PDA

Просмотр полной версии : Hz.Əli (ə)-ın şəxsiyyəti və fəziləti insani kəramət üçün ölçü vahididir...

Inkognito
22.05.2010, 23:31
Али ибн абу Талиб ибн Абд-аль-Муталлиб ибн Хашим ибн Абд-аль-Манаф (а.с) - двоюродный брат и зять пророка Мухаммеда, четвёртый праведный халиф с 656 года.
Сунниты рассматривают Али (а.с) как последнего из четырёх праведных халифов. Шииты почитают Али (а.с) как святого, особыми узами близости связанного с Пророком Мухаммедом (с), как праведника, воина и вождя. Ему приписываются многочисленные воинские подвиги.
Abdullah утверждает, что этот великий человек не был без ошибок.

Abdullah где и в чем заключалась ошибка Али (а.с) ???
прошу отвечать фактами из достоверных источников

Inkognito
30.05.2010, 01:22
пусть больше никто не смеет говорить про имама али (а.с) то, чего не знает. и вообще, говорите то, что знаете это относиться ко всему и всем. я могу привести много достоверных хадисов как шиитского так и суннитского толка, где указывается что, имам али (а.с) и его непорочное потомство т.е. все остальные имамы (мир им!) непорочны и безгрешны.

Nizami63
21.11.2010, 12:28
Tanınmış misirli yazıçı Mahmud Əqad yazır: Mən həmişə Əli (ə)-ın şəxsiyyətini və fəzilətini insani kəramət üçün ölçü vahidi hesab etmişəm. Beləliklə Məhəmməd peyğəmbərdən sonra onun qədər peyğəmbərin yerini tutmağa daha layiq bir şəxs görməmişəm. Mən bu sözlə şiələrin tərəfini saxlamaq istəmirəm. Mən tarixi bir həqiqəti bəyan edirəm.

Elçin
21.11.2010, 13:47

Qədir Xum adlanan yerdə peyğəmbər Əli (ə) haqqında demişdir:
Əlini sevən məni sevir, məni sevən Allahı sevir.
Əlinin düşməni mənim düşmənimdir, mənim düşmənim Allahın düşmənidir.
Əgər peygəmbər Əliyə (ə) bu cür qiymət veribsə, səbəbsiz deyil.

Fidan
22.11.2010, 15:23

Hədislərə görə Rəd surəsinin 7-ciayəsi olan - (Ey Peyğəmbər!). Sən ancaq (xalqı cəhənnəm əzabından) qorxudansan və hər qövm ucun bir hidayətci vardır- ayəsi naziq olduqdan sonra Peygəmbər (s.a.a.s) Hz. Əli ə.s.-a belə buyurub:

“Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır: Hər xalqın bir yol göstərəni vardır. Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar!”

Nizami63
22.11.2010, 19:19
Hz.Əli deyirdi ki, mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar...

Nizami63
26.11.2010, 16:44
Mirzə Fətəli Axundov kimi dahi bir insan Hz.Əli şəxiyyətinə həmişə çox yüksək qiymət vermişdir. O özünün məşhur " KƏMALÜDDÖVLƏ MƏKTUBLARI " əsərində yazır : Fransız allahsızlarından Volter, Peno və başqalarının xristian dininin uydurma olması haqqında neçə - neçə kitablaryazıb, xristianlar arasında yaymaları bütün dünyaya məlumdur. Ancaq nə dövlət başçıları, nə də xalqın başbilənləri onları bu işdən çəkindirmək üçün təzyiqə əl atmağı lazım bilmişlər. Onlar yaxşı başa düşmüşlər ki, bu işin çarəsi və onların yanlış fikirlərinin xalq arasında doğurduğu təsirin qarşısını almağı yolu hədə-qorxuda deyildir, ağıl və məntiqə uyğun dəlillərə əsaslanan hikmətli cavablarla rədd etməkdədir.

Necə ki, məqamı yüksək olan imam Əli ibn Əbitalib (ə) bir dinsizlə bəhs edərkən əsla acıqlanmayıb, onun tutduğu iradları hikmətli cavablarla rədd etmişdir.

Məhz bu cavablardan sonra o dinsizin bəzən Kəmalüddövlənin etirazlarından daha şiddətli olan etirazları xalqın gözündə öz təsirini tamamilə itirmişdir.

Nizami63
03.12.2010, 12:47
buyurub Hz.Əlinin şah əsəri hesab edilən " Nəhcül-Bəlağə " kitabının mətni ilə tanış ola bilərsiniz :

http://www.balaghah.net/nahj-htm/azr/id/xotbe/main.htm

Nizami63
04.12.2010, 23:05
İmam Uqeylin türbəsi Türkiyənin Dyarbəkir vilayətində yerləşir

Həmimn ərazidə İmam Uqeylin soyundan gələn ailələr yaşayır

Professor Kənan Xaspolat 10 illik araşdırmaların ardından Həzrəti Əlinin böyük qardaşı İmam Uqeylin qəbrinin Diyarbəkirdə olduğuna dair dəlillər əldə edib.

Diyarbəkirin mənəvi irsinə daha bir halqa əlavə edən professorun araşdırmalarına görə, İmam Əlinin böyük qardaşının qəbri məhz bu bölgədədir. «Zaman» qəzetində İsmayıl Avcının yazdığına görə, Dəclə Universiteti Uşaq Sağlamlığı Ana Elm fakültəsinin müəllim olan Xaspolat Osmanlı Arxivlərindəki sənədlərə və 1800-cü illərə aid salnamələrə istinadən əsaslandırıb ki, Məhəmməd Peyğəmbərin əmisi oğlu Həzrəti Uqeylin Çarıqlı diyarının Adaqlı kəndində dəfn olunub. Dosent Mehmet Saleh Erpolat və Diyarbəkir müftisi Əli Melek də bölgədə «seyid», yəni peyğəmbər soyundan gələn çoxlu sayda ailələrin olduğunu vurğulayıblar.

Nizami63
04.02.2012, 19:31
Ta əzəldən bil, mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi-Qurandır Əli.
Bağladı ifritə divan dəstini Gəhvarədə,
Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
Bir nəzər qıldı Mədinədən şəhi-Düldül-səvar,
Asiyabanlara bek şəbbürdə kəşandır Əli.
Museyi-İmran həm odur, Yusifi-Kənan həm,
Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
İsmi Heydər şahi-Qəmbər gör nəsiri çün dedi:
Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
Həm qopartdı qopusini Xeybərin ol dəmdə kim,
Həm olan ruhil əminə pirü xəndandır Əli.
Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
Saqeyi kosər həm odur cümleyi-candır Əli.
Şah Həsən xəlqi rizadır, həm Hüseyni Kərbəla,
Həm dini izhar edən, həm kəşfi pünhandır Əli.
Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqi deyim,
Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
Həm Məsihanın dəmi, həm Xizri dövrandır Əli.
Həm görən, həm göstərən nizə səkan və həm kaman,
Həm xəvaric gözlərinə tiri-peykandır Əli.
Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
Zülfüqari xarici boynunda bürrandır Əli.

İMADƏDDİN NƏSİMİ

Elçin
04.02.2012, 22:47
Ta əzəldən bil, mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi-Qurandır Əli.

İMADƏDDİN NƏSİMİ

Sonra da deyirlər Nəsimi kafir olub)))))

Nizami63
05.02.2012, 11:36
İmam Əli (ə)-ın siyasi strategiyası (http://faktxeber.com/yazar_73_215_304mam%20399li%20601305n%20siyasi%20s trategiyas305.html)

Rasul Nur
05.02.2012, 20:25
Sonra da deyirlər Nəsimi kafir olub)))))

o dövrdə şiələrə kafir deyirdilər.:p

Nizami63
05.02.2012, 21:52
Həzrət Əlinin elmi barədə bir çox alimlər, ariflər, şairlər hikmətli sözlər demişlər. Ulu Mövlanə Əlinin elmi barədə belə deyir: ``Ixlası da, əməli də Əlidən öyrən, Haqqını şirin hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan, sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan, Allah barigahı bağlanma, əbədi açıq qal. Igidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilir``...

Reportyor
06.02.2012, 08:24
Sonra da deyirlər Nəsimi kafir olub)))))

Hürufilik kafirlik deyildi.

Reportyor
06.02.2012, 08:25
o dövrdə şiələrə kafir deyirdilər.:p

Nəsimini də şiyə elədin?:)

İlğım
06.02.2012, 09:30
Nəsimini də şiyə elədin?:)

Əli tərəfdarları şiyə sayılır.

Reportyor
06.02.2012, 09:56
Əli tərəfdarları şiyə sayılır.

Ələvi Amma Nəsimini ələvi və şiyə hesab etmək doğru olmaz.

Rasul Nur
06.02.2012, 22:06
Nəsimini də şiyə elədin?:)

nəsiminin ustadı şiə məzhəbinə mənsub sufilərdən idi.nəsimi özü də şiə ekoluna mənsub idi.sadəcə fəlsəfi baxışları var idi özünə məxsus.bunu dinə qoşmaq lazım deyil.hurufilik və sufilik din deyil,həyata bir baxışdır,yaşam tərzidir.

Nizami63
15.02.2012, 18:04
http://www.azadxeber.az/haber/upload/resimler/haber/ehli-beyt.jpg

Bəlkə Yəhudilər bu hadisəyə görə Peyğəmbərlə və İmam Əli ilə düşmən oldular və indi də düşməndirlər?

Min nəfərdən ibarət olan Bəni-Nəzir yəhudiləri Mədinədə məskunlaşmışdı. Düşməni həzrətə qarşı qaldırmamaq və onlarla əlbir olmamaq şərti ilə Peyğəmbər (s), onlara sığınacaq verimişdi. Təsadüfən Qurəyzə qəbiləsindən bir nəfər Bəni-Nəzirdən bir nəfəri öldürdü. Öncədən əldə olunan razılaşmaya müvafiq olaraq öldürülən şəxsin varisi həm qatili öldürməli, həm də diyəsini almalı idi. Lakin Bəni-Qureyzə nümayəndələri dedilər ki, bu hökm Tövratın əksinədir. Axırda qərara aldılar ki, Peyğəmbər (s) onların arasında mühakimə yürütsün..

Həzrət buyurdu: “Bəni-Qureyzənin dediyi kimi, bu peyman Tövratın əksinədir.”

Həzrətin hökmü icra olunduqdan sonra Bəni-nəzir o hökmdən narahat olaraq həzrətə qarşı düşmənçiliyə başladılar və intiqam almaq fikrinə düşdülər. Bir gün bir məsələ ilə bağlı Peyğəmbər (s) Bəni-Nəzirdən olan iki nəfərin diyəsini borc almağa məcbur oldu. O qəbiləyə tərəf getsə də cəmiyyətin arasına daxil olmadı. Orada oturub bir divara söykəndi. Bəni-Nəzirlilər dedilər: “Belə bir qızıl fürsət heç vaxt ələ düşməz!” Göstəriş verdilər ki, bir nəfər dama çıxıb Peyğəmbərin başına bir daş salsın. Bu zaman Cəbrail (ə) nazil oldu və onların hiyləsini Peyğəmbərə çatdırdı. Həzrət dərhal ayağa qalxıb geri qayıtdı. Mədinəyə çatdıqda Məhəmməd ibn Məsləməni o qəbiləyə göndərdi və buyurdu ki, “əhdi-peymanı pozduğunuz üçün şəhərdən xaric olun!” Amma onlar Əbdullah ibn Übeyyə arxalanaraq bu əmrdən imtina etdilər və dedilər: “Nə istəyirsən elə!” Peyğəmbər (səlləllahu əleyhi və alih) həzrət Əliyə (əleyhis-salam) irəlidə getməyi göstəriş verdi. Özü də onun arxasınca sürətlə hərəkət etməyə başladı. Bəni-Nəzir qəbiləsinə çatıb namaz qıldılar. Sonra onları on beş gün mühasirədə saxladılar. Həzrət göstəriş verdi ki, onların xurma ağaclarını kökündən çıxartsınlar ki, (burada qalacaqlarından) tamamilə məyus olsunlar. Yəhudilər vəziyyəti belə görəndə köçmək üçün icazə aldılar. Həzrət onlara icazə verdi və buyurdu: “Dəvələrin götürə bildiyi yükdən başqa heç nə apara bilməzsiniz!” Yəhudilər əvvəlcə bunu qəbul etməsələr də, lakin bir neçə gündən sonra razılaşdılar. Həzrət buyurdu: “Əvvəlcə qəbul etmədiyinizə görə indi ümumiyyətlə heç nə apara bilməzsiniz!”

Yəhudilər qorxuya düşdülər və fikirləşdilər ki, əgər bunu da qəbul etməsələr, canları təhlükəyə düşə bilər. Bundan sonra müsəlmanların əlinə keçməsin deyə öz evlərini yıxdılar. Lakin əkin sahələri salamat qaldı, həzrət də onların bir hissəsini həzrət Əliyə (əleyhis-salam) bağışladı.

“Həvadisul-əyyam”, səh. 95.

Abu Davud
16.02.2012, 09:00
1. Səhl bin Sə‘d (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: «Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər peyğəmbərin (s.a.s.) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s.a.s.) Əli bin Əbu Talibin harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s.a.s.) xəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s.a.s.) bayrağı ona verdi» . («Səhihu-l-Buxari», 7/87, 3701-ci hədis) Başqa bir rəvayətdə Peyğəmbər (s.a.s.) demişdir: «Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm («Səhihu-l-Buxari, «7/87, 3702-ci hədis ).

2 . Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan" («Səhih Muslim», 15/169, 6167-ci hədis ).

3. Peyğəmbər (s.a.s.) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir» ( «Səhih hədislər silsiləsi», 5/373, 2295-ci hədis ) 4 . Peyğəmbər (s.a.s.) demişdir: «Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir» («Səhih hədislər silsiləsi», 5/263 ).

5. Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar"» (« Səhih hədislər silsiləsi», 5/643, 2488-ci hədis ).

6. Ummu Sələmə (r.a.) demişdir: «Mən peyğəmbərdən (s.a.s.) belə eşitdim: "Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur"» («Səhih hədislər silsiləsi», 3/287, 1299-cu hədis ).

7. Peyğəmbər (s.a.s.) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər» («Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis ).

8. İbn Abbas (r.a.) rəvayət edir ki, «Ömər (r.a.) demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir" («Səhihu-l-Buxari», 3/99).

9. Cabir bin Abdullahdan (r.a.) Əli (r.a.) haqqında soruşduqda o demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi» (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82).

10. Əbu Harun deyir ki, İbn Ömərlə (r.a.) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət edirəm». İbn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?! (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82).

11. Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir («Müstədrək», 3/107).

Əli ibn əbu Talibin (Allah ondan razı olsun) fəzilətləri barəsində hədislər çoxdur. Burada gətirdiklərim isə onun çox az bir hissəsidir.

Rasul Nur
19.02.2012, 15:46
2 . Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan" («Səhih Muslim», 15/169, 6167-ci hədis ).
__________________________________________________ _______________
Görürsən Abu DAvud,Harun(ə) Musa(ə)dan sonra ən üstün şəxs idi və o olmayanda rəhbər o olurdu.
__________________________________________________ _______________

3. Peyğəmbər (s.a.s.) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir» ( «Səhih hədislər silsiləsi», 5/373, 2295-ci hədis ) 4 . Peyğəmbər (s.a.s.) demişdir: «Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir» («Səhih hədislər silsiləsi», 5/263 ).
__________________________________________________ ____________
bu hədisdən də bu nəticə çıxır ki,Aliyə düşmən dost tutulmaz.
Cəməl,Siffeyn və Nəhrəvanı xatırla.

__________________________________________________ ______________
5. Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar"» (« Səhih hədislər silsiləsi», 5/643, 2488-ci hədis ).
__________________________________________________ _____________
Abu DAvud,bu hədis Əbu-Bəkirə və ömərə aid deyil?
Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı qəzəbi o həddə gəlib çatmış idi ki, meyyit namazı qılmaması üçün, Həzrəti Əliyə (ə) vəsiyyət etmişdi. Bundan əlavə, cənazəsinin ardınca gəlməsinə belə razı deyildi. Buna görə də Həzrəti Əli (ə) Xanımın pak cəsədini kecə vaxtı gizli şəkildə dəfn etdi. "Əbu-Bəkr Xanım Fatiməyə (ə) istədiklərindən heç nə vermədi. Onun bu əməlinə görə, Xanım qəzəbli qaldı və vəfat edənə qədər onunla danışmadı. Xanım Peyğəmbərdən (s) sonra cəmi 6 ay ömür sürdü. Onun əri Əli (ə) kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də ki, cənazə namazına gəlməsinə icazə vermədilər." { Səhihi-Buxari cild 5, səh. 382. Məğazi bölümü. Xeybər babı. }

__________________________________________________ _______________
6. Ummu Sələmə (r.a.) demişdir: «Mən peyğəmbərdən (s.a.s.) belə eşitdim: "Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur"» («Səhih hədislər silsiləsi», 3/287, 1299-cu hədis )
7. Peyğəmbər (s.a.s.) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər» («Səhih hədislər silsiləsi», 4/298, 1720-ci hədis ).
__________________________________________________ _______________Bu hədislərdən bizim Ali düşmənlərinə lənət oxumaqda haqqlı oldugumuz ortaya çıxmırmı?munafiqlərə lənət düşmür yoxsa?

__________________________________________________ _______________
8. İbn Abbas (r.a.) rəvayət edir ki, «Ömər (r.a.) demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir" («Səhihu-l-Buxari», 3/99).
__________________________________________________ _______________
səhabələr ən ədalətlisi Ali idi.sizcə niyə bəs ən ədalətli olan şəxs yox digərləri rəhbər olmalı idi?

__________________________________________________ _____________
9. Cabir bin Abdullahdan (r.a.) Əli (r.a.) haqqında soruşduqda o demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi» (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82).

10. Əbu Harun deyir ki, İbn Ömərlə (r.a.) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət edirəm». İbn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?! (Əbdu-r-Rəzzaq. «əl-Müsənnəf», 12/82).

11. Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir («Müstədrək», 3/107).

__________________________________________________ _______________
burda deyilir yenə Ali üstündür bütün sehabələrdən.
amma nədənsə sıralayanda onun adı 4cu çəkilir.

Abu Davud
20.02.2012, 09:14

korlama da. gorursen ki, hz Alinin (r.a.) feziletlerinden behs olunur burda. Bilmeyenler de bilsin. Tanimayanlar da tanisin.
sen iddialarivi saxla ozuve. senin bilmediyin weyler coxdu.

Rasul Nur
20.02.2012, 11:52
korlama da. gorursen ki, hz Alinin (r.a.) feziletlerinden behs olunur burda. Bilmeyenler de bilsin. Tanimayanlar da tanisin.
sen iddialarivi saxla ozuve. senin bilmediyin weyler coxdu.

korlamiram.hec olmasa vicdanin biraz da olsa herekete geldi?:)

Abu Davud
20.02.2012, 15:05
korlamiram.hec olmasa vicdanin biraz da olsa herekete geldi?:)

SubhanAllah. Sanki insani mecbur edirsen ki, gel behs edek. z\z\
Ne fayda verir? Ne qazandin indiye qeder?

Rasul Nur
20.02.2012, 18:45
SubhanAllah. Sanki insani mecbur edirsen ki, gel behs edek. z\z\
Ne fayda verir? Ne qazandin indiye qeder?

sən əgər o yazdıgın hədislərə əməl etsən vallahi də tallahi də sənə qarşı heç bir pis münasibətim olmaz,əksinə yaxşı münasibət göstərərəm baxmayaraq ki,fiqhi məsələlərdə ixtilafımız vardır.
İstənilən şiənin yaninda peygəmbərə onun əhli-beyti ilə bərabər sevgi göstərsən o sənə sevgi ilə yanaşar.onların düşmənlərini tərifləsən sənə nifrət edərlər.
sən elə bilirsən ki,mənim xoşuma gəlir bu boyda həngamə?xeyr!

Abu Davud
20.02.2012, 21:26

yene deyirem. senin bilmediyin weyler de var. meselenin 1 terefini bilirsen o biri terefini ise ya bilmirsen, ya bilmek istemirsen bilmirem.

biz ehli beyti de sevirik eshabi da. heresinin oz yeri var. siz eshabi sevmirsiz, nasibiler de ehli beyti. biz hamisini sevirik. cunki Quranda ve Sunnetde her ikisi haqda kifayet qeder feziletlerini gosteren deliller var. qutardi getdi.

Rasul Nur
23.02.2012, 08:17

səndən bir söz soruşum!
bax bu gün biz ibadət edirik Allaha hamımız namaz qılırıq oruc tuturuq və s.
sabah imam Mehdi(ə) zühur etdi(yaxud sizə görə doguldu),axır ki,imam gəldi ona
qarşı çıxsaq,yaxud da ona cihadda qoşulmasaq hökmümüz nədir?
bəs ona tabe olmayan hökumətlərin hökmü nədir?

Rasul Nur
23.02.2012, 08:44
bir də bu hədisə münasibətini bildirsən yaxşı olar.
zəifdirsə əsaslandır.zəif deyilsə bu hədisə əməl etməyənin hökmünü söylə!

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, imam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Әhməd Xarəzmi «Mənaqib» kitabında, Məhəmməd Təbəri «Təfsiri-kəbir» və həmçinin «Tarixul-uməmi-vəl-müluk» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında, İbni Әsir «Kamilut-tarix» kitabında, Həmidi «əl-Cəm bəynəs-səhihəyn» kitabında, imam Nəsai «Xəsaisul-ələvi» kitabında və «Şüəra» surəsinin 214-cü ayəsinin şərhində yazmışlar:

«Bu ayənin hökmünə əsasən Peyğəmbər (s) öz yaxın qohumlarını əmisi Әbu Talibin evinə də᾿vət etdi. Onlar Peyğəmbərin (s) çox az miqdarda hazırladığı yeməkdən yeyib doyduqdan sonra həzrət sözə başladı: (xülasə) Ey Әbdül-müttəlibin övladları! Allah məni xalq üçün Peyğəmbər (s) tə᾿yin etmişdir. Mən sizi sözdə yüngül, həqiqətdə ağır olan iki cümləyə də᾿vət edirəm: Allahdan başqa Allah yoxdur, Məhəmməd Onun rəsuludur. Hər kəs mənim bu də᾿vətimi birinci qəbul etsə mənim qardaşım, vəzirim, varisim və məndən sonra xəlifəm olacaq... Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də hər dəfə Әli (ə)-dan başqa heç kim cavab vermədi. Bu zaman Peyğəmbər (s) üzünü Әli (ə)-a tutub buyurdu: Sən mənim qardaşım və məndən sonra xəlifəmsən.»

Abu Davud
05.03.2012, 20:08
səndən bir söz soruşum!
bax bu gün biz ibadət edirik Allaha hamımız namaz qılırıq oruc tuturuq və s.
sabah imam Mehdi(ə) zühur etdi(yaxud sizə görə doguldu),axır ki,imam gəldi ona
qarşı çıxsaq,yaxud da ona cihadda qoşulmasaq hökmümüz nədir?
bəs ona tabe olmayan hökumətlərin hökmü nədir?

Bilmirəm.

Abu Davud
05.03.2012, 20:10
bir də bu hədisə münasibətini bildirsən yaxşı olar.
zəifdirsə əsaslandır.zəif deyilsə bu hədisə əməl etməyənin hökmünü söylə!

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, imam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Әhməd Xarəzmi «Mənaqib» kitabında, Məhəmməd Təbəri «Təfsiri-kəbir» və həmçinin «Tarixul-uməmi-vəl-müluk» kitabında, İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında, İbni Әsir «Kamilut-tarix» kitabında, Həmidi «əl-Cəm bəynəs-səhihəyn» kitabında, imam Nəsai «Xəsaisul-ələvi» kitabında və «Şüəra» surəsinin 214-cü ayəsinin şərhində yazmışlar:

«Bu ayənin hökmünə əsasən Peyğəmbər (s) öz yaxın qohumlarını əmisi Әbu Talibin evinə də᾿vət etdi. Onlar Peyğəmbərin (s) çox az miqdarda hazırladığı yeməkdən yeyib doyduqdan sonra həzrət sözə başladı: (xülasə) Ey Әbdül-müttəlibin övladları! Allah məni xalq üçün Peyğəmbər (s) tə᾿yin etmişdir. Mən sizi sözdə yüngül, həqiqətdə ağır olan iki cümləyə də᾿vət edirəm: Allahdan başqa Allah yoxdur, Məhəmməd Onun rəsuludur. Hər kəs mənim bu də᾿vətimi birinci qəbul etsə mənim qardaşım, vəzirim, varisim və məndən sonra xəlifəm olacaq... Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etsə də hər dəfə Әli (ə)-dan başqa heç kim cavab vermədi. Bu zaman Peyğəmbər (s) üzünü Әli (ə)-a tutub buyurdu: Sən mənim qardaşım və məndən sonra xəlifəmsən.»

1-cisi səhv etmirəmsə hədis səhihdir. Amma sonda xəlifəmsən sözünü ilk dəfədir ki, eşidirəm. Mənim bu barədə oxuduğum hədislərdə xəlifəmsən sözü keçməyib.
2-cisi mən müctehid deyiləm. Hökmünü bilmirəm.

Rasul Nur
05.03.2012, 20:38
Bilmirəm.

Bilirsənmi ki,xaçpərəstlərə Muhamməd (s.a.a.s) peygəmbərə iman gətirin deyəndə nə cavab verirmişlər?:)
Bilirsən!özü də çox gözəl bilirsən,Təqiyyəddinin nəvəsi kimi cavab verirsən sadəcə.:p

Abu Davud
05.03.2012, 20:44
Bilirsənmi ki,xaçpərəstlərə Muhamməd (s.a.a.s) peygəmbərə iman gətirin deyəndə nə cavab verirmişlər?:)
Bilirsən!özü də çox gözəl bilirsən,Təqiyyəddinin nəvəsi kimi cavab verirsən sadəcə.:p

vallahi bilmirəm. böhtan atma

Rasul Nur
06.03.2012, 11:55
vallahi bilmirəm. böhtan atma

dövrün imamı anlayışı haqda olan səhih hədislərinizi hara qoyaq?
dövrün imamına beyət etmədən ölən cahiliyyə ölüsü kimi ölür-deyir o hədislər.bunları yenidən qeyd etmək istəmirəm.indi sən mənə de görüm sizin dövrün imamı kimdir?

Abu Davud
06.03.2012, 18:49

hedisi men senden de yaxwi bilirem. amma hokmunu bilmirem.
men senin kimi, avam ola-ola hedisden ozum hokm cixarmiram.
sen sual verdin ki hz Mehdiye beyet etmeyenin hokmu nedir? men de dedim bilmirem.

Rasul Nur
07.03.2012, 11:44
hedisi men senden de yaxwi bilirem. amma hokmunu bilmirem.
men senin kimi, avam ola-ola hedisden ozum hokm cixarmiram.
sen sual verdin ki hz Mehdiye beyet etmeyenin hokmu nedir? men de dedim bilmirem.

Hədisdən hökm aydın görünmür?:)
imam Mehdi(ə)-i Allah seçəcək yoxsa camaat?ona camaat beyət etməsə necə olacaq?beyət etməyənləri müsəlman hesab etmək oolarmı?imam Cihad əmr edir cihada çıxmırsansa bu islamın 5vacibindən birini -Cihadı inkar edib münafiq olmaq demək deyilmi?

imam Mehdi(ə)-in imaməti üsuldandır yoxsa fürudan?

Abu Davud
08.03.2012, 00:07

Eger oz aglimla, oz mentiqimle cavab isteyirsense cavab vere bilerem. Amma vermeyecem, niyesini bilirsen...
Alimlerin bu haqda fikirlerinden heqiqeten de xeberim yoxdur. Ona gore de Bilmirem cavabini verirem.
Niye uzadirsan ki?

Rasul Nur
08.03.2012, 10:37

əhli-sünnədə imamətin şərtlərini ki,bilirsən.onu söyləməlisən,başqa nə izah axtarırsan?!:o

Rasul Nur
08.03.2012, 10:56
Mən binayi başdaN dinə gələndə ixtilaflardan qaçmaga çalışmışam,məni həmişə ətrafimdakı insanların digər məzhəbə-şiələrə sərt fikirlər səsləndirmələri,təkfir etmələri onların da bizə bu cür sərt davranmagı pis təsir edirdi.lakin hz Ali adının ucalıgı həmişə mən cəzb etmişdi.bu davranışlara baxıb şiələrin yanında hz Alinin adını çəkmək istəmirdim,onun fəzilətinə aid hədislərdən danışmaq istəmirdim ki,birdən bu sözlərim şiələrə haqq qazandırar.həmişə onlardan ancaq peygəmbərdən danışmaq lazimdir bəhanəsilə ayrılırdım və boyunlarına qoymaga çalışırdım ki,siz Alini peygəmbərdən çox sevirsiz!guya bununla özümə haqq qazandırırdım.
mənim Alinin davamçısı olmaq istəyim ilk olaraq vəhdət arzusuna baglıdır.və Alinin həyatını oxuyanda ona olan rəgbətim daha da artdı.peygəmbərdən dilində vəhdət deyən yox əməlində ümmətin vəhdətinə çalışan Səhabə məhz HZ Ali idi.
hz Ali islamın vəhdəti üçün peygəmbərin vida xütbəsində etdiyi vəsiyyətlərə əməl etdi.onun haqqına girmiş müsəlmanlara qılınc çəkmədi.onlar hakimiyyətdə idilər ona görə vəhdət-vəhdət deyib Alini tərk etdilər .xilafət kürsüsündən bərk bərk yapışan kəslərin başına toplaşdılar.Amma Allah onların da iç üzünü Cəməldə,Siffində və Nəhrəvanda açdı .
bir vaxt haqqı qəzb olunmuş hz Alini vəhdət-vəhdət deyə peygəmbər vəsiyyətilə təzyiq göstərən,beyətə məcbur edən şəxslər qoyduqları qayda qanunla hz Ali xəlifə seçilərkən bu vəhdət yadlarına düşmədi!ona qarşı qılınc çəkdilər və ümməti parçaladılar.
məlum oldu ki,digər xəlifələr vəzifə verdiyi və eyni qəbilədən oldugu üçün onlara beyət etmişlər və susmuşlar.bir zaman hz Alini ikna etməyə çalışdıqları şərtlər onları ikna etmədi!
islamda vəhdəti istəyən şəxs bu gün haqqı söyləməli məhz bu vəhdətə sadiq qalmış hz Alinin yolunu tutmalıdır!ilk anladıgım bir şey bu oldu bu da məni özünə çəkdi.haqqın kimin yanında olmasını,kimlərin bu yola sadiq oldugunu anladım!
Anladım ki,hər gün namazda yolunu dilediyim "Sirati-Mustaqim" elə Alidir,Quranda ricsdən pak oldugunu qəti olaraq hökm edilən etibarlı şəxslər əhli-beytdən olan peygəmbər itrətidir!

Abu Davud
08.03.2012, 21:18
:)

Rasul Nur
08.03.2012, 22:11
:)
Aklına uyma Kur'an'a uy, aklına uyarsan seni eve bile götürmez. Mahmud Əfəndi (k.s.)

Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!
əl-Bəqərə (İnək) 2 / 269

(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.
Ali-İmran (İmran ailəsi) 3 / 7

(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.
əl-Maidə (Süfrə) 5 / 100

(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!
ər-Rəd (Göy gurultusu) 13 / 19

Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!
İbrahim 14 / 52

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
ən-Nəhl (Bal arısı) 16 / 12

p.s
ey Agıl sahibləri yuxarıdakı mahmud babanın fikrindəki ziddiyəti gördünüzmü?mən gördüm sizi bilmirəm amma!!!
bax mən bu ziddiyətlərdən cana doydum gəldim haqq yola!çünki Alinin yolunda heç bir ziddiyət yoxdur!haqqla batil qarışmayıb!

Mahmud babaya belə demək yerinə düşər:.
Aglı olmayanın Qurana ehtiyacı yoxdur!çünki o Qurandan ibrət ala bilməz!

Rasul Nur
09.03.2012, 20:07
1

Rasul Nur
09.03.2012, 20:25
Peygəmbərimizin dini!

“Sonra da biz, Hənif olan, müşriklərdən olmayan İbrahimin dininə uy, deyə sənə vəhy etdik” (ən-Nəhl surəsi, 16/123)

İbrahim də Nuhun şiələrindən idi.(səffət surəsi 83)

Əbuzər Qəffari deyir: «Peyğəmbər buyurdu: «Mənim sizin aranızda olan Əhli-beytim Nuh peyğəmbərin gəmisinə bənzəyir. Hər kəs o gəmiyə minərsə, nicat tapar, kim də ona minməzsə, boğular.» (Yəni, kim Əhli-Beytimin yolunu getsə, səadətə, kim getməsə, azğınlığa yetişər.)

__________________________________________________ _____________
p.s.Öncə aklına uy!Aklına uymadan Kurana uyamazsın!
Rasul Nur:)

Muhacir
09.03.2012, 21:08
İbrahim də Nuhun şiələrindən idi.(səffət surəsi 83)

Siz şiələrin fanatizmi də lap gülünc səviyyəyə gəlib çatıb.Quranda heç dəxli olmaya -olmaya şiə sözünü görən kimi özünüzə aid edirsiz.Ona qalsa bu ayədə də "şiə" sözü işlənib.Zümrənin yerinə onu qoyaq baxaq nə alınır.

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعاً

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə (şiələrə) bölmüşdü. (Qasas,4)

Abu Davud
10.03.2012, 00:41

agliva uymusan ki bu gunlere qalmisan....
Guya indi esrin muceddidi olan Mahmud Efendinin k.s. bu ayelerden xeberi yoxdu he? Ozuvu gulunc veziyyete qoyma.
Sen bu agil sohbetini bir ara tutmuwdun axi. Yene kohne fikrive qayitdin deyesen. Gorurem ki sen giren kol deyil.
Aglivizla hara gedirsiz bele.... ALLAH axrini xeyir elesin.
hz Alinin de agil haqda kelami var. yazmiwdim. bele cixir ki sen bu iddia ile onun da Qurana muxalif oldugunu iddia etmiw olursan/

Abu Davud
10.03.2012, 00:47

sen oz agliva uymaginda ol. gorurem gozel tefsirler verirsen :appl
cox sag ol geniw aciglamalara gore. bizim bu ayelerden xeberimiz yox idi.

Rasul Nur
10.03.2012, 11:07
Siz şiələrin fanatizmi də lap gülünc səviyyəyə gəlib çatıb.Quranda heç dəxli olmaya -olmaya şiə sözünü görən kimi özünüzə aid edirsiz.Ona qalsa bu ayədə də "şiə" sözü işlənib.Zümrənin yerinə onu qoyaq baxaq nə alınır.

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعاً

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə (şiələrə) bölmüşdü. (Qasas,4)

Mən orda peygəmbərimizə əmr olunan dini göstərmişəm.və peygəmbərimizin də bizə əmr etdiyi dini göstərmişəm.
məqsəd Nuhun şiələrindən olmaqdır ki,onun gəmisi vardısa tufandan qoruyan bizim peygəmbərimizin də gəmisi Əhli-beyt gəmisi idi.
məgər burda yazdıgım ayə və hədislərə şübhən var?

əlbəttə Fironun da şiələri ola bilər.onlar da əhli-beyt gəmisinə minməyənlərdirlər.çünki gördüyün kimi Quran Nuhun şiələrini tərifləyir onlar gəmiyə minib xilas olmuşdular.Fironun şiələri isə azgınlıga düşüb dənizdə batmışdılar başqa dövrdə.
baglılıgı görürsən yəqin!
cəhalət dəryasında batmaq istəməyənlər peygəmbərimizin Əhli-beyt gəmisinə minməlidirlər.

Rasul Nur
10.03.2012, 11:15
agliva uymusan ki bu gunlere qalmisan....
Guya indi esrin muceddidi olan Mahmud Efendinin k.s. bu ayelerden xeberi yoxdu he? Ozuvu gulunc veziyyete qoyma.
Sen bu agil sohbetini bir ara tutmuwdun axi. Yene kohne fikrive qayitdin deyesen. Gorurem ki sen giren kol deyil.
Aglivizla hara gedirsiz bele.... ALLAH axrini xeyir elesin.
hz Alinin de agil haqda kelami var. yazmiwdim. bele cixir ki sen bu iddia ile onun da Qurana muxalif oldugunu iddia etmiw olursan/

əsrin muctehidi adını almaq üçün çoxlugun onu dəstəkləməsi lazımdır eləmi?
xatırla Quran ayələrini.
əsrin muvctehidi olmur əsrin gözəli olsun mənim üçün fərq etməz!
mən orda təfsir etməmişəm.3 fakt yazmışam!sizin alimdə yəqin Quran və sünnət yazıb.burda nəsə fərq var?peygəmbər öz sünnətinin yaşadanlarını gözəl izah edib!əhli-beytdir!

Rasul Nur
10.03.2012, 11:17
Siz şiələrin fanatizmi də lap gülünc səviyyəyə gəlib çatıb.Quranda heç dəxli olmaya -olmaya şiə sözünü görən kimi özünüzə aid edirsiz.Ona qalsa bu ayədə də "şiə" sözü işlənib.Zümrənin yerinə onu qoyaq baxaq nə alınır.

إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعاً

Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə (şiələrə) bölmüşdü. (Qasas,4)

əlbəttə bir vaxt hz Aliyə beyət etməyənlər təkəbbürlük edib fironluq etmişlər nəticədə bu qədər firqələr yaranmışdır.
bəlkə elə deyil?

yoxsa sizə görə bu ayə elə hz Aliyə aiddir?yoxsa elə bu ayə imam Huseynə aiddir?
Məlumdur ki,hz Ali ilə olan müharibələrdən sonra bu firqələşmə başlamışdır.

Muhacir
21.03.2012, 01:02
Bu da Quranda növbəti Şiə ifadəsi:

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ

"Dinlərini parçalayıb firqə-firqə olanlarla (originalda:şiə olanlarla) sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir."(Əl Ənam 159)

Nizami63
21.03.2012, 11:30

yuxarıdakı münasibət sizin " dərrakənizin" məhsuludur...Peyğəmbərin buyurduqlarına kimlərin əməl etməduiyi göz önündədir.

Muhacir
21.03.2012, 12:16
yuxarıdakı münasibət sizin " dərrakənizin" məhsuludur...Peyğəmbərin buyurduqlarına kimlərin əməl etməduiyi göz önündədir.

Həmin "dərrakə" Quranda harda müsbət mənada "şiə" sözü işlənibsə ondan dəlil kimi istifadə edən məlum cahillərə daha çox uyğun gəlir.Mənim gətiridiyim ayə isə şiə sözünün mənfi mənada işləndiyini göstərən bir ayə idi.Təbii ki,biz bununla bəzi cahillər kimi şiələrin bu ayəyə əsasən batil olduğunu iddia etmirik.(bunu iddia etməyə kifayət qədər başqa əsaslar var) .Sadəcə bildirmək istəyirəm ki,belə səviyyəsiz söz oyunları etmək lazım deyil.

Nizami63
21.03.2012, 12:31
HƏZRƏT ƏLİNİN (Ə) ƏBU-BƏKRƏ QARŞI DƏLİLLƏRİ...

Mərhum Təbərsi «Ehticac» kitabında həzrət Əlinin (ə) Əbu-Bəkrə qarşı irəli sürdüyü dəlilləri nəql edir. Biz həmin söhbətə xülasə şəkildə nəzər salacağıq.

Əbu-Bəkrin xəlifəliyi müəyyənləşdikdən və ona bey’ət edildikdən sonra Əbu-Bəkr özünə bəraət qazandırmaq üçün xəlvətdə həzrət Əli (ə) ilə görüşdü və dedi: «Ya Əbəl-Həsən, and olsun Allaha, mənim bu işə meylim və tamahım yox idi. Nə də özümü başqalarından üstün bilirdim».

Həzrət Əli (ə) buyurdu: «Bəs onda səni bu işə nə vadar etdi?» Əbu-Bəkr dedi: «Həzrət Peyğəmbər (s) buyurmuşdu ki, mənim ümmətimi Allah azğınlıqla bir yerə toplamaz. Mən də xalqın bir yerə toplandığını görüb Peyğəmbərin (s) buyuruğuna əməl etdim. Əgər bilsəydim ki, kimsə buna müxalifdir, qəbul etməzdim».

Həzrət Əli (ə) buyurdu: «Mən də bu ümmətdənəm, yoxsa yox?» Əbu Bəkr dedi: «Bəli». Həzrət buyurdu: «Sənin xəlifəliyinə qarşı çıxan Salman, Əmmar, Əbuzər, Miqdad, Sə’d ibn İbadə və ənsardan bir qrupu bu ümmətdən idi yoxsa yox?» Əbu-Bəkr ərz etdi ki, bəli.

Əli buyurdu: «Bütün bu şəxslər sənin xəlifəliyinə müxalif olduğu halda Peyğəmbər (s) hədisini hansı əsasla dəlil göstərirsən?» Əbu-Bəkr dedi: «Mən onların müxalifliyini bilmədim. Yalnız iş başa çatdıqdan sonra bundan xəbər tutdum. Qorxdum ki, özümü kənara çəksəm, xalq dindən uzaqlaşar».

Həzrət Əli (ə) buyurdu: «Mənə de görüm, xəlifəliyi öhdəsinə götürən şəxsdə hansı xüsusiyyətlər olmalıdır?» Əbu-Bəkr dedi: «Xeyirxahlıq, vəfa, hiylədən uzaqlıq, ədalətin izharı, kitab və sünnədən xəbərdarlıq, dünyada zahidlik və dünyaya rəğbətsizlik, məzlumun haqqını zalımdan almaq, dində öncüllük, Peyğəmbərə yaxınlıq».

Həzrət Əli (ə) buyurdu: «Səni Allaha and verirəm, bu sifətlər səndə var, yoxsa məndə?» Əbu-Bəkr dedi: «Bu xüsusiyyətlər sənin vücudunda var, ya Əbəl-Həsən».

Həzrət Əli (ə) buyurdu: «Peyğəmbərin də’vətini hansımız daha tez qəbul etdik?» Əbu-Bəkr ərz etdi ki, sən». Həzrət buyurdu: «Bəraət surəsini müşriklərə sən oxudun, yoxsa mən?» Əbu-Bəkr bildirdi ki, sən. Həzrət buyurdu: «Peyğəmbər hicrət etdiyi vaxt ona canını sipər edən sən oldun, yoxsa mən?» Əbu-Bəkr ərz etdi ki, sən. Həzrət buyurdu: «Qədire-Xumda həzrətin buyuruğuna əsasən sənin və bütün müsəlmanların mövlası mənəm, yoxsa sən?» Əbu-Bəkr ərz etdi ki, sən. Əli buyurdu: «Qur’anda Allah və onun rəsulu ilə gələn vilayət sənin üçündür, yoxsa mənim üçün?» Əbu-Bəkr bildirdi ki, sənin üçün.

Həzrət buyurdu: «Peyğəmbərdən nəql olunmuş mənzələt hədisi və Harunun Musaya nisbəti haqqında çəkilmiş məsəl mənim haqqımdadır, yoxsa sənin haqqında?» Əbu-Bəkr dedi: «Əlbəttə ki, sənin haqqında». Həzrət Əli (ə) buyurdu: «Mübahilə günü müşriklərlə mübahilə üçün Peyğəmbər məni və övladlarımı özü ilə apardı, yoxsa səni və övladlarını?» Əbu-Bəkr ərz etdi: «Sizi». Həzrət buyurdu: «Təthir ayəsi mən və mənim Əhli-beytim haqqındadır, yoxsa sən və sənin əhli-beytin?» Əbu-Bəkr ərz etdi: «Əlbəttə ki, sən və sənin əhli-beytin haqqında».

Həzrət Əli (ə) buyurdu: «Kəsa günü həzrət Peyğəmbər (s) mən və mənim əhli-beytim haqqında dua etdi, yoxsa sənin haqqında?» Əbu-Bəkr ərz etdi: «Sən və sənin Əhli-beytin haqqında». Həzrət buyurdu: «Həl əta» surəsində mənim haqqımda danışılır, yoxsa sənin haqqında?» Əbu-Bəkr bildirdi ki, sənin haqqında.
Əbu-Bəkr həzrət Əlinin aşağıda qeyd olunmuş bütün suallarına Əlinin (ə) dediklərini təsdiqləməklə cavab verdi.

Həzrət Əli (ə) Əbu-Bəkrə buyurdu: «Xeybər günü Peyğəmbər bayrağı sənin əlinə verdi, yoxsa mənim əlimə? Əmr ibn Əbdəvədi öldürməklə onun bəlasını Peyğəmbər və müsəlmanlardan uzaqlaşdıran sən oldun, yoxsa mən? Həzrət Peyğəmbər Allahın əmri ilə Fatiməni sənə ərə verdi, yoxsa mənə? Həsən və Hüseynin, Peyğəmbərin tə’birincə, «behişt ağalarının» atası sənsən, yoxsa mən? Behiştdə iki qanadı ilə mələklərə qoşulub pərvaz edən sənin qardaşındır, yoxsa mənim? Peyğəmbər mö’minlərin əmiri olaraq mənə salam verməyi tapşırıb, yoxsa sənə? Peyğəmbərə mən daha yaxınam, yoxsa sən? Peyğəmbər (s) Kə’bədə bütləri sındırmaq üçün səni çiyninə qaldırdı, yoxsa məni? Peyğəmbər dünya və axirətdə səni öz bayraqdarı bildirib, yoxsa məni?»

Bəli, həzrət Əli ardıcıl olaraq Allahın ona əta etdiyi fəzilət və məqamları sadaladı, Əbu-Bəkr də onun dediklərini təsdiq etdi. Sonra həzrət soruşdu: «Bəs səni nə aldadıb ki, bu məqamı qəsb etmisən?» Əbu-Bəkr ağladı və dedi: «Ya Əbəl-Həsən, düz buyurursan. Bu günü mənə möhlət ver ki, bu barədə düşünüm».

Həmin gecə Əbu-Bəkr yuxuda həzrət Peyğəmbəri gördü. O, Peyğəmbərə salam versə də, həzrət üzünü yana döndərdi. Əbu-Bəkr Peyğəmbərdən soruşdu ki, hansı göstərişinə əməl etməmişəm? Həzrət buyurdu: «Allahın və rəsulunun dost tutduğu kəslə düşmənçilik etmisən. Haqqı öz sahibinə qaytar». Əbu-Bəkr kimin haqq sahibi olduğunu soruşur. Həzrət buyurur ki, səni məzəmmət edən kəs! Əbu-Bəkr Peyğəmbərə bildirir ki, haqqı sahibinə qaytardım . . .
Əbu-Bəkr sübh tezdən həzrət Əlinin (ə) yanına gəlir və ərz edir ki, ya Əbəl-Həsən əlini aç, sənə bey’ət edim. O, yuxuda gördüklərini Əliyə danışır. Əbu-Bəkr əlini onun əli üstünə qoyub bey’ət edir. Bildirir ki, indi məscidə gedib yuxuda gördüklərimi danışacağam və tutduğum məqamı sənə təhvil verəcəyəm.

Əbu-Bəkr Həzrət Əlinin (ə) evindən çıxdıqdan sonra onun ardınca gəzən Ömərlə rastlaşır. Ömər soruşur ki, sənə nə olub, ey Peyğəmbər (s) xəlifəsi? Əbu-Bəkr əhvalatı danışır. Ömər deyir: «Səni Allaha and verirəm, ey Peyğəmbər xəlifəsi, bəni-haşimin sehrinə uyma. Bu onların birinci sehri deyil. Ömər o qədər danışır ki, Əbu-Bəkri öz qərarından döndərir. Əbu-Bəkr yenidən xəlifəlik fikrinə qayıdır.

Nizami63
21.03.2012, 12:39
Həmin "dərrakə" Quranda harda müsbət mənada "şiə" sözü işlənibsə ondan dəlil kimi istifadə edən məlum cahillərə daha çox uyğun gəlir.Mənim gətiridiyim ayə isə şiə sözünün mənfi mənada işləndiyini göstərən bir ayə idi.Təbii ki,biz bununla bəzi cahillər kimi şiələrin bu ayəyə əsasən batil olduğunu iddia etmirik.(bunu iddia etməyə kifayət qədər başqa əsaslar var) .Sadəcə bildirmək istəyirəm ki,belə səviyyəsiz söz oyunları etmək lazım deyil.
səviyyəsiz söz oyunları bütün tərəflərdə müşahidə olunur və istəyirəm biləsiniz ki bütün bunlar dinlərin mahiyyətindən irəli gəlir. Bu 1-si.

2-si isə xahiş edirəm ki, şiələrin batil olduğunu guya ki sübuta yetirən başqa " dəlillərinizi" ortaya qoyasınız. Daha bir xahişim ondan ibarətdir ki bu barədəki fikirlərinizi başqa-daha uyğun mövzulardan birində yazıb ifadə edəsiniz.

Nizami63
21.03.2012, 15:52
Həzrət Əli (ə) Əbu-Bəkrin, Ömərin və Osmanın iyirmi beş il çəkmiş xəlifəliyi dövründə zahirən kənara çəkilib evdə otursa da, İslamın qorunması xatirinə xəlifələrin aciz qaldığı işlərdə onlara yardım əli uzadır, onlara büdrəmələrini xatırladır, çox dəyərli məsləhətlər verirdi. Xəlifələr özləri şəxsən müxtəlif məsələlərlə bağlı yardım almaq üçün Əliyə (ə) müraciət edirdilər. Həzrət (s), doğrudan da, kənara çəkilmiş olsaydı, xəlifələrin nadanlığı səbəbindən İslam öz həqiqi simasını itirərdi.
Bə’zi məqamlara işarə edək:

1.Əbu-Bəkrin xəlifəliyi dövründə bir şəxs şərab içmişdi. Əbu-Bəkr göstəriş verdi ki, ona cəza verilsin. Şərab içmiş şəxs isə e’tiraz edirdi ki, guya şərabın haramlığından xəbərsiz olub. Əbu-Bəkr tərəddüddə qalmışdı. Nəhayət, həzrət Əliyə (ə) müraciət etdi. Həzrət buyurdu: «Mühacirlə ənsar bir yerə toplandığı vaxt bir nəfər uca səslə soruşsun ki, bu adama şərabın haramlığı haqqında bir söz deyən olubmu? Əgər iki nəfər şəhadət versə ki, ona bu barədə deyiblər, cəza verilsin, əks-təqdirdə o azad edilsin». Əbu-Bəkr həzrət Əlinin (ə) dediyi kimi də etdi. Topluma verilən sual cavabsız qaldı və kimsə şəhadət vermədi. Beləcə, cəzalandırılası şəxs azad edildi və ona tapşırıldı ki, tövbə edib bir daha belə bir iş görməsin.

2.Yəhudi alimlərindən biri Əbu-Bəkrin yanına gəlib dedi: «Sən bu ümmətin Peyğəmbərinin canişinisən?» Əbu-Bəkr dedi: «Bəli». Yəhudi dedi: «Biz tövratda oxumuşuq ki, peyğəmbərlərin canişinləri həmin ümmətin ən elmli şəxsləri olar. Mənə de görüm Allah-təala haradadır? Səmadadır, yoxsa yerdə?»
Əbu-Bəkr dedi: «Allah səmada, ərşdədir». Yəhudi dedi: «Demək, yer üzündə Allah yoxdur. Sənin deməyindən belə çıxır ki, Allah bir yerdə var, bir yerdə isə yox?» Əbu-Bəkr dedi: «Bu söz zındıqların (kafirlərin) sözüdür. Məndən uzaqlaş, yoxsa səni öldürərəm». Yəhudi Əbu-Bəkrin sözlərinə təəccüb edərək, İslamı məsxərəyə qoya-qoya uzaqlaşdı. Söhbətə şahid olan həzrət Əli (ə) yəhudini saxlayıb dedi: «Ey yəhudi sənin nə soruşduğunu və nə cavab aldığını eşitdim. Biz deyirik ki, Allah-təala məkanın yaradıcısıdır və onun üçün heç bir məkan yoxdur. Allah heç bir məkanla təmasda olmadan bütün məkanlarda vardır. Onun elmi məkanda olan bütün şeyləri əhatə edir. Onun tədbir dairəsindən kənarda heç bir şey mövcud deyil. Dediklərimin doğruluğunu öz kitabınızla sübuta yetirərəm. Görsən ki, düz deyirəm, iman gətirərsənmi?» Yəhudi dedi: «Bəli». Həzrət buyurdu: «Öz kitablarınızda oxumamısanmı ki, bir gün məşriq tərəfdən bir mələk Musa ibn İmranın yanına gəldi və Musa ondan soruşdu ki, haradan gəldin? Mələk dedi ki, Allah-təala tərəfindən». Sonra Musa məğrib tərəfdən gəlmiş mələyə eyni sualı verdi. Həmin mələkdən də eyni cavabı aldı. Daha sonra başqa bir mələk yeddinci səmadan gəldiyini bildirdi. Növbəti mələk isə yeddinci yerdən gəldiyini bəyan etdi. Musa dedi: «Pakdır O Allah ki, hər yerdə vardır və bir yerə o birindən yaxın deyil».
Yəhudi dedi: «Şəhadət verirəm ki, dediklərin həqiqətdir. Yenə şəhadət verirəm ki, sən Peyğəmbərin canişinliyi məqamını ona zorla qəsb edəndən daha layiqsən».

3. Həzrət Peyğəmbərin vəfatından sonra bir qrup yəhudi Mədinəyə gəlib dedi: «Qur’anda Kəhf səhabələri haqqında bildirilir ki, onlar 309 il orada yatmışlar. Hansı ki, tövratda bu rəqəm 300 kimi göstərilmişdir. Bu iki bildiriş bir-birinə ziddir».
Yəhudilərin bu iradı qarşısında təkcə xəlifə yox, bütün səhabələr də aciz qaldılar. Nəhayət, yardım üçün Əliyə (ə) müraciət etdilər. Həzrət buyurdu: «Bu iki bildiriş arasında ziddiyyətin səbəbi odur ki, yəhudilər günəş, ərəblər isə ay təqvimindən istifadə edirlər. Tövrat yəhudi, Qur’an isə ərəb dilində nazil olmuşdur. Günəş təqvimi ilə 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir. Günəş ili ilə ay ili arasında on bir gün altı saat fərq vardır. Nəticədə otuz üç şəmsi ili təqribən otuz dörd qəməri ilinə bərabər olur».

4.İbn Şəhr Aşub nəql edir ki, Əbu-Bəkrə belə bir sual verdilər: «Bir kişi səhər vaxtı bir qadınla izdivac etdi. Axşam vaxtı həmin qadın hamiləlikdən azad oldu. Kişinin əcəli çatdı və o öldü. Ana və övladı onun varına sahib durdular. Hansı halda bu iş mümkündür?» Əbu-Bəkr uyğun suala cavab verməkdə aciz qaldı. Həzrət Əli (ə) buyurdu: «Həmin kişinin əvvəlcədən ondan hamilə olmuş kənizi vardı. Doğuş vaxtı yaxınlaşdıqda kənizi azad edib onunla izdivac etdi. Axşam qadın hamiləlikdən azad oldu. Əri öldüyü üçün qadın və onun övladı ərinin varına sahib durdular». Bəli, Əbu-Bəkr bu sayaq suallara cavab verməkdə aciz idi.

5.İki kişi bir kisəyə yüz dinar qoyub həmin kisəni bir qadına əmanət tapşırmışdılar. Demişdilər ki, yalnız ikimiz birlikdə gəldikdə əmanəti qaytaracaqsan. Bu əhvalatdan bir müddət ötmüş həmin iki şəxsdən biri gəlib öz dostunun dünyasını dəyişdiyini bildirdi və yüz dinarı istədi. Qadın onun tək gəldiyini əsas gətirərək pulu qaytarmaqdan imtina etdi. Kişi qadının qohum-əqrəbası ilə görüşüb məcburi şəkildə qadından yüz dinarı aldı. Bir il keçdikdən sonra ikinci kişi gəldi və yüz dinarı istədi. Qadın bildirdi ki, həmin pulu onun yoldaşı gəlib götürmüşdür. Kişi israr etdi ki, qadın pulu ona qaytarmalıdır. Beləcə mübahisə yarandı və onlar Ömərə müraciət etdilər. Ömər bildirdi ki, qadın zamin olduğundan əmanəti kişiyə qaytarmalıdır. Qadın dedi: «Səni Allaha and verirəm, sən bizi Əlinin (ə) yanına göndər, qoy o öz hökmünü versin». Ömər bu təklifi qəbul edib, onları Əlinin (ə) yanına göndərdi. Həzrət əhvalatı dinləyib başa düşdü ki, həmin iki kişi qadına qarşı hiylə qurmuşlar. Həzrət buyurdu: «Məgər əmanəti tapşırarkən şərt kəsməmişdinizmi ki, yalnız ikiniz birlikdə gəlib əmanəti götürə bilərsiniz?» Kişi ərz etdi: «Elədir». Həzrət buyurdu: «Sənin pulun bizdədir, get öz dostunu gətir və pulunu götür». Hiyləgər kişi çarəsiz qalıb, qadından əl çəkdi.

6.Ömərin yanına bir divanə qadın gətirib, onun günaha yol verdiyini dedilər. Ömər qadının günahına müvafiq olaraq onun daşqalaq edilməsini hökm verdi. Məsələdən xəbər tutan həzrət Əli (ə) Ömərə buyurdu: «Məgər eşitməmisənmi ki, həzrət Peyğəmbər buyurmuşdur: «Üç şəxs mühakimə olunmur: Ağılı başına qayıdanadək divanə, həddi-büluğ olmamış uşaq, yatmış şəxs». Bu sözlərdən sonra Ömər qadını azad etdi.

7.Zinaya yol vermiş hamilə bir qadını Ömərin yanına gətirdilər. Qadın günaha yol verdiyini e’tiraf etdi. Ömər onun daşqalaq edilməsini hökm verdi. Qadını daşqalaq etmək istəyərkən həzrət Əli (ə) gəldi və əhvalatı öyrənib qadını Ömərin yanına qaytardı və buyurdu: «Zinaya görə qadın cavabdehdir, onun bətnindəki körpə yox. Bundan əlavə sən onun başına qışqıraraq qorxutmusan və e’tiraf etməyə məcbur etmisən». Ömər dedi: «Bəli, dediyin kimidir». Həzrət Əli (ə) buyurdu: «Məgər eşitməmisənmi ki, Peyğəmbər (s) buyurmuşdur: «Əzab əziyyətlə günahı e’tiraf etdirilmiş kəsə hədd (cəza) yoxdur? Axı istənilən adama işgəncə verilərsə, o, əziyyətdən qurtarmaq üçün ittihamı qəbul edər». Ömər qadını azad edib dedi: «Qadınlar Əliyə (ə) oxşar övlad doğmaqda acizdirlər. Əgər Əli olmasaydı, Ömər həlak olardı.

8.Altı aylıq uşaq doğmuş qadını Ömərin yanına gətirdilər. Belə bir fikir vardı ki, əgər qadın doqquz aydan tez doğmuşsa, demək, o hansısa günaha yol vermişdir. Ömər qadının daşqalaq edilməsinə hökm verdi. Həzrət Əli (ə) Ömərin mühakiməsinə e’tiraz edərək buyurdu: «Bu qadına cəza yoxdur». Belə bir mühakimənin səbəbini soruşduqda həzrət buyurdu: «Qur’ani-Kərimdə buyurulur: «Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün tam iki il əmizdirsinlər». Hamiləlik və südvermə müddəti birlikdə 30 aydır. Qadın altı ay hamilə olmuşdur. İyirmi dörd ay isə övladını əmizdirmə müddətidir». Ömər qadını azad edib yenə də «Əli olmasaydı, Ömər həlak olardı» söylədi.

9.Ömərin yanına bir qadın və bir kişi gətirdilər. Kişi qadını zinakarlıqda ittiham edir, qadın isə ona belə deyirdi: «Sən məndən də zinakarsan». Ömər göstəriş verdi ki, hər iki şəxsə cəza verilsin. Hadisəni müşahidə edən həzrət Əli (ə) buyurdu: «Mühakimə yürütməkdə tələsməyin, bu düz olmaz». Soruşdular ki, bəs nə edək? Həzrət buyurdu: «Kişini azad edin, qadına isə ikiqat cəza verin. Çünki kişinin zina etdiyi sübuta yetirilməyib, amma qadın zina etdiyini e’tiraf edir. Qadın kişini özündən də zinakar saymaqla əslində öz zinakarlığını e’tiraf etmişdir. Onun digər bir günahı isə kişini zinada ittiham etməsidir. Hansı ki, iddiasının sübutu üçün heç bir dəlili yoxdur».

10. Bir kişi bir şəxsi qətlə yetirmişdi. Öldürülənin ailəsi Ömərin yanına şikayətə gəlmişdi. Ömər göstəriş verdi ki, qatili öldürülən şəxsin atasının ixtiyarına versinlər ki, qisas alsın. Öldürülənin atası qatilə iki zərbə yetirib, onun öldüyünü güman etsə də, qatilin canı çıxmadığından o altı ay müalicədən sonra sağalıb ayağa durmuşdu.
Qətlə yetirilənin atası bir gün həmin şəxsi bazarda görüb təəccübləndi. Onu yaxşı tanıdığından yaxasından yapışıb, Ömərin yanına gətirdi. Əhvalatı Ömərə danışdı. Ömər növbəti dəfə qisas üçün göstəriş verdi. Hadisəni izləyən həzrət Əli (ə) Ömərə buyurdu: «Ey Ömər, bu nə hökmdür verirsən?» Ömər dedi: «Ya Əbül-Həsən, bu şəxs bu kişinin oğlunu qətlə yetirib. Ona görə də kişi ondan qisas alıb öldürməlidir». Həzrət buyurdu: «Məgər bir şəxsi iki dəfə öldürmək olarmı?» Ömər həzrətə cavab verməkdə çətinlik çəkdi. Bu vaxt həzrət Əli (ə) qətlə yetirilmiş şəxsin atasına dedi: «Məgər qatil sənin oğlunu iki zərbə ilə öldürməyib?» Kişi ərz etdi: «Mən onu öldürdüm, amma o hələ də sağdır. Əgər onu yenidən öldürməsəm, oğlumun qanı yerdə qalar».
Həzrət Əli (ə) buyurdu: «Əgər iddiandan əl çəkmirsənsə, onda o şəxs sənə iki zərbə vurmalıdır. Əgər sağ qalsan, onda bu şəxsi öldürərsən». Qətlə yetirilənin atası dedi: «Ya Əbəl-Həsən, bu qisas ölümdən də çətindir. Mən fikrimdən daşınıram». Beləcə, həmin iki şəxs arasında sülh bərqərar oldu. Ömər bu sonluğu müşahidə edib dedi: «Əli olmasaydı, Ömər həlak olardı».

Nizami63
21.03.2012, 15:55
11.Ömərin xəlifəliyi zamanı iki qadın bir uşaq üstündə davaya qalxmışdı. Hər biri iddia edirdi ki, uşaq ona məxsusdur. Bu qadınların heç birinin şahidi yoxdu. Başqa bir şəxs də uşaq haqqında iddia irəli sürmürdü. Məsələ Ömərə qaranlıq qalmışdı. O çarəsizlikdən Əliyə (ə) müraciət etdi. Həzrət Əli (ə) həmin iki qadını nəsihət edib, ilahi əzabla qorxutdu. Amma heç bir nəticə hasil olmadı və qadınlar öz iddialarından əl çəkmədilər. Həzrət vəziyyəti belə görüb buyurdu: «Mənə bir hərə (mişar) gətirin». Qadınlar həzrətdən mişarı nə üçün istədiyini soruşdular. Həzrət buyurdu: «Uşağı ikiyə bölüb hərənizə yarısını verəcəyəm». Qadınlardan biri susdu o biri isə fəryad çəkərək dedi: «Səni and verirəm Allaha, ya Əbəl-Həsən, əgər bundan başqa bir yol yoxdusa, mən payımdan keçirəm və uşağı bu qadına verirəm». Həzrət buyurdu: «Əllahu Əkbər! Bu uşaq sənindir, ey qadın. Əgər onun uşağı olsaydı, o da sənin kimi öz körpəsinin ölümünə razı olmazdı. Bu söhbətdən sonra o biri qadın həqiqəti e’tiraf etdi və bildirdi ki, uşaq o biri qadınındır. Beləcə, Ömər çətin vəziyyətdən çıxdı və Əliyə (ə) dua etdi.

12.Əsbəğ ibn Nəbatədən belə nəql olunur ki, zina ittihamı ilə beş nəfəri Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, həmin beş nəfər daş-qalaq edilsin. Həzrət Əli (ə) e’tiraz etdi: «Xalq üzərində mühakimə belə də asan deyil. Bu adamların vəziyyəti nəzərə alınmalıdır». Araşdırma apardıqdan sonra mə’lum oldu ki, həmin beş nəfərdən biri məsihidir və müsəlman qadınla zina edib. Həzrət Əli (ə) buyurdu: «Bu zimmi kişi İslam hökumətinin himayəsində olduğu halda zimmə haqqını pozmuşdur. Ona görə də boynu vurulacaq». İkinci şəxs ailəsi olduğu halda zinaya yol vermişdi. Həzrət buyurdu ki, onu Qur’an hökmü əsasında daş-qalaq etsinlər. Üçüncü kişi isə subay halda zinaya yol verdiyindən həzrət onun haqqında buyurdu: «Ona yüz qamçı vurun». Dördüncü şəxs qul idi. Həzrət bildirdi ki, qulun cəzası azad şəxsin cəzasının yarısı qədərdir. Ona görə də bu şəxsə əlli qamçı vuruldu. Beşinci şəxs isə dəli idi. Həzrətin göstərişi ilə onu azad etdilər. Ömər Həzrət Əli (ə) haqqında əvvəllər söylədiyi məşhur sözü təkrarladı: «Əgər Əli olmasaydı, mən rüsvay olardım».

13.Yəmən əhli olan bir kişi arvadını Yəməndə qoyub Mədinəyə iş dalınca gəlmişdi. Bu şəhərdə bir qadınla zina etmişdi. Onu zina ittihamı ilə Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, onu daşqalaq etsinlər. Amma həzrət Əli (ə) Ömərin hökmünə e’tiraz edərək buyurdu: «Bu kişinin ailəsi yanında olmadığından daş-qalaq edilməməli, qamçılanmalıdır. Ona subay kişinin cəzası verilməlidir». Ömər işin belə sadə həll olduğunu görüb dedi: «Allah məni elə bir çətinliyə salmasın ki, Əli həmin çətinliyi aradan qaldırmaq üçün orada olmaya».

14.İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhində» yazır: «Bir gün Ömər ibn Xəttabın yanında Kə’bə evinin bərbəzəyinin çoxluğundan danışıldı. Bə’ziləri təklif etdilər ki, həmin qiymətli şeylər qoşun əhlinə paylansın. Guya Kə’bənin ehtiyacı olmayan bu şeyləri əsgərlərə paylamaqla daha çox savab qazanmaq olar. Ömər ona verilən məsləhəti yerinə yetirmək istədi. Əvvəlcə, Əlinin fikrini öyrənmək qərarına gəldi. Həzrət Əli (ə) buyurdu: «İslam Peyğəmbərinə nazil olmuş Qur’an bütün sərvətləri dörd hissəyə bölmüşdür: Müsəlmandan qalmış mal vərəsələrə çatır, qənimət ona haqqı olanlar arasında bölünür, xüms iki istiqamətdə Allah hökmü ilə xərclənilir, sədəqənin də öz sərfolunma yerləri var. Göründüyü kimi Kə’bənin zinətləri haqqında bir söz deyilməyib. Eləcə də, Allah bu barədə söz deməyi yaddan çıxarmayıb. Sən də Allahın və Onun rəsulunun çəkdiyi xətti keçmə». Ömər həzrətin göstərişi ilə Kə’bənin zinətlərindən əl çəkdi.

15.İran və Ərəb arasındakı müharibə zamanı müsəlmanlarla məsləhətləşən Ömərə hərə bir təklif verirdi. Bə’ziləri də təklif edirdilər ki, Şam qoşunu toplanıb Nəhavəndə göndərilsin. Bə’ziləri isə Ömərin öz komandanlığı altında cəbhəyə getmək istəyirdilər. Ömər üzünü həzrət Əliyə (ə) tutub dedi: «Ya Əbəl-Həsən, nə üçün bizə məsləhət vermirsən?» Həzrət Əli (ə) buyurdu: «Şamdan qoşun toplanması və sənin özünün cəbhəyə getməyin məsləhət deyil. Birinci vəziyyətdə Rumla sərhədlər boş buraxılır, ikinci vəziyyətdə isə sən məğlub olacağın halda müsəlmanların üz tutmağa yeri qalmır. Özün komandanlıq fikrindən əl çək və təcrübəli bir adam seç. Həm də cəbhəyə kömək üçün Bəsrə əhlindən qoşun topla. Çünki Bəsrənin vəziyyəti Şamın vəziyyətindən fərqlənir». Ömər həzrətin göstərişinə əməl etdi və müharibədə qələbə qazanıldı. Rum və ərəb döyüşündə də Əlinin (ə) məsləhətləri əsasında qələbə əldə olundu.

16.İbn Səbbağ Maliki «Füsulul-muhimmə» əsərində yazır: Ömərin yanına bir kişi gətirdilər və bildirdilər ki, sübhü necə açdın sualına belə cavab verib: «Sübhü elə bir halda açdım ki, fitnəni sevirəm, haqqı xoşlamıram, yəhudi və məsihiləri təsdiq edirəm, görmədiyimə iman gətirmişəm və yaranmışı təsdiqləyirəm!» Ömər həzrət Əlinin (ə) ardınca adam göndərib, onu yanına çağırdı. Kişinin danışdıqlarını ona danışdı və izahat istədi. Həzrət Əli (ə) buyurdu: «Bu şəxs fitnə dedikdə övladlarını nəzərdə tutur, onun xoşlamadığı həqiqət ölümdür, yəhudi və məsihilərin sözünü təsdiq edərkən Allah-təalanın buyuruğunu nəzərdə tutur: «Yəhudilər dedilər ki, məsihilər düzgün bir şeyə istinad etmir, xaçpərəstlər dedilər ki, yəhudilər düzgün bir şeyə istinad etmir». Bu şəxs görmədiyimə iman gətirdim dedikdə Allah-təalanı nəzərdə tutur».
Ömər dedi: «Allaha pənah aparıram o çətinlikdən ki, onun həllində Əli (ə) yanımda olmaya».

Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında yazır: «Həzrət Peyğəmbərin səhabələri Qur’anın hökmləri barədə ona müraciət edər və ondan fitva istəyərdilər. Necə ki, Ömər dəfələrlə demişdi: «Əli (ə) olmasaydı, Ömər həlak olardı».

Osman da öz xilafəti dövründə müxtəlif problemlərin həllində həzrət Əlinin yardımlarından faydalanmışdı. Həzrət Əli (ə) onu elmi, siyasi, fiqhi və digər məsələlərin həllində doğru yola yönəltmişdir. Həzrət Əlinin (ə) bütün bu işlərdə məqsədi İslam və müsəlmanların ümumi mənafeyi olmuşdur. Həzrət İslamın zahiri təşkilatının hifzi üçün səbr və dözüm göstərmiş və ümmət arasında təfriqəyə yol verməmişdir. Həzrət Əli (ə) əksər xəlifələrə, eləcə də, Osmana daim tövsiyələr vermişdir. Amma Osman həzrətin nəsihətlərini qulaqardına vurdu və nəticədə müsəlmanlar tərəfindən qətlə yetirildi

Rasul Nur
21.03.2012, 16:10
11.Ömərin xəlifəliyi zamanı iki qadın bir uşaq üstündə davaya qalxmışdı. Hər biri iddia edirdi ki, uşaq ona məxsusdur. Bu qadınların heç birinin şahidi yoxdu. Başqa bir şəxs də uşaq haqqında iddia irəli sürmürdü. Məsələ Ömərə qaranlıq qalmışdı. O çarəsizlikdən Əliyə (ə) müraciət etdi. Həzrət Əli (ə) həmin iki qadını nəsihət edib, ilahi əzabla qorxutdu. Amma heç bir nəticə hasil olmadı və qadınlar öz iddialarından əl çəkmədilər. Həzrət vəziyyəti belə görüb buyurdu: «Mənə bir hərə (mişar) gətirin». Qadınlar həzrətdən mişarı nə üçün istədiyini soruşdular. Həzrət buyurdu: «Uşağı ikiyə bölüb hərənizə yarısını verəcəyəm». Qadınlardan biri susdu o biri isə fəryad çəkərək dedi: «Səni and verirəm Allaha, ya Əbəl-Həsənaa, əgər bundan başqa bir yol yoxdusa, mən payımdan keçirəm və uşağı bu qadına verirəm». Həzrət buyurdu: «Əllahu Əkbər! Bu uşaq sənindir, ey qadın. Əgər onun uşağı olsaydı, o da sənin kimi öz körpəsinin ölümünə razı olmazdı. Bu söhbətdən sonra o biri qadın həqiqəti e’tiraf etdi və bildirdi ki, uşaq o biri qadınındır. Beləcə, Ömər çətin vəziyyətdən çıxdı və Əliyə (ə) dua etdi.

12.Əsbəğ ibn Nəbatədən belə nəql olunur ki, zina ittihamı ilə beş nəfəri Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, həmin beş nəfər daş-qalaq edilsin. Həzrət Əli (ə) e’tiraz etdi: «Xalq üzərində mühakimə belə də asan deyil. Bu adamların vəziyyəti nəzərə alınmalıdır». Araşdırma apardıqdan sonra mə’lum oldu ki, həmin beş nəfərdən biri məsihidir və müsəlman qadınla zina edib. Həzrət Əli (ə) buyurdu: «Bu zimmi kişi İslam hökumətinin himayəsində olduğu halda zimmə haqqını pozmuşdur. Ona görə də boynu vurulacaq». İkinci şəxs ailəsi olduğu halda zinaya yol vermişdi. Həzrət buyurdu ki, onu Qur’an hökmü əsasında daş-qalaq etsinlər. Üçüncü kişi isə subay halda zinaya yol verdiyindən həzrət onun haqqında buyurdu: «Ona yüz qamçı vurun». Dördüncü şəxs qul idi. Həzrət bildirdi ki, qulun cəzası azad şəxsin cəzasının yarısı qədərdir. Ona görə də bu şəxsə əlli qamçı vuruldu. Beşinci şəxs isə dəli idi. Həzrətin göstərişi ilə onu azad etdilər. Ömər Həzrət Əli (ə) haqqında əvvəllər söylədiyi məşhur sözü təkrarladı: «Əgər Əli olmasaydı, mən rüsvay olardım».

13.Yəmən əhli olan bir kişi arvadını Yəməndə qoyub Mədinəyə iş dalınca gəlmişdi. Bu şəhərdə bir qadınla zina etmişdi. Onu zina ittihamı ilə Ömərin yanına gətirdilər. Ömər göstəriş verdi ki, onu daşqalaq etsinlər. Amma həzrət Əli (ə) Ömərin hökmünə e’tiraz edərək buyurdu: «Bu kişinin ailəsi yanında olmadığından daş-qalaq edilməməli, qamçılanmalıdır. Ona subay kişinin cəzası verilməlidir». Ömər işin belə sadə həll olduğunu görüb dedi: «Allah məni elə bir çətinliyə salmasın ki, Əli həmin çətinliyi aradan qaldırmaq üçün orada olmaya».

14.İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhində» yazır: «Bir gün Ömər ibn Xəttabın yanında Kə’bə evinin bərbəzəyinin çoxluğundan danışıldı. Bə’ziləri təklif etdilər ki, həmin qiymətli şeylər qoşun əhlinə paylansın. Guya Kə’bənin ehtiyacı olmayan bu şeyləri əsgərlərə paylamaqla daha çox savab qazanmaq olar. Ömər ona verilən məsləhəti yerinə yetirmək istədi. Əvvəlcə, Əlinin fikrini öyrənmək qərarına gəldi. Həzrət Əli (ə) buyurdu: «İslam Peyğəmbərinə nazil olmuş Qur’an bütün sərvətləri dörd hissəyə bölmüşdür: Müsəlmandan qalmış mal vərəsələrə çatır, qənimət ona haqqı olanlar arasında bölünür, xüms iki istiqamətdə Allah hökmü ilə xərclənilir, sədəqənin də öz sərfolunma yerləri var. Göründüyü kimi Kə’bənin zinətləri haqqında bir söz deyilməyib. Eləcə də, Allah bu barədə söz deməyi yaddan çıxarmayıb. Sən də Allahın və Onun rəsulunun çəkdiyi xətti keçmə». Ömər həzrətin göstərişi ilə Kə’bənin zinətlərindən əl çəkdi.

15.İran və Ərəb arasındakı müharibə zamanı müsəlmanlarla məsləhətləşən Ömərə hərə bir təklif verirdi. Bə’ziləri də təklif edirdilər ki, Şam qoşunu toplanıb Nəhavəndə göndərilsin. Bə’ziləri isə Ömərin öz komandanlığı altında cəbhəyə getmək istəyirdilər. Ömər üzünü həzrət Əliyə (ə) tutub dedi: «Ya Əbəl-Həsən, nə üçün bizə məsləhət vermirsən?» Həzrət Əli (ə) buyurdu: «Şamdan qoşun toplanması və sənin özünün cəbhəyə getməyin məsləhət deyil. Birinci vəziyyətdə Rumla sərhədlər boş buraxılır, ikinci vəziyyətdə isə sən məğlub olacağın halda müsəlmanların üz tutmağa yeri qalmır. Özün komandanlıq fikrindən əl çək və təcrübəli bir adam seç. Həm də cəbhəyə kömək üçün Bəsrə əhlindən qoşun topla. Çünki Bəsrənin vəziyyəti Şamın vəziyyətindən fərqlənir». Ömər həzrətin göstərişinə əməl etdi və müharibədə qələbə qazanıldı. Rum və ərəb döyüşündə də Əlinin (ə) məsləhətləri əsasında qələbə əldə olundu.

16.İbn Səbbağ Maliki «Füsulul-muhimmə» əsərində yazır: Ömərin yanına bir kişi gətirdilər və bildirdilər ki, sübhü necə açdın sualına belə cavab verib: «Sübhü elə bir halda açdım ki, fitnəni sevirəm, haqqı xoşlamıram, yəhudi və məsihiləri təsdiq edirəm, görmədiyimə iman gətirmişəm və yaranmışı təsdiqləyirəm!» Ömər həzrət Əlinin (ə) ardınca adam göndərib, onu yanına çağırdı. Kişinin danışdıqlarını ona danışdı və izahat istədi. Həzrət Əli (ə) buyurdu: «Bu şəxs fitnə dedikdə övladlarını nəzərdə tutur, onun xoşlamadığı həqiqət ölümdür, yəhudi və məsihilərin sözünü təsdiq edərkən Allah-təalanın buyuruğunu nəzərdə tutur: «Yəhudilər dedilər ki, məsihilər düzgün bir şeyə istinad etmir, xaçpərəstlər dedilər ki, yəhudilər düzgün bir şeyə istinad etmir». Bu şəxs görmədiyimə iman gətirdim dedikdə Allah-təalanı nəzərdə tutur».
Ömər dedi: «Allaha pənah aparıram o çətinlikdən ki, onun həllində Əli (ə) yanımda olmaya».

Şeyx Süleyman Bəlxi «Yənabiul-məvəddət» kitabında yazır: «Həzrət Peyğəmbərin səhabələri Qur’anın hökmləri barədə ona müraciət edər və ondan fitva istəyərdilər. Necə ki, Ömər dəfələrlə demişdi: «Əli (ə) olmasaydı, Ömər həlak olardı».

Osman da öz xilafəti dövründə müxtəlif problemlərin həllində həzrət Əlinin yardımlarından faydalanmışdı. Həzrət Əli (ə) onu elmi, siyasi, fiqhi və digər məsələlərin həllində doğru yola yönəltmişdir. Həzrət Əlinin (ə) bütün bu işlərdə məqsədi İslam və müsəlmanların ümumi mənafeyi olmuşdur. Həzrət İslamın zahiri təşkilatının hifzi üçün səbr və dözüm göstərmiş və ümmət arasında təfriqəyə yol verməmişdir. Həzrət Əli (ə) əksər xəlifələrə, eləcə də, Osmana daim tövsiyələr vermişdir. Amma Osman həzrətin nəsihətlərini qulaqardına vurdu və nəticədə müsəlmanlar tərəfindən qətlə yetirildi
salamun aleykum,Nizami muellim.
Bayraminiz mubarek! :)

Nizami63
21.03.2012, 18:03
salamun aleykum,Nizami muellim.
Bayraminiz mubarek! :)
çooooooooooooooox sağ olun, mən də Sizin timsalınızda bütün dindar qardaşlarımızı bu əziz bayram münasibətilə təbrik edirəm...

Nizami63
21.03.2012, 18:21
Həzrət Əli (ə) haqq və ədalət kişisi idi. Həzrət bu baxımdan o qədər ciddi idi ki, öz sevimli oğlunu həbəş qoşunu ilə bir tuturdu. İmam öz işçilərinə ciddi nəzarət edir, zalımları cəzalandırırdı ki, məzlumların haqqı itməsin.

Həzrət buyurur: «Mənim nəzərimdə məzlumlar əziz, sitəmkarlar isə zəlildirlər». Həzrət Əlinin (ə) hökuməti ədalət, təqva, bərabərlik üzərində qurulmuşdu. O öz mühakimələrində yalnız haqqa əsaslanırdı. Heç bir çətinlik onu tutduğu haqq yoldan döndərə bilməzdi. Həzrət bəndələrin haqqına riayət olunmasında özünü Allah qarşısında məs’ul sayırdı. Həzrət sözün əsil mə’nasında ictimai ədaləti bərpa etməyə çalışırdı. Həzrət haqqa münasibətdə ən yaxın adamlarına belə ən kiçik işlərdə güzəştə getməzdi. ( Mənim Stalin kimi şəxsiyyətləri Hz.Əliyə bənzətməyimin əsasında mənz belə xüsusiyyətlər dayanmışdır..)

Onun qardaşı Əqil öz maaşını artırmaq üçün nə qədər çalışdısa da, həzrət müsəlmanların beytül-malına toxunmadı. Həzrət bu məsələ ilə bağlı buyurur: «And olsun Allaha, əgər gecəni tikan üstə başa vursam da, məni tikanlar üstə zəncirləsələr də, bu iş bəndələrə zülm etmiş halda qiyamət günü Allah və onun Peyğəmbəri ilə görüşməkdən yaxşıdır . . . And olsun Allaha, Əqil yoxsulluğun son həddində ikən sizin malınızdan bir qədər buğda istədi. Onun körpələrini səliqəsiz və çirkin halda gördüm. Onların çöhrələri torpağa bulaşıb qaralmışdı. Əqil öz xahişini tə’kidlə təkrarladı. O elə güman edirdi ki, dinimi ona satacaq, öz yolumdan dönəcəyəm. Mən bir parça dəmiri qızdırıb, ona yaxınlaşdırdım ki, ibrət götürsün. Onun ağrısından xəstə tək fəryad çəkdi. Az qaldı dəmirin hərarətindən yansın. Dedim ki, ey Əqil, analar əzanda ağlasın. Sən insanların oyun üçün düzəltdiyi bir parça dəmirə görə nalə çəkirsən. Amma məni Allahın öz qəzəbindən şö’lələndirdiyi oda çəkirsən. Sən bu kiçik ağrıdan nalə çəkirsənsə, mən cəhənnəm odundan nalə çəkməyim?! Bundan da maraqlısı bir şəxsin (Əş’əs ibn Qeys) bir payla yanımıza gəlməsi oldu. Hədiyyə halva idi. Bu halva məndə ikrah yaratdı. Sanki ağız suyu ilə yoğrulmuşdu. Ona dedim: «Bu hədiyyədir, yoxsa zəkat, sədəqə? Sədəqə biz Əhli-beytə haramdır. Dedi: «Yox, nə sədəqədir, nə də zəkat, hədiyyədir». Ona dedim: «Anan əzanda ağlasın, din pərdəsi altda bizi aldatmaqmı istəyirsən?.»

And olsun Allaha, səma altda olanlarla birlikdə yeddi iqlimi mənə versələr ki, arpa qabığı aparan qarışqanın haqqını pozum, bu işi etmərəm. Sizin bu dünyanız mənim nəzərimdə çəyirtkənin ağzında yarpaqdan da dəyərsizdir. Əlinin (ə) ötəri dünya ne’mətləri, davamsız ləzzətlərlə nə işi?!»

həzrət Əli (ə) öz hakimlərinə yazdığı bütün məktublarda onları ədalətə çağırırdı. Bunu Corci Zeydan da öz kitabında təsdiq edir. Əgər həzrətin hakimiyyəti uzun çəksəydi, onun beş illik hakimiyyəti dövründə daxili müharibələr, hərc-mərclik olmasaydı, müsəlman cəmiyyətinin vəziyyəti başqa cür olardı. Çünki həzrətin hakimiyyət üsulu ədalətin zahiri bir nümunəsi idi. Bu mövzunu daha da aydınlaşdırmaq üçün həzrətin Malik Əştərə yazdığı əhdnaməyə nəzər salaq: «Ey Malik, səni elə bir yerə göndərmişəm ki, orada səndən qabaq zalımlar hakimlik edib. Xalq sənin işinə elə baxır ki, sən əvvəlki hakimlərin işinə elə baxırsan. Sən əvvəlkilərin haqqında nə deyirsənsə, onlar da sənin haqqında onu deyirlər. Sən yaxşıları Allahın onlar haqqında xalqın dilinə gətirdiyi sözlərlə tanıyarsan. Ona görə də sənin üçün ən yaxşı ehtiyat yaxşı əməl olsun. Ey Malik, nəfs istəklərinin cilovunu əlinə al. Nəfsini caiz və halal olmayan şeylərdən qoru. Nəfsin istəyib-istəmədiyi şeylərdə xəsislik etmək ədalət və insafdır. Xalqla qəlbən mehriban ol, onlarla xoş və dostcasına rəftar et. Onları parçalamağı qənimət sayan heyvan kimi rəftar etmə. Çünki onlar iki dəstədirlər: Ya din qardaşlarındır, ya da sənin kimi Allah məxluqlarıdır. Onlardan xətalar baş verir, bilərəkdən və ya bilməyərəkdən günaha yol verirlər. Buna görə də onları bağışla. Necə ki, özünün bağışlanmağını istəyirsən. Çünki sən onların rəisisən. Səni onlara hakim tə’yin edən səndən yuxarıdır. Allah isə səni vali tə’yin edəndən də uca və üstündür. Allah səndən onların istəklərini yerinə yetirməyini gözləyir və onları sənin üçün imtahan qərar vermişdir.

Ey Malik, məbada Allahla döyüşə çıxasan. Çünki nə Onun qəzəbi qarşısında durmaq qüdrətin var, nə də mərhəmətindən ehtiyacsızsan. Başqalarını bağışladığın üçün peşiman olma. Başqalarına verdiyin cəza səni sevindirməsin. Udmaqla ucalacağın qəzəbə tələsmə. Sən deməməlisən ki, mənə əmirlik verilib, mən göstəriş verirəm. Çünki bu üsul qəlbin xarabalığına, dininin zəifləməsinə, hadisələrin yaxınlaşmasına və ne’mətlərin əvəz olmasına səbəb olar.
Ey Malik, hakimlik sənə qürur gətirəndə səndən uca olan Allahın əzəmətinə, özünə münasibətdə onun qüdrətinə, gücün çatmayacaq işlərə nəzər sal. Bil ki, belə bir baxış və düşüncə sənin azğınlığını və təkəbbürünü azaldar».
Göründüyü kimi, həzrət Əlinin (ə) bütün göstərişləri təqva, ədalət, haqpərəstlik, mehribanlıq haqqındadır. Həzrət (ə) təkcə Malikə belə tövsiyə verməyib. O bütün hakimlərinə bu sayaq nəsihətlər buyurmuşdur.

Nizami63
24.03.2012, 13:38
Böyük mö’təzilə alimi «Nəhcül-bəlağə»nin şərhində deyir: «Fəziləti və üstünlüyü alimlər tərəfindən e’tiraf olunmuş bir şəxs haqqında nə deyim? Kimsə onun fəzilətini pərdələyə bilmədi. Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar. Ona görə də həqiqətləri təhrif etdilər, onda eyb axtardılar. Hətta minbərlərdən ona lə’nət oxudular. Onu dustaq edib, şəhadətə yetirdilər.».

Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tə’rifində qəsidələr yazmışdır:

Ona çəkdiyimiz dağlar üzündən
Cəhənnəmdə yanasıyıq sən və mən.

Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır».

Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».

Rasul Nur
25.03.2012, 16:05
Həmin "dərrakə" Quranda harda müsbət mənada "şiə" sözü işlənibsə ondan dəlil kimi istifadə edən məlum cahillərə daha çox uyğun gəlir.Mənim gətiridiyim ayə isə şiə sözünün mənfi mənada işləndiyini göstərən bir ayə idi.Təbii ki,biz bununla bəzi cahillər kimi şiələrin bu ayəyə əsasən batil olduğunu iddia etmirik.(bunu iddia etməyə kifayət qədər başqa əsaslar var) .Sadəcə bildirmək istəyirəm ki,belə səviyyəsiz söz oyunları etmək lazım deyil.

sizin bizə düşmənçiliyinizin səbəbi şiəliyin nə oldugunu bilməməyinizdir.

hz Ali gözəl demiş:.insanlar bilmədiklərinin düşmənidirlər!

gachag
13.04.2012, 13:01
11.Ömərin xəlifəliyi zamanı iki qadın bir uşaq üstündə davaya qalxmışdı. Hər biri iddia edirdi ki, uşaq ona məxsusdur. Bu qadınların heç birinin şahidi yoxdu. Başqa bir şəxs də uşaq haqqında iddia irəli sürmürdü. Məsələ Ömərə qaranlıq qalmışdı. O çarəsizlikdən Əliyə (ə) müraciət etdi. Həzrət Əli (ə) həmin iki qadını nəsihət edib, ilahi əzabla qorxutdu. Amma heç bir nəticə hasil olmadı və qadınlar öz iddialarından əl çəkmədilər. Həzrət vəziyyəti belə görüb buyurdu: «Mənə bir hərə (mişar) gətirin». Qadınlar həzrətdən mişarı nə üçün istədiyini soruşdular. Həzrət buyurdu: «Uşağı ikiyə bölüb hərənizə yarısını verəcəyəm». Qadınlardan biri susdu o biri isə fəryad çəkərək dedi: «Səni and verirəm Allaha, ya Əbəl-Həsən, əgər bundan başqa bir yol yoxdusa, mən payımdan keçirəm və uşağı bu qadına verirəm». Həzrət buyurdu: «Əllahu Əkbər! Bu uşaq sənindir, ey qadın. Əgər onun uşağı olsaydı, o da sənin kimi öz körpəsinin ölümünə razı olmazdı. Bu söhbətdən sonra o biri qadın həqiqəti e’tiraf etdi və bildirdi ki, uşaq o biri qadınındır. Beləcə, Ömər çətin vəziyyətdən çıxdı və Əliyə (ə) dua etdi.

Salam Nizami bəy
Burada yzdığınız hadisə Süleyman peyğəmbərə aiddir. (Qeyd edim ki, Süleyman Allahın peyğəmbəri olmaqla bərabər həm də padşah olub və 40 il padşahlıq edib.) Bu hadisə Müqəddəs Kitabda (1Padşahlar bölməsi, 3-cü fəsil, 16-28-dək ayələr) belə təqdim edilir:
«Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu. Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum. Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik. Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü. Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur. Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil». O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər. Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər. Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!» Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim». Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur». Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var».

P.S. Bu hadisənin mətninin qədim əlyazmaları mövcuddur.

Fidan
13.04.2012, 13:05

Deməli hadisələr təkrarlanır və Hz Əli ə.s. da məhz peyğəmbərlər kimi qərar verib. Çünki bu hadisə hədislərdə də mövcuddur.

Rasul Nur
14.04.2012, 09:57
Deməli hadisələr təkrarlanır və Hz Əli ə.s. da məhz peyğəmbərlər kimi qərar verib. Çünki bu hadisə hədislərdə də mövcuddur.

Bəli bacı.eyni zamanda bu da məlumdur ki,
Hz Ali hz Harunun yaşadıqlarını yaşamışdır.peygəmbər onun övladlarına Harunun (ə) övladlarinin adını qoymuşdur.Şəbər və Şubeyr ərəbcəsi Həsən və Huseyn.
Musa(ə)-in da umməti hz Harunu öldürmək istədilər 20gunluk sinaqda Muhəmməd(s)-in umməti də əllərini baglayıb məscidə apardılar Abu Bəkirə beyət etməzsən öldürərik dedilər.

Nizami63
14.04.2012, 10:05
mən hər ikinizə : hörmətli Fidan xanıma və Rasul Nur-a obyektiv şərhləri üçün minnətdaram...

Nizami63
19.04.2012, 17:32
Əli ədavətçiliyi

Əli Ədavətçiliyi Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. Bəzi tarixi mənbələrə görə söyüş, hədis qondarma və Əli istəyənlərini öldürmək üçün çoxlu yollar vardı ki, onu aşağılama və zehnlərdə kötüləmək üçün işlədilirdilər.

Əli bin Əbutalibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə.

İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir:
Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!... camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonra idi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu.

İbni Əbil Hədidin yazdığına görə Müaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: «sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur.» ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar... O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ziyab bin Süməyyəni oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarındanidi. beləliklə şiələri hər yerdə, hərzaman hətta daş altındada axtarıb, tapıb öldürürdü və ya onları xorxudub əl, qolların kəsib kor edird. bu işin oqədər ardısı oldu ki iİraqda şiədən bir iz qalmadı.

İbni Əsir Əlkamil fi Əltarix kitabında Ömər bin Əbdüləzizin Əli-yə səbb və iftiralara son verməsinin nədənini belə zikr edir: Atam Əli-yə söyüş və iftira deyəndə dili tutulurdu. dedim: Atam sən yaxşı danışan və fəsih birisisən amma Əli-ni xatırlayanda qıssa gəlirsən! dedi: Sən bildinmi? dedim Hə, Dedi: oğlum, əgər bizim yan yövrəmizdəkilər bizim Əlidən bildiklərimizi bilsələr bizdən üz çüvirib onun ovladlarına sarı gedərlər...

metleb
20.04.2012, 13:35
Əli ədavətçiliyi

Əli Ədavətçiliyi Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, .
doğurdan ? bəs şiələr deyillər Ömər Fatiməni döyəndə Əli evdə çay içirdi?

Nizami63
20.04.2012, 14:40
doğurdan ? bəs şiələr deyillər Ömər Fatiməni döyəndə Əli evdə çay içirdi?
əvvəlcə siz bir müsəlman kimi (özünüzü buna layiq bilirsinizsə...) Ömərin Hz.Fatiməni incitməsinə qiymət verin...

metleb
20.04.2012, 16:13
Uzatmaq istəmirəm ... Təhqirə görə 3 günlük BAN ...

Rasul Nur
20.04.2012, 21:41
doğurdan ? bəs şiələr deyillər Ömər Fatiməni döyəndə Əli evdə çay içirdi?

Məhəmməd b. Bəşir - Übeydullah b Ömər - Zeyd b. Əsləm - atası Əsləm:

Peyğəmbər (s) həyatdan köçdükdən sonra Əbu Bəkrə beyət olunduqda, Əli (ə) və Zübeyr məsləhət üçün Fatimənin (ə) evinə doğru yola çıxdılar. Ömər bu barədə xəbər tutduqda, Fatimənin (ə) evinə gəlib dedi: "Ey Peyğəmbər qızı, heç kim sənin atandan daha çox əziz deyil, ondan sonra isə ən əziz insan sənsən. Allaha and olsun, əgər onlar sənin evindədilərsə, mənim bu evi və içindəkiləri yadırmağı əmr etməyimdən heç nə çəkindirə bilməz. (İsnadı səhihdir).

İbn Əbi Şeybə, cild 7, səh.432, hədis 37045 (Beyrut: Dar əl-Tac, 1989)
Digər mənbə: 1994-cü il çapı

Hədisin bütün raviləri Buxari və Müslimin raviləridir. Bu şərtlə qane olmayanlar üçün davam edək...

Məhəmməd b. Bəşir:

Zəhəbi: "Səbt" - əl-Kəşif, c.2, səh.159
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.2, səh.58

Übeydullah b Ömər:

Zəhəbi: "Səbt" - əl-Kəşif, c.1, səh.685
İbn Həcər Əsqəlani: "Siqə Səbt " - Təqrib əl-Təhdb", c.1, səh.637

Zeyd b. Əsləm:

Zəhəbi: "Höccətdir" - Siyər ələm ən-Nübəla, c.5, səh.316
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.326

Əsləm əl-Quraşi (Ömərin köləsi):

Zəhəbi: "Fəqih, imam" - Siyər ələm ən-Nübəla, c.4, səh.98
İbn Həcər Əsqəlani: "Siqə" - Təqrib əl-Təhdb", c.1, səh.88

Fərhan Həssan əl-Maliki, "Qəra fi kütub əl-Əqaid", səh. 52-də maraqlı fikirlərlə tanış oluruq:

”Ömərin Əbu Bəkr dövründə Fatimənin evinə hücumu və Hz. Əli ilə birgə olan səhabələrə Əbu Bəkrə beyət etmələri üçün təzyiq göstərməsi - hansı ki, səhih isnadlarla sübut olunub - onlar üçün xatırlamaq istəmədikləri xatirədir."

Daha sonra davam edir:

"Mən düşünürdüm ki, Fatimənin evinə hücum hadisəsi yalandır. Ta ki, ibn Əbi Şeybənin "Müsənnəf"ində qeyd edilən hədis kimi səhih isnadlara rast gələnə qədər. Ancaq hər halda bu hadisə həm şiələrin etdiyi kimi şişirdilməməli, həm də ekstremist hənbəlilər kimi inkar edilməməlidir."

Bu cür fikirlərə Mühəddis Şah Vəliyullah Dehləvinin bu hədisi Buxari və Müslimin şərtləri ilə SƏHİH olmağını qeyd etdiyi "əl-Bəyan İzalatül Xifa", c.2, səh.2-da də rast gəlmək olar.

Rasul Nur
20.04.2012, 21:45
1.hədisin keçdiyi qaynaqlar: şübhəsiz ki, bu hadisə məşhur bir hadisədir və bunu həm Şiələr və həm də Sünnilər səhih sənədlər ilə öz tarix və hədis kitablarında rəvayət etmişdirlər. biz inşaallah bu işimizdə əhli sünnə qaynaqlarından "Tarix Təbəri"də bu hadisə haqqında olan rəvayətlərdən birini təqdim edəcək, daha sonra isə onun sənədini araşdıracağıq.

əhli sünnənin böyük təfsir, hədis və tarix imamı Təbərinin "Tarix et-Təbəri" adı ilə məşhur olan kitabıdır. işarələnilmiş yerdə bu ifadələr var:

حدثنا ابن حميد قال حدثنا جرير عن مغيرة عن زياد بن كليب قال أتى عمر بن الخطاب منزل علي وفيه طلحة والزبير ورجال من المهاجرين فقال والله لأحرقن عليكم أو لتخرجن إلى البيعة فخرج عليه الزبير مصلتا السيف فعثر فسقط السيف من يده فوثبوا عليه فأخذوه

…Zeyd ibn Kuleyb dedi ki: Ömər, Təlhə və Zübeyr ilə mühacirlərdən bir qrupunun sığınmış olduğu Əlinin evinə hücum etdi. Zübeyr qılıncını çəkərək ona etiraz etmək istədi. Lakin tam o sırada ayağı sürüşərək qılınc əlindən yerə düşdü. Bunun üzərinə evə hücum edənlər toplanaraq onu həbs etdilər.
[Təbəri, "Tarix et-Təbəri", 2/233[/

bu hədis Nəbi s.a.a-nın vəfatı sonrasında səhabələrin bir qrupunun Əbu Bəkirə beyəti qəbul etmədiyinin və imam Əli ə.s ətrafına toplaşaraq onu xəlifə olaraq gördüklərinin və buna görə qəsbi hökumətin onlara döyüş açdığının ən gözəl şahididir və sənədi səhihdir ki, inşaallah bu sənəd haqqında analiz hissəsində sizlərə əhli sünnət rical qaynaqları ilə sübutu

2. hədisin səhhəti: bu hədis və gerçəklər nəsibilərin üzünə yumruq kimi dəydiyindən nəsibilər bu hədisin zəif olduğunu iddia etməkdədirlər, halbuki hədis səhihdir və bütün raviləri əhli sünnə nəzdində etibarlıdırlar. indi hədisimizin ravilərini bir-bir araşdırırıq:

2-1. ibni Humeyd (ابن حميد): hədisimizin ilk ravisidir, əhli sünnə rical alimlərindən Yəhya ibn Main və son dövr nəsibi muhaddislərindən əl-Albani onu etibarlı (sigə) olaraq görmüşdürlər. əhli sünnə rical alimi əl-Mizzi onun tərcümeyi-halında deyir ki:

محمد بن حميد بن حيان التميمي أبو عبدالله الرازي
Məhəmməd ibn Humeyd ibn Hayyan et-Temimi, Əbu Abdullah ər-Razi

Əbu Bəkir Əbi Haysemə dedi ki: Yəhya ibn Mainə Məhəmməd ibn Humeyd ər-Razi haqqında soruşdum. dedi ki: "siğə (etibarlı)dir, onda problem yoxdur"
və Əli ibn Hüseyn Cüneyd ər-Razi dedi ki: Yəhya ibn Mainin belə dediyini eşitdim: "ibni Humeyd siğə (etibarlı)dir"
və Əbul Abbas ibn Səid dedi ki: Cəfər ibn Əbu Osman et-Tayalisinin belə dediyini eşitdim: "ibni Humeyd siğə (etibarlı)dir"

əl-Mizzi, "Tehzib əl-Kamal", 25/100, 5167-ci ravi

və son dövr nəsibi şeyxlərindən əl-Albani onun siğə (etibarlı) olduğunu ("Silsiletu ahadis es-Səhihə", 3/1225) söyləmiş və hədislərini səhih saymışdır (Tirmizi, "Sünen", 606, 1762, 2478, 2936 və 3533 nömrəli hədislərin təhqiğində).

2-2. Cərir ibn Abdulhamid (جرير بن عبد الحميد): hədisimizin ikinci ravisidir, etibarlı bir ravidir. əz-Zehebi onun haqqında deyir ki:

جرير بن عبد الحميد ابن يزيد الإمام الحافظ القاضي أبو عبد الله الضبي الكوفي
Cərir ibn Abdulhamid ibn Yezid, imam, hafiz, qazı Əbu Abdullah et-Dabbi əl-Kufi

قال ابن سعد: كان ثقة كثير العلم ، يرحل إليه
وقال النسائي: ثقة .
وقال ابن خراش: صدوق .
وقال أبو القاسم اللكائي: مجمع على ثقته
وقال ابن أبي حاتم : سألت أبي عن الأحوص وجرير في حديث حصي ….. قال: نعم، جرير ثقة
ibni Sad dedi ki: "siğə (etibarlı) və böyük elm sahibidir"
Nəsai dedi ki: "siğə (etibarlı)dir"
və ibni Harraş dedi ki: "sadiqdir"
Əbul Qasim əl-Kai dedi ki: "siğə (etibarlı)dir"
ibni Əbu Xatəm dedi ki: atam (Əbu Xatəm ər-Razi)yə Cərir haqqında soruşdum "Carir siğə (etibarlı)dir dedi"

əz-Zehebi, "Siyer", 9/10-11-17

2-3. Muğire ibn Muksim (مغيرة بن مقسم): hədisimizin üçüncü ravisi olan bu şəxs də əhli sünnə nezdində etibarlı etibarlı bir ravidir, əz-Zehebi tərcümeyi-halında deyir ki:

مغيرة بن مقسم
الإمام العلامة ، الثقة ، أبو هشام الضبي ، مولاهم ، الكوفي
Muğire ibn Muksim, imam, Allame,siğə (etibarlı), Əbu Hişam ed-Dabbi əl-Kufi

وقال أحمد بن أبي مريم ، عن يحي بن معين : ثقة ، مأمون
وقال ابن أبي حاتم : سألت أبي : مغيرة عن الشعبي ، أحب إليك ، أم ابن شبرمة ؟ فقال : جميعا ثقتان
قال العجلي : مغيرة ثقة
Əhməd ibn Əbi Məryəm Yəhya ibn Maindən (onun haqqında) dedi ki: "siğə (etibarlı), memundur"
və ibni Əbu Xatəm dedi ki: atam (Əbu Xatəm ər-Razi)-yə "Muğirenin Şabidən olan rəvayətinimi sevməliyəm yoxsa ibni Şübrümeninmi Şabiden olan rəvayətini?" dedi ki: "hamısı siğədir (etibarlılardan)dir.
və İcli dedi ki: "Muğire siğə (etibarlı)dir"

əz-Zehebi, "Siyer", 6/11-12

2-4. Ziyad ibn Kuleyb (زياد بن كليب): hədisimizin sonuncu ravisi olan bu şəxs də əvvəlkilər kimi etibarlı bir ravidir, əl-Mizzi onun tərcümeyi-halında deyir ki:

زياد (5) بن كليب، التميمي، الحنظلي، أبو معشر الكوفي
Ziyad ibn Kuleyb et-Temimi əl-Hanzeli, Əbu Maşir əl-Kufi

قال أحمد بن عبدالله العجلي (1): كان ثقة في الحديث
وقال أبو حاتم (2): صالح
وقال النسائي: ثقة
روى له مسلم، وأبو داود، والترمذي، والنسائي
Əhməd ibn Abdullah əl-İcli dedi ki: "hədisdə etibarlıdır"
və Əbu Xəttim dedi ki: "Salehdir"
və Nəsai dedi ki: "siğə (etibarlı)dir"
Müslim, Əbu Davud, Tirmizi və Nəsai ondan rəvayət etmişdirlər.

əl-Mizzi, "Tehzib əl-Kamal", 9/504-506, 2065çi ravi

Rasul Nur
22.04.2012, 12:15
http://http://www.youtube.com/watch?v=U34RHQq5zuU&feature=relmfu

gachag
24.04.2012, 22:46
Deməli hadisələr təkrarlanır və Hz Əli ə.s. da məhz peyğəmbərlər kimi qərar verib. Çünki bu hadisə hədislərdə də mövcuddur.
Salam.
İcazə verin sizinlə razılaşmayım. Burası doğrudur ki, bəzən həyatda oxşar hadisələr olur. Çox vaxt isə, kiminsə tərəfdarları onun tərifini göylərə qaldırmaq üçün başqasının yaxşı hərəkətlərini ona şamil edirlər. (Bu hal şərqlilərə daha xasdır. Çünki bizlər həmişə şifahiliyə daha çox üstünlük vermişik ki, bu da bir əhvəlata, bir hadisəyə müxtəlif donlar geydirmək üçün əlverişli şərait yaradıb. Təəccüblü deyil ki, bizlər şayiələrə faktlardan daha tez inanırıq). Mən heç də Əlinin şəxsiyyətinin əleyhinə deyiləm, amma əminəm ki, o, qətiyyən istəməzdi onu bütləşdirsinlər.

Fidan
25.04.2012, 14:35

Aleykum Salam. Sizin razılaşıb-razılaşmamanızdan asılı olmayaraq bu hədis səhihdir.
Hz Əli ə.s.-ın şəxsiyyətini isə bütləşdirmirik. Bizə xas deyil. Bütləşdirsəydir sizlərin Hz isa ə.s. tanrilaşdırdığı kimi biz də elə edərdik, olardıq xaçpərəstlərin tayı.

Rasul Nur
26.04.2012, 18:52
[QUOTE]Salam.
aleykum salam beş də artıq!
İcazə verin sizinlə razılaşmayım. Burası doğrudur ki, bəzən həyatda oxşar hadisələr olur.
sizə xoş gəlmədi Ali(ə)in peygəmbər kimi qəzavət etməsi?:p
Çox vaxt isə, kiminsə tərəfdarları onun tərifini göylərə qaldırmaq üçün başqasının yaxşı hərəkətlərini ona şamil edirlər.
Bəli bu sözünüzdə həqiqət vardır.amma siz o bəzi adamlarla yox bizimlə danışırsınız.məsələn,İsa (ə)-i Rəbb bilənlər Allaha məxsus olan qüdrəti onunku kimi qələmə verdilər.d\d\

(Bu hal şərqlilərə daha xasdır. Çünki bizlər həmişə şifahiliyə daha çox üstünlük vermişik ki, bu da bir əhvəlata, bir hadisəyə müxtəlif donlar geydirmək üçün əlverişli şərait yaradıb. Təəccüblü deyil ki, bizlər şayiələrə faktlardan daha tez inanırıq). Mən heç də Əlinin şəxsiyyətinin əleyhinə deyiləm, amma əminəm ki, o, qətiyyən istəməzdi onu bütləşdirsinlər.[]

Şərqlilərin məsələyə nə dəxli vardır ki?!
İNSANdan söhbət gedirsə onun məxsusi keyfiyyetleri üçün zona secmək dogru deyildir.insanlarin fərqliliklərinin səbəbi onlarin şüurlarinin müxtəlifliyindən dogur.

o ki,qaldı Bütləşdirməyə əlbəttə nəinki hz Ali heç bir saleh şəxs özünün bütləşdirilməsinə razı olmaz və onu bütləşdirənə nifrət edər.
xoşbəxtlikdən axirəzzamandakı qövmün -yəni islam gəldikdən sonrakı dövrün insanlarının tapındıgı bütlər öz obrazlarını dəyişiblər.insanlar dünya nemətlərinə tapırlar.bütpərəstlik öz yerini dünyapərəstliyə verib.
əksər insanı dindirsən deyir ki,Allah vardır.Allaha inanıram.
deyirsən niyə namaz qılmırsan?bəhanə gətirir.məsələn səhər yuxudan qalxa bilmirəm.amma işə qazanc üçün gedəndə öz rəislərinin qorxusundan,işini itirmək qorxusundan elə tez durub qaçırlar ki,bəziləri heç nahar da yemirlər.amma Allahdan bu cür qorxmurlar,ona 4-5dəqlik ibadət üçün qalxmaga canları çıxır!bu isə onların axirətə inanmadıgını göstərir.:bu

Nizami63
26.04.2012, 21:44
Aleykum Salam. Sizin razılaşıb-razılaşmamanızdan asılı olmayaraq bu hədis səhihdir.
Hz Əli ə.s.-ın şəxsiyyətini isə bütləşdirmirik. Bizə xas deyil. Bütləşdirsəydir sizlərin Hz isa ə.s. tanrilaşdırdığı kimi biz də elə edərdik, olardıq xaçpərəstlərin tayı.
elədir ki var, bizlər layiqli insanlara layiq olduqları dəyəri verməyə çalışırıq...

fatima
26.04.2012, 22:11
Aleykum Salam. Sizin razılaşıb-razılaşmamanızdan asılı olmayaraq bu hədis səhihdir.
Hz Əli ə.s.-ın şəxsiyyətini isə bütləşdirmirik. Bizə xas deyil. Bütləşdirsəydir sizlərin Hz isa ə.s. tanrilaşdırdığı kimi biz də elə edərdik, olardıq xaçpərəstlərin tayı.

Bizim Tanrı dediyimiz bir varlıq var O da Yehova Allahdır. Bütün dinlərin oxşar cəhətləri çoxdur. Xaçpərəstlər Allaha xas olan hörməti ,izzəti,şöhrəti, İsaya, Yəhudilər Musaya, İslam dinində də Muhəmməd, Əlini və ya Hüseyinə məxsus edirlər, hərçəngki,dinlərin hamısı "Allahımız bir olan Allahdır"-deyirlər. Əməlləri isə tam tərsi göstərir.
İzzətə,hörmətə,Şöhrətə yalnız və yalnız bizi yaradan Yehova Allah layiqdir.Necə ki,peyğəmbərlər qeyd etmişdilər: " Allahımız Yehova ,Sən şöhrətə,hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb".
Allah Özü isə peyğəmbərə belə emişdir:" Mən Yehovayam, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm".
Bəli, biz yalnız və yalnız dualarımızı yaradana yönəltməli yalnız onun adını izzətləndirməliyik.

Rasul Nur
27.04.2012, 18:19

siz İsa(ə)-dan danışmırsınız?!onun adını uca tutmursunuz?

Nizami63
27.04.2012, 19:28
İmam Əlinin (ə) cavanlara 7 əməli tövsiyəsi...

İmam Əli (ə) buyurur: “Agah olun! Xatalar və günahlar üsyankar at kimidilər ki, günahkarlar ona miniblər. Onları cəhənnəmin dibinə yıxar. Təqva isə aram minik kimidir ki, sahibləri ona minərlər və yüyənləri əllərindədir. Onları behiştə qədər aparar”.

1.Təqva.

Cavanlar üçün təqvanın yeri və məqamı o qədər mühüm və əhəmiyyətlidir ki, bu dövrdə o, xüsusilə vurğulanmışdır. O cavanlar ki, emosionaldırlar, nəfsani istəklərinin dalınca gedirlər, təqva onlar üçün möhkəm hasar və qaladır. Onu düşmənin hücumundan qoruyar. Sanki bir qalxandır ki, onu oxların zərbəsindən hifz edər. İmam (ə) buyurur: “Ey Allahın bəndələri, bilin! Təqva nüfuz edilə bilməyən və möhkəm qaladır”. Həzrət Yusif (ə) də təqvası sayəsində güclü iradə ilə İlahi imtahanlarından başı uca çıxmışdı.

2. İradəni gücləndirmək.

Cavanların əksəriyyəti iradə zəifləyindən şikayət edirlər. Bunun üçün yollar axatararlar. Pis adətdən əl çəkməyi dəfələrlə qərara almışlar, ancaq buna çox az nail olmuşdular. İmam Əli (ə) təqvanı iradəni gücləndirən amil kimi tanıtmışdır. Quran buyurur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

3. Cavanlıq fürsəti.

Şübhəsiz ki, müvəfəqiyyətin amillərindən biri də münasib fürsətləri yaxşı dəyərləndirməkdir. Cavanlıq da bu fürsətlərdən biridir. Mənəvi və cismi qüvvə ağır bir gövhərdir. Allah bu gövhəri cavanların ixtiyarına qoymuşdur. İmam (ə) bu haqda buyurur: “Fürsət əlindən getməmiş və qüssə mənbəyinə çevrilməmiş onu qənimət bil”. Başqa yerdə buyurur: “Sağlamlığını, qüdrətini, cavanlığını və sevincini yaddan çıxartma, onlardan axirət yolunda istifadə et”.

Özünü tərbiyə etmək.

Özünü tərbiyə üçün nə münasib vaxt cavanlıqdır. Çünki cavanın qəlb səhifəsi çirkinliklərlə formalaşmamışdır. Fitrət çırağı qəlbində sönməmişdir. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Yeniyetmənin qəlbi boş torpaq kimidir. Hər nə toxum əksən onu qəbul edər. Ona görə də qəlbin daşlaşmamış və fikrin başqa işlərlə məşğul olmamış sənə təlim və tərbiyə etməyə başladım və hümmətimi səni tərbiyə etməyə qoydum”.

4. İzzəti-nəfs.

İmam Əlinin (ə) cavanlara verdiyi tövsiyələrdən biri də izzəti-nəfsdir. İzzəti-nəfs - insanın ən əsas ehtiyaclarından biridir.

Xoşbəxtlikdən Xaliq onun toxumunu insan fitrətinə səpmişdir. Təbiidir ki, bu toxumun inkişafa və qayğıya ehtiyacı vardır. Tarix boyu Firon səltənəti insanları istismar etmək üçün şəxsiyyətlərini alçaldırdılar.

5. Vicdan əxlaqı.

İmam Əli (ə) övladına tövsiyə edərək, buyurur: “Oğlum, özünü özünlə başqaları arasında hökm çıxartmaqda meyar və miqyas qərar ver”. Bu məsələni görməməzliyə vurmaq - dostluq rabitələrini məhv edər.

6. Təcrübə toplamaq.

Başqaların təcrübəsindən bəhrələnmək İmam Əlinin (ə) tövsiyələrindən biridir. O Həzrət (ə) buyurur: “Keçmişdəkilərin xəbərini qəlbinə ərz et və keçmişdəkilərə çatan şeyi yada sal. Onun dağıdıci nəticələrinə nəzər sal. Düzgün bax gör onlar nə ediblər”.

7. Dostluq ədəbinə riayət etmək.

Şübhəsiz ki, dostluğun davamlı olması dostluq hədlərinə riayət etməkdən çox asılıdır. Dost seçmək asandır, ancaq onu saxlamaq çətindir. İmam (ə) buyurur: “Ən zəif insan o kəsdir ki, dost seçməkdə aciz olsun və ondan da zəif o kəsdir ki, dostunu əldən versin”.

Beləliklə deyə bilərik ki, əgər cavanlar İmam Əlinin (ə) bu tövsiyələrinə əməl edərlərsə, həyatda daha az problemlə rastlaşarlar...

Fidan
30.04.2012, 16:03
Bizim Tanrı dediyimiz bir varlıq var O da Yehova Allahdır. Bütün dinlərin oxşar cəhətləri çoxdur. Xaçpərəstlər Allaha xas olan hörməti ,izzəti,şöhrəti, İsaya, Yəhudilər Musaya, İslam dinində də Muhəmməd, Əlini və ya Hüseyinə məxsus edirlər, hərçəngki,dinlərin hamısı "Allahımız bir olan Allahdır"-deyirlər. Əməlləri isə tam tərsi göstərir.
İzzətə,hörmətə,Şöhrətə yalnız və yalnız bizi yaradan Yehova Allah layiqdir.Necə ki,peyğəmbərlər qeyd etmişdilər: " Allahımız Yehova ,Sən şöhrətə,hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb".
Allah Özü isə peyğəmbərə belə emişdir:" Mən Yehovayam, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm".
Bəli, biz yalnız və yalnız dualarımızı yaradana yönəltməli yalnız onun adını izzətləndirməliyik.

Sizin yazdığınızdan bir şey başa düşmədim. Bildiyim odur ki, yehova şahidləri sektası nə xaçpərəstdirlər, nə də yəhudi. Onların hər ikisinə bir az oxşarlığı olan və çox az faiz təşkil edən bir sektadır.

Dediyiniz Allaha xas olan sifətlərə gəldikdə isə, müsəlmanlar Allah Təalaya xas olan sifətləri insana məxsus etmirlər. Allah Təalanın Sifətləri barədə əqidəmiz fərqlidir. Hörmət, izzət dedityiniz xüsusiyyətlər insanda da var. Bu Allahın təcəlla etdiyi sifətlərdəndir. AllahTəala da mütləqdir. Bəzi Sifətlər isə Tək Allaha məxsusdur.

Qurani Kərimdə çox ayələr var bu haqqda:

Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!, Ənam, 3

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!). O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” İxlas.
və s.

Rasul Nur
30.04.2012, 18:20
120 حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ الرَّازِيُّ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى أَنْبَأَنَا الْعَلَاءُ بْنُ صَالِحٍ عَنْ الْمِنْهَالِ عَنْ عَبَّادِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ عَلِيٌّ أَنَا عَبْدُ اللَّهِ وَأَخُو رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا الصِّدِّيقُ الْأَكْبَرُ لَا يَقُولُهَا بَعْدِي إِلَّا كَذَّابٌ صَلَّيْتُ قَبْلَ النَّاسِ بِسَبْعِ سِنِينَ

...Abbad b. Abdullah Hz. Əli (ə)-ın belə dediyini nəql edir: “Mən Allahın qulu və Peyğəmbərin (s) qardaşıyam. Mən ən böyük siddiqəm. (Məlumunuz olsun ki,) məndən sonra bunu ancaq yalançı deyə bilər. Mən insanlardan yeddi il qabağ iman gətirmişəm.”

"Sünən", İbn Macə, "Əli b. Əbu Talibin fəziləti babı", №120
http://hadith.al-islam.com/Page.aspx?pageid=192&BookID=29&PID=117

Hədisin raviləri
Mənbəموسوعة الحديث الشريف / الإصدار الأول : 1 / 2 - الكتب (التسعة):

1 - محمد بن إسماعيل الرازي - ( قال عنه ) : أبو حاتم الرازي ( صدوق ) ، الذهبي ( صدوق ).

1- Muhəmməd b. İsmail Razi.
Abu Hatim ər-Razi: “Doğrudanışan (səduq)"; əz-Zəhəbi - “Doğrudanışan (səduq)".

2 - عبيدالله بن موسى - ( قال عنه ) : يحيى بن معين : ( ثقة ) ، أبو حاتم الرازي : ( ثقة ) ، العجلي : ( ثقة ) ، محمد بن سعد ( ثقة صدوق يتشيع ) ، إبن عدي : ( ثقة ) ، إبن حيان : ( ثقة ).

2 – Abdullah b. Musa.
Yəhya b. Muin: “Siqa”; Abu Hatim ər-Razi: “Siqa”; əl-Əcli: “Siqa”; Muhəmməd b. Səd: “Siqa, doğrudanışan”; İbn Ədi: “Siqa”; İbn Hibban: “Siqa”.

3 - العلاء إبن صالح - ( قال عنه ) : يحيى بن معين ( ثقة ) ، أبو داوود السجستاني : ( ثقة ) ، أبة حاتم الرازي : ( لا بأس به ) ، يعقوب بن سفيان : ( ثقة ) ، إبن نمير : ( ثقة ) ، الحجلي : ( ثقة ) .

3 - əl-Əlai b. Salih.
Yəhya b. Muin: “Siqa”; Əbu Davud əs-Sicistani: “Siqa”; Abu Hatim ər-Razi: “Onda bir pislik yoxdur (Onun barəsində pis bir şey deyilməyib)”; Yəqub b. Sufyan: “Siqa”; İbn Nəmir (İbn Numeyr): “Siqa”; əl-Həcəli: “Siqa”.

4 - المنهال بن عمرو - ( قال عنه ) : يحيى بن معين : ( ثقة ) ، النسائي : ( ثقة ) ، العجلي : ( ثقة ) ، إبن حبان : ( ذكره في الثقات ) ، الدار قطني : ( صدوق ).

4 – əl-Mənhal b. Əmr.
Yəhya b. Muin: “Siqa”; ən-Nisai: “Siqa”; İbn Hibban: “Siqa” (Onu öz “əs-Suqat” kitabında zikr etmişdir); əl-Əcli: “Siqa”; əd-Darqutni: “Doğrudanışan (səduq)”.

5 - عباد بن عبدالله : ( قال عنه ) : العجلي : ( ثقة ) ، النسائي : ( ثقة ) ، محمد بن سعد : ( ثقة ) ، إبن حبان : ( ذكره في الثقات ).

5 – Abbad b. Abdullah.əl-Əcli: “Siqa”; ən-Nisai: “Siqa”; Muhəmməd b. Səd: “Siqa”; İbn Hibban: “Siqa” (Onu öz “əs-Suqat” kitabında zikr etmişdir).

Gördüyünüz kimi hədisin raviləri hamısı dürüstdür və hədis də səhih mənbəyə malikdir. Hakim öz "Müstədrək"-ində də (№ 4584) bu hədisin "Şeyxeyn"-in (Buxari və Müslim-in) şərtinə əsasən "səhih" olduğunu bildirib.

fatima
30.04.2012, 18:21
Bəs şiyəlik sekta deyil?

fatima
30.04.2012, 18:27
Sizin yazdığınızdan bir şey başa düşmədim. Bildiyim odur ki, yehova şahidləri sektası nə xaçpərəstdirlər, nə də yəhudi. Onların hər ikisinə bir az oxşarlığı olan və çox az faiz təşkil edən bir sektadır.

Dediyiniz Allaha xas olan sifətlərə gəldikdə isə, müsəlmanlar Allah Təalaya xas olan sifətləri insana məxsus etmirlər. Allah Təalanın Sifətləri barədə əqidəmiz fərqlidir. Hörmət, izzət dedityiniz xüsusiyyətlər insanda da var. Bu Allahın təcəlla etdiyi sifətlərdəndir. AllahTəala da mütləqdir. Bəzi Sifətlər isə Tək Allaha məxsusdur.

Qurani Kərimdə çox ayələr var bu haqqda:

Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!, Ənam, 3

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!). O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” İxlas.
və s.

Bəs şiyəlik haqqda nə demək olar bu sekta deyil?
O ki, qaldı azlığa bu haqqda neçə illər peyğəmbərlik olub.Peyğəmbər demişdir ki, :"Geniş qapıdan keçənlər çoxdur dar qapıdan keçənlər az olacaq". Həqiqət yolu insanların çoxluğundan aslı deyil. Allah üçün kəmiyyət deyil keyfiyyət vacibdir.

Rasul Nur
30.04.2012, 18:28
Bizim Tanrı dediyimiz bir varlıq var O da Yehova Allahdır. Bütün dinlərin oxşar cəhətləri çoxdur. Xaçpərəstlər Allaha xas olan hörməti ,izzəti,şöhrəti, İsaya, Yəhudilər Musaya, İslam dinində də Muhəmməd, Əlini və ya Hüseyinə məxsus edirlər, hərçəngki,dinlərin hamısı "Allahımız bir olan Allahdır"-deyirlər. Əməlləri isə tam tərsi göstərir.
İzzətə,hörmətə,Şöhrətə yalnız və yalnız bizi yaradan Yehova Allah layiqdir.Necə ki,peyğəmbərlər qeyd etmişdilər: " Allahımız Yehova ,Sən şöhrətə,hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb".
Allah Özü isə peyğəmbərə belə emişdir:" Mən Yehovayam, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm".
Bəli, biz yalnız və yalnız dualarımızı yaradana yönəltməli yalnız onun adını izzətləndirməliyik.

Fatimə xanim biz sizin Adəm və İsa peygəmbərləri şişirtdiyiniz kimi onları şişirtmirik.Allahin xususiyyetleri heç kimə məxsus deyil deyib guya bizə eyham vurursunuz.amma ünvanı səhv salmısınız.
yaxşısı budur Tövratdakı bu ayəni mənə izah edin!!!
yaradılış kitabı.
26) Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

27) Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.d\d\
__________________________________________________ ___________
Qurani Kərim.
Bismillahir-rəhmanir-rəhim!

1 (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

2 Allah möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

3 O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)

4 Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

Nizami63
30.04.2012, 18:29
Bəs şiyəlik sekta deyil?
siz sekta deyəndə nəyi qəbul edirsiniz?

P.S. Heç hənanın yeridir?
Siziu bu və digər başqa məsələlər maraqlandırırsa uyğun mövzuda yaza bilərsiniz. Qaydalara əməl etmək hər bir normal insanın borcudur...

Rasul Nur
30.04.2012, 19:55
[QUOTE]Bəs şiyəlik haqqda nə demək olar bu sekta deyil?
şiə sözü davamçı deməkdir.biz peygəmbərə sadiq qalan şəxsin davamçılarıyıq.Ali(ə) necə peygəmbərin gətirdiyi dinə sadiq qalıbsa onu özümüzə nümunə götürmüşük.və onun dostunu dost düşmənini düşmən hesab edirik.

O ki, qaldı azlığa bu haqqda neçə illər peyğəmbərlik olub.Peyğəmbər demişdir ki, :"Geniş qapıdan keçənlər çoxdur dar qapıdan keçənlər az olacaq". Həqiqət yolu insanların çoxluğundan aslı deyil. Allah üçün kəmiyyət deyil keyfiyyət vacibdir]

hə bu fikrinizdə haqq vardır.haqqlısınız!

116. Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
117. Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.

Nizami63
15.05.2012, 16:03
Seyyid Muhəmməd Hüseyn Şəhriyar ( tərcümə: Mircəlal Zəkiyev )

http://www.azadxeber.az/haber/upload/resimler/haber/ya-ali313.jpg

İmam Əli (ə)-ın münacatı

Ey duanı eşidən, ey göyləri qaldıran!

Zəifə bəxşiş verən, ey əbədi hökmran!

Ey günah bağışlayan, gizlin işdən xəbərdar!

Ey eyiblər örtüsü, ey hər müşkülə açar!

Ey ən üstün sifətlər, yerdən toxum göyərdən!

Ey çürümüş sümüyə yenidən həyat verən!

Ey sürətli buluddan yağış yağdıran qüdrət!

Ey qıtlığı bolluğa döndərən uca hikmət!

Ey o dibsiz göyləri öz hökmüylə saxlayan!

Ey zülmətlər qoynunda ulduzları parladan!

Ey sübhü yaran qüvvə, ey uğurlar göndərən!

Küləyinin gücüylə buludlar pərən-pərən!

Ey dağların kökünü yerdə eyləyən möhkəm!

Ulu sənət sahibi, ey hər şeydən müqəddəm!

Ey düz yola bələdçi, düzə, doğruya sərpa!

Ey ruzilər paylayan, yurdları edən bərpa!

Ey fitnədən pənahım, ehtiyacım olan kəs!

Bir əmrinin nüfuzu yerə - göyə edər bəs.

Ey tiflə yemək verən, ey xəstələr şəfası!

Əsirlər azad edən, çarəsizin ətası!

Ey izzəti səbəbi, mənə bəxş edən həyat!

Qəm-qüssədən uzaq tut, Səndən istərəm nicat.

Hifz et o kəsdən məni, qiyaməti unutmuş,

Nəfsə uyub, mübarək dərgahından qovulmuş.

Ey məxluqi yedirən, quşlara qanad verən!

Sən nə qədər bilikli, hər bir şeyi Görənsən!

Ey hər kəsin üstündə nəzərləri sərbəsər!

Sənin nəzarətindən qaça bilməz bir nəfər.

Ey yaxşı əməlləri qəbul eyləyən hakim!

Sən xoş olarsan ondan, yaxşı iş görsə hər kim.

Məxluq üçün qoyduğun təkliflər, vəzifələr,

Lütfünün qarşısında kiçik, yüngül görünər.

Ey bizlərdən əzabı uzaqlarda saxlayan!

Ey hamıya ədalət günəşi tək parlayan!

Ey baxışları görən, sözü eşidən Xaliq!

Ləzzətləri bəxş edən, hesabında müdəqqiq.

Rasul Nur
21.05.2012, 21:10

Allah razı olsun.:appl

Rasul Nur
21.05.2012, 21:21
tövbə100.

Allah-təala həmin ayədə buyurur:

"(İslamı) İlk əvvəl qəbul edib (başqalarını bu işdə qabaqlayan) mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə isə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnətlər hazırlanmışdır. Bu ən böyük qurtuluş və uğurdur."

Xülafə məktəbinin görkəmli alimi Hakim Həskani bu ayə haqqında Həmid ibn Qasim ibn Həmid ibn Əbdurrəhman ibn Oufdan belə bir hədis nəql edir:

"Bu ayədə olan (İslamı) ilk əvvəl qəbul edib (hamıdan) irəli düşən (sabiqun) ifadəsində Qüreyşdən olan 6 nəfərin əvvəlincisi Əli ibn Əbu Talib (ə) nəzərdə tutulmuşdur." (Şə vahiddud-Tənzil, cild 1, səh 254, hədis 242)

Hakim Həskani həmin kitabın cild 1, səh 254, hədis 243-də buyurur ki, həmin 6 şəxs bunlardır: Əli (ə), Həmzə, Əmmar, Əbuzər, Səlman, Miqdad.
Ayədə deyilən mühacirlər kəlməsi Məkkədən Mədinəyə hicrət edənlərə deyilir. Ənsar kəlməsinin mənası isə Peyğəmbər (s)-a kömək edən Mədinələlilərə deyilir. Alimlərin əksəriyyəti səhabəni görüb Peyğəmbər (s)-ı görməyənlərə tabein deyirlər. Amma ayədə göstərilən "tabeinə bi ihsan" yəni bütün dövrlərdə yaxşı işlər görməklə İslamın əvvəlində olanların ardıcıllarının hamısı tabein kəlməsinə aid olur. Allah onlardan razıdır, ona görə ki, onlar Allahın razılığına səbəb olan işlər görmüşlər. Onlar da Allahdan razıdır, ona görə ki, Allah onlara yaxşı olan mükafatlar vermişdir. Onlar Cənnət əhlidirlər, onlar nicat tapmışlardır.

Bu ayənin təfsirində iki sual meydana çıxır:

1-ci. Allahın ayədə buyurduğu ilk qabaqcıl müsəlman kimdir?

2-ci. Həqiqətən bütün səhabələr saleh şəxslər olmuşlarmı?

Birinci xütbədə birinci sualın cavabını aydınlaşdıraq.

Ayədə zikr olunan İslamı qəbul edən ilk qabaqcıllar kəlməsi təfsirçilərin və ümum İslam alimlərinin diqqətini cəlb etmişdir. Sual meydana çıxmışdır ki, İslamı birinci qəbul edən kim olmuşdur? Bu sualın cavabında bütün alimlər bu fikirdədirlər ki, ilk müsəlman Peyğəmbər (s)-in fədakar və vəfalı həyat yoldaşı Xədicə (s.ə.) olmuşdur. Bütün əhli-beyt məktəbinin alimləri və xulafa məktəbinin alimlərinin də əksəriyyəti kişilərdən Əli (ə)-ın birinci olaraq Peyğəmbər (s)-in dəvətini qəbul etməsi qənaətindədirlər.

Hakim Nişaburi "Müstədrəkü-Ələs-Səhiheyn" əsərində (kitabul-Mərifət), səh 22 də belə yazır:

"Tarixçilər arasında Əli ibn Əbu Talib (ə)-ın İslamı birinci qəbul etməsi haqqında heç bir mübahisə yoxdur. Təkcə Əli (ə)-ın İslamı qəbul edərkən həddi-buluğ yaşında olmaması ixtilafı vardır." (Təfsiri-Qurtəbi, cild 5, səh 3075)

İbn Əbdulbər "İstiyab" əsərində cild 2 səh 457-də belə yazır:

"Əvvəl Xədicə (s.ə.) sonra isə Əli (ə) Allaha və Peyğəmbərinə iman gətirərək həmfikir oldular." (Əl-Qədir, cild 1, səh 337-338)

Əbu Cəfər Əskəlani-Mötəzili yazir ki, bütün alimlər Əli (ə)-ın İslamı birinci qəbul etməsini rəvayət etmişlər (söyləmişlər). (Əl-Qədir, cild 3, səh 337-338)

Peyğəmbər (s) buyurur:

"İslamı ilk əvvəl qəbul edən Əli ibn Əbutalib (ə) Kövsər hovuzunun yanında da birinci mənə qovuşacaqdır."

Bu hədisi "Əl-istiyab fi-mərifətil-əshab" cild 3, səh 28, Əl-Qədir kitabında, Müstədrəkül-Hakim cild 2, səh 136 və "İstiyab" cild 3, səh 457, və İbn Əbil Hədid cild 3, səh 257-də yazmışlar.

Xulafa məktəbinin alimlərindən Təbərani, Beyhəqi, Meysəmi "Məcməə" kitabında, Hafiz Gənci "Kifayət" kitabında, "Əkmal" və "Kənzül-Ümmal" kitablarında aşağıdakı hədisi qeyd etmişlər:

"Peyğəmbər (s) Əli (ə)-ın əlindən tutub buyurdu:

"Həqiqətən mənə birinci iman gətirən və qiyamətdə mənimlə birinci görüşən budur (Əli (ə)). Və bu Sadiqi-Əkbərdir (düzdanışan vəfalı dost)."

Əbu Səid Xidri Peyğəmbər (s)-dan bir çox hədislər nəql edərək Əli (ə)-ın İslamı birinci qəbul etməsini bəyan edir. (Əl-Qədir, cild 3, səh 220-240; "İlhaqul-haqq" kitabı, cild 3, səh 114-120).

Əli (ə)-ın İslamı ilk əvvəl qəbul etməsini inkar edə bilməyənlər müxtəlif yollarla həqiqəti inkar etməyə çalışmışlar. Bəziləri də Əli (ə)-ın yerinə Əbu Bəkrin brinci müsəlman olmasını sübut etməyə cəhd göstərmişlər. Yaxud da Əli (ə)-ı birinci iman gətirməsinin əhəmiyyətini azaltmağa səy göstərərək Əli (ə)-ın 10 yaşında olmasını qabartmışlar. Onun həddi-buluğ yaşında olmamasına görə düşmənlər müqabilində dura bilməməsini bəhanə gələrək iman gətirməsinin əhəmiyyətinin az olmasını Fəxr-Razi öz təfsirində həmin ayənin izahında yazmışdır. Həqiqətən belə bir iddianın edilməsi çox qəribədir. Əslində bu iddia Peyğəmbər (s)-in şəxsiyyətinə irad tutmaq deməkdir. "Yaumud-dar" günü - yəni Peyğəmbər (s) yaxınlarını qonaq çağırıb, öz Peyğəmbərliyini və İslamı bəyan etdikdə, Əli (ə)-dan başqa heç kəs Peyğəmbər (s)-i və İslamı qəbul etmədi. Peyğəmbər (s) Əli (ə)-ın İslamını qəbul edərək, hamıya elan etdi:

"Ey Əli! Sən mənim qardaşımsan, sən mənim vəsimsən, sən mənim xəlifəmsən (canişinim)."

Bu hədisi əhli-beyt və xulafa məktəbinin hədisşünasları, tarixçiləri səhih sənədlərlə öz kitablarında yazmışlar. Hədisdən məlum olur ki, nəinki Peyğəmbər (s) 10 yaşlı Əli (ə)-ın ilk əvvəl iman gətirməsini qəbul etmiş, hətta onu özünün qardaşı, vəsisi və canişini olmasını da elan etmişdir. Bu hədisi Əbu Cəfər Əskafi "Nəhcül-Osmaniyə" kitabında, Bürhanəddin "Ənba-nəcəbul-ənba" kitabında, İbn Əsir "Kamil" kitabında və başkaları da yazmışlar. Daha geniş məlumat üçün "Əl-Qədir, cild 2, səh 278-286"-ya müraciət etmək olar.

Əl-Mənar təfsirinin təəssübkeş müəllifi Məhəmməd Rəşid Rza (1865-1935) Əli (ə)-ın İslamı ilk dəfə qəbul etməsinin əhəmiyyətini azaltmağa çalışaraq yazır ki, qadınlardan İslamı birinci qəbul edən Xədicədir, kişilərdən islamı birinci qəbul edən Əbu Bəkrdir, uşaqlardan İslamı birinci qəbul edən isə Əlidir.

Qeyd etmək lazımdır ki, o dövrdə Əli (ə)-ın yaşının az olması heç bir vəchlə müzakirə mövzusu olmamışdır. Dəlili budur ki, Quran yaş barəsində xüsusilə Həzrət Yəhya (ə)-ın haqqında buyurur:

"Biz uşaq ikən ona hikmət (Peyğəmbərlik) verdik." (Məryəm surəsi, ayə 12)

İsa (ə) barəsində Allah-təala buyurur:

"(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi:

"Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncili) verdi, özümü də Peyğəmbər etdi." (Məryə surəsi, ayə 30)

Bu ayələr ilə Peyğəmbər (s)-ın Əli (ə)-mı özünə qardaş, vəsi, xəlifə və canişin təyin etməsini müqayisə etdikdə "Əl-Mənar" müllifinin qərəzli münasibətinin əsassız təəssübkeşliyinin iç üzü açılır.

Əbu Bəkrin İslamı qəbul edənlərin 3-sü olması tarixi baxımdan inanılası deyildir. Hədis və tarix kitablarına əsasən ondan əvvəl bir çoxlarının İslamı qəbul etməsi məlum olur. Tarixçilər yazırlar ki, Əli (ə) və Xədicə (s.ə.)-dən sonra Peyğəmbər (s)-ə iman gətirən Zeyd ibn Harisə olmuşdur. O, İslamdan bir neçə il qabaq qul kimi Xədicə (s.ə.)-nin evinə gəldi. Peyğəmbər (s) onu Xədicə (s.ə.)-dən alıb azad etdi. (Bəzi mənbəələrdə Xədicə (s.ə.) Zeydi Peyğəmbər (s)-a bağışladı). Lakin yenə də o həmin evdə qaldı. Və Peyğəmbər (s)-ın oğulluğu kimi tanındı. Zeyddən sonra bir neçə şəxs müsəlman oldu. O cümlədən Əbazər; Qəffari (onun əsl adi Cündəb ibn Cünadədir) sonra isə Cəfər ibn Əbu Talib və həyat yoldaşı Əsma; Əbdullah ibn Məsud; Əmma ibn Yasir; Səhib ibn Sənan; Ubeydə ibn Haris; Əbdullah ibn Cəhiş və başqaları.

Məhəmməd ibn Səəd atası Səəd ibn Əbu Vəqqasdan belə soruşdu:

"Sizlərdən İslamı ilk qəbul edən Əbu Bəkrdirmi?" Səəd dedi:

"Xeyr! Ondan əvvəl heç bir tərəddüd etmədən 50-dən çox kişi İslamı qəbul etmişdir." (Tarixi-Təbəri, cild 1, səh 540)

Əli (ə) özünün birinci mömin müsəlman olmasını və birinci dəfə Peyğəmbər (s)-lə namaz qılmasını dəfələrlə etiraf etmişdir. Bununla da öz İslami mövqeyini ətrafdakılara aydınlaşdırmışdır. O, Həzrət buyurur:

"Mən Allahın bəndəsi, Peyğəmbər (s)-in qardaşı, çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə (iddia edərsə) bilinki o yalançıdır. Mən camaatdan 7 il qabaq Peyğəmbər (s)-lə birgə namaz qılmışam." ("Tarixul-Uməm-Vəl-mulk", cild 2, səh 57)

Həzrət Əli (ə) Nəhcül-Bəlağədə "Qaiyə" xütbəsində buyurur:

"O vaxt İslam dini Xədicə (s.ə)-nin evindən başqa digər bir yerdə yox idi. Mən isə onların 3-sü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm."

İslam alimləri və tarixçiləri söyləmişlər:

"Həftənin 1-ci günü Məhəmməd (s) peyğəmbər seçildi və Əli (ə) səhərisi gün onunla birgə namaz qıldı." (İbn Əbil-Hədid, "Sərhi-Nəhcül-Bəlağə", cild 13, səh 229)

Yenə də İbn Əbil-Hədid Nəhcül-Bəlağənin şərhində 208-ci səhifədə yazır:

"Əli (ə) əvvəldən İbrahim peyğəmbərin şəriətində olmuşdur. O, təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır."

Yəni Əli (ə)-ın İslamı qəbul etməsi o mənada deyil ki, o bütpərəstlikdən əl çəkərək İslamı qəbul etmişdir. Ancaq Peyğəmbər (s)-in digər səhabələrinin İslamı qəbul etməsi o mənadadır.

Bu deyilənlərdən əlavə İbn Əbil-Hədid və xülafə məktəbinin digər tanınmış alimi Əbu Cəfər Əskafi Mötəzili yazmışlar ki, bəziləri Əbu Bəkrin İslamı birinci qəbul etməsini deyirlər. Bəs nə üçün onun özü İslamı birinci qəbul etməsini heç bir dəfədə olsun etiraf və təsdiq etməyib? Eləcə də onun tərəfdarları olan səhabələrdən heç biri onun İslamı birinci qəbul etməsini İddia etməyiblər . (Əllamə-Əmini "Əl-Qədir" cild 2, səh 240)

Attila
04.06.2012, 13:47
Bu gün Möminlärin ämiri, Räsuli Äkrämin (s) ämisi oğlu, Fatimeyi Zähranin häyat yoldashi, Imam Häsän vä Imam Hüseynin atasi, Islami ilk qebul edän kishi, Käbädä doğulan ilk vä sonuncu insan vä birinci Imam Hz.Äli äleyhissalamin Mövlududur (doğum günü). Bu munasibätlä butun muselmanlari tebrik edirem

Fidan
04.06.2012, 13:54

Bahəm. Mən də bütün müsəlmanları təbrik edirəm, mövludumuz mübarək olsun

Rasul Nur
04.06.2012, 19:19

Allah razı olsun!bahəm!:handshake

Rasul Nur
04.06.2012, 19:20
Bahəm. Mən də bütün müsəlmanları təbrik edirəm, mövludumuz mübarək olsun

Allah razı olsun bacı.bahəm!:)

Abu Davud
18.06.2012, 12:16
Rasul Nur, İbrahim əl-Amilinin Əli ibn Əbu Talib (r.a.) haqqındakı qəsidələrini oxumusan? Xəbərin varsa yaz biz də baxaq.

Rasul Nur
22.06.2012, 23:56
Rasul Nur, İbrahim əl-Amilinin Əli ibn Əbu Talib (r.a.) haqqındakı qəsidələrini oxumusan? Xəbərin varsa yaz biz də baxaq.

bagışla.onu oxumaga vaxtim yoxdur.vacib olsaydı yəqin oxuyardım.sən nə tapmısan ordan onu qeyd elə görək kimdi bu adam.hürr əl amili ilə dəyişik salmısan bəlkə?q\q\
nə deyib?deyib Əli ilahdı?:)

Rasul Nur
23.06.2012, 19:00
Peygəmbərin özündən sonra Alini xəlifə təyin etməsini təsdiqləyən növbəti hədis.bu hədis mütəvatir həddə həm sünnü həm şiə mənbələrində vardır.buyurun oxuyun:-Səhih müslim,1ci cild,səhabələrin fəzilətləri babı

98- (...) Biz'e Ebû Kâmil El-Cahderî Fudayl b. Hüseyn rivayet etti. (Dedi ki) : Bize Ebû Avâne Fu-asMan, o da Amir'den, o da Mesruk'dan, o da Âişe'den naklen rivayet etti. Şöyle demiş : Peygamber (Sallallahü Aleyhi veSellem)m zevceleri yanındaydılar. Onlardan hiç birini terk etmemişti. Derken yürüyerek Fâtıme geldi. Yürüyüşü Resûlüllah (Sallallahü Aleyhi ve Sellem)"m yürüyüşünden hiç ayrılmıyordu. Onu görünce kendisine hoş beşde bulundu. Ve :
«Merhaba kızım!» dedi. Sonra onu sağına yahut soluna oturttu. Son¬ra kendisine bir şeyler fısıldadı. Bunun üzerine Fâtıme şiddetle ağladı.
Onun feryadını görünce, ikinci defa kendisine bir şeyler fısıldadı. (Bu sefer) Fâtıme güldü. Ben kendisine :
— Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) kadınlarının arasından sır söylemek için seni seçti. Sonra sen ağlıyorsun ha? dedim. Resûlüllah (Sallûllahü Aleyhi ve Sellem) (yanımızdan) kalktığı vakit Fâtıme'ye î
— Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) sana ne söyledi? diye sordum.
— Ben Resûlüllah (Sallallahü Aleyhi ve Sellem)'m sırrını ifşa edemem! dedi. Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) vefat edince (Fâtıme'ye):
— Senin Üzerinde olan hakkım nâmına yemin ediyorum. Bana Re¬sûlüllah fSallallahü Aleyhi ve Sellem) 'in sana ne dediğim söyle! dedim. Fâ¬tıme :
— Şimdi (olur). Evet! Birinci defa bana fısıldadığında Cibril'in her
sene kendisine bir veya iki defa Kur'ân-i arzederdiğini; bu sefer iki defa
arzettiğini haber verdi. Ve :
«Ben ecelimin yaklaştığını görüyorum. Allah'dan kork! Sabret! Zîra ben senin İçin ne iyi selefim.» buyurdu. Ben de gördüğün şekilde ağla¬dım. Benim feryadımı görünce bana tekrar fısıldayarak:
«Yâ Fâtıme! Mü'mİnlerin kadınlarının hanımefendisi olmak istemez mi¬sin? Yahut bu ümmetin kadınlarının hanımefendisi olmak istemez misin?» buyurdu. Ben de gördüğün şekilde güldüm, dedi.

bu hədisdə qırmızı ilə işaarələdiyim cümlələri oxuyun."peygəmbər vəfat etdikdən sonra hz FAtimə ümmətin qadınlarının əfəndisi(agası,rəhbəri) olacaqdı.niyə?çünki hz Alinin zövcəsi idi.İmamın zövcəsi ümmətin xanimlarının rəhbəri hesab olunurdu.:boast

Nizami63
16.07.2012, 23:41
Əli (ə) haqqında əhli-sünnət alimlərinin kitablarından incilər (http://www.islammaarifinde.com/?page=CN&SubjectId=4&txtId=399)

Rasul Nur
15.08.2012, 18:53
Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah, biz gədanı məhrəmi-raz etdilər,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Canu dildən bəndəye Baqir, qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır, bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.

Imadəddin Nəsimi

Attila
15.08.2012, 20:39
Resul ele bil Amerikani keshf elemisen))
Nesiminin sufi shairi oldugunu butun dunya neche yuz ildi deyir
Nesimi de Fuzuli de Nizami de shie olublar. Her uchu de dunyanin dahileri duhalaridir.

İlğım
15.08.2012, 20:53
Resul ele bil Amerikani keshf elemisen))
Nesiminin sufi shairi oldugunu butun dunya neche yuz ildi deyir
Nesimi de Fuzuli de Nizami de shie olublar. Her uchu de dunyanin dahileri duhalaridir.
Süfilər şiyə olurʔ Şəmsi Təbrizi də şiə olubʔ Cəlaləddin Rumi necəʔ

Attila
15.08.2012, 21:19
Mən bildiyim qədəri ilə sufilik, dərvişlik şiəliyin bir qoludur.
Şah İsmayıl da sufi olub.
Ümumiyyətlə Orta əsrlərdə sufilərdən çox böyük dahilər yetişib.

Rasul Nur
15.08.2012, 21:36
Mən bildiyim qədəri ilə sufilik, dərvişlik şiəliyin bir qoludur.
Şah İsmayıl da sufi olub.
Ümumiyyətlə Orta əsrlərdə sufilərdən çox böyük dahilər yetişib.

sufilik həm şiəlikdə həm də sünnilikdə olub.fəlsəfə ilə məşgul olublar:p
bu günkülər kimi bizneslə yox

Attila
15.08.2012, 21:41
sufilik həm şiəlikdə həm də sünnilikdə olub.fəlsəfə ilə məşgul olublar:p
bu günkülər kimi bizneslə yox

əsasən şiələrdə olub.
Orta əsr şiə sufiləri çox dahilər bəxş edib.
İndi heçnə yoxdu adam əsəbləşir.

Rasul Nur
16.08.2012, 17:33
əsasən şiələrdə olub.
Orta əsr şiə sufiləri çox dahilər bəxş edib.
İndi heçnə yoxdu adam əsəbləşir.

Indi də vardır.sadəcə sən görə bilən adamlar deyil.:bu

Attila
16.08.2012, 21:19
Indi də vardır.sadəcə sən görə bilən adamlar deyil.:bu

Puahhh mənim bəsirət gözüm bağlıdı yoxsa onların elmini qanmıram?:smile:smile:smile

Muhacir
16.08.2012, 22:00
Mən bildiyim qədəri ilə sufilik, dərvişlik şiəliyin bir qoludur.
Şah İsmayıl da sufi olub.
Ümumiyyətlə Orta əsrlərdə sufilərdən çox böyük dahilər yetişib.

Sufilik şiəliyin bir qolu deyil.Bu yolun başqa bir adı Tasavvufdur.Daha çox sünni aləmində yayılıb və başlayıb.Səfəvilər də ilk öncə sünni idilər sonradan şiəliyi qəbul etdilər.

İlğım
16.08.2012, 23:40
Sufilik şiəliyin bir qolu deyil.Bu yolun başqa bir adı Tasavvufdur.Daha çox sünni aləmində yayılıb və başlayıb.Səfəvilər də ilk öncə sünni idilər sonradan şiəliyi qəbul etdilər.

Məncə sufilikdə şiyə və sunnilik yoxdur.

Rasul Nur
17.08.2012, 04:01
Puahhh mənim bəsirət gözüm bağlıdı yoxsa onların elmini qanmıram?:smile:smile:smile

sən Dahi axtaranda birinci millətinə baxırsan.ona görə tapa bilmirsən :p

Attila
17.08.2012, 10:35
sən Dahi axtaranda birinci millətinə baxırsan.ona görə tapa bilmirsən :p

Yox, sadəcə sənin indi alim dediklərin Nizaminin, Füzulinin, Nəsiminin dırnağının kiri də ola bilməz. Ona görə.

Rasul Nur
17.08.2012, 17:43
Yox, sadəcə sənin indi alim dediklərin Nizaminin, Füzulinin, Nəsiminin dırnağının kiri də ola bilməz. Ona görə.
Əzizim,sənin adını çəkdiyin dahilərə də onların dövründəki sənin kimi insanlar qiymət verməyiblər.onları sonrakı nəsillər anlayıb ortaya çıxarıblar ki,qoy deməsinlər mədəniyyətimiz kasibdır.yoxsa elə zənn etmə ki,onların dahiliklərinə heyran olublar!:boast

Attila
17.08.2012, 22:48

Onlara əslində sənin kimi mollalar qiymət verməyib
Onlara mənim kimi elm adamları, elmə qiymət verənlər qiymət verib
Sən və sən qəbildən olanlar kafir deyiblər

Rasul Nur
18.08.2012, 03:55
Onlara əslində sənin kimi mollalar qiymət verməyib
Onlara mənim kimi elm adamları, elmə qiymət verənlər qiymət verib
Sən və sən qəbildən olanlar kafir deyiblər

Sən hansı elmdən danışırsan?Şahların öz nökərlərinə diktə etdiyi tarix elmlərindən?:p
məsələn,Füzulinin dahi oldugunu söyləyən insanlar rüşvətxorluqla məşguldurlar.səncə onlar FÜzulinin dahiliyini dərk edə bilərlər?bunlar sadəcə bir reklamdır.başqa millətlərin yaninda deməyə söz olsun ki,bundan bizdə də var.yoxsa nə Füzuli,nə Nizami nə başqası kimsəyə gərək deyil.onlar sadəcə burda maddi maraq güdürlər.

Reportyor
18.08.2012, 08:30
Əzizim,sənin adını çəkdiyin dahilərə də onların dövründəki sənin kimi insanlar qiymət verməyiblər.onları sonrakı nəsillər anlayıb ortaya çıxarıblar ki,qoy deməsinlər mədəniyyətimiz kasibdır.yoxsa elə zənn etmə ki,onların dahiliklərinə heyran olublar!:boast

:lol :lol :lol

Attila
18.08.2012, 08:34
Sən hansı elmdən danışırsan?Şahların öz nökərlərinə diktə etdiyi tarix elmlərindən?:p
məsələn,Füzulinin dahi oldugunu söyləyən insanlar rüşvətxorluqla məşguldurlar.səncə onlar FÜzulinin dahiliyini dərk edə bilərlər?bunlar sadəcə bir reklamdır.başqa millətlərin yaninda deməyə söz olsun ki,bundan bizdə də var.yoxsa nə Füzuli,nə Nizami nə başqası kimsəyə gərək deyil.onlar sadəcə burda maddi maraq güdürlər.

Ay bədbəxt, nə Nizami, nə Füzuli nə də Nəsimi saray şairi olmayıblar.
Nizami hələ 11-12-ci əsrdə cazibə qüvvəsi, planetlərin düzülüşü və hərəkətləri haqqında məlumat verib.
Nəsimi dini fəlsəfənin, Quran ayələrinin elmlə açılmağında böyük xidmətlər göstərib.
Füzuli isə, tam ayrı bir mövzudur.
Bilirsən, sənin kimilər vaxtında bu adamları anlamayıb, əlyazmalarının çoxunu yandırıb, kafir elən edib, başlarına min müsibətlər açıblar.
O səbəbdən sən düşünürsənki, nə Füzuli, nə Nizami kimsəyə lazım deyil. Bu sənin düşüncəndir. Çünki ayətullalardan başqa kimsənin fikri səni maraqlandırmır.
Dünyaya geniş baxmaq lazımdır. Dar çərçivələrdən qurtulmaq lazımdır.
Arada vaxtın olanda, gizlin də olsa Füzuli, Nəsimi, Nəimi, Nizami, İbn Sina, Məhsəti, Xəqani, Şirvani,Həsənoğlu kimi mütəfəkkirlərlə maraqlan.

Reportyor
18.08.2012, 08:40

Özünü boşuna yorma. Nizaminin Füzulinin dövründə də biliyi savadı olan insanlara bunlar dəvə nalbəndə baxan kimi baxıblar, indi də. Onlar dünyanın ən cahil və avam insanlarıdır. Onlar ancaq orta məktəb təhsili olmayan mollanın ağzından çıxanı papuqay kimi təkrarlamaqla məşğuldurlar.

Rasul Nur
18.08.2012, 11:37
[QUOTE]Ay bədbəxt, nə Nizami, nə Füzuli nə də Nəsimi saray şairi olmayıblar.
Nizami saray şairi olub.Fars şahlarıni da az öyməyib!:p
Nizami hələ 11-12-ci əsrdə cazibə qüvvəsi, planetlərin düzülüşü və hərəkətləri haqqında məlumat verib.
Qurani Kərimdə bu 7ci əsrdə nazil olub.Nizaminin dahiliyi isə onu dərk etməkdədir.
Nəsimi dini fəlsəfənin, Quran ayələrinin elmlə açılmağında böyük xidmətlər göstərib.
Məgər mən onların xidmətlərini danıram?mən sən və sənin dostların olan boynuyogun məmurlardan danışıram.
Füzuli isə, tam ayrı bir mövzudur.
Mənim əqidəm Fizulinin əqidəsinin eynidir.necə olur o yaxşı olur biz pis?:p
Bilirsən, sənin kimilər vaxtında bu adamları anlamayıb, əlyazmalarının çoxunu yandırıb, kafir elən edib, başlarına min müsibətlər açıblar.
mənim yazdıgım fikri təkrarlama.mən onları dahi hesab edirəm.sən deyəsən tərsə başa düşürsən hər şeyi.
O səbəbdən sən düşünürsənki, nə Füzuli, nə Nizami kimsəyə lazım deyil. Bu sənin düşüncəndir. Çünki ayətullalardan başqa kimsənin fikri səni maraqlandırmır.görürsən tərsə müsəlmansan sən!mən deyirəm ki,bu gün sən və sənin kimi insanlar o adamlardan ona görə danışırlar ki,başqa millətlərin qabagında mədəniyyətdən kasib görünməyəsiniz.öz millətinizi reklam etmək üçün istifadə edirsiniz yoxsa onların dühasina aşiq olmamısınız!d\d\
Dünyaya geniş baxmaq lazımdır. Dar çərçivələrdən qurtulmaq lazımdır.
Arada vaxtın olanda, gizlin də olsa Füzuli, Nəsimi, Nəimi, Nizami, İbn Sina, Məhsəti, Xəqani, Şirvani,Həsənoğlu kimi mütəfəkkirlərlə maraqlan.[
sən heç o saydıgın şəxslərin əsərlərindən birini əzbər deyə bilməzsən!yalandan reklam eləmək lazim deyil!d\d\

Rasul Nur
18.08.2012, 11:41
Özünü boşuna yorma. Nizaminin Füzulinin dövründə də biliyi savadı olan insanlara bunlar dəvə nalbəndə baxan kimi baxıblar, indi də. Onlar dünyanın ən cahil və avam insanlarıdır. Onlar ancaq orta məktəb təhsili olmayan mollanın ağzından çıxanı papuqay kimi təkrarlamaqla məşğuldurlar.

Padşahi-mülk qitəsi
Padişahi-mülk, dinarü dirəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz,
Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri.
Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri.
Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,
Bəs dürür başımda tövfiqi-qənaət əfsəri.
Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola
Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.

Reportyor,sən bu qitə ilə fəxr edə bilərsən?hansı bəndindən öyüd alıbsan?pul verib nagil yazdırırlar sizə!

Muhacir
18.08.2012, 11:54
Guya islam dünyasında sadalananlardan başqa dahilər olmayıb ki?Çox güclü araşdırana oxşayırlar)

Attila
18.08.2012, 13:02
RASUL NUR, sən heç vaxt Füzuli kimi dahi ilə əqidədaş ola bilməzsən.
Ən azı ona görə ki, mənə şər və böhtan atırsan
bu sənin tip "dindar"ların mərəzidir, mənə çox tanışdır.
Füzulinin Şikayətnaməsi Osmanlı sarayından ala bilmədiyi 9 axça pula görə yazılıb.
Və imkanın olsa, araşdır gör Osmanlı sarayında maliyyə işləri, baş nazir müavinliklər, dəftərxana kimi işlərdə kimlər işləyib əsasən
Sənə deyirəm, sən dar çərçivədən düşünürəsən və baxırsan, amma inanmırsan. Bu da sənə bir sübut

MÜHACİR mənim üçün elmlə məşğul olan adamın nə dini, nə milliyəti önəmlidir. Onun elmi önəmlidir.

Varidatının 90 faizini xəstələrə və imkansızlara vəsiyyət edən, hər il yüz minlərlə insanı xəstəlikdən, aclıqdan qurtaran Bill Qeyts sənin ətəyində namaz qılmağa hazırlaşdığın ayətullalardan da ərəb şeyxlərindən də qat qat yaxşı insandır.

Rasul Nur
18.08.2012, 13:42

Rəbbinin dəvətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl nemət (Cənnət) gözləyir. Rəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!

Rasul Nur
18.08.2012, 13:43
Guya islam dünyasında sadalananlardan başqa dahilər olmayıb ki?Çox güclü araşdırana oxşayırlar)

bunlar islam dünyasına baxmırlar türk dünyasına baxırlar.:mad:

Rasul Nur
18.08.2012, 14:10
RASUL NUR,
Varidatının 90 faizini xəstələrə və imkansızlara vəsiyyət edən, hər il yüz minlərlə insanı xəstəlikdən, aclıqdan qurtaran Bill Qeyts sənin ətəyində namaz qılmağa hazırlaşdığın ayətullalardan da ərəb şeyxlərindən də qat qat yaxşı insandır.
nisa surəsi
“Kitabdan bir pay (az bir şey) verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, – deyirlər.
Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!

Atilla sən batdıqca batırsan!

Attila
18.08.2012, 21:33

2000 avtomobil ilə qarağını dolduran, qızıldan avtomobil sifariş verən, dünyanın ən hündür binası filanı, ən bahalı yeməyi zadı ilə öyündüyü zaman, Somalidə insanlar acından qırıldığına fikir verməyən dindarlığa möminliyə tüpürüm!!!!!

Rasul Nur
19.08.2012, 00:11

Mən də,mən də!d\d\

Attila
19.08.2012, 10:41
Mən də,mən də!d\d\

Bəs mən Bill Qeytsi onlardan üstün tuturam Rasul, yazdığımı diqqətlə oxu sonra ittiham et məni.

Rasul Nur
19.08.2012, 11:14
Bəs mən Bill Qeytsi onlardan üstün tuturam Rasul, yazdığımı diqqətlə oxu sonra ittiham et məni.

sənin niyyətini Allah bilirdi.bizə isə insanın dediyi sözə münasibət bildirmək qalır.mən o ayəni gətirməklə sənə xəbərdarlıq etmək istəyirdim kafir çıxartmaq yox.sən əgər o ayəni oxuyandan sonra fikrindəki ümumi münasibəti xüsusiləşdirdinsə demək ki,Qurandan öyüd almaga başlamısan.bu isə çox yaxşıdır və məni sevindirir.
amma üstünlük məsələsinə qalanda kimsənin kimsədən üstünlüyünü Allah bilir.sən yalnız bir iki əməllərini görə bilirsən hamısını isə Allah görür!
Allaha və axirətə inanmayan insanın etdiyi yaxşı əməllərin əvəzi bu dünyada verilər,axirətdən onlara heç bir pay yoxdur.

Muhacir
03.09.2012, 22:56
İki Hz.Əli var.Biri təkallahlılıq tərəfdarı,Quran və Şəriətə titizliklə əməl edən həqiqi Hz.Əli,digəri isə bəzi dindən uzaq kəslərin,müxtəlif niyyətli insanların öz məqsəd və mənafelərini həyata keçirmək üçün istifadə etdiyi,ilahlaşdırdığı mifikHz.Əlidir.
İkinci qisimin real Hz.Əli ilə bir əlaqəsi yoxdur.Həqiqi Hz.Əli onların gözündə bir din fanatikidir,geriçidir.Əslində belə demirlər.Ancaq həqiqətən də onların mifik Əlisi yox həqiqi Hz.Əli belədi

Nizami63
24.10.2013, 11:38
Qedir - Xum bayraminiz munasibeti ile sizi tebrik edirem. Bu gun Qedir - Xum adlanan yerde hz. Peygember Hz. Elinin imametini Allahin emriyle elan edib...

Nizami63
24.10.2013, 11:56
HZ.ALI 12IMAMLAR PIRLERIN SOZLERI (http://www.youtube.com/watch?v=HZA7nbbh2K8&list=FLOvzBMetRPiq8P-L8YkWbIw)