PDA

Просмотр полной версии : Banklar.

NAOMI
18.09.2010, 21:42
Hansı banklarla əməkdaşlığınız olub və müasir banklarda bəyəndiyiniz və bəyənmədiyiniz tərəflər hansılardır? Banklarda göstərilən xidmət, şərtlər, faizlər ürəyinizcədir?

Çin-çin, bu mövzu sənsiz olmaz)

Elçin
18.09.2010, 22:57

Çox sağ ol :) Şəxsən mənimçün isə Səfəvinin banklar haqqındakı fikirləri maraqlı olar. Hal hazırda Azərbaycanda banklar biabırçı vəziyyətdədi. Hamısında rüşvət var, açıq - aşkar və ya üstüörtülü. Amma var. Hələ Bank of Baku rüşvəti əməlli - başlı qanuniləşdirib. O qədər komisyon tutulur ki, "şapka" ondan ucuz başa gəlir. Reytinqdə öz yeri olan banklar Beynəlxalq bank, Unibank, Bank Standard... Qalanları elə belə. Şəxsən bizim bankda faizlər əladı, xidmət isə heç nə. Məsələn, yoldankeçən bir nəfər banka girib kredit ala bilməz. Müdirin dostu olmalısan minimum :)

Kapital bankdan başlayaq. klientlər məcburən o banka yönəldilir dövlət idarələri tərəfindən.

Düzdü. Beynəlxalq və Kapital bank belələrindəndi. Bir də, xoşuma gəlməyən bir şey var, hansısa bankın kartı ilə başqa bankın ATM-lərindən pul çəkəndə ümumi məbləğin 2%-i qədər komisyon tutulur. Həddindən artıq biabırçılıqdı.

feminist
18.09.2010, 23:38
Eshitdiyime gore Royal bank da azerbaycansayagi ishleyen bankdi ...beynelxalq bankda da rushvetsiz hec ne kecmir...umumiyyetle kredit almaq ucun mutleq ya shapka vermelisen ya guclu adamin olmalidi banklarda ...

SAFAVI
20.09.2010, 22:54
Şəxsən mənimçün isə Səfəvinin banklar haqqındakı fikirləri maraqlı olar. Hal hazırda Azərbaycanda banklar biabırçı vəziyyətdədi. Hamısında rüşvət var, açıq - aşkar və ya üstüörtülü. Amma var. Hələ Bank of Baku rüşvəti əməlli - başlı qanuniləşdirib. O qədər komisyon tutulur ki, "şapka" ondan ucuz başa gəlir.

CinCin, etimadin ucun teshekkur edirem.
Butun naraziliqlarini bolushurem.
Dogrudur, bu gun shertler butun banklar ordusunu bu xoshagelmez shertler altinda ishlemeye mecbur edir.
Eyni zamanda bank movzusunun genishliyini ne qeder coxshaxeliliyini yegin ki, bu forumda sen en yaxshi basha dushenlerden belke de birincisisen. Herchend bank dedikde olkemizde yalniz bashlica xidmet olaraq kredit xatirlanir. Halbuki, bu hec de bele deyil. Kredit bank xidemtlerinin sadece ve sadece biridir ki, hec en ehemiyyetlisi de deyil.
Banklar mikro anlamda olke iqtisadiyyatinda vasiteci rolunu oynayir. Yeni, anlashiqli desek ucuz pul resurslarini maliyyeleshmeye ehtiyaci olan dairelere oz komisyonlari ile birlikde satir.

CinCin, sana maraqli ola bilecek bank sahesinde diskussiyaya her zaman hevesle haziram. Sadece indi melumatsizam, diskusiyalarin hansi istigametde aparilmasini arzu edirsen. Sirf yerli banklarin xidmetlerimi, onlardaki negativ hallarmi, kadr siyasetimi, kadrlarin ixtisas ve seviyye artirilmasi ile bagli trening programlarimi, yoxsa muasir dunya banklari ile mugayiseli tehlilimi. Istigameti degigleshdirsek, duhsunurem daha faydali muzakireler apara bilerik.

Elçin
20.09.2010, 23:38
Herchend bank dedikde olkemizde yalniz bashlica xidmet olaraq kredit xatirlanir. Halbuki, bu hec de bele deyil. Kredit bank xidemtlerinin sadece ve sadece biridir ki, hec en ehemiyyetlisi de deyil.
Banklar mikro anlamda olke iqtisadiyyatinda vasiteci rolunu oynayir.
Tam razıyam. Bəzən "bank kredit vermirsə, bəs nə ilə dolanır" kimi suallarla rastlaşıram. Halbuki, bank həm özünə, həm də ölkəyə kreditsiz də səmərə verə bilər və verir.
CinCin, sana maraqli ola bilecek bank sahesinde diskussiyaya her zaman hevesle haziram. Sadece indi melumatsizam, diskusiyalarin hansi istigametde aparilmasini arzu edirsen. Sirf yerli banklarin xidmetlerimi, onlardaki negativ hallarmi, kadr siyasetimi, kadrlarin ixtisas ve seviyye artirilmasi ile bagli trening programlarimi, yoxsa muasir dunya banklari ile mugayiseli tehlilimi. Istigameti degigleshdirsek, duhsunurem daha faydali muzakireler apara bilerik.
Mənə xarici bankların iş prinsipi maraqlıdır, məsələn, Kanadada kredit faizləri, müddəti, verilmə şərtləri və ya beynəlxalq pul köçürmələrinin komisyon haqları, bankın iş rejimi və s. maraqlıdır. Azərbaycanla müqayisəolunmaz dərəcədə olduğunu bilirəm, amma yenə də müqayisə etmək maraqlı olardı. Məsələn, bəzən xarici ölkə bankları bizə sərf eləmir, öz ölkəmizdəki rüşvətxor banklara daha çox üstünlük veririk, çünki bizə bu sərf edir. İş yerimiz, zaminimiz yoxdur, amma kreditə vacib pul lazımdır. "Şapka" verib götürə bilirik, amma bir çox xarici ölkələrdə bunu edə bilmərik.

İlğım
20.09.2010, 23:40
ÇinÇin rüşvət 80 %də var.

SAPAND
20.09.2010, 23:48
Bank faizləri bizdə çox yüksəkdir ...
Bank işindən başım çıxmasada belə görürəmki digər dövlətlərdə bizdəki qədər yüksək faiz qoyulmur .
Əgər faiz dərəcələrin aşağı salıb dövriyyədə qazanmaq pis olmazmı ? :confused:

SAFAVI
21.09.2010, 00:30

cunki pulun maya deyeri cox baha basha gelir banklarimiza. Butun negativ hallari hele ki, bir kenara qoyaq, masalan , gorun bu gun banklar hansi seviyyededir ki, onlara ehaliden depozit olaraq 15-18%e pul qebul etmek serf edir.
Diger olkelerde kreditin faiz derecesi ashagi olsa da, her halda depozit de ondan daha ashagi faiz derceleri ile qebul olunur. Cunki, depozit olmasa bele maya deyeri ucuz olan maliyye resursu tapmaq cetin deyil.

Elçin
21.09.2010, 02:28
ÇinÇin rüşvət 80 %də var.

Azərbaycanda rüşvətsiz sahə tanımıram. Səndən bəlkə də hansısa bankda rüşvət almayıblar, amma inandırım səni ki, bütün banklarda rüşvət var. Gizli də olsa, az da olsa var.

İlğım
21.09.2010, 09:07
Səhf etmirəmsə söhbət Azərbaycandan gedir,

Yəqin müdaxilə etməyimə görə etiraz etmərsiniz

Yox , Azərbaycan banklarının xarici banklarla müqaisəsi danışılır. Əvvəlki postlara nəzər salın.

Əlbəttə ki, müdaxilə edəcəksiniz. Bura forumdu hamının postuna fikir bildirmək hüququn var.

SAFAVI
21.09.2010, 09:43
Mənə xarici bankların iş prinsipi maraqlıdır, məsələn, Kanadada kredit faizləri, müddəti, verilmə şərtləri və ya beynəlxalq pul köçürmələrinin komisyon haqları, bankın iş rejimi və s. maraqlıdır. Azərbaycanla müqayisəolunmaz dərəcədə olduğunu bilirəm, amma yenə də müqayisə etmək maraqlı olardı. Məsələn, bəzən xarici ölkə bankları bizə sərf eləmir, öz ölkəmizdəki rüşvətxor banklara daha çox üstünlük veririk, çünki bizə bu sərf edir. İş yerimiz, zaminimiz yoxdur, amma kreditə vacib pul lazımdır. "Şapka" verib götürə bilirik, amma bir çox xarici ölkələrdə bunu edə bilmərik.

Kredit faizleri meselen kredit kartlarinda 3-7 % arasi.
Kredit xetti (shaxsi umumi xercler ucun- qisasi fiziki shexslere)- 7-9%
Biznes kreditler - 3,5-6% arasi. - burada goreceyin ishden cox shey asilidir. yeni ve ya riskli biznesdirse tebii daha yuksek, amma axshi melum olan, esaslandirilmish proyektere 3-3,5% arasi.
Overdraftlar - fiziki shexslere 7-12% bashlayir.
yeni immigrantlara kredit tarixcesi omadigi ucun daha yuksek faizlerle kredit verilir. amma ilk 6 aydan sonra eger ilk 6 ada gecikmeler filan olmayibsa faizler yuxarida gosterdiyim kimi olur. Olkede 10 il de qalsan eger kredit tarixcen yoxdursa, demek ki, sen kanada banklari ucun olkeye dunen gelmisen.her shey sifirdan bashlayir, yeni ilk 6 ay yuxarida gosterdiyim ferqli munasibet olur.
Bu olkenin bank sistemi saat kimi chalishir, amma bank mutexessisleri guclu deyil. Daha dogrusu, operatolari, kredit mutexessisleri ve diger ashagi heyat bizim banklardaki kolleqalarindan qat-qat zeif olur. cox mueyyen dar cercivee fealiyyet gosterirler. Bu adini sadaladigim ixtisaslar uzre bankda chalishanlar heyatin ekseriyyetini teshkil etdiyi uchun umumilikde demek olar ki, bacariq cehetden mutexessisler bizden geri qalir. Amma masalan direktoriya - risk manager, finance manager, chief, director ve bu kimi manager heyati tebii qat-qat yuksek peshakarlardir.
Qisasi Kanada banklarinda guclu mutexessis axtarirsansa onu filiallarda deyil sadece bash bankda axtarmalisan. agar bir kredit mutexessisi gelib bakida trening kecerse bizim mutexessisler onu mesxereye qoya biler.
Ve mehz bu bash bank - yani idareedici organlar bankin siyasetini meyyenleshdirir, neticede ashagi heyata sadece mueyyen qaydalar uzre hereket etmek qalir. Ona gore de burada orta mektebi bitiren her kes 2-3 ay treningden sonra bankda operator ve ya diger ashagi vezifelerde chalisha biler.

SAFAVI
21.09.2010, 09:57
O vaxtlar man Bakida bankda chalishanda ne eceb umumi bazanin yaradilmasi ideyasinin hec kimin aglina gelmediyi barede dushunurdum. Bir mushteri haqqinda melumati ancaq dost tanish qonshu banklardan zeng edib oyrenmek olurdu. Dushunurdum ki, bunu en azindan en yaxshi banklar assosasiyasi heyata kecire biler. Dogrudu sonradan milli bank mushterilerin melumat bazasina benzer nese yaratdi amma bu ishlemedi. Ve indi de dushunurem ki, ishlemir.
Burada her bir mushteri haqqinda bir dovlet qurumuna melumat oturulur. artiq hetta tek suruculuk vesiqesine gore vetendash haqqinda qanunun yol verdiyi istediyin melumat ucun sorgu gonderib cavab ala bilirsen. Gecikmeler de hemcinin. Bu qeydiyatlar mehz umumilikde insanin kredit tarixcesini mueyyenleshdirir. Borc ohdeliyi qarshisinda mesuliyyetini qeyde alir. Mesele tek kreditden getmir bura her bir borc ohdeliyi aiddir: Kredit, kredit kart, kiraye pulu, ishiq, istilik, ev telefonu, mobil telefon ve xatirlamadigim diger mukun odenishlerin qediyyatindan gedir. Her bir ciddi gecikme ile banklar meshgul olmur. ozel Collector shirketleri meshgul olur. yani mushterini tapamaq, zan etmek xeberdarliq etmek, ishinin hazirlanib mehkemeye filan verilmesi ve diger tedbirleri bu shirketler heyata kecirir. Vetendashin adinin bir osla bele collector shirketlerinin qediyyatina dushmesi kifayetdir ki, onun gelecekde borc qarshisinda mesuliyyetle bagli imici korlansin. Bundan sonra uzun muddet banklarin kreditlerle bagli xidmetleri hemin shexse cox da asan elchatan olmur.

SAPAND
21.09.2010, 19:32
agar bir kredit mutexessisi gelib bakida trening kecerse bizim mutexessisler onu mesxereye qoya biler.

Mənə maraqlı gəldi .Hansı mənada ?

Birdə bir sual . Əgər eyni məbləğdə pul vəsaitinə məlik Azərbaycan və Kanada bankını tutuşdursaq sizcə hansı daha çox qazanc əldə edər ? :)

SAFAVI
21.09.2010, 23:14

1. O menada ki, bizim mutexessis onlardan guclu olar savad ve hertereflilik etibarile.
2. Bunu arashdirmaq lazimdir. Muayise fantastikdir bir az. Azerbaycanda banklar qepik qurushla ishleyir. Bu sualdaki veziyyeti tesevvur edib sonra da dogru cavab vermek ucun bir az fikirleshim. Xidmetleri filani gerek gozeyari nazardan kecirim.

Masalan yaxinda burdaki banklardan biri olan CIBC bankin press-relizini oxudum, illik geliri 2.4 milyard olub. Yani ki, tek bir bankin geliri bu qederdirse nizamname kapitali gerek ki, butun zagafqaziya dovletlerinin budcelerinden qat qat cox olsun.

Elçin
21.09.2010, 23:19
Kredit faizleri meselen kredit kartlarinda 3-7 % arasi

Dünyanın ən yaxşı ölkəsinin bank sistemi də təbii ki, ən yaxşı sistem olmalıdır :)

İnkişaf etmiş ölkələrin bank sistemi təxminən buna oxşardır. Keçmiş sovet ölkələrində isə vəziyyət elə bizdəki kimi, bəzən də bizdən də betərdir. Rüşvət, özbaşınalıq. Amma onu da deyim ki, Azərbaycan banklarında savada çox önəm verilir.

Kisss-angel
22.09.2010, 07:21
Depozitlər haqda məlumat verə bilərsiz..?Məsələn ayda banka 200 azn qoyulur..nə qədər faiz gəlir..Mən yaşda insana mənim maaşımla sərf edər..?))

Elçin
22.09.2010, 17:45
Depozitlər haqda məlumat verə bilərsiz..?Məsələn ayda banka 200 azn qoyulur..nə qədər faiz gəlir..Mən yaşda insana mənim maaşımla sərf edər..?))

Hər bankın öz depozit fizi var. Bizdə illik 12%-dir, bu da heç sərfəli görünmür :) İllik 20%-lə depozit qəbul edən banklar var. Ayda 200 azn olmaqla, məbləği artırmaq istəyirsənsə, "artan depozit" üzrə əməliyyat aparılır, hər ay artırılan məbləğə uyğun faizlər hesablanır. 200 azn pul qoyursansa, 200 azn-ə illik tutaq ki, 20% hesablanır, gələn ay 200 azn də əlavə edirsən, onda da 1-ci ay 200 azn-ə, 2-ci ay isə 400 azn-ə faiz hesablanır, 3-cü ay 1-ci aya 200 azn, 2-ci aya 400 azn, 3-cü aya 600 azn olmaqla hesablanır, hər ay bu qayda ilə :)

SAPAND
22.09.2010, 18:30

Əl qərəz onda qısası əgər ayda 200 manat pul atmışamsa banka , 12 aydan sonra pulu götürəsi olsam nə qədər alaram nəğdi ? :p

Kisss-angel
22.09.2010, 18:57

İlk məbləğ nə qədər qoyulur..?yoxsa fərgi yoxdu..Mən məsələn 200 dedim..əslində maaşım 200 deyil,çoxdu

Kisss-angel
22.09.2010, 18:58
Əl qərəz onda qısası əgər ayda 200 manat pul atmışamsa banka , 12 aydan sonra pulu götürəsi olsam nə qədər alaram nəğdi ? :p

))əla sualdı..Heç bu ağlıma gəlməmişdi :boast

Elçin
22.09.2010, 23:26
Əl qərəz onda qısası əgər ayda 200 manat pul atmışamsa banka , 12 aydan sonra pulu götürəsi olsam nə qədər alaram nəğdi ? :p
Bunu şifahi olaraq dəqiq hesablaya bilməyəcəm :) Bankda bu barədə depozit işi ilə məşğul olan əməliyyatçıdan dəqiq məlumat almaq olar. Axı hər ay qoyduğun 200 azn 12 aydan sonra 2400 azn olur, bu pulun faizi 2400 azn-ə görə hesablanmış deyil, çünki nəğd 2400 azn qoymamısan. Hissə-hissə qoymusan, ona görə də faiz də hissə-hissə hesablanır, əvvəlki postumda dediyim kimi. Üstəlik, bu pulun məbləği sənin depoziti neçə aylıq müqavilə ilə qoymağından asılı olaraq dəyişə bilər. Məsələn, 3 aylığın faizi az, 6 aylığın bir az çox, 12 aylığın faizi daha çoxdur, müddət uzandıqca, sənin pulundan bank daha çox istifadə edib pul qazandığı üçün, faizi də çox olur.
İlk məbləğ nə qədər qoyulur..?yoxsa fərgi yoxdu..Mən məsələn 200 dedim..əslində maaşım 200 deyil,çoxdu
Bankdan asılı olaraq minimal məbləğ müxtəlif ola bilər. Məsələn, bizdə minimal məbləğ 100azn/usd/eur.

Kisss-angel
22.09.2010, 23:50
Bunu şifahi olaraq dəqiq hesablaya bilməyəcəm :) Bankda bu barədə depozit işi ilə məşğul olan əməliyyatçıdan dəqiq məlumat almaq olar. Axı hər ay qoyduğun 200 azn 12 aydan sonra 2400 azn olur, bu pulun faizi 2400 azn-ə görə hesablanmış deyil, çünki nəğd 2400 azn qoymamısan. Hissə-hissə qoymusan, ona görə də faiz də hissə-hissə hesablanır, əvvəlki postumda dediyim kimi. Üstəlik, bu pulun məbləği sənin depoziti neçə aylıq müqavilə ilə qoymağından asılı olaraq dəyişə bilər. Məsələn, 3 aylığın faizi az, 6 aylığın bir az çox, 12 aylığın faizi daha çoxdur, müddət uzandıqca, sənin pulundan bank daha çox istifadə edib pul qazandığı üçün, faizi də çox olur.

Bankdan asılı olaraq minimal məbləğ müxtəlif ola bilər. Məsələn, bizdə minimal məbləğ 100azn/usd/eur.

Mən sizin bankı soruşsam reklam olmazki?)):boast

Elçin
23.09.2010, 02:55
Mən sizin bankı soruşsam reklam olmazki?)):boast

Forumda daha pulsuz reklam qadağandır..

SAPAND
18.11.2010, 21:10
Bunu şifahi olaraq dəqiq hesablaya bilməyəcəm :) Bankda bu barədə depozit işi ilə məşğul olan əməliyyatçıdan dəqiq məlumat almaq olar. Axı hər ay qoyduğun 200 azn 12 aydan sonra 2400 azn olur, bu pulun faizi 2400 azn-ə görə hesablanmış deyil, çünki nəğd 2400 azn qoymamısan. Hissə-hissə qoymusan, ona görə də faiz də hissə-hissə hesablanır, əvvəlki postumda dediyim kimi. Üstəlik, bu pulun məbləği sənin depoziti neçə aylıq müqavilə ilə qoymağından asılı olaraq dəyişə bilər. Məsələn, 3 aylığın faizi az, 6 aylığın bir az çox, 12 aylığın faizi daha çoxdur, müddət uzandıqca, sənin pulundan bank daha çox istifadə edib pul qazandığı üçün, faizi də çox olur.

Bankdan asılı olaraq minimal məbləğ müxtəlif ola bilər. Məsələn, bizdə minimal məbləğ 100azn/usd/eur.

Təşəkürlər ÇinÇin . Bu valın bir tərəfidir , bə o biri üzü ?
Məsələn mən bankdan bir il müddətinə 5000 AZn kredit götürsəm bu kredit mənə neçəyə başa gələcək . Tutaqki 1 il müddətinə . Hesabatda Azərbaycan realıqlarınıda nəzərə alsaz yaxşı olar ... :)

SAFAVI
18.11.2010, 21:31
No name,
forumda "pulsuz reklam qadağandır" yazmısınız. Amma bu mövzunun adı banklardır. Və bu mövzuda userlərə faydalı maarifləndirmə funksiyasını yerinə yetirmək istəyiriksə onda bankların adının çəkilməsi mütləqdir.
Əks halda, mən burda saysız-hesabsız ticarət kommersiya nişanlarının adını, eləcə də siyasətçi və ictimailərin adlasrını sizə təqdim edərəm ki, o siyahıdakıların reklama daha çox ehtiyacı var, və sizin təbirnizlə desək "pulsuz reklam" olunur, "qadağan" olmasına baxmayaraq.
Ən azından bankların haqqında danışdıqlaqrımdan daha az ehtiyacı var forumda reklama.

SAPAND
18.11.2010, 21:37
No name,
forumda "pulsuz reklam qadağandır" yazmısınız. Amma bu mövzunun adı banklardır. Və bu mövzunun userlərə faydalı maarifləndirmə funksiyasını yerinə yetirmək istəyiriksə onda bankların adının çəkilməsi mütləqdir.

Düz sözə nə deyəsən +1 .

Təbiiki reklamnan yanaşı antireklamda gedə bilər və ya gedir ...:confused:

No Name
18.11.2010, 21:37
No name,
forumda "pulsuz reklam qadağandır" yazmısınız. Amma bu mövzunun adı banklardır. Və bu mövzunun userlərə faydalı maarifləndirmə funksiyasını yerinə yetirmək istəyiriksə onda bankların adının çəkilməsi mütləqdir.
Əks halda, mən burda saysız-hesabsız ticarət kommersiya nişanlarının adını, eləcə də siyasətçi və ictimailərin adlasrını sizə təqdim edərəm ki, o siyahıdakıların reklama daha çox ehtiyacı var, və sizin təbirnizlə desək "pulsuz reklam" olunur, "qadağan" olmasına baxmayaraq.
Ən azından bankların haqqında danışdıqlaqrımdan daha az ehtiyacı var forumda reklama.

Mövzunun adı "Banklar" olması o demək deyil ki, hansısa bankı reklam etmək olar... İstənilən halda Azərbaycan banklarından nə yazsanız da reallığı əks etdirməyəcək. Banklar da kifayət qədər tənqid olunacaq məqamlar var. Məsələn "şapka" məsələsi. Mən etiraz etmirəm, buyurun istənilən bankın adını çəkin, onun xidmətlərindən yazın, amma bununla birlikdə xidmətdəki qüsurları da göstərin.

Reportyor
18.11.2010, 21:39
O zaman gəlin, Xalq Bank-la Texnikabankdan başlayaq. Burada istehlak krediti üçün şapka 200 dollardı:) Adını da qoyurlar bank xərcləri və o xərcləri də yükləyirlər müştərinin belinə:) Düz deyirəm Çin-Çin?:p

SAFAVI
18.11.2010, 21:41

Noname)
Qüsurdan başqa bir şey oxuyacağına belə əmin olma. Mən əmin deyiləm.

Həm də ki, mən də reklam edək demədim ki.
Təşəkkür edirəm.

SAFAVI
18.11.2010, 21:44
O zaman gəlin, Xalq Bank-la Texnikabankdan başlayaq. Burada istehlak krediti üçün şapka 200 dollardı:) Adını da qoyurlar bank xərcləri və o xərcləri də yükləyirlər müştərinin belinə:) Düz deyirəm Çin-Çin?:p

elə banklar var ki, biznes kreditlərinə komisyon olaraq utanmaz utanmaz müştəriyə çek belə yazaraq 4-6 bəlkə də 8% nəqd pul çıxarışına görə komisyon tuturlar.
Nikoyl və Parabank belələrindən idi. Halbuki, kassadan nəqd pul çıxarışına komisyon ya tutulmamalı ya da 1% tutulmalıdır. bazarda tarif belədir.

Reportyor
18.11.2010, 21:52

Bu banklar indi daha çox avtomobil kreditləri ilə məştul olurlar. "Şapka"sı da ən azı 500 AZN. O da baxır maşının dəyərinə...

SAFAVI
18.11.2010, 21:55

o vaxtlar rus istehsalı maşınlara 180-200 manat, digər xarici maşınlara 300-500 manat idi.

Elçin
18.11.2010, 21:55
Təşəkürlər ÇinÇin . Bu valın bir tərəfidir , bə o biri üzü ?
Məsələn mən bankdan bir il müddətinə 5000 AZn kredit götürsəm bu kredit mənə neçəyə başa gələcək . Tutaqki 1 il müddətinə . Hesabatda Azərbaycan realıqlarınıda nəzərə alsaz yaxşı olar ... :)

Reallığı nəzərə almasaq (:)) 5000 AZN 1 ildən sonra 5850 AZN olmalıdır, amma daha dəqiq işdə baxıb deyə bilərəm. Reallıq deyəndə ki, adətən 1000-dən yuxarı kreditlərə reallıq tətbiq edilir, bu da ümumi məbləğin 10%-ini təşkil edir. Məbləğ+10%. Xəncərimin dalı da, qabağı da kəsən vaxtlarda reallıqsız-filansız kredit təşkil edirdim...... Özü də yalnız şəxsiyyət vəsiqəsi ilə)) Bizim bankda qanuni kredit çox sərfəlidir, inanmıram ki, hansısa başqa bankda bizim bankdakı qədər ucuz başa gəlsin.

O zaman gəlin, Xalq Bank-la Texnikabankdan başlayaq. Burada istehlak krediti üçün şapka 200 dollardı:) Adını da qoyurlar bank xərcləri və o xərcləri də yükləyirlər müştərinin belinə:) Düz deyirəm Çin-Çin?:p

Yox, "şapka" adətən götürdüyün məbləğdən asılı olur. 500 manata da 200, 5000 manata da 200?)))))) Yuxarıda dediyim kimi, məbləğ+10%. Hərdən bu "şapka"nın razmeri bir az böyük də ola bilər)) Bank xərcləri isə bizdə çox azdır. Məsələn, hesab açılması üçün komissiya 10 AZN. Kassadan nəğd vəsaitin çıxarılması üçün komissiya 0,5%. Vəssalam. Başqa xərc yoxdur əslində.

Reportyor
18.11.2010, 21:55
Vaxtilə nəinki işsizə, hətta borcu olana və ya borc götürənə kinayə ilə, hətta bir qədər qəribə baxılırdı. Amma indi az qala hamının borcu var. Azərbaycanda qapısından içəri kredit girməyən ailə tapmaq demək olar ki, mümkün deyil. Əlbəttə bunun yaxşı tərəfi də var ki, əvvəl ev, maşın və ya zəruri məişət cihazını yalnız "yuxularında görən" insanlar indi heç bir problemsiz kredit yolu ilə onu əldə edə bildilər. Amma nə oldusa 2008-ci ildəki qlobal maliyyə böhranından sonra bir çox vətəndaşlarımız bu arzu və istəklərinin reallaşmasını bir müddət təxirə salmalı oldular. Böhran Azərbaycan banklarına da təsirsiz ötüşmədi. Hələ bir müddət əvvəl bir-birinə can deyib can, eşidən müştəri və bank, böhrandan sonra az qala düşmənə çevrildilər. Məhz bundan sonra sadə vətəndaşımız artıq tez-tez problemli kredit ifadəsini eşitməyə başladı.

Statistika həvəskarları üçün bildirək ki, indi Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2010-cu il sentyabr ayının 1-nə 423,7 milyon manat təşkil edib və bu 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Problemlə bağlı müəyyən təsəvvürünüzün yaranması üçün onu qeyd edək ki, indi problemli kreditlərin payı bütün banklarımızın bank aktivlərinin 5 faizinə çatmaq üzrədir. Beynəlxalq standartlara görə, problemli kreditlərin payı bank aktivlərinin 5 faizindən çoxdursa, bu artıq kritik həddir və kommersiya bankları üçün ciddi baş ağrısıdır. Bu gün əslində kommersiya bankları üçün ən ciddi problem kreditlərin qaytarılması və ya geri alınmasıdır. Banklar bu probleminin bu qədər böyüməsində ilk növbədə böhranı, daha sonra isə müştərini müqəssir sayır. Amma bankların bu mövqeyi ilə razılaşmayanlar da var. Ekspertlər bildirir ki, problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil.

İqtisadçı ekspert Anar Xanbəyinin sözlərinə görə, problem heç vaxt müştərilərdə olmur: “Necə olur ki, iki il əvvəl bu krediti vaxtlı vaxtında ödəyə bilirdilər, bu gün ödəyə bilmirlər. İlk növbədə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Gəlir mənbəyləri azalıb və ya istehlak qiymətləri artır”.
Onun sözlərinə görə, gündəlik tələbat mallarına ödənilən xərclər daha çoxalır: “Kredit ödəmə qabiliyyəti azalır. İkinci tərəfdən banklar kredit tələblərini kifayət qədər sərtləşdiriblər. Bu günləri istehlak kreditlərinin şərtləri iki il bundan əvvəlki illə müqayisədə daha sərtdir. Baxmayaraq, elan olunur ki, kredit faizləri aşağı düşür və s.Bu gün real olaraq insanlar bunu hiss etmirlər”.

Ekspertlər onu da bildirir ki, problemin bir tərəfi də kreditlərin məbləğində müşahidə edilən artımlardır. Problemli kreditlərin həll edilməsi üçün isə mexanizm yoxdur.

Ekspert problemli kreditlərin yaranmasının əsas səbəbini kommersiya banklarının uzun müddət piramida prinsipindən istifadə etmələri ilə əlaqələndirir. “Banklar Qərb ölkələrindən daha ucuz kreditlər cəlb edərək, həmin kreditləri daha yüksək faizlə fiziki və hüquqi şəxslərə veriblər. Praktiki qlobal maliyyə böhranı başlamazdan əvvəl kommersiya banklarının təklif etdiyi kredit faizləri təxminən 30 faiz intervalında olub. Bu isə kifayət qədər böyük faiz dərəcəsidir. Azərbaycan MDB-də yeganə dövlətdir ki, avtomobillərin alınması üçün verilən kreditlərin faiz dərəcəsi 20 faizdən artıqdır. Halbuki, əksər Avropa ölkələrində bu cür kreditlər ya faizsiz, ya da kiçik faizlə verilir. Yəni bütün hallarda ikirəqəmli faizlə verilmir”.

Yəni bir sözlə bank daha yüksək faizlə kredit vermək və qısa müddətdə daha çox gəlir əldə etmək istəyir. Bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri isə qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmir. Beləliklə, ekspertlərə inansaq, kreditlərin verilməsi mexanizminin mükəmməl olmaması kommersiya banklarının yüksək faizlə kreditlər təklif etməsi, bir sıra bankların kreditlər verilən zaman qeyri-rəsmi ödənişlər tələb etməsi kreditlərin daha bahalı olmasına gətirib çıxarıb. Amma bank rəhbərləri və təmsilçiləri təmamilə fərqli düşünürlər. Onların da özlərinə görə haqlı olduğu məqamlar var.

Bank prezidenti Faiq Hüseynovun sözlərinə görə, bu gün bəzi məqalələrdə yazılır ki, banklar müştərilərini sıxırlar. Pullarını əlindən alırlar: “Bu belə deyil. Qanun var və qanunlar da işləyir. Kiminsə əgər borcu varsa, zəhmət çəksin borcunu qaytarsın, görovunu aparsın. Mən öz mövqeyimi bildirim ki, bizim üçün hər bir manatımız müştərinin bir milyonluq girovundan daha da dəyərlidir. Yəni biz heç bir müştəri ilə davaya, savaşa, nədə ki, məhkəmədə qalmaqala çıxmaq istəyərdik. Müştəri düzgün yol tutsa, bank da ona dəstək verəcək”.

Ölkədə fəaliyyət göstərən bir bankın problemli kreditlər departamentinin direktoru Araz Kərimov problemin hər yerdə ola biləcəyini qeyd edir: “Müştəri əgər krediti götürürsə, gəlirini hesablayır banka gəlir. Müştəri var ki, banka gələndə artıq bilir ki, krediti ödəyə bilməyəcək. Bu problemli müştəri hesab olunur. Belə müştəri ilə danışığa getmək bizim üçün məqsədəuyğun deyil. Çünki özümüz özümüzü aldadırıq. Ona görə də mülki qaydada biz məhkəməyə müraciət edirik”.

Hüquqşünas Allahverən Oruclunun sözlərinə görə, artıq bu gün problemli kredit məsələsi məhkəmələrin ən çox baxdığı işlərdən biridir. Onun sözlərinə görə, müştəri çox vaxt imzaladığı müqavilənin mahiyyətinə varmır: “Mübahisə yarananda da ortada əsas sənəd həmin bankla bağlanmış kredit müqaviləsi olur. Burada çıxarılan qərarlar da əsasən bankların xeyrinə olub. Çünki bankın əlində müqavilə olur”. Vəkil A. Oruclu deyir ki, girov varsa, pulun qaytarılması asanlaşır və müştəri ilə bank birtəhər yola gətirilir. Əks halda proses dalana dirənir.

Problemin digər tərəfi bankların kreditlər qaytarıla bilməyəndə girov şəklində qoyulan avtomobili və ya mənzili satacaqları barədə gümanları idi. Bununla dəyən ziyanın ödəniləcəyi düşünülürdü. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq banklara həmin girovu sataraq onlara dəyən ziyanı ödəyə bilməyə imkan vermir. Bu ona gətirib çıxarıb ki, son illər qəribə bir görüntüyə şahid oluruq. Artıq hər bir bankın Dövlət Yol Polisinə məxsus cərimə meydançası kimi özünün şəxsi maşın qarajı var. Təbii ki, oxşar vəziyyət təkcə maşın yox, elə daşınmaz əmlak, yəni ev girovları ilə də müşahidə olunur.

Amma proses o qədər böyükdür ki, sözün düzü adamın banka da yazığı gəlir. Bank rəhbərləri deyir ki, sadə vətəndaşı necə isə başa düşmək olar. Bəs kredit götürən və qaytara bilməyən iri və orta şirkətlər necə? Böhrandan sonra onlar da belə desək, az qala ağlayırlar.

Artıq şərhə ehtiyac yoxdur. Deyirlər, borclu borclunun sağlığını istəyər. Nə deyək, təki canını istəməsin, pulun istəsin.

Mənbə: ANS PRESS

Elçin
18.11.2010, 22:03
elə banklar var ki, biznes kreditlərinə komisyon olaraq utanmaz utanmaz müştəriyə çek belə yazaraq 4-6 bəlkə də 8% nəqd pul çıxarışına görə komisyon tuturlar.
Nikoyl və Parabank belələrindən idi. Halbuki, kassadan nəqd pul çıxarışına komisyon ya tutulmamalı ya da 1% tutulmalıdır. bazarda tarif belədir.

Hə, elə banklar var. AccessBank isə qanuni yolla rüşvət alır)) hər gecikən günə görə ümumi kredit məbləğinin 1% qədər cərimə istəyir. Təsəvvür elə, 100000 AZN götürən 1 gün gecikdirsə 1000 AZN cərimə ödəməlidir. Unibankda bir tanış var idi, müştəriyə aylıq ödəniş qrafiki verəndə 20% yazıb 36%-lə verirdilər)))))) camaatın qanını içməkdi.

SAPAND
18.11.2010, 22:10
Özü də yalnız şəxsiyyət vəsiqəsi ilə))

Başqa hansı sənəd və ya girovlar tələb olunur ? :)

Elçin
18.11.2010, 22:23
Başqa hansı sənəd və ya girovlar tələb olunur ? :)

Banka görə dəyişir. Adətən maaş göstərilməklə iş yerindən arayış, yaşayış yerindən arayış və zamin. Əgər kreditin təminatı kimi girov varsa, digər sənədlərə ehtiyac yoxdur. Yetər ki, kreditinin problemsiz olacağına zəmanət olsun.

SAPAND
01.12.2010, 18:50
Mərkəzi Bank iki bankın lisenziyasını ləğv etdi

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Debütbank”ASC və “Kövsərbank”ASC-nin lisenziyaları ləğv edilib.

Mərkəzi Bankın məlumatına görə, bu bankların lisenziyaları minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, Mərkəzi Bankın göstərişlərinə riayət etmədiyinə görə ləğv edilib.

“Debütbank” ASC və “Kövsərbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub. Müvəqqəti inzibatçılar bankların yerləşdiyi müvafiq ünvanlarda fəaliyyət göstərir.

Elçin
01.12.2010, 23:43
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Debütbank”ASC və “Kövsərbank”ASC-nin lisenziyaları ləğv edilib.

Debütü bilmirəm, amma Kövsər faizsiz kredit verirdi. Qara millətin xeyrinə nə varsa, əlindən alırlar.

Kisss-angel
01.12.2010, 23:46
Debütü bilmirəm, amma Kövsər faizsiz kredit verirdi. Qara millətin xeyrinə nə varsa, əlindən alırlar.

Bildiymə görə hər 2 bank çoxdan mövcud idi..Azərbaycan üzrə Debüt bankın 7 filialı var idi

İlğım
10.12.2010, 22:51
“Bank 1 milyon manat dəyərində olan mülkiyyətə 200 min manat qiymət qoyur”

“Azərbaycanda əmlakın qiymətləndirilməsində ciddi problemlər var”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, ölkədə qiymətləndirmə üzrə mütəxəssis olan Xanhüseyn Kazımlı deyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən banklar sahibkarlara kredit ayırarkən girov qoyulan əmlakın qiymətləndirilməsini pis və aşağı səviyyədə həyata keçirirlər.

“Bank 100 min manatlıq kreditin müqabilində 1 milyon manat dəyərində olan mülkiyyətə 200 min manat qiymət qoyur. Sonra sahibkar pulu ödəyə bilməyəndə bank verdiyi kreditdən 100 dəfə artıq dəyərində olan mülkün sahibinə çevrilir. Belə qiymətləndirmə düzgün deyil”-deyə milət vəkili bildirib.

Onun sözlərinə görə, əmlakın dəyərləndirilməsi üzrə ciddi araşdırmalar aparılmalı və bu vəziyyət aradan qaldırılmalıdır.

Modern.az

Leyla
18.02.2011, 13:01
Bes hansisa bankda işə düzəlmək??Gərək ona da guclu day-dayin olsun,,elan verilir ki,20 yaşlarında bank işi üzrə iş təcrübəsi olan işçi axtarılır..ya o elanları boşu-boşuna yazırlar,,,ya da...20yaşında gəncin nətəcrübəsi ola bilər bank sahəsində???

Abu Mehdi
18.02.2011, 15:23
Azərbaycan cəmiyyətində Debutbank və ya Kövsər bank oldu nə xeyri olmadı nə xeyri Bu cur banklar onsuz da geci-tezi bağlanmalıdır. Necə ki bu gün Avrasiya bankı, Günay bank kimi bankların adları var özləri yox. Ən azındanonların fəaliyyəti gözə çarpmır

advocat
18.02.2011, 19:34
iqtisadçıların dediyinə görə. Azərbaycanda ən etibarlı banklar Beynəlxalq və Respublika bankıdır . Yəni onların batma ehtimalı çox azdır .

afet
09.04.2011, 16:53
kapital Bankdan 2 defe kredit almisham. bu bankin ish fealiyyetinden cox naraziyam. 1-cide 8-9 aydan sonra mubahisemiz dusgdu ve tebii ki men qelebe qazandim. 2- de ise ele ikl gunden - kredit goturmemishden mubahise yarandi.

NAOMI
09.04.2011, 17:39
iqtisadçıların dediyinə görə. Azərbaycanda ən etibarlı banklar Beynəlxalq və Respublika bankıdır . Yəni onların batma ehtimalı çox azdır .

bu ehtimal haqqında bir o qədər düşünməmişəm... amma mən Bank Respublika ilə olan əkdaşlığımdan çox çox razıyam....

Elçin
09.04.2011, 19:53
kapital Bankdan 2 defe kredit almisham. bu bankin ish fealiyyetinden cox naraziyam. 1-cide 8-9 aydan sonra mubahisemiz dusgdu ve tebii ki men qelebe qazandim. 2- de ise ele ikl gunden - kredit goturmemishden mubahise yarandi.

Mübahisə hansı səbəbdən yaranmışdı?

afet
09.04.2011, 20:54
Mübahisə hansı səbəbdən yaranmışdı?

1-ci de kredit menim adima idi, pul alan shexs ise bank mudirirnin xalasi oglu idi. krediti gecikdirdiyine gore bank mudiri menim maashimi saxlamaq isteyirdi, ve pulu menim aldigimi subut etmeye calishirdi. mubahiseda ise uduzdugunu gordu .
2-ci de meni qebz yazmaga gore 40 deq saxlamishdilar, )))) mubahiseden sonra 2 deq ish hell olundu )))

tenhaqiz
09.04.2011, 21:31

Əgər kredit sizin adınıza idisə məncə bu krediti sizin götürdüyünüz anlamına gəlir.Burda bankın nə günahı var ki?Belə halların baş verməməsi üçün başqasının sizin adınıza kredit götürməsiylə razılaşmamaq lazımdır.

afet
09.04.2011, 21:38

bashqasi menim ish yoldashim idi. qeyd etdimesm axi kredit menim adima idi pulu bank mudirinin xalasi oglu alib. bank mudiri pulu menim adima xalasi ogluna verib. men onu mudire subut etdim. menim elimde deliller cox idi. mudiri ishdedn de cixartdira bilerdim )))

tenhaqiz
09.04.2011, 21:41

Deməli bank müdiri o pul alınanda bilirdi ki pul onun xalası oğlu üçün alınır?

afet
09.04.2011, 21:43
Deməli bank müdiri o pul alınanda bilirdi ki pul onun xalası oğlu üçün alınır?

))) elbetde.... xalasi ogluna pul verende meni tanimirdi, xalasi oglu kreditin odeishini gecikdirende men yadina dushmushdum)))))

tenhaqiz
09.04.2011, 21:50
))) elbetde.... xalasi ogluna pul verende meni tanimirdi, xalasi oglu kreditin odeishini gecikdirende men yadina dushmushdum)))))
Hə,bu başqa məsələ..Artıq burda bank müdiri haqsızlıq edib.Öz qohumuna söz keçirə bilməyib,sizdən pul qoparmaq istəyirmiş.
Məhz belə hadisələrə görə kim olur,olsun öz adına başqasının pul götürməsinə razı olmamaq lazımdır.

afet
09.04.2011, 21:57

men evvelden ozumu mudafie usullari hazirlayib sonra ish gorurem ))))

Elçin
10.04.2011, 00:55
1-ci de kredit menim adima idi, pul alan shexs ise bank mudirirnin xalasi oglu idi. krediti gecikdirdiyine gore bank mudiri menim maashimi saxlamaq isteyirdi, ve pulu menim aldigimi subut etmeye calishirdi. mubahiseda ise uduzdugunu gordu .
2-ci de meni qebz yazmaga gore 40 deq saxlamishdilar, )))) mubahiseden sonra 2 deq ish hell olundu )))

1-ci narazılığın haqlı deyil ;) Çünki, burda bankın günahı yoxdur, müdirin və xalası oğlunun günahı var. Buna görə Kapital Bankdan narazı olmaq olmaz məncə.
2-ci narazılığın isə haqlıdır. Ümumiyyətlə o bankdan çox adam narazıdır, 1 sənədi 1 saata yazırlar. Özü də sovet üsulu ilə. Get filan yerdə blank doldur, filankəsə qol çəkdir, peçat vurdur))) Eşitdiyimə görə işçilərinin maaşı da çox azdır.

İlğım
10.04.2011, 01:01

SƏhv eşitmisən. Yüksək maaş verən 3 bankdan biridir.

Elçin
10.04.2011, 01:17
SƏhv eşitmisən. Yüksək maaş verən 3 bankdan biridir.

Ola bilsin mənə səhv deyiblər. Amma mən düz eşitmişəm ;)
Həm də bütün işçilərin maaşı eyni olmur, yəqin səninlə ayrı-ayrı şöbələrin işçilərinin maaşından danışırıq))

afet
10.04.2011, 11:29
1-ci narazılığın haqlı deyil ;) Çünki, burda bankın günahı yoxdur, müdirin və xalası oğlunun günahı var. Buna görə Kapital Bankdan narazı olmaq olmaz məncə.
2-ci narazılığın isə haqlıdır. Ümumiyyətlə o bankdan çox adam narazıdır, 1 sənədi 1 saata yazırlar. Özü də sovet üsulu ilə. Get filan yerdə blank doldur, filankəsə qol çəkdir, peçat vurdur))) Eşitdiyimə görə işçilərinin maaşı da çox azdır.

)) ele bankin en boyuk sehvi o idi ki, o zaman menim emek haqqim 136 man idi mene 4000 man kredit vermishdi . hansi esasla? burda mueyyen guzeshtler de olmushdu ve men onlarin hamisini bilirdim.bank oz xalasi oglundan istemeliydi. meni hedelemekle ne qazandi? men onlari mehkemeye vereceyimi deyende niye razilashdilar menimle, menden uzr istediler? cunki oz sehvlerini gozel bilirdiler.
umumiyyetle kapital banklar (digerlerinde olmamisham) oz ishlerini duzenleye bilmirler ve cammatin coxlugunu, ishin coxlugunu behane getirirler, 2- ci de menim qebz yazmagim 1 deq vaxt apardi, bundan otru 40 deq gozlemeli idim?

Fani
17.09.2011, 12:07
Bankların siyahısı

AccessBank
(+994 12) 493 07 26 bank@accessbank.az www.accessbank.az
AFB Bank
(+994 12) 565 65 65 info@azfinansbank.com www.afb.az
AGBank
(+994 12) 497 50 17 / 510 06 50 agbank@agbank.az www.agbank.az
Amrahbank
(+994 12) 497 88 60 / 497 88 61 / 497 88 62 info@amrahbank.com www.amrahbank.com
ASB
(+994 12) 493 14 16 / 493 01 45 contact@asb.az www.asb.az
AtaBank
(+994 12) 497 87 00 atabank@atabank.com www.atabank.com
Atrabank
(+994 12) 441 43 76 / 441 35 76 office@atrabank.az www.atrabank.az
Azər-Türk Bank
(+994 12) 464 42 12 / 19 atb@azerturkbank.biz www.azerturkbank.biz
Azərbaycan Kredit Bankı
(+994 12) 598 24 24 office@azkreditbank.com www.azkreditbank.com
Bank Avrasiya
(+994 12) 598 85 85 info@bankavrasiya.az www.bankavrasiya.az
Bank BTB
(+994 12) 492 20 20, (+994 12) 437 02 20 info@btb.az www.btb.az
Bank Melli Iran
(+994 12) 490 73 41 / 496 57 22 bmiaz@intrans.az www.bmi.ir
Bank of Azerbaijan
(+99412) 499 70 00 office@bank.az www.bank.az
Bank of Baku
(+994 12) 447 00 55 office@bankofbaku.com www.bankofbaku.com
Bank Respublika
(+994 12) 598 08 00 info@bankrespublika.az www.bankrespublika.az
Bank Silk Way
(+ 994 12) 598 04 12 info@banksilkway.az www.banksilkway.az
Bank Standard
(+994 12) 497 10 70 / 497 10 71 bank@bankstandard.com www.bankstandard.com
Central Bank
(+994 12) 493 11 22 mail@cbar.az www.cbar.az
DekaBank
(+994 12) 498 11 57 / 498 11 64 / 498 11 48 office@dekabank.az www.dekabank.az
DemirBank
(+994 12) 149; (994 12) 444 71 71 info@demirbank.az www.demirbank.az
European bank of reconstruction and development
(+994 12) 497 10 14 - www.ebrd.com
Evrobank
(+994 12) 449 43 06 / 449 43 07 office@eurobank.az www.eurobank.az
Expressbank
(+994 12) 561 22 88 mail@expressbank.az www.expressbank.az
Günay Bank
(+994 12) 498 04 55 / 498 04 56 / 498 04 57 info@gunaybank.com www.gunaybank.com
Gəncəbank
(+994 22) 56 03 44 / 56 04 93 office@gandjabank.az www.gandjabank.az
IBA
(+994 12) 493 00 91 / 498 91 27 / 498 75 93 ibar@ibar.az www.ibar.az
Kapital Bank
(+994 12) 493 66 30 / 493 50 41 office@kapitalbank.az www.kapitalbank.az
KredoBank
(+99412) 498 94 37 / 495 93 03 bank@kredobank.az www.kredobank.az
MuganBank
(+994 12) 598 35 11 / 564 21 35 mail@muganbank.az www.muganbank.az
Naxçıvanbank
+994 36 550 41 00 office@naxcivanbank.az www.naxcivanbank.az
NBC Bank
(+994 12) 514 01 17/ 514 01 16 info@nbcbank.az www.nbcbank.az
NBP
(+ 994 12) 464 30 54/55/56 info@nbp-baku.az www.nbp.az
Nikoil Bank
(+994 12) 497 29 72 / 498 19 81 bank@nikoil.az www.nikoil.az
PAŞA Bank
(+99412) 496 50 00 office@pashabank.az www.pashabank.az
Parabank
(+994 12) 447 10 00 office@parabank.az www.parabank.az
Qafqaz İnkişaf Bankı
(+99412) 497 51 52 / 497 32 72 / 497-34-77 office@tdb.az www.tdb.az
Rabitabank
(+994 12) 598 44 88 rb@rabitabank.com www.rabitabank.com
Royal Bank
(+994 12) 510 78 37 (+994 12) 510 80 56 (+994 12) 510 80 57 info@royalbank.az www.royalbank.az
Texnikabank
(+994 12) 447 77 44;(+994 12) 440 29 61: (+994 12) 441 22 06 info@texnikabank.az www.texnikabank.az
TuranBank
(+99412) 497 25 11/92, 510 79 11/22 office@turanbank.az www.turanbank.az
Unibank
(+994 12) 498 22 44 bank@unibank.az www.unibank.az
VTB Bank
(+994 12) 492 00 80 info@vtb.com.az www.vtb.az
Xalq Bank
(+994 12) 404 43 43 mail@xalqbank.az www.xalqbank.az
YapiKredi Bank Azerbaycan
(+99412) 497 77 95 / (+994 12) 493 01 25 office@yapikredi.com.az www.yapikredi.com.az
Yunayted Kredit Bank
(+994 12) 490 06 41 / 490 06 43 ucb@ucb.az www.ucb.az
Zaminbank
(+994 12) 498 81 05 / 498 82 94 / 493 86 09 info@zaminbank.az www.zaminbank.az

P.S yerləşdirdiyim məlumat heçbir reklam xarakterli məlumat daşımır...sadəcə forum userlərinin işinə yarayacaq deyə düşünürəm... müasir cəmiyyətimizdə istər-istəməz hər bir kəsin banklara işi düşür...

SAFAVI
30.11.2011, 13:13
Demirem plagiatdir, amma logolar benzeyir. )

http://forum.ria.az/attachment.php?attachmentid=2283&d=1322647999

http://forum.ria.az/attachment.php?attachmentid=2284&d=1322648002

SAPAND
09.03.2012, 21:28
“Texnika Bank ” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin MTN tərəfindən saxlanması barədə xəbərlər yayılıb. Xəbərdə bildirilir ki, hadisə dünən axşam saatlarında baş verib. Saxlanmanın səbəbləri barədə heç bir bilgi yayılmayıb. İrəliləyən saatlarda əlavə məlumat veriləcək.
Müsavat

Aydınlıq gətirən varmı ?:p

Elçin
10.03.2012, 00:27
Aydınlıq gətirən varmı ?:p

Doğrudur. Amma səbəb və müddət dəqiq bilinmir.

Reportyor
10.03.2012, 08:14
Doğrudur. Amma səbəb və müddət dəqiq bilinmir.

Yəqin normadan artıq yığıb...

SAPAND
10.03.2012, 17:34
Yəqin normadan artıq yığıb...
Akulalar xırda balıqları yeyirlər ..:)

Nargin
11.03.2012, 01:16
Soz danisdinda akulalar .esl multiklerdi xarice cixsalar hec kilkede deyiller.o ki qaldi banklara, bankda islemis ve iqtisadci oldugumdan deye bilerem ki bizde bank sistemi iqtisadiyyatda buna deyilesi termin olmadigindan men teze termin tapmisam multichni)) Bank anlayisi cox boyuk anlayisdi.bizimkiler ise bank yox adi selemcidiler.yeri gelmisken millet 17-22 % kredit goturur neftden gelen pullarimizi ise xaricde 2% qoymusuq.:appl

Rasul Nur
11.03.2012, 08:42
1-ci narazılığın haqlı deyil ;) Çünki, burda bankın günahı yoxdur, müdirin və xalası oğlunun günahı var. Buna görə Kapital Bankdan narazı olmaq olmaz məncə.
2-ci narazılığın isə haqlıdır. Ümumiyyətlə o bankdan çox adam narazıdır, 1 sənədi 1 saata yazırlar. Özü də sovet üsulu ilə. Get filan yerdə blank doldur, filankəsə qol çəkdir, peçat vurdur))) Eşitdiyimə görə işçilərinin maaşı da çox azdır.

Elçin,o tapançada neçə güllə var? part.

sələmçilərin siyahısını tutmuşam.güllən çatar?

Elçin
11.03.2012, 17:16
Elçin,o tapançada neçə güllə var? part.

sələmçilərin siyahısını tutmuşam.güllən çatar?

8-dir, 1-i heç, 7-si qurbandı)
Sələmçilər gözümün düşmənidi, baxmayaraq ki, mən də əvvəl bank işçisi olmuşam) Sələm daha pisdir.

SAPAND
11.03.2012, 18:07
Elçin,o tapançada neçə güllə var? part.

sələmçilərin siyahısını tutmuşam.güllən çatar?

Belədə bütün banklar səlimçidir . Səhv etmirəmsə təkcə bir bank vardı islam qaydalarına uyğun işləyən. Onunda torbasını tikdilər ...
İqdisadi inkişafdan dəm vuranlarımızsa öz millətinə milətin öz pulunu 25% lə verib , xaricı banklarda isə həmin pulu 2 % lə yerləşdirirlər..:confused:

PS: Çoxunun bəyənmədiyi sovetin vaxtında sələm söhbəti yox idi .İstəsən lap "koperativ" mənzil al .1 qəpikdə faiz tutulmurdu ...

Rasul Nur
11.03.2012, 20:32

bu kredit məsələsini demə daha.elə qarışıq situasiya edirlər adam aydınlaşdıra bilmir bu alver oldu yoxsa sələm.
belədə hər hansı malı mal sahibi istədiyi şərtlərdə satmaq haqqına sahibdir.1ilə 10 manata,5ilə 30manata.istədiyi cür.amma banklarla bu işi həll etdiklərinə görə adam qalır çaş-baş.

Rasul Nur
11.03.2012, 20:36
8-dir, 1-i heç, 7-si qurbandı)
Sələmçilər gözümün düşmənidi, baxmayaraq ki, mən də əvvəl bank işçisi olmuşam) Sələm daha pisdir.

:handshake

Reportyor
12.03.2012, 11:49
Reportyor: Xanım siz heç bir məsuliyyət daşımırsız. Siz gedin banka deyin ki, mən heç bir müqşvailəyə qol çəkməmişəm. mənim imzamı saxtalaşdırmısız. Zaminlik haqqında müqavilənin əslini və kompayısını istəyin.

zulfiyya: Salam.inanin sizin yazdiqlariniz mene bir azda olsa hardasa dayaqdir.men hakmen sabah gedib muqavileleri isteyecem..men hansi muqavileleri isteyim?minnetdaram

Reportyor: Yanılırsan rəsul bəy! Bank faizə verdiyi pulları sığortalayır...

Rasul Nur: icazənizlə mən də fikir bildirim.o qadın bankdan sadəcə faiz pul götürüb.pul götürərkən sıgorta olmur,əvəzində zamin olur.bank əgər bu cür ekstremal halları nəzərdə tutulan sənəd tərtib etməyibsə və müqavilədə bu qeyd olunmayıbsa onda zamin duran şəxs pulu ödəməlidir.Ola bilsin Bankda muqavilədə bu nəzərdə tutulub amma ora kredit götürənin həbsdə olması haqda order təqdim olunmayıb.ona görə də ödəniş xəbərdarlıgı zaminə gəlib...

advocat: Repo. müqavilələrə baxmadan heç nə demək olmaz ..

Reportyor: Çünki kredit götürən şəxs həbsdə oolduğu halda bank Zülfiyyə xanımı narahat edir. Çox güman ki, məhkəmənin zərərin ödənilməsi ilə bağlı qnərarı var. İkincisi də Zülfiyə xanım Bank öz pulunu sığortalayır. Sığorta şirkəti artıq bankın pulunu ödəyib.
Advocat mənə elə gəlir ki, xanım heç bir məsuliyyət daşımır. Çünki pulu alan adam faktiki olaraq dələduzluğa görə həbs edilib. Xanım da əslində zərərçəkənlərdən biridir. Mən təklif edirəm ki, Zülfiyə xanım həmin bankı məhkəməyə versin.

advocat: amma onu təcili halda alın müqavilələri ..

zulfiyya: cox saqolun

advocat: mən bilımirəm axı müqavilənin şərtləri nədir. onu alın,məzmunu yazarsınız konkret fikir bildirirəm. indiki halda heç nə deyə bilməyəcəm

zulfiyya: deyirsiz muqavilede ev barede ne ise yazilib? men vesiqeden bashqa hecne vermemishem muellim

advocat: müqaviləyə baxdıqdan sonra nəsə demək olar

zulfiyya: menim evme zerer olacaqmi?xahish edirem cavab verin. inani men cox pis veziyyetdem.menim yanimda o qadin 5000 dollar almishdi,amma mektubda 10.000 minden deyilir. kredit muqavilesi 24 ayliq olub
bilirem ki o menim adimada saxta sened duzeltmishdi,guya ki men boyuk firmada ishleyirem

advocat: müqavilələrlə tanış olduqdan sonra konkret fikir bildirmək olar. müqaviləni almaq lazımdır , müddəti nə qədər olub, hansı şərtlər olub. eyni zamanda kredit müqaviləsini də almaq lazımdır .. siz gedin onlardan tələb edin, hər iki müqaviləni. həm zaminlıik, həm kredit müqaviləsini.

zulfiyya: salam yox o vaxt birce vesiqeni verdim ve imza atdim

advocat: salam. zamin müqaviləsi sizdə varmı?

zulfiyya: salam.men cox pis vesiyyetdeyem.2007-ci ilin avqustunda men azeriqazbankda qonshuma samin durmushdum.bu 5 ilde meni hec kim narahat etmirdi.dunen ,,patronat,,firmasindan mektub gelib ki,bes odenish edin.nezerivize catdiriram ki,qonshum deleduzluk ustunde 2010-da hebs edilib.birde ki melum olub ki,ona bankda saxta senedlernen pul veren shexsde emellerine gore hebs edilib.men 10 yashli oqlumla 17 kv-liq adima olan evde yashayiram.meni ne gozleyir ve mene ne meslehet gore bilersiz.ozum anamgilde qaliram imkansizliqa gore.inanin Fariz muellim men daha bele yashaya bilmirem.saqolun

Müzakirə burada davam etsə daha yaxşı olar...

NAOMI
12.03.2012, 12:03
http://tbckredit.az/?creditsList=1

bu bank haqqda kim daha ətraflı məlumat verə bilər?

Reportyor
12.03.2012, 12:08
http://tbckredit.az/?creditsList=1

bu bank haqqda kim daha ətraflı məlumat verə bilər?

TBC Kredit (əvvəllər SOA Kredit) - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanda ipoteka kreditlərini ilk olaraq TBC Kredit verməyə başlamışdır....:p

zulfiyya
12.03.2012, 12:23
Müzakirə burada davam etsə daha yaxşı olar...

mene aydin deyilki,niye bank bu 5 ilde hec bir shey etmeyib?

Reportyor
12.03.2012, 12:28
mene aydin deyilki,niye bank bu 5 ilde hec bir shey etmeyib?

Bankdan soruşmusuz bu barədə?

İlğım
12.03.2012, 12:50
Müzakirə burada davam etsə daha yaxşı olar...

Muzakirənin bank terefi buralıqdır amma artıq digır məhkəmə tərəfi yox.

zulfiyya
12.03.2012, 13:10
Bankdan soruşmusuz bu barədə?

sabah gedeceyem banka.amma bilmirem ne deyim nece edim

Reportyor
12.03.2012, 13:40
sabah gedeceyem banka.amma bilmirem ne deyim nece edim

Sizin adınıza nə isə varmı, Məsələn ev, maşhın və sair...

zulfiyya
12.03.2012, 13:42
sabah gedeceyem banka.amma bilmirem ne deyim nece edim

siz saytdasiz reportyor?

zulfiyya
12.03.2012, 13:43
Sizin adınıza nə isə varmı, Məsələn ev, maşhın və sair...

ev var oda 17 kv.m

Reportyor
12.03.2012, 13:47
ev var oda 17 kv.m

Qonşunuz həbsdədi, yoxsa azadlığa buraxılıb?

zulfiyya
12.03.2012, 13:50
Qonşunuz həbsdədi, yoxsa azadlığa buraxılıb?

hebsdedir 2010 dekabr aylarinda tutulub.9 il veribler

Reportyor
12.03.2012, 13:52
hebsdedir 2010 dekabr aylarinda tutulub.9 il veribler

Mən bilən o adam yaşadığı sürəcə siz heç öbir məsuliyyət daşımırsız. Çünki o adam həbsdən çıxana qədər öədəniş dondurulmalıdır. Bunun üçün banka həmin adamın həbsdə olması barədə məlumat vermək lazımdı.

zulfiyya
12.03.2012, 13:55

men sabah bu barede deyerem.sizce eve toxuna bilerler.bilirsiz menim heyatimda qorxduqum bir shey var -o da oqlumu evsiz qoya bileceyim.

Reportyor
12.03.2012, 13:59
men sabah bu barede deyerem.sizce eve toxuna bilerler.bilirsiz menim heyatimda qorxduqum bir shey var -o da oqlumu evsiz qoya bileceyim.

Məhkəmənin qərarı olmadan heç bir şey edə bilməzlər. Məhkəmə isə qanunla dələduzluqda məhkum olunmuş bir şəxsin borcunu sizdən tuta bilməz. Yaxşı olar ki, siz bankı da qonşunuzu da məhkəməyə verəsiz... Məncə indiki vəziyyətdə siz də zərərçəkənsiz. dələduzun qurbanısız. Evinizi isə oğlunuz yetkinlik yaşına çatıbsa keçirin onun adına.

zulfiyya
12.03.2012, 14:08

efsuslar olsun oqlumun 10 yasi var.meslehetlerivize gore teshekkur edirem.sabah bu ishlernen meshqul olaram.

advocat
12.03.2012, 17:01
PAtronat firması nə firmadı ki sizə ödəniş etmə barədə bildiriş göndərib ?
Bank da Azəriqazbankdır .. əgər onlar sizdən hansısa ödəniş etməyi tələb edirsə, gedirsiniz həmin banka, deyirsiz k nə ödənişidir, hansı müqavilə əsasındadır? sizə göstərəcəklər müqaviləmni, surətini alırsız, baxırsız, şərtlərini biləcəksiniz o zaman ..
pulu niyə tuturlar, hansı müddətlikdir və s .
amma müqavilə 2007-ci ildə bağlanıb (zamin durmusuz), 2010-cu ildə şəxs tutulub. Bank normal halda 90 gün gözlədikdən sonra məhkəməyə müraciət edir, amma o 1 ildən çox vaxt keçdikdən sonra sizdən ödəniş istəyir .. çox güan burda nəsə bankın qaranlıq işləri var, ört basdır etmək istəyirlər ..

Reportyor
12.03.2012, 17:08

Deməli xanımın üstünləkləri çoxdu... Ona görə də narahat olmağa dəyməz.

zulfiyya
12.03.2012, 17:26
Deməli xanımın üstünləkləri çoxdu... Ona görə də narahat olmağa dəyməz.size ve advokada derin minnetdarliqimi bildirirem.Patronat firmasi Azeriqazbankla deyir muqavile baxlamisiq ve siz 10 gun muddetinde eger pulu odemesez mehkemeye veririk.mexkemede mushterek qerar cixarir..sonrada icracilar icra edir.

zulfiyya
12.03.2012, 17:31
PAtronat firması nə firmadı ki sizə ödəniş etmə barədə bildiriş göndərib ?
Bank da Azəriqazbankdır .. əgər onlar sizdən hansısa ödəniş etməyi tələb edirsə, gedirsiniz həmin banka, deyirsiz k nə ödənişidir, hansı müqavilə əsasındadır? sizə göstərəcəklər müqaviləmni, surətini alırsız, baxırsız, şərtlərini biləcəksiniz o zaman ..
pulu niyə tuturlar, hansı müddətlikdir və s .
amma müqavilə 2007-ci ildə bağlanıb (zamin durmusuz), 2010-cu ildə şəxs tutulub. Bank normal halda 90 gün gözlədikdən sonra məhkəməyə müraciət edir, amma o 1 ildən çox vaxt keçdikdən sonra sizdən ödəniş istəyir .. çox güan burda nəsə bankın qaranlıq işləri var, ört basdır etmək istəyirlər ..
salam.banka men ancaq vesiqemi teqdim etmishem.amma melum olur ki,boyuk bir shirketde vesife sahibi olduqum haqda saxta sened teqdim olunub.menim yanimda o qadin ve oranin ishcisi mene 5000 dol.deyibler.nezerinize catdiriram ki,o ishcide hebs olunub .

Reportyor
12.03.2012, 17:33

Narahat olmayın Zülfiyyə xanım. Saxtakarlıq edənlər artıq həbsdədi. Sizlik bir şey yoxdu. Mən bunu məsləhətləşərəm, maraqlı mövzudu.

zulfiyya
12.03.2012, 17:36
Narahat olmayın Zülfiyyə xanım. Saxtakarlıq edənlər artıq həbsdədi. Sizlik bir şey yoxdu. Mən bunu məsləhətləşərəm, maraqlı mövzudu.

minnetdaram

advocat
12.03.2012, 17:59
size ve advokada derin minnetdarliqimi bildirirem.Patronat firmasi Azeriqazbankla deyir muqavile baxlamisiq ve siz 10 gun muddetinde eger pulu odemesez mehkemeye veririk.mexkemede mushterek qerar cixarir..sonrada icracilar icra edir.

PAtronat yəqin ki bankın hüquqlarını məhkəmədə qorumaq üçün onunla müqavilə bağlayıb .
patronat firmasına gedin, dəqiqləşdirin nə əsasla pul ödəməlisiniz7 həmin sənədləri yığın gətirin ,. gerisi kolay ..

zulfiyya
12.03.2012, 18:05

teshekkurler.Allah qoysa sabah gederem.

zulfiyya
13.03.2012, 13:29
PAtronat yəqin ki bankın hüquqlarını məhkəmədə qorumaq üçün onunla müqavilə bağlayıb .
patronat firmasına gedin, dəqiqləşdirin nə əsasla pul ödəməlisiniz7 həmin sənədləri yığın gətirin ,. gerisi kolay .. 1.MUQAVILENIN PREDMETI

1.1.Zamin bu muqavileye esasen bank qarsizinda13 avqust 2007 il tarixli k-202 kredit muqavilesi ve ona edilmis butun elavelerden ireli gelen ohdeliklerin,o cumleden 10.000 abs doll.mebleqinde kredit xettinin ve ona hesablanmis faizlerin 24 ay muddetinde odenilmesini,tamamile icraetmesi ucun mesulliyeti oz uzerine goturur. 1.2.Hemin muqavile musteqil xarakter dasimir ve zaminin baqladiqi yuxarida gosterilen muqavilenin icrasinin teminati rolunu oynayir. 2.TEREFLERIN OHDELIKLERI VE MESULIYYETI 2.1.ZAMIN: 2.1.1Bankin ilk telebiile borcalanin ohdeliklerini icra etmeyi: 2.1.2borcalanin bu muqavile ile temin edilmis ohdeliyi icra etmedikde ve ya laziminca icra etmedikde borcalan ile bank qarsisinda birge mesuliyyet dasimaqi: 2.1.3 faizlerin borc tutulmasi uzre mehkeme xerclerinin ve bu muqavile ile temin edilmis ohdeliyin borcalan terefinden icra edilmemesi ve ya laiminca icra edilmemesi neticesinde banka deyen diger zererin evezinin odenilmesi de daxil olmaqla bank qarsisinda borcalan ile tam hecmde mesuliyyeti dasimaqi ohdesine goturur. 2.2BANK: 2.2.1Hemin muqavile ile icrasi temin edilmis ohdelik icra olunmadiqda zamine ve ya borcalan,hemcinin onlarin her ikisine birlikde teleb ireli surmek: 2.2.2borcalan ohdeliyi icra etmedikde onun banka odenmeli olan borcu akseptiz qaydada(yeni raziliqi olmadan)zaminin butun hesablasma,valyuta ve diger hesablarindan silmek: 2.2.3.qanunla mueyyen olunmus diger huquqlardan istifade etmek ve mesuliyyet dasimaq huquqlarina malikdir/ 3.MUBAHISELERIN HELLI 3.1.hemin muqavilenin icrasindan ireli gelen mubahiseler Azerb.Resp.qanunvericiliyine uyqun olaraq mehkeme qaydasinda hell olunur. 4.MUQAVILENIN MUDDETI. 4.1hemin muqavile baqlandiqi andan quvveye minir ve bu muqavilenin 1.1. bendinde gosterilen muqavile uzre borcalan ohdelikleri tam icra olunanadek quvvededir. 4.2.hemin muqavile eyni huquqi quvveye malik 3 nusxeden ibaret tertib olunub.

zulfiyya
13.03.2012, 13:31
Narahat olmayın Zülfiyyə xanım. Saxtakarlıq edənlər artıq həbsdədi. Sizlik bir şey yoxdu. Mən bunu məsləhətləşərəm, maraqlı mövzudu.1.MUQAVILENIN PREDMETI.

13.03.2012, 13:40
kredit müqaviləsini də aldınızmı?
və borcalan şəxs bu ödənişləri neçə ay ərzində ödəyib və nə vaxtdan ödəmir?

zulfiyya
13.03.2012, 13:46
kredit müqaviləsini də aldınızmı?
və borcalan şəxs bu ödənişləri neçə ay ərzində ödəyib və nə vaxtdan ödəmir?
SALAM. BELI ALDIM. BORCALAN 10.000 MINDEN 1200 ODEYIB.ORDA orda hesabladilar esas borc 8.800, debbe pulu 9.000 faizde primerno 7-8 min.

zulfiyya
13.03.2012, 13:51
SALAM. BELI ALDIM. BORCALAN 10.000 MINDEN 1200 ODEYIB.ORDA orda hesabladilar esas borc 8.800, debbe pulu 9.000 faizde primerno 7-8 min.
mene patronatda dediler ki bizim isimiz deyil borcalani axtarmaq mehkemede deyersiz . bide ki o cixandan sonra sikayet edersiz mehkemeye ki,onun yerine odediklerivizi qaytarsin.bir sozle men esebden ve bele bir heyatdan bezmisem daxa.men ele cixir ki,omurumun axirina kimi islemeliyem??kimin sehvi olmur?

İlğım
13.03.2012, 16:41

müddət barədə nəsə yazıb? Nə krediti götürüb, nə qədər vaxtda qaytarmalı idi, nə qədər gecikəndən sonra məhkəməyə verilmıli idi? Yaxşı olar ki siz müqaviləni skanerdən keçirib bura qoyun advocat baxsın. Siz müqaviləyə qol çəkəndə baxmamışdın nə qədər pula qol çəkirsiz?

İlğım
13.03.2012, 16:45
1.MUQAVILENIN PREDMETI.

1.1.Zamin bu muqavileye esasen bank qarsizinda13 avqust 2007 il tarixli k-202 kredit muqavilesi ve ona edilmis butun elavelerden ireli gelen ohdeliklerin,o cumleden 10.000 abs doll.mebleqinde kredit xettinin ve ona hesablanmis faizlerin 24 ay muddetinde odenilmesini,tamamile icraetmesi ucun mesulliyeti oz uzerine goturur. 1.2.Hemin muqavile musteqil xarakter dasimir ve zaminin baqladiqi yuxarida gosterilen muqavilenin icrasinin teminati rolunu oynayir. 2.TEREFLERIN OHDELIKLERI VE MESULIYYETI 2.1.ZAMIN: 2.1.1Bankin ilk telebiile borcalanin ohdeliklerini icra etmeyi: 2.1.2borcalanin bu muqavile ile temin edilmis ohdeliyi icra etmedikde ve ya laziminca icra etmedikde borcalan ile bank qarsisinda birge mesuliyyet dasimaqi: 2.1.3 faizlerin borc tutulmasi uzre mehkeme xerclerinin ve bu muqavile ile temin edilmis ohdeliyin borcalan terefinden icra edilmemesi ve ya laiminca icra edilmemesi neticesinde banka deyen diger zererin evezinin odenilmesi de daxil olmaqla bank qarsisinda borcalan ile tam hecmde mesuliyyeti dasimaqi ohdesine goturur. 2.2BANK: 2.2.1Hemin muqavile ile icrasi temin edilmis ohdelik icra olunmadiqda zamine ve ya borcalan,hemcinin onlarin her ikisine birlikde teleb ireli surmek: 2.2.2borcalan ohdeliyi icra etmedikde onun banka odenmeli olan borcu akseptiz qaydada(yeni raziliqi olmadan)zaminin butun hesablasma,valyuta ve diger hesablarindan silmek: 2.2.3.qanunla mueyyen olunmus diger huquqlardan istifade etmek ve mesuliyyet dasimaq huquqlarina malikdir/ 3.MUBAHISELERIN HELLI 3.1.hemin muqavilenin icrasindan ireli gelen mubahiseler Azerb.Resp.qanunvericiliyine uyqun olaraq mehkeme qaydasinda hell olunur. 4.MUQAVILENIN MUDDETI. 4.1hemin muqavile baqlandiqi andan quvveye minir ve bu muqavilenin 1.1. bendinde gosterilen muqavile uzre borcalan ohdelikleri tam icra olunanadek quvvededir. 4.2.hemin muqavile eyni huquqi quvveye malik 3 nusxeden ibaret tertib olunub.
2007ci ildə pul götürübdürsə axı sizin zaminlik müddətiniz bitibdi. siz o 24 aya cavabdeh idiniz. Bank sizi en son 2009da məhkəməyə verə bilərdi. Artıq gecdir. Advocat baxsın o bilər amma məncə artıq siz məsuliyyət daşımırsız.

zulfiyya
13.03.2012, 16:52
müddət barədə nəsə yazıb? Nə krediti götürüb, nə qədər vaxtda qaytarmalı idi, nə qədər gecikəndən sonra məhkəməyə verilmıli idi? Yaxşı olar ki siz müqaviləni skanerdən keçirib bura qoyun advocat baxsın. Siz müqaviləyə qol çəkəndə baxmamışdın nə qədər pula qol çəkirsiz?

salam kredit 10.000abs dollari goturulub.5 ilden sonra xeberdarliq mektubu gonderilib.Mehkemenen hedeleyirler.zamin olmusham

İlğım
13.03.2012, 16:53
Bank yatıb yatıb 2012 də oyanıb? Vaxt 2009da bitir. 2009, 2010, 2011 məhkəməyə verməliydi. verilən müddətdən 3 il keçibdir. Bank nə səbəbə 3 il gözləyib ki

zulfiyya
13.03.2012, 16:55
2007ci ildə pul götürübdürsə axı sizin zaminlik müddətiniz bitibdi. siz o 24 aya cavabdeh idiniz. Bank sizi en son 2009da məhkəməyə verə bilərdi. Artıq gecdir. Advocat baxsın o bilər amma məncə artıq siz məsuliyyət daşımırsız.

men xeberdarliq gonderen firmanin vekiline dedim ,amma o mehkemeye vereceklerini soyleyir ve menden pulun tam odemelerini teleb edir.

zulfiyya
13.03.2012, 17:03
Bank yatıb yatıb 2012 də oyanıb? Vaxt 2009da bitir. 2009, 2010, 2011 məhkəməyə verməliydi. verilən müddətdən 3 il keçibdir. Bank nə səbəbə 3 il gözləyib ki

inanin bunuda demishem ,cavabi o olub ki,borcalani tapmayiblar.borcalanda 2010-da deleduzluq ustunde hebs edilib.sorushdum meme niye xeber etmemisiz,etmisizse mene gozterin mektublari.hec bir shey ede bilmirem,,qalmisham bele bir cetin veziyyetde.

advocat
18.03.2012, 19:47
Zamin kimi müqaviləyə imza atıb borcalan şəxs üçün zamin durmusunuzsa, onun öhdəliklərinə məsuliyyət daşıyırsınız .
söhbət burda hesablanan məbləğdən gedir . dəbbə pulu + digər xərclərlə bağlı bankın hesablamaları səhvdir . o, borcalanın pulu ödəməməsini gördükdə 90 gün gözləməlidir, bu müddət ərzində sizdən pulun ödənilməsini tələb edə bilər daha sonra sizi məhkəməyə verə bilər .
hazırda onun sizi məhkəməyə verməsi məsələni elə də dəyişdirmir, müqaviləyə imza atmısınızsa pulu ödəməlisiniz, sadəcə məbləği hesablayacaq, əsas borc 8800 manatı ödəyəcksiniz + 90 günlük b ank faizini .
qalan məbləğdən azad olacaqsınız ..

əgər zaminlik müqaviləsinə siz imza atmamısınızsa o zaman onu mübahisələndirə bilərsiniz , amma siz imza atmısınızsa, pulu ödəməlisiniz .
kredit müqaviləsi 2-3 illik bağlana bilər, amma zaminlik müqaviləsi öhdəliklərin tam həyata keçirildiyi müddətə qədərdir, ona görə də müddət elə də rol oynamır .

zulfiyya
19.03.2012, 14:16

bashqa bir cavab gozlemirdim,sadece neye ise umid edirdim.Birde ki,bura Azerbaycandir!!!

Reportyor
19.03.2012, 14:19

Zamin də pulu ödəyə bilməsə necə?

advocat
19.03.2012, 14:25
bashqa bir cavab gozlemirdim,sadece neye ise umid edirdim.Birde ki,bura Azerbaycandir!!!

müqaviləyə imza atarkən nələr ola biləcəyini ən azından düşünə bilərdiniz .. inandığınız adam belə sizi yanılda bilər . ona görə heç kim heç kimə zamin durmaq istəmir, çünki borclu pulu ödəmədikdə zamin pulu ödəməyə məcbur olur .

advocat
19.03.2012, 14:26
Zamin də pulu ödəyə bilməsə necə?

məsuliyyət ilk növbədə zaminin üzərinə düşəcək . o ödəməsə, məsələ qərarın icra olunması ilə bağlı olacaq .
icra olunacaq ya yox, bu sonrakı məsələdir .

Reportyor
19.03.2012, 14:33
məsuliyyət ilk növbədə zaminin üzərinə düşəcək . o ödəməsə, məsələ qərarın icra olunması ilə bağlı olacaq .
icra olunacaq ya yox, bu sonrakı məsələdir .

Kredit götürən qalır bir kənarda, zaminin üzərinə düşürlər?:)

zulfiyya
19.03.2012, 15:02
Kredit götürən qalır bir kənarda, zaminin üzərinə düşürlər?:)

men daha sozde tapa bilmirem ve yenede deyirem menasizdir bu heyat.haqqsizlik ve edaletsizlik bash goturur gedir.

zulfiyya
19.03.2012, 15:10
müqaviləyə imza atarkən nələr ola biləcəyini ən azından düşünə bilərdiniz .. inandığınız adam belə sizi yanılda bilər . ona görə heç kim heç kimə zamin durmaq istəmir, çünki borclu pulu ödəmədikdə zamin pulu ödəməyə məcbur olur .

mence indi sizin mene neler bilmeli idim neler olacaqin demeyiviz menim ucun gecdir.Esas mesele ondadir ki,borclu olmeyib ve yeride melumdur.amma komek eleyen yoxdur

advocat
19.03.2012, 16:06
mence indi sizin mene neler bilmeli idim neler olacaqin demeyiviz menim ucun gecdir.Esas mesele ondadir ki,borclu olmeyib ve yeride melumdur.amma komek eleyen yoxdur

müqavilə şərtlərində nəzərdə tutulub ki, 2.2BANK: 2.2.1Hemin muqavile ile icrasi temin edilmis ohdelik icra olunmadiqda zamine ve ya borcalan,hemcinin onlarin her ikisine birlikde teleb ireli surmek: 2.2.2borcalan ohdeliyi icra etmedikde onun banka odenmeli olan borcu akseptiz qaydada(yeni raziliqi olmadan)zaminin butun hesablasma,valyuta ve diger hesablarindan silmek hüququ var ..
borclu pulu ödəməyə bilər, bankın da zamindən pulu tələb etmək hüququ var .

NAOMI
19.03.2012, 16:18
mence indi sizin mene neler bilmeli idim neler olacaqin demeyiviz menim ucun gecdir.Esas mesele ondadir ki,borclu olmeyib ve yeride melumdur.amma komek eleyen yoxdur

zulfiyya xanım, darıxmayın. Allah adamı belə şeylərdən qorusun. Səbr edin, bir həlli olar...

zulfiyya
19.03.2012, 16:39
zulfiyya xanım, darıxmayın. Allah adamı belə şeylərdən qorusun. Səbr edin, bir həlli olar...

cox saqolun.Allah Kerimdir

zulfiyya
19.03.2012, 16:46
müqavilə şərtlərində nəzərdə tutulub ki, 2.2BANK: 2.2.1Hemin muqavile ile icrasi temin edilmis ohdelik icra olunmadiqda zamine ve ya borcalan,hemcinin onlarin her ikisine birlikde teleb ireli surmek: 2.2.2borcalan ohdeliyi icra etmedikde onun banka odenmeli olan borcu akseptiz qaydada(yeni raziliqi olmadan)zaminin butun hesablasma,valyuta ve diger hesablarindan silmek hüququ var ..
borclu pulu ödəməyə bilər, bankın da zamindən pulu tələb etmək hüququ var .

bunlarin hec biri mende yoxdur

SAPAND
19.03.2012, 21:41
64 yaşlı Səadət Həsənova “KredAqro” bank olmayan kredit təşkilatının Həsən Əliyev, 63 ünvanında yerləşən ofisinin qarşısına gələrək, üzərinə benzin töküb və özünü yandırıb.
Ətrafdakı insanların dərhal ona kömək etmələri və alovu söndürmələrinə baxmayaraq, 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan qadın geniş yanmalardan dünyasını dəyişib. Nərimanov rayon prokurorluğu Azərbaycanın Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi qaldırıb, araşdırma aparılır.

q\q\

zulfiyya
20.03.2012, 11:31
q\q\
yeqin ki,mende bele bir shey etmeli olacam.

advocat
20.03.2012, 12:21
yeqin ki,mende bele bir shey etmeli olacam.

elə şey etmək lazım deyil .
adınıza hər hansı əmlak varmı? adınızdan çıxarın, başqasına adına keçirin ..
lap məhkəmə tutaq ki pulun ödənilməsinə dair qətnamə çıxardı. pulu ödəyə bilməyəndən sonra sizə heç nə edə bilməzlər ..

İlğım
23.03.2012, 22:22
yeqin ki,mende bele bir shey etmeli olacam.

siz bilmirdiz ki o adam 10 min pul gotururʔ

zulfiyya
26.03.2012, 14:44
siz bilmirdiz ki o adam 10 min pul gotururʔ

salam xeyr bilmirdim

advocat
26.03.2012, 23:26
sərfəli şərtlərlə, zaminsiz, arayışsız hansı bank kredit verir ?

Elçin
27.03.2012, 13:47
sərfəli şərtlərlə, zaminsiz, arayışsız hansı bank kredit verir ?
Girov müqabilində zaminsiz və arayışsız kredit Muğanbankda verilir. Girovsuz isə ancaq tanışlıqla görürmək olar.

advocat
27.03.2012, 16:21
Girov müqabilində zaminsiz və arayışsız kredit Muğanbankda verilir. Girovsuz isə ancaq tanışlıqla görürmək olar.

Bəs əlverişli şərtlərlə arayışla , daha ucuz faizlə, komisyon haqqın az olduğu hansı bankdan kredit götürmək olar ?
bəzi banklar komisyon faizini 2% edir , üstəlik də bank xərci əlavə alır ..

İlğım
27.03.2012, 21:18
salam xeyr bilmirdim

Siz sənədə qol çəkəndə baxmamışdızʔ

Elçin
29.03.2012, 11:44
Bəs əlverişli şərtlərlə arayışla , daha ucuz faizlə, komisyon haqqın az olduğu hansı bankdan kredit götürmək olar ?
bəzi banklar komisyon faizini 2% edir , üstəlik də bank xərci əlavə alır ..

Əvvəl işlədiyim Texnikabankda 0.5% komisyon idi. Üstəlik 10 azn hesabın açılması üçün. Çox sərfəli idi. Amma bizim filialda krediti dayandırmışdılar. Başqa filiallardan ya da baş ofisdən maraqlan, arayış və zaminlə ala bilərsən. Zamin demişkən, Zaminbank da pis deyil :) amma tanışlıqsız vermirlər.

İlğım
29.03.2012, 11:53
Unibank 5000 kredit verir. Bayaq radioda eşitdim.

Antic_girl
29.03.2012, 11:55
Unibank 5000 kredit verir. Bayaq radioda eşitdim.

Bank of Bakuda verir. Amma 30 aya, ayda 250 manat ödəmək şərti ilə. 5000 manatın üstündə 2500 manat qazanır. Əladı )))

advocat
29.03.2012, 22:47
Bank of Bakuda verir. Amma 30 aya, ayda 250 manat ödəmək şərti ilə. 5000 manatın üstündə 2500 manat qazanır. Əladı )))

2000 manata da aylıq 100 manat ödəmək təklif olunur .. 32 ay olsa da tez bir zamanda kredit bağlansa yəqin ki faizlər də yoxa çıxa ..

Antic_girl
30.03.2012, 08:17
2000 manata da aylıq 100 manat ödəmək təklif olunur .. 32 ay olsa da tez bir zamanda kredit bağlansa yəqin ki faizlər də yoxa çıxa ..

Tez vermək imkanı varsa, 30 aylıq götürmək nəyə lazım. Faizi nə qədər azalsada sərf eləməz. 2000 manata 1000 manat artıq ödəməli olursan

advocat
30.03.2012, 10:26
Tez vermək imkanı varsa, 30 aylıq götürmək nəyə lazım. Faizi nə qədər azalsada sərf eləməz. 2000 manata 1000 manat artıq ödəməli olursan

az da etmək olar . o da mümkün . Bankof baku.da şərtlər deyirlər yaxşıdır . kredit faizi də həmçinin .
qardaşım Unibankda maşın krediti ödəyir, arada 400 manat verib, onu guya tapa bilmir bank ...

SAPAND
30.03.2012, 19:09
Bank of Bakuda verir. Amma 30 aya, ayda 250 manat ödəmək şərti ilə. 5000 manatın üstündə 2500 manat qazanır. Əladı )))

Dövlət məmurlarıda danışanda "atalıq" qayğısından dəm vururlar . Xalqin neftdən gələn halal pullarını xarıcı banklarda 4-5% yerləşdirir , amma öz vətəndaşlarına öz halal pullarını 18-25 % lə sələmə verir . Mənə bir şey çatmır . Niyə belə edirlər ? :confused:

Nargin
30.03.2012, 23:24

4-5 yox 2% nece niye daha cox pul qazanirlar.Duzu inanmiram cox pul bankda saxlasinlar.Birde biznesmen ucun oz milleti basqa millet anlayisi yoxdu hamiya eyni gozle baxirlar)))

SAFAVI
31.03.2012, 12:32
Dövlət məmurlarıda danışanda "atalıq" qayğısından dəm vururlar . Xalqin neftdən gələn halal pullarını xarıcı banklarda 4-5% yerləşdirir , amma öz vətəndaşlarına öz halal pullarını 18-25 % lə sələmə verir . Mənə bir şey çatmır . Niyə belə edirlər ? :confused:

1. 4-5%? 1,6-2,1 arasi yerleshdirirler qaca-qaca.
2. Niye bele edirler? Cunki, ozleri yaratdiqlari sistemin tehlukeliliyini, yuksek risklilik derecesini ozlerinden yaxshi hec kim bilmir.
Man mina doshediyim sahede gezmezdim, ve ya oz qazdigim quyudan uzaq gezerdim)
P.S. hamiya salam.

SAPAND
31.03.2012, 21:55

Düzü mən təxmini yazmışdım .Belə aşağı % olduğunu təsəvir belə etmirdim .
Amma onu bilirəmki Azərbaycanın budcəsindəki pularla xarici dövlətlərə investisiya qoyulur dövlət xəttiylə..Türkiyədə kimya zavodları qurur .. və sairə ..
Bizim camahatsa işsizlikdən əziyyət çəkir , yada özəl söktorda qul əməyinə cəlb olunurlar ..:mad:

Elçin
01.04.2012, 03:22
1. 4-5%? 1,6-2,1 arasi yerleshdirirler qaca-qaca.
P.S. hamiya salam.

Daha yüksək faizlər də var, ölkənin imicindən asılı olaraq.
Milli Bankın digər banklara tətbiq etdiyi kredit şərtləri pis deyil, banklar acgözlük etməsə də kifayət qədər pul qazana bilər. Elə bank var ki, qoyulan əmanətə illik 10% pul ödəyir, müştəriyə krediti 36%-lə verir. Halbuki, depozit olmasa bankı apar tulla))
P.S. Əleykümə salam.

advocat
14.04.2012, 23:27
banklar mənə kredit vermir ...
yüksək maaşlı arayış verirəm, deyirlər adına kredit var .. nə dəxli var ?
hansı bank kredit verə bilər ?

İlğım
14.04.2012, 23:58
banklar mənə kredit vermir ...
yüksək maaşlı arayış verirəm, deyirlər adına kredit var .. nə dəxli var ?
hansı bank kredit verə bilər ?

Yüksək maaşlı arayış verə bilirsiz adınıza kredit yoxdur arayışı verə bilmirsiz? d\d\

advocat
15.04.2012, 01:18
Yüksək maaşlı arayış verə bilirsiz adınıza kredit yoxdur arayışı verə bilmirsiz? d\d\

mən deməsəm özləri tapa bilməyəcək guya ? ..

Nizami63
15.04.2012, 11:57
az da etmək olar . o da mümkün . Bankof baku.da şərtlər deyirlər yaxşıdır . kredit faizi də həmçinin .
qardaşım Unibankda maşın krediti ödəyir, arada 400 manat verib, onu guya tapa bilmir bank ...
xidmətindən yararlandığım banklar sırasında Unibank qədər moşenniki tanımıram...

advocat
15.04.2012, 11:58
xidmətindən yararlandığım banklar sırasında Unibank qədər moşenniki tanımıram...

Unibank filialının müdiri tanışımdır , o da vermir ...

İlğım
15.04.2012, 19:46
mən deməsəm özləri tapa bilməyəcək guya ? ..

Sən arayış təqdim edəndən sonra niyə axtarsınlar ki.

advocat
15.04.2012, 20:30
Sən arayış təqdim edəndən sonra niyə axtarsınlar ki.

adıma kredit olmamasına dair arayışı kimdən almalıyam ?

İlğım
15.04.2012, 23:10
adıma kredit olmamasına dair arayışı kimdən almalıyam ?

Nə qədər kredit borcun var?

SAFAVI
16.04.2012, 08:16
adıma kredit olmamasına dair arayışı kimdən almalıyam ?

) Maraqlı sualdır. Təxminən 10 il əvvəl belə bir təşəbbüs var idi ki, banklar ümumi müştəri bazası yaratsınlar və bu baza vasitəsilə, hər kəsin neçə kredit hesabı, ödəmə qabiliyyəti habelə davamiyyəti haqda məlumat əldə edilsin. Bunu banklar assosasiyası istəyirdi səhv etmirəmsə. Sonra yaddan çıxdı bu fikir.
İndi bildiyim qədər belə bir məlumat bazası yoxdur, amma milli banka göndərilən hesabatda müştərilər haqda məlumat d göndərilir. Məntiqlə tam olmasa da buna oxşar arayış Milli bankdan tələb olunmalıdır. Yenə təkrar edirəm, uzun müddətdi oralarda bank sistemində innovasiyalardan xəbərim yoxdur.
Ya da ən ibtidaisi, hesablaşma hesabın olan bankdan bu arayışı ala bilərsən.
P.S. AAF adlı bir fond var idi, 6 banka tranşlarla kiçin və orta sahibkarlığın inkişafına pul ayırırdı, onların 6 bankın bu kriteriyadan olan müştərilər haqda məlumat bazası var idi.

SAFAVI
16.04.2012, 08:19
xidmətindən yararlandığım banklar sırasında Unibank qədər moşenniki tanımıram...

iki il əvvəl çox yüklü bir pul qopartdılar onlardan, neçə ildir işləyirdilər, amma onlara bu şəraiti yaradanları unutmuşdular. Aktivlərində birdən birə o qədər pulun çıxarılmasından sonra Nizamnamə Kapitalındakı kəsir üçün dəridən qabıqdan çıxmalıdırlar.

İlğım
16.04.2012, 08:57
) Maraqlı sualdır. Təxminən 10 il əvvəl belə bir təşəbbüs var idi ki, banklar ümumi müştəri bazası yaratsınlar və bu baza vasitəsilə, hər kəsin neçə kredit hesabı, ödəmə qabiliyyəti habelə davamiyyəti haqda məlumat əldə edilsin. Bunu banklar assosasiyası istəyirdi səhv etmirəmsə. Sonra yaddan çıxdı bu fikir.
İndi bildiyim qədər belə bir məlumat bazası yoxdur, amma milli banka göndərilən hesabatda müştərilər haqda məlumat d göndərilir. Məntiqlə tam olmasa da buna oxşar arayış Milli bankdan tələb olunmalıdır. Yenə təkrar edirəm, uzun müddətdi oralarda bank sistemində innovasiyalardan xəbərim yoxdur.
Ya da ən ibtidaisi, hesablaşma hesabın olan bankdan bu arayışı ala bilərsən.
P.S. AAF adlı bir fond var idi, 6 banka tranşlarla kiçin və orta sahibkarlığın inkişafına pul ayırırdı, onların 6 bankın bu kriteriyadan olan müştərilər haqda məlumat bazası var idi.
Uje bu çoxdan yaradılıbdı. Ümumi baza var. Ordan yoxlayırlar. Amma mənim son işlədiyim bankada ödəmə qabiliyyəti varsa adına kredit olsa belə kredit verilirdi. Əgər ödəmədə gecikmə yoxdursa problem olmur.

Elçin
16.04.2012, 10:52
banklar mənə kredit vermir ...
yüksək maaşlı arayış verirəm, deyirlər adına kredit var .. nə dəxli var ?
hansı bank kredit verə bilər ?

Bankların bəziləri Milli Banka sorğu göndərir, MKR-dən gələn məlumatda hansı banka nə qədər borcun varsa göstərilir. Əgər borcun göstərdiyin maaşın 50%-ni təşkil edirsə, kredit vermək olar sənə. Amma borcun çoxdursa verilməyəcək. Çünki paralel olaraq hər iki borcunu ödəməyə bilərsən. Amma bir çox banklar sorğu göndərmir. Verməməklərinin səbəbi başqa ola bilər. Hər yerdə tanışlıq lazımdı.

İlğım
16.04.2012, 10:54

Mən işlədiyimdə baza var idi. Bütün bankların kredit ödəyən müştərilərinin adı var idi. 3 il olar yaranıb bu baza.

Elçin
16.04.2012, 11:05
Mən işlədiyimdə baza var idi. Bütün bankların kredit ödəyən müştərilərinin adı var idi. 3 il olar yaranıb bu baza.

Mən işlədiyim bankda yox idi amma) düzü heç başqa banklarda da eşitməmişəm. Ola bilsin yaranıb, məlumatım yoxdu.

İlğım
16.04.2012, 11:09
Mən işlədiyim bankda yox idi amma) düzü heç başqa banklarda da eşitməmişəm. Ola bilsin yaranıb, məlumatım yoxdu.

Sən kredit şöbəsində işləyirdin? Mən o şöbətə 2-3 gün oturmuçdum .

advocat
16.04.2012, 12:45
Nə qədər kredit borcun var?

təxmini 10000 var ... :)

advocat
16.04.2012, 12:47
Soruşdum bir tanışdan , deyir hansısa sistem var, ora müştərinin şəxsiyyət vəsiqəsinin nömrəsini yazır, hansı bankda nə qədər krediti olmasını göstərir .. hətta problemli kredit olmasa belə ..

Elçin
16.04.2012, 13:27
Sən kredit şöbəsində işləyirdin? Mən o şöbədə 2-3 gün oturmuşdum .

Hə, kreditdə idim. 4 il kredit şöbəsində zuma oynamışam))

İlğım
16.04.2012, 13:31
Soruşdum bir tanışdan , deyir hansısa sistem var, ora müştərinin şəxsiyyət vəsiqəsinin nömrəsini yazır, hansı bankda nə qədər krediti olmasını göstərir .. hətta problemli kredit olmasa belə ..

emek haqqı arayişda nə qədər qeyd olunub və ayda nə qədər ödəyirsən? Yönləndirim bir banka kredit al.

Nizami63
16.04.2012, 15:26
iki il əvvəl çox yüklü bir pul qopartdılar onlardan, neçə ildir işləyirdilər, amma onlara bu şəraiti yaradanları unutmuşdular. Aktivlərində birdən birə o qədər pulun çıxarılmasından sonra Nizamnamə Kapitalındakı kəsir üçün dəridən qabıqdan çıxmalıdırlar.
mənim bu bankla bir problemim var, zamanında onlara baş qoşacağam. İndilərdə özümü əsəbiləşdirmək istəmirəm.

advocat
16.04.2012, 15:54
emek haqqı arayişda nə qədər qeyd olunub və ayda nə qədər ödəyirsən? Yönləndirim bir banka kredit al.

tapdım artıq .. təşəkkür .
banklardan bir şey çıxmadı, faizsiz ala bildim bir tanışdan ..

Nargin
16.04.2012, 16:07
Men skmf barede maraqlaniram maksimum ne qeder gtoture bilerem nece faiz muddet umumiyyetle hersey, hansi bank dha meslehetdi. Xahis edirem melumat olan yazsin.

SAFAVI
17.04.2012, 09:44
mənim bu bankla bir problemim var, zamanında onlara baş qoşacağam. İndilərdə özümü əsəbiləşdirmək istəmirəm.

Baş qoşmağı qərara alanda yəqin ki məsləhətləşəcəyiniz adamlar olacaq, ümid edirəm doğru istiqamətləndiriləcəksiniz. Bir az spesifik bankdır. Elə yerdən yapışmaq lazımdır ki, bir nəticə versin.

SAFAVI
17.04.2012, 09:45
Men skmf barede maraqlaniram maksimum ne qeder gtoture bilerem nece faiz muddet umumiyyetle hersey, hansi bank dha meslehetdi. Xahis edirem melumat olan yazsin.

məsləhətli bank milli bankdır. O tapşırandan sonra bütün banklar məsləhətdir.

SAFAVI
17.04.2012, 09:55
Mən işlədiyim bankda yox idi amma) düzü heç başqa banklarda da eşitməmişəm. Ola bilsin yaranıb, məlumatım yoxdu.

İlğım səhv salır yəqin. ) Görmedin özü etiraf etdi, bank işində cəmi 3 günlük təcrübəsi var)

P.S. Mənə balıqtutan gəlsə tullayacam, biləsiniz. Evdə yer yoxdur.

Antic_girl
17.04.2012, 10:02
Men skmf barede maraqlaniram maksimum ne qeder gtoture bilerem nece faiz muddet umumiyyetle hersey, hansi bank dha meslehetdi. Xahis edirem melumat olan yazsin.

. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onların istifadə edilməsi
4.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
4.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
4.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
4.4. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
4.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
4.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

V. Kreditlərin hədləri
5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər;
5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz.

VI. Kreditlərin müddəti və faizləri
6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1 kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək;
6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:
6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;
6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.
6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.
6.4. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla, digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələr ilə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 6.2.2-ci və 6.3-cü bəndləri tətbiq edilir.

Nizami63
17.04.2012, 12:18
Baş qoşmağı qərara alanda yəqin ki məsləhətləşəcəyiniz adamlar olacaq, ümid edirəm doğru istiqamətləndiriləcəksiniz. Bir az spesifik bankdır. Elə yerdən yapışmaq lazımdır ki, bir nəticə versin.
çeklərim əlimdədir, hesab edirəm ki problem olmamalıdır.

İlğım
17.04.2012, 12:47
İlğım səhv salır yəqin. ) Görmedin özü etiraf etdi, bank işində cəmi 3 günlük təcrübəsi var)

P.S. Mənə balıqtutan gəlsə tullayacam, biləsiniz. Evdə yer yoxdur.

Səhv salmıram baza var. Sən dediyin həmin nəzərdə tutlan baza uje var. Mənə belə öyrədiblər daha baza ilə işləməmişəm.
PS: Xahiş eləmişəm ki sifarişi ləğv eləsinlər.

Nargin
17.04.2012, 15:15
məsləhətli bank milli bankdır. O tapşırandan sonra bütün banklar məsləhətdir.

Merkezi bank bildiyim qederile kredit isine baxmir .

Nargin
17.04.2012, 15:19
. Kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onların istifadə edilməsi
4.1. Müvəkkil kredit təşkilatları bu Qaydalara uyğun olaraq Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
4.2. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Müvəkkil kredit təşkilatları müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatları 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarlarına əsaslanaraq investisiya layihələrini təhlil edir və müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumatlar və sənədlər tələb edə bilər. İnvestisiya layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə isə müvəkkil kredit təşkilatları tərəfindən 3 (üç) bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
4.3. Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir.
4.4. Ekspertizanın nəticəsindən asılı olaraq Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatlarına rəsmi məlumat verir.
4.5. Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatları tərəfindən kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərilir. Fond 3 (üç) bank günü ərzində vəsaitlərin müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.
4.6. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün investisiya layihəsi təqdim etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatları tərəfindən hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq Fonda məlumat verilməlidir. Təqdim olunacaq məlumatın forması Fond tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

V. Kreditlərin hədləri
5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:
5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;
5.1.2. 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;
5.1.3. 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər;
5.2. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10.000.000 manatdan artıq ola bilməz.

VI. Kreditlərin müddəti və faizləri
6.1. Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
6.1.1 kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;
6.1.2. orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;
6.1.3. böyük həcmli kreditlər üçün - 10 (on) ilədək;
6.2. Fondun kreditlərinin illik faiz dərəcələri aşağıdakı kimi müəyyən edilir:
6.2.1. kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün - 0,5 faiz;
6.2.2. digər layihələrin maliyyələşdirilməsi üçün - 1 faiz.
6.3. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş faizlər də daxil olmaqla, cəmi kredit məbləğinin 6 faizindən (kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4 faizindən) artıq olmamalıdır.
6.4. Fond tərəfindən büdcə vəsaitləri istisna olmaqla, digər mənbələrdən cəlb olunan vəsaitlərə həmin mənbələr ilə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla bu Qaydaların 6.2.2-ci və 6.3-cü bəndləri tətbiq edilir.

tesekkur melumat ucun ancaq mene real melumat lazimdir kagiz ustu deyil) Esasen hansi bank meslehetdi. Parabankla islemisem ama xosuma gelmir.

İlğım
17.04.2012, 15:20
Merkezi bank bildiyim qederile kredit isine baxmir .

Necə yəni baxmır?

Antic_girl
17.04.2012, 15:21
tesekkur melumat ucun ancaq mene real melumat lazimdir kagiz ustu deyil) Esasen hansi bank meslehetdi. Parabankla islemisem ama xosuma gelmir.

Mənim yazdıqlarım hamısı realdır. Ən azından İİN-nin işçisi olduğum üçün bunları bilirəm

Nargin
17.04.2012, 15:21
Necə yəni baxmır?

Maraqlandim dediler baxmiriq ta basqa melumat vermediler

Nargin
17.04.2012, 15:23
Mənim yazdıqlarım hamısı realdır. Ən azından İİN-nin işçisi olduğum üçün bunları bilirəm

xanim men real deyende sapka, komisyon haqlar,minumum faiz nezerde tuturam.

İlğım
17.04.2012, 15:23
Maraqlandim dediler baxmiriq ta basqa melumat vermediler

Baxırlar amma daha böyük miqyasda daha böyük işlərdə. Sizə təxminən hansı həcmdə lazımdı?

Antic_girl
17.04.2012, 15:25
xanim men real deyende sapka, komisyon haqlar,minumum faiz nezerde tuturam.

Kredit 6%-lə verilir. Papaq barədə heç nə deyə bilmərəm ))

Nargin
17.04.2012, 15:29
Baxırlar amma daha böyük miqyasda daha böyük işlərdə. Sizə təxminən hansı həcmdə lazımdı?

20-40 arasi .

SAPAND
17.04.2012, 20:50
Arayışda göstərilən məbləğın , götürüləsi kreditin məbləğinə təsiri nə qədərdir ?
Azərbaycan realıqları nəzərə alınırmı burda ? ( məsələn mənim faktiki əmək haqqım qol çəkdiyim məbləğdən hardasa 8 dəfə artıqdır )q\q\

SAFAVI
18.04.2012, 01:35
Bu melumat umumilikde aglinizda olsun, adeten bir kredit meblegi ucun muraciet edanda istenilen mebleg verilmedikde, hec vaxt ne qeder olur olsun deye dushunmeyin, masalan 20 min isteyirsinizse, 10 min de olsa raziyam demek eslinde kreditin verilme ishini hec de asanlashdirmir. meblegin uzaq bashi 20-25 faizini guzeshte getmek lazimdir.

İlğım
24.07.2012, 22:48
Royal Banka nə olduʔ

SAPAND
25.07.2012, 02:52
Royal Banka nə olduʔ

Paşa hamısının axırına çıxır w\w\@/

advocat
25.07.2012, 10:11
Royal Banka nə olduʔ

başını əkdilər ..

NAOMI
25.07.2012, 22:49
Royal Banka nə olduʔ

Bank of Baku kimi bunun da adini dəyişəcəklər, işə salacaqlar yenidən) narahat olmayın)

Elçin
26.07.2012, 02:12
Bank of Baku kimi bunun da adini dəyişəcəklər, işə salacaqlar yenidən) narahat olmayın)

Bank of Baku-nun adını nə vaxt dəyişiblər?

NAOMI
26.07.2012, 09:32
Bank of Baku-nun adını nə vaxt dəyişiblər?

1994-cü ildə Tuqay bank kimi qeydiyyatdan keçmişdi.Sonradan Bank of Baku kimi fəaliyyət göstərib/rir.

Elçin
26.07.2012, 23:46
1994-cü ildə Tuqay bank kimi qeydiyyatdan keçmişdi.Sonradan Bank of Baku kimi fəaliyyət göstərib/rir.

Hə, elə bildim təzə söhbətdi)
NBC BANK da əvvəl Ruzi Bank idi. ACCESSBANK Mikromaliyyələşdirmə idi.

crown
05.08.2012, 03:22
Ayda 500 manat banka artan depozitle qoysam bu pul 2 ile ne qeder olar? Bilenlerden xais edirem melumatlandirsin. Depozitcun hansi bank meslehetlidir?

SAPAND
11.08.2012, 18:26
Düzü banklarla elədə alış-verişim olmasada son vaxtlar 2-3 dəfə Respublika bankından ( mərkəzi ) istifadə etmişəm . Məncə pis deyil , amma təkcə fırlanan qapısı xoşuma gəlmədi w\w\@/

İlğım
11.08.2012, 23:49

İrad tutardın təklif verərdin yeni fırlanan qapı duzəldərdilər)))

SAPAND
11.08.2012, 23:56
İrad tutardın təklif verərdin yeni fırlanan qapı duzəldərdilər)))
Onların nümayəndəsi foruma gələndə bildirəcəm :) (Narmishka)....

Reportyor
13.08.2012, 09:05
Onların nümayəndəsi foruma gələndə bildirəcəm :) (Narmishka)....

Narmişka indi uşaq böyütməklə məşğuldu:p

SAPAND
17.08.2012, 17:04
Hörmətli "bilicilər" internet alış-verişi üçün hansı bankın kartı sərfəli-əlverişlidir ? :boast

İlğım
17.08.2012, 18:02
Hörmətli "bilicilər" internet alış-verişi üçün hansı bankın kartı sərfəli-əlverişlidir ? :boast

PayPal. By ELçin. Bu yolu mənə o ediyib.

SAPAND
17.08.2012, 18:41
PayPal. By ELçin. Bu yolu mənə o ediyib.

İstifadə etmisiz ?:)

İlğım
17.08.2012, 18:42
İstifadə etmisiz ?:)

beli w\w\@/

aliserni
28.12.2012, 19:14
Pay-pal odenish sistemidir ...
ozude ebay`in deyesen

aliserni
28.12.2012, 19:17
maraqli yazidir amma PR kimi chixib deysen bir balaca.. (http://ann.az/az/unibank-%C9%99halinin-savadsizligindan-qazanir-ekspert-r%C9%99yi/)

Çingiz Vəliyev
Eskpert

Məşhur “Qafqaz əsiri” kinokomediyasının personajlarının biri deyirdi: “Keçi almağa imkanım var, amma istəyim yoxdur, ev almaq istəyim var, amma imkanım yoxdur.” Sonra belə bir sağlığa içmək təklif olunurdu: “O gün olsun imkanlarımızla istəklərimiz üst-üstə düşsün”.

Hazırda Azərbaycan istehlak kreditləri əyalətdən gələnlərin onlara təklif olunan imkanlardan “başlarının gicəllənməsinə” şərait yaradır. Bu məqsədlə Avropa və Amerika banklarının çoxdan müraciət etdikləri təcrübədən istifadə olunur və bu təcrübə ölkə reallığına uyğunlaşdırılır. Onlar, sanki sehirli çubuğun hərəkətilə borcalanın cüzi gəlirini onun Avropadakı layiqli həyat barədə təsəvvürlərinə “uyğunlaşdırır”. Əvvəlcə onlar uzunmüddətli istifadə üçün nəzərdə tutulan məişət mallarının çeşidlərini təklif etməklə kifayətlənirdilər. Sonradan bu kreditləşmə dünənədək arabadan istifadə edənlərin bu gün maşın sükanı arxasına keçməsinə yardım etdi, üstəlik, bank əhaliyə bugünkü baxmdan o qədər də böyük sayılmayan borc pul verməyə başladı. Borcalanların nisbətən kiçik bir qismi də ipoteka kreditlərinin öhdəsindən gəlməyə çalışır

SAPAND
28.12.2012, 19:34
maraqli yazidir amma PR kimi chixib deysen bir balaca.. (http://ann.az/az/unibank-%C9%99halinin-savadsizligindan-qazanir-ekspert-r%C9%99yi/)

Müəllimlərə güzəştlə kreditə satılacaq komputerlərə baxmışdım bir dəfə . Uzağı 300-350 manata olan komputerləri 450-500 endirim adıyla sıramaq istəyirdilər ...
Məsələn reklam gedir " Televizor olana televizor hədiyyə " Noutbuk alana planşet hədiyyə" @!@

Nizami63
09.04.2013, 18:48
Xəbərlər

Share on facebook Share on vk Share on mymailru More Sharing Services
Ermənilər əmanətlərini ala bildilərmi? Maliyyə Nazirliyi suala cavab vermir
2013-04-08 - 15:54:00
“Media forum” Maliyyə Nazirliyinə ünvanladığı yazılı sorğuya fevralın 27-dən bəri cavab ala bilmir. Saytın əməkdaşı bu müddət ərzində Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevlə dəfələrlə əlaqə saxlasa da, suallar cavabsız qalıb. Mais Piriyev gah suallara cavab verəsi mütəxəssislərin işdə olmadığını deyib, gah da telefon zənglərini cavabsız qoyub. Beləcə “Media forum” saytı 40 gün gözləməli olub.

Nazirliyə bu suallar ünvanlanıb:

- SSRİ dövründən qalan əmanətlərin verilmə prosesi ötən il dekabrın 31-də başa çatıb. 2 milyon 400 min şəxsi hesab üzrə aparılan proses hansı nəticələrlə yekunlaşdı? Kimlər əmanətlərini ala bildi, kimlər ala bilmədi?

- Əmanətlər SSRİ dövründə qoyulduğu üçün banklarda pulu olanlar arasında erməni əmanətçilər də var. Əmanətlərin verilmə prosesi erməni əmanətçilərə də şamil olundumu? Əgər belədirsə, bu məsələ öz həllini necə tapdı, yəni ermənilər müraciətlərini necə etdilər? Büdcədən ermənilərin şəxsi hesablarına pul ayrılmışdımı? Əmanəti olan ermənilər Azərbaycan vətəndaşları, yoxsa digər dövlətlərin vətəndaşlığını qəbul etmiş ermənilərdir?

- 1 yanvar 1992-ci ildən sonra keçmiş Əmanət Bankına qoyulmuş vəsaitlərin taleyi necə olacaq?

“Media forum” saytı qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü maddəsinə görə, informasiya sorğusu ən qısa müddətdə, 7 iş günündən gec olmayaraq icra edilməlidir. Həmin qanunun 25-ci maddəsi icra müddətini əlavə olaraq 7 iş günü də uzatmağı nəzərdə tutur...