PDA

Просмотр полной версии : Ailənizin kanallari...?

PAPARAZI
07.06.2009, 15:24
Bugün hamiya gün kimi aydindirki , bir çox kanallarimiz kommersiya kanallaridir ... PULUNU VERİRSƏN , AĞZİNA GƏLƏNİ DANİŞİRSAN...
Danişilanlarda bir şeydə olsa...
BİRİ evində hamam otaginda necə çimdiyini , yataq otaginda kiminlə yatdigini , hamam kimlə getdiyini .... bu kimi şeyləri nümayiş elətdirir...
Bugün mövcud olan və xod gedən kanallarımızın məhz elə bugünkü vəziyyəti sizi qane edirmi?
ATV --ƏN BAXİMLİ KANALDİRMİ?
ANS-DƏQİQ, QƏRƏRSİZ , VİCDANLİ XƏBƏR ÇATDİRİRMİ?
İTV-HƏQİQƏTƏN İCTİMAİDİRMİ?SÖZ AZADLİGİ BU KANALDA VARMİ?
AZTV-DÖVLƏT KANALİ KİMİ BAXİLMAGA LAYİQDİRMİ?
LİDER--KANALLARİN LİDERİDİRMİ?
SPACE--SEVİMLİ KANAL ROLUNDADİRMİ?
XƏZƏR-AİLƏNİZİN KANALİDİRMİ?
MÖVQEYİNİZ ,,,?:

SAPAND
07.06.2009, 17:43
ATV --Bəzən yuxum qaçanda filimlərə baxıram.Hərdən xəbərlərədə.
ANS-Əlbətki əvvəlki ANS deyil indi.Hər halda Azərbaycanda baş verənləri ordan izləyirəm.Maraqlı verlislərdə çoxdu bu kanalda.Həmdəki.....:p
İTV-Məncə onun funksiyasını ANS yerinə yetirməyə çalışır.
AZTV-Demək olarki uzağı 1 ildə bəlkəm 2-3 dəqiqə ola bilərki ona baxım.Oda təsadüfən :D
LİDER--Bu kanala baxmaqdansa mənimüçün erməni saytlarındakı xəbərləri oxumaq daha maraqlıdır.Heç elmasa əsəbləşmirəm :cool:(amma xəbərim olanda təkcə bu kanalda Qərib Azərin proektinə baxıram )
SPACE-- Urus demişkən "Ne riba, ne myasa"
XƏZƏR- Nə isə yad gəlir bu kanal mənə , "Ay Zaur" -a xəbərim olanda baxıram .Bomba mırt tutur Şou Biznesçılərimiznən :D

Reportyor
07.06.2009, 18:17
Ümumiləşdirib bir söz deyə bilərəm ki, ailəmizin yox, bunların hamısı bir ailənin kanalıdır. Ona görə də hamısı Azərbaycan ictimaiyyətinə deyil, ailəyə xidmət edir.

Nizami63
07.06.2009, 21:27
Ümumiləşdirib bir söz deyə bilərəm ki, ailəmizin yox, bunların hamısı bir ailənin kanalıdır. Ona görə də hamısı Azərbaycan ictimaiyyətinə deyil, ailəyə xidmət edir.
tamamilə doörudur. Bu kanalların hamısı ailəyə və məlum xarici ölkələrin mənafeyinə xidmət edirlər...
Anti Türkiyə, İran və Rusiya təbliğatının aparılması da buna görədir...

Bu gün əksər kanallarda İsrail prezidentinin Azərbaycana gözlənilən səfərinə haqq donu geyindirilməsi də mənim yuxarıdakı mülahizələrimi bir daha təsdiq edir.

Duyarlı
09.06.2009, 11:40
ATV --ƏN BAXİMLİ KANALDİRMİ?
ANS-DƏQİQ, QƏRƏRSİZ , VİCDANLİ XƏBƏR ÇATDİRİRMİ?
İTV-HƏQİQƏTƏN İCTİMAİDİRMİ?SÖZ AZADLİGİ BU KANALDA VARMİ?
AZTV-DÖVLƏT KANALİ KİMİ BAXİLMAGA LAYİQDİRMİ?
LİDER--KANALLARİN LİDERİDİRMİ?
SPACE--SEVİMLİ KANAL ROLUNDADİRMİ?
XƏZƏR-AİLƏNİZİN KANALİDİRMİ?
MÖVQEYİNİZ ,,,?:

Hələ siz birdə NTV (Naxçıvan TV) baxasız onda yəqin başınızı götürüb qaçarsız.Bu haqda söhbət etdiyimdə mənə cavab olaraq misal çəkildi.Aramızdaki dialoqdan sizlərə yazım.
....... Evə qonaq gəldiyində onun qarşısına nə qoyarsız.
Duyarlı: Nə var onu.
....... Ən qəşəng bir şeyi təqdim etmərsiz?(guya ki, qəşəng bir şeylər təqdim edirlər)
Duyarlı: Əgər varsa.
Sözümün canı NTV baxdıqda insanın nəinki yuxusu gəlsin hətda əsəbləri tarıma çəkilir nə vaxt açırsan abadlıqdan, iməcliklərdən, tikintilərdən göstərilir.Yəni ki, Naxçıvanda hər şey bir qayda olaraq superdi.BU şəhərdə qarışqa qədər də problem mümkün deyil olsun.Sadəcə və sadəcə saxta bəzədilən maraqsız lüzümsuz verlişdə demək olmaz nələrsə verilir.

Nizami63
09.06.2009, 18:00
Yəni ki, Naxçıvanda hər şey bir qayda olaraq superdi.BU şəhərdə qarışqa qədər də problem mümkün deyil olsun.Sadəcə və sadəcə saxta bəzədilən maraqsız lüzümsuz verlişdə demək olmaz nələrsə verilir.
bütün bunlar H.A. idarəçiliyinin nəticələridir. Onun sovetlər dövründə hakimiyyət sürdüyü illərdə keçici Qızıl Bayraqları Azərbaycan alırdı, ancaq ərzaq mallarını camaatımız gedib sovet ERmənistanından almağa məcbur olurdular...
Necə deyərlər çölü bəzək içi təzək !

Drongo
12.06.2009, 12:17
Bizim demək olar ki, heç bir kanalımız örüəkaçan deyil məinmçün. Ona görə də az baxıram televizora. Baxılası kanallarsa, ödənişli rus və bəzi türk kanallarıdır.

Nizami63
15.06.2009, 12:43
İrandakı prezident seçkilərini Azərbaycan tamaşaçısına çatdırmağa çalışan Azərbaycan tv - lərinin iç siması bir daha ifşa olundu...
Bu məsələdə xüsusilə ANS TV və ATV - nin mövqeyi məndə ikrah yaratdı.

Reportyor
15.06.2009, 12:50

Nizami müəllim, açığı mən son bir ildə televizyada ancaq boş vaxtım olanda filmə baxıram. Xəbərləri isə televiziyadan ümumiyyətlə izləmirəm. İstər ANS olsun, istərsə də digər televiziyalar. Özünün şahidi olduğun xəbərləri elə tərzdə çatdırıolar ki, istər-istəməz əsəbilərinə toxunur. Ona görə də, İrandakı prezident seçkilərində də yalnız internet xəbərlərindən istifadə etmişəm. Bizimkilərin nə yaydığından xəbərsizəm. Çox maraqlı olardı, sizcə ikrah doğuran nə olub? Amma bir şeyi xatırladım ki, bəzi azərbaycanlı ekspertlər İranda keçirilən seçkinin Azərbayücandakından demokratik və şəffaf olduğunu deyirlər.

Sofiya
15.06.2009, 12:54
ITV-ə baxıram orda nə də olsa səviyyəsizlik görmürəm, Bir də Xəzər TV-ə baxıram

Reportyor
15.06.2009, 12:58
ITV-ə baxıram orda nə də olsa səviyyəsizlik görmürəm, Bir də Xəzər TV-ə baxıram

Səviyyəsizlik deyərkən nəyi nəzərdə tutrsuz, Sofiya xanım? İTV-də siyasi verilişlərin səviyyəsi, obyektivliyi sizi qane edirmi? Bu baxımdan ictimai televiziya hesab edirsiz siz, İTV-ni?

PAPARAZI
15.06.2009, 12:59
ITV-ə baxıram orda nə də olsa səviyyəsizlik görmürəm, Bir də Xəzər TV-ə baxıram
İTV ? Burda hansi ictimailiyi görürsünüz Sofiya XAnım ?

Nizami63
15.06.2009, 13:16
Nizami müəllim, açığı mən son bir ildə televizyada ancaq boş vaxtım olanda filmə baxıram. Xəbərləri isə televiziyadan ümumiyyətlə izləmirəm. İstər ANS olsun, istərsə də digər televiziyalar. Özünün şahidi olduğun xəbərləri elə tərzdə çatdırıolar ki, istər-istəməz əsəbilərinə toxunur. Ona görə də, İrandakı prezident seçkilərində də yalnız internet xəbərlərindən istifadə etmişəm. Bizimkilərin nə yaydığından xəbərsizəm. Çox maraqlı olardı, sizcə ikrah doğuran nə olub? Amma bir şeyi xatırladım ki, bəzi azərbaycanlı ekspertlər İranda keçirilən seçkinin Azərbayücandakından demokratik və şəffaf olduğunu deyirlər.
Elə Sənin axırıncı bu ifadəni ANS TV - dəki xəbər aparıcılarına cox haqlı olaraq vurulmuş şapalaq kimi qiymətləndirmək olar...
Öz ölkəsində bu günə kimi obyektiv seçki həyata keçirilmədiyi halda ANS TV - nin əməkdaşlarının başlarından böyük qələtlər yeməsinin yalnız bir adı var - LƏYAQƏTSİZLİK və HƏYASIZLIQ !

Reportyor
15.06.2009, 13:23

Xatırladım ki, Nizami müəllim həmin açıqlamanın müəllifi olan ekspertlər Bütöv Azərbaycan ideyasını dəstəkləyən və müdafiə edən qüvvələrə bağlı insanlardır. Ona görə də onların açıqlamalırı mənim üçün maraqlı gəldi. Bəlkə bu mövzunu siysi disksiyada davam edək Nİzami müəllim?

Nizami63
15.06.2009, 13:35

razıyam, ancaq necə deyərlər bunu da yazmasam ürəyim partlayar : təsəvvür edirsənmi ANS TV - nin bu ...əməkdaşları özləri kimi bir neçə .... tv ekranına çıxarıb onların dililə İrandakı seçkilərə qiymət verməyə guya ki çalışırdı.
Sən özün səviyyəsizliyin dərəcəsinə baxkinən ki müsahibə verən insanlardan biri həyasızcasına İranda kef çəkməyə icazə verilmədiyindən "şikayət" edirdi?!

Belə səviyyəsiz süjetlərlə ANS TV - nin və ATV - nin kimlərin marağına xidmət etdiyi şəxsən mənim üçün sirr deyildi...

Qəzəb doğuran odur ki, onlar bu çirkin addımlarını Azərbaycana xidmət kimi qələmə vermək istəyirlər.

Sofiya
15.06.2009, 14:36
Səviyyəsizlik deyərkən nəyi nəzərdə tutrsuz, Sofiya xanım? İTV-də siyasi verilişlərin səviyyəsi, obyektivliyi sizi qane edirmi? Bu baxımdan ictimai televiziya hesab edirsiz siz, İTV-ni?
Hər hal ki orda ucuz şou proqramlar olmur, amma beləyə qalsa yuxarıda qetd edilmişdi ki bu kanallar bir ailəyə xidmət edir, daha artıq şərhə ehtiyac yoxdur məncə

Nizami63
17.06.2009, 20:47
Bir az bundan qabaq ANS TV - nin "XƏBƏRÇİ" proqramında iddia edildi ki, İranda baxılmasına qadağa qoyulan xarici tv - lərin siyahısında guya onların da adları vardır...
Yaxşı olardı ki bunun suçunu həmişə həqiqəti söylədiklərini iddia edən ansçilər özlərində axtarsınlar.
Mən imkanım daxilində bir çox xarici ölkələrin tv - lərini izləyirəm. İnandırıram sizi ki İrana, Türkiyədəki bu günkü rejimə və Rusiyaya bu tv - də olan cox qərəzli mövqeyi mən digər tv - lərin heç birində müşahidə edə bilmirəm...

Darknight
17.06.2009, 20:56
Bir az bundan qabaq ANS TV - nin "XƏBƏRÇİ" proqramında iddia edildi ki, İranda baxılmasına qadağa qoyulan xarici tv - lərin siyahısında guya onların da adları vardır...
Yaxşı olardı ki bunun suçunu həmişə həqiqəti söylədiklərini iddia edən ansçilər özlərində axtarsınlar.

Hər gecə erotik film göstərəndə qadağa qoyulacaq əlbəttə.

SAPAND
17.06.2009, 22:56
Amma bir şeyi xatırladım ki, bəzi azərbaycanlı ekspertlər İranda keçirilən seçkinin Azərbayücandakından demokratik və şəffaf olduğunu deyirlər.

Buna məndə şübhə etmirəm :)

Infallible
18.06.2009, 17:28
Bugün hamiya gün kimi aydindirki , bir çox kanallarimiz kommersiya kanallaridir ... PULUNU VERİRSƏN , AĞZİNA GƏLƏNİ DANİŞİRSAN...
Danişilanlarda bir şeydə olsa...
BİRİ evində hamam otaginda necə çimdiyini , yataq otaginda kiminlə yatdigini , hamam kimlə getdiyini .... bu kimi şeyləri nümayiş elətdirir...
Bugün mövcud olan və xod gedən kanallarımızın məhz elə bugünkü vəziyyəti sizi qane edirmi?
ATV --ƏN BAXİMLİ KANALDİRMİ?
ANS-DƏQİQ, QƏRƏRSİZ , VİCDANLİ XƏBƏR ÇATDİRİRMİ?
İTV-HƏQİQƏTƏN İCTİMAİDİRMİ?SÖZ AZADLİGİ BU KANALDA VARMİ?
AZTV-DÖVLƏT KANALİ KİMİ BAXİLMAGA LAYİQDİRMİ?
LİDER--KANALLARİN LİDERİDİRMİ?
SPACE--SEVİMLİ KANAL ROLUNDADİRMİ?
XƏZƏR-AİLƏNİZİN KANALİDİRMİ?
MÖVQEYİNİZ ,,,?:

heç birini tanımıram, tanımaq da istəmirəm, heç biri ilə də maraqlanmıram. mənim ailəmin yox, millətimin kanalı Samur-Dəvəçidir. düz dedim adını?

Reportyor
20.06.2009, 21:30
Nuşirəvan Məhərrəmli: “ANS özü-özünü gözdən salıb”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun ANS ÇM radiostansiyasına milli mənəvi dəyərləri pozan verilişlər yayımladığına görə etdiyi şifahi xəbərdarlıqla bağlı ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mirşahin Ağayevin açıqlamasına münasibət bildirib.

Qekyd edək ki, Mirşahin Ağayev MTRŞ-nın qərarını ANS-i gözdən salmağa yönələn kampaniyanın tərkib hissəsi adlandırmış və qurumu məsuliyyətli olmağa və ANS ÇM-lə bağlı qərarına təkzib verməyə çağırmışdı. (http://ria.az/media/10820.html)

Nizami63
20.06.2009, 21:43
Nuşirəvan Məhərrəmli pis - yaxşı surətdə dövlət məmurudur...Bizim kimi sadə xalqın mövqeyindən asılı olmayaraq bu şəxs təmsil etdiyi iqtidarın siyasətini müdafiyə etməyə borcludur.
Etiraf edək ki, ANS TV öz fəaliyyətində Azərbaycan dövlətinin xarici siyasət kursundan 180 dərəcə fərqli təbliğata yol verir.
Mən bir şeyi başa düşmürəm ki, bu gün də köhnə kadrları efirə verməklə ANS TV İranda baş verənləri təhrif etməklə kimlərin mənafeyinə xidmət edir?

Atası Fikrət Sadıqın böyük Şəhriyarın məşhur "AZƏRBAYCAN" şerini nəyə görə saxtalaşdırmasına aydınlıq gətirməsi əvəzinə bizim qonşu dövlətlərə həyasızcasına şər - böhtan kompaniyası aparan Orxana bu qədər dözümün mənbəyi görəsən haradandır?!

P.S. xüsusilə Nuşirəvan Məhərrəmli - nin aşağıdakı bu sözlərini yerində deyilmiş fikir kimi qəbul edirəm :

Əgər Mirşahin kimiləri milli-mənəvi dəyərlərin nə olduğunu bilmirsə, onda getsin təzədən oxusun. (http://ria.az/media/10820.html)

Nizami63
21.06.2009, 19:21
necə deyərlər "ALLAH SƏN ÖZÜN BİZİ SAXLA..."

Bu dəqiqələrdə ATV - də Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu və "məşhur" Sabir Rüstəmxanlı İranda bəzi insanların "demokratiya" mübarizəsindən bəhs edirlər...

Reportyor
25.06.2009, 22:03
Bu gün Xəzər TV-də bir xəbərə qulaq asdım. O xəbəri Sizin də diqqətinizə çatdırıram. Olduğu kimi heç bir təhrifələrə yol vermədən: "Havaların isti keçməsi ilə əlaqədar olaraq bəzi bölgələrimizdə yenidən yanğınlar başlayıb. Belə ki, Mingəçevir şəhərində 5 mərtbəli binanın 5-ci mərtəbəsində iki mənzil tamamilə yanaraq yararsız hala düşüb. Yanğının elektrik cəryanındakı qısaqapanmadan və ya qaz sızmasından baş verdiyi ehtimal edilir". Savadsızlığın bu dərcəsinə mən hələ rast gəlməmişdim. İstidən daş bina od tutub yanıb. Ardınca da ehtimallar irəli sürür ki, qısaqapanma və qaz sızması...

Ay_Rov
26.06.2009, 01:01
O qədər məntiqsiz,mənasız verlişlərimiz var ki, adam heç bilmir nəyə baxsın.Nəyə baxasan axı?!"Xeyir ola"ya yoxsa "Yeni ulduz"a? Mən hələ pul verib yalandan uluyan müğənnilərimizi demirəm.Sponsorlarımızda elə gic-gic verlişlərə spnsorluq edirki (bu qədər ehtiyacı olan ailələr dura-dura)adam lap dəli olur.Düzü mən Azərbaycan kanallarında bir tək xəbərlərə baxıram.

Эль`зас
27.06.2009, 12:32
Ailəmin kanalları.? Vallah nə qədər milliyətçi və vətəni sevən biri olsam da, yerli kanallarımızdan "budur ailəmin kanalı" deyə biləcəyim bir kanal yoxdur əfsus ki...
Atam bəzən ANS`in xəbərlərini və verilişlərini izləyir. Mənsə film baxımından dublyajdan qabaq Space`ə üstünlük verirdim.
Lider guya yeniliklərlə məşğuldur... Bir müddət futbola görə bu kanala üstünlük vermək istədim, lakin şərhçilərimizin "əvəzolunmaz" şərhləri nəticəsində Lider`dən də üz döndərdim..)))
Xəzər guya qeyri-standart formada xəbər təqdim etmək istəyir millətə... Amma daha da bərbad günə qoyurlar...
ATV... Mənasızlıq...
Xülasə, nəinki ailəmizin, heç millətimizin düz-əməlli kanalları yoxdur... Yenə də əfsus...

Nizami63
27.06.2009, 13:16
Xülasə, nəinki ailəmizin, heç millətimizin düz-əməlli kanalları yoxdur... Yenə də əfsus...
sizin bu mövqeyinizlə tamamilə razıyam...İnsanların kitaba, qəzətə marağının azaldığı indiki vaxtda tv - lərimizin tutduğu bu yolu vətəndaşlarımıza qarşı xəyanət hesab edirəm, hörmətli Эль`зас xanım.

Nizami63
28.06.2009, 13:58
Baxın bu adamın ANS-ə münasibətdə özünü biruzə verən, şəxsi qərəzinə, kininə, nifrətinə. Bu onun müsahibəsindən ayrı-ayrı fraqmentlərdir.

«- ANS özü-özünü gözdən salıb, başqalarının onu gözdən salmasına ehtiyac yoxdur… ANS ÇM-ə verilən cəza çox yüngüldür. Biz bu məsələyə yenidən baxacağıq»

Və ya

«Əgər Mirşahin kimiləri milli-mənəvi dəyərlərin nə olduğunu bilmirsə, onda getsin təzədən oxusun».

Bu fikirlər MTRŞ sədrinə məxsusdur. O adama ki, tutduğu post ona obyektiv, qərəzsiz olmağı, bütün kanallara eyni gözlə baxmağı diqtə edir. Yuxarıda mənim sitat gətirdiyim fikirlər isə Nuşirəvan Məhərrəmlinin ölkənin mövcud kanallarından birinə - ANS-ə nə qədər nifrət etdiyini, kin-küdurət bəslədiyini göstərir. Belə bir adam aşıb-daşan nifrətlə, şəxsi qərəzlə Şuraya necə rəhbərlik edə bilir?

Əksinə Mirşahin kimilər Azərbaycanda nə qədər çox olsa, həm dövlət, həm xalq, həm də elə tamaşaçı və dinləyicilər bundan udardı. Və ümid edirəm ki, bunu hamı gözəl başa düşür, o cümlədən cənab Məhərrəmli də!
(http://www.anspress.com/nid120742.html)
Azərbaycan xalqının bu günku faciələrində elə Mirşahin kimilər məsuliyyət daşıyırlar !

Nizami63
04.07.2009, 19:56
bu gün azərbaycanlılardan və ermənilərdən ibarət nümayəndə heyətləri qarşılıqlı surətdə Dağlıq Qarabağda və digər yerlərə baş çəkirlər, Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən qəbul olunurlar...
Bütün bunlar mənim xatirimə Ramil Səfərovla bağlı əksər Azərbaycan tv - lərinin apardığı cox kobud və səhv siyasəti xatırladır. Onda başqalarının mənafelərinə xidmət edən bu simasız tv - lər Azərbaycan xalqının ən mübariz övladlarından biri olan hörmətli Eynulla Fətullayevə daha hansı çirkabları tullamadılar?!

İndi də onların Azərbaycan və erməni xalqları arasında düşmənçilik toxumu səpməsinin sonu gəlib.

Görəsən bu tv - lərin "ideoloqları" Azərbaycan xalqından indi heç utanırlarmı?

PAPARAZI
08.07.2009, 16:54
ITV-nin informasiya və analitik proqramları bu gün AzTV-ninkilərdən bir elə fərqlənmir. Dörd ilə yaxın zaman ötüb, ”Carçı”nın, “Gerçəyin özü”nün əsas problemi birtərəfli təbliğat, bununla da balansın pozulmasıdır. Ilk baxışda Ictimai ölkədəki tv kanallardan kəskin fərqlənmir, yəni hamıdan axırda dayanmır. Amma unutmayaq, onun fəaliyyəti Ictimai Televiziya və Radio Yayımları Haqqında qanunla tənzimlənməlidir. ITV ölkənin tək televiziyasıdır ki, xüsusi hazırlanmış qanunlarla işləməli, onlara tabe olmalı, konkret tələblərə cavab verməlidir. “Malı, məli” felin lazımi gələcək formasıdır. Azərbaycan reallığında “lazım”lara hansı münasibət olduğunu hamımız bilirik. Hakimiyyyətlə cəmiyyətin kəsişməyən maraqları fonunda ITV-nin hakimiyyətin mövqeyinin təbliğatçısı rolunda çıxış etməsi bağışlanılmazdır. Xəbər proqramlarında, xəbər törəmələrində birtərəflilik az qala normaya çevrilib. Hətta get-gedə mətbuat da sanki Ictimainin daşımalı olduğu funksiyanı unudur, susur. Bəlkə də susdurulur. Bunlar hər kəsin bildiyi, zaman-zaman alışdığı məqamlardır. Sadəcə, durumun hələ də davam etdiyini xatırladır, dörd ildən bəri qanunları pozan qurumun qanun qarşısında cavabdeh olmadığını yada salıram. Millətin aşağı təbəqələrinin üzünə qapalı olan ITV hələ də AzTV-nin dublikatı olmaqdadır. Görünəni yaxın dörd ildə də belə olacaq.
Müqəvva - ruslar ona “çuçela” deyirlər.
Telekanalın rəhbərliyi ilk layihələrindən biri olan “Ovqat”la öyünməyi, mətbuatda sifarişli yazılarla onu öydürməyi çox sevirdi. Gerçəkdən, “Ovqat”a baxanlar vardı. Indilikdə bu verilişə elə adamlar çağrılır, elələrinə yer ayrılır, onların hətta kütləvi verilişlərdəki tamaşaçılar arasında yeri yoxdur. !erliçilikdən danışıb kimlərinsə hissiyyatıyla oynamaq istəmirəm, amma bəlli respublikanın “aşıqları, şairləri” “Ovqat”ın yolunu yağır elədilər, ITV-nin efirini karvansara qapısına döndərdilər. Tok-şoular, “Aktual ekranlar” - eyni studiyadan nə qədər veriliş hazırlamaq olarmış. Eyni yamangünlü stulun eyiblərini nə qədər verilişdə gözə soxmaq olarmış? Studiyaların zövqsüz tərtibatı, köhnə avadanlıq və əşyalar, aksessuar qıtlığı, əlbəsə yoxluğu foto və videolentlərin yaddaşında qalan keçmişi - ötən əsrin 60-cı illərinin AzTV-sini xatırladır. Müasir studiya dizaynı gözə dəymir. Vizual dolğunluq yaratmaq üçün dəvət olunan tamaşaçılara ekranın tələbləri aşılanmır, efir normaları gözlənmir. Efir gözəlliyi sevir. Ictimaidə ictimai məzmun yoxdur, heç olmasa gözəllik olaydı. Ara-sıra təsadüfən izlədiyim bir televiziya var - CTV. Cənub televiziyası -Azərbaycanın cənub bölgələrinə yayımlanır. Inanın, həmin o CTV həmin bu ITV-dən qat-qat səliqəlidir.
Bütün telekanallara xas olan aparıcı problemi ITV üçün də aktualdır. El arasında tez-tez təkrarlanan bir fikir var: ANS-də çalışmaq istəyirsən, görkəm şərt deyil, ITV-də çalışmaq arzun var, görkəm də şərt deyil, üstəlik, savad da. Bir telekanalda bir sevilən aparıcının olmaması ciddi qüsurdur. Baxılanlar, qəbul olunanlar, dözülənlər var - sevilənlər, gözlənənlər - bax bu, problemdir. Həftədə beş gün ?Işgüzar zaman? var-aparıcıları fərqlidir. Deyim ki, hansısa çox pisdir, deyə bilmərəm, deyim hansı yaxşıdır, getsə efir itirər, onu da deyə bilmirəm. ANS-də Nisə Qasımovanın, ATV-də Aygün Kazımovanın, Liderdə Rəhim Rəhimlinin o qədər qüsurları, o qədər şitlikləri var, saysan bitməz-amma baxılır. “Işgüzar zaman”çılarda bu çatışmazlıqların heç biri yoxdur, amma baxılmır. Çünki aparıcılar səmimi, efirə açıq, məlahətli olmağı bacarmırlar, bəziləri səriştəsizdir, auditoriyanı, tamaşaçını duymurlar, onu hiss etmirlər, donuqluqdan yaxa qurtara bilmirlər.
“Carçı”nın aparıcıları hərdən ekranın o üzündən adama elə key-key baxırlar, deyərsən nə dediklərini özləri belə eşitmirlər, nə baş verdiyinin fərqində belə deyillər. Zəhrimara qalmış təbəssüm, xoş çöhrə, mənalı mimika nəmənədir ki, onu da tamaşaçıdan əsirgəyir, qəzəb yağan gözlərdən zillənən baxışlarınızla bizi kanalı dəyişməyə məcbur edirsiniz, ay “carçılar”… Belə getsə sizi də yaxınlarda şadlıq evlərində tamadalıq edən görəcəyik. Necə ki, o gün “Sərin” restoranında Spacenin keçmiş aparıcı xanımını tamadalıq edən gördüm. Cavan, yaraşıqlı, dilli-dilavər xanım 600 nəfərlik salonu ələ ala bilmişdi, amma mən ha çalışdımsa, o xanımın efirdə aparıcılıq etdiyi bir verilişi belə xatırlaya bilmədim. Telejurnalistlər, gözünüz aydın, toylarda sizin eranız başlayır. Indən belə aktyorların çörəyini əllərindən ala biləcəksiniz.
Örtülü bazarda açıq qapı
Bilsəydim əməl edəcəklər, heç olmasa, əlli faiz gerçək Ictimai televiziya yaratmaq üçün təkliflər verərdim. Bilsəydim… bilmirəm, amma birini yazıram. Lider, “Xəzər” ağıldankəm adamlar üçün “açıq mikrafon” qurub, kimin ağzına nə gəlir, zəvzəyir. ATV, ANS belə sarsaqları sms yazılarla tələyə salır. Orda da kimin ağlına nə gəlir yazır, göndərir. Konturların canı sağ olsun. Ictimai də “açıq qapı” günü keçirə, dərdi dəvəyə dönən insanlar, məmurlara deyiləcək sözü dilində, məmurlardan edəcək şikayəti ürəyində qalan vətəndaşlar üçün şərait yarada bilər. Öz aramızdır, özgənin sözünü özgəyə çatdırmaq çox asandır, məsuliyyət tələb olunmur. Mövqeyinizdən qorxursunuz, araşdırmayın, çəkindiyiniz adamlar var, kimisə fakt qarşısında qoymayın, amma imkan verin vətəndaşlar Ictimaiyə güvənə, ciblərinin parasıyla kef etdiyiniz kanalın efirindən yararlana bilsinlər. Beş yol hökuməti tərifləyib, bir kərə məmuru qılınclamaqla kanalı bağlamazlar, rəhbər vəzifə tutanları kürsüdən aşırmazlar. Xalqa doğru bircə addım atıb da qarşıdakı dörd ili mənimsəmək olar. Bircə addım nəmənədir ki?..

Nizami63
12.07.2009, 10:04
Azərbaycan tv - ləri yenə də öz ampulasındadırlar...

Dünya xəbər agentliklərinin bir qrup hegemonların əlində olub, beynəlxalq sionizmin çəngində qərar tutması dünyada obyektiv xəbərin deyil məhz qərəzli və müəyyən siyasi güclərin xidmətində olması azacıq uzaqgörən insanlar üçün gizli deyildir. Bizim media vasitələri də bu məqsədə xidmət edir.

Belə olmasaydı bu günlərdə Almaniyada baş verən olaylara diqqət verilərdi. Bütün İslam dünyası bu gün əslən misirli olan, alman vətəndaşı doktor Mərvə Əş-şərbininin faciəli ölümünə etirazlar edir, bizim mətbuat isə susur və bəlkə də Azərbaycan əhalisinin əksəriyyətinin heç bu qətl hadisəsindən heç xəbəri də yoxdur. Bütün bunları nəzərə alaraq aşağıdakı linki yerləşdirirəm :

http://faktxeber.com/resimler/haberler/260/2517.jpg

İki qətlin müqayisəsi (http://faktxeber.com/2517_304ki%20q601tlin%20m252qayis601si.html)

SAPAND
12.07.2009, 13:12
Azərbaycan tv - ləri yenə də öz ampulasındadırlar...

Dünya xəbər agentliklərinin bir qrup hegemonların əlində olub, beynəlxalq sionizmin çəngində qərar tutması dünyada obyektiv xəbərin deyil məhz qərəzli və müəyyən siyasi güclərin xidmətində olması azacıq uzaqgörən insanlar üçün gizli deyildir. Bizim media vasitələri də bu məqsədə xidmət edir.

Belə olmasaydı bu günlərdə Almaniyada baş verən olaylara diqqət verilərdi. Bütün İslam dünyası bu gün əslən misirli olan, alman vətəndaşı doktor Mərvə Əş-şərbininin faciəli ölümünə etirazlar edir, bizim mətbuat isə susur və bəlkə də Azərbaycan əhalisinin əksəriyyətinin heç bu qətl hadisəsindən heç xəbəri də yoxdur. Bütün bunları nəzərə alaraq aşağıdakı linki yerləşdirirəm :

Nizami məlim allah cəmi ölənlərə rəhmət eləsin .Gəlin realist olaq .Azərbaycan mətbuatı və ya çəmiyyəti dünyada ölən və ya öldürülən hər bir müsəlman üçün reaksiya nəyə görə verməlidir , və ya ümumilikdə götürsək bu münkündə deil .Necə deyərlər özümüzə umac çala bilmirik indi durub başqalarına əriştə necə doğrayaq .?:p
Tutaqki hansisa TV və ya digər KİV nəsə "xoşa gəlməyən" bir şey yazdı.Həmin TV və ya KİV -ni bağladılar .Kimsə küçəyə çıxıb öz etirazını bildirəcəkmı ? Təbiiki yox .
Buna bənzər ola bilsinki nəsə bəş versin , amma buna yuxarıdan razılıq verilməlidir . Məsələn Nehrəmlilərin qəzet redaksiyasına hücumu kimi .............:D

Reportyor
12.07.2009, 13:16
mətbuat ümumiyyətlə ilk öncə ölkəsində baş verən hər bir hadisəni işıqlandırmalı, sonra isə öz oxucuları üçün maraq doğuracaq dünyada baş verən hadisələri işıqlandırmalıdır. Amma bu məsələdə mətbuatı qınamalı deyilik. Çünki Azərbaycan mətbuatının maddi durumu düynada və ölkədə baş verən bütün hadisələri işıqlandırmağa yetərli deyil. Obyektivliyi də nəzərə almaq lazımdır bu məsələdə.

Nizami63
12.07.2009, 15:07
Nizami məlim allah cəmi ölənlərə rəhmət eləsin .Gəlin realist olaq.
mənim də arzum odur ki, bizlər bütövlükdə realist olaq...
Azərbaycan mətbuatı və ya çəmiyyəti dünyada ölən və ya öldürülən hər bir müsəlman üçün reaksiya nəyə görə verməlidir , və ya ümumilikdə götürsək bu münkündə deil
mənim göstərdiyim misalda adi ölüm hadisəsindən söhbət getmir axı !
Nəyə görə mən və yaxud da digərləri bu xəbəri xarici tv - dən eşitməlidirlər?

Necə olur ki, bizim elektron təbliğat vasitələrində hər cürə təbliğata yer tapılır, ancaq bütün dünyanı lərzəyə gətirən belə bir xəbərə zaman tapılmır?!
Necə deyərlər özümüzə umac çala bilmirik indi durub başqalarına əriştə necə doğrayaq .?:p
başqasının faciəsinə biganə qalan insan öz xalqına heç vaxt umac çala bilməz, mənim SAPAND qardaşım !
Bu aksiomadır...
Tutaqki hansisa TV və ya digər KİV nəsə "xoşa gəlməyən" bir şey yazdı.Həmin TV və ya KİV -ni bağladılar .Kimsə küçəyə çıxıb öz etirazını bildirəcəkmı ? Təbiiki yox .
kimə xoşa gəlməyən?!

mən güman etmirəm ki, iranlı Səid Hicazi və misirli Alman vətəndaşı doktor Mərvə Əş-şərbininin faciəsini Azərbaycan tamaşaçısının nəzərlərinə çatdırmaqla bizim tv - lər indiki Azərbaycan iqtidarının qəzəbinə tuş gəlsinlər. Burada Azərbaycan iqtidarının qəzəbinə tuş gələcək heç bir motiv yoxdur. O başqa məsələdir ki, bu informasiyanı verməklə həmin tv - lər özlərinin gizlin sponsorlarının qəzəbi ilə rastlaşa bilərlər...
Buna bənzər ola bilsinki nəsə bəş versin , amma buna yuxarıdan razılıq verilməlidir . Məsələn Nehrəmlilərin qəzet redaksiyasına hücumu kimi .............:D
nehrəmlilərin qəzet redaksiyasına hücumu başqa motivlərlə bağlı idi.

Nizami63
13.07.2009, 15:21
coxdan münasibət bildirmək istədiyim bir məsələ haqqında sizlərin də rəyini bilmək istəyirəm...
ANS TV - nin xəbərlər xidmətinin əməkdaşları dilimizdə "vertolyot" kimi 10 illərlə işlədilmiş bu sözü xalqımıza "helikopter" şəklində sırışdırmağa çalışırlar ?!
Onların bu hərəkətinin hansı məna daşıdığını mənə izah etməyinizi xahiş edirəm.

PAPARAZI
13.07.2009, 21:25

Nizami bey bu tek Ans tvyemi aiddir?

Nizami63
14.07.2009, 13:50
Nizami bey bu tek Ans tvyemi aiddir?
mən xəbərləri əsasən ANS TV - dən izlədiyim üçün tənqid obyektim də onlarla bağlıdır...Bu 1 - si.

2 - si isə mən bunun səbəbini aydınlatmağı xahiş etmişdim !

Nizami63
15.07.2009, 23:11
yuxarıdakı sualıma bu günə kimi cavab verilməməsi onu sübut edir ki, bizim tv - lərin bu hərəkəti tamamilə anormal bir əməldir...

İndi isə sizlərin diqqətini daha ciddi bir məsələyə yönəltmək istəyirəm. ANS TV öz xəbərlər buraxılışlarında tez - tez "Kavkaz Center" - in məlumatlarına üstünlük verir...Sizcə onların bu hərəkəti beynalxalq qanunlara nə qədər uyğundur?

joker
16.07.2009, 08:42
Bizim TV lərin niyə bu gündə olmasının səbəbi onların danışmağa mözularının olmamasıdır. Bircə xarici xəbərləri maraqlı və düzgün ola bilər. Daxili siyasi, iqtisadi, sosial, sosial-iqtisadi xəbərləri hamısı təriflər yağdırmaqdan ibarət olanda nə maraq olacaq. Eyni sözü bu və ya başqa şəkildə nə qədər təkrar etmək olar? Bİr yandan da xalqın başını qatmaq üçün verilən bambılı verilişlər.
Bilirsiniz bunlar məqsədli şəkildə edilir. Artistlər alimlərdən hörmətli edilir. Çünki alimin yaltaqlanmağa yönəltmək daha çətindir. Ev bağışlanan gay mügənni Faiq Ağayev və əxlaqsızlıq simvolu olduğunu heç gizlətməyən Aygün Kazımova vasitəsilə etmək daha effektli və asandır. Bu dəqiqə yeni ulduz müsabiqəsində axrinci yer tutmuş iştirakçı Nizami Süleymanovdan daha hörmətlidir Azərbaycanda...

Ay_Rov
16.07.2009, 14:56
Hər gün onun bunu həyatı, sevgisi, kiməsə söz atması, skandal, dava, dedi-qodu kimi hadiseleri efirdə yayımlayan kanallarımız artıq bizləri maarifləndirməkdən çox başqa səmtə yönləndirir.
İntelektual verlişlərin sayını azaldaraq, Natavan Həbibi, Rəqsanə kimilərinin həyatlarını, nə bilim onlar kimə söz atdı, kimlə harda nə elədiyini verən efirə demək istəyirik ki, biz əxlaqdan kənar Natavan, Rəqsanə və sairləri lazım deyil. Biz bizim sağlam Azərbaycanlı kimi yetişməyimizdə böyük rolu olacaq proqramlar lazımdır. Qoy gənclərimiz efirə baxanda vətənpərvərlik hiss ilə böyüsün, yoxsa analıqdan uzaq olan reqsanə, xocalı faciəsi günü konsert verən Nadiri, ermeni olduğu deyilən tolik və natavani göstərməklə insanlarda milli şuuru yaratmaq olmur.

AYILIN AY KANALLARIMIZ !!! Siz ayılın ki, bu millətidə ayıldasınız!

Nizami63
20.07.2009, 23:14
hörmətli Əkrəm Əylislinin sözü olmasın mən Rusiyanın bütün tv kanallarına baxıram, heç birində bizdəki qədər qeyri-səmimilik, yalan görmürəm...

Bizim tv - lərə baxan əcnəbilər elə bilirlər ki, bizim xalqımız necə deyərlər ancaq mütrüflərdən ibarətdir.

Nizami63
23.07.2009, 22:40
bədnam LİDER tv - nin bədnam " KUKLALAR " verilişini yəqin ki xatırlayırsınız. İndisə buyurub həmin verilişin "yaradıcılarından" biri olan Natiq Balayev haqqında aşağıdakı məlumatla tanış olun :

Prokuror «Kuklalar» verlişinin müəllifinə 15 il cəza istədi

Narkobandanın üzü olan Natiq Balayev ölkəyə 231 kiloqram narkotik keçirilməsində iştirak edib (http://bizimyol.az/?mod=news&act=view&nid=26848)

Nizami63
28.07.2009, 18:01
Rusiya indi də bazarlarından təzyiq vasitəsi kimi istifadə edir

Məlum olduğu kimi təqribən 15 beş il əvvəl fəaliyyətə başlayan “Çerkizov” azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.

Digər bir ehtimal isə Vladimir Putinin yəhudu əsilli oliqarxlara qarşı apardığı təzyiq siyasətidir ki, bu dəfə Telman İsmayılovun onun hədəfinə tuş gəldiyini söyləmək olar

Qeyd edək ki, “Çerkizov”un bağlanmasına etiraz etməli olan ölkələrdən biri də Azərbaycandır. (http://www.anspress.com/nid126190.html)
ANS TV - nin Rusiyada baş verən bütün hadisələrə belə qərəzli mövqedən yanaşmasının yalnız bir adı var. Bu adı isə müəyyənləşdirməkdə elə bilirəm ki müəyyən etməkdə çətinlik çəkməyəcəksiniz.

Müsavat qəzeti ilə ANS TV - nin gizli məramları arasındakı oxşarlıqlar mənim heç vaxt diqqətimdən kənarda qalmayıb...

Nizami63
31.07.2009, 19:30
Valeriya Novodvorskaya hesab edir ki, Medvedevin Cənubi Osetiyaya səfəri Rusiya üçün ləkədir (http://www.anspress.com/nid126662.html)

mənim üçün maraqlı olan bilirsiniz nədir?!
Maraqlı olan budur ki 1 il bundan qabaq baş verən hadisələrdə Rusiya o qətiəti göstərməsəydi ANS TV - nin bu münasibəti bu gün görəsən necə olardı?!

Bilmirsiniz?

Mən isə bilirəm...

p.sƏslində isə ANS TV - nin öz səhifələrində Valeriya Novodvorskayaya yer verməsi ləkə hesab edilməlidir...

SAPAND
31.07.2009, 20:46
müsavat qəzeti ilə ans tv - nin gizli məramları arasındakı oxşarlıqlar mənim heç vaxt diqqətimdən kənarda qalmayıb
Nizami məlim məncə indi heç kimi məcbur eləmməkki bu Tv-yə bax və ya bu qazeti oxu münkün deil .
Fakt isə budurki Yeni müsavat qazeti və ANS Tv liderdilər. İçtimai rəy belədir :)

PAPARAZI
01.08.2009, 12:16
Deyəsən hamısı bir bezin qıragıdır....

Nizami63
01.08.2009, 12:40
Nizami müəlim məncə indi heç kimi məcbur eləmməkki bu Tv-yə bax və ya bu qazeti oxu münkün deil .
Fakt isə budurki Yeni müsavat qazeti və ANS Tv liderdilər. İçtimai rəy belədir :)
mənim Sizin göstərdiyiniz bu faktı inkar etmək fikrim yoxdur...Ancaq, istəyirsənsə bu "liderliyin" onlara necə nəsib edildiyini müzakirə edə bilərik...
Həmişə demişəm bu gün də demək istəyirəm ki, hörmətli Vahid müəllimin yaradıcılığı mərhum Çingizinki kimi mənim qəlbimdə həmişə müsbət emosiyalar yaradıb...
Mənim fikrimcə bu gün ANS TV - də Vahid müəllimin təsiri cox azdır. Bu tv - nin fəaliyyətində Seyfulla Mustafayevin və Mir Şahinin təsiri daha çox hiss edilir. Mir Şahinin isə nəyə malik olduğunu tamaşaçılar onun dahi Lütfizadə ilə müsahibəsini izləyəndən sonra yəqin ki başa düşüblər...
Seyfulla bəy isə vaxtilə Eynulla Fətullayevi "mətbuat killeri" adlandırarkən iç üzünü ifşa etmişdi...

Reportyor
01.08.2009, 13:42
Mənim fikrimcə bu gün ANS TV - də Vahid müəllimin təsiri cox azdır. Bu tv - nin fəaliyyətində Seyfulla Mustafayevin və Mir Şahinin təsiri daha çox hiss edilir.

İcazə verin sizinlə razılaşmayım Nizami müəllim. ANS-in mətbəxitnə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, orada hər şey Vahid Mustafayevin iradləsindən asılıdır. Onun icazəsi olmadan əlavə bir cümlə belə işlədilə bilməz. Nəinki TV-də ANS Şirkətlər qrupunda hər şeyə şəxsən Vahid Mustafayev özü nəzarət edir. Mir Şahin, Seyfulla Mustafayev sadəcə icraçılardır. Onların Vahid Mustafayevin icazəsi olmadan bir addım belə atmağa ixtiyarları yoxdur. Liderliyə gəlincə, liderliyi mən dedi-qodu yaymaqla, sifarişli məlumatlar yaymaqla oxucu və ya tamaşaçı kütləsi qazanmaqla ölçmürəm. Dərinliyə varmaq niyyətim yoxdu, amma çox şeyi bilirəm və ümidvaram ki, mənim bildiklərimi hamı bilir. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan mediasında hələlik pərəstiş ediləcək qəhrəman yoxdur.

Nizami63
01.08.2009, 19:34
İcazə verin sizinlə razılaşmayım Nizami müəllim. ANS-in mətbəxitnə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, orada hər şey Vahid Mustafayevin iradləsindən asılıdır. Onun icazəsi olmadan əlavə bir cümlə belə işlədilə bilməz. Nəinki TV-də ANS Şirkətlər qrupunda hər şeyə şəxsən Vahid Mustafayev özü nəzarət edir. Mir Şahin, Seyfulla Mustafayev sadəcə icraçılardır. Onların Vahid Mustafayevin icazəsi olmadan bir addım belə atmağa ixtiyarları yoxdur
Məncə isə "XƏBƏRÇİ" proqramı tamamilə Mir Şahinin nəzarəti altındadır. Bu proqramın demək olar ki bütün aparıcıları onu yamsılamaqla məşğuldurlar. Onlar ifadə tərzlərinə və digər jestlərilə Mir Şahini sanki təkrar edirlər. Fərqli təəssürat yaradan hörmətli Aytən və Natəvan xanımı isə tamaşaçı laaaaaaaaaaaaaaaap çoxdandır ki ANS TV - nin efirində görə bilmir.
Liderliyə gəlincə, liderliyi mən dedi-qodu yaymaqla, sifarişli məlumatlar yaymaqla oxucu və ya tamaşaçı kütləsi qazanmaqla ölçmürəm. Dərinliyə varmaq niyyətim yoxdu, amma çox şeyi bilirəm və ümidvaram ki, mənim bildiklərimi hamı bilir. Sadəcə onu deyə bilərəm ki, Azərbaycan mediasında hələlik pərəstiş ediləcək qəhrəman yoxdur.
tamamilə razıyam...

Reportyor
01.08.2009, 20:37
Məncə isə "XƏBƏRÇİ" proqramı tamamilə Mir Şahinin nəzarəti altındadır. Bu proqramın demək olar ki bütün aparıcıları onu yamsılamaqla məşğuldurlar. Onlar ifadə tərzlərinə və digər jestlərilə Mir Şahini sanki təkrar edirlər.

Elə deyil, Nizami müəllim, hər halda üç il ANS-də işləmişəm və kimin kim olduğunu çox gözəl bilirəm. Mir Şahin istedadlı, bacarıqlı, ideyalarla zəngin bir jurnalistdir. Bunu inkar etmək olmaz. Ola bilsin bu baxımdan hansısa jurnalist özünü ona oxşatsın. Amma dediyim kimi, ANS Şirkətlər qrupunu idarə edən yalnız və yalnız Vahid Mustafayevdir.

Nizami63
02.08.2009, 10:54
Mir Şahin istedadlı, bacarıqlı, ideyalarla zəngin bir jurnalistdir. Bunu inkar etmək olmaz.
Mən bunu inkar etmirəm !
Ancaq onun bu istedadının, bacarığının, zənginliyinin haraya yönəldiyi heç sizi düşündürmür?
Onun malik olduğu bu keyfiyyətləri daha dəqiqi keyfiyyətsizlikləri elə bilirsiniz ki hər bir insan qəbul edə bilər?!
Yəqin ki qarpızdan başı çıxan insan haqqında məlum lətifəni xatırlayırsınız. Mir Şahin bəyin bu "üstünlükləri" mənə başı qarpızdan çıxan insanın əhvalatını xatırladır.
Bu barədə çox yazıb Sizin vaxtınızı almaq istəmirəm, ancaq xahiş edirəm ki aşağıdakı məqaləni vaxt tapıb mütləq oxuyasınız :

Gözümün qabağına sovet dövrünün balaca və yoxsul bir Azərbaycan kəndi gəlir. Sosail problemləri aşıb-daşan, elektrikdən, qazdan məhrum olan bir kənd. Yoxsulluq və aclıq. Təbii ki, bu aləmdən şəhər həyatı həsəd doğuran bir cənnət kimi görünür. Orada, şəhərdə adamların yəqin ki, hamısı kökdür. Və heç kimin ağlına da gəlmir ki, köklük orqanizmdə hansısa xəstəliyin nəticəsi ola bilər. Eynilə mədə xorasından və ya dünyaya nifrətdən əmələ gələn hədsiz arıqlıq kimi. Köklüyə nifrət müasir insanda ibtidai təfəkkürün klassik təzahürüdür. Bir tədqiqatçı, mədəniyyətşünas kimi mənim üçün ibtidai təfəkkürün əlamətlərini görmək çox maraqlıdır.

Əsrlər boyu ibtidai təfəkkürlə mübarizə təhsillə aparılıb. Ən elementar təhsil belə sivil dünyanın gülmədiyinə gülməyə izn vermir. O təhsil bizə həm də rus kanalları ilə gəlib. Bu baxımdan hörmətli jurnalistin Çaykovski ilə Tarkovskinin adını çəkməklə tələm-tələsik nümayiş etdirib xərclədiyi bilik ehtiyatı, təəssüf ki, olduqca azdır. Ən azı jurnalist üçün. İngilis dili deyərkən onu Maykl Ceksonun dili kimi görmək də həmçinin.

Öyrənmək, götürmək, əlbəttə, faydalıdır, amma baxır nəyi? Hörmətli Mirşahin müəllim, məsələn, rus dilindən «lox» sözünü götürüb. Hərə gördüyünü görür. Məsələn, hörmətli Mirşahin müəllim Nataşa Rostovadan sonra rus mədəniyyətinin onlarca Natalyasının yanından ötərək birbaşa İstanbul fahişələrinin ləqəbini xatırlayır. Neyləyək, hərə vaxtını istədiyi kimi keçirir, o cümlədən qardaş İstanbulda. (http://www.mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20071109065418860)

Reportyor
02.08.2009, 12:01
Mən bunu inkar etmirəm !
Ancaq onun bu istedadının, bacarığının, zənginliyinin haraya yönəldiyi heç sizi düşündürmür?

Mir Şahin sadəcə icraçıdır. Əgər o başqa cür addımı atsa yəqin ki, indiki dəbdəbəli həyat şəraitindən məhrum olar. Apteklər şəbəkəsi əlindən alınar. Qardaşları vəzifələrdən azad edilər...

SAPAND
02.08.2009, 17:58
Məncə cox adama sirr deyilki ANS -in "padvalında" nə qədər desən "küpəyə" doldurulmuş və ağzı möhürlənmiş informasiyalar saxlanılır .Lazım gəldiyi anda ANS rəhbərliyi küpənin qapağını bir balaca aralamaqla istədiyi adamın kürkünə birə salmaq imkanına malıkdir .
Əgər Allah eəməmiş (....) əgər hakimiyyətdə 180 dərəcə çevriliş olarsa mən əminəmki ANS arxivindən heçkəsin hələdə görmədiyi ekskluziv materiallar çıxacaq üzə :)

Necə deyərlər : Hər şeyin zamana ehtiyacı var :p

Reportyor
02.08.2009, 18:11

Bu bir qədər çətin məsələdir:D Necə deyərlər qatar çoxdan keçib:D

Nizami63
02.08.2009, 19:28
Bu bir qədər çətin məsələdir:D Necə deyərlər qatar çoxdan keçib:D
təəssüf ki, qatarların hərəkətlərinə digərləri - xaricilər nəzarət edirlər...Bununla belə mən cəmiyyətimizin yeni bir kataklizm yaşamasını arzu etmirəm, çünki bu bizim dövlətin süqutuna gətirib çıxara bilər.
O ki qaldı hörmətli SAPAND qardaşımızın yazdıqlarına mən onunla razıyam. Ancaq onu da əlavə etməlyəm ki, faktlardan kompromat kimi istifadə etmək sadəcə olaraq əxlaqsızlıqdır...

Reportyor
02.08.2009, 20:16
O ki qaldı hörmətli SAPAND qardaşımızın yazdıqlarına mən onunla razıyam. Ancaq onu da əlavə etməlyəm ki, faktlardan kompromat kimi istifadə etmək sadəcə olaraq əxlaqsızlıqdır...

Tamamilə haqlısız, fakt varsa, özünü müstəqil hesab edən meda qurumu onu vaxtında işıqlandlırmalıdır. İşıqlandıra bilmirsə, deməli öz peşəsinə və əqidəsi varsa, ona və xalqa xəyanət etmiş hesab edilir.

Nizami63
03.08.2009, 22:25
Prinsipcə, təbiətcə emosional olan gürcülər Ebralidzenin «nağıllar»ına aldana bilərlər (http://www.anspress.com/nid126957.html)
xahiş edirəm hansınızsa mənə İlham SULTANOV - un bu "narahatlığını" izah etsin...

Bu məqalədə o qədər əsassız fikirlər əks olunub ki !

kaspian
04.08.2009, 20:50

seni konkret olaraq bu meqalede ne narahat edir?

Nizami63
04.08.2009, 21:03
seni konkret olaraq bu meqalede ne narahat edir?
1 - si "seni" yox "sizi" deyə müraciət etmək düzgün olmazdımı?!
İndi isə keçək sualınıza :
Rusiyanın bu ölkədən elə-belə əl çəkməyəcəyi artıq gün kimi aydındır.
Gürcü müxalifətinin hakimiyyəti dəyişə bilmədiyini görən Moskva indi ortaya 54 yaşlı gürcü əsilli biznesmen Aleksandr Ebralidzeni atıb
lakin ziyalı təbəqənin bu yalanları tez ifşa edəcəyini də istisna etmək olmaz. Axı, onlar yaxşı bilir ki, bu tip cəhdlər Rusiya tərəfindən birinci dəfə gəlmir
Ümumiyyətlə Rusiya «təbliğat» maşının işə salındığı yerdə təsadüflərin baş vermə faizi çox aşağı olur.
yuxarıdakı məqalə büsbütün olaraq anti - rusiya mövqeyindən yazılıb. Buna bəlkə də kimsə tərəfindən haqq qazandırmaq olardı. Ancaq bir şey vardır ki yuxarıda göstərdiklərim kimi bunu saxta ittihamlarla etmək sadəcə olaraq mənəviyyatsızlıqdır...

kaspian
04.08.2009, 21:10
1 - si "seni" yox "sizi" deyə müraciət etmək düzgün olmazdımı?!
İndi isə keçək sualınıza :

yuxarıdakı məqalə büsbütün olaraq anti - rusiya mövqeyindən yazılıb. Buna bəlkə də kimsə tərəfindən haqq qazandırmaq olardı. Ancaq bir şey vardır ki yuxarıda göstərdiklərim kimi bunu saxta ittihamlarla etmək sadəcə olaraq mənəviyyatsızlıqdır...

Əvvəla kiminsə yazısını ortaya qoyub şəxsiyyətini təhqir etmək də məncə mənəviyyatsızlıqdır. Lap elə olsun anti-rus təbliğatı. burda nə var ki? beyem rus təbliğati olmalıdır?

ikincisi bu yazı müəllif yazısıdır. müəllif sadəcə öz fikirlərini ifadə edir. onun yazdıqları qanun deyil ki.

Üçüncü isə ruslar doğrudan da ağ eləyiblər. Bütün dünya bunu görür. Qarabağ münaqişəsi buna əyani bir sübutdur

Nizami63
04.08.2009, 21:24
Əvvəla kiminsə yazısını ortaya qoyub şəxsiyyətini təhqir etmək də məncə mənəviyyatsızlıqdır. Lap elə olsun anti-rus təbliğatı. burda nə var ki? beyem rus təbliğati olmalıdır?
sizin hansı qabiliyyətə malik olduğunuzu yuxarıdakı fikirləriniz ortaya qoyur...
Məntiqlə yanaşsaq yazar əhli üçün onun hər hansı yazısının müzakirəyə təqdim edilməsi çox müsbət haldır.
Siz mənim yuxarıda yazdığım postu diqqətlə oxusaydınız görərdiniz ki, mən bu məqalənin anti - rus ruhunda yazılmasına irad bildirməmişəm. Mənim iradım məqalədə istifadə olunan fikirlərin qərəzli olmasından ibarət olub...
ikincisi bu yazı müəllif yazısıdır. müəllif sadəcə öz fikirlərini ifadə edir. onun yazdıqları qanun deyil ki.
onun bu məqaləsi siyasi yönümdə yazılıb. Sizin bunun mahiyyətini başa düşməməyinizə çox təəssüflənirəm..Digər tərəfdən onun öz fikirlərini ifadə azadlığı olduğu kimi bizim də bir oxucu olaraq münasibət bildirmək hüququmuz var.
Belə sadə həqiqətləri döğrudanmı sizə ayrıca olaraq izah etmək lazımdır?!
Üçüncü isə ruslar doğrudan da ağ eləyiblər. Bütün dünya bunu görür. Qarabağ münaqişəsi buna əyani bir sübutdur
görürsünüzmü necə gülməli danışırsnız?!
Sizə dünyanın adından danışmaq səlahiyyətini kim verib?????????????????????????????
ANS TV - ni nəzərdə tutursunuzsa ANS bütün dünya demək deyildir...

kaspian
04.08.2009, 21:29
ANS-in buraya hec bir aidiyyatı yoxdur. Müəllif elə ona görə də müəllifdir ki öz bildiyini yazır, cəmiyyət isə bu fikirləri qəbul edə də bilər, etməyə də bilər.

müəllif yazısı xəbər deyil ki tərəfsiz olsun.

Nizami63
04.08.2009, 21:41
Müəllif elə ona görə də müəllifdir ki öz bildiyini yazır, cəmiyyət isə bu fikirləri qəbul edə də bilər, etməyə də bilər.
bəssssssss mən bayaqdan nə deyirdim, erməni xaçını söyürdüm?!
Mən də hörmətli ucerlərimizin diqqətini bu məqalənin müzakirəsinə yönəltməklə onların fikirlərini bilmək istəyirdim !

kaspian
04.08.2009, 21:44
bəssssssss mən bayaqdan nə deyirdim, erməni xaçını söyürdüm?!
Mən də hörmətli ucerlərimizin diqqətini bu məqalənin müzakirəsinə yönəltməklə onların fikirlərini bilmək istəyirdim !

lap yaxşı, onda sizə uğurlar!!!

rusl_an(s)
04.08.2009, 21:47
mence her bir şəxsin fikirinə hörmət etmək lazımdır.azad fikir,azad düşüncə azad cəmiyyət deməkdir.

Nizami63
04.08.2009, 21:53
lap yaxşı, onda sizə uğurlar!!!
bu başqa məsələ. Məni indi düzgün başa düşdüyünüzə görə çox sağ olun. O ki qaldı Qarabağ məsələsinə əsl tarixi faktları buyurub mənim bu mövzuda yazdığım sonuncu ismarış vasitəsilə tanış ola bilərsiniz :

Frederik Starr - ın fikirlrini diqqətlə oxuyan hər bir kəs asanlıqla onu müəyyən edə bilər ki, O, bu fikirləri ilə ABŞ - ın hansı dairələrini təmsil edir...

SSRİ - ni süquta uğratmaq üçün Qarabağı bir problem kimi ortaya çıxaran siyasi qüvvələrin təmsilçisi kimi Frederik Starr bundan artıq nə deyə bilər ki?
Mən imkan daxilində hamınızı keçən əsrin 20 - cı illərində baş verən tarixi proseləri bir daha öyrənməyə dəvət edirəm.

Mənfur ABŞ - larının "MONRO" planı ilə tanış olmadan keçmişdə və indi bölgəmizdə baş verən siyasi prosesləri başa düşmək heş kimə asan gəlməsin. (http://forum.ria.az/showthread.php?t=10&page=7)

Reportyor
04.08.2009, 22:22
Xahiş edirəm fikirlərinizi açıq şəkildə ifadə edin. Eyni zamanda bir-birilərinizin fikirlərinizə hörmətlə yanaşın. Çalışın bir-birinizi qıcıqlandıracaq ifadələrdən də istifadə etməyəsiniz. Hər halda əminəm ki, bunu etmək mümkündür. Hər birinizə öz təşəkkürümü bildirirəm.

O ki qaldı müəllif yazısına, müəllif yazısı nə qədər şəxsi təxəyyülün məhusulu olsa da, həqiqəti əks etdirməli, faktlarla zəngin olmalıdır. Müəllif yazısı o demək deyil ki, hər bir jurnalst yazı yazmaq xatirinə ağlına nə gəldi köçürməlidir kağızın üzərinə. Əgər müəllif yazısının daha da sanballı və təsirli olmasını istəyirsə, faktlara münasibət blildirməlidir, fantaziyalara və xülyalara deyil.

Nizami63
07.08.2009, 16:28
bildiyiniz kimi bu gün ABŞ və İsrailin Qafqazlardakı əlaltısı faşist Gürcüstanının Cənubi Osetiyaya müdaxiləsinin 1 ili tamam olur...
Bu hadisələrə həsr olunmuş bütün kanallardakı verilişləri imkanım daxilində izləməyə çalışıram.
ANS TV - nin saat 15 - oo buraxılışında bu məsləyə dair yalnız Gürcüstanın Azərbaycandakı səfirinin mövqeyi efirə verildi. ATV isə onlardan fərqli olaraq Gürcüstan səfiri ilə yanaşı həm də Rusiyanın ölkəmizdəki səfirinin mövqeyini efirdə səsləndirdi.
İndi özünüz deyin belə iş prinsipi ilə ANS - in özünə deviz seçdiyi "Dəqiq, qərəzsiz və vicdanlı" prinsipinə əməl edə bilirmi?!

perviz
08.08.2009, 22:27
Butun tv kanallar reklam xarakterli verlishler yayimlayir. Shou verlishler telekanallarda bash alib gedir.

Reportyor
09.08.2009, 00:05
Butun tv kanallar reklam xarakterli verlishler yayimlayir. Shou verlishler telekanallarda bash alib gedir.

Buna məcburdurlar.:rolleyes:

Nizami63
14.08.2009, 20:24
Anspress - də dərc olunan və beləliklə də həm də ANS TV - nin mövqeyini əks etdirən aşağıdakı məqalələr bir daha onu sübut edir ki, bu tv - nin informasiya vasitəsi kimi cəmiyyətimizdəki rolu çox şübhəlidir.

İndi sizlərə təqdim edəcəyim aşağıdakı məqalələri oxumaqla özünüz buna əmin olacaqsınız :

1.Əslində Kreml istəyinə nail ola bilsə, Ukrayna qeyri-sabit ölkəyə çevriləcək və nəticədə onun Avropa Birliyi, NATO kimi nüfuzlu strukturlara qəbulu məsələsi aktuallığını itirəcək. Rusiyaya isə başqa heç nə lazım deyil. Ən azı indiki mərhələdə… (http://www.anspress.com/nid128017.html)

2.Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma, İrəvanın Rusiyadan asılılığını azaldacağı üçün bölgədəki güc tarazlıqları dəyişə bilər. Məlumatda deyilir ki, Amerika xarici siyasəti türk-erməni yaxınlaşması mövzusunda çox həssas davranır. (http://www.anspress.com/nid128128.html)

3.Mən hesab edirəm ki, Ermənistan-İsrail münasibətləri olduqca zəif və formaldır. İsrail çox gözəl başa düşür ki, Ermənistan ona düşmən olan İranın müttəfiqidir və İranın hər hansı bir əmri olsa, onu yerinə yetirəcək. (http://www.anspress.com/nid128007.html)

cupbulu
14.08.2009, 20:30
Buna məcburdurlar.:rolleyes:

Reklama məcbur olmaq o demək deyil ki informasiya xarakterli və məntiqli verlişlərin yayımlanması ixtisara salınmalıdır...
Məncə məntiqli verlişlərin yayımlanması zamanı verilən reklamlar daha effektiv ola bilər.

SAPAND
14.08.2009, 21:09

Məntiqli verlişlərə baxan tapılırki ?:D

Nizami63
14.08.2009, 23:14
Məntiqli verlişlərə baxan tapılırki ?:D
baxmaq istəyən kifayət qədərdir !

Reportyor
15.08.2009, 01:24
Reklama məcbur olmaq o demək deyil ki informasiya xarakterli və məntiqli verlişlərin yayımlanması ixtisara salınmalıdır...
Məncə məntiqli verlişlərin yayımlanması zamanı verilən reklamlar daha effektiv ola bilər.

Məntiqli verilşləri hazırlamaq üçün ağıllı və müstəqil düşüncə tərzinə malik insanlar lazımdır. O da televiziyalarda yoxdu.

cupbulu
15.08.2009, 11:38
Məntiqli verlişlərə baxan tapılırki ?:D

Hər verlişin öz tamaşaçı auditoriyası var .

cupbulu
15.08.2009, 11:40
Məntiqli verilşləri hazırlamaq üçün ağıllı və müstəqil düşüncə tərzinə malik insanlar lazımdır. O da televiziyalarda yoxdu.

Bir neçə il bundan qabaq bu cür verlişlərə rast gələ bilirdik ...amma təəssüf ki , indi yox.
Düşünürəm ki daha öncə bu verlişləri ərsəyə gətirənlər indi də bunu hazırlaya bilərlər.
İnformasiyanın bu qədər geniş vüsat aldığı bir zamanda bu verlişləri hazırlamaq elə də çətin olmaz .

Antic_girl
15.08.2009, 12:06
Düşünürəm ki daha öncə bu verlişləri ərsəyə gətirənlər indi də bunu hazırlaya bilərlər.

Sizcə əvvəl bu verlişləri hazırlayanlara indi imkan verilirmi?
Məncə yox.

Reportyor
15.08.2009, 12:48
Bir neçə il bundan qabaq bu cür verlişlərə rast gələ bilirdik ...amma təəssüf ki , indi yox.
Düşünürəm ki daha öncə bu verlişləri ərsəyə gətirənlər indi də bunu hazırlaya bilərlər.
İnformasiyanın bu qədər geniş vüsat aldığı bir zamanda bu verlişləri hazırlamaq elə də çətin olmaz .

Hakimiyyət televiziyaları ona görə, almayıb ki, o insanları maarifləndirməklə məşğul olsun. Korrupsiyanın hökm sürdüyü rejimlərə ağıllı və məntiqli insan yox, sadəlövh və savadsız insanlar lazımdı. Çünki savadsız insanı aldatmaq və soymaq daha asandır.

PAPARAZI
15.08.2009, 13:41
Bir neçə il bundan qabaq bu cür verlişlərə rast gələ bilirdik ...amma təəssüf ki , indi yox.
Düşünürəm ki daha öncə bu verlişləri ərsəyə gətirənlər indi də bunu hazırlaya bilərlər.
İnformasiyanın bu qədər geniş vüsat aldığı bir zamanda bu verlişləri hazırlamaq elə də çətin olmaz .

İndi rəhbərlər sadəcə şouya üstünlük verir...Və bizim xalqda ölmürmü atlanib düşməkdən ötrü.... ? İşini gücünü atib "Yag kimi"yə baxan insanlara hər şeyi uddurmaq mümkündür...

cupbulu
15.08.2009, 15:19
Sizcə əvvəl bu verlişləri hazırlayanlara indi imkan verilirmi?
Məncə yox.

Məncə hər hansı bir intelektual verliş hazırlayanın imkanları məhdudlaşdırılmayıb.

Sofiya
15.08.2009, 15:55
Bir ara Milyonçu verilişi ilə zəif bənd verilişlərinə həvəslə baxırdım, sonra onların efir yayımını dayandırdılar, mənasız mənasız verilişlər yayımlayırlar

Reportyor
15.08.2009, 16:19
Bir ara Milyonçu verilişi ilə zəif bənd verilişlərinə həvəslə baxırdım, sonra onların efir yayımını dayandırdılar, mənasız mənasız verilişlər yayımlayırlar

Sözügedən o verilişlər mən bilən bizim televiziyalar tərəfindən hazırlaqmamışdı. Onlar lisenzyalı verilişlər idi. bütün dünyada yayımlanırdı.

10line
16.08.2009, 22:47
Bir ara Milyonçu verilişi ilə zəif bənd verilişlərinə həvəslə baxırdım, sonra onların efir yayımını dayandırdılar, mənasız mənasız verilişlər yayımlayırlar

Men de sizinle tamamile raziyam. Menim de en chox maraqla baxdigim verilishler idi her ikisi de. Indi ise Lider en baximsiz kanallardan birine chevrilib. Deyirdiler ki guya Murad Dadashovu bash produser teyin edenden sonra kanalin reytinqi daha da artacaq, lakin tam eksi oldu. Sentyabrin 9-dan ise yeniden mashin shou bashliyacaq.

En chox baxdigim ve beyendiyim telekanal ise xezer tv-dir. chunki bizim kanallardan demek olar ki yalniz xeberlere baxiram. Xeberlerde de Xezer mence birincidir. Yerli telekanallar icherisinde xeberleri en maraqli xezer tv verir.

Reportyor
16.08.2009, 22:52

Lider heçvaxt baxımlı kanal olmayıb. Murad Dadaşov hansı səviyənin sahibidir ki, onun vəzifəyə təyin olunmasından sonra televiziyanın reytinqi də artsın. Səviyyəsiz şou-proqramlardan başqa Murad kimisinin qabında heç bir şey yoxdu. Bacardığı bir iş də var ki, onu burada yazmaq ədəbsizlik olar.

En chox baxdigim ve beyendiyim telekanal ise xezer tv-dir. chunki bizim kanallardan demek olar ki yalniz xeberlere baxiram. Xeberlerde de Xezer mence birincidir. Yerli telekanallar icherisinde xeberleri en maraqli xezer tv verir.

Xəzərin xəbərlər proqramına baxanda əsəbiləşirəm düzü. Nə anadolu ləhcəsində danışarlar,nə də Azərbaycan türkcəsində. Özlərini türk kanallarına bənzətməyə çalışrlar, o da çox gülünc səslənir. Düzdür, o kanal zatən türk kanalıdır. Rəhbərlik edənlər əvvəlki samanyolunun kollektividir. Amma yenə də bura Azərbaycandı və ən gözəl və şirin türkcə isə bizim dilimizdir. Ona görə də xəzərçilərə tövsiyə edərdim ki, kimi isə yamsılamaqdansa, özlərinə qayıtsalar daha yaxşı olar.

SAPAND
16.08.2009, 23:01

Nə isə heç cür "həzm " eləyə bilmirəm Xəzər Tv-ni .Süni bir şey alınır olarda:confused:
Reportyorun fikrinə tam şərikəm Xəzər Tv haqda:)

PAPARAZI
16.08.2009, 23:45
Azərbaycan tele məkanında hal-hazırda 8 telekanal fəaliyyətini davam etdirir.
ANS Telekanallar arasında öz sözünü demiş bir kanal!

AzTv Azərbaycanın ən qocaman kanalı!

AZAD AZƏRBAYCAN(ATV) Azərbaycan tele məkanının ən maraqlı,en əyləncəli kanalı və ən baxımlı kanalı

Lider Sadə lakin başarılı bir kanal

İctimai kanal Hələ özünə yer tapa bilməyən bir kanal

Xəzər tv Qısa müddət ərzində məhşurlaşan və çox gözəl bir kanal

Space tv Qocaman və başarılı bir kanal olmasına baxmayaraq özünə hələ də izləyici toplaya bilmir

P.S KANALLAR HAQQINDA MƏLUMATLARIN HAMISI GERÇƏKÇİDİR...

Araşdırmalar bunu çıxardıb

Reportyor
17.08.2009, 00:16

Hansı araşdırmalar PAPARAZİ, kanalların özləri tərəfindən aparılan araşdımalar? Əgər rəy sorğuları yazacaqsansa, ümumiyyətlə sorğular heç vaxt obyektivliyi əks etdirmir. Azərbaycanda isə gerçəkliklərlə tamamilə ziddiyyət təşkil edir.

๑ஐ-Đεήίż-ஐ๑
17.08.2009, 12:47
ATV - Azad Azerbaycanix ve aparici genclerimiz o qeder Azaddirlar ki efirde Biyabirci veziyyetler yaranir.
ANS - Deqiqlik olsa da mene ele gelir ki bu telekanali sixisdirirlar. Bezi seyler evvelki kimi olan deqiqlikle efire getmir.
İTV - Helem yadima gelmir ki ne vaxtsa burada menim diqqetimi ceken nese olsun. sadece cemi bir defe bizim instutun da cixis etdiyi eylence xarekterli show_ya baxmisam vesselam
AZTV - Esssi Aztv kohne torpaqdir, dovlet Tlknalidi. Traslarda PA qeydiyyat nisani , yayimda da AzTv
LİDER - Vallah duzun deyim bu kanalin ilk efir vaxtlari nedense meni celb edirdi. Genc sayagi kinolar verilisler ve s. Ama indi ozu de bilmir ki efire verdiyi nedir
SPACE - Bir seyki hansisa verilisine cagirilmis qonaq "puluma minnet verirem efir vaxtin aliram" deyirse ne gozleyek ... Adminstratorluq pulla isleyirse day o kanaldan cox da danismayaq.
XƏZƏR - Rylence xarekterli verilislerinin ve qadin verilislerinin yeri var amma siyasi verilsler ve ya show alemini ozunde birlesdiren verilisler bu kanalliq deyil. Bu da Space qardasi kimi pula qurban gedir ...

Nizami63
19.08.2009, 20:13
son zamanlar bütün Azərbaycan tv - lərinin xəbərlər xidmətlərinin işləri məndə ikrah yaradır...
Demək olar ki verilən xəbərlərin əksəriyyəti krimal hadisələrlə bağlı olur.

Sanki bütün dünyada baş verən böyük siyasi hadisələrin bizim respublikamıza heç bir aidiyyatı yox imiş !

Nizami63
21.08.2009, 16:42
ANS TV - dən yayımlanan "KİNOKONSERT" və "SON NƏFƏS" layihələrini çooooooox uğurlu hesab edirəm...

SAPAND
21.08.2009, 17:19
ANS TV - dən yayımlanan "KİNOKONSERT" və "SON NƏFƏS" layihələrini çooooooox uğurlu hesab edirəm...

Nizami məlim hər halda ANS yekdi ,necə deyərlər "kasıbın olanından ":p

Nizami63
23.08.2009, 15:37
İTV-nin mövzu qıtlığı

Srağagün səhər ITV-də it mövzusu müzakirə edilirdi. Gərgin, işgüzar söhbət gedirdi. Alimlər, mütəxəssislər baş sındırırdı. Iştirakçılardan biri qayıtdı ki, ev itləri ilə bağlı bərbad vəziyyətdir. Iş görün hansı həddədir, camaat saxladıqları iti kvartalda bir dəfə də olsun həkimə görsətmir, vaksinasiya etdirmir, dərman atdırmır.

Coşan iştirakçılardan o biri kəskin sual qoydu: Niyə ölkədə it-pişik qəbirstanlığı yoxdur? Bu məsələ üzrə məşğul olan dövlət məmurusa dərhal cavab verdi ki, narahat olmayın, Allah qoysa, lap yaxında qəbirstanlıq istifadəyə veriləcək.
Bunlar hamısı ictimai ad daşıyan kanalda idi. Yad bir adam, Azərbaycanın necə xarababazar olduğunu bilməyən əcnəbi yəqin ki, ITV-nin o süjetindən xeyli təsirlənərdi. Düşünərdi, gör necə humanist cəmiyyətdir ki, itin, pişiyin dərd-sərini ictimai müzakirəyə çıxarır…

Əslindəsə bu kadrlar Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey deyildi. It-pişik nədi, öz doğma balasını vaxtı-vaxtında vaksinasiya etdirə bilməyən adama o cür veriliş hazırlamağın nə mənası, nə faydası?
Niyə görə ITV vaxtsız insan ölümlərini, son çağlar çiçəklənən ana və uşaq ölümlərini müzakirə etmir? Yəni itin həyatı insanınkından o qədər qiymətlidir?
Və ya heyvan qəbirstanlığı…

Bakıda insanlar öz ölülərini basdırmağa qəbirstanlıq tapa bilmirlər. Daha doğrusu, tapırlar, amma ölünü orda basdırmaq müşkül məsələdir. Bir qəbir yerini camaata 5 min manata satırlar. Bu cür ciddi problem qala-qala kimdir it leşini hara quyulamağın dərdini çəkən. Bu dəqiqə insan qəbirstanlığı mövzusu daha aktualdır, bundan danışın yoldaşlar, danışa bilmirsinizsə, ürəyimizi bulandırmayın, lütfən.

Məmurun “Allah qoysa, it qəbirstalığının açılışı mümkündür” deməsindən sonra intizarla fikirləşirəm: bu qəbirstanlığın qırmızı lentini kim kəsəcək?
It leşini basdırmaq üçün məzənnə necə müəyyən olunacaq?
Dünən axşamçağı Xaqani küçəsində gedəndə baxdım ki, ağacların lap yuxarısına kağız vurulub. Bilmirəm ona elan deyim, haray deyim ya nə… yaxşısı budur özünüz qiymət verin: “Sürreal - Mən insanam”. Bu hansısa idealistin işidir. Guya öz aləmində bununla ağacların haray çəkdiyini, kəsilməyə etiraz etdiyini göstərmək istəyib. Zavallı idealist… Yəqin o hələ də bilmir ki, bu ölkədə ən qiymətsiz canlı insandır. Ağaclar şükür eləməlidir bu ölkədə ağac kimi dünyaya gəliblər, azərbaycanlı kimi yox. Inanmıram ki, hansısa ağacın könlündən Azərbaycanda insan olmaq keçər. Nəyinə lazımdır? Beyin-başını saxta hesabatlarla yoracaqlar, tutub məcburi YAP-a salacaqlar, cibinə nəşə atacaqlar və s.
Özü də bu dəqiqə ağacların kef eləyən çağıdır. Ilham Əliyev uzun sürən “yaşıl terrordan” sonra onların müdafiəsinə yönələn alovlu çıxış edib. Hamını hədələyib ki, kim ağac kəssə, şəxsən özü cəzalandıracaq. Bir dəfə gördünüzmü Ilham Əliyev əzilən azərbaycanlının haqqı üçün belə bəyanat versin? Heç vaxt olmayıb. Amma əksi olub. Yadınıza salıram, o özü demişdi: “Beynəlxalq təşkilatlar mənə çox təsir etdilər ki, polisi cəzalandır. Mən dedim bir nəfər də polis cəzalandırılmayacaq”. Polis akademiyasının iki il əvvəlki buraxılışında bu sözlər səslənmişdi. O, ağacı sevə bilər, o 3 milyon manata at da ala bilər, o büdcədən 41 min manatlıq eşşək alınmasına da göz yuma bilər. Lakin azərbaycanlını sevmək, ona humanist yanaşmaq Ilham müəllimlik deyil. Etiraf edək ki, bu təkcə onun düşüncəsindən irəli gələn prinsip deyil. Bütün avrotitar sistemlər kimi o, bu prinsiplərlə yaşamasa, taxt-tacını bir anda itirər.
Unutmamısınız ki, ruhu şad olsun, diktator Saparmurad qumluqda pinqvinlər üçün buzluq yaratmışdı.

Azadlıq.az, Zahid Əzəmət

Reportyor
23.08.2009, 16:27
İTV-nin mövzu qıtlığı

Srağagün səhər ITV-də it mövzusu müzakirə edilirdi. Gərgin, işgüzar söhbət gedirdi. Alimlər, mütəxəssislər baş sındırırdı. Iştirakçılardan biri qayıtdı ki, ev itləri ilə bağlı bərbad vəziyyətdir. Iş görün hansı həddədir, camaat saxladıqları iti kvartalda bir dəfə də olsun həkimə görsətmir, vaksinasiya etdirmir, dərman atdırmır.

Coşan iştirakçılardan o biri kəskin sual qoydu: Niyə ölkədə it-pişik qəbirstanlığı yoxdur? Bu məsələ üzrə məşğul olan dövlət məmurusa dərhal cavab verdi ki, narahat olmayın, Allah qoysa, lap yaxında qəbirstanlıq istifadəyə veriləcək.
Bunlar hamısı ictimai ad daşıyan kanalda idi. Yad bir adam, Azərbaycanın necə xarababazar olduğunu bilməyən əcnəbi yəqin ki, ITV-nin o süjetindən xeyli təsirlənərdi. Düşünərdi, gör necə humanist cəmiyyətdir ki, itin, pişiyin dərd-sərini ictimai müzakirəyə çıxarır…

Mən də baxmaq istədim o verilişə, amma səbrim çatmadı.Guya ki, insanların problemi həll olundu, qalmışdı itlərin ki. İnanın ki, bu sifarişdi. hansısa məmur balasının itinin ifarişi. Bu gün İTTV-yə veriibu sifariş, sabah da digər TV-lər itlərlə bağlı verilşlər hazırlayacaq ki, itlər onların arvadlarına və qızlarna yüksək xidmət göstərsinlər.:D

SAPAND
23.08.2009, 17:32
İTTV-yə veriibu sifariş, sabah da digər TV-lər itlərlə bağlı verilşlər hazırlayacaq ki, itlər onların arvadlarına və qızlarna yüksək xidmət göstərsinlər.:D

İt insanın ta qədimdən dostu olub :p

Birdəki necə deyərlər "it-itin ayağın tapdamaz" axı.
Yəqin "kisilər" fikirləşirlərki əvvəl itlərin hüquqlarını qorumaq lazımdır .Çünki dilləri ağızları yoxdu .( güyaki ölkədə dili ağzı olan insanlar belə çoxdu )
Sonra növbə digər canlılara çatacaq və biz olasıyıq əsil nümunəvi , demokratik Avropa ölkəasi :D

Reportyor
23.08.2009, 18:00
İt insanın ta qədimdən dostu olub :p

Yəqin "kisilər" fikirləşirlərki əvvəl itlərin hüquqlarını qorumaq lazımdır .Çünki dilləri ağızları yoxdu .( güyaki ölkədə dili ağzı olan insanlar belə çoxdu )
Sonra növbə digər canlılara çatacaq və biz olasıyıq əsil nümunəvi , demokratik Avropa ölkəasi :D

İtlərin dili onsuzda uzundu:D Bundan sonra daha da uzanacaq. Sadəcə olaraq təklif edirəm ki, İTTV-də v digr TV-lrdə ev itləri üsün maarifləndirici proqramlar hazırlasınlar:D Bir neçə ay öncə Hollandiyada itlər üçün ayrıca televiziya kanalı açdılar. Hollan itlərindən bizim itlərimizin harası əksikdi ki:D

Nizami63
23.08.2009, 18:37
Əslindəsə bu kadrlar Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey deyildi. It-pişik nədi, öz doğma balasını vaxtı-vaxtında vaksinasiya etdirə bilməyən adama o cür veriliş hazırlamağın nə mənası, nə faydası?

Niyə görə ITV vaxtsız insan ölümlərini, son çağlar çiçəklənən ana və uşaq ölümlərini müzakirə etmir?

Haqq - ədalət carçısı olduğunu iddia edən tv - lər cəmiyyətimizin diqqətini belə köklü məsələlərə yönəltməlidirlər....

Reportyor
23.08.2009, 20:40

Haqlısız Nizami müəllim. Biz bir millət olaraq məhvə doğrü sürüklənirik. Axı İTV necə araşdırsın vaxtsız ölümlərin səbəbini? Bilmir ki, o araşdırmanını bir ucu bu rejimin yartdığı vziyyətə gedib çıxacaq?

Nizami63
23.08.2009, 20:53
Biz bir millət olaraq məhvə doğrü sürüklənirik
Çox haqlısınız !
Bu tv - lərin sayəsində bizi məhvə sürükləyirlər. Biri xalqımızı ideoloji cəhətdən korlayır, digəri mənəvi cəhətdən və sairə...

Reportyor
23.08.2009, 21:10
Çox haqlısınız !
Bu tv - lərin sayəsində bizi məhvə sürükləyirlər. Biri xalqımızı ideoloji cəhətdən korlayır, digəri mənəvi cəhətdən və sairə...

TV-lər deyil, əslində Nizami müəllim, biziməhv edən. O TV-ləri nəzarətdə saxlayan qeri-millətdən olan şəxslərdir. Ermənilərlə, kürdlərlə "calaq" olan şəxslərdir.

Teyyub
24.08.2009, 13:04
Birmənalı olaraq demək ki, telekanallarda peşəkarlıq yoxdur, düzgün olmazdı. Ayrı-ayrı telekanallarda maraqlı verilişlər olur. Məmnuniyyətlə onlara baxıram. AzTV-də “məclisi-üns” və uşaqlarlar üçün verilişləri müsbət tərəfdən qeyd etmək istəyirəm. “Kinoklubda görüş” verilişi heç açmır məni. Başdan ayağa məzxərə-şoudur. Orada iştirak edən aktyorlarımızın istedadına yaraşdırmıram bu verilişi. Yaxşı diktorları var, xüsusilə xanım diktorlarını qeyd etmək istəyirəm. Kişi diktorlarının ifrat ciddiliyi insanda daha çox zəhrimarla assosiasiya olunur. Yəqin bu yalançı ciddilik ucuz və şit verilişlərlə sadəcə “tarazlıq” xətrinə mövcuddur. İTV-də əvvəllər maraqlı veriliş gedirdi axşam lampaları işığında müxtəlif mövzularda filosoflar, psixoloqlar, yazarlar ürəkaçan söhbətlər edirdilər. Bu veriliş indi gözümə dəymir. Gözəl danışıq qabiliyyəti olan insanlar var bu kanalda. Səhər efirə gedən verilişin aparıcısını Gülnarə xanımı qeyd etmək istəyirəm və s. Bundan başqa “Ovqat” verilişinin də maraqlı buraxılışları olur. ANS-də “bağlama”-nı zibil qutusuna tullamaq olar. “Dissident” verilişində fərqli düşüncə təbliğ edirlər, amma məndə bu veriliş ölmüş fərqli düşüncənin üzərində ağlaşma təəssüratı yaradır. Yaxşı tərəfləri də olub bu verilişin, məsələn orada iştirak edən rok-qrupun oxuduğu ingilis dilində mahnıların tərcüməsi maraqlı şəkildə təqdim olunurdu. Hiss olunurdu ki, musiqiçi düşünən insandır. Amma sonradan qardaşı da sanki yumdular. “Dahilərin divanı” verilişinin maraqlı sayları olurdu. Meyxana da gedir bu kanalda. Meyxanada milli-mənəvi dəyərlər öz sərtliyini itirir. İstədikləri kimi sağa da əyirlər sola da. SPACE telekanalında əvvəllər Həmid Herisçi öz həyat yoldaşı ilə “gecə kanalı” verilişini aparırdı, maraqlı sayları olurdu. Amma indi o veriliş yoxdur. Yadımdadır səhərlər iki xanım bir veriliş aparırdı, çox maraqlı idi. Səhv etmirəmsə o xanımlardan birinin adı Səmayə idi. İndi o veriliş də yoxdur. Amma güclü diktorları var, xüsusilə Leyli Namiqqızını qeyd etmək istəyirəm. ATV kanalı həmişə iddia edir ki, bəs xalqımız şouları çox sevir ona görə də biz verilişlərimizi bu yöndə hazırlayırıq. Amma onlar yadlarından çıxardırlar ki, ən qiymətli şou səlis, bəlağətli, əxlaqlı insan nitqidir. O nitq ki, insana hava və su kimi lazımdır. LİDER telekanalını mən idman kanalı ilə səhv salıram.

PAPARAZI
24.08.2009, 13:35

Teyyub həmişəki kimi fəlsəfi və gözəl düşüncələr (zeter)

10line
24.08.2009, 23:53
Xəzərin xəbərlər proqramına baxanda əsəbiləşirəm düzü. Nə anadolu ləhcəsində danışarlar,nə də Azərbaycan türkcəsində. Özlərini türk kanallarına bənzətməyə çalışrlar, o da çox gülünc səslənir. Düzdür, o kanal zatən türk kanalıdır. Rəhbərlik edənlər əvvəlki samanyolunun kollektividir. Amma yenə də bura Azərbaycandı və ən gözəl və şirin türkcə isə bizim dilimizdir. Ona görə də xəzərçilərə tövsiyə edərdim ki, kimi isə yamsılamaqdansa, özlərinə qayıtsalar daha yaxşı olar.

Bu barede men de sizinle raziyam. Beli Xezer TV , və Bürc FM «Samanyolu Basın, Yayın, Sanayi və Ticarət Anonim Şirkəti»nə mexsusdur. Men de defelerle bizim sozleri sehv ishletdiklerinin shahidi olmusham. Buna sebeb ise hemin telekanalin daha cox turkiyenin CIHAN ve ANADOLU informasiya agentliklerinden xeber almasidir. Bu sebebden de xeberi goturerken tercumeni duzgun etmirler. Hetta bir defe Livana Lubnan (turkce) demelerine men de eseblesmisdim. Yeni bu boyda telekanalin xeberler departamentinde ishleyenler ozlerinden sorushmayiblar ki goresen Lubnan hansi olkedir? Amma gelin razilashaq ki, digerlerinden daha maraqli xeberler verirler. Oxshatmaga qalsa bizim evir mekaninda verilishlerin 90%-i dunya telekanallarindan goturulub ;)

Reportyor
25.08.2009, 00:06
[COLOR="Navy"]Oxshatmaga qalsa bizim evir mekaninda verilishlerin 90%-i dunya telekanallarindan goturulub ;)

Hörmətli 10line, götürülməyib çırpışdırılıb:)

10line
25.08.2009, 00:18
Hörmətli 10line, götürülməyib çırpışdırılıb:)

Heri ele onnan ;):) . Bircə "Maşın Şou" deyen öz malımızdır eeee :D

Reportyor
31.08.2009, 17:33
ANS Şirkətlər Qrupunun prezidenti qəzaya uğrayıb

ANS Şirkətlər Qrupunun əməkdaşları yol qəzasına düşüblər. RİA-nın ANSPRESS-ə istinadən yaydığı məlumata görə, hadisə dünən təqribən saat 19.00 radələrində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.
Şəki şəhərində Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş konsertdən Bakıya qayıdan “Wolksfagen” markalı mikroavtobusun qabaq təkəri partlayıb. Nəticədə avtomobil bir neçə dəfə aşıb. (http://ria.az/hadise/12485.html)

Sofiya
31.08.2009, 17:36
Çox şükr yaxşı qurtarıblar, allah qorusun daha ağır nəticəsi ola bilərdi

Fani
01.09.2009, 12:23
ATV --ƏN BAXİMLİ KANALDİRMİ? (har shey goz qabagindadi)
ANS-DƏQİQ, QƏRƏRSİZ , VİCDANLİ XƏBƏR ÇATDİRİRMİ? (sanin kicik bir sozunu xatirladim vaxt var idi ki ANS adi cakilanda har kas cakinirdi ama indi isa....)
İTV-HƏQİQƏTƏN İCTİMAİDİRMİ?SÖZ AZADLİGİ BU KANALDA VARMİ? (2 ildi movzcud olmasina baxmayaraq istar tarixi madani eyni zamanda isa ictimai movqeyi nezardan pis kanal deyil)
AZTV-DÖVLƏT KANALİ KİMİ BAXİLMAGA LAYİQDİRMİ? (onu orta nasil sahibleri daha yaxshi bilar... sadeca olaraq AZTV ela AZTV_di)
LİDER--KANALLARİN LİDERİDİRMİ? (kanalldarda hecna olmayanda baxmaq olar...egar haqiqtan yatmamisansa)
SPACE--SEVİMLİ KANAL ROLUNDADİRMİ? (kanalldarda hecna olmayanda baxmaq olar...egar haqiqtan yatmamisansa)
XƏZƏR-AİLƏNİZİN KANALİDİRMİ? (AILAMIZIN KANALI)
MÖVQEYİNİZ ,,,? qaldi ki movqeyima mani halaki qane etmir har cur saridan....

xmm OK
01.09.2009, 21:13
Vallah ne yalan deyim men evde olanda ailemin uzvleri olmur evde ... Oncun bilmirem ki hansi kanallara baxirlar. Ozumse evde olarken ancaq komputer qarsisinda oluram ve mene maraqli ola bilecek dvd_ye TV_den yox burdan baxiram , qalan hallarda ise internetde gezisirem .. bele ...

Teyyub
02.09.2009, 14:32
Mən də baxmaq istədim o verilişə, amma səbrim çatmadı.Guya ki, insanların problemi həll olundu, qalmışdı itlərin ki. İnanın ki, bu sifarişdi. hansısa məmur balasının itinin ifarişi. Bu gün İTTV-yə veriibu sifariş, sabah da digər TV-lər itlərlə bağlı verilşlər hazırlayacaq ki, itlər onların arvadlarına və qızlarna yüksək xidmət göstərsinlər.:D

İtlərin dili onsuzda uzundu:D Bundan sonra daha da uzanacaq. Sadəcə olaraq təklif edirəm ki, İTTV-də v digr TV-lrdə ev itləri üsün maarifləndirici proqramlar hazırlasınlar:D Bir neçə ay öncə Hollandiyada itlər üçün ayrıca televiziya kanalı açdılar. Hollan itlərindən bizim itlərimizin harası əksikdi ki:D
Hörmətli Teyyub bəy, siz bu fikirlərinizi məsləhət görərdim ki, həmin temalarda yazasınız. O ki qaldı nəzakətsizliyə hesab edtmirəm ki, nəzakətsizlik edilib. Bu sizin subyektiv fikrinizdir. Əgər sizdə bu və ya digər temada həmin səpkili cavab yazsaydınız, sizə heç bir irad bildirilməyəcəkdi.

Zofillik məsələsinə gəlincə, bu eyham deyil, faktdır. Bununla bağlı yüzlərlə misal çəkə bilərəm sizə. Xahiş edirəm öz fikiirlərinizi həmin bölmələrdə yazasınız. Burada davam etdirməyək.

Əgər zoofiliya faktdırsa bunu fakt kimi də təqdim edin. Siz eyham vurursunuz və bu heç də yaxşı çıxmır. Necə deyərlər örtülü bazar dostluğu pozar. Və bir də konkret zoofiliya faktının İTV əməkdaşlarına nə aidiyyatı var? Əgər bu faktı qabartmaq ayıb deyilsə niyə açıq danışmırsınız. Sizin sözləri heç evfemizm kimi də dəyərləndirmək olmaz. Bir mənalı kobudluqdur.

Reportyor
02.09.2009, 14:37

Hörmətli Teyyub bəy, söhbət İTV əməkdaşlarından deyil, it saxlayanlardan gedir. Bu barədə əminəm ki, sizdə də yetərincə faktlar var ki, onların hamısı yox, əksəriyyəti iti hansı məqsədlər üçün saxlayırlar. Bu barədə Azərbayanda kifayət qədər məhkəmə prosesləri də olub.

Teyyub
02.09.2009, 14:45

Bu o demək deyil ki, insanların hamısında bu verilişdən sonra itlərin təyinatı ilə bağlı yanılmalar olacaq. Razıyam ki, yersiz verilişdir. Azərbaycan ağıllı kamallı insanlarını təbliğ etmək əvəzinə itlərin guya qayğısına qalırlar. Əgər onlar müəyyən mənada sayqısızlıq ediblərsə, bu o demək deyil ki, biz də kinli münasibət göstərməliyik.

Reportyor
02.09.2009, 14:49

Hər şeyin bir həddi var Teyyub bəy! İnsanların tapdanan haqqını müdafiə etmək əvəzinə İTV efiri lazımsız verilişlərlə doldurur. Belə quruma qarşı başqa nə cür münasibət göstərmək olar?

Bir də yuxarıdakı postlarda kinayə yox, mən deyərdim ki, ironiya var.

Baciska
02.09.2009, 15:31
Azerbaycanda ferli kanal yoxdu.
Evelller bir-iki kanal vardi baxmaq olardi indi hamsinin zayi cixib ona gorede hec birine baxmaqa deymez. Baxanda adama ele gelirki hansisa verlisi copy.. past eleyibler.

Son 2 gunde Ans " guya super "verlislerle efire cixir adam baxanda eti tokulur
.( bu mene xeyirdi hercendki .....) :p

PAPARAZI
04.09.2009, 15:05
Yerli telekanallar Ramazan ayından “üzüqara” çıxdı?
Öncə Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətindən başlayaq. Bu telekanal gün ərzində 11 dəfə “Xəbərlər” buraxılışı ilə efirə çıxıb. Bundan başqa, həftə içi hər gün “Səhər”, “Ailə həkimi”, “Musiqili xəbər”, “Ekspressiya” kimi verilişlərə, habelə teleseriala, cizgi filmlərinə yer verib. Həftə boyu telekanalda sırf Ramazan ayına həsr edilən hər hansı gündəlik verilişin efirə çıxmadığı bəlli oldu. Təkcə həftənin cümə axşamı günü saat 18.40-da “Haqqın dərgahı” adlı verilişi dini mövzuda verilişlər sırasına daxil etmək olardı.
İctimai Televiziya (İTV) bu baxımdan seçilənlər sırasında idi. Belə ki, telekanalın efirində yayımlanan “Din və cəmiyyət” verilişi çərçivəsində Ramazan ayı mövzusuna yer verilib. Telekanalın səhər saatlarında efirə gedən “Yeni Gün” proqramında da zaman-zaman qonaqlar, dini ekspertlər bu mövzulara toxunublar. İTV ötən həftə boyunca dini mövzuda çəkilən sənədli filmlərə də yer verdi.
"Lider" Televiziyası isə ənənəvi olaraq, bu dəfə də öz “fərq”ini göstərdi. Telekanalda Ramazan ayına özəl xüsusi veriliş, çəkiliş və ya sənədli filmlərin yayımlanmadığı məlum oldu. "Lider TV" hətta bu müqəddəs ayda gözləntilərin əksinə olaraq, “Ekstra sens” adlı verilişin də yayımına müvəqqəti fasilə vermədi. Gün ərzində cizgi filmləri, seriallar və müxtəlif səpkidə bədii filmlər telekanalın efirini bəzədi. Yeganə olaraq, həftənin cümə axşamı günü “Ölülər və dirilər” adlı proqram efirə getdi ki, bunu da telekanalın ənənəvi veriliş “setka”sının bir hissəsi saymaq olardı. Yəni, bu da Ramazan ayına özəl olaraq hazırlanmamışdı.
ATV-də də bu sahədə xüsusi dəyişiklik gözə çarpmadı. Telekanalın efirində hər səhər saat 08- 09 saatlarında “Bizim Səhər” verilişi, daha sonra “Gizli ehtiras”, “Terrorçu qadın İvanova” adlı teleserial, “Performans”, “Açıq kassa” kimi verilişlər yayımlanıb. Həftə ərzində saat 02.00 və 04.00-da xarici kliplər yer alıb. Bir sözlə, telekanal nə iftar, nə də imsaq saatlarında özəl veriliş və ya film yayımlamayıb.

Nizami63
16.09.2009, 22:16
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda fəaliyyət göstərən telekanalları bir-biri ilə əməkdaşlığa çağırıb. O, təklifini konkretləşdirərkən deyib ki, telekanallar xeyli müddət əvvəl çəkdikləri sənədli filmlərin mübadiləsini apara, yaxud bu məhsulları simvolik qiymətlə bir-birlərinə sata bilər.

Azərbaycanın teleşirkətləri arasında hər hansı əməkdaşlıq mövcuddurmu?

“Media forum” saytının sualını cavablandıran Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidməti rəhbəri Xatirə Qasım bildirib ki, AzTV digər teleşirkətlərlə yalnız sivil, qanuna əsaslanan və öz kommersiya maraqlarına uyğun olan əməkdaşlıq tərəfdarıdır: “Belə əməkdaşlıqdan söz gedərsə, ölkənin əsas teleradiokanalı sayılan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ona hazırdır”.

“Azad Azərbaycan” Televiziya və Radio Şirkətinin vitse-prezidenti Natiq İbrahimovun sözlərinə görə, onlar da digər kanallarla əməkdaşlıq edirlər və bu əsasən hansısa çəkilmiş kadrların mübadiləsi formasında olur.

O deyib ki, bütün televiziyalar bir-biri ilə yaxşı mənada rəqabət aparır: “Hamı istəyir ki, reytinqi güclü olsun və yaxşı reklam əldə edə bilsin. O ki qaldı sənədli filmlərin mübadiləsi məsələsinə, burda incə bir nüansı yaddan çıxarmaq olmaz. Hər bir televiziya hazırladığı məhsulun – verilişlərinin, filmlərinin sonunda qeyd edir ki, bunu kim ikstehsal edib. Axı hansı televiziya kanalı “ATV-nin istehsalıdır” sözləri yazılmış sənədli filmi öz efirindən yayar?”

Bununla yanaşı N.İbrahimov verilişlərin, filmlərin mübadiləsini mümkün sayır: “Sadəcə, məsələ bağlanacaq müqavilənin şərtlərindən asılıdır”.

“Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev də digər kanallarla əməkdaşlıq etdiklərini bildirib. Onun sözlərinə görə, hər hansı bir məsələdə başaqa kanallara müraciət etməkdə problem görmürlər: “Hazırda konkret bir nümunə yadıma sala bilmirəm, amma telekanallarla münasibətlərimiz normaldır və istənilən zaman istənilən məsələ ilə bağlı onlara müraciət edə bilərik”.

K.Şahverdiyev deyib ki, hansısa görüntü lazım olanda pul ödəyib dövlət arxivindən götürürlər: “1950-60-cı illərə aid görüntülərin əldə ediləməsi o qədər də asan deyil. Əksər görüntülər AzTV-dədir. Məncə, biz bununla bağlı Rusiya modelinə üstünlük verməliyik. Hesab edirəm ki, qanunvericilik hazırlanmalı, Televiziya Fondu yaradılmalı və bütün arxivlər də ora cəmləşməlidir. Belədə kim istəsə, pulunu ödəyib lazım olan lenti əldə edə bilər”.

İcraçı direktor bu vaxta qədər hər hansı bir görüntü ilə bağlı AzTV-yə müraciət eləmədiklərini bildirib: “Bilirik ki, onlardan nəsə almaq o qədər də asan deyil, ona görə hər hansı müraciətimiz olmayıb”.

PAPARAZI
16.09.2009, 22:49

Bu cümlə əməkdaşlığı sübut edir deyəsən... Necə olmasını ha...((

10line
17.09.2009, 02:44
K.Şahverdiyev : “1950-60-cı illərə aid görüntülərin əldə ediləməsi o qədər də asan deyil. Əksər görüntülər AzTV-dədir. Məncə, biz bununla bağlı Rusiya modelinə üstünlük verməliyik. Hesab edirəm ki, qanunvericilik hazırlanmalı, Televiziya Fondu yaradılmalı və bütün arxivlər də ora cəmləşməlidir. Belədə kim istəsə, pulunu ödəyib lazım olan lenti əldə edə bilər”.

"Space" onsuz da "Rusiya modeli" ilə işləyir də. Butun günü "Nikolayskiy" rus kinolarını vermekden başqa bir işləri yoxdur. Onların işi yalnız elə arxivləri qurtcalamaqla keçir :D

Sofiya
17.09.2009, 09:47
"Space" onsuz da "Rusiya modeli" ilə işləyir də. Butun günü "Nikolayskiy" rus kinolarını vermekden başqa bir işləri yoxdur. Onların işi yalnız elə arxivləri qurtcalamaqla keçir :D

Sizə deyim mən elə məhz o kinolara görə Spase telekanalına baxıram

Nizami63
17.09.2009, 11:45
Sizə deyim mən elə məhz o kinolara görə Spase telekanalına baxıram
mən hörmətli Sofiya xanımın yuxarıdakı fikrilə tamamilə razıyam. Bizim gənclərə sovet filmlərinin də nə aşıladığı göz önündədir, digər ölkələrin də.

Fakt budur ki, bu günkü gənclərimizin əksəriyyətinin matışka kimi böyüməsində türk seriallarının və digər ölkələrin istehsalı olan filmlər "böyük" rol oynayıbdır.

Sovet və rus filmlərinin isə oğlanlarımızın kişi xarakterində formalaşması üçün oynadığı böyük rolu inanmıram ki, kimsə inkar edə.

10line
18.09.2009, 01:01
mən hörmətli Sofiya Bizim gənclərə sovet filmlərinin də nə aşıladığı göz önündədir, digər ölkələrin də.

Fakt budur ki, bu günkü gənclərimizin əksəriyyətinin matışka kimi böyüməsində türk seriallarının və digər ölkələrin istehsalı olan filmlər "böyük" rol oynayıbdır.

Sovet və rus filmlərinin isə oğlanlarımızın kişi xarakterində formalaşması üçün oynadığı böyük rolu inanmıram ki, kimsə inkar edə.

Burada söhbət cinsi fəaliyyətin aşılanmasından getmir. :) O barədə mən də sizinlə razıyam. Necə ki, bizim köhnə Azərbaycan filimləri kimi. Onların yerini verə biləcək müasir kinolar bu gün bizim telekanallarda nümayiş olunmur və ya çəkilmir. Məgər o cür kinolara baxıb, onlardan nümunə götürüb yeni, müasir milli kinolar çəkmək elə böyük problemdir ki? Özü də kim kim "Space"nin direktoru V.Mustafayev üçün... Bu məsələ heç də telekanallarda maliyyə problemi ilə bağlı deyil. Sadəcə olaraq bizim telekanallar siçanlıq ( "krisalıq" ) :) edərək bu yolu seçmir və ya özlərini çox əziyyətə salmaq istəmirlər.

Hələ dublajları demirəm. Adam baxdıqca lap ət tökür. Gic-gic dəxilsiz-dəxilsiz tərcümələr edillər. Elədikləri tərcümələr çox süni çıxır. Ya rəsmi şəkildə tərcümə edillər ya da ki uyğun olmayan sözlərlə əvəz edərək (məncə az-çox rusca bilənlər mənimlə razılaşarlar ;) ) Məgər tərcümələri gündəlik danışıq dilində etmək bu qədər çətin məsələdir?

Məsələn dəfələrlə rastlaşdığım dəxilsiz tərcümələrdən birini nümunə gətirə bilərəm, hansıları ki, siz də eşitməmiş olmazsınız:

Tanrı eşqinə - rusca tərcümədə "radi Boqa" (əslində Tanrı xətrinə olmalıdır)

Nurşirəvan müəllim məncə bu dublaj barədə verdiyi qərarda çooox tələsib. Əvvəlcə maraqlanardı ki, telekanallar bu qərar qəbul olunduqdan sonra yeni tələblərə cavab verə biləcəklərmi? Telekanalların mövcud potensialları buna kifayət edəcək mi?
İnanın bir dəfə türk saytlarının birində azərbaycan dilini necə lağa qoymaları hələ də yadımdan çıxmayıb. Saytda Aztv-də efirə gedən "Titanik" kinosu azərbaycan dilində dublaj olunmuş şəkildə sayta yerləşdirilmiş və forumda hər kəs həmin kinoya baxıb çoxlu güldüklərini yazmışdılar.:( .
Sizə deyim ki, həqiqətən də doyunca gülmək istəyirsinizsə əgər, onda nə vaxt gördünüz ki Aztv-də azərbaycan dilinə tərcümə edilmiş film gedir qətiyyən kanalı dəyişməyin :D . Çünki bir dəfə özüm doyunca gülmüşəm. Bir dəfə kanallaı qurttalayarkən Aztv-də bu cür (dublyaj) bir film gördüm. Deməli, bir kişi qadını zorlayırdı və onu söyərkən "hə ləçər (yəqin "suçka" demək istəyib :) əla sənin ananı əlaaaa" dediyini həm eşitdim həm gördüm həm də doyunca güldüm. Neyləsin yazıq türklər ? :p

Sofiya
18.09.2009, 09:31
Hələ dublajları demirəm. Adam baxdıqca lap ət tökür. Gic-gic dəxilsiz-dəxilsiz tərcümələr edillər. Elədikləri tərcümələr çox süni çıxır. Ya rəsmi şəkildə tərcümə edillər ya da ki uyğun olmayan sözlərlə əvəz edərək (məncə az-çox rusca bilənlər mənimlə razılaşarlar ;) ) Məgər tərcümələri gündəlik danışıq dilində etmək bu qədər çətin məsələdir?

Məsələn dəfələrlə rastlaşdığım dəxilsiz tərcümələrdən birini nümunə gətirə bilərəm, hansıları ki, siz də eşitməmiş olmazsınız:

Tanrı eşqinə - rusca tərcümədə "radi Boqa" (əslində Tanrı xətrinə olmalıdır)

Sizə deyim ki, həqiqətən də doyunca gülmək istəyirsinizsə əgər, onda nə vaxt gördünüz ki Aztv-də azərbaycan dilinə tərcümə edilmiş film gedir qətiyyən kanalı dəyişməyin :D . Çünki bir dəfə özüm doyunca gülmüşəm. Bir dəfə kanallaı qurttalayarkən Aztv-də bu cür (dublyaj) bir film gördüm. Deməli, bir kişi qadını zorlayırdı və onu söyərkən "hə ləçər (yəqin "suçka" demək istəyib :) əla sənin ananı əlaaaa" dediyini həm eşitdim həm gördüm həm də doyunca güldüm. Neyləsin yazıq türklər ? :p
Sizə deyim heç də gülməli deyil, türklər öz dublyajlarına baxıb gülsünlər, ətim tökülür onların dublyaj etdikləri filmə baxanda "sakın onun kılına zarar vermeye kalkma" bu frazanı eşıdəndə başımdan tüstü çıxır. Sizi bilmirəm amma bizim dublyaj mənim xoşuma gəlir, get gedə daha proffesional səviyyəyə çatacağına da əminəm. Bir şeyi başa düşmürəm niyə bizim gənclər öz dillərini məzxərəyə qoyub gülürlər.

Figo
18.09.2009, 11:16
Ailəmin kanalları,Ans və Xəzərdir...
Mənim kanalım isə Azərbaycan kanallarından başqa bütün kanallar:D

10line
19.09.2009, 01:24
Sizə deyim heç də gülməli deyil, türklər öz dublyajlarına baxıb gülsünlər, ətim tökülür onların dublyaj etdikləri filmə baxanda "sakın onun kılına zarar vermeye kalkma" bu frazanı eşıdəndə başımdan tüstü çıxır. Sizi bilmirəm amma bizim dublyaj mənim xoşuma gəlir, get gedə daha proffesional səviyyəyə çatacağına da əminəm.

Bu barədə mən də sizinlə razılaşıram. Türklər də ruslara dublyaj barəsində çata bilməz . Mən sadəcə gördüklərimi deyirdim. Mən demədim ki, türklər bizimkilərdən gözəl dublyaj edir! ;)

Məsələ orasındadır ki, bizimkilər çox rəsmi şəkildə tərcümə edirlər. Hansı ki, gündəlik danışıq dilində o sözlərdən qətiyyən istifadə edilmir.

Bir şeyi başa düşmürəm niyə bizim gənclər öz dillərini məzxərəyə qoyub gülürlər.

Çünki gülməli çıxır. Nəinki Azərbaycan dilində demək olar ki, bütün dillərdə rəsmi və qeyri rəsmi dillər var. Gündəlik məişətdə istifadə edilən dillə rəsmi danışıq dili arasında çox böyük fərq var. Yenə də misal çəkərək bunu sübüt edə bilərəm ( Sübut deyərkən yalnış anlamayın. Sizinlə heç bir şəxsi qərəzliyim yoxdur sadəcə olaraq, fikrimi daha düzgün ifadə etmək mənasında deyirəm ) :

Məsələn: Dublyajda səsləndirilən
"Nə olub sənə əzizim niyə belə ruh düşkünlüyü yaşayırsan?" ilə "Nə olub sənə əzizim niyə keyin yoxdur?"

Sizcə yuxarıdakı sual cümlələri arasında hansından məişətdə daha çox istifadə edilir?

Nizami63
19.09.2009, 17:43
Məgər o cür kinolara baxıb, onlardan nümunə götürüb yeni, müasir milli kinolar çəkmək elə böyük problemdir ki? Özü də kim kim "Space"nin direktoru V.Mustafayev üçün... Bu məsələ heç də telekanallarda maliyyə problemi ilə bağlı deyil.
hörmətli 10line, əlbəttə ki həyatda hər şey mümkündür...Ancaq bu günkü Azərbaycan iqtidarı və onların hamiləri bunda maraqlıdırlarmi?!

Əlbəttə ki yox !

Yadınızda saxlayın ki, Azərbaycan büdcəsindən hər şeyə vəsait ayırmağa imkan tapan bu hakimiyyət bizim xalqımızın inkişafı ilə bağlı layihələrə heç vaxt diqqət yetirmir...

10line
19.09.2009, 23:46

Sizinlə tamamilə razıyam :(

Narmishka
20.09.2009, 08:36
Show Tv, Kanal D, Kral, Star

isi
20.09.2009, 21:17
aztv-2

surreal
21.09.2009, 11:31
muqeddes AztV hezretleri - bashqasi yalan :p

bekar olanda kanallarda gezirem hansinda maraqli bir shey olsa ona baxiram
cnn, mtv, ntv ve s.

Nizami63
21.09.2009, 20:59
Öz - özümə hey deyirəm ki, ANS TV haqqında bir daha mövqe bildirməyəcəyəm.

Ancaq necə deyərlər SƏN SAYDIĞINI SAY GÖR FƏLƏK BİR SANIR !

Bizim Balakishi bəy " Irana qarşı müharibə " başlığı altında mövzu yaradıb və ilk ismarışında bizlərə anspress - in məlumatını təqdim edib.

Mənim sözüm ANS - ə və ona dəm tutanlaradır : bəs deyimi öz problemlərimizə göz yumub ona - buna nökərçilik etdiyiniz?!

ANS TV - nin cürəti çatmır ki, Sərkisyanın bizim haqqımızda söylədiklərini təfsilatı ilə versin, ancaq başqaları barədə bütün şayilərərə necə "məmuniyyətlə" yer ayırdığı göz önündədir :

Ermənilər yenə şərtlərdən danışır (http://www.anspress.com/index.php?lng=az&nid=3737)

Erməni it uşağının əsl həqiqətdə nə dediyi haqqında mən bir az bundan qabaq mən aşağıdakı mövzuda bəs etmişəm :

http://forum.ria.az/showthread.php?t=27&page=2

Balakishi
21.09.2009, 23:22

Nizami bey men ANS in informasiya tipli xeberlerine istinad edirem.Onlarin "analizleri" ve "sherhleri" meni hesh maraqlandirmir..

Serkisyanin müsahibesine geldikde ise burda yeni bir shey yoxdur ermeniler Qarabagin hec vaxt Azerbaycanin terkib hissesi olmayacagini hey deyirler.Onlar danishiqlar prosesinde korridorun genishliyi barede söhbet etdiklerini deyir.Azerbaycan ise xalq olaraq danishiqlarda konkret ne barede söhbet getdiyinden xebersizdir..

P S i X O
24.09.2009, 17:29
Hələ o gün ANS-dən bir serialın anonsu gedir.Fikir verin:"Bu o serialdır ki,yayımından sonra 237 nəfər intihar etdi" və.s.Adama deyərlər əgər bu serial belə təsir edicidirsə nəyə görə bunu efirə verib efirə baxanları təsir altına alırsan?heç olmasa bu serialı gecə 12-dən sonra ver.Yadımdadır bir vaxtlar ANS-in möhkəm gedən vaxtları idi.Və yəqin sizində yadınızdadır ki, SARA adlı bir kanal var idi.ANS-də həmin kanalla mübahisə etmişdi və MirŞahin əfəndi həmin SARA TV-ni axşam vaxtları porno filmlərin yayımında günahlandırırdı.Halbuki, belə bir şey yox idi.Buna baxmayaraq ANS həqiqətən xalq kanalı idi.Nizami müəllimin dediyi kimi indi ANS-in efirində "Son Nəfəs" lahiyəsi uğurludur.Amma "KinoKonsert"i o qədərdə uğurıu saymıram.

P.S:Bircə İçXəbər smslə olmayaydı...

10line
25.09.2009, 02:51
ANS-ə ulduz axımı davam edir

ANS TV yeni mövsümə yeniliklərlə gəlir. Hər zaman cəmiyyətimizdə dəqiq, qərəzsiz, vicdanlı informasiya istehsalı ilə məşğul olan ANS telekanalı yeni yayım mövsümündə indiyə kimi telekanal tarixində görülməmiş yeniliklər edib. Belə ki, hər zaman hərbi-vətənpərvərlik ruhunda verilişlər istehsal edən telekanal artıq daha çox əyləncəli səpkidə olan verilişlərə üstünlük vermək niyyətindədir.
Bildiyimiz kimi, hər zaman sözü üzə deyən və bununla tanınmış simaları qıcıqlandıran, verilişlərinin reytiqləri ilə seçilən, müəllif-teleaparıcı Turan İbrahimov ANS telekanalına transfer olunub. Əvvəllər xalq artisti Nisə Qasımovanın aparıcılıq etdiyi “XoşVaxt Olun” verilişinin efir vaxtı artıq Turanın aparıcılıq etdiyi “GünəBaxan” verilişinə verilib. Nisə xanımın aparıcılıq etdiyi verilişin isə fəaliyyəti başa çatdığından müğənni ilə bağlanan müqaviləyə əsasən tərəflər arasındakı müqavilənin vaxtı da sona çatıb.

Tezliklə ana olmağa hazırlaşan müğənni Elnarə Xəlilova da sözügedən telekanal tərəfindən aparıcı olmaq barədə dəvət alıb. Elnarənin aparıcılıq edəcəyi “El bilir ki...” adlı veriliş daha çox əyləncəli şou xarakterli bir veriliş olacaq. Artıq verilişin reklam çarxı da telekanalın efirində yayımlanmaqdadır.

ANS tərəfindən aparıcılıq təkliflərindən biri də müğənni İradə İbrahimovaya gəlib. Belə ki, müğənninin şəxsi saytında və yerli informasiya agentliklərinin birində onun tezliklə ANS telekanalında əvvəllər yayımlanan “Ulduza yaxın” verilişinin aparıcı siması olacağı barədə məlumat yerləşdirilib. Bununla əlaqədar olaraq lahiyənin təşkilatçısı olan “Creativ” şirkəti ilə müğənni arasında kontrakt da artıq imzalanıb. Tezliklə müğənninin yeni anpulada tamaşaçıları ilə görüşəcəyi bildirilir.

Bundan başqa telekanal xalq artisti, primadonna İlhamə Quliyevanın illər öncə ANS-də aparıcılıq etdiyini yadına salaraq onu yenidən əməkdaşlığa dəvət etdiyi deyilir. Tezliklə yeni mövsümdə primadonnamızı da köhnə simada, lakin yeni ampulada görmək bizə nəsib olacaq. Primadonnanın verilişinin əvvəlki “Primadonnanın qonaqları” verilişindəki kimi şou deyil, tok-şou xarakterli olacaq.

Qeyd edim ki, ötən il yerli telekanallardan biri olan LİDER də eyni addımı ataraq öz efirində “ulduz yağışı”na başlamışdı. Ötən il Faiq Ağayev, Röya, Natavan Həbibi və s. kimi ulduzlarla müqavilə bağlayan telekanal və təşkilatçılar heç də istədiyi məqsədinə tam olaraq nail ola bilməmişdilər. Belə ki, telekanalın 7 yaşında dünyaya gətirdiyi yeni verilişlərinin ömrü çox qısa olmuşdu.
İndi isə, eyni yolla ANS telekanalı getmək niyyətindədir. Görünür telekanallar ATV kanalının şou xarakterli verilişlərinə xalqın meylinin yüksək olduğunu görüb rəqabəti artırmağa və daha çox qazanc əldə etməyə çalışırlar. Yəqin ki, ANS-i də bu addımı atmağa vadar edən məhz reklam sahəsində müştərilərinin azalmasıdır.

Xatırladım ki, bir neçə il öncə “Xəbərçi” informasiya buraxılışlarının birində ANS 400 min manata yaxın (əgər yanılmıramsa) vergi ödəyərək ölkədəki bütün KİV-lər arasında ən çox vergi ödəyən mətbu orqan olduğunu bəyan etmişdi.

P S i X O
25.09.2009, 11:33
Görünür telekanallar ATV kanalının şou xarakterli verilişlərinə xalqın meylinin yüksək olduğunu görüb rəqabəti artırmağa və daha çox qazanc əldə etməyə çalışırlar. [/CENTER]

ANS elə dəqiq,vicdanlı və qərəzsiz olmağlada xalqın rəğbətini qazana bilərdi.Necə ki,bunu vaxti ilə bacarmışdı.Hamı ANSi xəbər və ən əsası dəqiq xəbər kanalı kimi tanıyır.Məncə bu əyləncəi verlişlər ANS-ə yaraşmır.Yəni ANS-də bu tip verlişlər alınmır.ANS-ində "təbliğat maşını"nı işə saldığını artıq keçən ildən görmək olar.

PAPARAZI
25.09.2009, 13:40
ANS-ə ulduz axımı davam edir

ANS TV yeni mövsümə yeniliklərlə gəlir. Hər zaman cəmiyyətimizdə dəqiq, qərəzsiz, vicdanlı informasiya istehsalı ilə məşğul olan ANS telekanalı yeni yayım mövsümündə indiyə kimi telekanal tarixində görülməmiş yeniliklər edib. Belə ki, hər zaman hərbi-vətənpərvərlik ruhunda verilişlər istehsal edən telekanal artıq daha çox əyləncəli səpkidə olan verilişlərə üstünlük vermək niyyətindədir.
Bildiyimiz kimi, hər zaman sözü üzə deyən və bununla tanınmış simaları qıcıqlandıran, verilişlərinin reytiqləri ilə seçilən, müəllif-teleaparıcı Turan İbrahimov ANS telekanalına transfer olunub. Əvvəllər xalq artisti Nisə Qasımovanın aparıcılıq etdiyi “XoşVaxt Olun” verilişinin efir vaxtı artıq Turanın aparıcılıq etdiyi “GünəBaxan” verilişinə verilib. Nisə xanımın aparıcılıq etdiyi verilişin isə fəaliyyəti başa çatdığından müğənni ilə bağlanan müqaviləyə əsasən tərəflər arasındakı müqavilənin vaxtı da sona çatıb.

Tezliklə ana olmağa hazırlaşan müğənni Elnarə Xəlilova da sözügedən telekanal tərəfindən aparıcı olmaq barədə dəvət alıb. Elnarənin aparıcılıq edəcəyi “El bilir ki...” adlı veriliş daha çox əyləncəli şou xarakterli bir veriliş olacaq. Artıq verilişin reklam çarxı da telekanalın efirində yayımlanmaqdadır.

ANS tərəfindən aparıcılıq təkliflərindən biri də müğənni İradə İbrahimovaya gəlib. Belə ki, müğənninin şəxsi saytında və yerli informasiya agentliklərinin birində onun tezliklə ANS telekanalında əvvəllər yayımlanan “Ulduza yaxın” verilişinin aparıcı siması olacağı barədə məlumat yerləşdirilib. Bununla əlaqədar olaraq lahiyənin təşkilatçısı olan “Creativ” şirkəti ilə müğənni arasında kontrakt da artıq imzalanıb. Tezliklə müğənninin yeni anpulada tamaşaçıları ilə görüşəcəyi bildirilir.

Bundan başqa telekanal xalq artisti, primadonna İlhamə Quliyevanın illər öncə ANS-də aparıcılıq etdiyini yadına salaraq onu yenidən əməkdaşlığa dəvət etdiyi deyilir. Tezliklə yeni mövsümdə primadonnamızı da köhnə simada, lakin yeni ampulada görmək bizə nəsib olacaq. Primadonnanın verilişinin əvvəlki “Primadonnanın qonaqları” verilişindəki kimi şou deyil, tok-şou xarakterli olacaq.

Qeyd edim ki, ötən il yerli telekanallardan biri olan LİDER də eyni addımı ataraq öz efirində “ulduz yağışı”na başlamışdı. Ötən il Faiq Ağayev, Röya, Natavan Həbibi və s. kimi ulduzlarla müqavilə bağlayan telekanal və təşkilatçılar heç də istədiyi məqsədinə tam olaraq nail ola bilməmişdilər. Belə ki, telekanalın 7 yaşında dünyaya gətirdiyi yeni verilişlərinin ömrü çox qısa olmuşdu.
İndi isə, eyni yolla ANS telekanalı getmək niyyətindədir. Görünür telekanallar ATV kanalının şou xarakterli verilişlərinə xalqın meylinin yüksək olduğunu görüb rəqabəti artırmağa və daha çox qazanc əldə etməyə çalışırlar. Yəqin ki, ANS-i də bu addımı atmağa vadar edən məhz reklam sahəsində müştərilərinin azalmasıdır.

Xatırladım ki, bir neçə il öncə “Xəbərçi” informasiya buraxılışlarının birində ANS 400 min manata yaxın (əgər yanılmıramsa) vergi ödəyərək ölkədəki bütün KİV-lər arasında ən çox vergi ödəyən mətbu orqan olduğunu bəyan etmişdi.

Deyəsən zamanla ayaqlaşir bu kanal...Şoulaşir..

SAPAND
25.09.2009, 19:09
ANS elə olmağlada xalqın rəğbətini qazana bilərdi.Necə ki,bunu vaxti ilə bacarmışdı.Hamı ANSi xəbər və ən əsası dəqiq xəbər kanalı kimi tanıyır.Məncə bu əyləncəi verlişlər ANS-ə yaraşmır.Yəni ANS-də bu tip verlişlər alınmır.ANS-ində "təbliğat maşını"nı işə saldığını artıq keçən ildən görmək olar.

Necə deyərlər "Palana bürün , elnən sürün" :)

Belədə götürsək innanmıramki bizdə hansısa KİV -i müstəqil (dəqiq,vicdanlı və qərəzsiz) olaraq yaşaya bilsin .Bunun üçün xalqın praktik dəstəyi lazımdır ( Gürcülərin Rustavi 2 kimi ).Boynumuza alaqki bizlərdən bu dəstəyi görməyən KİV məhvə məhkumdur :cool:

Nizami63
25.09.2009, 19:17
Xatırladım ki, bir neçə il öncə “Xəbərçi” informasiya buraxılışlarının birində ANS 400 min manata yaxın (əgər yanılmıramsa) vergi ödəyərək ölkədəki bütün KİV-lər arasında ən çox vergi ödəyən mətbu orqan olduğunu bəyan etmişdi.
ANS TV - nin digər tv - lərlə müqayisədə əvvəllər daha çox vergi ödəməsi onu sübut edir ki, Azərbaycan tamaşaçısını daha çox ictimai - siyasi səpkili verilişlər maraqlandırır.
İnsanlarımızın ATV - yə marağı ondan irəli gəlir ki, bu gün ANS də daxil olmaqla digər tv - lərimiz xalqımızı düşündürən ciddi məsələlər barəsində verilişləri hazırlamaqdan imtina ediblər.

10line
26.09.2009, 02:03
İnsanlarımızın ATV - yə marağı ondan irəli gəlir ki, bu gün ANS də daxil olmaqla digər tv - lərimiz xalqımızı düşündürən ciddi məsələlər barəsində verilişləri hazırlamaqdan imtina ediblər.

Maraqlıdır görəsən imtina ediblər yoxsa belə bir tapşırıq alıblar?. Nurşirəvan bəy bir yandan defelerle bəyan edir ki, telekanallar şou xarakterli verilişlərini azaltsınlar, bir yandan da əksinə bu cür verilişlərin sayı günü gündən artır. :eek:

Reportyor
26.09.2009, 09:36

Nüşrəvan bəy kimdir ki, onun xəbərdarlıqlarına əməl etsinlər. O sadəcə bir müqəvvadır o vəzifədə.

10line
27.09.2009, 00:40
Nüşrəvan bəy kimdir ki, onun xəbərdarlıqlarına əməl etsinlər. O sadəcə bir müqəvvadır o vəzifədə.

"Zato" xəbərdarlıq etməyi bacarır :D

Nizami63
27.09.2009, 09:59
"Zato" xəbərdarlıq etməyi bacarır :D
hörmətli 10line, bu günkü Azərbaycanda bütün məmurlar müqəvva rolunu oynayırlar !
Az-çox sərbəstlik göstərənlərin halı eks Səhiyyə naziri Əli İnsanovunku kimi olur. Buraya Fərhad Əliyevi və Namiq Abbasovu da aid etmək olar.

O ki qaldı Nuşiravan bəyə bu insan ona tapşırılmış işi buyurulduğu kimi yerinə yetirir.

Azərbaycan tv - lərinin bu günkü siyasətini Azərbaycanı öz təsiri altında saxlayan xarici və daxili qüvvələr müəyyənləşdirirlər. Nuşirəvan kimilər isə sadəcə olaraq icraçıdırlar.

10line
28.09.2009, 00:13

NO COMMENT . Aydın məsələdir ;)

Nizami63
08.10.2009, 19:52
Nuşirəvan Məhərrəmli: "Telekanallar hamilə müğənniləri reklam etməklə pul qazanırlar" (http://faktxeber.com/6715_Telekanallar%20sar305l305q%20x601st601liyin60 1%20tutulublar.html)

PAPARAZI
08.10.2009, 23:04
Nuşirəvan Məhərrəmli: "Telekanallar hamilə müğənniləri reklam etməklə pul qazanırlar" (http://faktxeber.com/6715_Telekanallar%20sar305l305q%20x601st601liyin60 1%20tutulublar.html)

Sanki özləri bunu istəmirlər....Guya xalqi şoulaşdıran bunlar deyil...

Nizami63
09.10.2009, 11:14
Sanki özləri bunu istəmirlər....Guya xalqi şoulaşdıran bunlar deyil...
bunu onlar əlbəttə ki istəmirlər !
Onlar bunu istəkdən deyil məcburiyyətdən edirlər...Bu məcburiyyətin mənbəyi kimi isə xarici qüvvələr, konkret söyləsəm İsrail dövləti çıxış edir.

2008 - cı ilin yekununda ANS və digər tv- lərin əməkdaşlarının mövqeyi öyrənilərkən onlar da efirdə şou proqramların əleyhinə olduqlarını etiraf etmişdilər.

Və yaxud da Kinematoqrafçılar İttifaqı başda hörmətli Rüstəm İbrahimbəyov olmaqla nə qədər tv - lərimizin durumunu bu günə kimi tənqid ediblər !

Dünən Kinematoqrafçılar İttifaqının katibliyi ölkə telekanallarının problemlərilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsinin müzakirəsini keçirib. Məqalə bütünlükdə təqdir edilsə də, İttifaqın sədri Rüstəm İbrahimbəyov məqalənin 1-2 il gecikdiyini deyib. "Elə çıxmasın ki, sovet dövründəki kimi bir vəzifəli şəxs məqalə yazıb, biz də təcili onu müzakirə edirik, ölkə telekanallarındakı durumu illər boyu müzakirə etdik, amma özümüz deyib, özümüz eşitdik", - deyə R.İbrahimbəyov mövqeyini bildirib.

O, rəsmi qurumların uzun müddət telekanallardakı səviyyəsizliyə münasibət ifadə etməməsinin bu durumla razı olması kimi qavranıldığını söyləyib.

R.İbrahimbəyov qeyd edib ki, bu məqalədən mənfi nəticələr çıxarmaq istəyənlər ola bilər. "Kimlərsə bundan senzura tətbiqi, mədudiyyətlərə əl atmaq üçün istifadə edə bilər, biz telekanalların səviyyəsinin yüksəlməsinə tərəfdarıq, amma hər-hansı senzura və məhdudiyyət tətbiqinin əleyhinəyik", - deyə R.İbrahimbəyov İttifaqın mövqeyini açıqlayıb.

O, telekanallarda səviyyəni qaldırmaq üçün İttifaqın biri müasir həyatı, digəri tarixi məzmunlu iki teleserial çəkməyə hazır olduğunu vurğulayıb. Onun fikrincə, bu teleserialları ya telekanallar, ya da uyğun qurumlar sifariş verməlidir.
İbrahimbəyova görə, telekanallarda baxımlılığı artırmaq üçün ictimai məzmunlu proqram və verilişlərin sayı artırılmalıdır.

Tanınmış aktyor Rasim Balayev telekanallardakı səviyyəsiz və bayağı verilişlərin elə zövqsüz və aşağı səviyyəli tamaşaçı auditoriyası formalaşdırmasına diqqət çəkərək, yalnız yeni və məzmunlu verilişlərlə təkcə telekanalların deyil, həm də tamaşaçı auditoriyasının səviyyəsinin yüksəlməsinə nail omağın mümkünlüyünü bildirib.
İclasda telekanallarda təkcə aşağı səviyyəli əyləncə proqramları yox, aparıcılıq səviyyəsi də ciddi tənqid edilib. “Teleaparıcı təkcə verilişin aparıcısı deyil, tamaşaçıda nitqi, tələffüzü, zövqü formalaşdıran şəxsdir, amma bu gün telekanallarda belə aparıcılar yox dərəcəsindədir”, - deyə məşhur teleaparıcı Rafiq Hüseynov mövqeyini ifadə edib.

Toplantı iştirakçıları filmlərin dublyajının səviyyəsindən narazılıq bildirərək, bunun üçün hər telekanalın dublyaj redaksiyasının yox, vahid dublyaj studiyasının olmasını məqbul sayıblar, həm də məqalədə əksini tapan Televiziya Akademiyasının təşkili təklifini dəstəkləyiblər.

10line
09.10.2009, 23:16
bunu onlar əlbəttə ki istəmirlər !
Onlar bunu istəkdən deyil məcburiyyətdən edirlər...Bu məcburiyyətin mənbəyi kimi isə xarici qüvvələr, konkret söyləsəm İsrail dövləti çıxış edir.

Daha da konkretləşdirsək MASONLAR :cool:

PAPARAZI
09.10.2009, 23:28

Vallah bugün düşüncəmə görə , Ans in özü daha çox şou programla çixiş edir

PAPARAZI
13.10.2009, 22:37
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ; “Əvvəllər ANS telekanalı müstəqil idi, kanal da cəmiyyət üçün maraqlı idi. Ancaq indi bu telekanal da müstəqil deyil. Əgər telekanallara müstəqillik verilərsə, problemlər aradan qalxar”.
ANS şirkətinin vitse-prezidenti Mirşahin Ağayev Novella Cəfəroğlunun fikirləri ilə razılaşmadığını dilə gətirib: “Deyirlər ki, ANS 1993-cü ildə, 2006-cı ildə, yaxud digər bir ildə satıldı. Bir telekanal nə qədər alınıb-satılar? Digər tərəfdən, əgər qırmızı işıq yanırsa, maşınlar dayanır, sarı işıq xəbərdarlıqdır. Novella xanım, biz də qırmızı işıq yanırsa, təbii ki, dayanırıq, sarı işıq xəbərdarlıqdır, onu nəzərə alırıq. Bu da təbiidir. ANS həmişəki qədər müstəqildir”.

10line
13.10.2009, 23:55
Millət vəkili Sabir Rüstəmxanlı və “Space” Televiziya və Radio Şirkətinin prezidenti Vaqif Mustafayev Milli Teleradio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan teleməkanındakı problemlərlə bağlı birgə keçirdiyi tədbirdə mübahisə ediblər.

Sabir Rüstəmxanlı xüsusən “Space”də yumoristik verilişlərdə dilimizin böyük təhriflərə məruz qaldığını söyləyib: “Məsələn, bu verilişlərin birində deyilir ki, bir “kusok” çörək ver. O cümlədən guya bu verilişlərdə Bakı ləhcəsiylə, cır formada danışırlar. Belə olmaz”.

Vaqif Mustafayev iradla razılaşmayıb: “Mən sizdən fərqli olaraq bu sahə üzrə Rusiyada təhsil almışam. Hər kəs subyektiv hislərini, incikliklərini burada dilə gətirməməlidir. Rəfaellə Coşqun, yoxsa İmanov qardaşlarının yumor hissi yoxdur? Bir daha deyirəm ki, subyektivliyə yol vermək olmaz”.

Sabir Rüstəmxanlı isə Vaqif Mustafayevə çevrilərək subyektivizmə yol vermədiyini dilə gətirib: “Vaqif müəllim, siz televiziya sahəsini bilmirsiniz. Ümumiyyətlə, mən “Space”i telekanal saymıram”.

Mən də Sabir Rüstəmxanlının fikirləri ilə razıyam. Bəs siz? Amma bu problemlər tək SPACE-də deyil :cool:

Nizami63
13.10.2009, 23:59
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ; “Əvvəllər ANS telekanalı müstəqil idi, kanal da cəmiyyət üçün maraqlı idi. Ancaq indi bu telekanal da müstəqil deyil. Əgər telekanallara müstəqillik verilərsə, problemlər aradan qalxar”.
ANS şirkətinin vitse-prezidenti Mirşahin Ağayev Novella Cəfəroğlunun fikirləri ilə razılaşmadığını dilə gətirib: “Deyirlər ki, ANS 1993-cü ildə, 2006-cı ildə, yaxud digər bir ildə satıldı. Bir telekanal nə qədər alınıb-satılar? Digər tərəfdən, əgər qırmızı işıq yanırsa, maşınlar dayanır, sarı işıq xəbərdarlıqdır. Novella xanım, biz də qırmızı işıq yanırsa, təbii ki, dayanırıq, sarı işıq xəbərdarlıqdır, onu nəzərə alırıq. Bu da təbiidir. ANS həmişəki qədər müstəqildir”.
Novella Cəfəroğlunun özünün "müstəqilliyi" elə ANS - inki qədərdir...Burada deyiblər ki, kor kora cırt deməsə...

Nizami63
14.10.2009, 00:23
Mən də Sabir Rüstəmxanlının fikirləri ilə razıyam. Bəs siz? Amma bu problemlər tək SPACE-də deyil :cool:
Sabir Rüstəmxanlı ucuz tryuklarla gündəmdə qalmağa çalışır...Onun bu fikirləri tv - larımızın indiki mənzərəsini və problemlərin əsl köklərinin açılmasına xidmət etmir.

Ramiz Mehdiyevin bu məsələyə həsr etdiyi məqalə və bu məqalədən sonra biabırçılıqların yenə də davam etməsi onu sübut edir ki, bizim tv - lərin problemləri siyasi səbəblərlə bağlıdır.

Sabir bəy özü söylədiyi kimi həqiqətən də xalqını sevirsə bunlardan danışmalıydı !

10line
15.10.2009, 01:46
Ramiz Mehdiyevin bu məsələyə həsr etdiyi məqalə və bu məqalədən sonra biabırçılıqların yenə də davam etməsi onu sübut edir ki, bizim tv - lərin problemləri siyasi səbəblərlə bağlıdır.

Məncə uzun müddətdir ki, gündəmi zəbt edən bu "məşhur" məqalə qabaqcadan planlaşdırılmışdı. Bu məqalə, üzərindən günlər keçməsinə baxmayaraq hələ də istər yazılı istərsə də elektron informasiya vasitələrinin müzakirə obyektidir. Görünür Ramiz müəllimin yazdırdığı bu məqaləyə əvvəlcədən MTRŞ da hazırlıq görürmüş. Çünki, birdən birə dövlət tərəfindən telekanalların üzərinə bu dərəcədə "sıçramaq" olmazdı əks dəqdirdə QHT-lər və hüquq müdafiəçiləri şürənlik edərək onlara həmişəki kimi başağrısı ola bilərdi :p . Amma indiki mühitin də əsas səbəbkarları özləridir ;) .

PAPARAZI
30.10.2009, 00:18
“Samanyolu Xəbər” TV-nin genel yönetmeni Metin Yıkarın Türkiyədə nəşr olunan “AKSİYON” dərgisindəki müsahibəni ixtisarla oxucularımıza çatdırırıq.

“Samanyolu Xəbər” televiziyasının genel yayın yönətməni Metin Yıkar bildirib ki, “Samanyolu” Yayım Qrubu Türkiyədə dörd kanal (Samanyolu TV, Samanyolu Xəbər TV, Mehtap TV ve Yumurcak TV), ölkə xaricində isə Azerbaycanda “Xəzər” TV, Amerikada “Ebru” TV, “Samanyolu Amerika” və “Samanyolu Avropa” olmaq üzrə cəmi 8 kanal və 3 radyo ilə yayım həyatını davam etdirir. “Əlbəttə ki, “Samanyolu” Yayım Qrubunun 1993-dən bəri yığdığı çox ciddi bir təcrübə var. “Samanyolu Xəbər” TV də “Samanyolu” TV-nin bu təcrübəsindən alıb. İstər saatbaşı xəbərləri, istər şərh proqramları ilə insanların zövqünü oxşayan “Samanyolu Xəbər” TV tamaşaçı sayını gündən-günə artırmaqdadır”.

Qeyd edək ki, “Samanyolu Xeber” TV-nin rəsmisinin açıqlamasına görə, Azərbaycanda fəaliyyət göstərən “Xəzər TV” də onlara məxsusdur. Amma Xəzər TV rəhbərliyi dəfələrlə açıqlama bildirərərk müstəqil olduqlarını bəyan etmişdilər. Məsələyə aydınlıq gətirmək üçün “Xəzər” TV rəhbərliyi ilə əlaqə saxlayacağıq. Bizi izləyin…

Xatırladaq ki, “Samanyolu” Yayın Qrubunun Fətullah Gülənə məxsus olduğu barədə mətbuatda dəfələrlə məlumatlar gedib.

Nizami63
31.10.2009, 17:26
Nuşirəvan Məhərrəmli: " Aparıcılar öz ailələrində stol arxasında edə bilmədikləri söhbətləri efirə gətirirlər" (http://deyerler.org/texts/news/cemiyyet/41163-nueirjjvan-mjjhjjrrjjmli-apardcdlar-gz.html)

Crony
12.12.2009, 01:00
Mence Nushrevan Meeherremli bu sualin Cavabini ya Dama cixmaqlaya da Eyvana Cixmaqla Gore biler ki.....Azerbaycanda ekser adam Azerbaycan Kanallarina BAxmir.......Baxanda imkansizdiqdan baxir........

Nizami63
20.12.2009, 18:54
2 gündür ki ANS TV - nin xəbərlər xidməti İranın neft quyusu barədə bəzi xarici mediaların hay-küylü şantajlarında iştirak edir...
Həmin xarici mediaların məqsədi aydındır : İraqdakı parlament seçkiləri astanasında İranla İraqın möhkəm əlaqələrində gərginlik yaratmaq
ANS TV - nin bu mövqeyini Azərbaycan dövlətinin siyasətinə zidd hesab edirəm...

Ismayil
22.12.2009, 10:26
Qoy bütün hamı bilsin ki, ANS nəinki SPACE-də, XƏZƏR-in sahilində olan AZAD AZƏRBAYCAN-da LİDER kanaldır.

İlğım
22.12.2009, 13:27
Qoy bütün hamı bilsin ki, ANS nəinki SPACE-də, XƏZƏR-in sahilində olan AZAD AZƏRBAYCAN-da LİDER kanaldır.

liderliyi nededir ki?

Sofiya
22.12.2009, 13:31
AzTv dən başqası havayıdır:D

İlğım
22.12.2009, 13:32
AzTv dən başqası havayıdır:D

hamisi bir birinin tayıdı

Nizami63
22.12.2009, 18:44
son vaxtlar daha çox izlədiyim kanal Rusiyanın " МОЯ ПЛАНЕТА " TV - sidir...

Lilac
22.12.2009, 20:24
Bugün hamiya gün kimi aydindirki , bir çox kanallarimiz kommersiya kanallaridir ... PULUNU VERİRSƏN , AĞZİNA GƏLƏNİ DANİŞİRSAN...
Danişilanlarda bir şeydə olsa...
BİRİ evində hamam otaginda necə çimdiyini , yataq otaginda kiminlə yatdigini , hamam kimlə getdiyini .... bu kimi şeyləri nümayiş elətdirir...
Bugün mövcud olan və xod gedən kanallarımızın məhz elə bugünkü vəziyyəti sizi qane edirmi?
ATV --ƏN BAXİMLİ KANALDİRMİ?
ANS-DƏQİQ, QƏRƏRSİZ , VİCDANLİ XƏBƏR ÇATDİRİRMİ?
İTV-HƏQİQƏTƏN İCTİMAİDİRMİ?SÖZ AZADLİGİ BU KANALDA VARMİ?
AZTV-DÖVLƏT KANALİ KİMİ BAXİLMAGA LAYİQDİRMİ?
LİDER--KANALLARİN LİDERİDİRMİ?
SPACE--SEVİMLİ KANAL ROLUNDADİRMİ?
XƏZƏR-AİLƏNİZİN KANALİDİRMİ?
MÖVQEYİNİZ ,,,?: Elə hamısı bir-birinin tayıdır:D,ət tökürəm bizim kanallara baxanda:D:Dona görə də çox vaxt izləmirəm bizim kanalları. Hamısından yaxşı KTV-dir.))

PAPARAZI
22.12.2009, 22:45
Fərqlilik görmürəm...

Ismayil
23.12.2009, 15:00
liderliyi nededir ki?

İlk özəl kanal kimi tariximizə yazılıb

İlğım
24.12.2009, 00:27
İlk özəl kanal kimi tariximizə yazılıb

ele bu????

Ismayil
24.12.2009, 13:12
ele bu????

Azdi bu?

Nizami63
24.12.2009, 16:18
özünü Müstəqil Yayım Şirkəti kimi qələmə verməyə çalışan ANS Şirkətlər qrupu qanuni müqavilələrə zidd, birbaşa yayımlanan veriliş zamanı Səhər kanalı ilə canlı bağlantını dayandırıb.

Bazar ertəsi günü Beynəlxalq Səhər kanalının canlı Kompas verilişinin Bakı ilə canlı bağlantısı, verilişin qonağının aparıcının Azərbaycan Respublikadakı Məhərrəm ayı və matəm mərasimləri ilə bağlı sualını cavablandırdığı zaman gözlənilmədən kəsilib.

Müqavilə tərəfi olan argentinalı bir şirkətin vasitəçiliyi ilə Səhər kanalı üçün Bakı ilə bu canlı bağlantını yaradan Press-TV kanalı da bağlantının kəsilmə səbəbləri haqda bildirib: Argentinalı şirkət rəsmilərinin bildirdiklərinə görə bu şirkətin Bakıdakı koordinatoru bağlantının kəsilməsi haqda yüksək səviyyəli rəsmilər tərəfindən göstərişin verildiyini elan edib.

PAPARAZI
24.12.2009, 19:37

Heçdə təəccüblü gəlmədi.. Axi adətdir

БОЗГУРД
05.01.2010, 22:22
Evdə dədəmlə Kanal D, Show, Samanyolu, TRT kanalları bağlamışıq ki, yaprak dökümü, eled, aşk-ı memnu və s. avara-avara seriallara baxan olmasın. :D

SAPAND
06.01.2010, 23:05
son vaxtlar daha çox izlədiyim kanal Rusiyanın " МОЯ ПЛАНЕТА " TV - sidir...
Bəs Rusiyanın "NO ALЬГИЯ" kanalı ?:)

Evdə dədəmlə Kanal D, Show, Samanyolu, TRT kanalları bağlamışıq ki, yaprak dökümü, eled, aşk-ı memnu və s. avara-avara seriallara baxan olmasın. :D

Bə demokratiya , bə söz -informasiya azadlığı :p

Nizami63
07.01.2010, 17:06
Bəs Rusiyanın "NO ALЬГИЯ" kanalı ?:)
hansı sputnikdən translyasiya olunur?
Mən 90, 80 və 75 dərəcəlilərə baxıram...

SAPAND
07.01.2010, 18:21
hansı sputnikdən translyasiya olunur?
Mən 90, 80 və 75 dərəcəlilərə baxıram...
Nizami məlim sputnikdə yerini bilmirəm .Mən kabeldə baxıram .
100% inanıramki xoşunuza gələrdi :)

http://img1.liveinternet.ru/images/attach/b/0/14851/14851173_budka.jpg

БОЗГУРД
08.01.2010, 20:35
Bə demokratiya , bə söz -informasiya azadlığı :p

Bizim evdə demokratiya yoxdu, patriarxat hökm sürür. Evimizin kişiləri mən daxil olmaqla "demokratiya" sözünü eşidəndə qıdığımız gəlir :D İnformasiya boş-boş olanda olmamağı yaxşıdı.

Bizdə isə "demokratiya" olanda evin xanımları mətbəxdə bir də otaqda televizor qoşurdular, hər ikisi eyni kanala, o məqsədnən ki otaqdan mətbəxə i obratno reys edəndə türk seriallarına baxsın.
Sonra xalq fikirləşdi ki, qərdeş bizə belə demokratiya lazım deyil. Yuxarıda qeyd etdiyim kanalların çoxusunu ləğv etdi televizorlardan və hərbi diktatura dövrü başladı:D

Nizami63
08.01.2010, 20:41
Bizim evdə demokratiya yoxdu, patriarxat hökm sürür. Evimizin kişiləri mən daxil olmaqla "demokratiya" sözünü eşidəndə qıdığımız gəlir :D İnformasiya boş-boş olanda olmamağı yaxşıdı.
mən isə demokratikliyi təmin etmək üçün evdə 3 televizor qoymuşam...

Aqlaya
09.01.2010, 15:35
Mövqeyi zəifləsə də, hələ də ailəmizdə ən çox baxılan ANS-dir. Amma hamı əvvəlki ANS-i arzulayır.

Эль`зас
12.02.2010, 22:27
Axır 2-3 gündür Xəzər TV-yə baxıram... Nəsə maraqlı gəlib... Həqiqətən ailə kanalı təssüratını bağışlayır mənə son vaxtlar..=)) Xəbər təqdimatı da bir az fərqlidir.. Sanki türk kanallarının xəbər stilində bir təqdimatdı.. Xəbərlər ordan-burdan, arada növbəti xəbərin anonsu... Bu cür təqdimatdan insan sıxılmır məncə...

Nizami63
12.02.2010, 23:06

əsas odur ki, mahiyyətcə hamısı bir - birini təkrar edir...

PAPARAZI
12.02.2010, 23:19
Axır 2-3 gündür Xəzər TV-yə baxıram... Nəsə maraqlı gəlib... Həqiqətən ailə kanalı təssüratını bağışlayır mənə son vaxtlar..=)) Xəbər təqdimatı da bir az fərqlidir.. Sanki türk kanallarının xəbər stilində bir təqdimatdı.. Xəbərlər ordan-burdan, arada növbəti xəbərin anonsu... Bu cür təqdimatdan insan sıxılmır məncə...

Məndə Raziyam...Düşünürəmki , xəbərlərə də insanı cəlb etməyin bir növüdür buda

İlğım
12.02.2010, 23:25
kanallara ancaq 2-3 serial xetrine baxiram. o da turk kanallarinda :)

PAPARAZI
12.02.2010, 23:29
kanallara ancaq 2-3 serial xetrine baxiram. o da turk kanallarinda :)

Ansə ancaq Kürən serialina gorə baxiram...

Nizami63
15.02.2010, 16:21
dünən XƏZƏR TV - da məşhur türk politoloqu Cem Oğuzun iştirakı ilə keçirilən siyasi proqramı izədim. Deyəsən belə getsə Azərbaycan tv - lərindən yalnız XƏZƏR TV - yə baxmalı olacağam...

palciq
21.03.2010, 11:47
Правда о США ( Почему идет отупение Америки )
http://www.youtube.com/watch?v=KpNj29WP2BU&feature=related

ailəmizin kanalı yoxdur)

Aslan
10.01.2011, 10:12
Seherler gunebaxan saat 3 de ise toy olsun onun yarisi sorada bashlayir gah azad tv gahdaki ans , yazig pult indide dushub ustumeki niye onun yarisi verlishi yoxdu . ANS de bu yaxinlarda bir xanim gordum onu alan yazig oldu internetde adin bashga yazmishdi indi gunde 10 nefer dost gebul edib sabahi gun pozurdu adin aciglayan deyilem. Getsede xoshbext olsun. Elgizdende zehlem gedir. En cox baxdigim kanalda ANS di. Filmlere birde xeberlere . Etelsat w 4 peykinde Liderin signali gucludu teze castotada 12516 h 4340 ancag Turksatda speys , atv int , ictimai bunlar bir castotada olduguna gore cox zeifdi signal

Aslan
10.02.2011, 11:22
Dunen hansisa kanalda Almas Elesgerzadeye sual verirdiler baxdim etim tokuldu , bunlar ozlerin dahi senetkar sayillar vallah. Dahi senetkar kimi hec Elibaba Memmedov ozun saymir.

Fidan
28.02.2011, 15:48
Bziim kanallardan müntəzəm olaraq izlədiyim kanal yoxdur. ANS-də Gərək Qala verilişinə baxıram. Əvvəllər Yüzüncü baxış verilşinə baxırdım. Sovet vaxti çəkilən filmlərimizin müzakirəsi olurdu, coş maraqlı veriliş idi. Amma indi vermirlər, çox heyif. Məncə bizim kanallarda bizim millətin zərərinə nə varsa onu təblig edirlər. Yaxşı, milli-mənəvi dəyərləri təbliq edən verilişləri isə "reytinq toplamadı" deyib atirlar bir qırağa.
Bir ara Dahilərin divani verilişi də var idi. O da yoxa çıxdı

Aslan
07.03.2011, 13:27
Indi Medeniyyet kanali acilib yenede kohne televiziya tamashalarina baxmag olur. Ancag Idman kanali yoxa cixib deyesen, gerek baxam belke castota deyishilib. Bu barede bilen var?

afet
09.04.2011, 17:20
televiziyaya nadir hallarda baxaram. maraqli bir shey yox. olan heqiqetleri ise o qeder saxtalashdirib verirler ki ......

Reportyor
09.04.2011, 17:26
televiziyaya nadir hallarda baxaram. maraqli bir shey yox. olan heqiqetleri ise o qeder saxtalashdirib verirler ki ......

Saxtakardırlar da bə:p

afet
09.04.2011, 17:32
Saxtakardırlar da bə:p

)) derhal Dovlet Televiziya yayimina xeber verib kanallari baglamaq lazimdir ))

SAPAND
09.08.2011, 22:07
ANS televiziyasında kadr dəyişikliyi baş verib.Məlumata görə, ANS prezidenti Vahid Mustafayevin əmri ilə televiziyanın Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsini icra edən Mirşahin Ağayev bu vəzifəsindən azad edilib. Onun yerinə şirkətin digər əməkdaşı, regionlar üzrə məsul şəxs olan Sevinc Osmanqızı təyin edilib.:confused:

He'G'eL
10.09.2011, 14:54
Azerbaycan kanallarina, demek olar ki, baxmiram. Herden xeberlerde ozume lazimli xeber olanda baxiram

Nizami63
16.01.2012, 21:00
tam qətiyyətlə onu söyləyə bilərəm ki bu gün mövcud olan heç bir Azərbaycan tv-sini ailə kanalı kimi qəbul etmək mümkün deyildir...Günəbaxanın bu günkü buraxılışını izləyənlər mənim fikrimi təsdiq edər.

tenhaqiz
16.01.2012, 21:54
Tv-yə nadir hallarda baxıram.Ən çox baxdığım isə Atv və Ans-dir..

Nizami63
16.01.2012, 22:02
Tv-yə nadir hallarda baxıram.Ən çox baxdığım isə Atv və Ans-dir..
soruşmaq ayıb olmasın valideynlərinizlə birgəmi baxırsınız?

tenhaqiz
16.01.2012, 22:18
soruşmaq ayıb olmasın valideynlərinizlə birgəmi baxırsınız?

Hə,niyə də baxmayım?Təbii ki mən normal verilişlərə baxıram,hər verilişə yox..

Nizami63
17.01.2012, 12:13
Hə,niyə də baxmayım?Təbii ki mən normal verilişlərə baxıram,hər verilişə yox..
xahiş edirəm ki evdəkilərlə birgə baxdığınız verilişlərdən bir neçəsini qeyd edəsiniz...

tenhaqiz
17.01.2012, 20:13
xahiş edirəm ki evdəkilərlə birgə baxdığınız verilişlərdən bir neçəsini qeyd edəsiniz...
Yəni sizin fikrinizcə o kanallarda normal veriliş yoxdur?Tv-də daimi olaraq izlədiyim bir veriliş yoxdur.Maraqlı nə olsa ona baxıram.Ans-dən türk serialını izləyirəm.Bəzən filmlərə baxıram.Bəzən hansısa əyləncəli proqramlara baxıram...Arabir Xəbərlərə də baxırıq..

Antic_girl
18.01.2012, 09:54
xahiş edirəm ki evdəkilərlə birgə baxdığınız verilişlərdən bir neçəsini qeyd edəsiniz...

Növbətçi
İç xəbər
Cinayət işi
Ən yeni tarix
Hesabat
İradə İsaqın verlişinin adını unutmuşam
Ölümündən 24 saat əvvəl

Reportyor
18.01.2012, 09:57
İradə İsaqın verlişinin adını unutmuşam

Xəbərin izində...

Patriot
18.01.2012, 10:00
Növbətçi
İç xəbər
Cinayət işi
Ən yeni tarix
Hesabat
İradə İsaqın verlişinin adını unutmuşam
Ölümündən 24 saat əvvəl

Antic, sən hər gün ağlayırsanki...

Antic_girl
18.01.2012, 10:03
Antic, sən hər gün ağlayırsanki...

Baxımlı verlişlərə baxıram. Mənim üçün baxımlı olan bunlardı.

Reportyor
18.01.2012, 10:06
Antic, sən hər gün ağlayırsanki...

Ağlamaq üçün Xoşqədəmin verilişinə baxmaq lazımdı:lol

Antic_girl
18.01.2012, 10:09
Ağlamaq üçün Xoşqədəmin verilişinə baxmaq lazımdı:lol

O verlişidə bəyənirəm. Məsələn, dünən bu verlişin vasitəsi ilə bir qadın 22 il ölü bildiyi qardaşını tapdı

Nizami63
18.01.2012, 17:39
Növbətçi
İç xəbər
Cinayət işi
Ən yeni tarix
Hesabat
İradə İsaqın verlişinin adını unutmuşam
Ölümündən 24 saat əvvəl
demək olar ki maraq dairələrimiz eynidir...

Ağlamaq üçün Xoşqədəmin verilişinə baxmaq lazımdı:lol
çox səviyyəsiz verilişdir...

Fidan
27.02.2012, 15:18
Son vaxtlar bütün kanallarda güya sağlamlıq haqqında proqramlar verilir. Baxırsan bir kanalda 4-5 kişi yığışıb qadınların hamiləlik problemlərin həll edir. Digər kanalda isə 4-5 qadın yığışıb kişi sonsuzluğun müzakirə edir.

Nizami63
27.02.2012, 19:42

dəfələrlə göstərdiyim kimi Azərbaycan tv-ləri xarici ölkələrin, konkret söyləsək sionist İsrail dövlətinin buyruğu ilə hərəkət edirlər....

İmperialist dövlətlərin bu və ya digər ölkəni işğal etməsi üçün istifadə etdikləri klassik metodlar bu gün digər vasitələrlə həyata keçirilir. Bu gün keçmiş zamanlarda olduğu kimi bir ölkəni işğal etmək üçün oraya qoşun çəkmirlər...

Fidan
06.06.2012, 11:11
5 şəhid verdik bir gündə, amma kanallarımız bir gün də olsa lakkıdı-çıkkıdıdan əl çəkmədilər.

Nizami63
06.06.2012, 12:10
5 şəhid verdik bir gündə, amma kanallarımız bir gün də olsa lakkıdı-çıkkıdıdan əl çəkmədilər.
elədir ki var, mən bütün bunlara görə digər mövzuda Sizin şəhidlərlə bağlı fikirlərinizə etiraz etmişdim.

Fidan
06.06.2012, 16:09
elədir ki var, mən bütün bunlara görə digər mövzuda Sizin şəhidlərlə bağlı fikirlərinizə etiraz etmişdim.

Mən şəhid valideyinləri ilə bağlı fikir söyləmişdim, sizin nəyə etiraz etdiyiniz başa düşmədim

Nizami63
06.06.2012, 16:15
Mən şəhid valideyinləri ilə bağlı fikir söyləmişdim, sizin nəyə etiraz etdiyiniz başa düşmədim
ona görə ki belə məsələlərin əsl mahiyyəti Sizə məlum deyildir. Mənim isə əvvəllərdə söylədiyim kimi şəhid ailələrinin problemləri ilə bağlı vəzifə səlahiyyətlərim olub.

Belə məsələlər etik hesab edildiyi üçün təfərrüatlara toxunmaq istəmirəm.

Fidan
06.06.2012, 16:22

Nizami müəllim mən onların problemləri haqqında danışmırdım. Mən yaxınlarının keçirdiyi hisslərdən yazmışdım. Çünki nə dövlətin verdiyi təzminat nə də başqa nələrsə onların agrılarin azaltmayacaq. Uşağı yeni ölən valideyini heç nə ilə sakitləşdirmək olmur, zamanla sakitləşəcəklər

Nizami63
06.06.2012, 16:26

elə mən də onu demək istəyirəm ki müəyyən zaman keçəndən sonra ortaya elə məsələlər ortaya çıxır ki adam belə insanların arasında yaşadığı üçün əzab çəkir...

soufle
06.06.2012, 18:30
Başımız sağolsun. Şehitlere allahdan rahmet diliyorum.

İlğım
06.06.2012, 18:31
Başımız sağolsun. Şehitlere allahdan rahmet diliyorum.

Amin.

Tomris Ehsen
16.05.2013, 18:43
Bu reportajdan sonra İsveçin ac və müflis vətəndaşları inkişaf edən və çiçəklənən vətənimizə axın edəcəklər t.o.m.a
@!@@!@@!@

https://www.youtube.com/watch?feature=player_embedded&v=RpzFAScgED8#!

SAPAND
16.05.2013, 18:51
Bu reportajdan sonra İsveçin ac və müflis vətəndaşları inkişaf edən və çiçəklənən vətənimizə axın edəcəklər t.o.m.a
@!@@!@@!@

https://www.youtube.com/watch?feature=player_embedded&v=RpzFAScgED8#!

:smile

"Da mənim sözüm yoxdur" ©

Nizami63
16.05.2013, 20:47
:smile

"Da mənim sözüm yoxdur" ©
tv-lər hakimiyyətdən gələn "sifarişlə" hərəkət edirlər : bir az qabaq ANS-in xəbərlər proqramında da bu səpkidə süjet vermişdilər, elə ATV - də də...

SAPAND
16.05.2013, 21:06
tv-lər hakimiyyətdən gələn "sifarişlə" hərəkət edirlər : bir az qabaq ANS-in xəbərlər proqramında da bu səpkidə süjet vermişdilər, elə ATV - də də...
Əslində sujetdə gedənlər doğrudur , amma onlar niyə belə ediblər sualını ortaya qoymurlar :D

Deyir 25 min yerlik konsert zalı tikdik . Kimə və nəyə lazım idi bu zal ? Cəmisi 5-6 min adam gəlmişdi )))

Nizami63
17.05.2013, 15:03
Əslində sujetdə gedənlər doğrudur , amma onlar niyə belə ediblər sualını ortaya qoymurlar :D

Deyir 25 min yerlik konsert zalı tikdik . Kimə və nəyə lazım idi bu zal ? Cəmisi 5-6 min adam gəlmişdi )))
elədir, hələ onu demirlər ki Azərbaycanda bu tədbirə nə qədər vəsait ayrılmışdı, digər ökələrdə nə qədər...