PDA

Просмотр полной версии : Meyvə-tərəvəzlərin "+" "-" cəhətləri


Kisss-angel
11.01.2011, 22:04
Salam dostlar...Bəzən yediyimiz meyvə və tərəvəzlərin xeyiriləri və ziyanları haqda olanlara varmırıq..Ürək istədi deyə yeyirik..Gəlin yaxına bildiklərimizlə bölüşək.k.i.sss.

http://s001.radikal.ru/i194/1008/4b/e53b07a9258b.jpg
http://www.chudozelen.ru/wp-content/uploads/2009/03/vegetables.jpg

Buyurun1buy5

Kisss-angel
11.01.2011, 22:16
İlk başlayaq mənim ƏN sevdiyim meyvədən..Gün boyu ən az 2 yeməsəm mən mən olmaram)


http://med-herbal.ru/uploads/aiva.jpg

Heyva soyuqdəyməyə qarşı yaxşı müalicə vasitəsidir. O, büzüşdürücülük, ümumi möhkəmlik, ödqovucu, sidik qovucu, öskürək kəsici, həm də mədə xorasına qarşı antibakterial və antiseptik xüsusiyyətə malikdir.
Müalicə vasitəsi kimi heyvanın meyvələri, yarpağı və toxumları istifadə edilir.
Toxumlarından bəlğəmgətirici, öskürək kəsici, mədə-bağırsaq xəstəlikləri zamanı sakitləşdirici və yumuşaldıcı vasitə kimi istifadə edilir. Uşaqlarda ishal xəstəliyi zamanı heyva toxumlarından hazırlanmış sulu məhlul yaxşı nəticə verir.
Toxum həlimi yaxşı kosmetik vasitədir. O, dərini yumşaldır, həmçinin göz xəstəlikləri zamanı kompres, boğaz ağrıları zamanı qarqara kimi istifadə edilir.
Meyvələri, həmçinin onların cövhəri və ekstraktı qanazlığını aradan qaldırır, ürək döyüntülərini sakitləşdirir, ümumi zəifliyi aradan qaldırır.
Təzə meyvələr vərəm və bronxial astma xəstəliyi üçün faydalıdır. Heyva meyvələrindən alınmış həlim mədə (qastrit) və bağırsaq (ishal) pozuntuları zamanı yaxşı Müalicə vasitəsi hesab edilir.
Heyvanın ətri çox ürəkaçandır. O, əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Peyğəmbər (s) buyurur: “Heyva yeyin və başqalarına hədiyyə edin. Ona görə ki, gözü işıqlandırır, məhəbbəti qəlbə daxil edir və onu hamilə qadınlar yedikdə, uşaq gözəl olur”.

Narchicheyi
11.01.2011, 22:54
Nane medeni bitkidir.Nanenin teze ve qurudulmush yarpaqlari yeyinti senayesinin muxtelif sahelerinde istifade olunur.Nane efir yaginin esas terkib hissesi mentoldur.Bu yagdan Validol,Valokardinve.s kimi bir cox urek dermanlarinin terkibine daxildir.

Faydalari
Hezmi asanlashdirir
Ishtahani acir
Sidikqovucu ve qazqovucudur
Qaraciyer xestelilerine qarshi faydalidir.od ifrazini nizamlayir
Teneffusu asanlashdirir
Strese qarshi faydalidir
Aritmiya ehtimalini azaldir
Ana sudunu artirir
Antiseptik tesire malikdir
Agiz qoxusunu aradan qaldirir
Astma ve bronxit kimi xesteliklerin mualicesine komek edir
ve.s

Kisss-angel
11.01.2011, 23:03
Meyvələrin insana xeyri
Əncir
Əncir gücü artırır. Yüksək qan təzyiqini azaldır.Sümük möhkəmliyini artırır.
Çiyələk
Strese xeyr edir, sakitləşdirici təsiri vardır, siqaret tüstüsünün təsirini azaldır. Siqaret çəkilən bir otaqdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.
Banan
Ürəyə və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır.Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir.
Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur, Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.
Üzüm
Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri təmizləyər.Qara üzüm, qabığı və tumları ilə yeyilərsə hüceyrə yenilənir. Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.
Şaftalı
Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur, həzm sistemini düzgün işləməyinə kömək edir, həzmi asanlaşdırır.Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir.
Alma
Qanı və böyrəkləri təmizləyir, cildə parlaqlıq və gözəllik verir, soyuqdəyməyə və öskürəyə xeyirlidir. Həzm sistemindəki narahatlığa kömək edir, baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır, qandakı şəkəri nəzarətdə saxlayır. Revmatizmaya kömək edir.

Narchicheyi
08.04.2011, 00:38
Nar bizim torpagin en qedim nemetlerinden biridir.NArda hem heyat shiresi ,hem de gunesh qaynarligi var.Narin mualicevi xassesi qedim zamanlardan misirlilere.assuriyalilara,yunanlara ve romalilara melum idi.Hele 4 min il bundan evvel chin alimleri narin qabigindan qurdqovucu vasite kimi istifade edibler.

Narin 300-den cox novu var.Indi respublikamizda guloyshe,balmursel,shahnar,qimizi melez ve s novleri yetishdirilir.

Nar qidanin yaxshi hezm olunmasini temin edir,ishtahani artirir.Zeife quvvet,qan shefa,goze ishiq veren nar xalq arasinda "Can melhemi"adlanir.Narsherab Azerbaycan metbexinde genish istifade olunur hem ishtahartirici,hem de tam verici kimi

Narchicheyi
12.05.2011, 23:42
Badimcanin terkibinde A,B1,B2,B3,B6,C vitaminleri
Kalsium,kalium,demir,natrium,fosfor minerallari var

Faydasi

Esebleri sakitlaeshdirir
Urekde ritm pozgunluqlarina musbet tesir gosterir
Qaraciyer ve boyrekleri guclendirir
Sidik ifrazina komek edir
Ariqladir
Sheker xesteliyi ve anemiyali xestelerin bu bitkiden istifadesi yaxshi haldir

sera
13.05.2011, 00:21
kivi-qrip xesteliyinin dermanidir.

Narchicheyi
13.05.2011, 00:23
kivi-qrip xesteliyinin dermanidir.

Chunki, kivinin terkibinde "c" vit-ni var

tenhaqiz
13.05.2011, 00:27
Mövzunun adı meyvə-tərəvəzlərin müsbət və mənfi cəhətləri...
Mövzuda hamı müsbət cəhətləri qeyd edib.Məgər meyvə-tərəvəzlərin mənfi cəhətləri də var?Əgər varsa yazan olsaydı,yaxşı olardı.Bu haqda heç bir məlumatım yoxdur.

sera
13.05.2011, 00:27
meyvelerden vitamin c menbeyi olanlardan -apelsin,qreyfrut,limon,alcha demek olar. tervezlerden yashil biber. qreyfrut chox tursh hem de bir az aci oldugu uchun bezileri yeye bilmir,amma men chox sevirem qreyfrutu.

tenhaqiz
13.09.2011, 08:55
Çuğundur bildiyimə görə təzyiqi artırır.Qan təzyiqi yüksək olanlar üçün ziyanlı ola bilər,aşağı olanlar üçün isə əksinə...

İlğım
13.09.2011, 08:58
Mənə əncir, badımcan, ərik, şaftalı, sarımsaq olmaz. :(

Narchicheyi
16.10.2011, 13:45
Orqanizmə ən xeyirli qidalardan sayılan almanın ziyanı da var imiş.

"The Daily Mail"ə istinadən verdiyi məlumata görə, alma dişlərə ciddi təhlükə yaradır. Araşdırma göstərib ki, onun dişlərə vurduğu zərər qazlı suyun zərərindən düz 4 dəfə artıqdır: "Mütəmadi olaraq alma yeyən şəxslərin dişlərində problemin yaranma riski digərlərindən 3,7 dəfə artıqdır. Şərab və pivə də dişlərə zərərdir".

İlğım
16.10.2011, 14:39
Orqanizmə ən xeyirli qidalardan sayılan almanın ziyanı da var imiş.

"The Daily Mail"ə istinadən verdiyi məlumata görə, alma dişlərə ciddi təhlükə yaradır. Araşdırma göstərib ki, onun dişlərə vurduğu zərər qazlı suyun zərərindən düz 4 dəfə artıqdır: "Mütəmadi olaraq alma yeyən şəxslərin dişlərində problemin yaranma riski digərlərindən 3,7 dəfə artıqdır. Şərab və pivə də dişlərə zərərdir".

Aa mən ki bunu 8 il əvvəldən bilirdim)) O vaxt çoxlu alma yemıliydim. Həkim demişdi. Mən də dişlərimi korlamasın deyə almanı taraşadan keçirib yeyirdim.

Narchicheyi
16.10.2011, 17:20
Aa mən ki bunu 8 il əvvəldən bilirdim)) O vaxt çoxlu alma yemıliydim. Həkim demişdi. Mən də dişlərimi korlamasın deyə almanı taraşadan keçirib yeyirdim.

tarash edilmish alma dishe ziyan vurmur meger?

Narchicheyi
15.11.2011, 22:27
Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq. Onun başı üstündə balqabaq tağı bitirdik (saffat 145-146 ayə).
Bir çox xroniki degeneratif xəstəliyə, Alzheimerə, erkən yaşlanmağa və xərçəngə qarşı qoruyucudur.

Ayrıca siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riskini bir az azaldır. Lifi bol bir tərəvəzdir. Bağırsaq tənbəlliyinə, Qan şəkərini salıcı xüsusiyyəti olduğu üçün şəkər xəstələri də istifade edə bilər, hətta süni şəkərlə şirini edilib yenilə bilər. Diyet edənlərin balabağı yeməsində qorxu yoxdur; çünki kalorisi olduqca aşağıdir. Minerallar baxımından zəngin olan balgabağıni bir kiçik qab yediyinizdə, bədəndəki A vitamini ehtiyacının yüzdə 25-ini, C vitamini ehtiyacının yüzdə 10-unu qarşılamış olursunuz.

Yüksək nisbətdə kalium ehtiva edir və ürək xəstəliyi riskini azaldıcı antioksidanları saxlayır. İflicə səbəb olan damar setləşməsini önləməyə köməkçi olur. Bədənin infeksiyalarla döyüşməsini təmin edir. Çiy olaraq salatlara rəndələnilib istifada edilə bilən balgabağı, bədəni təmizləyir, sinirləri sakitlashdirir

Balqabaq tumu, mineralların mükəmməl bir qaynağıdır.

İlğım
15.11.2011, 22:47
Balqabaq haqqında bildiyim məlumatı sizinlə də bölüşüm. Çiy balqabaqdan müalicə üçün faydalanmaq istiyirsinizsə gecə saat 12-1 arası sokuna konyak əlavə etməklə için. Günüz vaxti isə balqabağı bişirmək yaxşıdı.

crown
16.11.2011, 02:23
Balqabaq haqqında bildiyim məlumatı sizinlə də bölüşüm. Çiy balqabaqdan müalicə üçün faydalanmaq istiyirsinizsə gecə saat 12-1 arası sokuna konyak əlavə etməklə için. Günüz vaxti isə balqabağı bişirmək yaxşıdı.

xususile ag balqabagi chox xeyrlidi.soyuqdeymenin dermanidi. Qaynadirsan sheker vurub yeyirsen

crown
16.11.2011, 02:25
Bildiyim qederile gun erzinde bir kivi yemek orqanizmin gundelik c vitamini telebatini odeyir.

Fidan
16.11.2011, 10:12
Bildiyim qederile gun erzinde bir kivi yemek orqanizmin gundelik c vitamini telebatini odeyir.

əgər mədədə turşuluq , və ümumiyyətlə kiviyə allergiya yoxdursa kivi musbət təsir edir.

crown
16.11.2011, 23:31
əgər mədədə turşuluq , və ümumiyyətlə kiviyə allergiya yoxdursa kivi musbət təsir edir.

meyveye yaxudda tereveze alergiya olur? Eger olursa bu neden ireli gelir?

Antic_girl
31.07.2012, 08:04
Florida Universitetinin (ABŞ) alimləri hipertoniklər üçün maraqlı olan belə bir qənaətə gəlmişlər ki, qarpız yüksək təzyiqin normallaşmasına və damarların elastikliyinin qorunub saxlanmasına kömək göstərir.

American Journal of Hypertension jurnalının səhifələrində dərc olunmuş yazıda deyilir ki, qarpızda olan təbii ekstraktlar onlardakı yüksəkhəcmli amin turşuları – arginin və tcitrullin sayəsində nəzarət altında təzyiqin aşağı salınması prosesi üçün istifadə oluna bilər.

Tədqiqat zamanı orta yaş dərəcəsindən olan 58 yaşlı 40 könüllü altı həftə qarpız cövhəri və ya platsebo qəbul etmişdir. Müalicə kursu başa çatdıqdan sonra daha iki həftə eksperimentdə iştirak edənlərin səhhəti müşahidə edilmişdir.

Alimlər müəyyən etmişlər ki, cövhər qəbul edən qrupda qan təzyiqinin yuxarı göstəricisi platsebo (boş toz) qəbul edənlərə nisbətən 15,1 və 11,5 bənd aşağı düşmüşdür. Aşağı təzyiq göstəricisi də 7,6 və 7,8 xətt enmişdir.

Tədqiqatçılar bildirirlər ki, yuxarıda göstərilən nəticələr əksəriyyət iştirakçılar üçün hipertoniyanın öhdəsindən gəlməkdə yetərli olmuşdur.
2011-ci ildə Coldiretti kənd təsərrüfatı məhsulları istehsalçılarının aparıcı milli assosiasiyasını təmsil edən İtaliya seleksiyaçıları Romada yeni pomidor növü yetişdirmişlər. Onun qida rasionuna daxil edilməsi qocalma proseslərini ləngidəcək, orqanizm daha sağlam olacaqdır.