsə, paxlava və şəkərbura kimi bol kalorili bişmələrin yerinə az kalorili südlü şirniyyatlar qəbul edə bilərsiniz.

6. Müxtəliflik yaradın.
Hər bir qida məhsulunun tərkibində müxtəlif vitaminlər, minerallar var. Bunun üçün də yeməklərdə müxtəliflik yaratmağa çalışın.

7.Yağları "qadağan olunanlar" siyahısına salmayın.
Arıqlamaq uğrunda yağlardan vaz keçməyin. Çünki yağlar uzun müddətli toxluq hissi yaradır. Ancaq hərəkətli həyat tərzi keçirmirsinizsə ət, pendir və qatıq kimi qidalar qəbul edin və doymuş yağlardan az istifadə etməyə çalışın.

8.Karbohidratdan vaz keçməyin
Artıq çəkidən azad olmağa qərar verənlərin əksəriyyəti ilk olaraq karbohidratlı qidaları süfrədən yığışdırır. Ancaq həm düzgün qidalanmaq, həm uzun müddət tox qalmaq, həm də günlük enerjimizin 50-60 faizini əldə etmək üçün karbohidratlı qidalara ehtiyacımız var. Məsələn, ət və yanında salat yeyəndən sonra bədənimiz kifayət qədər enerji ala bilmədiyi üçün 1,5 saat sonra yenidən acacağıq. Ancaq bunun əvəzinə kəpək çörəyi, buğda makaronu, paxla kimi qidalar daha uzun müddətli toxluğu təmin edir. Bununla da siz əlavə yeməkdən və artıq çəkidən azad olmaq üçün daha bir addım atırsınız.

9.Yeməkləri ötürməyin.
İstər səhər yeməyi, istər nahar, istərsə də şam yeməyini ötürmək arıqlamaq demək deyil. Çünki bir yeməkdən imtina digər yeməklərin artmasına və artıq kilolara səbəb ola bilər. Bunun üçün gündə 3-ü əsas olmaqla, 5-6 dəfə qidalanmağa çalışın.

10.Süfrəyə gec oturmayın
Xüsusilə axşam yeməyini gec saatlara qədər təxirə salmayın. Saat 19:00-da süfrəyə oturmaq ən ideal variantdır. Yatmazdan ən azı 4 saat əvvəl qida qəbul etməyə çalışın. Şam yeməyində az kalorili və tez həzm olunan yeməklərə üstünlük verin.

11.Qızartmayın, soyutma edin.
Artıq çəkidən azad olmaq üçün yeməklərin bişirilmə şəkli önəmlidir. Qızartma yerinə soyutmaya üstünlük verin. Qızartma yeməkləri həftədə 1-2 dəfəyə kimi azaldın.

12.Proteini çoxaltmayın.
Proteindən istifadədə ifrata varmayın. Çünki çox protein çox yağ mənasına gəlir. Bu da həzmə mane olur. Artıq proteinin böyrəklərin fəaliyyətinə də mənfi təsir etdiyini unutmayın.

İlğım
12.04.2010, 00:38
"Axı sən bunu bacararsan!" - saat 18.00-dan sonra nəfsini cilovlayıb yeməməyə çalışanda özünə belə deyirsən. Amma bu yolla arıqlamaq əks nəticəyə gətirir. "Aysel" jurnalı səhvin nədə olduğunu və mübarizə aparmağın 8 yolunu təqdim edir.

1.Yeyin, amma yağsız
Nə vaxt yediyiniz yox, nə yediyiniz vacibdir. Orqanizmimizə əlavə olunan piy nə zamansa yediyimiz yağlı qidalar hesabına olur. Zülal və mürəkkəb karbohidratlar çəki artımına səbəb olmur, ona görə menyunuzda nə qədər yağsız ət, kəsmik, yarma və makaron olarsa, bel incəliyiniz üçün bir o qədər yaxşıdır. Həmçinin bu qidalar toxluq hissini tez verir. Ona görə yatmamışdan saat yarım öncə tərəvəzli ət yeyib, bir stəkan kefir içsəniz, qorxulu heç nə olmaz.

2. Yeyin… yeməkdən sonra
Məşhur paradoks belədir: şam yeməyi nə qədər yağlı və bol olarsa, bir neçə saatdan sonra insan acıyacaq. Taktikanı dəyişmək lazımdır: az-az bir neçə dəfə yeyin. İlk olaraq işdən çıxmamışdan öncə nə isə yeyin - yoğurt, kəsmik, qarğıdalı lopaları. Evdə isə heyvan mənşəli zülal və mürəkkəb karbohidratlı (minimum kalori ilə maksimum toxluq) qidalar qəbul edin. Məsələn, yağsız ət və ya balıq yeyə, üstündən bir stəkan südlü çay içə bilərsiniz (bu ,təqribən 150-180 kkal-dir). Ancaq qəhvə və şirələr içməyin, onlar mədə şirəsi ifraz edərək iştah əmələ gətirir. 20 dəqiqədən sonra isə şam etmək olar. Mədə boş olmayanda insan özünə daha rahat nəzarət edərək az yağlı qidalar seçir və tələsmədən yeyir. Bizə də elə bu lazımdır!

3. Yeknəsəklikdən qaçın
Şam yeməyi nə qədər darıxdırıcı olarsa, bir neçə qaşıqdan sonra özünüz də hiss etmədən diqqətiniz başqa şeylərə - televizora, söhbətə yönələcək və istədiyinizdən çox yemiş olacaqsınız. Ən pisi, siz yenə də yemək istəyəcəksiniz. Çünki əsas qayda pozulub - nə qədər yavaş və düşünərəkdən yeyirsinizsə, o qədər tez doyursunuz. Dad reseptorlarını işlə yükləmək lazımdır. Bir yeməkdə bir neçə ət növünü - qoyun, toyuq, qarabaşaq, düyü və müxtəlif tərəvəzi birləşdirin. Bu qida sizi qorxutmasın, o, cəmi 200 kkal-dir.

4. Yeməyi şirniyyatla qarışdırmayın
Biz çox zaman ac olanda xörək yerinə şirniyyat yeyirik. Bu, ac olduğumuzdan yox, şirniyyat yemə istəyimizdən irəli gəlir. Ən yağlı və şirin olanını seçirik: şokolad, tort. Heç vaxt acqarına şirniyyat yeməyin. Ən yaxşı çıxış yolu sevdiyimiz şirniyyatdan bir balaca desertə saxlamaqdır.

5. Yatmamışdan öncə gəzin
Soyuducuya axşamüstü yaxın durmaq çox zaman sakitləşmək istəyindən doğur - axı qida təskinlik verir. Məişət antidepressantı yerinə axşam gəzintisini sınaqdan keçirin. Orta tempdə gəzmək əhval-ruhiyyəni qaldırır, gümrahlıq hissi yaradır, iştahı isə azaldır. Belə yüklənmə yığılmış piyi parçalayır, bununla da enerji mənbəyi kimi qidaya ehtiyacı azaldır. Nəbz dəqiqədə 110-dan çox olmamalı, xoş təsir bağışlamalı, təngnəfəslik və ürəkdöyüntüsünə yol verilməməlidir. Gəzintinin davamlılığı gün ərzində 20-30 dəqiqə olmalıdır. Optimal vaxt isə axşam saat 19-20-dir.

6. Mədənizi deyil, bədəninizi sevindirin
Qidaya ehtiyacı efir yağları əlavə edilmiş sakitləşdirici vannalar, duş, masaj da azaldır. Onlar xoş duyğu yaradır, ona görə də psixoloji rahatlıq üçün çox yeməyə ehtiyac qalmır.

7. Yemək istəyirsinizsə, yatın
Tam yuxu həyat tonusunu artırır, əhvalı yaxşılaşdırır və bu yolla çəkiyə nəzarəti asanlaşdırır.

8 Gecə yeməyini özünüzə qadağan etməyin
Gecə yeməklərinə son qoyanda nə baş verir? Son gücünüzə qədər nəfsinizə qalib gəlməyə çalışır, daima bu haqda düşünür və sonunda yeyirsiniz. Qadağan olunan şeylər həmişə insanı daha çox cəlb edir. Yemək haqda fikirlər qarabasmaya çevirilir. Onunla mübarizə aparmağın yeganə yolu müqavimət göstərməməkdir. Əvvəlcədən özünüzə «istədiyim vaxt yeyə bilərəm» desəniz, hər şey fərqli ola bilər.

İlğım
19.04.2010, 10:20
Ayran Diyeti Programı :

15 gün boyunca

Her öğün öncesi aç karna az yağlı 1 bardak ayran içilmesidir.

xətai
13.05.2010, 21:11
Qoy bir az da mən arıqlamaqdan yazım

Siz yəqin bilirsiniz ki, artıq çəki-piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.

İlğım
06.07.2010, 10:06
YAPON PƏHRİZİ İLƏ 13 GÜNDƏ 13 KİLOQRAM ARIQLA

Artıq xanımlar artıq çekilerini gizletmek yox, onlardan xilas olmaq haqqında fikirleşirler. Bunun en asan yolu ise pehrizdir.

artıq çekili qadınlara Yaponiya Dövlet Fizika-Kimya İnstitutunu emekdaşlarının sınanmış yapon pehrizini teqdim edir. Bu pehrizle 13 günde 13 kq arıqlamağın mümkün olduğu bildirilir.

Pehrizin qaydası

Pehrize başlamazdan evvel yüngül yemeklere üstünlük verin. Burada gösterilen erzaqları başqaları ile evez etmeyin. Eks halda bu, maddeler mübadilesini poza biler.

İlk heftede bu erzaqlardan uzaq durun:

Duz – bedene su yığıb, çekini artırır.
Şeker – bedende piy qatları yaradır.

Pehriz zamanı orqanizm susuzluqdan eziyyet çekir. Ona göre de bu zaman çoxlu qazsız su içmek meslehetdir. Süd veren analara bu pehrizi saxlamaq qadağandır.

İlk günler ve pehrizden sonrakı ilk hefte

Seher: Qehve.

Nahar: Terevez ve yumurta.

Axşam: Yağsız balıq.

Birinci gün:

Seher: Qehve.

Nahar: Suda bişmiş 2 yumurta, kelem salatı, 1 stekan tomat şiresi.

Şam: Buğda bişmiş ve ya zeytun yağında qızardılmış 200-250 qr. balıq.

İkinci gün:

Seher: Qehve ve bir dilim qurudulmuş qara çörek.

Nahar: Suda bişmiş balıq, zeytun yağlı terevez salatı (xiyar, turp, pomidor, kelem ve göyerti).

Şam: Suda bişmiş 100 qr. mal eti ve 1 stekan qatıq.

Üçüncü gün:

Seher: Qehve ve bir dilim qurudulmuş qara çörek.

Nahar: Bitki yağında qızardılmış 1 eded böyük qabaq

Şam: 200 qr. soyutma mal eti, 2 eded yumurta, zeytun yağlı kelem salatı.

Dördüncü gün:

Seher: Qehve.

Nahar: Salat (1 eded soyutma yumurtanı ve 3 eded böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgecden keçirib, üzerine zeytun yağı elave edin).

Şam: Meyve (üzüm ve banandan başqa).

Beşinci gün:

Seher: Üzerine limon şiresi sıxılmış, sürtgecden keçirilmiş çiy kök.

Nahar: Buğda bişmiş ve ya qızardılmış balıq, 1 stekan tomat şiresi.

Şam: Meyveler (banan ve üzümden başqa).

Altıncı gün:

Seher: Qehve.

Nahar: Suda bişmiş, yağsız, derisiz toyuq, kelem ve kök salatı. Şam: Soyutma 2 eded yumurta, üzerine bitki yağı elave edilmiş kök salatı.

Yeddinci gün:

Seher: Yaşıl çay ve ya ot demlemesi.

Nahar: 200 qr. soyutma mal eti ve meyve.

Şam: Pehrizdeki istediyin şam yemeklerinden birini seçe bilersiniz (üçüncü günden başqa).

13 günden sonra pehriz yeniden tekrarlanır. Amma unutmayın ki, pehrizden yalnız 1 hefte sonra normal qidaya qayıda bilersiniz.

feminist
06.07.2010, 11:12
Menim bildiyim diet ancaq doyunca yememekdi ...gerek gozun yemekde qalsin ... un mehsullarindan calishdiqca az istifade etmek .... her arqanizm eyni deyil kimiye shirin olan erzaqlar kokelme verir kimiye undan olan.. son zamanlarsa apelsinin de arqanizmde cellulit yaratdigini eshitmishem bilmirem bu ne derecede duzgundu...
fiquranin daim formada qalmagi ucun ise demir kruqdan istifade edirem ikisini birden gunde azi yarim -bir saat belinizde firlatsaz 10 gun erzinde tam effektini gorersiz...

NAOMI
06.07.2010, 12:46
ananas dietası eşitmisiz?
2 gün dalba-dal etməlisən, sınamışam.
1günə 3əd ananas alın.
2ədədini sok şəkin, 1litr sok çıxır.
1 ədədini də 3 hissəyə bölün. Gün ərzində yeyin
Effektivdi həqiqətəndə.
Buna hətta Sofi Loren dietası deyirlər.

İlğım
06.07.2010, 13:07

təbii sok 4 saat icində tükətilməlidir axı

NAOMI
06.07.2010, 13:09
təbii sok 4 saat icində tükətilməlidir axı

təbii, yəni su və çay əvəzinə ancaq onu için.
Mən 2-günə 2kq atdım.
Amma bir məsələdə var ki, bunu 1 ayda 2 dəfə təkrar etmək olar.

İlğım
06.07.2010, 13:11
təbii, yəni su və çay əvəzinə ancaq onu için.
Mən 2-günə 2kq atdım.
Amma bir məsələdə var ki, bunu 1 ayda 2 dəfə təkrar etmək olar.

bu yapon dietin edək bəlkə?)) Minyaturnu qızzlar olaq)

Yagmur
06.07.2010, 13:13
Sukurler olsun ki,bele problemim yoxdur.Kokelen kimi orqanizmim ozu siqnal verir va mende o zaman ariqlayiram,yemeklerin qramini azaldiram ve idman edirem..

NAOMI
06.07.2010, 13:18
bu yapon dietin edək bəlkə?)) Minyaturnu qızzlar olaq)

o nə təhər şeydi elə)?

İlğım
06.07.2010, 13:21
o nə təhər şeydi elə)?

13 gün 13 kq ariqlamaq. yuxarida yazmışam

NAOMI
06.07.2010, 13:25
13 gün 13 kq ariqlamaq. yuxarida yazmışam

aaa ok, sağ ol.

Antic_girl
06.07.2010, 13:55
Sukurler olsun ki,bele problemim yoxdur.Kokelen kimi orqanizmim ozu siqnal verir va mende o zaman ariqlayiram,yemeklerin qramini azaldiram ve idman edirem..

Məndə də bu problem deyil

cancan
07.07.2010, 11:30
Bir de alma sirkesini suya qatib icende ariqlamaga komek edir deyirler ama miqdarini, vaxtini bilmirem. Bilen varsa yazsin zehmet deyilse :)

İlğım
07.07.2010, 11:33
Bir de alma sirkesini suya qatib icende ariqlamaga komek edir deyirler ama miqdarini, vaxtini bilmirem. Bilen varsa yazsin zehmet deyilse :)

1stəkan ilıq suya 2 çay qaşığı alma sirkəsi yarım çay qaşığı bal qatıb yeməkdən əvvəl içmək olar

Polad
19.07.2010, 08:07
ariqlamaq ucun axsham yemeyini legv etmek ve evezinde meyve yemek..
her gun qacmaq...ve idman etmek...
ondan sonra neinki ariqlamaq hem de gozel beden qurulushuna malik olmaq olar..

cancan
19.07.2010, 08:59
ariqlamaq ucun axsham yemeyini legv etmek ve evezinde meyve yemek..
her gun qacmaq...ve idman etmek...
ondan sonra neinki ariqlamaq hem de gozel beden qurulushuna malik olmaq olar..

Teesufler ki, Bakida qacmaq ucun, idman elemek ucun park, agacliq yoxdu. Her yer yeni tikili.Men bir iki defe evimizin yaxinliginda stadionda qacdim, mene ele qeribe baxirdilar ki, daha getmedim. :(

ul-via
19.07.2010, 09:05
1.70 boyla cəmi 50 kiloyam. )) Necədir? Bilirəm azdır kilom. ))

Arıqlamaq istəyirsinizsə, ən yaxşı dərman - rəqsdir. latın Amerika rəqsləri isə sizə bədəninizi ideal formada arıqlatmağa icazə verəcək. Lazım olmayan yerlər (qarın nahiyəsi və s) arıqlayacaq, qadınlığı biruzə verən nahiyələr isə o qədər də yox.

Üzgüçülüyə üz tutmayın, bədənizi kobudlaşacaq. Çiyin hissələri böyük olan xanımlar çox pis görünür.

Duygu
19.07.2010, 09:12
Ariqlamagin en ideal varianti esebdir.Gun erzinde ne qeder cox eseblewsen bir o qeder tez ariqlayirsan..))) birde yemeyi coreksiz yemek... men pehrizsiz coox ariqlamiwam esebin sayesinde.. )

Sina
19.07.2010, 10:09
Ən yaxşı arıqlamaq vasitəsi İslamın buyurduğudu: Acmadan süfrəyə oturmaq, doymadan qalxmaq.
Hər şeydə həddi gözləmək lazımdı.

Polad
19.07.2010, 10:10
Teesufler ki, Bakida qacmaq ucun, idman elemek ucun park, agacliq yoxdu. Her yer yeni tikili.Men bir iki defe evimizin yaxinliginda stadionda qacdim, mene ele qeribe baxirdilar ki, daha getmedim. :(
he de haqlisiniz...hem yer yoxdur..hem de olan yerde de ictimaiyyetin maraqli , teeccublu baxishlari..
oysa normal birsheydir bu...bunun ucun de gelecekde yerler olsa ela olar..qacish en gozel idmandir..qacish..yurush..ve ya velosiped surmek..bunlar ariqlamagin tebii yollarindan biridir..

İlğım
05.08.2010, 21:48
1.70 boyla cəmi 50 kiloyam. )) Necədir? Bilirəm azdır kilom. ))

Arıqlamaq istəyirsinizsə, ən yaxşı dərman - rəqsdir. latın Amerika rəqsləri isə sizə bədəninizi ideal formada arıqlatmağa icazə verəcək. Lazım olmayan yerlər (qarın nahiyəsi və s) arıqlayacaq, qadınlığı biruzə verən nahiyələr isə o qədər də yox.

Üzgüçülüyə üz tutmayın, bədənizi kobudlaşacaq. Çiyin hissələri böyük olan xanımlar çox pis görünür.

Mən düşünürdüm üzgüçülüyə getməyə... Bəs dediyin rəqs üçün hara müraciət edim?? İşdir birdən qərar versəm ki, gedim rəqsə arıqlayım- hara gedim?

Bütün arıqlama dərmanlarını öz üzərimdə sınadığım kimi dünən də Azərbaycana yeni gələn Formula7 kapsullarını aldım. Tükiyədə 80TL idi, bahadı dedim burda 100 manata aldım..)) Görək də effektinin olub olmadığın 1 ay sonra deyəcəm.

vigo
05.08.2010, 21:54

Sizdən uzaq,dünən xəbərlərdə arıqlamaq üçün biri dərman istifadə edib,sonra da haqqın rəhmətinə qovuşub. Həkim məsləhəti olmadan,belə etməyin,təhlükəli ola bilir :(

Kisss-angel
06.09.2010, 22:21
Həm sağlam olmaq həmdə arıqlamaq))Verdiyim bu resept..İnsanın bədənindən şlakları təmizləyir.İmun sistemini yuksəldir..Mədə bağırsaqda problemləri aradan qaldırır..Həzm sistemini normaya salır..Və təbii ki arıqladır..

1qaşıq darçına 2 qaşıq bal..

Hazırlama qaydası : Bir stakan qaynar (qaynamış) suya 1 qaşıq darçın. 2 saat dəm alandan sonra 2 qaşıq bal tökürük..Yarım saat yatmamışdan öncə yarım stakan içib yatırıq..Yarısın isə saxlayırıq səhərə..Səhər ac qarnına qalan yarısı içib ,yarım saatdan sonra Səhər yeməyini rahat yeyə bilərik..

:gimmefive

İlğım
06.09.2010, 22:24

Təşəkkürlər Kiss\s. Mən bunun bəhməzlə olanın eşitmişdim. eyni bunun kimi, yarı stakan isti suya iki qaşıq bəkməz qatıb gecə yatanda səhər oyananda içmək.

Kisss-angel
06.09.2010, 22:30
Təşəkkürlər Kiss\s. Mən bunun bəhməzlə olanın eşitmişdim. eyni bunun kimi, yarı stakan isti suya iki qaşıq bəkməz qatıb gecə yatanda səhər oyananda içmək.

Bu amma yaman arıqladır))

İlğım
06.09.2010, 22:35
Bu amma yaman arıqladır))

durum gedim darcinli balli sherbetimi icim. amma gərək tez yazaydın. iki saat necə gözləyim darçın dəmlənsin.

Kisss-angel
07.09.2010, 06:54
durum gedim darcinli balli sherbetimi icim. amma gərək tez yazaydın. iki saat necə gözləyim darçın dəmlənsin.

Dəmlənməsini gözləmirsən..Qaynar suya 1 qaşıq əlavə edib qarışdırırsan..nəlbəkiylədə stakanın başıni bağla..2 saatdan sonra isə 2 qaşıq bal elavə edib iç.yarısı da qalsın səhərə

İlğım
07.09.2010, 09:05
Dəmlənməsini gözləmirsən..Qaynar suya 1 qaşıq əlavə edib qarışdırırsan..nəlbəkiylədə stakanın başıni bağla..2 saatdan sonra isə 2 qaşıq bal elavə edib iç.yarısı da qalsın səhərə

axşam dəmlədim. Amma iki saat sonra yuxuda idim deyə səhər bal qatmaq istədim. Stəkanın dibində iyrənc bir şey alınmışdı eynilə bir koma bəlğəmə oxşayırdı.

Kisss-angel
07.09.2010, 09:10
axşam dəmlədim. Amma iki saat sonra yuxuda idim deyə səhər bal qatmaq istədim. Stəkanın dibində iyrənc bir şey alınmışdı eynilə bir koma bəlğəmə oxşayırdı.

Bal qatmalıydın,həm içməmişdən öncə onu qaşıqla yaxşıca qarışdırmaq lazımdı..dibinə çökür.ki buda normaldı.qarışdır iç..lap dibini içmə..Məndə bu gün səhər içdim.Dibində çöküntü qalmışdı.Amma iyi xoşuma gəldi,həm bal ona xususi dad verir.Şirinlik)

cancan
08.09.2010, 08:59
Darcini hec xoslamiram, daha dogrusu yeye bilmirem, ama men de sabahdan cetin de olsa demleyib icecem gorek ne olur :(

Kisss-angel
28.09.2010, 14:48
Ən yaxşı təbii yolarla arıqlamaqdı..Məsələn ya idman yada rəqs..Eyni vaxtada pəhriz saxlamaq lazımdı..Həm sağlamlıq həmdə gözəl bədən quruluşuna eldə etmiş oluruq..:boast

Yagmur
04.10.2010, 18:41
Sukurler olsun ki,ariqlamaq kimi problemim yoxdur.Hardasa bir az bezi beden hisselerini rus demisken ukrepit nado,bunu da edirem.Boyumun hundurluyu ile cekim normadadir.Hec vaxt diyeta saxlamamisam,herden coreyi azaldiram,bu qeder.
Ariqlamaq isteyenlere meslehetim,duzgun qida,fitnes ve ya idman novu,en yaxsisi ise yoqa ile mesqul olmaqdir,nece deyerler hem menevi,hem de ki,fiziki temizlik.Bir de mutleq seherler yaxsi yemelisiniz,cunki urek ve ag ciyer geceler cox enerji itirir,ona qore de o itirilen energini seherler berpa etmek lazimdir.

Yagmur
04.10.2010, 18:59
углеводы утром,белок вечером,так пища хорошо усваивется...и по меньше жареной и жирной пищи ,и вы стройны как береза)))

Ayse
07.10.2010, 23:44
Məsləhətim var)) Hər yeməkdən sonra su icin, çay yox). doğrudan.

cay insani ariqladir beyem??

İlğım
11.12.2010, 12:26
Mən düşünürdüm üzgüçülüyə getməyə... Bəs dediyin rəqs üçün hara müraciət edim?? İşdir birdən qərar versəm ki, gedim rəqsə arıqlayım- hara gedim?

Bütün arıqlama dərmanlarını öz üzərimdə sınadığım kimi dünən də Azərbaycana yeni gələn Formula7 kapsullarını aldım. Tükiyədə 80TL idi, bahadı dedim burda 100 manata aldım..)) Görək də effektinin olub olmadığın 1 ay sonra deyəcəm.

Yadımnan çıxıb deməmişəm. Formula 7 heç nə... Heç kimə məsləhət bilmirəm. Biomineranın da diet bandların istifadə etdim effekt -0 ..

Kisss-angel
11.12.2010, 20:29
Yadımnan çıxıb deməmişəm. Formula 7 heç nə... Heç kimə məsləhət bilmirəm. Biomineranın da diet bandların istifadə etdim effekt -0 ..
Belke dede-baba qaydasi diet saxlayaq..?)prinsip..indiki chekini yaz.ve 1 hefteden sonra chekini yaz..menle sen.)irademizi ve inadligimizi sonayaq,hemde gozellewek

İlğım
11.12.2010, 22:41
Belke dede-baba qaydasi diet saxlayaq..?)prinsip..indiki chekini yaz.ve 1 hefteden sonra chekini yaz..menle sen.)irademizi ve inadligimizi sonayaq,hemde gozellewek

Ok. men razı. Hərçənd utanılası çəkidəyəm bu deqiqə amma yazağam . Qoy hamı şahid olsun bizim yarışa. Kim qoşulmaq istəsə buyursun. Əvvəl kim istəyir adlarını qeyd eləsin . Sonra çəkilərimizi qeyd edək

Kisss-angel
12.12.2010, 11:25
+Kisss-angel.
Chekimi evde chekdirib deqiq yazacam..sabahdan start verek.ve 1 hefteye neticeni yazaq)

Reportyor
12.12.2010, 12:06
+Kisss-angel.
Chekimi evde chekdirib deqiq yazacam..sabahdan start verek.ve 1 hefteye neticeni yazaq)

Sən Allah çəkinizi yazmayın. Forum bu ağırlığa tab gətirməz:)

Kisss-angel
12.12.2010, 12:17
Sən Allah çəkinizi yazmayın. Forum bu ağırlığa tab gətirməz:)
Ta neyleyek sinirlerinizi cilovlayinda)

Reportyor
12.12.2010, 12:27
Ta neyleyek sinirlerinizi cilovlayinda)

Sinir məsələsi deyil, onsuzda forum ağır işləyir. Siz də çəkinizi yazsanız, server dözməyəcək:)

Gunahkar
12.12.2010, 17:18
Bu pəhrizi mənim atam edir hərdən.. Şəkər diabeti xəstəsi olduğu üçün pəhriz mütləq olur...

Şəkər xəstələrinə məsləhət: Çayı xurma ilə içsinlər. Əncirin özü və qurusu da məsləhətdir. Bu ikisi şirin olmasına baxmayaraq, şəkərə zərərsizdirlər.

afet
07.03.2011, 10:06
gelin burda tecrubeden kecirdiyimiz diyetlerden yazaq... indi ekser insanlarda ister qadin isterse de kishi olsun - kokelme problemleri var. men oz hesabima cox sheylerden istifade etmishem, cunki diyet mende cox da ishe yaramir. ariqladan caylarda ve tabletkalardan istifade edenler varmi burda?

dieta o qeder de rol oynamir. dieta saxladimsa da, ac qaldimsa da kokelmeye bashladim. sonda bele bir varianta el atdim. istediyim butun nov yemekleri doyunca yedim - her hefte bir yemeyi. ve tecrubem gozel netice verdi.

Reportyor
08.03.2011, 19:17

Hiss olunur, qup-quru qurumusan:p

afet
08.03.2011, 20:49
Hiss olunur, qup-quru qurumusan:p

buna da shukur, hem de niye quru? normal bedenim var , standartlara uygun

Reportyor
08.03.2011, 20:56
buna da shukur, hem de niye quru? normal bedenim var , standartlara uygun

Beynəlxalq standartlardı, yoxsa milli standartlar?:lol

afet
08.03.2011, 21:46
Beynəlxalq standartlardı, yoxsa milli standartlar?:lol

milli hansidir:D

Narchicheyi
08.03.2011, 22:57
milli hansidir:D

Sine meydan,zulf perishan,bel nazik
Agiz nazik,dodaq nazik,dil nazik )

afet
08.03.2011, 23:01
Sine meydan,zulf perishan,bel nazik
Agiz nazik,dodaq nazik,dil nazik )

agiz, dodaq, dilden bashqa olsa olar :lol

Narchicheyi
08.03.2011, 23:05
agiz, dodaq, dilden bashqa olsa olar :lol

bashqa olsa?

afet
08.03.2011, 23:06
bashqa olsa?

yani bunlarin nazikliyi olmayib, belin inceliyi olsa?

Narchicheyi
08.03.2011, 23:21
yani bunlarin nazikliyi olmayib, belin inceliyi olsa?

Silikonlu gozeller yadima dushdu ))

Reportyor
09.03.2011, 01:03
milli hansidir:D

Nar qabaqlayıb məni:lol

afet
09.03.2011, 01:06
Nar qabaqlayıb məni:lol

sen yene gecikdin ))

Reportyor
09.03.2011, 01:13
sen yene gecikdin ))

Bəlkə Nar tələsib?:p

afet
09.03.2011, 01:15
Bəlkə Nar tələsib?:p

tam zamani idi ))

Reportyor
09.03.2011, 01:17
tam zamani idi ))

Mən daha zamanımı qadınlara görə ayarlamıram:p

afet
09.03.2011, 01:19
Mən daha zamanımı qadınlara görə ayarlamıram:p

zaman ozu seni ayarlayacaq onlara. hec ozun de hiss etmeyecesen ))

Reportyor
11.04.2011, 16:52
Dietoloq: "Kortəbii edilən pəhrizlər qısa müddətli ola bilər"
Amerika Dieta Cəmiyyətinin üzvü ANS PRESS-in suallarını cavablandırıb (http://anspress.com/index.php?a=2&lng=az&nid=94914)

tenhaqiz
12.04.2011, 00:36
Köklüklə bağlı problemim yoxdur.Heç vaxt da dieta saxlamamışam.Normal çəkidəyəm.Azca kökəldiyimi hiss edən kimi az yeməyə başlayıram,tez də arıqlayıram.

İlğım
12.04.2011, 06:59
Dietoloq: "Kortəbii edilən pəhrizlər qısa müddətli ola bilər"
Amerika Dieta Cəmiyyətinin üzvü ANS PRESS-in suallarını cavablandırıb (http://anspress.com/index.php?a=2&lng=az&nid=94914)

Maraqlı idi. Təəssüf ki bizdə diyetoliq yoxdur.

cancan
12.04.2011, 09:01
http://mevsimlerdenroma.blogspot.com/

Men bu blog sahibinin yazdiqlarini birebir etmesem de 80% emel eledim heqiqeten uzun muddete ariqlamaq isteyenlere cox qalici tesir gosterir.Xeyli ariqladim. sebrini,nefsini mohkem saxliya bilenlere meslehetdi :)

NAOMI
19.04.2011, 07:55
Qrasiondan şokoladı çıxarmasan, arıqlamaq mümkün deyil.

İlğım
19.04.2011, 08:11
Qrasiondan şokoladı çıxarmasan, arıqlamaq mümkün deyil.

Mən çıxarmışam amma hələ də bir şey yoxdu

sera
11.05.2011, 23:52
gelin burda tecrubeden kecirdiyimiz diyetlerden yazaq... indi ekser insanlarda ister qadin isterse de kishi olsun - kokelme problemleri var. men oz hesabima cox sheylerden istifade etmishem, cunki diyet mende cox da ishe yaramir. ariqladan caylarda ve tabletkalardan istifade edenler varmi burda?

ariqlamaq ucun olan chaylardan istifade etmishem,amma tam duzgun yox,chunki,ariqlamaq uchun en yaxshi yol idmandir. idmanla birge her sheyden amma az az yemek. dietoloqlarin dediyine gore ariqlamaq isteyenler rasionundan uch beyaz erzaqi chixarmalidir:un,duz ,sheker. bunlari chixardin sene zaval yoxdur.en esas su,meyve (qederinde),terevez yemekleri,veeeee itburnu chayi.hem xeyirli,hem piy yandirici.:)

advocat
12.05.2011, 08:58
Mən də arıqlamaq istəyirəm, qanunsuz olaraq balkon çıxır təcili sürətdə onu sökmək üçünneyləmək olar?

İlğım
12.05.2011, 11:01
ariqlamaq ucun olan chaylardan istifade etmishem,amma tam duzgun yox,chunki,ariqlamaq uchun en yaxshi yol idmandir. idmanla birge her sheyden amma az az yemek. dietoloqlarin dediyine gore ariqlamaq isteyenler rasionundan uch beyaz erzaqi chixarmalidir:un,duz ,sheker. bunlari chixardin sene zaval yoxdur.en esas su,meyve (qederinde),terevez yemekleri,veeeee itburnu chayi.hem xeyirli,hem piy yandirici.:)

mən bir ay 0 üç bəyazı çıxardım. heç kompot da içmirdim ki içində pesok var. Amma nafilə getdi

Antic_girl
12.05.2011, 12:41
mən bir ay 0 üç bəyazı çıxardım. heç kompot da içmirdim ki içində pesok var. Amma nafilə getdi

Çörəyi azaltmaq lazımdı

İlğım
12.05.2011, 12:51
Çörəyi azaltmaq lazımdı

Men icinde un olan hec neyi yemedim neinki coreyi

sera
12.05.2011, 13:29
Men icinde un olan hec neyi yemedim neinki coreyi
bezen dolu bedenli olmaq (turkler demishken balik etli) genetik de ola biler.ata ve ananin chekisinde artima meyillilik varsa bu tebii olaraq onlarin ushaqlarina da kechir,hem de eger baliq etli olmaq size yarashirsa bunu niye facie halina getiresiz?(bu sual mene de verilir:):)) men velotrenajor almisham evde her gun sururem,bilmirem ne olcaqsa,komek eliyecek,ya yox?

afet
12.05.2011, 15:54
ariqlamaq ucun en esasi mayeni azaltmaq lazimdir.

Antic_girl
12.05.2011, 16:24
Men icinde un olan hec neyi yemedim neinki coreyi

Mən çörəyi çox yeyən kimi kökəlirəm. Eləki azaltdım bütün problemlərim həll olunur. Tez kökəlib tez arıqlayıram

İlğım
12.05.2011, 18:54
bezen dolu bedenli olmaq (turkler demishken balik etli) genetik de ola biler.ata ve ananin chekisinde artima meyillilik varsa bu tebii olaraq onlarin ushaqlarina da kechir,hem de eger baliq etli olmaq size yarashirsa bunu niye facie halina getiresiz?(bu sual mene de verilir:):)) men velotrenajor almisham evde her gun sururem,bilmirem ne olcaqsa,komek eliyecek,ya yox?

Mənim anam atam 45 yaşına kimi minyaturnu olublar)))
inşallah trenajorun komek eder. Amma hansisa postndan yadimda qalmishdi ki senin artiq çekin yoxdur.

NAOMI
12.05.2011, 21:00
Mən çıxarmışam amma hələ də bir şey yoxdu
Maraqlıdı....

indi elə sezondu ki, okroşka edin.... cürbə cür salatlar filan....

sera
12.05.2011, 21:42
Mənim anam atam 45 yaşına kimi minyaturnu olublar)))
inşallah trenajorun komek eder. Amma hansisa postndan yadimda qalmishdi ki senin artiq çekin yoxdur.

yene de,ne etsen de,ushaqlardan sonra,deri boshalir,oraya yag yigilir,eritmek olmur.zarafat deyil,3 hamilelikden sonra neynesem de,evvelki formama qayida bilmirem.

Yagmur
12.05.2011, 22:38
Heftede bir dege ac qalmaq yaxwi olar.Tam ac,ancaq maye icmek..Soyutma yemeklerden istifade edin,qarnirsiz yeyin yemekleri,yawil salatlardan istifade edin.
Fitnesi de yaddan cixartmayin.Uc gun ac qaldim,mawallah ele ariqlamiwam ki)))

sera
12.05.2011, 23:41
men de,kechen ayin 21 de badamciq emeliyyati oldum,1 hefte normal yemek yeye bilmedim,3 gun umumiyetle hec ne yeye bilmedim,suyu gucle ichirdim,demek olr ki,3 kq.ariqladim.amma ki,noolsun,indi ki,yeye bilirem.:mad:

Narchicheyi
12.05.2011, 23:49
Hereket,hereket yene de hereket

sera
12.05.2011, 23:51
Hereket,hereket yene de hereket

tamamile raziyam.:bs

Muslima
29.06.2011, 23:49
Menim ucun bele bir problem yoxdur, elhemdulillah... ne diyeta, ne derman, ne de bashqa hec bir usula el atmaga ehtiyacim yoxdur..

İlğım
30.06.2011, 06:36
Menim ucun bele bir problem yoxdur, elhemdulillah... ne diyeta, ne derman, ne de bashqa hec bir usula el atmaga ehtiyacim yoxdur..

Sağ əlin mənim başıma.

Duygu
30.06.2011, 09:02
2 kq atmiwam oldum 50 kq. :bo

sera
30.06.2011, 12:58
2 kq atmiwam oldum 50 kq.. :bo

kefdesen! senin de sag elin menim bashima.men de :elya 5 kq atim olum 50 kq.

Duygu
30.06.2011, 13:11
kefdesen! senin de sag elin menim bashima.men de :elya 5 kq atim olum 50 kq.

Sag elim bawiva :)

sera
30.06.2011, 13:14
Sag elim bawiva :)

Amin! ariqlamagin menimchin bele chetin bir probleme chevrileceyini 7-8 il bundan qabaq deseydiler,gullerdim.oz toyumda 46 kq idim.indi 55kq.ozume nifret eleyirem.:(

Duygu
30.06.2011, 13:34
Amin! ariqlamagin menimchin bele chetin bir probleme chevrileceyini 7-8 il bundan qabaq deseydiler,gullerdim.oz toyumda 46 kq idim.indi 55kq.ozume nifret eleyirem.:(

Hecde nifret olunacaq halda deyilsen. Elasan canim menim! Ozde 2 uwaq anasi olaraq baxsaq vapwe supersen :)

sera
30.06.2011, 13:38
Hecde nifret olunacaq halda deyilsen. Elasan canim menim! Ozde 2 uwaq anasi olaraq baxsaq vapwe supersen :)

teshekkur edirem! bu sozlerin mene teselli oldu.:gül amma hech olmasa bir az ariqlamaliyam da.:bs

Duygu
30.06.2011, 13:45
teshekkur edirem! bu sozlerin mene teselli oldu.:gül amma hech olmasa bir az ariqlamaliyam da.:bs

Amma mence yaxwisan hec ehtiyyac yoxdu.Yox eger meqsed qoymusansa axwam hecne yeme ancaq meyve. Birde men her seher ac qarnina alma yeyende ariqlayiram.

sera
30.06.2011, 13:52
Amma mence yaxwisan hec ehtiyyac yoxdu.Yox eger meqsed qoymusansa axwam hecne yeme ancaq meyve. Birde men her seher ac qarnina alma yeyende ariqlayiram.

seher ac qarina alma? hmm,yaxshi fikirdir.amma indiki almalardan ne olacaq e? almanin vaxti deyil hele.men seher ac qarina su ichirem.axshamlar demek olar ki,bezen yemirem,bezen de az yeyirem,chorekden chox az istifade edirem.ne bilim,baxaq da bashimiza ne gelecek?:p

Duygu
30.06.2011, 14:26
teshekkur edirem! bu sozlerin mene teselli oldu.:gül amma hech olmasa bir az ariqlamaliyam da.:bs

seher ac qarina alma? hmm,yaxshi fikirdir.amma indiki almalardan ne olacaq e? almanin vaxti deyil hele.men seher ac qarina su ichirem.axshamlar demek olar ki,bezen yemirem,bezen de az yeyirem,chorekden chox az istifade edirem.ne bilim,baxaq da bashimiza ne gelecek?:p

Sera uje yay almasi var turw ela ariqlaya bilersen.Su yadimdan cixmiwdi duzdur oda yaxwidir.ciy su ozde.Mede-bagirsaq sistemini temiz bowaldir...

Narchicheyi
01.07.2011, 23:58
Amin! ariqlamagin menimchin bele chetin bir probleme chevrileceyini 7-8 il bundan qabaq deseydiler,gullerdim.oz toyumda 46 kq idim.indi 55kq.ozume nifret eleyirem.:(

55 kq ideal chekidir, mence.
Niye bele ozune derd edirsen?

Narchicheyi
02.07.2011, 00:06
seher ac qarina alma? hmm,yaxshi fikirdir.amma indiki almalardan ne olacaq e? almanin vaxti deyil hele.men seher ac qarina su ichirem.axshamlar demek olar ki,bezen yemirem,bezen de az yeyirem,chorekden chox az istifade edirem.ne bilim,baxaq da bashimiza ne gelecek?:p

YEmekden sonra alma yemek,kokelmek istemeyenler uchun chox gozel effekt verir.
Alma sirkesi dede-babadan chox effektiv metoddur.Ondan istifade ede bilersen

sera
02.07.2011, 13:45
YEmekden sonra alma yemek,kokelmek istemeyenler uchun chox gozel effekt verir.
Alma sirkesi dede-babadan chox effektiv metoddur.Ondan istifade ede bilersen

Alma sirkesinden nece istifade etmek lazimdir?

İlğım
02.07.2011, 13:50
Alma sirkesinden nece istifade etmek lazimdir?

Yeməkdən yarım saat əvvəl 1 stakan ilıq suya iki çay qaşığı sirkə tök iç. suya yarım ç-qaşığı bal qatarsan daha zərərsiz kokteyl olar.

PS mən 55 kq olsam gundə 20 dənə peraşki yeyərəm ki ayaq üstə 40ım çıxır.

sera
02.07.2011, 23:12

:lol yeni 55 kq azdir deyirsen? boyum balaca olmasa deyerdim, he,neyse,160 boya 55 kq chox deyil? :o heqiqieten ariqlamaq chetindir haa.en chox da qarin nahiyesinden,ujas!:(

İlğım
02.07.2011, 23:23
:lol yeni 55 kq azdir deyirsen? boyum balaca olmasa deyerdim, he,neyse,160 boya 55 kq chox deyil? :o heqiqieten ariqlamaq chetindir haa.en chox da qarin nahiyesinden,ujas!:(

ele men de 160-am/ Bu boy üçün 55 kq ideal çəkdir .

Narchicheyi
02.07.2011, 23:24
[QUOTE=sera;116871]:lol yeni 55 kq azdir deyirsen? boyum balaca olmasa deyerdim, he,neyse,160 boya 55 kq chox deyil? :o heqiqieten ariqlamaq chetindir haa.en chox da qarin nahiyesinden,ujas!:([/QUOTE

siz hele 5 kq eskiksiniz

sera
02.07.2011, 23:36

en sevdiyim paltarlari geyinende ki,qarnim ozunu ireli verir haa,onda deliye donurem.hele idmana meyilliyem :)
biz qadinlarin mueyyen yash heddinden sonra en boyuk problemine chevrilir,artik cheki.:(

İlğım
02.07.2011, 23:38
[QUOTE=Narchicheyi;116876]
en sevdiyim paltarlari geyinende ki,qarnim ozunu ireli verir haa,onda deliye donurem.hele idmana meyilliyem :)
biz qadinlarin mueyyen yash heddinden sonra en boyuk problemine chevrilir,artik cheki.:(

Əgər sən 55 kqda özünü kök hiss edirsənsə deməli noyunu düzgün ölçməmisən.

Narchicheyi
02.07.2011, 23:38
[QUOTE=Narchicheyi;116876]
en sevdiyim paltarlari geyinende ki,qarnim ozunu ireli verir haa,onda deliye donurem.hele idmana meyilliyem :)
biz qadinlarin mueyyen yash heddinden sonra en boyuk problemine chevrilir,artik cheki.:(

Qarin kimde yoxdur ki.....
Inanmiram ki,55 kq chekisi olan bir qadinin qarni boyuk olsun

sera
02.07.2011, 23:50
[QUOTE=sera;116880]

Qarin kimde yoxdur ki.....
Inanmiram ki,55 kq chekisi olan bir qadinin qarni boyuk olsun

hee,belke de olmazdi,ushaqlarrr!:o:o

Muslima
03.07.2011, 01:58
Ariqlamaq isteyenlere meslehetim odur ki, calishin dermanlardan uzaq olun, yani ximikatlar orqanizme zererdir, bir cox xesteliklerin yaranmasina sebebdir, ona gore uzaq olun kimyevi maddelerden.. Ariqlamaq isteyirsinize, tebii yolu secin, bunun uchun idman en gozel vasitedir, ozu de seher idmani, seher yuxudan duran kimi en azi 15 deqiqenizi gimnastikaya ayirin. Idman saglamliqdir, insan ozunu cox gumrah, mueyyen yasha catanlari yashindan da az gosterir... Seher alaqaranliqda temiz havada 20-30 deqiqe yurush edin.. Bir de calishin xolestirinli, yagli yemeklerden uzaq olun, rasionunuzda daha cox meyve ve terevezlere ustunluk verin, corekden qetiyyen tamamen imtina etmeyin, sadece qederini azaldin, daha sonra saat 6-dan sonra qida qebul elemeyin.. Soylenenleri bir ay qeder davamli, calishin gun oturmeden edesiniz, effekti goreceksiniz, insheAllah.. :ar

Yagmur
15.07.2011, 18:26

Saat 6-dan sonra yemek yememek qetiyyen yanliw fikirdir Cunki urek ve ag ciyer yuxu zamani cox enerji serf edir,ona gorede .Axirinci plotniy ujin saat 7 olmalidir.Yuxudan 2 saat evvel salat ya da ki,yungul bir wey yemek olar.meyveni axwam yemeyin.Esas odur ki,seher saat 12-dek en ziyanli ne varsa yeyin,qorxmayin,hec bir yerinizde yaga cevrilmeyecek)))Uqlevod,yeni,weker,kartof,corek,me yve ve s seher saat 12-dek yeyin...Sonra ise terkibinde belok,yeni niwasta) olan qidalardan istifade edin.En duzgun yeyim sayilir ve birde elbette ki,idman..
Piyi eriden qidalardan en faydalilari: Malina(moruqdur yeqin ki),ag fasol,bir de mal eti.Mal etini suda biwirin,yagsiz))soyutma mal eti daha duzgun olur..Bu qidalar bedende olan piyi yaxwica eridir..

İlğım
15.07.2011, 18:56

Belok zülaldı axı ay Yağmur. Sənin səhər yeyin dediklərin isə nişastadı yəni uqlevod yəni karbohidrat.
Sənə söz verirəm sabah və bazar günü qreyfurt diyeti edəcəyəm.. Etməsəm mənə nə deyirsən de ..

Yagmur
15.07.2011, 19:38
Belok zülaldı axı ay Yağmur. Sənin səhər yeyin dediklərin isə nişastadı yəni uqlevod yəni karbohidrat.
Sənə söz verirəm sabah və bazar günü qreyfurt diyeti edəcəyəm.. Etməsəm mənə nə deyirsən de ..
Uzrler Ilqim,)) azerice deqiqi bilmirdim..uqlevod seher,belok axwam ye.netice ela olacaq..

Narchicheyi
12.09.2011, 16:58
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə koordinatoru Sevil Əsədova bildirib ki," normadan artıq çəki əhali arasında 25 faiz təşkil edir ki, bu da Azərbaycanda risk qrupu hesab edilir. Bunun da başlıca səbəbi düzgün qidalanmamaqdır. Qeyd edim ki, əgər Azərbaycanda əhali düzgün qidalardan istifadə etsə, həm xəstəliklərin sayı azalar, həm də kasıblığın dərəcəsi aşağı düşər. Amma bizdə əhali normadan çox ət və kərə yağına üstünlük verir ki, bu da sağlamlıq üçün təhlükəlidir”.

PAPARAZI
12.09.2011, 23:54
kökəlməyə aiddə nəsə yazinda qizlar))) Bu mənim ən böyük problemimdir... Kökəlmək istəyirəm

Narchicheyi
12.09.2011, 23:57
kökəlməyə aiddə nəsə yazinda qizlar))) Bu mənim ən böyük problemimdir... Kökəlmək istəyirəm

az fikrilesh,az danish,az hereket et...
sadece ye yat )