PDA

Просмотр полной версии : Ölkə operatorları

Эль`зас
29.07.2009, 11:29
Hörmətli yuzerlər,
bu mövzuda mobil operatorlar, onların xidmət, servis və tariflərini müzakirə edək.

Beləliklə, hansı operatora üstünlük verirsiniz və əsas nəyə görə...?

1. Azərbaycan ilk mobil operator xidməti -Bakcell
2. Əla keyfiyyət, lakin ən baha operator xidməti - Azercell
3. Ən yeni, lakin ümidləri o dərəcə də doğrultmayan mobil operator -Azerfon (Nar Mobile)
4. Daha sərfəli görünən - Catel (Fonex)

SAPAND
29.07.2009, 13:11
1.Bakcell İlk mobil operator olsada Azercell özü üçün yaradılmış münbüt şəraitdən istifadə edərək müxtəlif yollarla Bakcelli inkisafdan saxlaya bildi.Arzusu onu tamam məfv etmək idi , amma boğazında galdfi.
Əvvələr kefiyət göstəricisi o qədərdə yüksək olmayan Bakcell 1-2 il öncə yenidən inkişafa başladı və yaxşı naailyətlər əldə elədi.

1.Azercell bu şirkətdən zəhləm gedib həmişə .Acgözlüyün nümunəsidir .Kefiyyətini nümünə gətirməklə sinəsinə döysədə artıq onun pis günləri yaşanır.Abonentlerini sürətlə itirməkdə davam edir .10 il öncə Azercelldə 1 dəyqənin qiyməti təxmini 1500 (indiki 0.30) manat idi .Nəzərə alınki o vaxtın 1500 (indiki 0.30) manatı indikindən 5 dəfə artıq alıcılıq qabilliyətinə malik idi .Onda Azercellin milləti necə soyduğu aydın olar .

3. Azerfon (Nar Mobile) Эль`зас xanım düz qeyd eləyib .Bu şirkətdən cox şey gözləyirdik .... Amma hər halda acgöz Azercelllə kələ-kəlləyə gəlmək imkanları olan bir şirkətdi (arxalı köpək qurd basar):D

4.Catel (Fonex) əvvələr sərfəli idi ,amma indi abunəçı sarıdan korluq çəkən bu şirkət yaxın illərdə inkişaf etməsə ölüb gedə bilər (əhatə dairəsi çox məhduddur)

PS: Özüm telefon danışıqlarımın 95% ni Bakcell ə həyata keçırirəm ....

joker
30.07.2009, 07:46
Azercell - üstünlüyü əhatə dalğasının güclü olmasıdır. Qalan bütün cəhətlərini apar tulla zibilliyə! Ən yalançı və fırıldaqçı mobil operatordu. Siz reklamlarına bir fikir verin. Reklama baxanda tam başqa fikir formalaşır, onu tətbiq etmək istəyən zaman görürsən hamısı hap-gop imiş -əslində müştəriyə daha sərfəsiz bir paket təklif olunub və yalnız onu soymaq xarakterli bir yenilik tətbiq olunub. Soruşsan deyəcək ki, reklamda hər şey aydın göstərilib. Reklamda böyük yazılarla xidmətin gözəgəlimli cəhətləri göstərilir, aşağıda sonda şox kiçik və oxunması mümkün olmayan şriftlərlə, bir göz qırpımında bunun əvəzində müştərini hansı dərəcədə soyacağı haqqında açıqlama göstərilir. Bir sözlə fırıldaqçıdır. Amma dalğanın keyfiyyətinə görə məcbur olub işlədirik.
Bakcell - orta keyfiyyətli dalğaya sahibdir. Fırıldaqçı deyil. Eyni zamanda nisbətən sərfəlidir. Mən bu operatoru ən optimal hesab edirəm.
Narmobile- Ən keyfiyyətsiz rabitəyə sahib olan və ən fırıldaqçı bir operatordur. Eyni zamanda ən yalançı bir operatordur.
Katel isə tam yararsız bir şeydir...

Sofiya
30.07.2009, 09:42
Mən Baksell dən istifadə edirəm, çünki sərfəlidir, Əhatə dairəsi də hal hazırda məncə pis deyil.Azersell müxtəlif kampaniyalar keçirsə də hamısı biri birini təkrarlayır, bir sözlə güzəştlər olmur.

Reportyor
30.07.2009, 16:36
“Azercell” “RoamCELL” xidmətində 50 % güzəşt edib

İyulun 29-dan etibarən “Azercell Telekom” MMC Fakturasız xətt abonentləri üçün növbəti güzəştlər tətbiq edir. Bu dəfə güzəştlər xarici ölkələrə səfər edən SimSim abonentləri üçün nəzərdə tutulub.

Müəyyən ölkə operatorları üzrə CAMEL-rouminq xidmətlərinə endirimlər tətbiq olunduğuna görə, bundan sonra müxtəlif yerlərdə səfərdə olan “Azercell” abonentləri daha güzəştli tariflərlə danışa biləcəklər. (http://ria.az/yenilik/Texnologiya/11836.html)

NarMobile stansiyalarının sayını sürətlə artırmağa başlayıb

30 iyul 2009-cu il tarixində Azerfon MMC ölkənin müxtəlif regionlarında daha 20 baza stansiyanın quraşdırılması haqqında məlumat yayıb.
Yeni stansiyalar Abşeronda (2), Bakı (16), Şəki (1) və Qəbələ (1) şəhərlərində quraşdırılıb. Hazırda Azerfon MMC şəbəkəsi ölkənin 90% əhalisinin yaşadığı ərazini əhatə edərək 1.3 milyon abunəçini yüksək keyfiyyətli rabitə ilə təmin edir. (http://ria.az/yenilik/Texnologiya/11837.html)

SAPAND
30.07.2009, 20:27
Narmobile- Ən keyfiyyətsiz rabitəyə sahib olan və ən fırıldaqçı bir operatordur. Eyni zamanda ən yalançı bir operatordur.

Düzü Nar mobil kartını açıldığı gündən almişdım , amma istifadə etməsəmdə arada-sırada 1-2 manat pul atırdım .2-3 gün əvvəl nömrəmi aktivləşdirdim .
Türklər demişkən "hayrat bir şey " :p
2 ildən artıq "stajım" olduğu üçün vurduğum 10 manata 210 dəyqə ölkədaxili danışıq və ölmüş nömrəmi dirildiyimə görə şəbəkədaxılı daha 10 manatlıq danışıq limiti bonus verildi .Məncə heçdə pis deyil :):)

PAPARAZI
31.07.2009, 11:26
Bakcell... Tel alandan cin işlədirəm...Şikayətim yoxdur...AMma rayonlarda bir az tezliyini artirsa əla olar

Greyfrut
31.07.2009, 20:20
Düzü heç Bakcell işlətməmişəm nar da həmçinin. Telefon aldığım gündən Azercelliyem))
Düzdü bahalı olsa da məncə keyfiyyətinə görə buna dəyər. Amma reklamlarında konturların sayını guya artırıblar, orda heç demir ki gece balansıdı) deyir gece gündüz danışın:D
Bircə zəng edəndə telefona tez cavab versəydilər dərdim qalmazdı yoxsa eyni mahnıları dinləməkdən sıxıldım)

Bəlkə də bu yaxınlarda Bakceli sınadım)

Эль`зас
04.08.2009, 09:40
Bakcell, Bakcell, yenə də Bakcell!
Tələbəlik illərindən yadımdadır Azercell bir vaxtlar "GəncSim", "Bizdən-bizə" elədi ki, guya abonentlər sərfəli danışacaq öz aralarında... Amma durduğum yerdə konturların heç nədən necə çıxılmasının şahidi olurdum dəfələrlə.. Yenə kələkbazlıq.. Bakcell`də isə "Sevimli nömrə" tarifi həqiqətən özünü doğruldur. Abonentlər öz aralarında çox müddətə az konturla rahat danışa bilirlər.
Bundan başqa mənə vacib olan rouming xidmətində də Azercell`lə Bakcell arasında yer-göy qədər fərq var...
Düşünürəm və ümid edirəm ki, var olduğum müddətdə Bakcell`dən başqa heç bir operatora ehtiyac duymayacağam...

cupbulu
04.08.2009, 13:54
Mənə nədənsə Azercell daha uyğundur ...Düzdür tariflər bahadır...amma həm əhatə dairəsi . həm interneti daha güclüdür .:rolleyes:
Azercell nən şəbəkədaxili daha sərfəlidir .
Bir də cin nömrələrnən Bakcell dən , sim nömrələrnən Azercell dən danışıram
Bir nəfər demişkən varlığa nə darlıq :p

Reportyor
04.08.2009, 13:59
Hər üçündən də işlətmişəm. Şəbəkədaxili hər üç operator sərfəlidir. Şəbəkədən kənara isə heç bir sərfəli deyil. Qeyd edim ki, demək olar ki, bizdə mobil rabitə xidməti əksər ölkələrdən bahadır. Kasıb millətin varlı opratorları. Hər üçü də xalqı soymaqla məşğuldur.

cupbulu
04.08.2009, 14:05

Heç kəsi məcbur etmir ki , mobil operatorların xidmətindən istifadə etsinlər .
Kasıbçılıqdır az istifadə etsinlər

Reportyor
04.08.2009, 14:10
Heç kəsi məcbur etmir ki , mobil operatorların xidmətindən istifadə etsinlər .
Kasıbçılıqdır az istifadə etsinlər

Az da istifadə etsələr, çox da, fərqi yoxdur. Məsələ ondadır ki, bizdən qat-qat varlı ölkələrdə mobil operator xidmətləri dəfələrlə ucuzdur.

cupbulu
04.08.2009, 14:13
Az da istifadə etsələr, çox da, fərqi yoxdur. Məsələ ondadır ki, bizdən qat-qat varlı ölkələrdə mobil operator xidmətləri dəfələrlə ucuzdur.

Hələ bahalıdır bu qədər istifadəçi var ...gör ucuz olsaydı onda hər adamda 5 telefon olardı .
Hələ heç bir ölkədə əhali sayına görə bu qədər mobil telefonlardan istifadə edən yoxdur.:cool:

Reportyor
04.08.2009, 14:20
Hələ bahalıdır bu qədər istifadəçi var ...gör ucuz olsaydı onda hər adamda 5 telefon olardı .

O zaman mobil operatorlar da daha çox qazanardılar:)

cupbulu
04.08.2009, 14:26
O zaman mobil operatorlar da daha çox qazanardılar:)

Bircə onu bilirəm ki , əgər istifadəçi varsa deməli tələbat vat.
Əgər tələbat varsa deməli razılıq var .:rolleyes:

Reportyor
04.08.2009, 14:30
Bircə onu bilirəm ki , əgər istifadəçi varsa deməli tələbat vat.
Əgər tələbat varsa deməli razılıq var .:rolleyes:

İnanmıram ki, siz bir dəqiqə danışıq üçün ödədiyiniz taarifdən razısınız:rolleyes:

cupbulu
04.08.2009, 17:50
İnanmıram ki, siz bir dəqiqə danışıq üçün ödədiyiniz taarifdən razısınız:rolleyes:

Təbii ki razıyam.
Çünki 2 mobil operatorun istifadəçisiyəm.Şəbəkə daxili zənglər sərfəli oduğu üçün bu daha da ucuz olur.:rolleyes:

Reportyor
04.08.2009, 17:54
Təbii ki razıyam.
Çünki 2 mobil operatorun istifadəçisiyəm.Şəbəkə daxili zənglər sərfəli oduğu üçün bu daha da ucuz olur.:rolleyes:

Bəs şəbəkə xarici danışıqlar necə, qane edir sizi. Təsəvvür edin ki, bəyənmədiyimiz Gürcüstandan Azərbaycana zəng sizin şəbəkədaxili itirdiyiniz konturların sayna bərabərdir. Eləcə də Türkiyədə və Avropa ölkələrində.

cupbulu
05.08.2009, 10:53
Bəs şəbəkə xarici danışıqlar necə, qane edir sizi. Təsəvvür edin ki, bəyənmədiyimiz Gürcüstandan Azərbaycana zəng sizin şəbəkədaxili itirdiyiniz konturların sayna bərabərdir. Eləcə də Türkiyədə və Avropa ölkələrində.

O da düzələcək...bir neçə il bundan qabaq tariflər bundan da baha idi.
Moskva birdən tikilməyib ki ....:rolleyes:

zamanov
19.08.2009, 18:22
Bakcell ishledirem mene bu serf edir...

Orxan4ik
26.08.2009, 11:11
Evvel azercell ishladirdim, cibimde pul qalmirdi... 1 ildi bakcell abunacisiyam cox serfelidi, keyfiyyetide normal.
Iki gun azercell abuna ishlatdim 69 manat pul yazdi. 69 manata bakcelldan 1 ay istifade edirem.

Butun mobil operatorlarda shebekedaxili danishiglar serf eliyir... Ona gorede gerek 3 nomren olsun :))

Sofiya
26.08.2009, 11:19
Baksell

SAPAND
01.09.2009, 20:28
Narmobil təzə kompaniyaya başlayıb .
Şəbəkədaxılı 20 qəpiyə 1 saat , 2 manata 24 saat , 20 manata 1 ay danışmaq münkündür :)
Yoxladım , işləyir .
Azercellin belini qırmaqda davam edir Narmobil:D

http://narmobile.az/upload/photos/HH-Az_200-V.jpg

xmm OK
02.09.2009, 20:11
“Azercell” abonenti olduğuna görə “Toyota Corolla” qazandı

Bakı, 17 avqust 2009

Şirkətin “Həftəyə Avtomobil” kampaniyası davam edir!

Abonentlərinə xoş sürprizlər yaşadan “Azercell Telekom” MMC-nin “Həftəyə Avtomobil” kampaniyası davam edir. Şirkətin təqdim etdiyi bu kampaniya nəticəsində hər həftə bir “Azercell” abonenti “Toyota Corolla” avtomobilinə sahib olur. Ötən həftə isə avtomobilə sahib olma sevincini Hüseynova Əminə Davud qızı yaşayıb. (http://company.azercell.com/press-room/press-releases/2009/11947/)

xmm OK
02.09.2009, 20:22
Bakcell tarifleri deyisdi . Etrafli bilgi ucun sekile klikle
http://s48.radikal.ru/i120/0909/99/522ff718eb80.jpg (http://bakcell.com/az/product/1/cin)

Figo
03.09.2009, 19:14
Azərcell.SimSim...
Əhatə dairəsi genişdir, Hər yerdə tutur,Yerin altında,göydə,dağda,suyun altında... :p 2000 ci ildən bir nömrədir,qohum,dost tanış, o nömrəni bilir.Amma Ən sərfəlisi Bakcell-dir, bir ara istəsəmdə Bakcell-ə kecim,alınmıyıb.

Narmishka
15.09.2009, 16:40
2001- ci ildən Bakcell işlədirəm. Çox sərfəlidir.
Keçən il Azercell nömrə ilə 5 günlük İstanbula getdim 900 AZN pul yazdı roming... Ondan sonra Azercellə vidalaşdım.

xmm OK
17.09.2009, 22:14
AzerCELL

6006 ya zeng et ve 15 saniye muddetinde telefonu dunamite (radiyo ve ya tv) yaxin tut ve mahninin adini ve ifacisini oyren

ul-via
05.12.2009, 22:19
Azercell`dən istifadə edirəm, GƏNCSiM olduğum üçün zənglər daha çox kontur aparır. Amma ümumiyyətlə narazı deyiləm, rahatdır, şəbəkə tutur və çox az hallarda nəsə problemlər olur.

Эль`зас
06.12.2009, 15:34
Bakcell yeni Cin nömrələr üçün gözəl tarif fikirləşib.
Hər ay kontur yükləyəndə 50 sms və 1000 kontur hədiyyə. Kruto! :cool:
Sevirəm Bakcell`i...

İlğım
06.12.2009, 17:47
azerfonla ishleyen muddetde butun qohumlara hediye nar nomreler aldim hamisi da birbirinden gozel... kime verdimse seve seve ishletdi indi cox rahatdi bize shebekedaxili cox ucuz danishiriq ..

SAPAND
09.12.2009, 06:43
Azercelldən daha bir yenlik , daha doğrusu məcburi addım :p

İndi Azercell şəbəkəçisi 20 dəqiqəlik danışıq cəmi 50 kontura . Sadəcə zəng edərkən nömrədən əvvəl #88#050 və ya 051 yığ kef elə :D
--------------
90 illərin axırında Bakcell Fristail adlı bir kompanıya keçırmişdi .Ayda 60 $ ödəməklə ölkədaxılı limitsiz danışmaq münkün idi

İlğım
09.12.2009, 07:18

qorxmursuz ki azercell bu padarkasin artiqlamasiyla geri alacaq?

SAPAND
09.12.2009, 19:10
qorxmursuz ki azercell bu padarkasin artiqlamasiyla geri alacaq?

Azercelin məndən padarkasını geri alması ölüdən can almaq kimi bir şeydir :D
Azercell kartımda çox olanda 1000 kontur olur .Hələ minnətləri olsunki mən oların kartını işlədirəm hərdən :D

Yeri gəlmışkən bu gün #88#050 yoxladım prob üçün alındı .Hərdən istifadə etmək olar :p

İlğım
03.07.2010, 18:14
Ən güclü şəbəkə Azerceldedir. Amma mənim telefonuma onun da gücü çatmır)

Returned
03.07.2010, 19:44
Anadan olan gunden Azercell.:D

Deyilene gore amma Bakcell serfelidir.Qismet olsa onu da sinayaram.

SAPAND
03.07.2010, 21:15
Ən güclü şəbəkə Azerceldedir. Amma mənim telefonuma onun da gücü çatmır)

O nece olur ? :)

NAOMI
05.07.2010, 20:05
ancaq ona üstünlük verirəm. Ölkə opiratorlarının hamısından istifadə etmişəm, Azərcelldən başqa heç biri məni qane etmədi.

İlğım
06.07.2010, 00:18
O nece olur ? :)

Telefon veterandısa , olur!

Yagmur
06.07.2010, 00:37
Men de Rusiyadaki operatorumu yazim,olar?Meqafon,pis deyil..

Polad
09.07.2010, 12:50
Vetende olanda hem bakcell, hem de Azercellden istifade edirdim..
Bakcell daha serfelidir..en cox istifade etdiyim Bakcell idi...

İlğım
09.07.2010, 12:56
Vetende olanda hem bakcell, hem de Azercellden istifade edirdim..
Bakcell daha serfelidir..en cox istifade etdiyim Bakcell idi...

indiki operatorun nedir?

Polad
09.07.2010, 13:07
indiki operatorun nedir?

NET 10..(NET 10 telefonlari ucun )
indiki operatorumdur..
sadece ABS daxili zengler ucun istifade edirem bunu..

FIONA
22.07.2010, 13:05
Nar abunə superdi. əla və sərfəli. danış danış. əsl mənim operatorum. sanki məni düşünüblər))

Sina
22.07.2010, 19:36
Azercell istifadə edirəm. Super Bizden Bize tarifindəyəm, qiymətlərə görə çox narazıyam.
Bakcell-in gold nömrə-sinə keçməyi planlaşdırıram.

SAPAND
18.05.2011, 20:04
Azerfon-Vodafone yenlik etdi .95 manat ödə 1 ay telefonu qulağının dibinə qoy gəz :p
Əvvəllər belə bir kompaniya Bakselldə olmuşdu "Fristail" ...

Sərbəst Ünsiyyət Paketi

Ayda cəmi 95 AZN ödəməklə, bütün Azərbaycanla istədiyiniz qədər danışın!

Azerfon-Vodafone hər kəsə ünsiyyət sərbəstliyi verir!

İndi Siz Sərbəst Ünsiyyət Paketinə qoşulmaqla, vaxt və xərcləri düşünmədən istədiyiniz qədər danışa bilərsiniz.

tenhaqiz
18.05.2011, 21:36
Azercell istifadə edirəm.Məlumdur ki Azercell keyfiyyət baxımından hamısından yaxşıdır.Genc Sim tarifindəyəm sərf edir.

SAPAND
18.05.2011, 21:51
Azercell istifadə edirəm.Məlumdur ki Azercell keyfiyyət baxımından hamısından yaxşıdır.Genc Sim tarifindəyəm sərf edir.

Bakıda fərqi nə ? Fərq orasındadırki Azersellə 2 dəfə artıq pul xərcləyirsən o birilərlə nisbətdə ...

tenhaqiz
18.05.2011, 22:09
Bakıda fərqi nə ? Fərq orasındadırki Azersellə 2 dəfə artıq pul xərcləyirsən o birilərlə nisbətdə ...
Bakıdan kənara çıxa biləcəyimizi də nəzərə almaq lazımdır.

afet
19.05.2011, 10:14
yalniz Azercell operatorundan istifade edirem.

advocat
19.05.2011, 20:54
Azercell və bakcelldən istifadə edirəm. Azərcell gənc sim olsa da kontur tez qurtarır, çox danışıram telefonda, həm işdə həm evdə.
amma bakselldə bəzən 10 manatlaıq alıram bir aya gedir, simə minimum 40-50 manatlıq kontur gedir .

Narchicheyi
20.05.2011, 22:10
Men Azercell operatorun xidmetinden istifade edirem.
bele gorurem ki, yeni tarif hech de serfeli deyil

SAPAND
20.05.2011, 22:53
Men Azercell operatorun xidmetinden istifade edirem.
bele gorurem ki, yeni tarif hech de serfeli deyil

Mənim sizlərdən başım çıxmır . Yəni belə xoşunuza gəlir ikiqat pul ödəmək eyni danisiğa görə . Azerseldə qiymətlər ən azı 2 dəfə bahadır ...:confused:

Soramda deyirlər doxdurların maaşı azdır :)

Narchicheyi
20.05.2011, 22:59
Mənim sizlərdən başım çıxmır . Yəni belə xoşunuza gəlir ikiqat pul ödəmək eyni danisiğa görə . Azerseldə qiymətlər ən azı 2 dəfə bahadır ...:confused:

Soramda deyirlər doxdurların maaşı azdır :)

)))
Mene 2-ci nomreni almaq ve onu tanitmaq chetin gelir.
Gerek ikinci telefon da ozumle gezdirim,bunu ise sevmirem

SAPAND
20.05.2011, 23:03
)))
Mene 2-ci nomreni almaq ve onu tanitmaq chetin gelir.
Gerek ikinci telefon da ozumle gezdirim,bunu ise sevmirem

Məndədə ilk nömrəməm azersel olub və təbiiki köhnə kontaktları itirməmək xətrinə 2 kartlı telefon gəzdirirəm . İndi satışda 30-40 manatada itinə tökdü 2 kartlı telefonlar )))

aliserni
22.05.2011, 15:05
Burda nəsə informatik olmayan şərh yazamq istəməzdim ,çünki hər bir şərh forumun trafik sorgulamasın yükləmələr edir ,amma körünən kəndə bələdçi istəməz misalı gəldi ağlıma , deməyim odur ki , hər halda sezmiş olarsızı bütün mobil operatorlar tarifasiyada müştəriyə hesblanmış iqtisadi siyasətdən kənar gəzirlər və hamısı bir bezin qırağıdır ........

SAPAND
22.05.2011, 17:28

Məsələn ?:)

aliserni
22.05.2011, 19:09
Məsələn ?:)

misalen azercell evveler...
kontura =0.666666 man idise
deysen sonralar 7 qep`den oldu...
evvelce .0.66666 = yuvarlaq edib 7 edirdiler...
yeni 7 qepik olandan sonra neyi yuvarlaq edecekler....
demeyim odurki ..
bir qiymetde ... mushterinin cibine tesir edir
biri xidemtde... ki elaqede problem olur...
biride hem qiymetde hem de xidemtde problemler yaradir...

SAPAND
22.05.2011, 20:18

Azərsel şəbəkədaxili zənglər üçün qiymətlərin 7 qəpik olduğunu elan edib müştərilərə "gəl-gəl" deyir , amma Nar ölkədaxilində dəyqə üçün bütün operatorlarla danışığın 5 qəpik olduğunu bildirir ...
Əslində indi mən deyərdimki kefiyyət baxımından demək olarki hamısı eyni səviyədədir . Belə olduqda artıq pul verməyin nə fərqi var ?

aliserni
22.05.2011, 21:50

siz dediyiniz ferq paytaxtda elede sechilmir ...xidmet ...qiymet ... ve keyfiyyet ...
amma regionlarda daha chox sezilir ...
xususi ilede ashagi keyfiyyet ( shebekesi olmayan Nar ki oda bakcelll `in roamingde ishleyir chox zaman)...amili daha chox qabariq olur...
mecbur olub en bahali opertorda (azercell ) qalmaq fikiri sechimsiz olaraq qarshinda shert olaraq ozunu gosterir
chuki diger iki opertorda qalmaq eseb xesteliyinden bashqa hecne vermir adama...
hemide her aktiv calling de diskonetkler olarsa fikirleshinde elaveden ne qeder danishiq balansi serf olunur ve ele azercell`e serf olunan mesrefe yaxin bir xerc alinir..

İlğım
22.05.2011, 21:56

Tamamile raziyam. HEc bakcell ishletmemishem amma uzun muddet nar ishletmishem. ilin 12 ayi shebeke tutmurdu. axirda azercele kecdim yeniden

SAPAND
22.05.2011, 22:10
siz dediyiniz ferq paytaxtda elede sechilmir ...xidmet ...qiymet ... ve keyfiyyet ...
amma regionlarda daha chox sezilir ...
xususi ilede ashagi keyfiyyet ( shebekesi olmayan Nar ki oda bakcelll `in roamingde ishleyir chox zaman)...amili daha chox qabariq olur...
mecbur olub en bahali opertorda (azercell ) qalmaq fikiri sechimsiz olaraq qarshinda shert olaraq ozunu gosterir
chuki diger iki opertorda qalmaq eseb xesteliyinden bashqa hecne vermir adama...
hemide her aktiv calling de diskonetkler olarsa fikirleshinde elaveden ne qeder danishiq balansi serf olunur ve ele azercell`e serf olunan mesrefe yaxin bir xerc alinir..

Düzün desəm Nar işlətmirəm . Azərsel və Bakselədi işim :)
Demək olarki daimə Bakıda olduğumçün bu operatorlar arasında qiymətlərindən başqa digər fərq hiss etməmişəm ))

NAOMI
31.05.2011, 10:04
Mən azecellə üstünlük vermişəm amma axır vaxtlar ağ ediblər, pul sisteminə keçəndən, uçur eeee amma bilmirəm hara.... Belə getsə Bakcellə keçəcəm!

Patriot
31.05.2011, 10:11
Mən azecellə üstünlük vermişəm amma axır vaxtlar ağ ediblər, pul sisteminə keçəndən, uçur eeee amma bilmirəm hara.... Belə getsə Bakcellə keçəcəm!

Niyə? 3-cu dəqiqədən sonra pulsuz danışırsan

NAOMI
31.05.2011, 10:13
Niyə? 3-cu dəqiqədən sonra pulsuz danışırsan

mən də abunə deyil! Səndə abunbə olduğu üçün belədir...

Patriot
31.05.2011, 10:15
mən də abunə deyil! Səndə abunbə olduğu üçün belədir...

Mən heç pul vermirəm, ürəyim nə qədər istəsə danışıram )

Antic_girl
31.05.2011, 10:23
Bakcell-in gold nömrəsini işlədirəm, əladı

tenhaqiz
31.05.2011, 10:24
mən də abunə deyil! Səndə abunbə olduğu üçün belədir...
Gənc Sim-də 3-cü dəqiqədən sonra pulsuz olur.Digər qiymətlər də ucuzdur.Çox sərfəlidir.

SAPAND
31.05.2011, 20:38
Gənc Sim-də 3-cü dəqiqədən sonra pulsuz olur.Digər qiymətlər də ucuzdur.Çox sərfəlidir.

Mən biləni neçəsə dəqiqə pulsuzdur :)

tenhaqiz
31.05.2011, 21:29
Mən biləni neçəsə dəqiqə pulsuzdur :)

Olsun da neçə dəqiqə..deyəsən 20 dəqiqə idi..20 dəqiqə danışandan sonra özü odboy gedir.Sonra yenə yığıb yenə danışırsan.Yenə də sərfəli olur.

Antic_girl
21.06.2011, 14:36
Qırğızıstanda “Bilayn”da şəbəkədaxili zənglərin 10 dəqiqəsinin qiyməti Azərbaycanda “Azərcell”in şəbəkədaxili 1 dəqiqəsinin qiymətinə bərabərdir.

aliserni
30.06.2011, 21:32
birdene bu olkeye dorduncu monopolistlikden uzaq mobile operator gelse idi dahasi bir balaca qiymetler dahada yungullesherdi ///
son zamanlar artiq danishiq kartlari dozum getirmir....
hele yaxshiki sherdaxili telefon var ve ne yaxshiki herden taksafonlarda komeye gelir (nadiren elac olmayanda chunki bununda qiymet bahadir )

SAPAND
30.06.2011, 22:06

bir ara Çinlilər gəlir şaiyəsi yayılmışdı , amma səs çıxmadı...
Azercellsə "Ən yaxşı fürsənt bizdə" qışqırmaqdan səsi tutulub :lol

Narchicheyi
03.07.2011, 22:49
Bezi adamlar Bakcelin yeni tariflerinden shikayetlenir.Azercelli ustun bilirler
Amma menim Baksellden xeberim yoxdur)

aliserni
03.07.2011, 23:34
bir ara Çinlilər gəlir şaiyəsi yayılmışdı , amma səs çıxmadı...
Azercellsə "Ən yaxşı fürsənt bizdə" qışqırmaqdan səsi tutulub :lol

Chinede hech rabite sektorunu emanet etmek olar ...
onsuzda butun imnformasiyanin kopyaliyirlar....
Azerbaycanda bidene info qalmaz eyy hamisin chine dashiyarlar
deyirem axi bir ara niye bir manat- iki manat -5 manat`a fen satanlar niye choxalmishdi baki kuchelerinde :lol
Bir balaca keyfiyyet azercell`de var .. oda dediyim kimi tariflerde serf elemir....
birden danishirsan qenaetli gelir birden de qenaetsiz...

Reportyor
23.08.2011, 14:56
NAR Mobile İlham Əliyevin qızlarına məxsus imiş (http://ria.az/iqtisadiyyat/13926.html)

İlğım
23.08.2011, 15:50
NAR Mobile İlham Əliyevin qızlarına məxsus imiş (http://ria.az/iqtisadiyyat/13926.html)

bu aralar limitsizdi. Yaxşıdı məncə

Narchicheyi
23.08.2011, 18:41
NAR Mobile İlham Əliyevin qızlarına məxsus imiş (http://ria.az/iqtisadiyyat/13926.html)

Men de ele bilirdim Nergize aiddir
NAR loqotipi de ordan goturulub.Yani NARA

SAPAND
23.08.2011, 19:20
bu aralar limitsizdi. Yaxşıdı məncə

Mənsə "Bomba" tarifindən razı qaldım . 10 manata 3 saat ölkədaxili , 6 saat şəbəkədaxili .Düzü 1 aya limiti doldura bilmədim . 10 dəqiqəm batdı :)

İlğım
23.08.2011, 19:54
Mənsə "Bomba" tarifindən razı qaldım . 10 manata 3 saat ölkədaxili , 6 saat şəbəkədaxili .Düzü 1 aya limiti doldura bilmədim . 10 dəqiqəm batdı :)

Bu da NARdadıʔ

SAPAND
23.08.2011, 19:59
Bu da NARdadıʔ

Bəli ..
http://narmobile.az/private/campaigns/bomba/

SAPAND
24.08.2011, 19:58
Səhvə yol vermişəm yuxarıda. "Bomba" paketi ilə 5 saat ölkədaxili , 10 Saat şəbəkəiçi danışmaq olar :)

advocat
24.08.2011, 20:23
Azercell.də bir dəqiqə 3 qəpik, mesaj 1 qəpik olandan sonra 10 manatlqı konturu bir aydır bitirə bilmirəm. üstəlik gəncsim .. 10 manatdan hələ 2 manatlıq kontur qalır ..

SAPAND
24.08.2011, 20:39
Azercell.də bir dəqiqə 3 qəpik, mesaj 1 qəpik olandan sonra 10 manatlqı konturu bir aydır bitirə bilmirəm. üstəlik gəncsim .. 10 manatdan hələ 2 manatlıq kontur qalır ..

Hələm yaxın vaxtlarda nömrənin bir operatordan digərinə köçürülməsi tədbiq edildikdən sonra gör nələr olacaq ?:smile

Narchicheyi
24.08.2011, 20:46
Azercell.də bir dəqiqə 3 qəpik, mesaj 1 qəpik olandan sonra 10 manatlqı konturu bir aydır bitirə bilmirəm. üstəlik gəncsim .. 10 manatdan hələ 2 manatlıq kontur qalır ..

BU hansi tarifdir bele?

SAPAND
24.08.2011, 20:53
BU hansi tarifdir bele?

10 manatlıq danışıq kartı ( 5+5 sayılmır , keçərli deyil ) yükləyirsən və aftomatik olaraq bu tarifdə olursan . Ölkədaxili hər tərəfə 3 qəpik , SMS 1 qəpik ..

Narchicheyi
24.08.2011, 21:12
10 manatlıq danışıq kartı ( 5+5 sayılmır , keçərli deyil ) yükləyirsən və aftomatik olaraq bu tarifdə olursan . Ölkədaxili hər tərəfə 3 qəpik , SMS 1 qəpik ..

10 man-ligi 6 ay ishlederem ))

advocat
25.08.2011, 09:45
10 man-ligi 6 ay ishlederem ))

mən əvvəllər 10 manatlığı 5-6 günə işlədirdim indi bir ay gedir ..

Fani
17.09.2011, 10:46
Azərbaycanın mobil abunəçiləri üçün daha bir yeni xidmət təklif oluna bilər. Belə ki, abunəçilər nömrələrin köçürülməsi xidmətindən yararlana biləcəklər. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. (http://www.anspress.com/index.php?a=2&lng=az&nid=117490)

Fani
17.09.2011, 11:55
Bu dəfə şirkət böyük məmnuniyyətlə, fotoşəkil çəkmək həvəskarı olan müştəriləri üçün çox maraqlı “MMS Göndər” Müsabiqəsini elan edir. Mobil telefondan MMS göndərməklə biz adətən yaddaqalan anları öz yaxınlarımızla bölüşürük. Bakcell-in əyləncəli “MMS Göndər” Müsabiqəsində iştirak etməklə abunəçilər öz foto çəkiliş istedadlarını bütün Bakcell ailəsi ilə bölüşəcək, eyni zamanda qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Bunun üçün Sizə sadəcə kameralı mobil telefonunuz lazım olacaq. (http://bakcell.com/az/service/87/mms-contest)

SAPAND
17.09.2011, 18:53
Azərbaycanın mobil abunəçiləri üçün daha bir yeni xidmət təklif oluna bilər. Belə ki, abunəçilər nömrələrin köçürülməsi xidmətindən yararlana biləcəklər. Həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. (http://www.anspress.com/index.php?a=2&lng=az&nid=117490)

Bunun işləmə mexanizmi mənə aydın deyil . Məsələn mənim baksell nömrəmin anoloqunu işlədən digər operatorun istifadəçisi bakselə gələrsə bu necə olacaq ?

Fani
17.09.2011, 22:06
Bunun işləmə mexanizmi mənə aydın deyil . Məsələn mənim baksell nömrəmin anoloqunu işlədən digər operatorun istifadəçisi bakselə gələrsə bu necə olacaq ?

deməli belə google kiçik bir araşdırma apardım və belə nəticəyə gəldim ki əsas məsələ (Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.) bu sitatdan belə aydın olur ki işlətdiyin bakcell nömrəsinin digər mobil operator ilə bağlılığı sənə verilən xüsusi prefikslə müəyyən olunacaq ki buda məs. 055 xxx xx xx olanda həmin nömrə sim 050(051) əvəzinə digər prefiksdən məsələn 052 istifadə oluncaq və təbii ki səndən öncə sənin nömrənin oxşarına bir narahatçılıq qalmayacaq... (MNP - Mobile Number Portability) (MNP - Переносимость мобильного номера) haqda bilmək üçünsə
Как работает "сохранение номера" (mobile number portability) (http://pro-gsm.info/mnp.html) bu məlumatı oxuya bilərsən....

SAPAND
17.09.2011, 22:46

Fani məncə hər halda müəyyən anlaşılmamazlıqlar olacaq . Olsunda . :)

Məncə bundan sonra konkurensiya daha gücdü gedəcək , əgər operatorlar sözü bir yerə qoymasalar .Ən çox itirəndə Azersell olacaq ..

Fani
17.09.2011, 22:51
Fani məncə hər halda müəyyən anlaşılmamazlıqlar olacaq . Olsunda . :)

Məncə bundan sonra konkurensiya daha gücdü gedəcək , əgər operatorlar sözü bir yerə qoymasalar .Ən çox itirəndə Azersell olacaq ..

anlaşılmazlığa gəlincə təbii ki bundan da istifadə edənlər tapılacaq amma başda rabitə nazirliyi olmaqla mobil operatorlar buna da bir macal taparlar.. işbazlar isə.. ehh.. qaldı ki burda kimin daha çox qazanmasına və ya itirməsinə bunu zaman göstərəcək...

SAPAND
28.12.2011, 23:02
Məncə pis "Kompaniya" deyil . Telefon havayı düşür ...:)

http://telefon.az/2012/

tenhaqiz
29.12.2011, 00:22
Məncə pis "Kompaniya" deyil . Telefon havayı düşür ...:)

http://telefon.az/2012/

Əladır ee..Bu aralar bir az kasıbçılıqdır,yoxsa gedib alardım..

Antic_girl
29.12.2011, 07:59
Məncə pis "Kompaniya" deyil . Telefon havayı düşür ...:)

http://telefon.az/2012/

Məncədə pis deyil....

Reportyor
29.12.2011, 08:36
Məncədə pis deyil....

O sənə elə gəlir:p

Antic_girl
29.12.2011, 08:38
O sənə elə gəlir:p

Onda izah elə...

Reportyor
29.12.2011, 08:44
Onda izah elə...

İqtisadçı sənsən, ya mən?:p

Antic_girl
29.12.2011, 08:52
İqtisadçı sənsən, ya mən?:p

Mən :-p

Reportyor
29.12.2011, 08:57
Mən :-p

Onda şirkətin kampaniyadan nə qədər gəlir əldə eitdiyini izah et:p

Antic_girl
29.12.2011, 09:04
Onda şirkətin kampaniyadan nə qədər gəlir əldə eitdiyini izah et:p

Mən demirəm ki, şirkət gəlir əldə etmir. Amma alıcı üçündə pis deyil

Reportyor
29.12.2011, 09:06
Mən demirəm ki, şirkət gəlir əldə etmir. Amma alıcı üçündə pis deyil

Əslində isə Azərcell daha çox gəlir əldə edir. Elə deyil?:)

Antic_girl
29.12.2011, 09:16
Əslində isə Azərcell daha çox gəlir əldə edir. Elə deyil?:)

5 günə satacağı konturu 1 günə satır...

Reportyor
29.12.2011, 09:19
5 günə satacağı konturu 1 günə satır...

Düşünürsən ki, 5 günə bir nəfər 79 manatlıq kontur işlədir?:p

Antic_girl
29.12.2011, 10:21
Düşünürsən ki, 5 günə bir nəfər 79 manatlıq kontur işlədir?:p

Məsəlçün dedimdə. Alan adam telefonu qazanacaq, üstəlikdə 79 manatlıq konturu nə qədər müddət işlədəcək

crown
13.05.2012, 12:00
Manda sim nomra daqiqesi 1qepik gencsim.shebekedaxili 3cu daqiqadan sonra 20daqiqaya qadar pulsuz. Nar mence daha serfelidi. 10manata ayliq olkedaxili 300deqiqe(300sms 300mb). Bunu paket kimi goturmek olur. Tarifiyse kecirirsiz limitsiz sebekedaxili tarifine gundalik 24 qepiye 300deqiqe sebekedaxili danisiq verilir.. Man hardasa ayliq 15-20 manatliq kontr vururam bes elyir

SAPAND
31.07.2012, 21:58

Narın həqiqətəndə yaxşı kompaniyaları olur, özüdə əsasən yay aylarında və məndə bundan nəyi var yararlanıram :boast