PDA

Просмотр полной версии : Ət.. Ətli xörəklər..

Эль`зас
26.10.2010, 15:08
Dana, qoyun, toyuq əti yediyimiz gündəlik ətlərdir... Bəs digərləri? Dəvə ətindən qutab, keçi və qaban ətindən kabab, hətta ayı əti yeyən də var..-)

Ətlə aranız necədir? Nə əti sevirsiniz yeməklərdə? Xörəkdə ət mütləqdirmi?

İlğım
26.10.2010, 15:09
Quzu əti

feminist
26.10.2010, 15:31
Menden olsa hec et yemerem ...evdekilerin tekidi bir de aile uzvlerimizin naraziligi olmasin deye bishirirem....ona gore de yemeli oluram....

Polad
01.11.2010, 08:59
Quzu eti..
toyuq eti eslinde en xeyirli etdir..o da OK..
etli yemekler daha dadli olur umumiyyetle..Nush olsun...

NAOMI
03.11.2010, 11:34
Çox sevirəm quzu ətini....
başqa ətlərlə də heç bir problemim yoxdu....)

İlğım
07.12.2010, 10:04
Elə bil forumda qız yoxdu. Hanı reseptlər indi mən ətdən nə bişirmʔ

Kisss-angel
07.12.2010, 10:14
Elə bil forumda qız yoxdu. Hanı reseptlər indi mən ətdən nə bişirmʔ

=)Biz iş adamıyıq :p..

advocat
07.12.2010, 10:38
quzu ətini xoşlayıram, amma yeməklərdə toyuq ətinə üstünlük verirəm.
son zamanlarsa ətli yeməklərdən bir az uzaq qaçıram. evdə ətsiz yemək bişirirlər mənimçün .
Bu yaxınlarda çöl dovşanın ətindən kartoşkayla qızartma yedim, pis deyildi. ev dovşanından fərqli əti bir az qaraydı, qırmızı deyildi. amma dadı var idi .
Çəpiş ətinin yaxşı buğlaması olur .

Kisss-angel
07.12.2010, 10:44

Yeni ildə çöl dovşanı bişirdilər.Onu stolun üstündə gördüm özümü pis hiss etdim..Çox eybəcər görünüşü var.Onu ya yemə yada gözü yumulu ye..Həmin yeni ili heçnə yemədim..Heç stol arxasında otura bilmədim..((

İlğım
23.03.2011, 12:51

Mən biləni yeni ildə Hinduşka bişirirlər axı.
Kotleti çox sevirəm ət yeməkləri içində. Amma kotleti gərək bel ətindən bişirəsən, bud ətindən bərk alınır.

Narchicheyi
24.03.2011, 00:12
Mən biləni yeni ildə Hinduşka bişirirlər axı.
Kotleti çox sevirəm ət yeməkləri içində. Amma kotleti gərək bel ətindən bişirəsən, bud ətindən bərk alınır.

Hindushka kababi cox gozel olur.beh,beh beh

Reportyor
24.03.2011, 12:28
Hindushka kababi cox gozel olur.beh,beh beh

Zəhləm gedir hinduşka ətindən:p

İlğım
24.03.2011, 14:17
Zəhləm gedir hinduşka ətindən:p

Mənimdə zəhləm gedir. Amma ən xeyirli ətlərdəndir. Xolestrol yaratmır.

Reportyor
24.03.2011, 15:46
Mənimdə zəhləm gedir. Amma ən xeyirli ətlərdəndir. Xolestrol yaratmır.

Yemək olmur, sümükləri çıxır:) Həm də çox yağlıdı...

İlğım
24.03.2011, 15:56
Yemək olmur, sümükləri çıxır:) Həm də çox yağlıdı...

yağsızı da olur. Yaxşı bişirən olsa kababı dadlı olur.

Reportyor
24.03.2011, 15:57
yağsızı da olur. Yaxşı bişirən olsa kababı dadlı olur.

Mənim belə bir xasiyyətim var: Əgər hansısa yeməkdən xoşum gəlmirsə, onun necə bişməsi də əhəmiyyət kəsb etmir:) Amma kolbasasını yeyirəm hinduşka ətinin:)

Sofiya
24.03.2011, 15:58
Toyuq və hinduşka ət ən sevdiyimdir, qaz və ördəyi sevmirəm, balıq da heç hər növünü sevirəm,ən sevdiyimi isə ilan balığıdlır

Reportyor
24.03.2011, 16:00
Toyuq və hinduşka ət ən sevdiyimdir, qaz və ördəyi sevmirəm, balıq da heç hər növünü sevirəm,ən sevdiyimi isə ilan balığıdlır

Sənin ölkən qarışıq düşüb. Tanrı səni Çində dünyaya gətirməli imiş. İlan yeyirsən, qurbağa yeyirsən, xərçəng-mərçəng kimi həşaratlar yeyirsən:p :lol

Sofiya
24.03.2011, 16:05
Sənin ölkən qarışıq düşüb. Tanrı səni Çində dünyaya gətirməli imiş. İlan yeyirsən, qurbağa yeyirsən, xərçəng-mərçəng kimi həşaratlar yeyirsən:p :lol

hə yeyirəm, çox sevirəm, neyniyim e)))

tenhaqiz
24.03.2011, 20:55
Toyuq və hinduşka ət ən sevdiyimdir, qaz və ördəyi sevmirəm, balıq da heç hər növünü sevirəm,ən sevdiyimi isə ilan balığıdlır

Qaz əti çox ləzzətli olur..Amma həyət evi ola,adam özü saxlaya..Çünki təmiz saxlamayanda bəzən qaz ətindən xoş olmayan tam gəlir..

Reportyor
24.03.2011, 21:02
Qaz əti çox ləzzətli olur..Amma həyət evi ola,adam özü saxlaya..Çünki təmiz saxlamayanda bəzən qaz ətindən xoş olmayan tam gəlir..

Yeməmisən qaz ətini, görməmisən ləzzətini hə?:p Bircə dəfə qaz əti yemişəm, kənddə, bəlkə də 25 il əvvəl. Çox dadlı idi:p

Narchicheyi
24.03.2011, 22:56
Zəhləm gedir hinduşka ətindən:p

cox dadli etdir.Biz tez-tez bishiririk
Men esasen qushun dosh etini yeyirem
Yeqin sene hemishe etin sumuyu dushub,ona gore de sevmirsen bu eti))

Reportyor
24.03.2011, 23:00
cox dadli etdir.Biz tez-tez bishiririk
Men esasen qushun dosh etini yeyirem
Yeqin sene hemishe etin sumuyu dushub,ona gore de sevmirsen bu eti))

Fərqi yoxdu, sümükləri aprçalanır bişəndə. Ona görə zəhləm gedir:p

afet
24.03.2011, 23:03
umumiyyetle et cox xoshlamiram. amma cekilmish etden olan yemeklere ustunluk verirem. at etinin dadina baxmaq isterdim

Reportyor
24.03.2011, 23:10
at etinin dadina baxmaq isterdim

Get Qazxıstana:p

afet
24.03.2011, 23:14
Get Qazxıstana:p

ora niye? beyem bizde yoxdur? ))

Reportyor
24.03.2011, 23:15
ora niye? beyem bizde yoxdur? ))

Bizdə at əti satılmır. Amma orada at əti qəssab dükanlarında doludu:)

Narchicheyi
24.03.2011, 23:23
Bizdə at əti satılmır. Amma orada at əti qəssab dükanlarında doludu:)

Bizde at eti ashkar suretde satilmir,ancaq murdar olmush at etini kolbasa sexlerine satirlar )
Ona gore de demeyin ki, at eti yemirik))

Reportyor
24.03.2011, 23:32
Bizde at eti ashkar suretde satilmir,ancaq murdar olmush at etini kolbasa sexlerine satirlar )
Ona gore de demeyin ki, at eti yemirik))

Afətlə "Oğaz sazişi"nə imza atmışıq. Sazişə əsasən daha bir-birimizlə forumda mübahisə etməyəcəyik:p Gərək Şirvana gəlib səninlə də bir saziş imzalayaq. Qatığa ağ da desəm, mütləq qara deməlisən:p

afet
24.03.2011, 23:43
Bizdə at əti satılmır. Amma orada at əti qəssab dükanlarında doludu:)

azerbaycanda at etnin olmadigini subut ede bilersen? azerbaycanda temiz at eti yoxdur, amma olmush, xeste at etinin kolbasalari mashallah boldur ))

Narchicheyi
25.03.2011, 00:28
Afətlə "Oğaz sazişi"nə imza atmışıq. Sazişə əsasən daha bir-birimizlə forumda mübahisə etməyəcəyik:p Gərək Şirvana gəlib səninlə də bir saziş imzalayaq. Qatığa ağ da desəm, mütləq qara deməlisən:p

))) Eger sohbet heqiqeti demekden gedirse,men sazishe,filana baxmiram:)
Ag agdir,qara da qara )

cancan
25.03.2011, 16:14
baliq etinden basqa hec bir eti xoslamiram. qirmizi eti birce sebzi plovda bir de yarpaq dolmasinda xoslayiram.Aylarnan et yemesem yadima dusmez. Ama baliq eti istisnadi,her gun yesem yene yeyerem :)

etden ise maraqli resept yazim.

1.malin bel eti ve ya toyug filesi-300 qr (julyen dograyiriq)
2.rengli biberler 5-6 eded (julyen dogranmis)
3.gobelek 400 qr (dogranmis)
4.nar serab ve ya limon suyu (zovqe gore)
5.duz-istiot
6.goyerti
7.lavas (hazir yumru)
8.mayonez
9. ketcup
10.holland pendiri

demeli eti tavada evvelce suyunu salib sonra cekene qeder bisiririk.biberleri ve gobeleyi de tokub ustune qizardiriq.hazir olan ete goyerti,limon suyu,duz istiot vurub qoyuruq azca soyusun.bu arada lavasin ustune mayonez surturuk bisirdiyimiz icden 1-2 qasiq qoyub blincik kimi bukuruk yigiriq duxovka ucun suse qaba.en sonda ustune ketcup surturuk, ustune de pendir keciririk.sobada ustu qizarib eriyene kimi bisiririk. Resept uzun gorunse de dadli neticesi var:)