PDA

Просмотр полной версии : Mircəfər Bağırov


Nizami63
17.06.2009, 23:10
http://www.azeriart.net/taninmislar/bagirov.jpg

Mən həmişə M.C.Bağırovu Azərbaycan tarixinin ən ünlü simalarından biri kimi qəbul etmişəm və bu gün də edirəm...

Vaxtilə İ.V.Stalin vəfat edərkən aşağıdakı etirafda bulunmuşdu ki, Я знаю, что после моей смерти на мою могилу нанесут кучу мусора. Но ветер истории развеет ее всю, без остатка !

Bu fikri tam əsasla Mir Cəfər Bağırova da aid etmək olar. Onun hakimiyyəti dövründə azərbaycanlı müasir ziyalı ordusu yarandı. 1942 və 1948-ci illərdə iki dəfə azərbaycanlı dörd-beş milyonluq əhalinin Orta Asiyaya sürgün olunmaqdan qurtardı. Müharibə vaxtı cəbhələrdə əsgərlərimizi qırılmaqdan xilas etdi... Bakı metrosu yalnız onun təkidilə və nüfuzuna görə layihələşdirildi. Qeyd edək ki, 1958-60-cı illərdə N.S.Xruşşov Bakı metrosunda işi dayandırmaq istəyirdi. O zaman da buna Nazirlər Sovetinin sədri Sadıq Rəhimov mane olmuşdu. Tarix nə qara parçaya ağ, nə də ağ parçaya qara yamağı qəbul etmir. M.C.Bağırov bütün günahlarıyla bərabər öz məfkurəsinin qatı fanatiki idi. Mühakimə göstərdi, hakimiyyətdə olduğu vaxtlardakı kimi qürurla baş prokuror Rudenko ilə kəllə-kəlləyə gəlirdi. Sınırdı, amma əyilmirdi. Markaryan, Qriqoryan, Borşov miskinliklə dörd əl-ayaq sürünə-sürünə göz yaşı töküb yalvardıqda o, vüqarını itirmirdi, əlini stola bərkdən vura-vura səsini ucaldırdı. Bir həqiqət var ki, M.C.Bağırovun yerində kim otursaydı, ondan on qat artıq olardı söz karyerası üçün...
Böyük oğlunu orduya göndərmişdi. Müharibədə onu üç alman hərbi təyyarəsi onun təyyarəsini qoparmağa götürürlər. Vəziyyətin çıxılmaz olduğunu görəndə təyyarəsini düşmən təyyarələrindən birinə çırpıb məhv edir, özü də məhv olur.

M.C.Bağırovun faciəsi milli təfəkkürün, milli planla əlaqədar iclasında Azneftin Azneftin baş mühəndisi Qurgen Avantanyan azərbaycanlılardan, ruslardan kimin adı çəkilirsə, onları mənfi xarakteristika verib, erməniləri isə tərifləyirmiş. M.C.Bağırov bundan hirslənərək iclasdan sonra onunla danışacağını söyləyir. Qurgen iclasdan çıxan kimi birbaşa aerodroma, oradan da Moskvaya qaçmışdı və bir də Bakıya gəlməmişdir.

Onun bu kimi xidmətlərindən yəqin ki gələcəkdə hələ cox danışacağıq. İndi isə buyurub bu böyük şəxsiyyət insanımız haqqında ilkin olaraq aşağıdakı ilə tanış olun :

Mir Cəfər Bağırov (http://az.wikipedia.org/wiki/Mir_C%C9%99f%C9%99r_Abbas_o%C4%9Flu_Ba%C4%9F%C4%B1 rov)

p.s. Səhifənin hazırlanmasında "SALAM : MİR CƏFƏR BAĞIROV" məqaləsindən tərəfimdən istifadə olunmuşdur...

Nizami63
18.06.2009, 17:36
Bu isə M.C.Bağırovun məhkəmədə SSRİ Baş prokuroru Rudenkonun suallarına cavabıdır:

"Bakıdan qovmuşam... Rədd etdim... Dedim, çıxıb getsin buradan!!!"

Rudenko: - Böyük Sovet Ensiklopediyasının baş redaktoru Suren Şaumyanı nə üçün təhqir etmisiz?

Bağırov: - Bakıdan qovmuşam. Bir dəstə erməni gətirib arxivləri ələk-vələk etmək istəyirdi. Daha doğrusu, Kommunist Partiyası pərdəsi altında daşnakların törətdikləri cinayətlərin izini itirmək, banklardan və evlərdən talan edilib oğurlanan sərvətləri aradan çıxarmaq istəyirdi. Mən də əmr elədim ki, 24 saat ərzində Bakını tərk etsinlər.

Rudenko: - Nizami təntənələrində Marietta Şaginyanı qəbul etməyib, üstəlik niyə təhqir eləmisiniz?

Bağırov: - Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarına göz dikdiyi üçün. Neçə minillik tarixi olan qədim bir milləti təhqir etdiyi üçün. Hələ üstəlik, mənimlə də görüşmək istəyirdi. Rədd etdim. Dedim yedirdin, içirdin, sonra çıxıb getsin buradan (http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=12331)

Drongo
22.06.2009, 08:09
Mənim də Mir Cəfər Bağırovdan bir şəxsiyyət kimi xoşum gəlir. Bircə səhvi: azərbaycanlılara sürgünə göndərmək, güllələtmək olmasaydı tam bir böyük şəxsiyyət hesab edərdim.

Nizami63
22.06.2009, 18:59
Mənim də Mir Cəfər Bağırovdan bir şəxsiyyət kimi xoşum gəlir. Bircə səhvi: azərbaycanlılara sürgünə göndərmək, güllələtmək olmasaydı tam bir böyük şəxsiyyət hesab edərdim.
hörmətli Drongo, onun hakimiyyəti dövründə həbs edilənlər AZƏRBAYCANLI olduqlarına görə məsuliyyətə cəlb olunmayıblar...Həbsə alınan həmin insanlara konkret olaraq ittihamlar irəli sürülüb və istintaqın gedişində bütün bunlar sübuta yetirilib.
Fikir vermisinizsə həmin dövrdə həbs edilmiş insanlar haqqında heç bir arxiv materialı tam şəkildə ictimaiyyatımıza təqdim olunmayıb. Bundan istifadə edən bəzi səbatsız insanlar real faktları oxuculara təqdim etmək əvəzinə sizin kimi gənclərə hansısa bədii ruhda ifadə olunmuş yazılar təqdim edirlər. Bədii ruhda yazılmış yazılarla isə tarixi faktları öyrənmək olmaz.

Reportyor
22.06.2009, 22:57
hörmətli Drongo, onun hakimiyyəti dövründə həbs edilənlər AZƏRBAYCANLI olduqlarına görə məsuliyyətə cəlb olunmayıblar...Həbsə alınan həmin insanlara konkret olaraq ittihamlar irəli sürülüb və istintaqın gedişində bütün bunlar sübuta yetirilib.
Fikir vermisinizsə həmin dövrdə həbs edilmiş insanlar haqqında heç bir arxiv materialı tam şəkildə ictimaiyyatımıza təqdim olunmayıb. Bundan istifadə edən bəzi səbatsız insanlar real faktları oxuculara təqdim etmək əvəzinə sizin kimi gənclərə hansısa bədii ruhda ifadə olunmuş yazılar təqdim edirlər. Bədii ruhda yazılmış yazılarla isə tarixi faktları öyrənmək olmaz.

Nizami müəllim, həmin ittihamlardan misalar çəkə bilərsinizmi?

Drongo
23.06.2009, 09:11
hörmətli Drongo, onun hakimiyyəti dövründə həbs edilənlər AZƏRBAYCANLI olduqlarına görə məsuliyyətə cəlb olunmayıblar...Həbsə alınan həmin insanlara konkret olaraq ittihamlar irəli sürülüb və istintaqın gedişində bütün bunlar sübuta yetirilib.
Fikir vermisinizsə həmin dövrdə həbs edilmiş insanlar haqqında heç bir arxiv materialı tam şəkildə ictimaiyyatımıza təqdim olunmayıb. Bundan istifadə edən bəzi səbatsız insanlar real faktları oxuculara təqdim etmək əvəzinə sizin kimi gənclərə hansısa bədii ruhda ifadə olunmuş yazılar təqdim edirlər. Bədii ruhda yazılmış yazılarla isə tarixi faktları öyrənmək olmaz.
Yox, Nizami müəllim. Mən bildiyimə görə, o, məhkəmə prosesində demişdir ki, mən ətrafımdakı insanlar inandığımdan, onlara etibar etdiyimdən qarşıma qoyduqrı sənədləri imzalayıb onların sürgün ya da edam olunmasına razılaşıb. Hətta bildiyimə görə, onun ətrafındakılar da erməni və ruslardan ibarət olubmuş. Mən onu sadəcə həmin insanlara etibar etməsində, inanmasında qınayardım.

Tarik
23.06.2009, 12:54
Müşfiqin günahı nə idi bəs? O da suç işləmişdi görəsən?

Nizami63
23.06.2009, 19:42
Müşfiqin günahı nə idi bəs? O da suç işləmişdi görəsən?
Mikayıl Müşviq mənim və bütün ail üzvlərimin ən cox sevdiyi şairlərdəndir, bəlkə də 1 -sidir.
Müşfiqin günahı onun istedadında idi. Bu istedadlı insanların ölümünə bais olmuş şəxslər barəsində isə buyuru b buradan tanış ola bilərsiniz. Unutmayın ki, bu günkü dövrümüzün ən görkəmli azərbaycanlılarından olan Çingiz Hüseynovun aşağıda söylədikləri real faktlara əsaslanır :

После смерти Вургуна, копаясь в архиве СП СССР по просьбе Академии наук Азербайджана, готовившей полное собрание сочинений поэта, я наткнулся на ужасающую стенограмму Секретариата ССП. Надо ли об этом? — в который раз спрашиваю себя. Столько лет молчал, не смея обнародовать, а теперь… Но ведь было! Однако боюсь, что не буду понят земляками, бью по, так сказать, патриотизму, кстати, ложно трактуемому. Но как иначе разобраться в трагической судьбе большого поэта? Объяснить раннюю смерть?

Стенограмма от 26 ноября 1937 г.: Отчет Самеда Вургуна, от Азербайджанского ССП. Выступление начинается так: “Получив телеграмму тов. Ставского [В.П., с
1936 г. — генсек СП СССР, в 1937—1941 гг.— главный редактор “Нового мира”] о том, что на очередном заседании президиума Правления ССП ставится мой вопрос [о том, что СП Азербайджана пассивно выявляет врагов народа], я по поручению секретаря ЦК партии Азербайджана тов. Багирова приехал в Москву”. Затем поэт, уже четыре года ответственный секретарь ССП Азербайджана, рассказывает в стилистике того времени, что он вел активную “борьбу с двурушниками, предателями, которые были в ССП Азербайджана и хотели разрушить нашу счастливую жизнь… Нам удалось еще приблизительно за восемь месяцев или за год до выявления у нас врагов органами НКВД разоблачить…”. И тут называется много имен, среди которых выдающийся поэт и драматург Гусейн Джавид — “один из националистов, с которыми мы вели долголетнюю борьбу… Они с трибуны заявляли, что будут перестраиваться, а оказались такими же мерзавцами, какими были раньше. Это (что мы ожидали их перестройки) явилось основной нашей ошибкой, бывшей результатом недостаточной нашей большевистской бдительности… Партия и меня, и мои способности как следует использовала в деле нашей общей борьбы с врагами народа. Враги народа увидели, что партия выращивает новых молодых людей из гущи народа, создает себе новые кадры”.

И о Мюшфике: “У Мишаюка [так в тексте] есть и такие стихотворения, которые воспевают нашу жизнь, но он обманул нас: в этом воспевании нашей жизни у него имеются элементы, которые говорят о его низкой подлой душе и сердце… В один прекрасный день я зашел к тов. Багирову. Я ему изложил свои выводы о деятельности врагов народа и сказал, что азербайджанский рабочий класс и крестьянство преданы нашей партии и не подведут нас, а верхушка интеллигенции Азербайджана оторвана от интересов народа и хочет сорвать нашу работу. Тов. Багиров с присущим ему вниманием и чуткостью слушал меня четыре часа. Очень понравилась ему моя критика, и он сказал: “Ты еще покрепче бей этих людей…” Во время следующей встречи тов. Багиров мне сказал: ”Ты был прав””.

…Было от чего страдать, съедая нутро, выглядеть в пятьдесят глубоким старцем. И — воскликнуть в безысходности, ибо ничего уже не изменить, не поправить: “Поэт, как рано постарел ты!..”. (http://magazines.russ.ru/druzhba/2007/8/gu13.html)

Hesab edirəm ki, hörmətli Reportyor qardaşım yuxarıda göstərdiyim yazıda mənə ünvanladığı suallara cavab tapa biləcəkdir...

p.s. hörmətli Sofiya xanım tərəfindən elə bu forumda Mikayıl Müşfiqin şah əsərlərindən hesab edilən bir şeri yerləşdirilib.

Hamınızdan xahiş edirəm ki, bu şeri dönə-dönə oxuyasınız. Əvvəlcədən hamınıza öz minnətdarlığımı bildirirəm :

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim? (http://forum.ria.az/showthread.php?p=2695)

Nizami63
05.07.2009, 11:55
Tarixi faktları araşdırdıqda bir şeyə əmin olursan ki, Mir Cəfər Bağırov sionist və erməni daşnaklarına qarşı apardığı amansız mübarizəyə görə 1956 - cı ildə güllələnməyə məhkum edilib...
Ermənilər onun hakimiyyəti dövründə necə deyərlər heç "yel" olub yanımızdan keçə bilmirdilər...

Sofiya
05.07.2009, 16:54
Hörmətli Nizami müəllim, indi Müşviq barədə oxuduğum yazı gözümü yaşartdı, o mənimç ən sevdiyim şairlərdən biri olub, vətənini sevən və əyilməyən,o xalqın şairi idi

Nizami63
05.07.2009, 20:59
Ekspress.com.az - ın saytında tanınmış yazıçı-araşdırmaçı Teyyub Qurbanın arxiv materialları əsasında hazırladığı "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?" adlı təhqiqat yazısı dərc edilib. Bu təhqiqat əsərinin sizin böyük marağınıza səbəb olacağına qəti surətdə əminəm. Bu yazını yaxşı olardı ki evinizdəki yaşlı insanları da tanış edəsiniz :

Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. "Ekspress"in ilayrıcındakı sayından başlayaraq tanınmış yazıçı-arışdırmaçı Teyyub Qurbanın bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanması barədə arxiv materiallarına əsaslanan təhqiqatını dərc edirik.
(http://www.express.com.az/second.asp?id=95587)

http://www.express.com.az/search2.asp?swords=Mir+C%26%23601%3Bf%26%23601%3Br in+m%26%23601%3Bhk%26%23601%3Bm%26%23601%3Bsi+nec% 26%23601%3B+haz%26%23305%3Brlanm%26%23305%3B%26%23 351%3Bd%26%23305%3Br%3F&intitle=1&LogOper=1&bolme=&nomern=&day1=1&month1=1&year1=2002&day2=1&month2=12&year2=2010&pagesize=10

SAPAND
05.07.2009, 21:23
Birmənalı şəkildə M.Bağırovun cəllad , qatıl və sairə qəbul edilməsi düzgün deyil.Kim deyə bilərdiki onun yerine hansısa X. X -ov olsaydı bundan yaxşı hərəkət etmış olacaqdı ? Məncə heç kim ....
Ola bilsinki bundan qat-qat faiciəli , bəlkəmdə millətin mövcud olması sual altında olacaqdı.Mənə elə gəlirki Bağırov heç biri yaxşı olmayan yollardan millət üçün ən sərfəlisini seçmışdır .

Kimdənsə eşitdiyim 1 epizod :
Xaricdən alınmış cins buğanın öldüyünü Bağırova xəbər verirlər .(çox baha qiymətə alınmış ) Bunu eşıdən Bağırov maşınına minib ucqar Gədəbəyə sürdürür , ölmüş buğanı torpaqdan qazıb çıxardıb özü buna əmin olur. Yoxsa indiki iqtidarlar kimi xalqın malını çapıb talayanlara qaşın üstə gözündə var demir .Deyədə bilməzlər axı , göz kölgəlidir . M.Bağırovun vaxtında ruşəvət haqında düşünən belə olmayıb.

Nə qədər qeyri adi görünsədə Azərbaycanı indiki vəziyyətdən Bağırov kimi adam çıxara bilər . :confused:

Nizami63
05.07.2009, 21:32
Nə qədər qeyri adi görünsədə Azərbaycanı indiki vəziyyətdən Bağırov kimi adam çıxara bilər . :confused:
tamamilə doğrudur...Azərbaycanı düşdüyü bu bataqlıqdan Mir Cəfər Bağırov kimi insanlar xilas edə bilərlər. O insanlar ki xalqının mənafeyini hər şeydən uca tuta bilir. Rusiyanı bataqlıqdan çıxaran Putin kimi, Türkiyəni bataqlıqdan çıxaran Ərdoğan kimi!

Nizami63
23.07.2009, 22:18
1953-cü il XX əsr Azərbaycan tarixində ən təzadlı təqvim illərindən biridir.

Bu on iki ayın Mir Cəfər Bağırovla bağlı günlərini nəzərdən keçirək.

1953-cü il mart ayının 5-də Sov. İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin və SSRİ Nazirlər Sovetinin birgə iclasında Mir Cəfər Bağırov Sov. İKP MK Rəyasət Heyəti üzvlüyünə namizəd seçildi. Azərbaycanda Sovet hakimiyyəti dövründə ilk dəfə idi ki, onun rəhbəri ən yüksək partiya zirvəsində qərar tuturdu. İndiyədək ali partiya səviyyəsində Zaqafqaziyanı yalnız bir nəfər - Mikoyan təmsil edirdi. Mir Cəfər Bağırov təkcə Azərbaycanın və Zaqafqaziyanın deyil, SSRİ-dəki müsəlmanlar yaşayan müttəfiq və muxtar respublikaların, İran və Türkiyədəki soydaşlarımızın qüruru idi. Görünür, Xruşşov, Mikoyan və Malenkov elə bu səbəbdən Stalinin ölümündən sonra M.C.Bağırov üçün qədr ağacı əkirdilər. Bu "ağac" bir ildən sonra dar ağacına çevrildi.

1953-cü il aprel ayının 18-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin dördüncü plenumu çağırılmışdı. Plenumun qərarı ilə Mir Cəfər Bağırov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işə keçirilməsi ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibliyindən azad edilmiş, həmin vəzifəyə Mirteymur Mirələkbər oğlu Yaqubov təyin edilmişdi. Plenumun qərarı ilə Mustafayev MK katibi seçilmişdi. 18 aprel 1953-cü il tarixli plenumda həmçinin Azərbaycan KP MK-nın müvafiq şöbə müdirləri təsdiq olunmuşdu. Hacıbaba Şərif oğlu Əfəndiyev partiya, həmkarlar ittifaqları və komsomol orqanları şöbəsinin, Məmməd Salman oğlu İskəndərov təbliğat və təşviqat şöbəsinin, Həsən Məmməd oğlu Həsənov elm və mədəniyyət şöbəsinin, Əli Həbib oğlu Kərimov məktəblər şöbəsinin, Qulam Ələkbər oğlu Həsənzadə sənaye-nəqliyyat şöbəsinin, Şirəli Zaman oğlu Əliyev neft şöbəsinin, Yevgeniya Alekseyevna Kremlyova kənd təsərrüfatı şöbəsinin (Azərbaycanın indiki Cəlilabad rayonunda doğulmuş, səriştəli kənd təsərrüfatı mütəxəssisi azərbaycancanı mükəmməl bilirdi - T.Q.), Xəlil Məmməd oğlu Məmmədov inzibati, maliyyə və ticarət orqanları şöbəsinin, Çimnaz Əbdüləli qızı Aslanova qadınlarla iş üzrə şöbənin müdirləri təsdiq edilmişdi.
Mir Cəfər Bağırovun plenumdakı çıxışından bəlli olur ki, Kreml məmurları Azərbaycan MK-da ayrıca neft şöbəsinin yaradılmasının əleyhinə olmuşlar. Ancaq respublika rəhbəri inadından dönməmişdir. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində M.C.Bağırovun bu barədə dediklərinin stenoqramı saxlanılır. Diqqət yetirin: "Son günlərədək Moskvadan, Mərkəzi aparatdan zəng vurub deyirdilər ki, müstəqil neft şöbəsinin saxlanılmasına lüzum yoxdur. Mən bununla qətiyyən razılaşmadım, anlatmağa çalışdım ki, Azərbaycan üçün neft hər şey deməkdir. Neft respublikamızın iqtisadiyyatının əsasıdır. Quruda da, dənizdə də neft çıxarırıq. Buna görə də digər müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda hökumətlə birlikdə partiya təşkilatı da bu mühüm sahə ilə gündəlik məşğul olmalıdır. Neftimiz varsa, neft şöbəmiz də olmalıdır".
1953-cü il aprelin 18-də Azərbaycan SSR Ali Sovetinin dördüncü çağrış üçüncü sessiyasında Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.C.Bağırov yeni hökumətin tərkibini deputatların müzakirəsinə təqdim edir. Hökumətin tərkibində bilavasitə Kremlin nomenklaturasında olan Daxili İşlər və Dövlət Nəzarəti nazirlərindən başqa bütün nazirlər azərbaycanlıdır. M.C.Bağırovun hökuməti aşağıdakılardan ibarətdi:

TEYMUR QULİYEV - Sədrin birinci müavini
MEHBALI ƏMİRASLANOV - Sədr müavini
İLYAS AHBDULLAYEV - Kənd təsərrüfatı və tədarük naziri
MƏMMƏD ƏLƏKBƏROV - Mədəniyyət naziri
NURULLA AĞAYEV - Yüngül və yeyinti sənaye naziri
HADI DADAŞOV - Tikinti materialları sənayesi naziri
SALAM AYDINBƏYOV - Ticarət naziri
SƏFƏR ƏLİMMƏDOV - Ədliyyə naziri
HYSEYN İSKƏNDƏROV - Avtomobil sənayesi naziri
MEHDİ MEHDİZADƏ - Maarif naziri
SADIQ RƏHİMOV - Kommunal təsərrüfatı və mənzil-mülki tikinti naziri
CƏMALƏDDİN MAQOMAYEV - Yerli sənaye naziri
ZYLEYXA SEYİDMƏMMƏDOVA - Sosial təminat naziri
MİRHƏSƏN SEYİDOV - Dövlət plan komissiyasının sədri.

Bu hökumət vur-tut üç ay fəaliyyət göstərə bilir. 1953-cü il iyulun 12-13-də Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş altıncı plenumunda Hökumət üzvlərinin bir hissəsi M.C.Bağırovun qəsdinə durdu, bir hissəsi ağzına su alıb toxdadı, bir neçəsi isə rəhbəri müdafiə etməyə cəhd göstərdi.

Plenumun qərarı ilə M.C.Bağırov "partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində böyük siyasi səhvlər buraxdığına görə" Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən və Azərbaycan KP MK bürosunun tərkibindən çıxarıldı. Azərbaycanın "milli hökumət" qurucusu Kuybışev neft idarəsi rəisinin müavini vəzifəsində işləməyə göndərildi.

Mir Cəfər Bağırovdan və onun yaxın silahdaşlarından 1954-1955-ci illərdə quraşdırılmış imzasız məktublar əsasında "yalançı şahidlərin" ifadələri istintaq materiallarına "müttəhim Bağırovun cinayətkar keçmişi barədə" və "əks-inqilabi ünsürlərin məsuliyyətdən kənarlaşdırılması" başlıqları ilə daxil edilmişdi.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində Mir Cəfər Bağırovun sədaqətli silahdaşlarından biri olmuş Mehbalı Firudin oğlu Əmiraslanov barədə 1954-cü il mart ayının 15-də Moskvadan Azərbaycan KP MK-nın birinci katibi İ.D.Mustafayevə göndərilmiş məktub saxlanılır. Burada oxuyuruq: "Azərbaycan SSR Nazirlər Soveti sədrinin keçmiş müavini Əmiraslanovun atası Qubadlı bəylərindəndir. Qardaş və bacıları Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra İrana qaçmışlar. Əmiraslanovun qohumu Xosrov Sultanov çar ordusu generalı, Dağlıq Qarabağın qubernatoru, müsavat hökumətinin üzvü olmuş, Türkiyəyə qaçmışdır. Əmiraslanov müharibə illərində İranda möhtəkirlik etmişdir".

2007-ci ildə "Yurd" nəşriyyatı tərəfindən buraxılmış "Yaddaşlarda yaşayan ömür" kitabında (müəllifi qələm dostum, bağırovşünas alim Hüsü İsmayıloğludur) həqiqətən Əmiraslanovun əmisi oğlu Xosrov bəyin və onun qardaşı Sultan bəyin Mir Cəfər Bağırov tərəfindən himayə edilməsinə dair tutarlı faktlar gətirilir.
1953-cü ildə M.C.Bağırovun başçılıq etdiyi hökumətdə sədr müavini işləmiş Mehbalı Əmiraslanov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində ilk hərbi nazir Xosrov bəyin nəslindən idi. Kitabda oxuyuruq: "Müsavat hökumətinin naziri olan Xosrov bəy Sultanov Bayıl həbsxanasından necə xilas olub, Sultan bəyin o boyda mal-qarası, varidatı necə olub ki, ölkə sərhəddini adlayıb, özü də itkisiz! Bu işlərə cavabdeh kim idi?! Əlbəttə, M.C.Bağırov, sinfi düşmənlərə qarşı mübarizə aparan idarənin başçısı! Burada bir məsələyə işıq salmaq yerinə düşər, onda M.C.Bağırovun da fəaliyyətinin gizli izləri aydınlaşar. Məlumdur ki, Məhəmməd Əmin Rəsulzadəni Bayıl həbsxanasından şəxsən Stalin azad edib, Moskvaya aparıb, orada onu evlə və işlə təmin edib. Bunu M.Z.Rəsulzadənin Stalin haqqında xatirələri də təsdiq edir. İkinci belə bir xoşbəxtliyə nəsib olan Xosrov bəy Sultanovdur. O vaxtlar Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Nəriman Nərimanov respublika inqilab komitəsinin sədri idi. O, Xosrovla birlikdə Odessada həkimlik ixtisasına yiyələnmişdi, olduqca yaxın dost olmuşlar. M.C.Bağırovu da Fövqəladə Komissiyanın sədri təyin edən N.Nərimanovdur.

Xosrov Sultanovun güclü rejimdə saxlanılan həbsxanadan qəfildən yox olması çox şey deyir. Yaşlı nəslin nümayəndələrindən dəfələrə eşitmişəm ki, onun azad olması barədə N.Nərimanova ağız açılanda o, qısaca olaraq: "onu aradan çıxarın, ancaq mənim xəbərim yoxdur" - demişdir. Heç şübhə yoxdur ki, M.C.Bağırov belə bir məxfilikdən xəbərsiz olsun. Bu mümkün deyil. Çünki bu qəbildən olan işlərin kələfi son anda onun əlində idi".

Araşdırmalar göstərir ki, Mir Cəfər Bağırov 25 yaşında ikən, 1921-ci il aprelin 20-də Azərbaycan Fövqəladə Komissiyasının sədri vəzifəsində çalışdığı vaxtdan ta 1956-cı ilin mayın 17-də son nəfəsinədək kələfin ucunu itirməmişdir: milli dəyərləri bolşevizmə qurban verməmişdir!

Teyyub QURBAN

SAPAND
23.07.2009, 22:39
Hökumətin tərkibində bilavasitə Kremlin nomenklaturasında olan Daxili İşlər və Dövlət Nəzarəti nazirlərindən başqa bütün nazirlər azərbaycanlıdır. M.C.Bağırovun hökuməti aşağıdakılardan ibarətdi:

TEYMUR QULİYEV - Sədrin birinci müavini
MEHBALI ƏMİRASLANOV - Sədr müavini
İLYAS AHBDULLAYEV - Kənd təsərrüfatı və tədarük naziri
MƏMMƏD ƏLƏKBƏROV - Mədəniyyət naziri
NURULLA AĞAYEV - Yüngül və yeyinti sənaye naziri
HADI DADAŞOV - Tikinti materialları sənayesi naziri
SALAM AYDINBƏYOV - Ticarət naziri
SƏFƏR ƏLİMMƏDOV - Ədliyyə naziri
HYSEYN İSKƏNDƏROV - Avtomobil sənayesi naziri
MEHDİ MEHDİZADƏ - Maarif naziri
SADIQ RƏHİMOV - Kommunal təsərrüfatı və mənzil-mülki tikinti naziri
CƏMALƏDDİN MAQOMAYEV - Yerli sənaye naziri
ZYLEYXA SEYİDMƏMMƏDOVA - Sosial təminat naziri
MİRHƏSƏN SEYİDOV - Dövlət plan komissiyasının sədri.

Maraglı faktdı.
Hardasa eşıtmişəmki o vaxtı ermənilər Bağırovun qorxusundan "siçan deşiyi" axtarırlarmış girməyə :)

Attila
01.09.2009, 20:21
Hee Bagirov dogurdan da Azerbaycanin tarixi simalarindan biridir.

İlğım
14.12.2009, 23:15
Mənim də Mir Cəfər Bağırovdan bir şəxsiyyət kimi xoşum gəlir. Bircə səhvi: azərbaycanlılara sürgünə göndərmək, güllələtmək olmasaydı tam bir böyük şəxsiyyət hesab edərdim.

BUhardan cixdi... bu qeder de olmazda .....

İlğım
15.12.2009, 00:10
nizami muellim Bagirovun cenubi ve shimali azerbaycani birleshdirmek ucun gosterdiyi fealiyyetinden yazin. babami pisheverinin yaninda saxlatmishdi keshfiyatci kimi. kqb ishcisiydi o. nese olmalidi bu haqda.

Nizami63
15.12.2009, 21:02
nizami muellim Bagirovun cenubi ve shimali azerbaycani birleshdirmek ucun gosterdiyi fealiyyetinden yazin. babami pisheverinin yaninda saxlatmishdi keshfiyatci kimi. kqb ishcisiydi o. nese olmalidi bu haqda.
Stalin və Mir Cəfər Bağırov mövcud şəraitdən istifadə edərək bu ideyanı gerçəkləşdirməyə çox səy göstəriblər. Təəssüf ki ABŞ və Böyük Brianiyanın 1943 - cü ildə Tehranda baş tutan konfransda SSRİ - yə zorla qəbul etdirdikləri bəyamnaməyə əsasən müharibədən sonra SSRİ iran ərazisindən qoşunlarını çıxartmaq məcburiyyətində qalmışdı...

Şahidlərin nəql etdiyinə görə Mir Cəfər Bağırov bundan bərk qəzəblənərək Stalinlə ixtilafa girmişdi. Ancaq Stalinin " mənim ölkəm ABŞ və İngiltərə ilə müharibə apara bilməz " etirafından sonra Mir Cəfər Bağırov bu reallıqla barışmağa razı qalmaq məcburiyyətində qalmışdı...

ТЕГЕРАНСКАЯ КОНФЕРЕНЦИЯ

28 ноября – 1 декабря 1943 г.

ДЕКЛАРАЦИЯ ТРЕХ ДЕРЖАВ ОБ ИРАНЕ (http://grachev62.narod.ru/stalin/confer/chapt12.htm)

macerayi seven adam
15.03.2010, 18:52
mir cefer bagirov masson olub.hetta masonlarla bagli yazilan kitablarda da onun adini gormek mumkundur( avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik)

macerayi seven adam
15.03.2010, 22:36
Manba gostere bilersiz, cenab professor? duzu, cox maraqli informasiyadir.
dedim axi
avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik

SAPAND
15.03.2010, 22:50
dedim axi
avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik
macerayi seven adam yəni uşaqlar maraqlanırlarki dəqiq kitab adı və ya heç olmasa link verə bilərsizmi ?
Şəxsən mənim üçündə maraqlı olardı .:)
Stalin haqda təbiiki yazmışlar qərblilər , Bağırov haqda isə info əsasən şifahi xalq ədəbiyyatındada və ya "Perestoroyka" dövründən sonra yazılmış kitablarda yayılmışdır ...

macerayi seven adam
15.03.2010, 23:11
macerayi seven adam yəni uşaqlar maraqlanırlarki dəqiq kitab adı və ya heç olmasa link verə bilərsizmi ?
Şəxsən mənim üçündə maraqlı olardı .:)
Stalin haqda təbiiki yazmışlar qərblilər , Bağırov haqda isə info əsasən şifahi xalq ədəbiyyatındada və ya "Perestoroyka" dövründən sonra yazılmış kitablarda yayılmışdır ...

a sapand cavan adamsan otur axtar tap.sne link axtaracaq qeder hevesli deyilem .;) amma diqqetli ol axtaranda.bezi saytlar millet eleyhine yazir.tesirine dusmeyesen. :)

İlğım
16.03.2010, 01:12
dedim axi
avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik

O sıralarda Stalinin Marksın adın görsəz inanarsız?

İlğım
16.03.2010, 16:20
karl marksin masson olmasi ile bagli avropa yazicilarinda fikir ayriligi movcuddur.
bunun haqqinda deqiq deyebilmerem.


stalin ise xeyr.
Saxta muxalifet sosializm movzusuna baxin. Ve stalinin olumu rus sefirliyinin partladilmasi bunlarida stalinin mossonlara xeyanet etmesiyle bagliyirlar. Mikoyanin ise yehudilere ishlediyin stalin bilirdi

macerayi seven adam
16.03.2010, 17:23
Saxta muxalifet sosializm movzusuna baxin. Ve stalinin olumu rus sefirliyinin partladilmasi bunlarida stalinin mossonlara xeyanet etmesiyle bagliyirlar. Mikoyanin ise yehudilere ishlediyin stalin bilirdi


bu terz ferziyeler tarix boyu yaniltma xarakterli olmusdur.

İlğım
16.03.2010, 18:35
bu terz ferziyeler tarix boyu yaniltma xarakterli olmusdur.
Ola biler. Eyni ile Mircefer Bagirov haqqinda oxudugunuz kimi.

macerayi seven adam
16.03.2010, 18:52
Ola biler. Eyni ile Mircefer Bagirov haqqinda oxudugunuz kimi.

avropali yazicilarin ekseriyetinin mircefer bagirovda ne maragi olabilerdi? biri yazsa idi siz dediyiniz duz olardi amma bir necesi(bildiyim qederiyle 8 mason tarixi kitabinda)

stalin ise mircefer bagirov kimi tekce azerbaycanin taleyini deyil duyanin taleyini helletmekde ehemiyetli bir rol oynamisdi(menfi me ya musbet) buna gore de onun adi heryerde cekilirdi.bu da tarixin deyisilmez qanunudur.guclu insan butun sahelerde qeleme alinir.

İlğım
17.03.2010, 01:23
avropali yazicilarin ekseriyetinin mircefer bagirovda ne maragi olabilerdi? biri yazsa idi siz dediyiniz duz olardi amma bir necesi(bildiyim qederiyle 8 mason tarixi kitabinda)

stalin ise mircefer bagirov kimi tekce azerbaycanin taleyini deyil duyanin taleyini helletmekde ehemiyetli bir rol oynamisdi(menfi me ya musbet) buna gore de onun adi heryerde cekilirdi.bu da tarixin deyisilmez qanunudur.guclu insan butun sahelerde qeleme alinir.

Mircəfər Bağırovun əvvəl menşeviklərin cekisti oldugun oxumusham hardasa. olabiler buna gore belə yazılır. Amma o da cox Stalin qədər agıllı olub prosto Stalın qədər xəyanətkar olmayıb (Leninə xəyanətin nəzərdə tuturam)

SAPAND
17.03.2010, 01:37
Mircəfər Bağırovun əvvəl menşeviklərin cekisti oldugun oxumusham hardasa. olabiler buna gore belə yazılır. Amma o da cox Stalin qədər agıllı olub prosto Stalın qədər xəyanətkar olmayıb (Leninə xəyanətin nəzərdə tuturam)

İsa Hüseynovun (Muganna ) "İdeal " kitabında bu haqda nələrsə var ..Bağırovu nəzərdə tuturam ...

İlğım
26.04.2010, 23:36
http://www.azadliq.org/audio/audio/162950.html

Mircəfər Bağırovun məhkəməsi haqqında

Nizami63
23.05.2010, 20:54
Mircəfər Bağırovun əvvəl menşeviklərin cekisti oldugun oxumusham hardasa. olabiler buna gore belə yazılır. Amma o da cox Stalin qədər agıllı olub prosto Stalın qədər xəyanətkar olmayıb (Leninə xəyanətin nəzərdə tuturam)
siz xəyanət deyəndə nəyi qəbul etmisiniz?

İlğım
23.05.2010, 22:25
siz xəyanət deyəndə nəyi qəbul etmisiniz?
Leninin mektublarını məhv etməməsini

Nizami63
24.05.2010, 00:46
Leninin mektublarını məhv etməməsini
Stalinin əleydararı isə məktubla bağlı onu başqa şeydə günahlandırırlar...Nə isə. Ancaq bir nüansı istəyirəm sizin nəzərinizə çatdırım ki, bu məsələnin mahiyyətindən asılı olmayaraq onu xəyanət kimi qəbul etmək heç bir halda düzgün deyildir.
Stalin inqilabın ilk illərindən nümayiş etdirmişdi ki, onun inqiabın məqsədlərinə çatmaq üçün öz platforması var...Bu platformanı da həyata keçirmək üçün ona Mir Cəfər Bağırov kimi ictimai mənafeyi şəxsi mənafedən üstün tutan kadrlar lazım idi...

Nizami63
25.05.2010, 18:50
Azərbaycan Kommunist Partiyasının 1953-cü ildə Xalq düşməni kimi güllələnmiş birinci katibi Mircəfər Bağırov haqqında hökmə yenidən baxılmalı və hökm dəyişdirilməlidir.

Bu tövsiyə ilə tarix elmləri doktoru, hüquq müdafiəçisi Eldar Zeynalov çıxış edib.

Onun sözlərinə görə, Mircəfər Bağırova təqdim olunan ittihamnamədə onun eləmədiyi bir çox bəndlər üzrə ittihamlar var.

“Mənim yaxın qohumlarım 37-ci illərdə repressiyalarının qurbanı olublar. Amma Mirəcəfər Bağırovun işini tədqiq edəndə gördüm ki, onu günahsız adamları repressiyalara məruz qoymadan çox xəfiyyəcilikdə, ingilis kəşfiyyatına işləməkdə günalhlandırıblar. Halbuki onun bununla bağlı günahı məhkəmə gedişində öz sübutunu tapmayıb. Mən demirəm ki, Mircəfər Bağırovu güllələməyə əsas yox idi. Sadəcə demək istəyiərm ki, bu hökm göydən götürülən faktlar əsasında çıxarılıb”, - deyir Eldar Zeynalov.

Tarixçi həmçinin bildirir ki, məsələn Mircəfər Bağırovu Azərbaycan Demokratik Respublikasında çalışmaqda günahlandırıblar. Amma əslində bu səbəbdən Mircəfər Bağırov ADR fəallarını repressiyalardan uzun müddət qoruya bilib. Bu da indi onun işində yüngülləşdirici hal kimi nəzərə alınmalıdır.

“Bəs Mircəfər Bağırovun işinə yenidən baxılması nə verəcək” sualına cavabında isə Eldar Zeynalov bildirdi ki, 37-ci il repressiyalarının qurbanlarının reabilitasiyası onların ailə üzvləri və tarix üçün nə qədər əhəmiyyətli idisə, Mircəfər Bağırovun barəsində çıxarılan ittihamnamənin dəyişdirilməsi də bir o qədər əhəmiyyətlidir.

“Məndə olan məlumata görə, Mircəfər Bağırovun oğlu son illərə qədər Azərbaycanda yaşayıb. Bağırov məhkəməsində deyib ki, xahiş edirəm mənim oğlumla mən represiya olunmuşların övladları ilə rəftar etdiyim kimi rəftar etməyin. Onun oğlu partiyadan xaric edilsə də öldürülməmişdi. Düşünürəm onun ailə üzvləri və tarix üçün bu qərarın böyük əhəmiyyəti olacaq”.

Bəs görəsən bu qərara yenidən baxılması hüququ cəhətdən nə dərəcədə mümkündür. Hüquqşünas Bəhruz Quliyevin sözlərinə görə, bu işə yalnız o zaman baxmaq olar ki, o zaman istintaqa bəlli olmayan və yaxud obyektiv səbəblər üzündən açıqlanmayan faktlar indi ortaya qoyulsun.

Hüqüqşünas həmçinin bu məsələnin araşdırılmasının Azərbaycan hökumətinin siyasi iradəsindən asılı olduğunu da əlavə etdi.

Nizami63
25.05.2010, 18:57
M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq “xalq düşməni” kimi tanımaq, əslində tanımamağa bərabərdir. M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan olmuşdur. Məktəbi qurtardıqdan sonra Petrovski (indiki Mahaçqala) şəhərində pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai məktəbdə müdirlik edir. 1917-ci ilə qədərki müddət M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə məlumat yoxdur. 1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının müvəkkili göndərilir.
1920-ci ilin payızında M.C.Bağırov Bakıya qayıdır və Azan diviziyasının hərbi komissarı təyin olunur. Sonralar bir sıra yüksək hərbi-siyasi vəzifələrə irəli çəkilir - ən böyük xidməti isə ondan ibarət olur ki, Azərbaycana milli qoşun hissələri yaratmaq kimi mühüm iş üzərində çalışır. Nəhayət, 1921-ci ilin fevralında o, ÇEKA-nın sədri təyin olunur və on ilə yaxın orada çalışır. 1929-cü ildə İranla sərhəddə başvermiş münaqişə zamanı M.C.Bağırov iranlıları təqib edir, bir nüçə kəndə od vurdurur və bu da beynəlxalq münaqişəyə səbəb olur. M.C.Bağırovu vəzifədən kənar edir və partiyadan çıxardırlar. M.C.Bağırov Moskvaya gedib birbaşa Stalinlə görüşür. Stalin onu partiyaya bərpa edib onu Zaqafqaziyaya Su təsərrüfatı İdarəsinin rəisi təyin edir. M.C.Bağırov 1932-ci ildə ÜİK (b) P MK-yanında marksizim-leninizm kursunu bitirdikdən sonra əvvəlcə bir müddət ÜİK (b) P MK-nın məsul təlimatçısı işləmiş, həmin ilin axırlarında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin olunmuşdur. 1933-cü ildə M.C.Bağırov “ən yüksək posta” yiyələnir – Azərbaycan K (b) P MK və BK-nın birinci katibi seçilir. Onun ideya-mənəvi siması bu vaxta qədər formalaşmışdı: İnandığı həqiqəti nəyin gücünə olursa-olsun müdafiə etmək, yaşadıb inkişaf etdirmək!... M.C.Bağırov Lenin ordeni, 2 Qırmızı Bayraq ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. 1922-ci ildə Cəfər Cabbarlı şəxsən kameraya gedib onu azad edir, eynilə əziz Şərifi də.
M.C.Bağırov o ictimai-siyasi iqlimin məhsulu idi. Onun yerində başqası olsaydı, fəlakətimiz daha dəhşətli ola da bilərdi. M.C.Bağırov adı bizim günlərdə təəssüf ki, ancaq mənfi emosiya doğurur – bu isə nəinki kütləvi təfəkkürü, hətta professional idrakın özünün də M.C.Bağırov fenomenini obyektiv öyrənməsinə mane olur. Əgər 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində M.C.Bağırovun özü azacıq imkan yaratsaydı, poeziyamızın da, nəsrimizin də, yəqin ki, əsas “ilham mənbəyi” olacaqdır... Mir Cəfər Bağırov heç zaman yerlipərəstlik, qohumbazlıq kimi xırdaçılığa, cılızlığa enməmişdir.

Nizami63
17.11.2010, 00:29
xalq şairi V.Səmədoğlu nəql edir ki, 1951-ci ildə mən 1 günümü Mircəfər Bağırovla keçirmişəm. Cıdır meydanında, hökumət tirbunasında məni gördü. Soruşdu ki, tı çey, yəni kimin oğlusan. Dedim ki, Səməd Vurğunun oğlu. Bir az oturdu, sonra mənə dönüb Ey, Samed Vurquna, idi suda dedi. Yanına gəldim. Dedi ki, poexali na futbol. Bu futbola görə çox sevindim. Ona görə yox ki, Mircəfər Bağırovla futbola gedirəm. Ona görə ki, təzəcə Bakıya 001 nömrəsiylə bir Zim maşın gəlmişdi, o da Mircəfər Bağırovda idi.

Zim maşınında özü arxada, mən qabaqda oturdum. Oradan gəldik futbola. Keçmiş İnturist mehmanxanasının, indi də yerində Hilton tikiblər, həmin yerdə stadion vardı. Neftyannik, o zaman Neftçi adlanmırdı, hansısa komanda ilə onayırdı. Necə mən Mircəfər Bağırovla tirbunaya gəldim, hamı ayağa qalxır, mən də onun yanında bir gedirəm ki!.. Dünya ayağımın altındadır. Futbolda bir az oturduq, Mircəfər Bağırov yenə darıxdı. Dedi ki, poexali, postrelyaem. Oturtdu məni Zimə. İndi Avropa mehmanxanasının yerində də ovçular üçün atıcılıq stendi vardı, ora gəldik. Bir az orada atdıq. Sonra yemək gətirdilər.

Bax burada mən həyatımın ən ağır xatirəsini danışmaq istəyirəm. Yeməyi gətirdilər. Mircəfər Bağırov mənə dedi ki, araq içirsən? Dedim ki, yox, Mircəfər baba. Dedi ki, içəcəksən, başından yekə danışma, atan içir, dayın Ağabəy küpünə girir. Yeri gəlmişkən, vaxtilə dayım Ağabəylə Mircəfər Bağırov Həştərxanda bir yerdə olublar. Səməd Vurğunun tutulmamasında da deyirdilər ki, Ağabəy dayımın dostu olması rol oynayıb.

Orada barının qabağında dəmir torlarla hörmüşdülər, bir qəfəs yaratmışdılar, o qəfəsin də içərisində bir qaban, erkək çöl donuzu vardı. Mən zooparkda, ovda qaban görmüşəm, neçə dəfə vurmuşam. Amma mən həyatımda elə nəhəng qaban görməmişəm. Bunun dişləri elə bil ki, kəl buynuzu idi, 300 kiloqramdan az gəlməzdi. Mircəfər Bağırov qabanı göstərərək dedi ki, onu görürsən. Dedim ki, hə. Dedi, o qabanı azı 100 adam tutub, üstünə gedərək təkləyiblər, məni də elə görmək istəyənlər var. Dedi ki, ya toje kaban dlya etix
.
Sonra 1956-cı ildə, o zaman atam yataqdan qalxa bilmirdi, Mircəfər Bağırovun məhkəməsi başlandı. Mirzə İbrahimov Ali Sovetin Rəyasət Heyətinin sədri idi. O və İmam Mustafayev icazə verdilər ki, mən bütün məhkəmə iclaslarında iştirak edim və yazılı qeydlər aparım. Yalnız mənə icazə verdilər ki, məhkəmədən sonra gəlib atama danışa bilim. Mircəfər Bağırovun məhkəməsi indiki Şəhriyar klubunda keçirilirdi. Nürnberqdə SSRİ-nin nümayəndəsi, prokuror Rudenko onun məhkəməsini aparırdı. Birinci məhkəmədə Mircəfər Bağırovu çıxardılar, mənim yadıma qaban düşdü. 16-17 yaşlarında idim, gözlərim yaşardı. Bir-iki adam mənə baxdı ki, niyə ağlayır. Bunu görən Möhsin Poladov dedi ki, onun atası Səməd Vurğuna zülümlər verib, ona görə uşaq kövrəlir. Amma mən ona görə kövrəlməmişdim. Ancaq bunu da demək olmazdı. Möhsin Poladov məni aradan çıxarmaq istədi ki, söz gəlməsin

Nizami63
20.11.2010, 14:39
O, Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib (http://www.lent.az/news.php?id=18158)

SAPAND
10.05.2011, 22:57
письмо гвардии старшего лейтенанта багирова владимира своему отцу – первому секретарю цк компартии азербайджана мирджафару багирову:

"дорогой папа!

вот уже два с половиной месяца как я нахожусь не на своем месте, кушаю даром хлеб, который сейчас так дорог, сижу когда родина в опасности, когда тысяча ее сынов сражаются на фронтах отечественной войны, не щадя не своей жизни и крови.

а я тем более должен быть там, где самый жаркий бой, потому что я твой сын, сын нашей родины, нашей партии.

если бы ты знал, как мне стыдно смотреть людям в глаза, что я молодой, здоровый и сижу в тылу.

прощу тебя, ускори мой отьезд на фронт, согласен воевать на чем угодно, не нужно мне их прославленных самолетов, которых жду уже два с половиной меяца, согласен лететь даже на у-2 и буду воевать, не буду без дела.

еще неделю могу потерпеть, а потом еду в первую же часть, какую встречу и на фронт.

жду с нетерпением отправки на фронт и докажу, что твой сын достоин своего отца и родины.

целую крепко. твой владимир. 4.2.43".

когда владимир (джахангир) багиров написал эти строки, он находился в госпитале после ранения. врачи не разрешали ему отправиться на фронт. но он действительно ушел и погиб через 4 мес.

он родился в 1919 году. выпускник бакинского аэроклуба 1938г. прошел обучение в ейской военно-морской летной школе и ташкентском военном училище.

в войну вступил в звании лейтенанта ввс (согласно данным цамо, призван астраханским рвк, по месту рождения), летчик-истребитель. сражался под москвой. в 1942г. в воздушном бою под серпуховом был ранен.

после излечения в госпитале, воевал в составе 40-го гвардейского истребительного авиаполка (воронежский фронт).

5 июня 1943г. в неравном бою с немецкими летчиками, отражая налет на аэродром вблизи города обоянь, сбил один из самолетов противника. второй вражеский самолет, багиров уничтожил таранным ударом и погиб (оба самолета сгорели в воздухе).

похоронен в баку.

указом верховного совета ссср от 11.06.43г. награжден орденом ленина посмертно.

Muhacir
15.05.2011, 20:41
Mir Cəfər Bağırov heç zaman yerlipərəstlik, qohumbazlıq kimi xırdaçılığa, cılızlığa enməmişdir.

Bəli doğrudur.

Muhacir
15.05.2011, 20:44
mir cefer bagirov masson olub.hetta masonlarla bagli yazilan kitablarda da onun adini gormek mumkundur( avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik)

Sizə görə onun mason olması nəyi dəyişir?Ateistlər üçün masonlar nə deməkdir?
Mason olmağa gəldikdə Marx başda olmaqla kommunistlərin çoxunun mason olması daha həqiqətdir.

SAPAND
15.05.2011, 20:49
mir cefer bagirov masson olub.hetta masonlarla bagli yazilan kitablarda da onun adini gormek mumkundur( avropa ve amerika yazicilari terefinden qeleme alinan masonlarin tarixi adli coxcildli kitablarda mir cefer bagirovun mason siralarinda adina cox rast gelirik)

Avropalı və amerkanlar onun haqda nəsə müsbət yazmazdılar əlbətki . :)
Onları əsasən sovet disidentləri maraqlandırırdı ...

Nizami63
05.01.2012, 21:29
Mircəfər Bağırovun əvvəl menşeviklərin cekisti oldugun oxumusham hardasa. olabiler buna gore belə yazılır. Amma o da cox Stalin qədər agıllı olub prosto Stalın qədər xəyanətkar olmayıb (Leninə xəyanətin nəzərdə tuturam)
hörmətli İlğım xanım, siyasətdə liderliyə iddia edən hər bir insanın öz siyasi kursu olur...

Zaman sübut etdi ki SSRİ - ni inkişaf etdirmək üçün ən doğru yol Stalinin yoludur, Azərbaycanda isə bu yol Mir Cəfər Bağırovun siyasi kursu idi...

Nizami63
09.04.2012, 21:03
Sizə görə onun mason olması nəyi dəyişir?Ateistlər üçün masonlar nə deməkdir?
Mir Cəfər Bağırov necə ateist olub ki, adlnın başlığında göstərdiyimdən imtina etməyib?

Nizami63
03.05.2012, 17:37
Qubada Mircəfər Bağırovun oğlunun büstü götürülüb...

Böyük Vətən Müharibəsində xüsusi igidlik göstərərək 8 alman təyyarəsini vuraraq şəhid olan Cahangir Bağırovun büstü artıq iki ildir ki, şəhər tarix diyarşünaslıq muzeyinin həyətində atılıb qalıb.
8 alman təyyarəsini vuraraq şəhid olan Cahangir Bağırovun büstü Quba şəhərində 1990-cı ildə şəhərdəki Nizami adına parkın ərazisinə qoyulub. Büstün qoyulmasında şəhər sakinlərinin 3000 manat vəsaiti xərcləndiyini deyən Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli bildirir ki, təxminən iki il öncə parkda yenidənqurma işləri görülərkən büst burdan çıxarılaraq, muzeyin həyətinə atılıb. Onun sözlərinə görə Böyük Vətən Müharibəsində 10-a yaxın alman təyyarəsini susdurmuş Cahangir Bağırovun büstü Quba şəhərində yenidən bərpa olunmalıdır. Əks halda bu tarixi keçmişimizə hörmətsizlikdir.

Cahangir Bağırovun qohumlarından olan Xaçmaz sakini Ağatağı Bağırov da bu fikirdədir ki, müharibədə xüsusi igidlik göstərmiş bu şəxsin büstünün bərpası şəhər sakinləri üçün də vacib şərtdir. Çünki onun kimi qəhrəmanlığı çox nadir adamlar edir.

Quba Mədəniyyət və Turizm Şöbəsindən bildirildi ki, haqqında söhbət gedən büst idarədə qeydiyyatda deyil. Buna baxmayaraq o vəd etdi ki, yeni muzey tikilərkən büst onun ərazisində qoyulacaq.

Böyük Vətən Müharibəsində döyüşlərin qızğın vaxtında yanacağı qurtadığına görə öz təyyarəsini düşmən texnikasına vuraraq həlak olmuş Cahangir Bağırov uzun müddət Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Mircəfər Bağırovun oğludur...

http://www.youtube.com/watch?v=KKhfUdmVVUs&feature=player_embedded#!

Muhacir
03.05.2012, 17:43
Mir Cəfər Bağırov necə ateist olub ki, adlnın başlığında göstərdiyimdən imtina etməyib?

Mən "macerayı seven adam" nikli useri nəzərdə tutmuşam.Adətən onlar biz müsəlmanları masonlardan çox danışmaqda və hər şeyi onların üstünə atmağımızda qınayırlar.

Nizami63
04.05.2012, 22:33
Kamikadze oğulun ata Mir Cəfər Bağırova məktubu...

Əziz ata !

İki ay yarımdır ki, mən öz yerimdə sayır, indi belə qiymətli olan cörəyi yeyirəm. Vətənimiz təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində canını və qanını əsirgəmədiyi bir vaxtda müşahidəci mövqeyindəyəm.

Lakin mən ən şiddətli döyüş yerlərində olmalıyam. Cünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Kaş biləydin, mən adamların gözlərinə baxanda necə xəcalət cəkirəm. Cavan,s ağlam olsamda arxa cəbhədə vaxt kecirirəm. Səndən xahiş edirəm ki, mənim cəbhəyə getmək məsələmin həllini sürətləndirəsən. Mənə onların iki ay yarımdı gözlədiyim şöhrətli təyarələri lazım deyil. Hətta U-2 təyarəsində ucmağa razıyam. Yalnız fəaliyətsizlik, döyüşdən kənarda qalmaq məni sıxır. Bir həftədə dözə bilərəm. Amma bundan sonra döyüşə yollanan hər hansı bir hissəyə qoşulub cəbhəyə gedəcəyəm. Səbirsizliklə cəbhəyə göndəriləcəyim günü gözləyirəm.Sübut edəcəycəyim ki,sənin oğlun sənə və Vətəninə layiqdir…

Cahangir Bağırov 4.2.1943

Qvardiya baş leytenantı Cahangir Bağırov atası, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri olan Mir Cəfər Bağörova bu məktubu yazarkən 24 yaşı vardı...

Məlumat ücün deyək ki, Cahangir Bağırov 1942-ci il Serpuxov ətrafında döyüşlərdə yaralanaraq müalicə ücün arxa cəbhəyə qospitala təxliyə edilmişdir. Cahangir hələ 19 yaşı olanda Hərbi-dəniz təyyarəcilik məktəbini və Daşkənd hərbi piyada məktəblərində oxumuş və alman faşizmi SSRyə hücum edərkən ilk döyüşə göndərilənlərdən olur. C.Bağırov yaralanıb qospitala düşdükdən sonrada boş oturmamış,sağalan kimi təyarəcilik peşəsini dahada təkminləşdirmək ücün Təyarəcilik kursu kecir. Artıq özünü tam sağlam hesab edəndə atasından onun yenidən ön cəbhəyə göndərilməsini xahiş edir. Gənc təyarəci tezliklə döyüşlərin ən qızğın yerinə göndərilir, 1943-cü il iyunun 5-də Cahangir Bağırovunda daxil olduğu qırıcı eskadriliya faşist hava hücumunun qarşısını almaq ücün ucuş əmri alır, şiddətli hava döyüşündə faşistlərin qırıcıları vurularaq məhv edilir, lakin düşmən qırıcılarından birinin zədələnsədə hələ döyüşü davam etdirdiyini görən qızıl şahin faşist qırıcısıyla üz-üzə gəlir, sursatın tükəndiyini görən Cahangir son carə kimi kamikadze döyüşünə gedir və idarə etdiyi qırıcını faşist təyarəsinə cırparaq onu özü ilə birlikdə məhv edir. Bu şücaətinə görə Cahangir Ba]ırova ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilməsi qərarlaşdırılsada Mir Cəfər Bağırovun etirazından sonra Lenin medalıyla təltif olunur. M.C.Bağırov oğlunun fəxri xiyabanda dəfininədə etiraz edir “mənim oğlum kimdən artıqdır,ümumi qardaşlıq qəbristanlığında dəfn edilsin” deyir.

Cahangir Bağırov 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüydü və qəhrəmancasına həlak olmasıyla özünündə dediyi kimi “Vətəninin, Partiyanın” oğlu olduğunu qanıyla, canıyla sübut etdi.

İndi bu məktubun hər sətirini qurğuşun kimi əridib məmur,nazir balalarının qulağına gözlərinə tökmək lazımdır ki, bəlkə kar qulaqları eşidə kor gözləridə görəki

BİZİ VƏTƏN CAĞIRIR !!!

P.S. Bu yazını hazırlayarkən televizya kanallarının birindən eşittim ki Yeni Azərbaycanda klinika fəaliyət göstərir, yeni azərbaycanlılar əməliyyat yolu ilə kişilikdən azad olub qadınlığa mərhaba deyirlər. Cərrah Camal Əzimzadə müsahibəsində bildirir ki, hər kecən gün qadın olmaq istəyən “kişi” müştərilərmizin sayı kəskin artır, qiymətlərsə olduqca ucuzdur… Əlbətdə Avropa Şurası qarşısında əxlaqsızlığı və homoseksualizmi himayə edəcəyiylə bağlı öhdəlik götürən yeni azərbaycandan da elə ancaq bunu gözləmək olardı… vəzifəlilərin övladları nəinki hərbi xidmətdən yayınaraq fərari olurlar hələ üstəlik onların coxu Azərbaycan vətəındaşlığından belə imtina edərək əcnəbi vətəndaşlığa kecirlər, lazım gələndə ingilisədə ərə gedirlər. Sabiq nazirlərdən Heydər Babayevin “oğlu” buna bariz sübutdur.

Sovet Azərbaycanında belə əxlaqsızlar CİNAYƏT hesab edilirdi, 20 yaşlı yeni azərbaycanda isə əksinə ictimai normaya cevrilir… 1 milyona ayı kababı yemək, bir gecəlik məşuqələrinə 35 min avroluq timsah dərisindən canta bağışlamaq, yüzlərlə azəri qızının bəkarətini satın alıb ona əxlaqsız həyata vəsiqə vermək hazır ki vəzifəlilərin ərkəsöyün övladlarının məşğuliyətlərindən sadəcə bir necəsidir… toylarda ayaqlarının altına camadanlarla dollar səpib üzərində oynamaq fərari yeni azərbaycanlıların yeni həyat kredosudur… sonrada 7 ulduzlu mehmanxanalarda, parıltılı zallarda azəri bayrağını köynək kimi əyinlərinə sarıyıb “vətənpərvərlik”pozları verirlər… “lazım olsa qarabağı alacağıq” deyirlər. Hec inana bilmirəm ki, “Qarabağ” adına kafe-priton işlədənlər qarabağ ücün ölə bilərlər.

Bir dəfə televizya verlişlərinin birində M.C.Bağırov haqqında danışılanda indi vəfat etmiş rejissorlardan biri nümayişkarənə tərzdə studyanı tərk etmək istədi, səbəb kimi isə Bağırovun guya öz xalqının cəlladı olmasını bildirdi. Mehriban Ələkbərzadəninsə həmən şəxsə cavabı cox orjinal idi “əgər sən belə düşünürsənsə deməli M.C.Bağırov haqqında hec nə bilmirsən”… Əmin ola bilərsinizki bu həqiqətəndə Mehriban Ələkbərzadənin dediyi kimidir… M.C.Bağırov haqqında hec nə bilməyib studyanı tərk etmək istəyənlər varsa onlara məsləhətim budur ki, sözügedən məktubu oxuyub bu gün ki rüsvaycılıqlarla müqaisə edin və özünüzdən soruşun “bu rüsvaycılıqları yaşamaqdansa boyununuza ip salıb nə ücün həyatı tərk etmirsiniz”…

SAPAND
05.05.2012, 06:18
Bagıropvun oğlu haqda bir az məlumatım var idi "şifahi" ədəbiyyatdan . Bu qədər bilmirdim . Maraqlı yazıdır çox ..a\a\

Nizami63
05.05.2012, 11:05
Bagıropvun oğlu haqda bir az məlumatım var idi "şifahi" ədəbiyyatdan . Bu qədər bilmirdim . Maraqlı yazıdır çox ..a\a\
mən ki laaaap əvvəllər bu məktubun rus dilindəki versiyasını-orijinalını təqdim etmişdim.

Yenə də çox sağ olun, Azərbaycanın ləyaqətli insanlarına verdiyiniz böyük qiymətlərə görə...

Reportyor
05.05.2012, 11:12
Bizim nazirlər nümunə götürsünlər gərək bu məktbudan...

Nizami63
05.05.2012, 11:44
Bizim nazirlər nümunə götürsünlər gərək bu məktbudan...
doğrudanmı buna inanırsınız?
Mən yenə də o fikrimdə qalıram ki dünyada Azərbaycanın " bərk gedənləri "kimi riyakar, ləyaqətsiz bir elitaya dünya millətlərinin-xalqlarının heç birində rast gəlinməyib və onu da qeyd edim ki bu yalnız indikilərə aid deyildir.

Nizami63
05.05.2012, 11:49
http://www.savash-az.com/doc/bagirovvd.jpg (http://www.savash-az.com/doc/d1.htm)

Nizami63
28.06.2012, 17:24
çox xahiş edirəm ki aşağıdakı yazını çox diqqətlə oxuyasınız heç olmasa bütün ömrünü vətənimiz Azərbaycana həsr etmiş və bu yolda həyatdan getmiş Mir Cəfər Bağırov kimi bütün insanların xatirəsini yad etmək üçün :

http://lent.az/photo/Mircefer-Baqirov-0.jpg (http://www.lent.az/news.php?id=18158)

İlğım
29.06.2012, 06:55
çox xahiş edirəm ki aşağıdakı yazını çox diqqətlə oxuyasınız heç olmasa bütün ömrünü vətənimiz Azərbaycana həsr etmiş və bu yolda həyatdan getmiş Mir Cəfər Bağırov kimi bütün insanların xatirəsini yad etmək üçün :

http://lent.az/photo/Mircefer-Baqirov-0.jpg (http://www.lent.az/news.php?id=18158)

Mənim ona böyük hörmətim var. Allah rəhmət eləsin.

SAFAVI
29.06.2012, 09:26
Mənim ona böyük hörmətim var. Allah rəhmət eləsin.

Menim uchun istenilen siyasi baxisha sahib, istenilen partiyada ve eqidede olan, tariximizin istenilen dovrunde Azerbaycan uchun chalishmish butun shexsiyyetler kimi Bagirovun da yeri ayridir. Daha, o dovrde onu beyenmirem, bu dovrde bunu beyenirem kimi ucuz sohbetlere getmirem.

SAPAND
29.06.2012, 09:42
Mənim ona böyük hörmətim var. Allah rəhmət eləsin.
Sorğu keçirilərsə böyük əksəriyyət onun tarıxdə müsbət insan olduğunu deyər .
Azərbaycanı indiki xaosdan elə bir insan çıxara bilər və təbiiki bu zaman qurunun oduna yanan yaşlarında olması münkündür ...:confused:

SAFAVI
29.06.2012, 09:44
Sorğu keçirilərsə böyük əksəriyyət onun tarıxdə müsbət insan olduğunu deyər .
Azərbaycanı indiki xaosdan elə bir insan çıxara bilər və təbiiki bu zaman qurunun oduna yanan yaşlarında olması münkündür ...:confused:

Odun odundur, yanarsa yansin.

Attila
29.06.2012, 10:02
1917-ci il inqilabından sonra Rusiyada müvəqqəti hökumət qurulur, həmin dövrdə Əli Zizikski Quba qəzasının valisi olub. Daşnaklar Mircəfərin 15 əmisi uşağını öldürüblər. Mircəfər Bağırov da Qubada daşnaklara qarşı Zizikskinin yanında döyüşüb.

Mircəfər sadəcə qisas üçün vuruşub.


- 1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər- SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir.
Bəli,bu da Stalinizmin iç üzü. qol çəkənlərə diqqətlə baxın. sonra araşdırın görün daşnakları da belə qırıblarmı?


Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər.

Necə də fakt arxasında dayanırlar?Başqalarına görə gedə bilməzdi?Off off bu din həmişə alət olub.

Bəs Mircəfər Bağırov necə azad edilib?

- 1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya onu azad edə bilib.

O zaman Əziz Əliyev İranda sovet nümayəndə heyətinin üzvü olub. Təbrizdə ruslar Əziz Əliyevdən Moskvaya yazırlar ki, guya xalq düşmənidir. Mircəfər Bağırov isə Stalinə, Molotova yazır ki, Əziz Əliyev təmiz insandır, siqaret çəkmir, araq içmir. Əziz Əliyev Mircəfər Bağırovun sağ əli olub.

Məncə son qaraladığım yer ilə Mircəfər Bağırov lehinə aparılan kompaniya anlaşıldı

Digər tərəfdən, 1936-cı ilə qədər Azərbaycan pasportlarında milliyyət türk yazılıb. Mircəfər Bağırovun da pasportunda türk olduğu yazılıb. 1936-cı ildən, sosializmin qələbəsindən sonra Stalin deyir ki, siz türk deyilsiniz, azərbaycanlılarsınız...

Yeri gəlmişkən, Azərbayanda ikinci sürgün təhlükəsi 1950-ci ildə olub. Bunun da səbəbi Koreyadakı müharibə ilə əlaqədardır. Koreyada kommunistlərə və SSRİ-yə qarşı döyüşən NATO qoşunlarının tərkibində əsas qüvvə Türkiyə qoşunları olub. Həmin vaxt Mircəfər Bağırov “Dədə Qorqud” əsərinin çəkilişini dayandırıb. Üzeyir Hacıbəyovun Dədə Qorqud, Şeyx Şamillə bağlı operaları var. Mircəfərin Dədə Qorqudla bağlı çıxışları var. Ancaq Koreyada türk məsələsi ortaya gələndə, bu istiqamətdə işləri saxlayıb. Bir məqamı da qeyd edim. Dədə Qorqudu özlərininki sayan türkmən ziyalılarına 5-10 il iş veriblər. Adını da qoyublar ki, türkçülük edirlər. Bu zaman Heydər Hüseynov da milli münasibətlərlə bağlı bir kitab yazır. Bu kitabı da Mircəfər Bağırovdan xəbərsiz S.Vurğun Fadeyevə verir. Kitab çap olunsaydı, bizim xalqın torpaqlarından sürgün edilməsi üçün əsas olacaqdı. Bu kitabı Mircəfər Bağırov geri qaytartdırır.
Nəyinsə qumıca dəxli olmadığı silsiləsindən bir çürük iddia))

SAPAND
29.06.2012, 10:47
Attila maraqlı yazıdır ..a\a\

İlğım
29.06.2012, 10:51
Attila maraqlı yazıdır ..a\a\

Mən bunu coxdan oxumuşam amma harda oxumuşam yadıma sala bilmirəm.

SAPAND
29.06.2012, 10:52
Mən bunu coxdan oxumuşam amma harda oxumuşam yadıma sala bilmirəm.

Mən uşaq olanda yaşlılardan eşitmişdim Bağırov haqqında ...Düzü onda bir elə fərqinə vurmurdum ...

Nizami63
29.06.2012, 11:07
Bəli,bu da Stalinizmin iç üzü. qol çəkənlərə diqqətlə baxın. sonra araşdırın görün daşnakları da belə qırıblarmı?
bir az çox qarmaqarışıq yazdığınız üçün fikirlərinizi ayırd etmək çətin odu. İstəyirəm ki ilk baxışdan nəzərə çarpan bəzi fikirlərinizə münasibətimi açıqlayım : bəli, daşnaklar Mir Cəfər Bağırovun mərkəz - Kreml tərəfindən dəstəklənən siyasəti nəticəsində ən azından SSRİ-ni tərk etməyə məcbur olmuşdular. Ermənilərin həmin dövrdə ən çox ehtiyat etdiyi ittihamlardan 1-si bu və ya digər şəkildə onların daşnaklarla əlaqədə olması irəli sürülən ittihamlar idi...
Necə də fakt arxasında dayanırlar?Başqalarına görə gedə bilməzdi?Off off bu din həmişə alət olub
yuxarıdakı informasiyada başqaları haqqında da məlumat verilib.
Məncə son qaraladığım yer ilə Mircəfər Bağırov lehinə aparılan kompaniya anlaşıldı
siz səhv edirsiniz : Mi Cəfər Bağırov haqqında üzə çıxarılan həqiqətlərdə indiki iqtidarın zərrəcə xidməti yoxdur.
Nəyinsə qumıca dəxli olmadığı silsiləsindən bir çürük iddia))
mən həmişə demişəm bu xalq ona görə belə zəlil gendədir ki əksəriyyəti müharibə təhlükəsi haqqında eynən sizin kimi mühakimə yürüdür...

Attila
29.06.2012, 11:08
Attila maraqlı yazıdır ..a\a\

Maraqlı derkən nəyi nəzərdə tutursan?


NİZAMİ 63, Koreya müharibəsinin Azərbaycanlıların köçürülməsinə aidiyyatını mənə başa salın zəhmət olmasa.

Nizami63
29.06.2012, 11:15
NİZAMİ 63, Koreya müharibəsinin Azərbaycanlıların köçürülməsinə aidiyyatını mənə başa salın zəhmət olmasa.
Kifayətdir ki, Məmmədtağı Bağırovun Koreya müharibəsilə əlaqədar söylədiklərini bir daha təkrar oxuyasınız.
SSRİ ilə Türkiyə arasında bir neçə dəfə çox kəskin xarakter alıb, son məqamlarda Qafqaz hərbi qarşıdurmaların poliqonuna çevrilməyib.

Attila
29.06.2012, 11:22
Kifayətdir ki, Məmmədtağı Bağırovun Koreya müharibəsilə əlaqədar söylədiklərini bir daha təkrar oxuyasınız.
SSRİ ilə Türkiyə arasında bir neçə dəfə çox kəskin xarakter alıb, son məqamlarda Qafqaz hərbi qarşıdurmaların poliqonuna çevrilməyib.

SSRİ ilə Türkiyənin münasibətlərinin kəskinləşməyində, Azərbaycanlıların köçürülmə siyasətinin rolunu anladın mənə zəhmət olmasa.

Nizami63
29.06.2012, 11:31
SSRİ ilə Türkiyənin münasibətlərinin kəskinləşməyində, Azərbaycanlıların köçürülmə siyasətinin rolunu anladın mənə zəhmət olmasa.
dedim axı, siz bunu başa düşməyəcəksiniz, başa düşsəydiniz bir yandan Qarabağı hərb yolu ilə azad edəcəyinizi söyləyib digər tərəfdən sərhədyanı bölgələrdə parta-part tikinti işləri aparmazdınız...
Yenə də aydın olmadı?

Attila
29.06.2012, 11:43
dedim axı, siz bunu başa düşməyəcəksiniz,

başa düşənlərin borcu başa düşməyənləri başa salmaqdır.

SAFAVI
29.06.2012, 11:56
həm bu türkiyə həm də rusiya sovet imperiyasının Azərbaycan üzərində maraqları eyni olub. həm Atatürk həm də Lenin çıxışından stenoqramla tanış olan bu iki mətni ayıra bilməz bir-birindən.
Konkret bir fakt var ki, o da müdafiəsiz zəif vaxtımızda bu iki tərəf mübarizə aparıblar. yoxsa o gəldi xilas etdi bu getdi xilas etdi. ağsaqqal alim adam olub ki, məni türkiyə və nurudur ənvərdir kimdir ona qarşı nankoluqda günahlandırıb. guya nuru paşaya borclu hiss etməliyik. gözümüz elə onda bundadır ki gəlib bizi xilas edəcək.

Attila
29.06.2012, 12:57
Nuri Paşanın başçılığı altında Osmanlı ordusunun Azərbaycana girməyinin səbəbi o idi ki, osmanlılar Azərbaycana bir əyalətləri kimi baxırdılar.
Bu Paşalarla Rəsulzadənin arası heç vaxt yaxşı olmayıb.

Nizami63
29.06.2012, 13:01
Nuri Paşanın başçılığı altında Osmanlı ordusunun Azərbaycana girməyinin səbəbi o idi ki, osmanlılar Azərbaycana bir əyalətləri kimi baxırdılar.
Bu Paşalarla Rəsulzadənin arası heç vaxt yaxşı olmayıb.
bilirsinizmi, bütün bunlar nədən irəli gəlir?
Ona görə ki biz azərbaycanlılar xarakter, təbiət etibarilə osmanlılardan fərqliyik. Biz heç vaxt yırtıcı məzmuna malik olmamışıq. Fikir versəniz indiki iqtidarın yırtıcı siyasətinin arxasında da elə onlar dayanıblar.

Azərbaycan xalqı yalnız Mir Cəfər Bağırovun dövründə bütün əsrlər boyu arzusunda olduğu liderin hakimiyyəti altında yaşaya bilib...

Attila
29.06.2012, 13:03
İmperializm quran millətlərin hamısı yırtıcı xislətlidir. istər osmanlı, istər rus, istər əmirqən istərsə də ingilis

Nizami63
29.06.2012, 14:25
İmperializm quran millətlərin hamısı yırtıcı xislətlidir. istər osmanlı, istər rus, istər əmirqən istərsə də ingilis
kimin eynəyindən : istismarçı siniflərin nöqteyi-nəzərindən, yoxsa milyonlarla sadə xalqın nəzərindən?
Mir Cəfər Bağırovun hakimiyyəti dövründə adamın əynindən şalvarını çıxarıb boğazından qalstuk asardılar, əgərləri xalqa başqa formada xidmət edərdisə...

Nizami63
18.09.2012, 22:36
http://alisanicat.files.wordpress.com/2011/04/bagirov.jpg (http://profliqa.blogspot.com/2012/07/mir-cfr-bagirovun-dasnaklarla-mubarizsi.html)

metal
12.02.2013, 08:45
“Yoldaş Bəqirov, bundan sonra məni danışdırma”

Cəlal Bərgüşadın “Dünyada nələr gördüm” kitabından “Caninin zarafatı”

Əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman müəllim mənə danışdı ki, gecə şirin yuxuda idim. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tutatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi.

- Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (o zaman Mircəfər Bağırova “kişi” deyərdilər – müəllif) sizinlə görüşmək istəyir!
Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, “qorxulu xalq düşmənlərini” belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə allah bilirdi.
Ailədə hamı qorxuya düşdü. Şivən başladı. Anam da, atam da, bacım da, həyat yoldaşım da için-için ağlayırdı. Onlara ürək-dirək verdim:
- Ölü dalınca ağlayarlar, səsinizi kəsin! Kişinin mənimlə nə işi var?! Mən sadə bir dəmirçi oğluyam. Məndən “xalq düşməni” olar?
Anam Xırdaxanım əllərini göyə qaldırıb o bir allaha məni tapşırdı: “Ya gözəgörünməz tanrı, sən Mircəfər Bağırovun dil-ağzını bağla, onun ürəyinə rəhm sal. Mənim balamla işi olmasın”.
...Mən maşına əyləşəndə saat dördə işləyirdi. Çox keçmədi ki, sürücü məni Mərkəzi Komitəyə gətirdi. Mircəfər Bağırovun köməkçisi yəhudi idi. O, saatına baxıb narazı halda başını buladı:
- İki dəqiqə gecikmisiniz, belə olmaz! Tez olun, kişinin vaxtı yoxdur, keçin içəri!
Mən Bağırovun otağına girdim. O, stulunda əyləşib çay içirdi. Sifətində bir o qədər də qəzəb hiss olunmurdu. Eynəyinin altından məni sınayıcı bir nəzərlə süzürdü. Hiss etdi ki, bərk qorxmuşam. Çünki sifətim ağappaqdı. O, amiranə bir səslə:
- Əyləşin!
Mən irəli yeriyib stulun birini altıma çəkdim. Ancaq nəzərim onun sifətində idi. Sifətində qəzəb qarışıq şeytanın da baş aça bilməyəcəyi bir təbəssüm var idi. O, qəsdən dinmir, məni intizarda saxlayırdı. Elə bil mənimlə məzələnirdi. Handan-hana Bağırov “əsl mətləbə” keçdi.
- Hə, dəmirçi oğlu, kefin necədir?
- Sağ olun, yoldaş Bağırov, pis deyil.
- Bilirsən, Sizi niyə çağırmışam?
- Xeyr, yoldaş Bağırov.
O yenə xeyli duruxdu. Hiss edirdim ki, qəsdən sükut yaradır. Bədənim daha da istilənməyə başladı. Diqqətlə onun sifətinə baxırdım. Sifətində mücərrəd bir ifadə var idi.
“Bu gözlüklü ilan deyəsən məni qəfil çalmaq istəyir. Yəqin gözləyir ki, çekistlər gəlsin. Ona görə də mətləbi yubadır. Allaha təvəkkül. Ölümdən o tərəfi yoxdur ki. Nə olacaq, olacaq”.
Özümü yığışdırıb dəsmalla alnımın tərini sildim. Bağırov gördü ki, vəziyyətim tamam ağırlaşır. Odur ki, gülümsəyə-gülümsəyə dedi:
- Dəmirçi oğlu, Sizi təbrik edirəm.
- Nəyə görə, yoldaş Bağırov?
- Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də Sizi çağırmışam ki, muştuluqlayam. Sabah Qubadan maşın gələcək. Orda yaxşı çıxış eləyərsən...
...Elə bil ki, üstümdən ölüm hökmünü götürdülər. Dirçəldim. Bilmədim ki, Bağırova necə təşəkkür edim. Bircə onu dedim ki, yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm, icazə verin, evə zəng vurum.
Mən Bağırovun kabinetindən anamla danışdım... Evdə hıçqırıq səsi eşidilirdi. Bağırov telefonun dəstəyini məndən aldı. Anam allaha da dua edirdi, seyidə də. Bağırov anamın səsini eşidəndə yumşaldı:*
- Ana anadır, Süleyman. Ona görə də allah onun niyyətini yerinə yetirdi, yoxsa işi bilmək olmazdı. Anan namaz üstə imiş.
Sonra Bağırov* mənə dedi ki, qocanı da çağırmışam. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecə zarafatıma dözürmü?
Elə bu vaxt qapı açıldı. Məmməd Səid Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdı. İstədim onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:
- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!
Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvarırdı:
- Yoldaş Bəqirov, sən o Valodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə! Onsuz da Nikolay mənə sitam eləyib!
Volodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Orudabdi ayağa qalxıb uşaq kimi küsdü.
- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.
Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadinin Culfadan deputat vermişəm. Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlükəsizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub basacaqlar gedər-gəlməz yerə. Bağırovun da ondan xəbəri olmayacaq.
Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. O günlər getsin, bir də gəlməsin!

SAPAND
12.02.2013, 09:10
Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (o zaman Mircəfər Bağırova “kişi” deyərdilər – müəllif) sizinlə görüşmək istəyir!

Kişiyə , Kişi deyərlər ....:)

Nizami63
12.02.2013, 17:09
Süleyman müəllim
Süleyman Rəhimovun rəhmətlik Mirzə Cəfər Bağırov haqqında danışmasına mənəvi cəhətdən hüququ yoxdur, istəyirəm biləsiniz ki bir çox dəyərli insanlarımızın şərlənərək məsuliyyətə cəlb olunmasında onun rolu çox olub...

Reportyor
14.02.2013, 08:06
Süleyman Rəhimovun rəhmətlik Mirzə Cəfər Bağırov haqqında danışmasına mənəvi cəhətdən hüququ yoxdur, istəyirəm biləsiniz ki bir çox dəyərli insanlarımızın şərlənərək məsuliyyətə cəlb olunmasında onun rolu çox olub...

Haqlısız. Amma bir nüansı da unutmaq lazım deyil. O dövrdə represiyadan xilas olanların əksəriyyəti haqqında belə fərziyələr irəli sürülüb. Məsələn Səməd Vurğunu, Bülbülü və digərlərini də deyirlər ki satqın olub.

Nizami63
14.02.2013, 11:45
Haqlısız. Amma bir nüansı da unutmaq lazım deyil. O dövrdə represiyadan xilas olanların əksəriyyəti haqqında belə fərziyələr irəli sürülüb. Məsələn Səməd Vurğunu, Bülbülü və digərlərini də deyirlər ki satqın olub.
daha deyirlər niyə ki, fakt budur ki bu barədə Səməd Vurğunun çıxışı var...

Reportyor
14.02.2013, 12:03
daha deyirlər niyə ki, fakt budur ki bu barədə Səməd Vurğunun çıxışı var...

Tapib yerləşdirsəniz pis olmaz. Mən oxumamışam o cıxışı.

Nizami63
14.02.2013, 18:08
Tapib yerləşdirsəniz pis olmaz. Mən oxumamışam o cıxışı.
Səməd Vurğunun müsavatçıları "satqın və əclaf" adlandırdığı çıxışı (http://profliqa.blogspot.com/2012/03/smd-vurgunun-musavatclar-satqn-v-claf.html)

SAPAND
21.11.2013, 21:44
Azərbaycan tarixinin ən ziddiyyətli şəxsi, 21 il respublikaya rəhbərlik etmiş Mircəfər Bağırovun şəxsi mühafizəçisi Məhəmməd Şıxəliyev :

Mircəfər Bağırovun mühafizəçisi: “Əlindəki qovluğu Xruşşovun başına vurdu” (http://news.lent.az/news/146356?fb_action_ids=173826746157883&fb_action_types=og.likes&fb_source=other_multiline&action_object_map=%5B577533185634563%5D&action_type_map=%5B"og.likes"%5D&action_ref_map=%5B%5D)

SAPAND
07.12.2013, 20:37
Mircəfər Bagırov haqqında daha bir VİDEO

http://www.youtube.com/watch?v=LWUbc_17CRE